Məhkəmə qərarları › İş №1(009)-203/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-203/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-203/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-897/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,244 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 19 aprel 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi 32 ünvanında piyada hərəkətdə olarkən Əlahiddə çevik polis alayının əməkdaşları ona yaxınlaşan zaman həyəcanlanaraq üzərində olan bir ədəd bükümdə təmiz çəkisi 0,244 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini yerə atmış, sonra polis əməkdaşlarının tələbi ilə həmin bükümü götürərək əlində saxlamış, daha sonra polis əməkdaşları tərəfindən 41-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı qeyd olunan psixotrop maddə götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi, təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi və məhkəmə narkoloji ekspetizalarının rəyləri və iş materiallarında olan video görüntü ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin istifadə edir. Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli Bazarda” arabaçı işləyir. 18 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində işdən əvvəllər tanıdığı və onunla eyni yerdə işləyən Muradov Elxanla birlikdə çıxmış və evə gedirmişlər. Elxanla Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, dalan 1-də qonşuluqda yaşayır. Onlar yol maşını ilə əvvəlcə Lökbatan dairəsi yaxınlığına gəlib orada avtomobildən düşmüşlər. Bundan sonra piyada Salyan şosessi ilə Şıxov çimərliyi istiqamətində hərəkət etmişlər. Məqsədləri o olmuşdur ki, yoldan hər hansı avtomobilə minib evə getsinlər. Bu zaman təxminən saat 02:00 radələrində çevik polis alayına məxsus avtomobil saxlamış və onların şəxsiyyəti barədə sorğu sual etmişdir. O, polisləri görüb həyəcanlanmış və cibində içərisində psixotrop maddə metamfetamin olan bükümü yerə atmışdır. Polis əməkdaşları bunu görmüşlər və ondan həmin bükümü götürməyini tələb etmişlər. O, yerdən bükümünü götürdükdən sonra içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Daha sonra Polis əməkdaşları onları polis bölməsinə dəvət etmiş və bölmədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı sağ əlində saxladığı bükülünü təqdim etmiş və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddəni o, aşkar olumamışdan bir gün öncə sosial şəbəkədə “Elmar” adlı şəxsdən sifariş verərək almışdır. Elmarın ona dediyi kart hesabına 20 manat pul göndərmiş və “Meyvəli” bazarında işlədiyini, həmin əraziyə yaxın göndərməsini demişdir. Bundan sonra Elmar psixotrop maddəni qoyduğu yerin fotoşəklini ona göndərmiş və o, da gedib həmin maddəni götürmüşdür. Üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıyırmış. Əldə etdiyi narkotik vasitə və psixotrop maddələrdən heç kəsə satmamış və hədiyyə də etməmişdir. Təqsirləndirilən şəxs, əməlindən peşman olduğunu və gənc olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis nəfəri Şahid2 ifadəsində bildirmişdir ki, 19 aprel 2022-ci il tarixdə xidmətdə olarkən saat təxminən 02 radələrində Salyan şosessi 32 ünvanında iki nəfər şəxsin piyada getdiklərini və özlərini şübhəli apardıqlarını görmüşdür. O, xidmət yoldaşı Şahid1 ilə birlikdə həmin şəxslərə yaxınlaşmışdır. Həmin şəxslərin şəxsiyyəti barədə soruşduqda onlardan biri sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs cibindən büküm çıxararaq yerə atmışdır. Onlar həmin bükümü götürüb açmasını tələb etmişlər. Vətəndaş bükümü açdıqda içərisində psixotrop maddəyə bənzər kütlə olduğunu görmüşdür. Bundan sonra həmin vətəndaşın yəni Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün əlində olan bükümlə birlikdə avtopatrula əyləşdirib 41-ci Polis Bölməsinin inzibati binasına gətirmiş və bölmənin rəhbərliyinə raportla müraciət etmişdir. Bölmədə olarkən dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı bükülünü təqdim etmiş və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan başqa üzərindən qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş 1 büküm zərfə qoyulmuş, zərfin üzəri imzalarla təsdiq edilməklə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasında olarkən əlahiddə çevik polis alayının əməkdaşları tərəfindən polis bölməsinə şübhəli şəxs qismində gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən o, videoçəkiliş həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı bükülünü təqdim etmiş və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan başqa üzərindən qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş 1 büküm zərfə qoyulmuş, zərfin üzəri imzalarla təsdiq edilməklə möhürlənmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1, 19 aprel 2022-ci il tarixdə xidmətdə olarkən saat təxminən 02 radələrində Salyan şosessi 32 ünvanında iki nəfər şəxsin piyada getdiklərini və özlərini şübhəli apardıqlarını görmüşdür. O, xidmət yoldaşı Şahid1 ilə birlikdə həmin şəxslərə yaxınlaşmışdır. Həmin şəxslərin şəxsiyyəti barədə soruşduqda onlardan biri sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs cibindən büküm çıxararaq yerə atmışdır. Onlar həmin bükümü götürüb açmasını tələb etmişlər. Vətəndaş bükümü açdıqda içərisində psixotrop maddəyə bənzər kütlə olduğunu görmüşdür. Bundan sonra həmin vətəndaşın yəni Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün əlində olan bükümlə birlikdə avtopatrula əyləşdirib 41-ci Polis Bölməsinin inzibati binasına gətirmiş və bölmənin rəhbərliyinə raportla müraciət etmişdir. Bölmədə olarkən dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı bükülünü təqdim etmiş və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan başqa üzərindən qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş 1 büküm zərfə qoyulmuş, zərfin üzəri imzalarla təsdiq edilməklə möhürlənmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması haqqında videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, əlahiddə çevik polis alayının əməkdaşları Şahid1 və Şahid2 Rivan oğlunun iştirakı ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla müdafiəçi qismində dəvət olunmuş Nazim Bağırovun iştirakı ilə baş təhqiqatçı Mehman Dolxanov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd bükümü təqdim edir. Bükümü açdıqda içərisində ağ rəngli kristal halında psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Daha sonra 1 ədəd büküm bir ədəd kağız zərfdə qablaşdırılır və üzəri möhürlənməklə imzalanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2022-ci il tarixli 6/2202 saylı rəyinə əsasən, -Tədqiqata təqdim olunmuş üzərində: “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0, 244 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. 19 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə, saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur. Səbail rayon prokurorunun 20 aprel 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs X4 azad olunmuş və 20 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-427/2022 saylı, 15 iyul 2022-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilinib qəti olaraq 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən barəsində 1(009)-203/2022 saylı cinayət işi olduğu üçün məhkum Təqsirləndirilən şəxs qeydiyyatdan keçməmiş və cəza müddəti hesablanmamışdır. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək cəzasının çəkilməmiş hissəsi Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-427/2022 saylı hökmünə əsasən 02 il 02 ay 24 gün təşkil edir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-897/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbs etmənin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmaqla barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş video görüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təqsirləndirilən şəxs barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-427/2022 saylı hökmünə əsasən çəkilməmiş 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşması cəzasının qalmasını, həmçinin digər cinayət işi üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)- 897/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək tutularaq həbsdə olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı aparılır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 4(001)-897/2022 nömrəli, 05 avqust 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir və o hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022ci il tarixdən hesablanmalıdır. Bu zaman Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 4(001)-897/2022 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 2856 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,194 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” disk iş materiallarında saxlanılmasını, məhkəmə kimyəvi ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini məqəsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-427/2022 saylı, 15 iyul 2022-ci il tarixli hökmünə əsasən çəkilməmiş 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşması cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 19 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 01 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,194 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar