Məhkəmə qərarları › İş №1(009)-201/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-201/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-201/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X15, Təqsirləndirilən şəxs: X10 iştirakları ilə, xx xxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, X17, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, X18 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,159 qram olan xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla, Bakı şəhəri Səbail rayonu Gülbala Əliyev kiiçəsinədək daşımış, 03 fevral 2024-cii il tarixdə saat 17:25 radələrində Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Səbail RPİ- nin 8-ci Polis Bölməsinin ünvan 4 ünvanda yerləşən inzibati binasına aparıldıqdan sonra orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş yaşıl rəngli, “Nike” markalı idman şalvarının sağ ön cibindən siqaretin gümüşü rəngli kağızma bükülü bir ədəd bükümdə həmin narkotik vasitə - təmiz çəkisi 0,159 qram olan xeyli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X17 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir dəfə Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, heç bir fiziki, xroniki və ruhi-psixi xəstəliklərdən əziyyət çəkmir, qeyrirəsmi ailəlidir, himayəsində bir azyaşlı uşağı vardır. O, təxminən 03 (üç) ildir, narkotik vasitə heroin qəbul edir, istifadə etdiyi narkotik vasitəni əvvəldən tanımadığı, şəxsiyyətləri barədə heç bir məlumatı olmayan şəxslərdən əldə etmişdir. Son dəfə o, 03 fevral 2024-cü il tarixdə saat 15:50 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” kimi tanınan yerdən narkotik vasitə istifadəçisinə bənzəyən, üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsi görmüş və sonuncunu bir az kənara çəkib üzərində narkotik vasitə olubolmadığını soruşduqda, həmin şəxs ona müsbət cavab vermişdir. Sonra o, 10 (on) manat pul qarşılığında həmin şəxsdən öz istifadəsi üçün 01 (bir) ədəd büküm narkotik vasitə olan heroin almış, həmin bükümü əynində olmuş yaşıl rəngli, üzərində "Nike" yazısı olan şalvarının sağ ön cibinə qoyub Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsinə getmişdir. O, həmin gün saat təxminən 17:25 radələrində ünvan 5 ünvanın qarşısında olarkən, iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüş, həmin şəxslər özlərini təqdim edərək, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşları olduqlarını deyib xidməti vəsiqələrini göstərmişlər. O, polis əməkdaşlarının ondan şübhələndiklərini başa düşdüyü üçün onu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etdikləri zaman etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Orada xidməti otaqlardan birində sonradan dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona hüquqları və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması sualına cavab olaraq, o, əynində olan yaşıl rəngli, üzərində “Nike" yazısı olan idman şalvarının sağ cibinə qoyduğu, siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Onun üzərindən aşkar olunmuş bükümə baxış keçirilərkən, içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd büküm narkotik vasitə heroinə bənzər kütlə müvafiq ekspert rəyi alınması üçün ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Sonra iştirakçılarla birlikdə o da, həmin zərfin üzərinə imza etmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini 03 fevral 2024-cü il tarixdə saat 15:50 radələrində radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” kimi tanınan yerdə üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsdən 10 (on) manat qarşılığında əldə etmişdir, məqsədi isə, həmin narkotik vasitəni özü istifadə etmək olmuşdur. O, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroindən başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Onun ailə üzvlərinin bu barədə heç bir məlumatı olmamışdır. O, saxlanıldığı və üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs X7 sözündə əməlindən səmimi peşman olmasının və bir az yaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi Səbail RPİ-nin 8-ci Polis Bölməsinə “Rəşad” adlı şəxsin narkotik vasitələrin qəbulu, qanunsuz saxlanılması barədə etibarlı, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, alınmış əməliyyat məlumatının yoxlanılması, şəxsin cinayət əməllərinin ifşa olunması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yarandığı üçün bu məqsədlə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 rəhbərliyi, onun qrup üzvlüyü ilə tərkibdə əməliyyat qrupu yaradılmış və “Rəşad” adlı şəxsin zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılmışdır. Bundan sonra 03 fevral 2024-cü il tarixdə saat 17:25 radələrində qrup üzvləri ilə birlikdə ünvan 5 ünvanın qarşısında zahiri əlamətləri “Rəşad” adlı şəxslə oxşar olan şəxsin hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmışlar, Səbail RPİnin 8-ci PB-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib həmin şəxsdən şəxivyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs X18 olduğunu bildirmişdir. Onlar həmin şəxsə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu və bu məqsədlə də üzərinə şəxsi axtarış aparalıcağını bildirmişlər və onlarla birlikdə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə 8-ci Polis bölməsinə getmiş, orada saxlanılan şəxsin xx xxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Kürdəmir rayonu Kürdəmir şəhəri X24 küçəsi ev 64 ünvanda qeydiyyatda olmaqla, ünvan 7nda yaşayan X18 olması müəyyən edilmişdir. Sonra xidməti iş otaqlarının birində X12 üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış, X11 üzərinə şəxsi axtarış zaman Rəşad Məmmədov əynində olmuş yaşıl rəngli, “Nike” yazılı idman şalvarının sağ ön cibindən 01 ədəd siqaretin gümüşü kağızma bükülü olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Rəşad Məmmədovun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Bundan sonra Rəşad Məmmədovun üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğu üçün bir kağız zərfə qoyularaq, qablaşdırılıb möhürlənmişdir. X11 üzərinə şəxsi axtarış və götürmə başa çatdıqdan sonra iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamış, bu barədə protokol tərtib edilmiş, iştirakçılarla birlikdə o da, protokola və zərfin üzərinə imza etmişdir. X1, eləcə də Səbail RPİ-nin 8-ci Polis Bölməsinə aparıldığı zaman, eləcə də üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya qarşı heç bir formada fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini tam təsdiq etmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmənin aparılması haqqında videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Məhkəmə iclasında şəxsi axtarış və götürmənin aparılması haqqında videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, otaqda 02 nəfər miilki geyimli və 03 nəfər xüsusi polis geyimində 05 nəfər kişi əks olunur. Həmin kişilərdən biri özünü Səbail RPİ-nin 8-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Mahir Feyzullayev olaraq təqdim edir, daha sonra iki nəfər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı Şahid1, əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Mehman Əliyevin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş X11 üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilərək, olduğu halda, könüllü surətdə təqdim etməsi təklif olunur. Şübhəli şəxs X18 əynindəki yaşıl rəngli, üzərində “Nike'’ yazısı olan idman şalvarının sağ ön cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. X9 tərəfindən Rəşad Məmmədovun üzərinə şəxsi axtarış keçirilir, bütün geyim əşyaları bir-bir yoxlanılır, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Daha sonra X9 tərəfindən həmin büküm açılır, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olduğu müəyyən olunur. Sonra şübhəli şəxs X18 təhqiqatçı tərəfindən sorğu-sual edilir və o, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün “Papanin” kimi tanıdığı yerdən adını bilmədiyi və tanımadığı şəxsdən 10 (on) manata alaraq, üzərində daşıyıb saxlanıldığını bildirir. Sonra həmin büküm X9 tərəfindən boş zərfə qoyularaq qablaşdırılır, DİN-in 52 saylı möhürü ilə möhürlənir, zərfin üzərində bütün iştirakçılar tərəfindən imzalanmalar həyata keçirilir. Daha sonra müdafiəçi Mehman Əliyev şübhəli şəxs Rəşad Məmmədovdan, polis əməkdaşları tərəfindən zor tətbiq edilibedilməməsi soruşulur və o, heç bir formada ona zor tətbiq olunmadığı bildirir. Sonda bu barədə protokol tərtib edilir və protokol da iştirakçılar tərəfindən imza edilir. Videogörüntü həmin anda başa çatır. Məhkəməyədək icraat zamanı aparılmış “şəxsi axtarış və götürmənin aparılması haqqında” 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X11 üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparmadan əvvəl X18 bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. X18 əynində olmuş yaşıl rəngli, üzərində “Nike” yazısı olan idman şalvarının sağ ön cibindən 01 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş, kristal hissəciklər şəklində olan narkotik vasitə herioni təqdim edərək, həmin narkotik vasitə heroini Bakı şəhəri Nəsimi rayonunda “Papanin” kimi tanınan yerdən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, həmin büküm qəhvəyi rəngli toz şəklində olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı X11 üzərindən cinayət təqibi üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya sənəd aşkar edilməmiş, şəxsi axtarış və götürmə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin xidməti otağında aparılmış və bu zaman istifadə edilmiş videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəməfiziki kimyəvi ekspertizasının 04 fevral 20214-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 52” dairəvi möhür əksləri, “X2 üzərindən aşkar edilərək götürülmüş büküm...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,159 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi - 0,159 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,109 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 şəxsi Ambulator X4 02 fevral 2024-cü il tarixli 776 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə göstərilmişdir: Müayinə zamanı X18oğlunda OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 04 fevral 2023-cü il tarixli aktdan görünür ki, 0,159 qram qəbul olunmuş, 0.05 qram nümunə götürülmüş və 0,109 qram heroin geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/772 saylı 04 fevral 2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, X18 03 fevral 2024-cü il tarixdə saat 17:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiyə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında 05 fevral 2024cü il tarixli qərarlara əsasən, X18 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin olunmamış və “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-201/2024 saylı, 11 iyun 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs X18 barəsində axtarış elan edilmiş, o, tapılanadək iş üzrə icraat dayandırılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və tutulduqdan sonra Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 10 iyul 2024-cü il tarixli müraciətindən görünür ki, X18 10 iyul 2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X11 himayəsində 17 aprel 2013-cü il təvəllüdlü X19 vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, X3 məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkumluq haqqında arayışdan və hökmün surətindən görünür görünür ki: X18 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004)-434/2021 saylı, 15 dekabr 2021-ci il tarixli hökmü ilə 11 (on bir) ay müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum olunmuş və 16 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Hazırki cinayət hadisəsinin 03 fevral 2024-cü il tarixində baş verdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, X11 əməlində residiv müəyyən olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, X13 cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X13 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər digər cinayət əməlinin törədilməsinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və halhazırda əməlində residivinin müəyyən olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan X11 islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X11 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməsini və cəzasının əvvəlinin tutulduğu vaxtdan yəni 10 iyul 2024-cü ildən hesablanmasın və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün ilə hesablanır Belə olan halda təqsirləndirilən şəxs X11 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X11 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs X16 əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 şəxsi Ambulator X4 02 fevral 2024-cü il tarixli 776 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə göstərilmişdir: Müayinə zamanı X18oğlunda OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X13 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X13 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,109 qram heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manatın təqsirləndirilən şəxsdən tutulmasını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: X18, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X11 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X13 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,109 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına ödəniləcək – 80 (səksən) manat X8 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İbyamin oğlu tərəfindən təqsirləndirilən şəxs X11 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 294 (yüz altmış iki) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar