Məhkəmə qərarları › İş №1(009)-202/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-202/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-202/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosundan vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən toplanmış sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 02 aprel 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 47B saylı binanın yaxınlığında tək və piyada olaraq hərəkət etdiyini görüb sonuncunun əlindəki çantasını açıq yolla talama məqsədi ilə arxadan yaxınlaşaraq 30 manat dəyərində əl çantasını işərisində olan 30 manat dəyərində olan pul kisəsi 150 manat nəğd pulu əlindən alıb qaçırılmaqla, yəni özgənin əmlakını açıq talayaraq zərərçəkmiş şəxs X1 210 manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosussual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını və məhkəməyədək ibtidai istintaq zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş ibtidai istintaqı aparan müstəntiq barəsində xüsusi qərar çıxarılmasını məhkəməyə təklif etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosundan vəkil Müdafiəçi yazılı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosussual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs yazılı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosussual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə, məhkəmənin hazırlıq iclasında iş materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. Həmin Məcəllənin 26.2.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək, ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etməkdən ibarət hüquqlarını təmin etməlidir. Məcəllənin 26.4-cü maddəsinə əsasən inayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq; onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq; tərcüməçinin köməyindən pulsuz istifadə etmək kimi hüquqlara malikdir. Həmin Məcəllənin 224.3-cü maddəsinə əsasən ittihamı elan etdikdən sonra müstəntiq təqsirləndirilən şəxsə onun bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilir. Müstəntiq ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokol tərtib edir. Bu protokol müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi (bu hərəkətin yerinə yetirilməsində iştirak edirsə) tərəfindən imzalanır. Eyni zamanda Məcəllənin 156.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirinin seçilməsi barədə qərarı şübhəli və ya təqsirləndirilən şəxsə (axtarışda olan şəxs istisna edilməklə) dərhal elan edir və qərarın surətini ona təqdim edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud pozuntu hesab olunur və Məcəllənin 303.1-ci maddəsində göstərilmiş qərarın qəbul edilməsi üçün əsas təşkil edir. İş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azərbaycan dilində çətinliklə danışır, həmçinin Türkiyə Respublikasında yaşamış və orada təhsil almışdır. Bu səbəbdən də azərbaycan dilində olan bəzi çətin sözləri başa düşmür, dəqiq yazıb-oxuya bilmir. Buna baxmayaraq ona ibtidai istintaqda tərcüməçi verilməmişdir, həmçinin bəzi əsas sənədlər azərbaycan dilindən təqsirləndirilən şəxsin bildiyi dilə tərcümə edilib ona verilməmişdir. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən azərbaycan dilinin Türkiyə türkçəsinə çevrilmiş ittiham aktının surətinin Təqsirləndirilən şəxs verilməsini təsdiq edən sənədlər, çevrilmiş ittiham aktının Təqsirləndirilən şəxs tərəfindən alınmasını təsdiq edən qəbzlər və ümumiyyətlə azərbaycan dilinin Türkiyə türkçəsinə çevrilmiş ittiham aktının surəti cinayət işinin materiallarında olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kimi kobud pozuntulara yol verildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud pozuntu hesab olunur və Məcəllənin 303.1-ci maddəsində göstərilmiş qərarın qəbul edilməsi üçün əsas təşkil edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının pozulması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299 və 303-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 156 (yüz əlli altı) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə, onun müdafiəçisinə və zərərçəkmiş şəxsə təqdim edilsin. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar