Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-200/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(032)-59/2024 saylı hökmü ilə 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 iyun 2024-cü il tarixdə saat 11.15-də məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 avqust 2023-cü i tarixdə, saat 05 radələrində “Dənizkənarı Milli Park”-ın Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 34 ünvanında yerləşən “Saat Qülləsi” adlanan yerin yaxınlığında olarkən dəniz kənarında daşın üzərində əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncunun spirtli içki təsirində olmaqla diqqətinin yayınmasından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus əyləşdiyi daşın üzərində qoyduğu üzərində 40 (qırx) manat dəyərində sim nömrə və 20 (iyirmi) manat dəyərində qoruyucu kobura olan 1000 (bir min) manat dəyərində 01 (bir) ədəd “Xiaomi 13” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1060 (bir min altmış) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 avqust 2023-cü il tarixdə, saat 04-05 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda gəzərkən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs və onun dostlarını görmüş, Zərərçəkmiş şəxs davamlı spirtli içki qəbul etdiyi üçün sərxoş olduğunu anlamışdır. Daha sonra Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğu üçün səhvən “Xiaomi 13” markalı mobil telefonunu ona vermiş, sonra getmişdir. Şəxsi tanımadığı üçün sonradan əlində saxladığı mobil telefonu geri qaytara bilməmişdir. Daha sonra Musanın mobil telefonunu telefon satılan mağazaya 600 manata satmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs dəymiş maddi zərərin əvəzi olaraq 1100 manat ödəmişdir. Əməlindən səmimi peşman olmasının, dəymiş maddi zərərin ödənməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının xaricində olduğu üçün məhkəmə iclası zamanı onunla telefon zəngi vasitəsilə əlaqə saxlanılmış və həmin zaman ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Bundan başqa Təqsirləndirilən şəxs ona heç bir pul verməmiş və dəymiş maddi zərəri ödəməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Türkiyə Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasına gəzmək məqsədi ilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Bulvarda müvəqqəti qaldığı “X4”-dən tanışı olan Türkmənistan Respublikasının vətəndaşı Ənvər adlı şəxslə gəzməyə çıxmışdır. “X3”-da olan oturacaqların birində 9 nəfərə yaxın adam olduğunu görmüş və orada olan şəxslərdən birinin gitara aləti çaldığı üçün onun marağını çəkmiş, tanışı Ənvərlə ora yaxınlaşıb oturmuşlar. O, gəzdiyi ölkələrdə gördüyü yerləri çəkir və oturduqları yerdə də ətrafı çəkməyə başlamışdır. O, yanlız yanında olan tanışı Ənvərlə danışmışdır. Onlar təxminən 3 saata yaxm bir müddətdə orada oturmuş, orada oturmuş bir neçə şəxslər sonradan durub getmiş, həmin vaxt orada gitara çalan şəxs, digər arıq bədən qurluşlu 175 boyunda olan oğlan, o və tanışı Ənvər qalmışdır. Onlarla birlikdə oturan arıq 175 boylu olan oğlan ona məxsus “Xiaomi Mİ 13” markalı mobil telefonunu ondan selfı çəkmək məqsədi ilə almış və sonra ona qaytarmışdır. O, telefonunu oturacaqda yanma qoymuş, saat 05 radələrində hamısı birlikdə getmək üçün qalxdıqda o, telefonun qoyduğu yerdə olmadığını aşkar etmişdir. Telefona zəng vuran zaman telefonun sönülü olduğu məlum olmuşdur. Onun tanışı Ənvər polisə zəng vurmuş və həmin vaxt onlarla oturan 2 nəfər şəxs onunla sağollaşıb çıxıb getmişlər. O, mobil telefonunu ondan alıb selfı çəkən adamdan şübhələnmiş və elə hesab etmişdir ki, həmin şəxs güya selfı çəkmək üçün ondan telefonunu almış, mobil telefonu söndürmüş və telefonu oğurlamışdır. O, həmin gün polisə telefonunun oğurlanması ilə bağlı müraciət etmişdir. Ona məxsus olan qara rəngli “Xiaomi Mi 13” markalı mobil telefonu iki ay bundan öncə 1300 ABŞ dollarına almış, 20000 lirəyə isə qeydiyyatdan keçirtmişdir. Ümumilikdə təxminən 4000 manat yaxın məbləğ edir. Bundan başqa bildirmişdir ki, mobil telefonu oğurlanan zaman üzərində 40 manat dəyərində sim nömrə və 20 manat dəyərində qoruyucu kobura olmuşdur və hadisə nəticəsində ona ümumilikdə 4060 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/6864 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 (bir) ədəd 256 GB daxili yaddaşı olan, Ram 8 GB olan, 2023-cü il Çin istehsalı, əməliyyat sistemi “Android 13,0” olan “Xiaomi 13” markalı qara rəngli mobil telefonun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 1000 (bir min) manat müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinənin xx.xx.2023-cü il tarixli, 2/25920 nömrəli protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs sərxoşluğu orta dərəcədə olmuşdur. 10 avqust 2023-cü il tarixli qərarla fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 10 avqust 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. 10 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 12 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 12 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Səbail RPİ-nin MSY-dən azad edilmişdir. 02 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 27 fevral 2024-cü il tarixli qərarla iş üzrə icraat təzələnmiş və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. 12 mart 2024-cü il tarixli qərarla Bakı şəhəri Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 (bir) ay 03 (üç) ayadək, yəni 17 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan “whatsapp” sosial şəbəkəsində olan yazışmanın fotoşəklindən görünür ki, Zərərçəkmiş şəxs cinayət işinin məhkəmədə baxılmasına etiraz etmir. İş materiallarında olan “X4”-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hosteldə müvəqqəti olaraq yaşamışdır. Hal-hazırda hosteldə yaşayanlar siyahısında yoxdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəxanada ambulator müalicə olmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanaya ambulator müalicəyə qəbul olunub, xx.xx.2023-cü il tarixdən xəstəxanadan evə yazılıb. Təqsirləndirilən şəxs “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 4(032)-302/2-2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 avqust 2023-cü il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: - xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və iş məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 05 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin cəzasının dörd günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq ona 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 2318 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixli, 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Sol qamış sümüyünün yuxarı 1/3-nin odlu silah yaralanması. Sol əlin kor qəlpə yarası Barotravma Qapalı kəllə-beyin travması” diaqnozu ilə Füzuli MDM-ə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-1417 və 1-71431 nömrəli vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş 100339 nömrəli Ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanaya ambulator müalicəyə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdən xəstəxanadan evə yazılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs dəymiş maddi zərəri ödəməsi ifadəsi iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını və müharibə zaman travma almasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs talama cinayətlərinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 05 (beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin cəzasının dörd günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq ona 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə törədilmişdir. Belə olan halda Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərcləri ümumilikdə 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzaçəkmə müddətinin əvvəli Şirvan Şəhər Məhkəməsinin 1(032)-59/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən 14 noyabr 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 ( iki yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-200/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-200/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver