Məhkəmə qərarları › İş №1(009)-203/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-203/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-203/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Ağa-Zəki qızının, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx xxxxxx 1996-cı ildə Sabirabad rayonu Azadakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, Fəxrəddin- K MMC-də elektrik işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, 27 avqust 1987-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xələfli küçəsində nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 07 may 2021-ci il tarixdə saat 13:40 radələrində tanışı Təqsirləndirilən şəxs1Vilayət oğlundan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,239 qram və 0,843 qram, ümumi təmiz çəkisi 1,082 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini iki ədəd bükümdə Bakı şəhəri Səbail rayonu Bülbül prospekti 5 ünvanda yerləşən «İstanbul» adlı restoranda 30 (otuz) manat məbləğdə pul müqabilində razılaşaraq nisyə əldə edib özündə saxlamış, həmin tarixdə saat 14:30 radələrində əldə etdiyi narkotik vasitə heroinin bir bükümünü əyləşdiyi masa arxasında açaraq həmin narkotik vasitəni istifadə etmək istədiyi vaxtda Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu Bülbül prospekti 5 ünvanda yerləşən «İstanbul» adlı restoranda saxlanılarkən əldə etdiyi bağlı vəziyyətdə olmuş bir büküm və açıq vəziyyətdə olan ikinci bükümdə olan narkotik vasitələri masa arxasından döşəmənin üstünə tullamış, həmin narkotik vasitə heroinlər 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən götürüldükdən sonra o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsinə aparılmış və həmin tarixdə saat 16:50 radələrində Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərindən qanunsuz əşya aşkar edilməsə də, sonuncuya məxsus və Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən təqdim edilmiş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,082 qram olan narkotik vasitə heroin qablaşdırılaraq götürülmüşdür. Bununla, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,239 qram və 0,843 qram, ümumi təmiz çəkisi 1,082 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini iki ədəd bükümdə əldə edərək üzərində saxlamış, 07 may 2021-ci il tarixdə saat 13:40 radələrində Bakı şəhəri Səbail rayonu Bülbül prospekti 5 ünvanda yerləşən «İstanbul» adlı restoranadək daşımış, əvvəlcədən razılaşmalarına əsasən, orada həmin narkotik vasitə heroini iki ədəd bükümdə tanışı Təqsirləndirilən şəxs2 30 (otuz) manat məbləğdə pul müqabilində razılaşaraq nisyə satmış, həmin tarixdə saat 14:30 radələrində Fərid Nəbivev, ondan alaran əldə etdiyi narkotik vasitə heroinin bir bükümünü əyləşdiyi masa arxasında açaraq istifadə etmək istəyərkən, Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Səbail rayonu Bülbül prospekti 5 ünvanda yerləşən «İstanbul» adlı restoranda saxlanıldıqları zaman Təqsirləndirilən şəxs2 ondan alıb əldə etdiyi bağlı vəziyyətdə olmuş bir büküm və açıq vəziyyətdə olan ikinci bükümdə olan narkotik vasitə heroini masa arxasından döşəmənin üstünə tullamış, lakin həmin narkotik vasitə heroin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən götürüldükdən sonra o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Səbail rayon Polis İdarəsinin 39-cu Polis bölməsinə aparılmış və həmin tarixdə saat 16:50 radələrində Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı onun Təqsirləndirilən şəxs2 30 (otuz) manat müqabilində nisyə satdığı narkotik vasitə heroin bir ədəd sellofan və bir ədəd kağız bükümdə 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən təqdim edildikdən sonra müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən səkkiz aydır ki, «kakos» kimi tanınan narkotik vasitə heroin istifadə edir. Heroini Ceyhundan qramı 30 manata olmaqla nisyə almışdır. Ceyhunu Mingəçevirdə işlədiyi 2019-cu ildən bəri tanıyır. 07 may 2021-ci il tarixdə təxminən saat 13:00 radələrində özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Ceyhunun istifadəsindəki ***-***-**-** saylı nömrəni yığmış, Ceyhundan nisyə kokos gətirməyini istəmiş, taksi pulunu da verəcəyini demişdir. Təxminən saat 13:40 radələrində Ceyhun «İstanbul» restoranına gəlmişdir, həmin vaxt restoranda dostu Xəyal və Xəyalın tanışı Səxavət olmuşlar. Ceyhun ona 01 qram çəki «kakos» vermişdir. Ceyhun ona demişdir ki, özündə əlavə bir büküm də qalıq var, onu götürüb çəksin, özündə olanı saxlasın. Ceyhunun verdiyi bükümü açıb içərisində olanı siqaretə doldurmaq istəyəndə polis əməkdaşlarının restorana daxil olduğunu görmüş, həmin vaxt əlində olan «kakos»-u yerə tullamış, masanın üzərində bir çəkimlik «kakos»u isə əli ilə silib yerə tökmüş və masanın üzərində heç nə qalmamışdır. Polis əməkdaşları onun yerə tulladığı bir bükümü və yerə tökülmüş narkotik maddə «kakos»-u götürüb onlarla birlikdə polis bölməsinə aparmışlar. Polis bölməsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində qanunla qadağan edilən heç bir maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı iştirak etmiş və bir az öncə restorana daxil olmuş polis nəfəri onun yerə atdığı bir ədəd bükümü və yerdən sellofana qablaşdırılmış bir ədəd bükümü, cəmi iki ədəd bükümü təqdim edərək həmin büukümlərin onun tərəfindən masanın üzərindən yerə tulladığını bildirmişdir. Bu barədə soruşulduqda, o, etiraf edib bildirmişdir ki, həqiqətən polis əməkdaşının təqdim etdiyi iki büküm ona məxsusdur, Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 aydır ki metamfetamin qəbul edir. Hadisədə 3 gün əvvəl İran vətəndaşından iki bükümdə heroin və metamfetamin almışdır. Heroindən istifadə etməmişdir. Metamfetaminin isə hamısını özü istifadə etmişdir. Təqsirləndirilən şəxs2lə Mingəçevir şəhərində toy məclisində tanış olmuşdur. 07 may 2021-ci il tarixdə günorta saatlarında “İstanbul” restoranında Fəridlə görüşmüşdür. Fəridin yanında tanımadığı iki nəfər şəxs olmuşdur. Onun Fəridə narkotik satmaq fikri olmamış və pul qarşılığında ya da hədiyyə olaraq ona narkotik verməmişdir. Özündə olan narkotiki Fəridlə birlikdə istifadə etmək üçün özü ilə götürmüşdür. Fərid bükümdəkilərdən birini açmışdır ki, siqaretinə doldurub istifadə etsin. Bu zaman içəri polis əməkdaşları daxil olmuş, Fərid də tez əlindəki sellofan bükümdə və masanın üzərindəki kağız bükümündəki narkotik vasitə heroini yerə atmışdır. Polis Bölməsində ona təzyiq olunmuş ona görə də isitintaqda verdiyi ifadəsində Fəridə bir büküm narkotik vasitə heroini 30 manat müqabilində satdığını, bir bükümü isə hədiyyə kimi verdiyini bildirmişdir. Özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, o, heç vaxt narkotik satışı ilə məşğul olmamış, nə pul qarşılığında, nə də hədiyyə olaraq heç kimə narkotik verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində, metronun “Sahil” stansiyası yaxınlığında «Fərid» adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat əsasında yaradılmış əməliyyat qrupunun tərkibində o da olmuşdur. 07 may 2021- ci il tarixdə saat 14:30 radələrində «Fərid» adlı şəxsə bənzər şəxsin Bakı şəhəri Səbail rayonu, metronun «Sahil» stansiyası yaxınlığında yerləşən «İstanbul» adlı restoranda olması müəyyən edilmiş, əməliyyat qrupu ilə Səbail rayonu Bülbül prospekti 5 ünvanda yerləşən «İstanbul» adlı restorana daxil olduqda, orada olan dörd nəfərdən biri, yəni zahiri görünüşünə görə «Fərid» adlı şəxsə bənzər bir nəfər şəxsin əlindəki maddəni yerə atması müəyyən olunmuşdur. Bu zaman onlar həmin şəxslərə yaxınlaşmışlar, masa arxasında əyləşmiş şəxslərdən birinin Təqsirləndirilən şəxs2, birinin Təqsirləndirilən şəxs1, digərlərinin Şahid4 və Şahid5 olması müəyyən edilmişdir. Daha sonra həmin şəxslər 39-cu Polis Bölməsinə dəvət edilmiş, heç bir etirazları olmadığı üçün Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid4 və Şahid5, yerdə olan bir ədəd sellofan bükümdə və bir ədəd kağız bükümdə olan maddələrlə birlikdə 39-cu Polis Bölməsinə aparılmışlar. Polis Bölməsində baş təhqiqatçı Şahid9 tərəfindən müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra birinci dəfə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra «İstanbul» adlı restorandan götürülmüş və təhqiqatçıya təqdim olunmuş bükümlər təhqiqatçı Şahid9 tərəfindən açılaraq masanın üzərinə qoyulmuş, həmin bükümlərlə bağlı sorğu-sual edildikdə, Təqsirləndirilən şəxs2 birdirmişdir ki, həmin bükümlər özünə məxsus olmuşdur, «Ceyhun» adlı tanışından narkotik vasitə «heroin» olan bükümlərdən biri, yəni qapalı olan bükümü 30 (otuz) manata nisyə almış və digər bükümdə olan narkotik vasitə heroini «Ceyhun» adlı şəxs istifadə etməsi üçün hədiyyə etmişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının, yəni onların «İstanbul» adlı restorana daxil olduqlarını gördükdə, həmin narkotik vasitəni masanın üzərindən yerə atmışdır. Narkotik vasitə heroinlərin olduğu 02 ədəd büküm, təhqiqatçı tərəfindən bir ədəd boş kağız zərfdə qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 da üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 bir qədər əvvəl tutulmuş Təqsirləndirilən şəxs2 ilə bağlı sorğu-sual edilmiş, sonuncu, Təqsirləndirilən şəxs2 təxminən iki-üç ildir tanıdığını, son iki həftə ərzində Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin satdığını, 07 may 2021-ci il tarixdə «İstanbul» adlı kafedə Təqsirləndirilən şəxs2 yerə atdığı 02 ədəd bükümdə olmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 özünü satdığın, baqa heç kimə narkotik satmadığını, özünün metamfetamindən istifadə etdiyini və narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından aldığını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 Cəlil oğlu da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə uşaqlıq dostudur. Təxminən 05 ay öncə Fərid ona demişdir ki, narkotik vasitə qəbul edir. 2021-ci ilin aprel ayının ortalarında Fəridlə danışarkən, o, demişdir ki, artıq narkotik qəbul etmir, tövbə etmişdir. O, 05 may 2021-ci il tarixdə yaşadığı Şirvan şəhərindən Fəridə zəng edərək Bakı şəhərində taksi kimi işlətmək üçün avtomobil icarəyə götürmək istədiyini demiş, Fərid ilk olaraq 400 manat, hər günü 25 manat icarə haqqı ödəməklə avtomaşın icarəyə götürüb işlətmək mümkün olduğunu demişdir. O, 400 manat pul götürüb 6 may 2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş, Fəridə zəng edib Bayıl qəsəbəsində olduğunu bildirmişdir. Bir müddət sonra Fərid idarə etdiyi «BMW» markalı avtomobillə onu götürmüş, Fəridin valideynləri ilə görüşmək üçün Fəridin yaşadığı Masazır qəsəbəsinə getmişlər, o Fəridin valideynləri ilə görüşüb gecələmək üçün hotel getmişdir. Növbəti gün Fərid səhər saat 08-09 radələrində onu hoteldən götürmüşdür. O, Fəridin avtomobili ilə “Torqovıy” kimi tanınan yerə getmiş, orada Fərid, işə getməli olduğunu, həmin yerdə gözləməsini, onu sonra götürəcəyini demişdir. O, “Torqovıy” adlanan yerdə gəzişərkən, yerlisi, Şirvan şəhərində yaşayan, lakin gəzməyə Bakı şəhərinə gəlmiş “Səxavət” adlı şəxs ona zəng etmiş, ondan icarəyə avtomobil götürüb-götürmədiyini soruşmuş və o, icarəyə avtomobil götürmədiyini, hazırda “Torqovıy” kimi tanınan yerdə olduğunu deyərək, Səxavəti Malakan bağına dəvət etmişdir. Səxavət bir neçə vaxtdan sonra Malakan bağına getmişdir və onlar görüşmüşlər. Sonra o, Fəridə zəng edib dostu Səxavətlə olduğunu demiş, onlar «İstanbul» restoranında görüşmək barədə razılaşmışlar. Saat təxminən 13-14 radələrində Fərid bir nəfər tanımadığı şəxslə restorana gəlmiş, onu yanıda olan Ceyhun adlı şəxslə tanış etmişdir. Masa arxasında oturarkən Fərid Ceyhuna demişdir ki, “əmanəti ver”. Həmin vaxt Ceyhun masanın altından Fəridə nə isə vermiş, Fərid Ceyhundan götürdüyü bükümü çıxaranda görmüşdür ki, Fəridin əlində iki büküm, biri sellofana və digəri kağıza bükülü bağlama vardır. Fərid onları masanın üzərinə qoyduqda o, Fəridə iradını bildirib demişdir ki, bir daha narkotik qəbul etməyəcəyinə and içmişdir. X7 aldığı bükümlərin içərisində nə olduğunu soruşduqda. Fərid narkotik vasitə olan «kakos» olduğunu demiş, bundan sonra Səxavət ona demişdir ki, masadan durub getsinlər. Həmin vaxt restorana polis əməkdaşları daxil olub onlara yaxınlaşarkən, Fərid Ceyhundan aldığı bir bükümü yerə atmış, polis əməkdaşları onlara yaxınlaşıb Fəridin yerə atdığı maddəni götürmüş, onları Polis bölməsinə aparmışlar. O, Fəridlə sözləşəndən sonra başqa masaya əyləşərək, öz mobil telefonunu elektrik enerjisinə qoşduğuna görə Fəridin Ceyhundan götürdüyü ikinci büküm ilə Fəridin nə etdiyini görməmişdir. Fərid özü Ceyhuna demişdir ki, «əmanəti ver», bundan sonra Ceyhun masanın altından Fəridə iki büküm narkotik vermişdir, lakin onun yanında Fəridin Ceyhuna pul verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 aprel 2021-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 5 ünvanda yerləşən “İstanbul” restoran-kafesini icarə əsasında işlədir. O, Təqsirləndirilən şəxs2 adlı şəxsi ümumiyyətlə tanımır və sonuncu ilə heç bir münasibəti olmamışdır. O, 07 may 2021-ci il tarixdə günorta saatlarında kafeyə mal və ərzaq almaq üçün kafedən çıxmış, bir neçə saatdan sonra kafeyə geri qayıtdıqda, işçilərdən öyrənmişdir ki, günorta saat 14:30 radələrində kafedə müştəri olmuş və tanımadığı, sonradan isə adının “Fərid” olduğunu öyrəndiyi bir nəfər şəxs onun icarə əsasında işlətdiyi “İstanbul” adlı kafesibdə başqa bir nəfər şəxsdən narkotik vasitə almaq istəyərkən, polis əməkdaşları tərəfindən tutulmuş və Polis Bölməsinə aparılmışlar. Lakin o, hadisənin birbaşa şahidi olmamaış və bu barədə yalnız bir neçə saatdan sonra kafeyə qayıtdıqda məlumatlanmışdır. “İstanbul” kafesini işlətdiyi müddət ərzində kafedə heç vaxt belə bir hadisə baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır, Ceyhunun ləqəbi “Qara” olmuşdur. Ceyhun onunla birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Xələfli küçəsi nömrəsiz fərdi evdə kirayədə yaşayır. Ceyhunun “Meyvəli” bazarında meyvə-tərəvəzlərin daşınması və satışı ilə məşğul olduğunu bilmiş, çörək pulunu bu işlə qazandığını düşünmüşdür. Onun Ceyhunun narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Ceyhunun dostlarını və tanışlarını tanımır. Polis əməkdaşları tərəfindən onun qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadığı mənzildə axtarış aparılmasına heç bir etirazı olmamışdır, həmin axtarış zamanı da yaşadıqları evdən heç bir qanunsuz əşya, maddə və ya predmet aşkar olunmamış və götürülməmişdir. O, Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımır, qardaşı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında hər hansı münasibətin olması, həmçinin qardaşı Ceyhunla Təqsirləndirilən şəxs2 arasında narkotik vasitələr və psixotrop maddələrin qanunsuz alış-verişi olması barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin mart ayında dostunun ad günündə tanış olmuş, tanış olduqdan sonra Ceyhunla aralarında yaxşı münasibət yaranmış və Ceyhunun təklifi ilə kirayə tutduğu Bakı şəhərində yerləşən metronun “N.Nərimanov” stansiyasının yaxınlığında yerləşən mənzildə yaşamağa başlamışdır. O, Ceyhunun narkotik maddələrdən istifadə etməsindən şübhələnmiş, belə ki, Ceyhun hərdən həmin mənzilə tanımadığı oğlanlarla getmiş, həmin vaxtı ona mətbəxə getməsini demişdir. Ona görə də, o, hesab etmişdir ki, Ceyhun tanımadığı həmin oğlanlarla birlikdə narkotik maddələr qəbul edir. Ona görə də, o, bir neçə dəfə Ceyhuna, narkotik maddələrdən istifadə edib-etməməsi barədə soruşduqda, Ceyhun ona, işlərinə qarışmamasını demişdir. Ceyhunun narkotik maddələrdən istifadə etdiyinə şübhələndiyinə görə ona öz iradını bildirdikdə, aralarında sözlə mübahisə yaranmış, ona görə də, o, Ceyhuna öz iradını bildirərək, mənzildən çıxaraq bir daha həmin mənzilə qayıtmamışdır. Sonradan ona məlum olmuşdur ki, Ceyhun narkotik maddələrin istifadəsində və satışında şübhəli bilinərək Səbail RPİ-nin əməkdaşları tərəfindən tutulub həbs edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Şahid8 ifadəsində göstərmişdir ki, istintaq zamanı Ceyhun öz ifadəsində etiraf etmişdir ki, həqiqətən də Fəridin üzərindən çıxan narkotik vasitəni ona satmışdır. İsitntaq zamanı Ceyhuna qarşı heç bir təzyiq olmamış və təzyiqlə bağlı ondan heç bir şikayət və müraciət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 39-cu Poliş Bölməsinin baş təhqiqatçısı Şahid9 ifadəsində göstərmişdir ki, o növbədə olduğu vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bölməyə gətirilmiş, vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərlərinə baxış keçirilmişdir. Aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və ekspertiza təyin olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir təzyiq göstərilməmişdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 07 may 2021-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs2 07 may 2021-ci il tarixdə, saat 14:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 07 may 2021-ci il tarixdə saat 16:50-dən 17:06-dək olan müddət ərzində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, lakin Fərib Nəbiyevin üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onun həmingün saat 14:30 radələrində saxlanılan zaman yerə atdığı iki ədəd büküm təqdim edilmiş, bu barədə sorğusual edildiyi zamanı Təqsirləndirilən şəxs2 həmin bükümlərdən sellofan torbada olan “kakos” adlandırdığı maddənin yanında olmuş “Ceyhun” adlı şəxsdən 30 manata aldığını, digər kağız bükiimdəki “kakos” adlandırdığı maddəsi ilə Ceyhunun ona pulsuz verməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 kağız bükiimdəki maddəni istifadə etmək istədiyi vaxt polis əməkdaşlarının onu və yanındakı şəxsləri saxladığını, bükümlərdə olan maddələrin özünə məxsus olduğunu, polis əməkdaşlarınıgördükdənsonrabirini yerə atdığını bildirmişdir. Daha sonra həmin bükümlərdə olan maddələr boş zərfdə qablaşdırılaraq götürülmüş, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 07 may 2021-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs1 07 may 2021-ci il tarixdə, saat 14:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 07 may 2021-ci il tarixdə tarixdə saat 17:40-dan 17:53-dək olan müddət ərzində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs1 üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 07 may 2021-ci il tarixdə günorta saatlarında “İstanbul” restoranında tanışı Fəridə iki ədəd bükümdə olan narkotik vasitə heroini sonuncunun istəyi əsasında 30 (otuz) manat qarşılığında vermiş, polis əməkdaşları həmin yerə gedərkən Fərid həmin bükümləri yerə atmış, o özü, həmin narkotik vasitələri tanımadığı İran vətəndaşından almışdır. Daha sonra bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in məhkəmə-kimyəvi ekspertizanın 6/1865 saylı, 08 may 2021- ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 məxsus...” sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,239 qr., 0,843 qr., ümumi təmiz çəkisi 1,082 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr-“in siyahısına (Siyahı İ) daxildir.Tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 08 may 2021- ci il tarixli aktdan görünür ki AR DİN Səbail RPİ-nin 8-ci PB-si tərəfindən bir ədəd zərfdə, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.239 qram, 0.8 qram, ümumi təmiz çəkisi 1.082 qram olan qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,1 qram nümunə götürülmüş, 0,982 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 01 (bir) ədəd diskə baxış keçirdilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: qırmızı rəngli boyası olan “Gold DVD-R 16x 4.7 GB/120 min” adlı diskdə iki ədəd fayl yerləşir. Həmin fayllardan birincisi “20210507_201116.mp4” adlı, ******* kB yaddaşı olan “.mp4” formatlı videofayldır. Həmin videofayl 0:14:51 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda iki nəfər polis uniformasında, üç nəfər isə mülki geyimdə olmaqla, 5 nəfər kişi cinsli şəxslər əks olunur. Polis uniformasında olan kişilərdən biri özünü 39-cu Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Şahid9 olaraq təqdim edir, sonar müdafiəçi, iki nəfər Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqları və vəzifələri izah edildikdən sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olubolmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində heç bir qeyri-qanuni əşya, maddə və ya predmet olmadığı bildirir, sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir, bütün geyim əşyaları bir-bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmur. Sonra təhqiqatçı tərəfindən masanın üzərinə iki ədəd büküm qoyulur. Həmin bükümlərdən biri şəffaf sellofan bükülü paket, digəri isə açıq vəziyyətdə olan kağız paket şəklindədir. Təqsirləndirilən şəxs2 həmin bükülii-lər barədə sorğu-sual edilir, o, həmin biikiilələrin özünə məxsus olduğunu, bağlı vəziyyətdə olan sellofan bükülünün “Ceyhun” adlı tanışından 30 manata nisyə aldığını açıq vəziyyətdə olan bükülünün isə, “İstanbul” restoranında olarkən, polis əməkdaşlarının daxil olduğunu gördükdə, masanın üzərindən yerə atdığı büküm olduğunu və “Ceyhun” adlı şəxs tərəfindən ona hədiyyə olaraq pulsuz verildiyini bildirir. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən boş zərfdə qablaşdırılır, zərfin üzərində iştirakçılar tərəfindən imzalanmalar aparılır. Sonda bu barədə protokol tərtib olunur və protokol da iştirakçılar tərəfindən imza edilir.Videogörüntü həmin anda başa çatır. Sonra DVD-də olan “VİD_20210507_214218.mp4” adlı, ******* kB yaddaşı olan “mp4” formatlı videofayla baxış keçirildi, baxış zamanı müəyyən edildi ki, videofayl 0:08:20 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda olan baş təhqiqatçı Şahid9, iki nəfər Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 ilə yanaşı, Müdafiəçi1 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqları və vəzifələri izah edildikdən sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində heç bir qeyri-qanuni əşya, maddə və ya predmet olmadığı bildirir, sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir, bütün geyim əşyaları bir-bir yoxlanılır, lakin üzərindən heçbirqeyri-qanuni əşya və ya maddə aşkar olunmur. Sonra təhqiqatçı və müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs1, bir qədər əvvəl tutulmuş Təqsirləndirilən şəxs2 barədə sorğu-sual edilir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bir neçə aydır, Təqsirləndirilən şəxs2 tanıdığını, ondan götürülmüş, içərisində narkotik vasitə olan bükülülərdən birini Təqsirləndirilən şəxs2 30 manata nisyə verdiyini, digərini pay verdiyini bildirir, həmçinin özü iki aydır, narkotik vasitələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs2 pay verdiyi həmin psixotrop maddələri öz istifadəsi üçün”iranlı” kimi adlandırdığı şəxsdən aldığını və Təqsirləndirilən şəxs2 başqa heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunur və protokol iştirakçılar tərəfindən imza edilir. Videogöriintü həmin anda başa çatır. Baxış zamanı iş üçün maraq doğurduğuna görə, həmin DVD maddi sübut kimi tanınması üçün cinayət işinin materillarına əlavə olunmuşdur. İş materiallarında olan “əməlin tövsif edilməsi haqqında” 08 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 qardaşı Şahid7 08 may 2021-ci il tarixli ərizəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs1 ilə kirayədə yaşadıqları Bakı şəhər, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xələfli küçəsində yerləşən nömrəsiz fərdi evdə axtarış keçirilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan “mənzild təxirəsalnmaz axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Bakı şəhər, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xələfli küçəsində yerləşən nömrəsiz fərdi evdə axtarış keçirilmiş, axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir maddə, əşya, predmet, narkotik vasitələr, psixotrop maddələr və ya digər qanunsuz əşyalar müəyyən olunmadı. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 09 may 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 09 may 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 09 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 09 may 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 09 may 2021-ci il tarixli, 4(009)-282/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 07 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 09 may 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy J4” markalı, “SM-J400F” modelli və **********81476 və ‘**********4 i-mei kodlu mobil telefon aparatı “qızılı” rəngli, 150x85x6 mm ölçülərdə olmaqla, həssas monitorludur, şifrələnməmişdir. Mobil telefon aparatı açıldıqda, içərisində çoxsaylı mobil əlavə tətbiqetmələr vardır. Həmin əlavə tətbiqetmələrdən əsasən “contacts”, messages”, “whatsapp”, «instagram» və digərləri uzunmüddətli istifadədə olmuşdurlar. Həmin mobil telefon aparatına baxış zamanı göstərilən “whatsapp” və «instagram» şəbəkələrində, həmçinin “messages” mesajlar əlavə tətbiqetməsində əsasən ailə-məişət mövzularında mətnli və səsli mesajlaşmalarm aparılması müəyyən edilir. Baxış zamanı cinayət işi üçün maraq əhəmiyyəti kəsb edən heç bir hal müəyyən olunmadı. İş materiallarında olan 09 may 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış və əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 09 may 2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş 07.06.2021ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş 08.06.2021ci il tarixli tələbnaməsindən görünür ki, 27 avqust 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Füzuli- Qubadlı Hərbi Məhkəməsinin 29.09.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1 və 333.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 28.12.2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin 698 saylı Əfv fərmanına əsasən azad edilmişdir. İş materiallarında olan 18 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı "xxxx" MMC-dən istintaq orqanına daxil olmuş bir ədəd “Verbatim CD- R” adlı, üzərində “12994-11.06.2021” əlyazma yazıları yazılmış 01 ədəd diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskin yaddaşında «12994-11.06.2021.zip” adlı sıxılmış qovluq yerləşir. Qovluq açıldıqda, içərisində cəmi 04 ədəd, biri 161 kB yaddaşı olan “**********73.txt” və 22 kB yaddaşı olan “**********73-sms.txt” adlı “bloknot” formatlı mesaj mətnləri; 17 kB yaddaşı olan “abuneciler.xlsx” adlı və 97 1<B yaddaşı olan “antenna.xlsx” adlı 02 ədəd «Microsoft Excel» formatlı fayllar yazılmışdır. Birinci “**********73.txt” adlı fayla baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********73 mobil telefon nömrəsi ilə 2021-ci ilin aprel ayından hazırkı dövrə qədər aparılan danışıqlara aid məlumatlar əks olunmuşdur. Həmin fayla baxış zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 *** **** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 Faiq oğlunun istifadəsində olmuş 055 *** **** telefon nömrəsi arasında 05.05.2021-ci il, 06.05.2021-ci il və 07.05.2021-ci il tarixlərdə telefon danışıqları aparılmışdır. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən hazırki faylda olan siyahıdan 04 vərəqdən ibarət çıxarış axınlı printerdən A4 formatlı kağıza çap edilərək, cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan sonra qovluqda olan “**********73-sms.txt” adlı fayla baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********73 mobil telefon nömrəsinə daxil olan və çıxan sms məntlərinin əsk olunduğu məlumatlar yerləşdirilmişdir. Həmin sms mətnlərinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən olunmamış, belə ki, sms mətnlərində yalnız ailə- məişət mövzulu və "xxxx" MMC-dən yuxarıda qeyd olunan nömrəyə daxil olmuş sms mətnləri əks olunmuşdur. Həmin fayldan heç bir çıxarış aparılmamışdır. Sonra qovluqda yerləşən “abuneciler.xlsx” adlı fayla baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********73 mobil telefon nömrəsi, həmin nömrəyə daxil olan və çıxan zənglərin, həmçinin sms məntlərinin göndərildiyi abunəçilərin anket məlumatların qeyd olunduğu siyahı yerləşdirilmişdir. Siyahıda Təqsirləndirilən şəxs1 qardaşları Şahid7 və X2 adına qeydiyyata alınan müvafiq olaraq + **********87 və +**********20 mobil telefon nömrələrinin də olması müəyyən edilmişdir. Həmin fayldanheç bir sübut əhəmiyyəti kəsb edən hal müəyyən edilmədiyinə görə, fayldan çıxarış aparılmamışdır. Sonra qovluqda yerləşən “anenna.xlsx” adlı fayla baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********73 mobil telefon nömrəsinin 2021-ci ilin aprel ayından etibarən danışıqların hansı ərazilərdə aparılmasına dair məlumatlar əks olunmuşdur. Faylda olan məlumatlara görə, C. Məmmədov 07 may 2021-ci il tarixdə müxtəlif ünvanlarda və ünvan 7 "xxxx" MMC-yə aid antennin dairəsi altında olmuşdur. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən faylda olan siyahıdan 02 vərəqdən ibarət çıxarış axınlı printerdən A4 formatlı kağıza çap edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış zamanı digər istintaq marağı kəsb edən hallar müəyyən edilməmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 22.02.2011-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12.05.2014-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı "xxxx" MMC-dən istintaq orqanına daxil olmuş bir ədəd "xxxx" adlı, üzərində markalanma nişanı və “BKC/LGL-10057-21” əlyazma yazıları yazılmış 01 ədəd diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskin yaddaşında 05 ədəd, 185 KB yaddaşı olan “Nömrənin.Məxsusluq.Tarixçəsi. **********1719_559838666” adlı, 57 KB yaddaşı olan “SMS_Tarixçəsi_**********4240. 559838666” adlı, 67 KB yaddaşı olan “SMS_Tarixçəsi_**********4245.559838666” adlı, 164 KB yaddaşı olan “Zənglərin.Detallaşması **********5620_559838666” adlı və 63 KB yaddaşı olan “Zənglərin.Məxsusluq.Tarixçələri_**********5656_559838666_BKC” adlı, “X11 (pdf)” formatlı fayllar yerləşdirilmişdir. Diskdə olan birinci “Nömrənin. Məxsusluq.Tarixçəsi. **********1719_559838666” adlı fayla baxış keçirilən zaman müəyyən olundu ki, həmin faylda +**********66 saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 adma qeydiyyatda olması qeyd olunmuşdur. Həmin fayldan heç bir çıxarış aparılmamışdır. Sonra diskin yaddaşında olan ikinci, “SMS_Tarixçəsi_**********4240_ 559838666” adlıfayla baxış keçirildi, baxış zamanı müəyyən edildi ki, faylda Təqsirləndirilən şəxs1 məxsus +**********66mobil telefon nömrəsindən göndərilən sms məntlərinin əsk olunduğu məlumatlar yerləşdirilmişdir. Həmin sms mətnlərinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən olunmadı. Belə ki, faylda yalnız ailə-məişət mövzulu sms mətnləri əks olunmuşdur. Həmin fayldan heç bir çıxarış aparılmamışdır. Sonra diskdə olan “SMS_Tarixçəsi_**********4245. 559838666” adlı üçüncü fayla baxış keçirildi, baxış zamanı müəyyən edildi ki, faylda Təqsirləndirilən şəxs1 məxsus +**********66 mobil telefon nömrəsinə daxil olan sms məntlərinin əsk olunduğu məlumatlar yerləşdirilmişdir. Həmin sms mətnlərinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən olunmadı. Belə ki, faylda yalnız “facebook”, “whatsapp” ,” Google İnc” və “discord” adlı elektron hesabların şifrələri əks olunmuşdur. Həmin fayldan heç bir çıxarış aparılmamışdır. Sonra diskdə yerləşdirilmiş “Zənglərin_detallaşması_**********05620_559838666” adlı faya keçirilən baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 məxsus +**********66 mobil telefon nömrəsi 01 aprel 2021-ci il tarixdə saat 00:00:00-dan, 31 may 2021-ci il tarixdə saat 00:00:00-dək olan müddət ərzində daxil olan və çıxan zənglərə, "xxxx" MMC-nin yerləşdiyi antenn əhatə dairələrinə dair məlumatların əks olunduğu 16 vərəqədə cədvəl-siyahı yerləşdirilmişdir. Həmin cədvəl-siyahıya görə, +**********66 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 +99455 547 1765, +99455 228 2250, +99470 723 6371, +99450686 8660, +99499 355 2404, +99470264 1434, +99455 913 6130,, +99455 323 7201, +99470882 4545, +99477 217 4600, +99477 303 1324, +99451 345 9045, +99477 225 9541, +99477 368 5589, +99455 224 4674, +99451337 7761, +99455 282 3126, +99477338 3457, +99477 328 3238, +99470867 2821, +99455 211 3656, +99470 342 4677, 077 225 9630, +99450369 0417, +99450457 4768, +99450 533 9573, +99455 950 8566,+99455 *** ** ** və +99412556 4913 telefon nömrələri ilə telefon əlaqəsi saxlamışdır. Baxış zamanı hazırki faylda olan 16 vərəqdən ibarət cədvəl-siyahı axınlı printerdən A4 formatlı kağıza çap edildi və cinayət işinin materiallarına əlavə edilmişdir. Diskdə yerləşən “Zənglərin_Məxsusluq_Tarixçələri_**********5656_559838666_BKC” adlı fayla baxış keçirildikdə isə müəyyən olunmuşdur ki, həmin faylda +**********66 telefon nömrəsi Təqsirləndirilən şəxs1 adma, 4-cü faylda yerləşdirilmiş və "xxxx" MMC-yə aid olan digər mobil telefon nömrələri isə müxtəlif abunəçilərin adma rəsmi qeydiyyatdan keçirilmiş, son faylda isə həmin abunəçilərin anket məlumatları, ünvanları və şəxsiyyətini təsdiq edən sənədlərin seriyaları cədvəl şəklində əks olunmuşdur. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən faylda olan siyahıdan 01 vərəqdə çıxarış axınlı printerdən A4 formatlı kağıza çap edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış zamanı digər istintaq marağı kəsb edən hallar müəyyən edilməmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 1753 saylı, 04 iyun 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 1510 saylı, 19 may 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metam- fetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,082 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,982 qram olan narktik vasitə heroin saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmin qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilərkən lentə alınmış videogörüntünü əks etdirən 02 ədəd «DVD», həmçinin «Azercell» və "xxxx" mobil operatorlardan daxil olmuş 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, istintaq zamanı verdiyi ifadəsinə, ekspertiza rəyinə, sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədilə deyil, birlikdə istifadə etmək məqsədilə saxlamasına dair ifadəsində göstərdiyi xüsusat məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq dövründə 07 may 2021-ci il tarixədən həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 07 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 07 may 2021-ci il tarixdən 09 may 2021-ci tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,982 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk və 14 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 oğlundan və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 40.91 (qırx manat doxsan bir qəpik) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 07 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 may 2021-ci il tarixdən 09 may 2021-ci tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. 210020114 saylı cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd disk və 14 ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. 210020114 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,982 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci- 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 oğlundan və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 40.91 (qırx manat doxsan bir qəpik) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs1 oğlunun hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar