Məhkəmə qərarları › İş №1(009)-201/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-201/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-201/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1989-cu ildə Saatlı rayonun Genişkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, evli, orta-ixtisas təhsilli, Saatlı rayonu, Genişkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev 37, bina 39, mənzil 50də yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə xx xxxxxxxx 1999-cu ildə Xaçmaz rayonu, Qaraçay-cek kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Xaçmaz rayonu, Qaraçaycek kəndində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev 37, bina 39, mənzil 50-də kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2021-ci il tarixdə, gecə saat 03 radələrində, Bakı şəhəri, ünvan 1 ünvanının qarşısında saxladılmış X6 məxsus “Vaz 21074” markalı Az ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin yük baqaj hissəsində quraşdırılmış, H.T.Qəhrəmanlıya məxsus bir ədəd 200 manat dəyərində audio-maqnitafonun istifadə edilmiş səsgücləndiricisini, avtomobilin salonunda arxa oturacağın üzərində qoyulmuş bir ədəd 30 manat dəyərində tünd qəhvəyi rəngli, içərisində “TVENTE” yazısı olan kişi kostyumunu və həmin kostyumun cibində saxlanılan bir ədəd 30 manat dəyərində, Azərbaycan Respublikasının xəritəsi formasında, üzərində "Qarabağ Azərbaycandır” yazısı olan 925 əyarlı gümüşdən hazırlanmış, üzərinə qızıl suyu çəkilmiş yaxa sancağını və həmin sancağın bir ədəd qəhvəyi rəngli ftulyar qutusunu-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Həsən Qəhrəmanlıya cəmi 260 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2021-ci il tarixdə,gecə saat 03:15 radələrində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 10, ev 10 qarşısında saxladılmış Zərərçəkmiş şəxs1 məxsus “Vaz 21214” markalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda quraşdırılmış, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 130 manat dəyərində “Pioner” markalı istifadə edilmiş audio-maqnitafonunu və bir ədəd 20 manat dəyərində açılıbqatlanan ov bıçağını-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 150 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2021-ci il tarixdə, gecə saat 03:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi, döngə 10,ev 10 qarşısında saxladılmış Zərərçəkmiş şəxs2 məxsus “VaZ 91214” markalı A7 90 C7 707 özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 370 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,230 qram olan maddə, kustar üsulla alınmış narkotik vasitə heroini əldə edib əynindəki qara rəngli dəri materialdan olan gödəkçənin sağ yan cibində, bir ədəd “LD” markalı siqaret qutusunun içərisində daşıyaraq üzərində saxlamış, 26 aprel 2021-ci il tarixdə, saat 19:15 dəqiqədə, Bakı şəhəri, Səbail RPl-nin 41-ci PB-nin əməkdaşlarının xidməti ərazidə baş vermiş oğurluq cinayətlərinin açılması ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi 37, 39 saylı binanın qarşısında müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Səbail RPİ-nin 41-ci Polis bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki qara rəngli dəri materialdan olan gödəkçənin sağ yan cibində, bir ədəd “LD”markalı siqaret qutusunun içərisində həmin bir ədəd gümüşü rəngli kağız bükümdə saxladığı təmiz çəkisi 0,230 qram olan maddə, kustar üsulla alınmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 234.1 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2021-ci il tarixdə, gecə saat 03 radələrində, Bakı şəhəri, ünvan 1 ünvanının qarşısında saxladılmış X6 məxsus “Vaz 21074" markalı Az ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin yük baqaj hissəsində quraşdırılmış,H.T.Qəhrəmanlıya məxsus bir ədəd 200 manat dəyərində audio-maqnitafonun istifadə edilmiş səsgücləndiricisini, avtomobilin salonunda arxa oturacağın üzərində qoyulmuş bir ədəd 30 manat dəyərində tünd qəhvəyi rəngli, içərisində “TVENTE” yazısı olan kişi kostyumunu və həmin kostyumun cibində saxlanılan bir ədəd 30 manat dəyərində, Azərbaycan Respublikasının xəritəsi formasında, üzərində “Qarabağ Azərbaycandır” yazısı olan 925 əyarlı gümüşdən hazırlanmış, üzərinə qızıl suyu çəkilmiş yaxa sancağını və həmin sancağın bir ədəd qəhvəyi rəngli ftulyar qutusunu-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Həsən Qəhrəmanlıya cəmi 260 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2021-ci il tarixdə, gecə saat 03:15 radələrində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 10, ev 10 qarşısında saxladılmış Zərərçəkmiş şəxs1 məxsus “Vaz 21214” markalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda quraşdırılmış, S.l.Şahməmmədova məxsus bir ədəd 130 manat dəyərində “Pioner” markalı istifadə edilmiş audio-maqnitafonunu və bir ədəd 20 manat dəyərində açılıb-qatlanan ov bıçağını-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 150 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 odlu təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə arxa baqaj hissəsində quraşdırılmış hər birinin qiyməti 30 manat olan cəmi 180 manat dəyərində 6 ədəd “Pioner” markalı audio-maqnitafonun istifadə edilmiş kalonkalarını və bir ədəd 40 manat dəyərində üzərində “PROLOGY 200W” yazısı olan istifadə edilmiş səsgücləndirici aparatını- özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 370 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qohumudur, birlikdə pula ehtiyacları olduqları üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində bir ədəd “Vaz 2107” markalı və 2 ədəd “ Niva markalı avtomobildən audio-maqnitafonlar, audio-maqnitafonların səsgücləndiricilərini və kalonkalarını oğurlayıb internet üzərindən tanımadığı şəxslərə ucuz qiymətə sataraq pul əldə edib xərcləmişlər. 25 aprel 2021-ci tarixdə gecə saat 03:00 radələrində o, qohumu Məcid ilə bilrikdə idarə etdiyi ağ rəngli "Tofaş” markalı **-TJ-*** nömrəli avtomobillə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə gəlib, 2- ci massivdə yerləşən həyət evinin qarşısında saxladılmış, ağ rəngli “Vaz 2107” markalı avtomobildən oğurluq etmək qərarına gəldikdə, idarə etdiyi avtomobili yol kənarında saxlamış, sonra birlikdə piyada həmin avtomobilə yaxınlaşmış, qaranlıq və gec olduğundan küçədə heç kəs olmamasından istifadə edərək avtomobilin sürücü tərəfdən qapısını, sonra isə yük yerinin kapotunu açmış, avtomobilin yük yerindən bir ədəd səs gücləndiricini söküb, avtomobilin salonunda arxa oturacağın üzərində qoyulmuş çexolun içərisində olan bir ədəd kişi kostyumunu götürüb oradan uzaqlaşmışlar. Sonra yenə idarə etiyi avtomobil ilə Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivinə gəlmiş, orada o, avtomobilini kənarda saxlayıb həyət evinin qarşısında saxladılmış ağ rəngli “Niva” markalı avtomobilə yaxınlaşmış, özü ilə götürdüyü vintaçanla qapını açmış, salona girib içərisində cihazlar olan şittə bərkidilmiş bir ədəd “Pioner” markalı audio-maqnitafonu söküb götürüb çantasına qoymuş,sonra avtomobilin salonunda qabaq oturacağın üzərinə qoyulmuş bir ədəd açılıb-qatlanan bıçağıda götürüb avtomobildən düşüb oradan uzaqlaşmışdır. Bu zaman Məcid kənarda pusquda dayanmışdır. Bundan sonra o, Məcidlə həmin avtomobilin olan yerdən təxminən 100 metr aralıqda, başqa bir həyət evinin qarşısında tikilmiş, avtomobil saxlanması üçün nəzərdə tutulan kənarları açıq çardağın altında saxladılmış, ağ rəgli “Niva” markalı avtomobili görüb yaxınlaşmış, özündə olan vintaçanla həmin avtomobilin sürücü tərəfdən qapısı və arxa baqaj hissəsini açmış, sonra o, Məcid ilə birlikdə növbə ilə salonda cihazlar olan şitə bərkidilmiş bir ədəd “Pioner” markalı audio-maqnitafonu və avtomobilin baqaj yük yerində bərkidilmiş 6 ədəd kalonkanı və 1 ədəd səsgücləndiricini söküb götürərək oradan uzaqlaşmışdır. Səhəri günü oğurladıqları əşyaları o, mobil telefon vasitəsi ilə internetə “Lalafo" saytına ucuz qiymətə qoyub satmış, təxminən 330 manat pul əldə etmiş, həmin pulları Məcid ilə birlikdə yeməyə, siqaretə və idarə etdiyi avtomobilin yanacağına xərcləmişdir. O, oğurladıqları əşyalardan ağ rəngli “Niva”markalı avtomobildən götürülmüş bir ədəd səsgücləndiricini və dörd ədəd “Pioner" markalı kalonkaları idarə etdiyi avtomobilə quraşdırmış, “Vaz-2107” markalı avtomobildən oğurladıqları bir ədəd kişi kostyumu və cibindən çıxmış bir ədəd üzərində “Qarabağ Azərbaycandır” sözləri yazılmış qızılı rəngli döş nişanını kirayə yaşadığı evdə qoymuşdur. Əməlindən peşmandır. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir büküm narkotik vasitə olan heroin ona məxsus deyil. Polis əməkdaşları həmin heroinin onun iştirakı olmadan avtomobilinə baxış keçirilərkən aşkar edildiyini bildirmişlər. Lakin o tiryək istifadəçisi olsa da heroindən istifadə etmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qohumudur, birlikdə pula ehtiyacları olduqları üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində bir ədəd “Vaz 2107” markalı və 2 ədəd “ Niva markalı avtomobildən audio-maqnitafonlar, audio-maqnitafonların səsgücləndiricilərini və kalonkalarını oğurlayıb internet üzərindən tanımadığı şəxslərə ucuz qiymətə sataraq pul əldə edib xərcləmişlər. 25 aprel 2021-ci tarixdə gecə saat 03 radələrində o, Əlikramla birlikdə Əlikramın "Tofaş” markalı **- TJ-*** nömrəli avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2- ci massivinə gəlib, orada həyət evinin qarşısında saxladılmış, ağ rəngli “Vaz 2107” markalı avtomobilin sürücü tərəfdən qapını,sonra isə yük yerinin kapotunu açmış,avtomobilin yük yerindən bir ədəd səs gücləndiricini söküb, avtomobilin salonunda arxa oturacağın üzərində qoyulmuş çexolun içərisində olan bir ədəd kişi kostyumunu götürüb,oradan uzaqlaşmışlar. Sonra Badamdar qəsəbəsi,1- ci yaşayış massivinə gəlmiş, orada Əlikram avtomobili yenə kənarda saxlamış, Əlikram həyət evinin qarşısında saxladılmış, ağ rəngli “Niva” markalı avtomobildən bir ədəd “Pioner” markalı audiomaqnitafonu söküb götürmüşdür. Bundan sonra onlar həmin avromobildən təxminən 100 metr aralıda, başqa bir həyət evinin qarşısında tikilmiş, avtomobil saxlanması üçün nəzərdə tutulan kənarları açıq çardağın altında saxladılmış, ağ rəngli “Niva” markalı avtomobilə yaxınlaşmış,Əlikram yenə həmin “Niva”-nın sürücü tərəfdən qapısını və arxa baqaj hissəsini açmış,birlikdə avtomobilin salonundan şitə bərkidilmiş bir ədəd “Pioner” markalı audiomaqnitafonu,baqaj yük yerində bərkidilmiş 6 ədəd kalonkanı və 1 ədəd səsgücləndirici söküb götürərək oradan uzaqlaşmışlar. Səhəri günü oğurladıqları əşyaları Əlikram internet üzərindən satışa qoyub ucuz qiymətə satmış,Əlikram həmin əşyaları kimə və neçəyə satmasını o bilməmişdir. Əldə olunmuş pulu isə Əlikram birgə yeməyə və siqaretə xərcləmişlər. Ağ rəngli “Niva” markalı avtomobildən götürdükləri dörd ədəd kalonkanı və bir ədəd səsgücləndiricini Əlikram idarə etdiyi avtomobilə quraşdıraraq özünə götürmüş, “Vaz-2107” markalı avtomobildən oğurladıqları kişi kostyumu və cibində olan “Qarabağ Azərbaycandır” sözləri yazılmış döş nişanını kirayə qaldıqları mənzilə qoymuşlar. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv,döngə 10,ev 10-da yaşayır,rəsmi heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Etibarnamə ilə idarə etdiyi “Vaz 21214” markalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomobili axşamlar yaşadığı evin qarşısında saxlayır. 25 aprel 2021-ci il tarixdə səhər saat 06:30 radələrində evindən çıxıb avtomobili saxladığı yerə yaxınlaşdıqda, avtomobilin qabaq sol qapısının açıq vəsiyyətdə olmasını görmüş, o,avtomobilin şüşəsindən salonuna baxdıqda içərisində cihazlar olan şitdə quraşdırılmış bir ədəd 130 manat dəyərində,işlənmiş “Pioner” markalı audio-maqnitafonun yerində olmadığını oğurlandığını, eyni zamanda oturacağın üzərinə qoyduğu bir ədəd 20 manat dəyərində açılıbqatlanan ov bıçağının da oğurlandığını aşkar etmişdir. Sonra o,avtomobilindən təxminən 100-150 metr aralıqda saxlanılmış qardaşı Samirə məxsus avtomobilə baxmaq üçün həmin avtomobilə tərəf gedərkən,eyni zamanda qardaşına zəng edib evdən çağırmış,bir neçə dəqiqədən Samir küçəyə çıxdıqda birllikdə qardaşına məxsus ağ rəngi “Niva” yəni “Vaz-21214” markalı Az ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxdıqda, həmin avtomobilin salonunda quraşdırılmış audiomaqnitafonun, avtomobilin baqaj yük hissəsində quraşdırılmış səsgücləndirici və kalonkalarının oğurlanmasını aşkar etmişlər. Bundan sonra o, DlN-nin “102” ximdətinə zəng edib özünə və qardaşına məxsus avtomobillərdən oğurluq baş verməsi barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona cəmi 150 manat maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci massiv, döngə 10,ev 10-da yaşayır, fərdi əməklə məşğul olur. O,özünə məxsus etibarnamə ilə idarə etdiyi 2017-ci il istehsalı olan ağ rəngli “Niva" yəni “Vaz-21214” markalı 90CZ707 dövlət qeydiyyat nişanlı avtomobili axşamlar yaşadığı həyət evinin qarşısında saxlayır. 25 aprel 2021-ci il tarixdə səhər saat 06:30 radələrində böyük qardaşı Zərərçəkmiş şəxs1 ona zəng edib özünün və onun avtomobilinin salonundan oğurluq baş verdiyini bildirərək, onu həyətə çağrımışdır. O, evdən çıxıb avtomobilimin yanına gəldikdə artıq qardaşı Saleh oğurluq barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. O, avtomobilin salonuna baxdıqda içərisində cihazlar olan şitdə quraşdırılmış bir ədəd 150 manat dəyərində, işlənmiş “Pioner” markalı audio-maqnitafonun yerində olmadığını oğurlandığını, eyni zamanda avtomobilin arxa yük yerində quraşdırılmış hər birinin qiyməti 70 manat cəmi 6 ədəd və 420 manat dəyərində, işlənmiş “Pioner” markalı audio-maqnitafonun səsgüçləndirici kalonkaların və bir ədəd 110 manat dəyərində səsgücləndirici cihazının yerində olmadığını oğurlandığını aşkar etmişdir. Eyni zamanda qardaşı Saleh avtomobilindən cəmi 150 manat dəyərində bir ədəd audiomaqnitafon və bir ədəd ov bıçağının oğurlamasını ona bildirmişdir. Oğurluq nəticəsində cəmi 680 manat məbləğində maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri,Səbail RPİ-nin CAŞ-nin rəis müavini,polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 41-ci PB-nin inzibati ərazisində Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, avtomobillərdən baş vermiş oğurluq hadisələri ilə əlaqədar, o, Səbail RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Elton Məmmədov və 41-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birgə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, həmin oğurluqları törətməkdə şübhə edilən iki nəfər şəxs xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 01.09. 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 26 aprel 2021-ci il tarixdə,saat 19 radələrində, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Tofaş- Şahin” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına gətirilmişdir. Həmin şəxslərlə söhbətlər zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olmasını etiraf etdiyindən,üzərində narkotik vasitə saxlamasında şübhələr yarandığından,Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasına aidiyyəti göstəriş verilməsi üçün 41-ci PB-nin rəhbərliyinə raportla məruzə edilmiş və PB-nin rəis əvəzi tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmaqla müvafiq qərar qəbul edilməsi 41-ci PB-nin baş təhqiqatçısı polis mayoru Fərrux Tarverdiyevə tapşırılmışdır. Baş təhqiqatçı F.Tarverdiyev qəbul etdiyi şəxsi axtarış və götürülmə aparılmasına dair qərar əsasında onun, Səbail RPİ-nin 41-ci PBnin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və həmin bölmənin sahə inspektoru polis leytenantı Şahid3,həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Əzizağa Qafarovun iştirakları ilə video çəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürməyə başlamazdan öncə Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü sürətdə təqdim etməsini təklif etmişdir.Bu zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri materialdan olan gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli “İphone” markalı mobil telefonu və sağ yan cibindən bir ədəd “LD” markalı siqaretin qutusunu çıxarıb masa üzərinə qoymuş,həmin siqaret qutusunun içərisinə baxıldıqda,içərisində bir ədəd gümüşü kağız büküm,həmin büküm açıldıqda isə içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər toz şəkildə kütlə aşkar edilmişdir. Sorğular zamanı Təqsirləndirilən şəxs1 həmin bükümdəki kütlənin özü çəkərək qəbul etməsi üçün internet üzərindən aldığını, özünə məxsus “kakos”adlanan narkotik vasitə olmasını bildirmişdir.Sonra Təqsirləndirilən şəxs1 üzərinə əlavə axtarış aparılmış və üzərində heç bir əşya aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı F.Tarverdiyev tərəfindən Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə oxşar kütlə olan bir ədəd büküm boş zərfə qoyulub möhürlənmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPl-nin 41-ci PB-nin əməkdaşı Şahid2 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmədiyini və cinayət işi üzrə göstərilən faktları təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhəri, Səbail RPl-nin 41-ci PB-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri,Səbail rayonu,Badamdar qəsəbəsi xidməti ərazidə avtomobillərdən baş vermiş oğurluq hadisələri ilə əlaqədar,o,Səbail RPl-nin CAŞnin rəis müavini polis mayoru Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili, polis leytenantı Elton Məmmədovla birgə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı.həmin oğurluqları törətməkdə şübhə edilən iki nəfər şəxs xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 26 aprel 2021-ci il tarixdə,saat 19 radələ- rində.ünvan 3 ünvanın qarşısında əldə olunmuş məlumata əsasən müəyyən edilmiş, həmin şəxslərin hər ikisi Təqsirləndirilən şəxs1 idarə etdiyi “Tofaş-Şahin” markalı 99TJ 371 dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Səbail RPl-nin 41-ci PB-nin inzibati binasına,ünvan 4 ünvana gətirilmişdir.Həmin şəxslərlə söhbətlər zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olmasını etiraf etdiyindən və üzərində narkotik vasitə saxlamasında şübhələr yarandığından, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasına aidiyyəti göstəriş verilməsi üçün 41-ci PB-nin rəhbərliyinə raportla məruzə edilmiş və PB-nin rəis əvəzi tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmaqla müvafiq qərar qəbul edilməsi 41-ci PB-nin baş təhqiqatçısı polis mayoru Fərrux Tarverdiyevə tapşırılmışdır.Sonra baş təhqiqatçı F.Tarverdiyev araşdırma ilə əlaqədar Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edib təqdim etmiş,Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla,hüquq və vəzifələri izah etmişdir. Sonra baş təhqiqatçı F.Tarverdiyev qəbul etdiyi şəxsi axtarış və götürülmə aparılmasına dair qərar əsasında, o,Səbail RPl-nin CAŞ-nin rəis müavini polis mayoru Şahid1 və 41-ci PB-nin sahə inspektoru polis leytenantı Şahid3, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Əzizağa Qafarovun iştirakları ilə video-çəkiliş aparılmaqla,şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürməyə başlamazdan öncə şübhəli şəxsə hüquq və vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs1 paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü sürətdə təqdim etməsini təklif etmişdir.Bu zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri materialdan olan gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli “İphone” markalı mobil telefonu və sağ yan cibindən bir ədəd “LD” markalı siqaretin qutusunu çıxarıb masa üzərinə qoymuş,həmin siqaret qutusunun içərisinə baxıldıqda,içərisində bir ədəd gümüşü kağız büküm,həmin büküm açıldıqda isə içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər toz şəkildə kütlə aşkar edilmişdir. Sorğular zamanı Təqsirləndirilən şəxs1 həmin bükümdəki kütlənin çəkərək qəbul etməsi üçün internet üzərindən aldığı,özünə məxsus “kakos”adlanam narkotik vasitə olmasını bildirmişdir.Sonra Ə.Əli-yevin üzərinə tərəflərindən əlavə axtarış aparılmış və üzərində heç bir əşya aşkar edilməmişdir. Bundan sonra baş təhqiqatçı F.Tarverdiyev tərəfindən Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə oxşar kütləi olan bir ədəd büküm boş zərfə qoyulub möhürlənmiş,həmin zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır.Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasına və üzərindən içərisində narkotik vasitəyə bir ədəd bükümün aşkar edilib götürülməsi barədə baş təhqiqatçı F.Tarverdiyev tərəfindən protokol tərtib edilmiş,həmin protokol ucadan oxunduqdan sonra düzgünlüyü Təqsirləndirilən şəxs1, vəkili, axtarışda iştirak etmiş o, və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra sorğular zamanı Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2la birlikdə 25 aprel 2021-ci il tarixdə, gecə saatlarında Səbail rayonu,Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yol kənarında saxladılmış nömrəsinə fikir vermədiyi ağ rəngli “Vaz-2107” markal avtomobilin salonundan bir ədəd kişi kostyumu, kostyumun cibində qutuda olan qızılı rəngli Azərbaycan xəritəsi formasında döş nişanını, avtomobilin yük baqaj hissəsindən bir ədəd audio-maqnitafonun səsgücləndiricisini, Badamdar qəsəbəsi, 1-ci yaşayı mas-sivində yol kənarında saxladılmış nömrəsinə fikir vermədiyi ağ rəngli “Niva” markalı avtomobildən bir ədəd “Pioner” markalı audio-maqnitafon və bir ədəd ov bıçaqı,həmin ərazidə başqa bir ağ rəngli nömrəsinə fikir vermədiyi “Niva” markalı avtomobilin salonundan “Pioner”markalı audio-maqnitafonu, yük baqaj hissəsindən altı ədəd “Pioner”markalı kalonkaları və bir ədəd səsgücləndiricinin oğurladığını, həmin oğurladığı əşyalardan dörd ədəd kalonka və bir ədəd səsgücləndirici idarə etdiyi “Tofaş” markalı avtomobilə quraşdırdığını,bir ədəd kişi kostyumu və bir ədəd döş nişanını kirayədə yaşadığı mənzildə saxlamasını bildirmişdir. Bundan sonra baş təhqiqatçı F.Tarverdiyev şübhəli şəxs Təqsirləndirilən şəxs1, vəkil, o,və sahə inspektoru Şahid3 iştirakı ilə 41-ci PB-nin həyətində Tofaş” markalı 99TJ 371 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, dörd ədəd kolonkanın və bir ədəd səsgücləndiricinin həmin avtomobildə quraşdırılması aşkar edilmiş, bu haqda protokol tərtib edilmişdir.Bundan sonra baş təhqiqatçı F.Tarverdiyev şübhəli şəxs Təqsirləndirilən şəxs1 razılığı ilə, özünün və vəkilinin həmçinin,onun və digər polis əməkdaşların iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanına baxış keçirərkən,Təqsirləndirilən şəxs1 qeyd etdiyi oğurluq zamanı ələ keçirdiyi bir ədəd kişi kostyumu və bir ədəd Azərbaycan xəritəsi formasında qızılı rəngli döş nişanı təqdim etmiş,həmin əşyalarda protokolla götürülmüşdür.Bundan sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə aşkar edilməsi və oğurluq faktları ilə bağlı toplanmış materiallar aidiyyəti üzrə istintaqa təqdim edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Bakı şəhəri,Səbail RPl-nin 41-ci PB-nin əməkdaşı Şahid3 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmədiyini və cinayət işi üzrə verdiyi ifadənin doğruluğunu təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhəri,Səbail RPl-nin 41-ci PB-nin əməkdaşı Şahid3 şahid polis əməkdaşı Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə, istintaqı aprılmışdır. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 aprel 2021-ci il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə 41-ci Polis Bölməsində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək video-çəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli dəri materiallı gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli “İphone” markalı mobil telefonu, sağ cibindən isə 01 ədəd “LD” markalı siqaret qutusunu çıxarıb stolun üzərinə qoydu, siqaret qutusunun içərisində 01 ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirdi. Həmin siqaret qutusu açıldı, içərisində 01 ədəd gümüşü rəngli kağız büküm aşkar edildi, həmin 01 ədəd büküm açılan zaman içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, narotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilsə də qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd kağız büküm 01 ədəd kağız zərfdə ekspert tədqiqatına təqdim edilməsindən ötrü qablaşdırlaraq götürüldü. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Tofaş” markalı 99TJ 371 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, 4 ədəd kolonkanın və 01 ədəd səsgücləndiricinin həmin avtombildə quraşdırılması aşkar edilmişdir. Baxış zamanı video çəkiliş aparılmış və çəkilmiş görüntülərin əks olunduğu disk protokla əlavə olunmuşdur. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli “mənzilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1n yaşadığı ünvan 6 ünvanına baxış keçirərkən, bir ədəd tünd qəhvəyi rəngli, içərisində “TVENTE” yazısı olan kişi kostyumu, Azərbaycan Respublikasının xəritəsi formasında, üzərində "Qarabağ Azərbaycandır” yazısı olan qızılı rəngli yaxa sancağı və qəhvəyi rəngli ftulyar qutusu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizanın 27 aprel 2021-ci il tarixli 6/1675 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 23” möhür əksi, “vətəndaş Təqsirləndirilən şəxs1 aşkar olunmuş” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l) daxildir. Tədqiqatın dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 26 aprel 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən bir ədəd siqaret kağız bükümdə 0,230 qram qəhvəyi rəngli kütlə təqdim edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,180 qram geri qaytarılmışdır. İş materiallarında olan 25 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 7 ünvanda Zərərçəkmiş şəxs1 məxsus “Vaz 21214” markalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda quraşdırılmış bir ədəd “Pioner”markalı audio-maqnitafon və bir ədəd açılıb-qatlanan ov bıçağı oğurlanmışdır. Avtomobilə baxış keçirilmiş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 25 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, Badamdar yolu ev 111-də yerləşir. Qeyd olunan ünvanda X6 məxsus ağ rəngli “Vaz-21074” markalı Az ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük baqaj hissəsinə quraşdırımış bir ədəd işlənmiş “Pioner” markalı audio-maqnitafonun səs gücləndiricisi, avtomobilin salonundan arxa oturacaqda qoyulmuş bir ədəd “TVENTE” markalı kostyum, bir ədəd üzərində “Qarabağ Azərbaycandır" sözləri yazılmış sancaq oğurlanmışdır. Avtomobilə baxış keçirilmiş və baxış zamanı əl-barmaq izləri aşkar edilib götürülmüşdür. İş materiallarında olan 25 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, Badamdar yolu ev 111-də yerləşir. Qeyd olunan ünvanda Zərərçəkmiş şəxs2 məxsus ağ rəngi “Niva” yəni “Vaz-21214” markalı Az ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda quraşdırılmış audio-maqnitafonun, avtomobilin baqaj yük hissəsində quraşdırılmış səsgücləndirici və kalonkalar oğurlanmışdır. Avtomobilə baxış keçirilmiş və baxış zamanı əl-barmaq izləri aşkar edilib götürülmüşdür. İş materiallarında olan 04 may 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: bir ədəd disk “DVD” fomatlıdır. Qeyd edilən diskin içərisində cəmi bir ədəd “05” dəqiqə “14” saniyədən ibarət video-fayl aşkar olundu. Video diskdə olan bir ədəd video-fayıl açıldıqda içərisində 26 aprel 2021-ci il tarixdə,ünvan 8 ünvanda yerləşən, Bakı şəhəri, Səbail rayonu 41-ci Polis bölməsinin inzibati binasında, həmin bölmənin baş təhqiqatçısı polis Fərrux Tarverdiyev tərəfindən, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri materialdan olan gödəkçənin sol yan cibindən bir ədəd ağ “İphone”markalı mobil telefonu və sağ yan cibindən bir ədəd “LD” markalı siqaretin qutusunu çıxarıb masa üzərinə qoyaraq təqdim etməsi,baş təhqiqatçı F.Tarverdiyev tərəfindən siqaret qutusu açıldıqda, içərisində bir ədəd gümüşü kağız bükümü olması, həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli,toz şəklində narkotik vasitə heroinə oxşar kütlə olması aşkar edilməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə əlavə axtarış zamanı heç bir əşya və ya predmet aşkar edilməməsi, sonra baş təhqiqatçı F.Tarverdiyev tərəfindən tərəfindən aşkar edilmiş bir ədəd narkotik vasitəyə oxşar kütlə olan gümüşü büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənib götürülməsi, sorğular zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitə heroinə oxşar kütlənin bükümünü özü istifadə etməsi üçün internet üzərindən 20 manata almasını bildirməsi əks olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 27 aprel 2021-ci il tarixli qərardan görünür ki, X9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 aprel 2021-ci il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(009)-259/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs2 tutulduğu andan, yəni 27 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan “əməlin tövsif edilməsi” haqqında 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 28 aprel 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 1(009)-258/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs1 tutulduğu andan, yəni 26 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 avqust 2009-cu il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan Saatlı rayonu, Genişkənd kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş 07.05.2021ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş 07.05.2021ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 24 may 2021-ci il tarixli iş üzrə əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu 41-ci Polis bölməsinin həyətində saxlanılan “Tofaş” markalı 99TJ 371 dövlət qeydiyyat nişanlı avtomobilin salonuna quraşdırılmış 04 (dörd) ədəd xaricdə istehsal olunmuş "Pioner” markalıaudio- maqnitafona aid kalonkalar və avtomobilin baqaj hissəsində quraşdırılmış bir ədəd xaricdə istehsal olunmuş audio- maqnitafonun səsgücləndirici aparatı iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli, 1756 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli, 1757 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitki preparatından sui- istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyun 2021-ci il tarixli 6/2342-9/3607 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: -2,15 qram kütləli, Azərbaycan Respublikası xəritəsi formasında, üzərində “QARABAĞ AZƏRBAYCANDİR” yazısı olan sarı rəngli 1 ədəd yaxa sancağı 925 əyarlı gümüşdən hazırlanmışdır. Yaxa sancağının üzərinə qızıl suyu çəkilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların yuxarıdakı xüsusatları nəzərə alınmaqla, 2021- ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir:-1 ədəd istifadədə olmuş vəziyyətdə, tünd qəhvəyi rəngli, içərisində “TVENTE” yazısı olan kişi kostyumu- 30,00 manat;ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Azərbaycan Respublikasının xəritəsi formasını əks etdirən,üzərində “QARABAĞ AZƏRBAYCANDİR” yazısı olan, kütləsi 2,15 qram, 925 əyarlı gümüşdən hazırlanmış yaxa sancağının (qəhvəyi rəngli ftulyarla birlikdə) qiyməti təxminən-30,00 manat müəyyən edilir. 1 ədəd istifadədə olmuş, üzərində “PROLOGY 200W” yazısı olan, üzərində rəng qopuqları, cızıqlar olan audio-maqnitafonun səsgücləndirici aparatı - 40,00 manat; 2 ədəd istifadədə olmuş Vyetnam istehsallı, “Pioner TS-A6995S 600 W” markalı və audio-maqnitafona aid kalonkalar -60,00 (2əd. x 30,00man.) manat; 2 ədəd istifadədə olmuş Vyetnam istehsallı, “Pioner TS-A6975S 500W” markalı və audio-maqnitafona aid kalonkalar- 60,00 (2əd.x30,00 manat). Tədqiqatın dəyəri 90 (doxsan) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli 3/943 saylı rəyindən görünür ki, ********* №-li cinayət işi ilə əlaqədar 1 №-li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki “a”,”b” əlbarmaq izləri 2 Ns-li zərfdə təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 4,5,6 saylı daktilolentlərin səthlərindəki ovuc izləri müqayisəli tədqiqat üçün yararlıdır. -1 №-li zərfdə təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin böyük barmağından qalmışdır. -1 №-li zərfdə təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əlbarmaq izi, 3 saylı daktilolentin səthindəki “a”,”b” əl- barmaq izləri 2 №-li zərfdə təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri 4,5,6 saylı daktilolentlərin səthlərindəki ovuc izləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. -Təqdim edilmiş 1 №-li zərfdə 4,5,6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri və 2 №-li zərfdə təqdim edilmiş 7,8,9 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqatın dəyəri 61.29 (altmış bir manat iyirmi doqquz qəpik) manatdır. İş materiallarında olan əşyaların tanınmaya təqdim edilməsi haqqında 28 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaya təqdim edilmiş əşyalarıın arasından audio- maqnitafonun səsgücləndiricisini tanımışdır. İş materiallarında olan əşyaların tanınmaya təqdim edilməsi haqqında 28 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaya təqdim edilmiş əşyalarıın arasından "Pioner”markalı audio- maqnitafonun kalonkalarını tanımışdır. İş materiallarında olan 28 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, dörd ədəd "Pioner” markalı audio- maqnitafonun kalonkaları və bir ədəd səsgücləndirici Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 28 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, hadisə nəticəsində ona dəymiş maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və iddiası yoxdur. İş materiallarında olan əşyaların tanınmaya təqdim edilməsi haqqında 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X9, ona tanınmaya təqdim edilmiş əşyalarıın arasından bir ədəd döş nişanı tanımışdır. İş materiallarında olan əşyaların tanınmaya təqdim edilməsi haqqında 29 iyun 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X9, ona tanınmaya təqdim edilmiş əşyalarıın arasından bir ədəd kişi kostyumunu tanımışdır. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, bir ədəd kişi kostyumu və bir ədəd Azərbaycan xəritəsi formasında qızıl suyu çəkilmiş döş nişanı zərərçəkmiş şəxs X6 təhvil verilmişdir. İş materiallarında olan X5 29 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, hadisə nəticəsində ona dəymiş maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan oğurluq etməyə razılaşaraq,25 aprel 2021-ci il tarixdə,gecə saat 03 radələrində,əvvəlcə ünvan 10 ünvanın qarşısında saxlanılmış “Vaz 21074”markalı Az ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və baqaj hissəsindən bir ədəd kişi kostyumu,bir ədəd döş nişanı və bir ədəd səsgücləndiricini,sonra Badamdar qəsəbəsi,1-ci yaşayış masivi,döngə 10, 10 saylı evin qarşısında saxladılmış, “Vaz 21214” markalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd “Pioner” markalı audio-maqnitafonu və bir ədəd açılıb-qatlanan ov bıçağını və həmin ünvanın yaxınlığında saxladılmış“Vaz 21214”markalı Az ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və baqaj hissəsindən, bir ədəd “Pioner” markalı audio-maqnitafonunu,6 ədəd “Pioner” markalı audio-maqnitafonun kalonkalarını və bir ədəd səsgüclən-dirici aparatını oğurladıqları yerləri əyani göstərmişdir. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan oğurluq etməyə razılaşaraq,25 aprel 2021-ci il tarixdə,gecə saat 03 radələrində,əvvəlcə ünvan 11 ünvanın qarşısında saxlanılmış “Vaz 21074”markalı Az ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və baqaj hissəsindən bir ədəd kişi kostyumu,bir ədəd döş nişanı və bir ədəd səsgücləndiricini,sonra Badamdar qəsəbəsi, 1-ci yaşayış masivi,döngə 10, 10 saylı evin qarşısında saxladılmış, “Vaz 21214” markalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan bir ədəd “Pioner” markalı audio-maqnitafonu və bir ədəd açılıb-qatlanan ov bıçağını və həmin ünvanın yaxınlığında saxladılmış“Vaz 21214”markalı Az ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və baqaj hissəsindən, bir ədəd “Pioner” markalı audio-maqnitafo- nunu, 6 ədəd “Pioner” markalı audio-maqnitafonun kalonkalarını və bir ədəd səsgücləndirici aparatını oğurladıqları yerləri əyani göstərmişdir. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Saatlı rayonu, Genişkənd kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və X2 Ramiz İbrahim oğlunun oğludur. İş materiallarında olan X10 məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, X3 müharibəsi zamanı arxa cəbhədə xidmət keçib. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, özlərinin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bildiyini bildirsə də özünün istintaqa verdiyi əvvəlki ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmamış övladının olmasını, qardaşının ikinci Qarabağ müharibəsi zamanı arxa cəbhədə xidmət keçməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini, onların heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini, onların heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən edilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş materiallarında olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,180 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar – 04 (dörd) ədəd "Pioner”markalı audio- maqnitafonun kalonkaları və bir ədəd səsgücləndiricinin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar - bir ədəd kişi kostyum və bir ədəd Azərbaycan xəritəsi formasında qızıl suyu çəkilmiş döş nişanının zərərçəkmiş şəxs X6 təhvil verilməsi nəzərə alınsın. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 261.19 (iki yüz altmış bir manat on doqquz qəpik) manatın 75.64 (yetmiş beş manat altmış dörd qəpik) manat hissəsi Təqsirləndirilən şəxs2, 185.55 (bir yüz səksən beş manat əlli beş qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 2 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk və foto şəkillər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,180 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –261.19 (iki yüz altmış bir manat on doqquz qəpik) manatın 75.64 (yetmiş beş manat altmış dörd qəpik) manat hissəsi Təqsirləndirilən şəxs2, 185.55 (bir yüz səksən beş manat əlli beş qəpik) manat hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindənBakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindənBakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar