Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-201/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, usta işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Çaxırlı Ə/D, Kəlbəhüseynli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 iyun 2025-ci il tarixdə saat 14.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,816 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üstündə saxlamaqla daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 mart 2025-ci il tarixdə saat 22:50 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq orada şübhəli şəxsin üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs çiynində asdığı 01 ədəd qara rəngli çantasının içərisindən üzərində «mentos» yazısı olan yaşıl rəngli saqqız qutusunun içərisindən təmiz çəkisi 0,816 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2025-ci ilin yanvar ayının əvəllərindən narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin qəbul edir, 03 mart 2025-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gedib həmin şəxsi taparaq 280 manat vermiş, bir büküm narkotik vasitə olan marixuana, bir büküm kofein və bir büküm isə psixotrop maddə olan metamfetamin gətirməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs ona «mentos» yazısı olan yaşıl rəngli saqqız qutusunun içərisindən 01 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə olan manixuana, 01 (bir) ədəd sellofan bükümdə olan kofein maddəni və dekstrometorfan adlanan maddəni 01 (bir) ədəd bükümdə isə psixotrop maddə-metamfetamini təqdim edərək vermişdir. 03 mart 2025-ci il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək saxlamışlar. Əməlindən peşman olduğunu, əvvəllər məhkum olmadığını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin polis sahə rəisi X7 ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə xidmət etdiyi Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə Bakı şəhəri, Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin qəbul etməsi və üzərində daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı 03 mart 2025-ci il tarixdə saat 22:00 radələrindən, həmin tarixdə saat 22:50 radələrinədək əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs saxlamışlar. Həmin zaman əməliyyat-axtarış tədbirləri keçirmə və şübhəli şəxsin üstünün yoxlanması və götürməsi keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qara rəngli əl çantasının içərisində olan «mentos» yazısı olan yaşıl rəngli saqqız qutusunun içərisindən 01 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə olan manixuana, 01 (bir) ədəd sellofan bükümdə olan kofein maddə və dekstrometorfan adlanan maddəni və 01 (bir) ədəd bükümdə isə psixotrop maddə-metamfetaminin götürülmüşdür. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid2 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin polis sahə rəisi X7 ilə eyni məzmunlu ifadə verərək şahid X4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs çiynində asdığı 01 ədəd qara rəngli çantasının içərisindən üzərində «mentos» yazısı olan yaşıl rəngli saqqız qutusunu çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs maddənin psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün əldə xarici ölkə vətəndaşından etdiyini bildirir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 mart 2025ci il tarixli 6/944 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №239" dairəvi möhür əksi olan "Vətəndaşın üzərindən çıxan maddi sübutlar.. Təqsirləndirilən şəxs...(imza)" sözləri, soyad və imzalar qeyd edilmiş üzərində “Mentos pure fresh" göstəricisi olan bir ədəd yaşıl rəngli plastik qabda təmiz çəkisi 3,263 qram tünd qəhvəyi rəngli maddənin tərkibində kofein və dekstrometorfan aşkar edildi. Laboratoriyada standart nümunə olmadığından qarışığın tərkibində dekstrmetorfanın miqdarını müəyyən etmək mümkün deyildir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,816 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,816 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq çəkisi 0,766 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 04 mart 2025-ci il tarixli 7/393 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vətəndaşın üzərindən çıxan maddi sübutlar, Təqsirləndirilən şəxs ......" yazılar və imzalar olan zərfdə 1 ədəd üzərində "mentos" yazısı olan yaşıl rəngli plastik qabda 1 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi- SPUBLİKmaddələr olan çətənə (kannabis) 4,04qram bitki mənşəli kütlə, tərkibində narkoi narkotik qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 4,04 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq çəkisi 3,99 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, marixuana“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. Respublika Narkoloji Mərkəzinin 08 aprel 2025-ci il tarixli 1952 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 03 mart 2025-ci il tarixdə saat 22:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 04 mart 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmı.dır. 05 mart 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 05 mart 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə təmiz çəkisi 4,04 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan, tədqiqatdan sonra sərf edilmiş-0,05 qram qalıq 3,99 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,816 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindən tədqiqatdan sonra sərf edilmiş-0,05 qram qalıq 0,766 qram psixotrop maddə-metamfetamin və təmiz çəkisi 3,263 qram tünd qəhvəyi rəngli maddənin tərkibində kafein və dekstrometorfandan, tədqiqatdan sonra sərf edilmiş-0,1 qram qalıq 3,163 qram kafein və dekstrometorfan maddi sübut hesab edilmiş və məhkəmənin hökmünə qədər saxlanılması üçün Səbail RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerinə təhvil verilmişdir. 05 mart 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçiməsi barədə istintaq şöbəsinin müstəntiqi Valeh Nəbiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı yerdən azadlığa buraxılmışdır. 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 3,263 qram tünd qəhvəyi rəngli maddənin tərkibində kafein və dekstometorfan, laboratoriyada standart nümunə olmadığından qarışığın tərkibində dekstmetorfanın miqdarını müəyyən etmək mümkün olmadığından və təmiz çəkisi 4,04 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərdən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarda olmadığından Təqsirləndirilən şəxs həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 mart 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11, nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 08 aprel 2025-ci il tarixli 1952 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,766 qram olan (ilkin təmiz çəki 0,816 qram) kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 3,99 qram olan (ilkin təmiz çəki 4,04 qram) narkotik vasitə-qurudulmuş marixuana, 3,163 qram olan (ilkin təmiz çəki 3,263 qram) kofein və dekstromertofan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış 04 mart 2025-ci il tarixli 6/944 №-li və 04 mart 2025-ci il tarixli 7/393 №-li məhkəmə ekspertizası tədqiqatlarının xərci ümumilikdə 137 (bir yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11, nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,766 qram olan (ilkin təmiz çəki 0,816 qram) olan psixotrop maddə-metamfetamin, 3,99 qram olan (ilkin təmiz çəki 4,04 qram) narkotik vasitə-qurudulmuş marixuana, 3,163 qram olan (ilkin təmiz çəki 3,263 qram) kafein və dekstromertofan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının ümumi xərci – 137 (bir yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-201/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-201/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver