Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-202/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X10 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi5, Müdafiəçi7 Ağa-zəki qızı, Müdafiəçi8 və Müdafiəçi9, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 2004-ci ildə Salyan rayonu, Marışlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Salyan rayonu, Marışlı Ərazi Dairəsi, Marişli kəndində qeydiyyatda olan, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 1, mənzil 41 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxxxx 2006-ci ildə Salyan rayonu Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan,həmin ünvanda yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəza çəkmə müəssisəsində cəzaçəkən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxxxxx 2007-ci ildə Saatlı rayonu, Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxxxxx 2007-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmayanı vədlər verərək cinayətkar fəaliyyətə cəlb etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, 17 aprel 2024-cü il tarixdə saat 01:00 radələrində yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə xidmətçi işlədikləri Salyan rayonu, Arbatan kəndində yerləşən "Mini" adlı kafedə olan zaman kafeyə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs kafenin zalında oturub üzərindən pul çıxardaraq saydığını gördükdən sonra əvvəlcə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2la birlikdə kafenin mətbəxinə gedib Zərərçəkmiş şəxs məxsus pul vəsaitini talamaqdan ötrü qarşılıqlı razılşamaya gəlmiş, cinayətin törədilməsində onlarla birgə iştirak etmək üçün həmin vaxt kafedə olan tanışları yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs qarşı cinayət törətmələrini təklif edərək cinayət yolu ilə əldə edilmiş əmlakı aralarında bölüşdürməklə qazanc əldə edəcəkləri barədə yetkinlik yaşına çatmayanlar xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.2007-ci il təvəllüdlü X2 vədlər verərək onları cinayətkar fəaliyyətə cəlb etdikdən sonra yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la özgənin əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək cinayətkar niyyətin həyata keçirilməsi üçün ümumi razılıq əldə edərək rolların bölüşdürülməsinə görə onun özü "Mini" kafedə qalmış, Təqsirləndirilən şəxs3 Adam Gülməmmədovla birlikdə Salyan rayonu, Arbatan kəndində yerləşən kənd qəbrstanlığına getmiş, Təqsirləndirilən şəxs2 isə kirayə ev tapmadığı halda Zərərçəkmiş şəxs Salyan rayonunda qalması üçün kiyarə ev tapdığını bildirib həmin evi göstərmək adı ilə yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs aladaraq Zərərçəkmiş şəxs "Mini" kafedən çıxmasına nail olub birlikdə piyada hərəkət edərək qabaqcadan qrup üzvləri ilə öz aralarında planlaşdırdıqları kimi həmin günü gecə saat 02:00 radələrində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəlcədən gəlib gözlədikləri Salyan rayonu, Arbatan kəndində yerləşən kənd qəbristanlığına aparmış, kənd qəbirstanlığında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 görüb onlarla salamlaşdıqdan sonra onlar kənd qəbirstanlığının yaxınlığındakı su kanalının yanına gəldikdə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs pul tələb etmiş və Zərərçəkmiş şəxs pul vermədiyini görüb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən vurub onu yerə yıxaraq Zərərçəkmiş şəxs üzərində olan 790,00 manat pul vəsaitini, 350 manat dəyərində olan "Redmi Note 12" markalı mobil telefonu və hesabında 790,00 manat olan "xxxx" ASC-yə aid 5522-0993- 6917-2861 saylı "Tam" kartını açıq talayıb ələ keçirdikdən sonra qaçıb hadisə yerindən uzaqlaşaraq soyğunçuluq törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-yə aid 5522- 0993-6917-2861 saylı "Tam" kartın hesabından 17 aprel 2024-cü il tarixdə saat 04:29:30-da ünvan 4 ünvanında yerləşən "xxxx" ASC- yə aid olan 2355 nömrəli bankomatdan 100,00 manat pul vəsaitini və qeyd edilən tarixdə saat 04:30:21-də həmin ünvanda yerləşən "xxxx" ASC-yə aid olan 2355 nömrəli bankomatdan 690 manat pul vəsaitini çıxartmaqla vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 790,00 manat pul vəsaitini elektron məlumat daşıyıcısından çıxartmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 790,00 manat maddi ziyan vuraraq oğurluq törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, 17 aprel 2024-cü il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs4 və X4 xidmətçi işlədikləri Salyan rayonu, Arbatan kəndində yerləşən "Mini" adlı kafedə olan zaman Xəqani Qəhrəmanov və Təqsirləndirilən şəxs2 ona və Təqsirləndirilən şəxs1 yaxınlaşaraq kafeyə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs məxsus pul vəsaitini talamaqdan ötrü həmin cinayətin törədilməsində onlarla birgə iştirak etmək üçün cinayət törətmələrini təklif edərək cinayət yolu ilə əldə edilmiş Əmlakı aralarında bölüşdürməklə qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la özgənin əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək cinayətkar niyyətin həyata keçirilməsi üçün ümumi razılıq əldə edərək rolların bölüşdürülməsinə görə Təqsirləndirilən şəxs4 "Mini" kafedə qalmış, onun özü Adam Gülməmmədovla birlikdə Salyan rayonu, Arbatan kəndində yerləşən kənd qəbrstanlığına getmiş, Təqsirləndirilən şəxs2 isə kirayə ev tapmadığı halda Zərərçəkmiş şəxs Salyan rayonunda qalması üçün kiyarə ev tapdığını bildirib həmin evi göstərmək adı ilə yalandan vəd verib bu adla Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aladaraq Zərərçəkmiş şəxs "Mini" kafedən çıxmasına nail olub birlikdə piyada hərəkət edərək qabaqcadan qrup üzvləri ilə öz aralarında planlaşdırdıqları kimi həmin günü gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs onun və Təqsirləndirilən şəxs1 əvvəlcdən gəlib gözlədikləri Salyan rayonu, Arbatan kəndində yerləşən kənd qəbristanlığına aparmış, kənd qəbirstanlığında onu və Təqsirləndirilən şəxs1 görüb onlarla salamlaşdıqdan sonra onlar kənd qəbirstanlığının yaxınlığındakı su kanalının yanına gəldikdə X13 Abbasovdan pul tələb etmiş və Zərərçəkmiş şəxs pul vermədiyini görüb Əzizağa Kazımov onunla birlikdə Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən vurub onu yerə yıxaraq Zərərçəkmiş şəxs üzərində olan 790,00 manat pul vəsaitini, 350 manat dəyərində olan "Redmi Note 12" markalı mobil telefonu və hesabında 790,00 manat olan “Azərbaycan Beynəlxalq Bank" ASC-yə aid 5522-0993-6917-2861 saylı "Tam" kartını açıq talayıb ələ keçirdikdən sonra qaçıb hadisə yerindən uzaqlaşaraq soyğunçuluq törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-yə aid 5522-0993-6917-2861 saylı "Tam" kartın hesabından 17 aprel 2024-cü il tarixdə saat 04:29:30-da ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-yə aid olan 2355 nömrəli bankomatdan 100,00 manat pul vəsaitini və qeyd edilən tarixdə saat 04:30:21-də həmin ünvanda yerləşən "xxxx" ASC-yə aid olan 2355 nömrəli bankomatdan 690 manat pul vəsaitini çıxartmaqla vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 790,00 manat pul vəsaitini elektron məlumat daşıyıcısından çıxartmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 790,00 manat maddi ziyan vuraraq oğurluq törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, 17 aprel 2024-cü il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs4 və X4 xidmətçi işlədikləri Salyan rayonu, Arbatan kəndində yerləşən "Mini" adlı kafedə olan zaman Xəqani Qəhrəmanov və Təqsirləndirilən şəxs2 ona və Təqsirləndirilən şəxs3 yaxınlaşaraq kafeyə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs məxsus pul vəsaitini talamaqdan ötrü həmin cinayətin törədilməsində onlarla birgə iştirak etmək üçün cinayət törətmələrini təklif edərək cinayət yolu ilə əldə edilmiş əmlakı aralarında bölüşdürməklə qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə özgənin əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək cinayətkar niyyətin həyata keçirilməsi üçün ümumi razılıq əldə edərək rolların bölüşdürülməsinə görə Təqsirləndirilən şəxs4 "Mini" kafedə qalmış, onun özü Təqsirləndirilən şəxs3lə birlikdə Salyan rayonu, Arbatan kəndində yerləşən kənd qəbrstanlığına getmiş, Təqsirləndirilən şəxs2 isə kirayə ev tapmadığı halda Zərərçəkmiş şəxs Salyan rayonunda qalması üçün kiyarə ev tapdığını bildirib həmin evi göstərmək adı ilə yalandan vəd verib bu adla Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aladaraq Zərərçəkmiş şəxs "Mini" kafedən çıxmasına nail olub birlikdə piyada hərəkət edərək qabaqcadan qrup üzvləri ilə öz aralarında planlaşdırdıqları kimi həmin günü gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs onun və Təqsirləndirilən şəxs3 əvvəlcdən gəlib gözlədikləri Salyan rayonu, Arbatan kəndində yerləşən kənd qəbristanlığına aparmış, kənd qəbirstanlığında onu və Təqsirləndirilən şəxs3 görüb onlarla salamlaşdıqdan sonra onlar kənd qəbirstanlığının yaxınlığındakı su kanalının yanına gəldikdə X13 Abbasovdan pul tələb etmiş və Zərərçəkmiş şəxs pul vermədiyini görüb X14 Babayevlə birlikdə Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən vurub onu yerə yıxaraq Zərərçəkmiş şəxs üzərində olan 790,00 manat pul vəsaitini və 350 manat dəyərində olan "Redmi Note 12" markalı mobil telefonu, hesabında 790,00 manat olan "xxxx" ASC-yə aid 5522-0993- 6917-2861 saylı "Tam" kartını açıq talayıb ələ keçirdikdən sonra qaçıb hadisə yerindən uzaqlaşaraq soyğunçuluq törətmişdir. Bundan başqa, X6, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-yə aid 5522-0993-6917-2861 saylı "Tam" kartın hesabından 17 aprel 2024-cü il tarixdə saat 04:29:30-da ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-yə aid olan 2355 nömrəli bankomatdan 100,00 manat pul vəsaitini və qeyd edilən tarixdə saat 04:30:21-də həmin ünvanda yerləşən "xxxx" ASC-yə aid olan 2355 nömrəli bankomatdan 690 manat pul vəsaitini çıxartmaqla vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 790,00 manat pul vəsaitini elektron məlumat daşıyıcısından çıxartmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 790,00 manat maddi ziyan vuraraq oğurluq törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, 17 aprel 2024-cü il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs4 ilə xidmətçi işlədikləri Salyan rayonu, Arbatan kəndində yerləşən "Mini" adlı kafedə olan zaman kafeyə müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs kafenin zalında oturub üzərindən pul çıxardaraq saydığını gördükdən sonra əvvəlcə Təqsirləndirilən şəxs4lə birlikdə kafenin mətbəxinə gedib Zərərçəkmiş şəxs məxsus pul vəsaitini talamaqdan ötrü qarşılıqlı razılşamaya gəlmiş, cinayətin törədilməsində onlarla birgə iştirak etmək üçün həmin vaxt kafedə olan tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs qarşı cinayət törətmələrini təklif edərək cinayət yolu ilə əldə edilmiş əmlakı aralarında bölüşdürməklə qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la özgənin əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək cinayətkar niyyətin həyata keçirilməsi üçün ümumi razılıq əldə edərək rolların bölüşdürülməsinə görə Təqsirləndirilən şəxs4 "Mini" kafedə qalmış, Təqsirləndirilən şəxs3 Adam Gülməmmədovla birlikdə Salyan rayonu, Arbatan kəndində yerləşən kənd qəbrstanlığına getmiş, onun özü isə kirayə ev tapmadığı halda Zərərçəkmiş şəxs Salyan rayonunda qalması üçün kiyarə ev tapdığını bildirib həmin evi göstərmək adı ilə yalandan vəd verib bu adla Zərərçəkmiş şəxs aladaraq Zərərçəkmiş şəxs "Mini" kafedən çıxmasına nail olub birlikdə piyada hərəkət edərək qabaqcadan qrup üzvləri ilə öz aralarında planlaşdırdıqları kimi həmin günü gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəlcdən gəlib gözlədikləri Salyan rayonu, Arbatan kəndində yerləşən kənd qəbristanlığına aparmış, kənd qəbirstanlığında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 görüb onlarla salamlaşdıqdan sonra onlar kənd qəbirstanlığının yaxınlığındakı su kanalının yanına gəldikdə o, Zərərçəkmiş şəxs pul tələb etmiş və Zərərçəkmiş şəxs pul vermədiyini görüb Təqsirləndirilən şəxs3lə birlikdə Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən vurub onu yerə yıxaraq Zərərçəkmiş şəxs üzərində olan 790,00 manat pul vəsaitini, 350 manat dəyərində olan "Redmi Note 12" markalı mobil telefonu ve hesabında 790,00 manat olan "xxxx" ASC-yə aid 5522-0993-6917-2861 saylı "Tam" kartını açıq talayıb ələ keçirdikdən sonra qaçıb hadisə yerindən uzaqlaşaraq soyğunçuluq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" ASC-yə aid 5522-0993-6917-2861 saylı "Tam" kartın hesabından 17 aprel 2024-cü il tarixdə saat 04:29:30-da ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-yə aid olan 2355 nömrəli bankomatdan 100,00 manat pul vəsaitini və qeyd edilən tarixdə saat 04:30:21-də həmin ünvanda yerləşən "xxxx" ASC-yə aid olan 2355 nömrəli bankomatdan 690 manat pul vəsaitini çıxartmaqla vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 790,00 manat pul vəsaitini elektron məlumat daşıyıcısından çıxartmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 790,00 manat maddi ziyan vuraraq oğurluq törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində yerləşən Mini adlı kafedə ofisiant işləyir. O, hər gün saat 08:00- dan saat 20:00-dək işləyir, gündəlik 10 manat maaş alır. 2024-cü il aprelin 16-da o, iş vaxtını dəyişdiyi üçün kafedə gecə qalacaqdı. Həmin tarixdə saat 23 radələrində o, işlədiyi Mini adlı kafedə olan zaman sonradan adını bildiyi Samir adlı şəxs kafeyə gəlmiş, Samir Əzizağaya yaxınlaşmış və yemək olub-olmadığını soruşmuş, Əzizağa da olan yeməkləri sayaraq qiymətlərini bildirmişdir. Samir isə yemək yeməyəcəyini deyərək çay olub-olmadığını soruşmuş, Əzizağa da Samirə çay olduğunu bildirmişdir. Samir də ona çay verməyini demiş, Əzizağa da istədiyi masada əyləşməsini deyərək gətirəcəyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra o, Samirin əyləşdiyi masaya çay aparmışdır. Sonra Salyan rayon sakinləri olan tanışları Oktay ilə Adəm gəlmişlər. O, Əzizağa, Oktay, Adəm ilə birlikdə başqa masada əyləşərək söhbət etmişlər. Samir onlara səslənərək damino oyunu oynamaq istədiyini bildirmiş, Oktay da oynaya biləcəyini bildirmişdir. Əzizağa da onlara oynamalarını və oyunu udan şəxsə çay verəcəyini bildirmişdir. Samir domino oyununda Oktayı udmuş, Əzizağa isə çay verəcəyini bildirmişdir. Samir də indi çay istəmədiyini, sabah da, biri gündə gələndə verməyini bildirmiş, Əzizağa da problem olmadığını bildirmişdir. Samir yaxınlıqda market olub-olmadığını soruşmuş, Əzizağada yaxınlıqda Neptun adlı supermarket olduğunu bildirmişdir. Samir Əzizağa ilə birlikdə supermarketə getmişdir. Onlar birlikdə Mini adlı kafeyə qayıtmışlar. Samir Əzizağa ilə birlikdə masada əyləşmiş, Samir yenidən çay içmiş, o da Əzizağa ilə birlikdə yemək yeməyə qərar vermişlər. Əzizağa Samirə yemək yeməsini təklif etsə də, Samir yeməyəcəyini bildirmişdir. Tanışları Adəm ilə Oktay isə başqa masada əyləşmişlər. O, Samir və Əzizağa ilə söhbət etməyə başlamışlar. Samir Göyçaylı olduğunu, Bakı şəhərindən çıxıb Salyan rayonuna gəldiyini, burada obyekt açacağını bildirmişdir. Söhbət zamanı Samir qalmağa yerinin olmadığını bildirmiş, Əzizağa isə narahat olmamasını ona qalmağa günlük kirayəyə ev tapacağını bildirmişdir. 2024-cü il aprelin 17-də saat 01 radələrində Samir cibində olan pulları çıxarıb səsli şəkildə saymağa başlamışdır. O, Əzizağa ilə birlikdə onun cibində 550 manat və əlavə olaraq 1 manatlıq pullar olduğunu görmüşlər. Əzizağa ilə bir-birlərinə baxmışlar və birlikdə masanı yığışdıraraq mətbəxə getmişlər. Mətbəxdə olan zaman Əzizağa ilə danışaraq Samirin cibindəki pulları götürməyi planlaşdırmışlar. Sonra mətbəxdən çıxaraq ümümi zala getmişlər və Oktay ilə Adəmi çağıraraq orada olan kabinetə keçmişlər. Kabinetdə olan zaman o, Əzizağa ilə birlikdə Oktay və Adəmə ümumi zalda əyləşən Samir adlı şəxsin cibində yaxşı pul olduğunu və onu götürmək istədiklərini, onlarında qoşulmaqlarını təklif etmişlər. Oktay və Adəm fikirləşdikdən sonra onlarla razılaşmışlar. Onlar onun kafedə qalmağını, Oktay ilə Adəmin çıxıb Arbatan kəndində yerləşən qəbirastanlığın girişində gözləmələrini, Əzizağanın da Samiri yalandan günlük kirayə tutduğu evə aparacağını qərarlaşdırmışlar. O, kafedə qalmış, Oktay ilə Adəm çıxaraq getmişlər, Əzizağa da Samir birlikdə kafedən çıxaraq onu yalandan onun üçün günlük kirayə tapdığı evə apardığını bildirmişdir. Həmin tarixdə təxminən saat 02 radələrində o, kafedə olan zaman kafenin qarşısında avtomobil dayanmış və onu səslədiklərini eşitmişdir. O, dərhal kafenin qapısına çıxmış, Əzizağa kafenin işıqlarını söndürüb, qapını kilidləyib açarı da çöldə olan stolun üzərindəki qəndqabının içərisinə qoymağını bildirmişdir. O da Əzizağanın dediyi kimi etmiş və gədib taksiyə əyləşmişdir. Onlar taksi sürücüsü olan Fərid ilə danışaraq onları Bakı şəhərinə neçəyə apara biləcəyini soruşmuşlar, Fərid isə 45 manata apara biləcəyini bildirmişdir. Əzizağa Fəridə avtomobili 24 saat işləyən OBA marketin qarşısında saxlamasını bildirmiş, Fərid avtomobili saxlamış, Əzizağa marketə gedərək siqaret və su almışdır. Fərid onları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 28 May metro stansiyanının qarşısına aparmışdır. Əzizağa taksi sürücüsü Fəridə zəhmət haqqı olaraq 50 manat pul vermişdir. Fəridin bu işdən xəbəri olmamış, ümumiyyətlə onlar heç kimə bu haqda bir söz deməmişlər. O, Əzizağa, Oktay, Adəm ilə birlikdə piyada gəzərək ABB bankına məxsus olan bankomat tapmışlar. X17 kartını bankomata daxil etmiş və balansın 760 manat olduğunu görmüşlər, Əzizağa bütün pulu çıxartmışdır. Əzizağa Samirin üzərindən götürdüyü və bankomatdan çıxartdığı pulları toplamışdır. Samirin pullarından taksiyə və marketə xərcləmişlər, yerdə qalan pulu 4 yerə bölmüşlər, təxminən hər birinə 290 manat pul düşmüşdür. Səhərə yaxın o, Əzizağa, Oktay, Adəm ilə birlikdə şəhəri gəzdikdən sonra günlük kirayə ev tapıb orada gecələmək üçün Xocasən qəsəbəsinə getmişlər. O, Əzizağa, Oktay, Adəm ilə birlikdə tapdığı evdə qalmışlar. Həmin tarixdə günorta saatlarında yuxudan oyandıqdan sonra o, Əzizağa, Oktay, Adəm ilə birlikdə şəhəri gəzmişlər, sonra onlar ayrılmışlar. O, Əzizağa ilə Oktay isə Adəm ilə getmidir. O, Əzizağa ilə tanımadığı paltar mağazasına gedərək özünə paltarlar almışlar. Həmin tarixdə axşam saatlarında o, Əzizağa ilə birlikdə Oktay və Adəm ilə görüşüb yenidən şəhəri gəzmişlər. Sonra atası mobil telefon vasitəsilə ona zəng etmiş, harada olduğunu soruşmuş, o da tanışları ilə birlikdə Bakı şəhərinə gəzməyə gəldiyini demişdir. Atası isə nə vaxt evə qayıdacağını soruşmuş, o da axşama qayıdacağını demişdir. Sonra onlar birlikdə 28 May metro stansiyanın yaxınlığında yerləşən adını bilmədiyi kluba getmişlər. 2024-cü il aprelin 18-də saat 07 radələrində o, Əzizağa, Oktay və Adəmə atasının narahat olduğunu deyərək evə qayıtmaq istədiyini deyib onlardan ayrılıb Lökbatan qəsəbəsinə getmişdir. O, oradan tanımadığı taksiyə əyləşərək Salyan rayonuna qayıtmışdır. O, yaşadığı evin qarşısında olan zaman Salyan Rayon Polis Şöbəsinin əməkdaşları gələrək onu Salyan Rayon Polis Şöbəsinə aparmışlar. O, əldə etdiyi pulun bir qismini öz şəxsi məsrəfləri üçün xərclədiyini bildirmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışları Xəqani və X18-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən Mini adlı kafedə işləyir, arada bir o, kafeyə gedərək onlarla görüşüb oturub söhbət etmişdir. 2024-cü il aprelin 16-da saat 23 radələrində o, tanışı Adəm ilə birlikdə Mini adlı kafeyə getmiş, orada Xəqani və Əzizağa ilə görüşdükdən sonra ilə birlikdə başqa masada əyləşərək söhbət etmişlər. Samir onlara səslənərək damino oyunu oynamaq istədiyini bildirmiş və o, da oynaya biləcəyini demişdir. Əzizağa da onlara oynamamığın və oyunu udan şəxsə çay verəcəyini bildirmişdir. Bundan sonra Samir domino oyununda onu udmuş, Əzizağa isə çay verəcəyini bildirmişdir. Samir də indi çay içmək istəmədiyini, sabahda, biri gündə gələndə verməyini bildirmiş, Əzizağa da problem olmadığını bildirmişdir. Samir yaxınlıqda market olub- olmadığını soruşmuş, Əzizağada yaxınlıqda Neptun adlı supermarket olduğunu bildirmişdir. Bundan sonra Samir Əzizağa ilə birlikdə supermarketə getmiş və sonra onlar birlikdə Mini adlı kafeyə qayıtmışlar. Samir Əzizağa ilə birlikdə masada əyləşmiş, Samir yenidən çay içərək, Xəqani Əzizağa ilə birlikdə yemək yeməyə qərar vermişdir. O, Adəm ilə başqa masada əyləşmişdir. Samir Xəqani və Əzizağa ilə söhbət etməyə başlamış, Samir Göyçaylı olduğunu, Bakı şəhərindən çıxıb Salyan rayonuna gəldiyini, burada obyekt alacağını bildirmişdir. Söhbət zamanı Samir qalmağa yerinin olmadığını bildirmiş, Əzizağa isə narahat olmamasını ona qalmağa günlük kirayəyə ev tapacağını bildirmişdir. 2024-cü il aprelin 17-də saat 01 radələrində Samir cibində olan pulları çıxarıb saymağa başladıqda, o, onun cibində yüz manatlıq pullar olduğunu görmüşdür. Bundan sonra Xəqani ilə Əzizağa onunla Adəmi çağıraraq orada olan kabinetə keçmişlər. Kabinetdə olan zaman Xəqani, Əzizağa ilə birlikdə o, və Adəmə ümumi zalda əyləşən Samir adlı şəxsin cibində yaxşı pul olduğunu və onu götürmək istədiklərini, onlarında onlarla birlikdə qoşulmaqlarını təklif etmişlər. Bundan sona o, və Adəm fikirləşdikdən sonra onlarla razılaşmışdır. Bu zaman onlar Xəqaninin kafedə qalmağını, o, ilə Adəmin çıxıb Arbatan kəndində yerləşən qəbirastanlığın girişində gözlədiklərini, Əzizağanın da Samiri yalandan günlük kirayə tutduğu evə aparacağını qərarlaşdırmışlar. Bundan sonra Xəqani kafedə qalmış, o, ilə Adəm çıxaraq getmişlər. O, Adəm ilə Samir və Əzizağanı qəbirastanlığın girişində gözləmiş və bu zaman onların gəldiyini görmüşlər. Əzizağa Samir ilə onların yanında çatan kimi Samirin bir şey anlamaması üçün yalandan onlarla salamlaşmışdır. Əzizağa burada nə etdiklərini soruşmuş, onlar isə söhbət etdiklərini demişlər. Bundan sonra o, Əzizağa, Adəm və Samir ilə birlikdə qəbirastanlığın içərisindən keçərək, Salyan rayonu Arbatan kəndindən keçən 2ci dəmiryolu xəttini keçdikdən sonra sağ tərəf istiqamətində piyada hərəkət etməyə başlamışlar. Bu zaman bir qədər irəli getdikdən sonra oradan keçən su kanalının üzərindəki taxta körpünün yanına çatdıqda, Samir özünə məxsus olan markasını bilmədiyi mobil telefona baxarkən, həmin tarixdə təxminən saat 02 radələrində o, əzizağa ilə birlikdə Samiri itələyərək yerə yıxmışlar. Bu zaman Samir nə istədiklərini soruşmuş, onlar isə ondan pulunu verməsini demişlər, Samir də verməyəcəyini bilmişdir. Bundan sonra onlar Samirə heç bir xəsarət yetirməyərək, Əzizağa Samirin əynində olan pencəyinin içəri cibində olan pullarını və kartını götürmüş, Samirin mobil telefonunu isə Adəm götürmüşdür. O, Əzizağa və Adəm ilə birlikdə oradan qaçaraq Qalalı qəsəbəsinə getmişlər. Elçin şadlıq sarayının yanından keçərək yaxınlıqda yerləşən 24 saat işləyən OBA marketin qarşısında dayanmış taksi işləyən tanımadığı şəxsə məxsus olan nömrəsini və markasını bilmədiyi avtomobilə əyləşmiş, Əzizağa sürücüyə avtomobili Mini adlı kafeyə sürməsini xahiş etmişdir. Taksi sürücüsü onları Mini adlı kafeyə aparmış, Əzizağa Xəqanini səsləyərək kafenin işıqlarını söndürüb, qapını kilidləyib açarı çöldə olan stolun üzərindəki qəndqabının içərisinə qoymasını demişdir. Xəqani də Əzizağanın dediyi kimi etmiş və gəlib taksiyə əyləşmişdir. Bundan sonra onlar taksi sürücüsü ilə danışaraq onları Bakı şəhərinə neçəyə apara biləcəyini soruşmuş, sürücü isə 45 manata apara biləcəyini bildirmişdir. Əzizağa taksi sürücüsünə avtomobili 24 saat işləyən OBA marketin qarşısında saxlamasını demiş, sürücü avtomobili saxlayaraq, Əzizağa marketə gedərək siqaret ve su almışdır. Taksi sürücüsü onları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 28 May metro stansiyanının qarşısına aparmışdır. Əzizağa taksi sürücüsünə zəhmət haqqı olaraq 50 manat pul vermişdir. Taksi sürücüsünün bu işdən xəbəri olmadığını bildirmişdtir. Bundan sona o, Xəqani, Əzizağa və Adəm ilə birlikdə piyada gəzərək ABB bankına məxsus olan bankomat tapmışdır. X17 kartını bankomata daxil etmiş və balansın 760 manat olduğunu görmüşlər. Bu zaman Əzizağa kartdakı pulun hamısını çıxartaraq, Əzizağa Samirin üzərindən götürdüyü və bankomatdan çıxartdığı pulları toplayaraq, taksi və marketə xərclədiklərindən başqa, Əzizağa yerdə qalan pulu 4 yerə bölmüş və təxminən hər birinə 290 manat pul düşmüşdür. Səhərə yaxın o, Xəqani, Əzizağa və Adəm ilə birlikdə şəhəri gəzdikdən sonra günlük kirayə ev tapıb orada gecələmək üçün Xocasən qəsəbəsinə getmişlər. Həmçinin bildirmişdir ki, o, Xəqani, Əzizağa və Adəm ilə birlikdə tapdıqları evdə qalmışlar. Həmin tarixdə günorta saatlarında yuxudan oyandıqdan sonra o, Xəqani, Əzizağa, Adəm ilə birlikdə şəhəri gəzmiş, sonra onlar ayrılmışlar. O, Adəm ilə Əzizağa da Xəqani ilə getmişlər. Həmin tarixdə axşam saatlarında o, Xəqani, Əzizağa və Adəm birlikdə görüşüb yenidən şəhəri gəzmişlər. Sonra Xəqaniyə evlərindən zəng gəlmiş, Xəqani Salyan rayonuna qayıtmaq istədiyini bildirmiş, sonra onlar birlikdə 28 May metro stansiyasının yaxınlığında yerləşən adını bilmədiyi kluba getmişlər. 2024-cü il aprelin 18də saat 07 radələrində Xəqani ona, Əzizağa və Adəmə atasının narahat olduğunu deyərək evə qayıtmaq istədiyini deyərək onlardan ayrılıb Lökbatan qəsəbəsinə getmişdir. O, da Adəm ilə birlikdə günlük tutduqları Xocasən qəsəbəsində yerləşən evə getmişlər. 2024-cü il aprelin 18-də Xocasən qəsəbəsində yerləşən evdə olan zaman Salyan Rayon Polis Şöbəsinin əməkdaşları gələrək onu və Adəmi Salyan Rayon Polis Şöbəsinə aparmışlar. O, əldə etdiyi pulun bir qismini öz şəxsi məsrəfləri üçün xərclədiyini bildirmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində yerləşən Mini adlı kafedə ofisiant işləyir. O, hər gün saat 20:00-dan saat 08:00-dək İşləyir, gündəlik 10 manat maaş alır. 2024-cü il aprelin 16-da saat 23 radələrində o, işlədiyi Mini adlı kafedə olan zaman sonradan adını bildiyi Samir adlı şəxs yaxınlaşaraq və yemək olub-olmadığını soruşmuş, o, da olan yeməkləri sayaraq qiymətlərini demişdir. Samir isə yemək yeməyəcəyini deyərək çay olub-olmadığını soruşmuş, o, da Samirə çay olduğunu demişdir. Samir də ona çay verməyini bildirmiş, o, da istədiyi masada əyləşməsini deyərək gətirəcəyini demişdir. Təxminən 5 dəqiqə sonra onunla Mini adlı kafedə ofisiant işləyən Quliyev X3 əyləşdiyi masaya çay gətirmişdir. Sonra Salyan rayon sakinləri olan tanışları Oktay ilə Adəm gəlmişlər. Bundan sonra o, Xəqani, Oktay və Adəm ilə birlikdə başqa masada əyləşərək söhbət etmişlər. Samir isə onlara səslənərək damino oyunu oynamaq istədiyini bildirmiş, Oktay da oynaya biləcəyini bildirmişdir. Bundan sonra o, isə onlara oynamalarını və oyunu udan şəxsə çay verəcəyini demişdir. Samir domino oyununda Oktayı udmuş, o, ise çay verəcəyini demişdir. Samir də indi çay istəmədiyini, sabah da, biri gündə gələndə verməyini bildirmiş, o, da problem olmadığını demişdir. Samir yaxınlıqda market olub-olmadığını soruşmuş, o, da yaxınlıqda Neptun adlı supermarket olduğunu demişdir. Samir onunla həmin supermarketə getməyini xahiş etmiş, o, da Samirlə birlikdə Neptun supermarketinə getmişdir. O, qapıda girişdə gözləmiş, Samir isə supermarketə daxil olaraq içəri getmişdir. Samir çıxanda konfet və siqaret aldığını görmüşdür. Bundan sonra onlar birlikdə Mini adlı kafeyə qayıtmışlar. Onlar birlikdə masada əyləşmiş, Samir yenidən çay içmiş, o, da Xəqani ilə birlikdə yemək yeməyə qərar vermişlər. Samirə yemək yeməsini təklif etsə də, yemək yeməyəcəyini bildirmişdir. Tanışları Adəm ilə Oktay isə başqa masada əyləşmişlər. Samir o, və Xəqani ilə söhbət etməyə başlamışlar. Samir Göyçaylı olduğunu, Bakı şəhərindən çıxıb Salyan rayonuna gəldiyini, burada obyekt açacağını bildirmişdir. Söhbət zamanı Samir qalmağa yerinin olmadığını bildirmiş, o, ise narahat olmamasını ona qalmağa günlük kirayəyə evə tapacağını demişdir. 2024-cü il aprelin 17-də saat 01 radələrində Samir cibində olan pulları çıxarıb səsli şəkildə saymağa başlamışdır. Bundan sonra o, Xəqani ilə birlikdə onun cibində 550 manat və əlavə olaraq 1 manatlıq pullar olduğunu görmüş. Xəqani ilə bir-birilərinə baxaraq və birlikdə masanı yığışdıraraq mətbəxə getmişlər. Mətbəxdə olan zaman Xəqani ilə danışaraq Samirin cibindəki pulları götürməyi planlaşdırmışlar. Sonra mətbəxdən çıxaraq ümümi zala getmişlər və Oktay ilə Adəmi çağıraraq orada olan kabinetə keçmişlər.Kabinetdə olan zaman o, Xəqani ilə birlikdə Oktay və Adəmə ümumi zalda əyləşən Samir adlı şəxsin cibində yaxşı pul olduğunu və onu götürmək istədiyiklərini, onlarında onlara qoşulmaqlarını təklif etmişlər. Bundan sonra Oktay və Adəm fikirləşdikdən sonra onlarla razılaşmışdılar.Bundan sonra onlar Xəqaninin kafedə qalmasını, Oktay ilǝAdəmin çıxıb Arbatan kəndində yerləşən qəbirastanlığın girişində gözləmələrini, Oktay ilə onunda Samiri yalandan günlük kirayə tutduğu evə aparacağını qərarlaşdırmışlar. Oktay ilə Adəm çıxaraq getmişlər, Xəqani kafedə qalmış, o, da Samirlə birlikdə kafedən çıxaraq onu yalandan onun üçün günlük kirayə tapdığı evə apardığını demişdir. Samir Salyan rayonunu tanımadığı üçün onu Arbatan kəndində yerləşən qəbirastanlıq tərəfə aparmışdır. Bundan sonra o, Adəmin qəbirastanlığın girişində gözlədiklərini görmüş, o, Samir ilə onların yanına çataraq, Samirin bir şey anlamaması üçün yalandan tanışları Oktay və Adəm ilə salamlaşdır, burada nə etdiklərini soruşmuş, onlar isə söhbət etdiklərini bildirmişlər. Bundan sonra o, Oktay, Adəm və Samir ilə birlikdə qəbirastanlığın içərisindən keçmişlər. Salyan rayonu Arbatan kəndindən keçən 2-ci dəmiryolu xəttini keçdikdən sonra sağ tərəf istiqamətində piyada hərəkət etməyə başlamışlar. Həmiçinin bildirmişdir ki, bir qədər irəli getdikdən sonra oradan keçən su kanalının üzərindəki taxta körpünün yanına çatmış, Samir özünə məxsus olan markasını bilmədiyi mobil telefona baxarkən, həmin tarixdə təxminən saat 02 radələrində o, Oktay ile birlikdə Samiri itələyərək yerə yıxmışlar, Samir nə istədiklərini soruşmuş, onlarda pulu verməsini demişlər, Samir də verməyəcəyini bildirmişdir. Bundan sonra o, Samirin yazıq olduğunu fikirləşərək onu vurmamışdır. Bu zaman o, Samirin əynində olan pencəyinin içəri cibində olan pullarını və kartını götürmüş, həmin vaxt Samirin mobil telefonunu kimin götürdüyünü xatırlamır. Bundan sonra o, Oktay və Adəm ilə birlikdə oradan qaçaraq Qalalı qəsəbəsinə getmişlər. O, Samirin cibindən götürdüyüm pulları saymağa başlamış, 550 manat olduğunu aşkar etmişlər. Bundan başqa Samirin üzərindən götürdüyü ABB bankına məxsus kartın üzərində şifrəsinin yazıldığını görmüşdür. Bundan sonra o, Samirin üzərindən götürdüyü ABB bankına məxsus kartda pul olduğunu və bankomatda yoxlamağı fikirləşmışdır. Elçin şadlıq sarayının yanından keçərək yaxınlıqda yerləşən 24 saat işləyən OBA marketin qarşısında dayanmış taksi işləyən Fərid adlı şəxsə məxsus olan nömrəsini bilmədiyi Daewo markalı avtomobilə əyləşərək Mini adlı kafeyə sürməsini xahiş etmişdir. . Taksi sürücüsü onları Mini adlı kafeyə aparmış, o, avtomobildən yerə düşmədən Xəqanini səsləyərək kafenin işıqlarını söndürüb, qapını kilidləyib açarı çöldə olan stolun üzərindəki qəndqabının içərisinə qoymasını demişdir. Bundan sonra Xəqani də onun dediyi kimi etmiş və gəlib taksiyə əyləşmişdir. Bundan sonra onlar taksi sürücüsü olan Fərid ilə danışaraq onları Bakı şəhərinə neçəyə apara biləcəyini soruşmuş, Fərid isə 45 manata apara biləcəyini bildirmişdir. Fəridə avtomobili 24 saat işləyən OBA marketin qarşısında saxlamasını demiş, Fərid avtomobili saxlayaraq, o, marketə gedərək siqaret və su almışdır. Fərid onları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 28 May metro stansiyanının qarşısına aparmışdır. Mən Fəridə zəhmət haqqı olaraq 50 manat pul vermişdir. Fəridin bu işdən xəbəri olmamış, ümumiyyətlə onlar heç kimə bu haqda bir söz deməmişlər. Bundan sonra o, Xəqani, Oktay və Adəm ilə birlikdə piyada gəzərək ABB bankına məxsus olan bankomat tapmışlar. Bu zaman o, Samirin Tam kartını bankomata daxil etmiş və balansın 760 manat olduğunu görmüşdür, bundan sonra o, balansı tam olaraq çıxartmışdır. Həmçinin bildirmişdir ki, ümumilikdə Samirin üzərindən götürdüyü və bankomatdan çıxartdığını pulları toplamışdır. Samirin pullarından taksiyə və marketə xərcləmişlər, yerdə qalan pulu 4 yerə bölmüşlər, təxminən hər birilərinə 290 manat pul düşmüşdür. Səhərə yaxın o, Xəqani, Oktay, Adəm ilə birlikdə şəhəri gəzdikdən sonra günlük kirayə ev tapıb orada gecələmək üçün Xocasən qəsəbəsinə getmişlər. Bundan sonra o, Xəqani, Oktay, Adəm ilə birlikdə tapdıqları evdə qalmışlar. Həmin tarixdə günorta saatlarında yuxudan oyandıqdan sonra o, Xəqani, Oktay, Adəm ilə birlikdə şəhəri gəzmişlər, sonra onlar ayrılmışlar. Bundan sonra o, Xəqani ilə Oktay isə Adəm ilə getmiş, o, Xəqani ilə tanımadığı paltar mağazasına gedərək özlərinə paltarlar almışlar. Həmin tarixdə axşam saatlarında o, Xəqani ilə birlikdə Oktay və Adəm ilə görüşüb yenidən şəhəri gəzmişlər. Sonra Xəqaniyə evlərindən zəng gəlmiş, Xəqani Salyan rayonuna qayıtmaq istədiyini bildirmişdir. Sonra onlar birlikdə 28 May metro stansiyanın yaxınlığında yerləşən adını bilmədiyi kluba getmişlər. 2024- cü il aprelin 18-də saat 07 radələrində Xəqani o, Oktay və Adəmə atasının narahat olduğunu deyərək evə qayıtmaq istədiyini deyərək onlardan ayrılıb Lökbatan qəsəbəsinə getmişdir. O, da tək başına şəhəri gəzmişdir. 2024-cü il aprelin 18-də Bakı şəhəri Nizami rayonunda piyada hərəkət edən zaman ona polis əməkdaşları saxlamış və onu polis bölməsinə aparmışlar. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları gələrək ona Salyan Rayon Polis Şöbəsinə aparmışlar. O, əldə etdiyi pulun bir qismini öz şəxsi məsrəfləri üçün xərclədiyini bildirmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun tanışları Xəqani və X18- Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən Mini adlı kafedə İşləyirlər, arada bir o, tanışı Oktay ilə birlikdə həmin kafeyə gedərək onlarla görüşüb oturub söhbət etmişdir. 2024-cü il aprelin 16-da saat 23 radələrində o, tanışı Oktay ilə birlikdə Mini adlı kafeyə getmişdir. Xəqani və Əzizağa ilə görüşdükdən sonra birlikdə başqa masada əyləşərək söhbət etmişlər. Samir onlara səslənərək damino oyunu oynamaq istədiyini bildirmiş, Oktay da oynaya biləcəyini demişdir. Bundan sonra Əzizağa da onlara oynamalarını və oyunu udan şəxsə çay verəcəyini bildirmişdir. Samir damino oyununda Oktayı udmuş, Əzizağa isə çay verəcəyini bildirmişdir. Samir də indi çay içmək istəmədiyini, sabahda, biri gündə gələndə verməyini bildirmiş, Əzizağa da problem olmadığını bildirmişdir. Samir yaxınlıqda market olubolmadığını soruşaraq, Əzizağada yaxınlıqda Neptun adlı supermarket olduğunu bildirmişdir. Samir Əzizağa ilə birlikdə supermarketǝ getmişlər, bir qədər sonra onlar birlikdə Mini adlı kafeyə qayıtmışlar. Samir Əzizağa ilə birlikdə masada əyləşmiş, Samir yenidən çay içmiş, Xəqani Əzizağa ilə birlikdə yemək yeməyə qərar vermişdir. Bundan sonra o, Oktay ilə başqa masada əyləşmişlər. Samir Xəqani və Əzizağa ilə söhbət etməyə başlamışlar. Samir Göyçaylı olduğunu, Bakı şəhərindən çıxıb Salyan rayonuna gəldiyini, burada obyekt açacağını bildirmişdir. Söhbət zamanı Samir qalmağa yerinin olmadığını bildirmiş, Əzizağa isə narahat olmamasını ona qalmağa günlük kirayəyə ev tapacağını bildirmişdir. 2024-cü il aprelin 17-də saat 01 radələrində Xəqani ilə Əzizağa onunla Oktayı çağıraraq orada olan kabinetə keçmişlər. Kabinetdə olan zaman Xəqani, Əzizağa ilə birlikdə o, və Oktaya ümumi zalda əyləşən Samir adlı şəxsin cibində yaxşı pul olduğunu və onu götürmək istədiklərini, onlarla onlara qoşulmaqlarını təklif etmişlər. Bundan sonra o, Oktay ilə fikirləşdikdən sonra onlarla razılaşmışlar. Bundan sonra onlar Xəqaninin kafedə qalmağını, o, Oktay ilə çıxıb Arbatan kəndində yerləşən qəbirastanlığın girişində gözləməklərini, Əzizağanın da Samiri yalandan günlük kirayə tutduğu evə aparacağına qərarlaşdırmışlar. Xəqani kafedə qalmış, o, Oktay ilə çıxaraq getmişlər.O,Oktay ilə Samir və Əzizağanı qəbirastanlığın girişində gözləyərkən, bu zaman onların gəldiyini görmüşlür. Əzizağa Samir ilə onların yanınlarına çatan kimi Samirin bir şey anlamaması üçün yalandan onlarla salamlaşmışdır. Əzizağa burada nə etdiyiklərini soruşmuş, onlar isə söhbət etdiklərini bildirmişdir. Bundan sonra o, Əzizağa, Oktay və Samir ilə birlikdə qəbirastanlığın içərisindən keçmişlər. Salyan rayonu Arbatan kəndindən keçən 2-ci dəmiryolu xəttini keçdikdən sonra sağ tərəf istiqamətində piyada hərəkət etməyə başlamışlar. Bildirirəm ki, bir qədər irəli getdikdən sonra oradan keçən su kanalının üzərindəki taxta körpünün yanına çatdıq. Samir özünə məxsus olan markasını bilmədiyi mobil telefona baxmışdır. Həmin tarixdə təxminən saat 02 radələrində Oktay Əzizağa ilə birlikdə Samiri itələyərək yerə yıxmışlar, Samir nə istədiyini soruşmuş, onlarda pulunu verməsini demiş, Samir də verməyəcəyini bildirmişdir. Onlar Samirə heç bir xəsarət yetirməmişlər. Bu zaman Əzizağa Samirin əynində olan pencəyinin içəri cibində olan pullarını və kartını götürmüş, o, da Samirin mobil telefonunu götürmüşdür. Bundan sonra O, Əzizağa, Oktay ilə birlikdə oradan qaçaraq Qalalı qəsəbəsinə getmişdir. Elçin şadlıq sarayının yanından keçərək yaxınlıqda yerləşən 24 saat işləyən OBA marketin qarşısında dayanmış taksi işləyən tanımadığı şəxsə məxsus olan nömrəsini və markasını bilmədiyi avtomobilə əyləşmişlər, Əzizağa Mini adlı kafeyə sürməsini xahiş etmişdir. Taksi sürücüsü onları Mini adlı kafeyə aparmış, Əzizağa Xəqanini səsləyərək kafenin işıqlarını söndürüb, qapını kilidləyib açarı çöldə olan stolun üzərindəki qəndqabının içərisinə qoymasını demişdir. Xəqani də Əzizağanın dediyi kimi etdiyi və gəlib taksiyə əyləşmişdir. Bundan sonra onlar taksi sürücüsü ilə danışaraq onlar Bakı şəhərinə neçəyə apara biləcəyini soruşmuş, sürücü isə 45 manata apara biləcəyini bildirmişdir. Əzizağa taksi sürücüsünə avtomobili 24 saat işləyən OBA marketin qarşısında saxlamasını demiş, sürücü avtomobili saxlaayraq, Əzizağa marketə gedərək siqaret və su almışdır. Taksi sürücüsü onları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 28 May metro stansiyasının qarşısına aparmışdır. Əzizağa taksi sürücüsünə zəhmət haqqı olaraq 50 manat pul vermişdir. Taksi sürücüsünün bu işdən xəbəri olmamışdır. Bundan başqa o, Xəqani, Əzizağa, Oktay ilə birlikdə 28 May metro stansiyası yaxınlığında piyada gəzərək ABB bankına məxsus olan bankomat tapmışdır. X17 kartını bankomata daxil etdi və balansın 760 manat olduğunu görmüşlər. Əzizağa kartdakı pulun hamısını çıxartmışdır. Əzizağa Samirin üzərindən götürdüyü və bankomatdan çıxartdığı pulları toplayaraq, taksi və marketǝ xərclədiklərindən başqa, Əzizağa yerdə qalan pulu 4 yerə bölmüş, təxminən hər birilərinə 290 manat pul düşmüşdür. Səhərə yaxın o, Əzizağa, Oktay, Xəqani ilə birlikdə şəhəri gəzdikdən sonra günlük kirayə ev tapıb orada gecələmək üçün Xocasən qəsəbəsinə getmişlər. Həmiçinin bildirmişdir ki, o, Əzizağa, Oktay, Xəqani ilə birlikdə tapdıqları evdə qalmışlar. Həmin tarixdə günorta saatlarında yuxudan oyandıqdan sonra o, Əzizağa, Oktay, Xəqani ilə birlikdə şəhəri gəzmiş, sonra onlar ayrılmışlar. Bundan sonra o, Oktay ilə Əzizağa isə Xəqani ilə cıxıb getmişlər. Həmin tarixdə axşam saatlarında o, Əzizağa, Oktay, Xəqani birlikdə görüşüb yenidən şəhəri gəzmişlər. Sonra Xəqaniyə evlərindən zəng gəlmiş, Xəqani Salyan rayonuna qayıtmaq istədiyini bildirmişdir. Sonra onlar birlikdə 28 May metro stansiyanın yaxınlığında yerləşən adını bilmədiyi kluba getmişlər. 2024-cü il aprelin 18-də saat 07 radələrində Xəqani o, Əzizağa və Oktaya atasının narahat olduğunu deyərək evə qayıtmaq istədiyini deyərək onlardan ayrılıb Lökbatan qəsəbəsinə getmişlər. Bundan sonra o, da Oktay ilə birlikdə günlük tutduqları Xocasən qəsəbəsində yerləşən evə getmişlər. 2024-cü il aprelin 18-də Xocasən qəsəbəsində yerləşən evdə olan zaman Salyan Rayon Polis Şöbəsinin əməkdaşları gələrək onu ve Oktayı Salyan Rayon Polis Şöbəsinə aparmışlar. O, əldə etdiyi pulun bir qismini öz şəxsi məsrəfləri üçün xərclədiyini bildirmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 17 aprel 2024-cü il tarixdə axşam saatlarında Salyan rayonunda yerləşən kafeyə getmişdir. O, kafedə yemək yeyib çay içmiş, sonra cibində olan pulları çıxartmış və içərisindən 5 manat götürüb ofisianta vermişdir. 2024-cü il aprelin 17-də saat 01 radələrində kafedə olarkən tanımadığı 3 nəfər şəxs ona yaxınlaşıb oturduğu masada əyləşmişlər. Həmin şəxslər onunla tanış olmaq istədiklərini bildirmişlər, o, isə tanış olmaq istəmədiyini demişdir. O, tanımadığı şəxslərlə söhbət etməyə başlamış, o, həmin şəxslərə baş verənləri danışaraq Lənkəran rayonuna getmək istədiyini, təsadüfən Salyan rayonuna gəlib çıxdığını, qalmağa yerinin olmadığını demişdir. Həmin şəxslər isə narahat olmamağını və ona köməklik edəcəklərini bildirmişlər. Onlar ona gecəni qalmağa kirayə ev tapacaqlarını demişlər, o da onlarla razılaşmışdır. Həmin tarixdə saat 02 radələrində onlar kafedən çıxmışlar və onlarla dediyi istiqamətdə getmişlər. Bildirmişdir ki, tanımadığı ünvana getmişlər, qəbirastanlığın içərisindən keçərək orada olan körpünün yanına çatmışlar. Həmin şəxslər onu itələyərək yerə yıxmışlar, sonra onun üzərində olan 790 manat pulu, 2 ay bundan əvvəl aldığı 350 manat dəyərində olan Redmi markalı mobil telefonunu, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd ABB bankına məxsus Tam kartını götürərək qaçıb getmişlər. O da qorxduğu üçün ağlamışdır. Daha sonra hadisə ilə bağlı dərhal Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vurub oğurluq faktı barədə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onlarla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Salyan rayonu Arbatan kəndidir. (Cild İ, i.v. 6-9) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 17 aprel 2024-cü il tarixli, 160 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar olunmamışdır. (Cild İ, i.v. 19) “Əşyanın könüllü təqdim edilməsi və götürülməsi barədə” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü surətdə təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 108 manat pul və “Redmi” markalı mobil telefon götürülmüşdür. (Cild İ, i.v. 24) “Əşyaya baxış keçirilməsi barədə” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü surətdə təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı “Redmi” markalı mobil telefonun saz və işlək vəziyyətdə olması müəyyən olunmuşdur. (Cild İ, i.v. 25) “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən mobil telefonları nəzərdən keçirib 2 rəqəmi ilə nömrələnmiş mobil telefonu göstərərək, məhz həmin mobil telefonun özünə məxsus olduğunu, mobil telefonun saz və işlək vəziyyətdə olduğunu bildirdi. (Cild İ, i.v. 141) “Maddi sübut kimi tanıma haqqında” 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 könüllü surətdə təqdim etdiyi 348 manat pul və “Redmi Note 12” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs özünə təhvil verilmişdir. (Cild İ, i.v. 143-144) 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 könüllü surətdə təqdim etdiyi 348 manat pul və “Redmi Note 12” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmişdir. (Cild İ, i.v. 146-147) 20 aprel 2024-cü il tarixli “Üzləşdirmə-Dindirmə” protokolundan görünür ki, 24 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edərək sonuncunun üzünə deməklə təkrarlamışdır. (Cild İİ, i.v. 1-3) 20 aprel 2024-cü il tarixli “Üzləşdirmə-Dindirmə” protokolundan görünür ki, 24 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edərək sonuncunun üzünə deməklə təkrarlamışdır. (Cild İİ, i.v. 4-6) 20 aprel 2024-cü il tarixli “Üzləşdirmə-Dindirmə” protokolundan görünür ki, 24 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edərək sonuncunun üzünə deməklə təkrarlamışdır. (Cild İİ, i.v. 7-9) 23 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə yerində istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əyani olaraq göstərmişdir. (Cild İİ, i.v. 57-59) 23 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 hadisə yerində istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əyani olaraq göstərmişdir. (Cild İİ, i.v. 60-62) 23 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yerində istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əyani olaraq göstərmişdir. (Cild İİ, i.v. 63-65) 07 iyun 2024-cü il tarixli “Təqdim olunan məktuba və diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 5522- 0993-6917-2861 saylı plastik kart vasitəsilə xx.xx.2024-cü il tarixdə ABB-yə aid 2355 saylı bankomatdan aparılan 100 manat və 690 manat olmaqla, ümumilikdə 790 manat manat məbləğində nağlaşdırma əməliyyatının görüntülərini əks etdirən diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan köynəyini ağzına tutaraq üzünü gizlətməsi, bundan sonra kartı bankomata daxil edərək pulu çıxartması müəyyən olunmuşdur. (Cild İİ, i.v. 136) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq eskpertizasının 15 may 2024-cü il tarixli 9/3213 nömrəli rəyindən görünür ki, 01 ədəd “redmi Note 12” markalı mobil telefonun kompleksləşməsinə daxil edilən aksesuarlarının olmaması nəzərə alınmaqla onun istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin aprel ayında olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 manat müəyyən olunur. (Cild İİ, i.v. 152-153) “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs4 əməll Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 180.2.1 -ci maddələrindən, Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələrinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməl Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 ve 180.2.1-ci maddələrindən, Azərbyacan Respublikasi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3- 1, 180.2.1 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs baş vermiş hadisə nəticəsində ona 1930 manat həddində maddi ziyanın dəydiyi nəzərə alınmışdır. (Cild İV, i.v. 59-79) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər. 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə yetkinlik əsasən yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 10:00 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 56) “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir və Salyan RPŞ-nin MSY-dən tutulmadan azad olunmuşdur. Təqsirləndirilən şəxs2 20 aprel 2024-ci tarixdə saat 16:00-da tanış olmuşdur (Cild İ, i.v. 242-243, 246-247). 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır. (Cild İV, i.v. 29-31) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 14 aprel 2025-ci il tarixdə verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (Cild İV, i.v. 56) “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İV, i.v. 109-112) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını və onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu səbəbdən, məhkəmə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsini və həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli hökm elan olunduğu andan, yəni 11 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı halları nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 11:30 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 122) “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir və Salyan RPŞ-nin MSY-dən tutulmadan azad olunmuşdur. (Cild İ, i.v. 258-259, 262-263) 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır. (Cild İV, i.v. 25-27) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 14 aprel 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (Cild İV, i.v. 54) “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 20 aprel 2024-ci tarixdə saat 17:00-da tanış olmuşdur (Cild İV, i.v. 203-206). Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını və onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu səbəbdən, məhkəmə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsini və həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli hökm elan olunduğu andan, yəni 11 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 11:00 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 98) “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir və Salyan RPŞ-nin MSY-dən tutulmadan azad olunmuşdur. Təqsirləndirilən şəxs3 qətimkan tədbirinin seçilməsinə dair qərarla 20 aprel 2024-cü il tarixdə saat 16:30-da tanış olmuşdur (Cild İ, i.v. 250-251, 254-255) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 29 aprel 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Babayev X8 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 01 il şərti sınaq müddəti təyin edilmişdir. (Cild İİ, i.v. 83-84) 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır. (Cild İİ, i.v. 182-183) “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 iyul 2024-cü il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 202-203) Salyan Rayon Məhkəməsinin 1(057)-157/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkməsinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. (Cild İİİ, i.v. 188-200) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində -sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qutardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs3 hazırki cinayət əməllərini Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş sınaq müddəti başa çatdıqdan sonra və o cümlədən, Salyan Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət tərətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi residivi yaradır. 18.4.2-ci maddəsinə əsasən yetkinlik çatmayanlar tərəfindən törədilmiş cinayətlər zamanı cinayətlərin residivi nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivinin olmadığı müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını və onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu səbəbdən, məhkəmə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Göründüyü kimi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Salyan Rayon Məhkəməsinin 1(057)-157/2024 saylı, 19 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Salyan Rayon Məhkəməsinin 1(057)-157/2024 saylı, 19 dekabr 2022-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 barəsində 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 cəzaçəkməsinin əvvəli tutulduğu andan, yəni 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 10:30 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 73) Salyan Rayon Məhkəməsinin 4(057)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 19 aprel 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 236-241) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-350/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 19 avqust 2024-cü il tarixədək uzadılmışdır. (Cild İİ, i.v. 248-253) “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İV, i.v. 170-172) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu səbəbdən, məhkəmə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 həbsdə olduğu 19 aprel 2024cü il tarixdən 16 aprel 2025-ci il tarixədək müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsini və həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs4 cəzaçəkməsinin əvvəli hökm elan olunduğu andan, yəni 11 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, şəxs Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə təyin edilmiş ekspertizanın üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manatdan 12,5 (on iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs4, 12,5 (on iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs3, 12,5 (on iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs2 və 12,5 (on iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs1 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, bir ədəd “Redmi Note 12” markalı mobil telefon və 348 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla, həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 638 (altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla, həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 638 (altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi9 məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla, həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 638 (altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8 məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla, həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 638 (altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs4, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzalar qismən toplanılmaqla 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 19 aprel 2024-cü il tarixdən 16 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkməsinin əvvəli 11 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 11 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 11 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzalar qismən toplanılmaqla 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Salyan Rayon Məhkəməsinin 1(057)-157/2024 saylı, 19 dekabr 2022-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Salyan Rayon Məhkəməsinin 1(057)-157/2024 saylı, 19 dekabr 2022-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 barəsində 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 cəzaçəkməsinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Maddi sübut kimi tanınmış bir ədəd “Redmi Note 12” markalı mobil telefon və 348 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manatdan 12,5 (on iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs4, 12,5 (on iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs3, 12,5 (on iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs2 və 12,5 (on iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs1 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmədə iştirak etdiyi 58 (əlli səkkiz) saata görə 638 (altı yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 məhkəmədə iştirak etdiyi 58 (əlli səkkiz) saata görə 638 (altı yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi9 məhkəmədə iştirak etdiyi 58 (əlli səkkiz) saata görə 638 (altı yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8 məhkəmədə iştirak etdiyi 58 (əlli səkkiz) saata görə 638 (altı yüz otuz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-202/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-202/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver