Məhkəmə qərarları › İş №1(009)-203/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-203/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-203/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(101)-308/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən saxlanc yerinə qanunsuz olaraq daxil olub özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 13 yanvar 2023-cü il tarixdə saat 04-05 radələrində ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 icarə götürdüyü “Kiosk 02“ adlı köşkün giriş qapısını yerdən tapdığı dəmir alətlə aralayıb açaraq qanunsuz saxlanc yerinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs2 məxsus, köşkdə olan masanın yanında yerdə saxlanılan, dəyəri 38 manat təşkil edən 1 blok «X6» markalı, hər blokun qiyməti 27 manat təşkil edən 81 manat dəyərində 3 blok «X5» markalı, hər blokun qiyməti 27 manat təşkil edən 81 manat dəyərində 3 blok «Winchester Silver» markalı, hər blokun qiyməti 27 manat təşkil edən 81 manat dəyərində 3 blok «Winchester Blue» markalı, hər blokun qiyməti 27 manat təşkil edən 54 manat dəyərində 2 blok «X4» markalı, dəyəri 36 manat təşkil edən 1 blok «VVinston Caster (nazik)» markalı, dəyəri 36 manat təşkil edən 1 blok «Winston XStyle Dual» markalı, dəyəri, 36 manat təşkil edən 1 blok «Winston XStyle» markalı, dəyəri 36 manat təşkil edən 1 blok «Winston Caster (qalın)» markalı, hər blokun qiyməti 27 manat təşkil edən 81 manat dəyərində 3 blok «Rothmans demi click» markalı, hər blokun qiyməti 27 manat təşkil edən 81 manat dəyərində 3 blok «Rothmans demi silver» markalı, hər blokun qiyməti 27 manat təşkil edən 135 manat dəyərində 5 blok «Rothmans demi blue» markalı, dəyəri 38 manat təşkil edən 1 blok «Kent nano 4» markalı, dəyəri 38 manat təşkil edən 1 blok «Kent Silver» markalı və dəyəri 38 manat təşkil edən 1 blok və «X8» markalı siqaretləri, köşkdəki masanın alt hissəsində karton qutuda saxlanılan "xxxx" ASC-nin təşkil etdiyi «Şans ulduzu» mərc oyunun hər biletin qiyməti 5 manat olan 50 manat dəyərində 10 ədəd, hər biletin qiyməti 2 manat olan 30 manat dəyərində 15 ədəd və hər biletin qiyməti 1 manat olan 20 manat dəyərində 20 ədəd lotoreya biletlərini, eləcə də həmin masanın altındakı kassa aparatının plastmass içliyində saxlanılan 300 manat nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1290 (bir min iki yüz doxsan) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib bir qrup şəxs halında oğurluq etmələri barədə sövdələşərək 28 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb ət satışını həyata keçirtdiyi, ünvan 3 ünvanında yerləşən dükanın qarşısına gəlmiş, əvvəlcədən razılaşmalarına əsasən naməlum şəxs cinayət əməlini birbaşa icra edəcəyini vəzifəsini üzərinə götürən cinayətin ikinci iştirakçısını sığortalamaq üçün qeyd olunan dükanın yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs isə özü ilə gətirdiyi dəmir alətlə dükanın plastik giriş qapısını açaraq saxlanc yeri hesab olunan dükana qanunsuz daxil olduqdan sonra Zərərçəkmiş şəxs1 dolabın içində dəftərin arasında saxladığı 417 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixdə 20-ci sahədə yerləşən «Kiosk 02» adlı köşkdən oğurluq etməmişdir. 27 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Badamdar qəsəbəsinə piyada hərəkət edən zaman təsədüfən “Rövşən” adlı şəxslə rastlaşmışdır. Həmin şəxslə o, əvvəllər cəzaçəkən müəssisəsində cəza çəkmişdir. Rövşənlə söhbət edə-edə piyada Badamdar qəsəbəsinə gəlmiş orada böyük bir obyektin bir hissəsi olan dükanın qapısının plastik olduğunu gördüyündən həmin obyektə oğurluq etmək üçün daxil olmuşdur. Bu zaman “Rövşən” adlı şəxsə ətrafa nəzarət etməyi tapşırmışdır. O, içəri daxil olduqda dükanı axtarmış və giriş qapısının yanında olan dolabda dəftərin içərisində bir neçə ədəd pul əskinazı görmüşdür. Sonra dükandan çıxmış və “Rövşən” adlı şəxsə oradan uzaqlaşandan sonra dükanda heç bir şey tapmadığını bildirmişdir. Oradan 97 manat pul oğurlamışdır. Pulu ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, bir neçə ildir ki, ünvan 3 ünvanında ət dükanı işlədir. 28 yanvar 2023-cü il tarixdə saat 10 radələrində dükana gəlmiş və qapının bir qədər aralı olduğunu görüb kiminsə gecə dükana qanunsuz daxil olduğunu başa düşərək içəri keçib pul saxladığı dolabın içərisindəki dəftəri götürüb açmış və içərisində axşamdan qoyduğu 417 manat pulun orada olmamasını aşkar etmişdir. O, dükanın iç və bayır tərəfində olan müşahidə kameraların çəkdiyi görüntüləri nəzərdən keçirmiş və 28 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində iki nəfər şəxsin dükanın ətrafında gəzmələrini, birinin dükanın qapısını hansısa alətlə açıb içəri daxil olduğunu, digərin isə küçədə qalıb ətrafa nəzarət etdiyini, dükana daxil olan şəxsin əvvəl dükandakı vitrinin altındakı dolabı və vitrinin üstündə olan dəftərlərin arasına baxdığını, sonra isə pul saxladığı dolabı açıb oradan dəftərin içərisində saxladığı pulu götürüb dükandan çıxdığını və hər ikisinin oradan uzaqlaşdığını görmüşdür. Ona vurulmuş ziyan ilə bağlı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Nesterov küçəsi 12 ünvanında yerləşən «Kiosk 02» adlı köşkü işlədib orada tütün məmulatları, lotoreya biletləri, sərinləşdirici içkiləri satır. 13 yanvar 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində köşkdən çıxıb giriş qapısını açarla bağlamışdır. Həmin tarixdə saat 13 radələrində köşkə yaxınlaşan zaman köşkün qapısının açıldığını görmüşdür. Köşkün içərisindən 30 blok müxtəlif markalı siqaret, lotoreya biletləri və kassadan 300 manat nağd pul oğurlanmışdır. Ümumilikdə hadisə nəticəsində ona 1290 manat maddi ziyan vurulmuşdur. Ona vurulmuş ziyan ilə bağlı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis idarəsinin 8-ci polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid ifadəsində bildirmişdir ki, xidmət etdiyi əraziyə daxil olan Səbail rayonu 20-ci sahə Nesterov küçəsi 12 ünvanında yerləşən «Kiosk 02» adlı köşkdən 13 yanvar 2023-cü il tarixdə tütün məmulatların, lotoreya biletlərinin və nağd pulun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2023-cü il tarixə keçən gecə saat 05 radələrində 20-ci sahə dairəsinin yanından keçərkən əynində kapuşonkalı qara rəngli gödəkçə olan bir şəxsin əlində qara rəngli torba ilə piyada hərəkət etməsini görüb ona yaxınlaşmış və həmin şəxs özünü şübhəli apardığına görə şəxsiyyətini dəqiqləşdirən zaman əlində saxladığı sellofan torbanın içərisində siqaret qutularının olduğunu görmüşdür. Həmin şəxsin köşkdə baş vermiş oğurluğa aidiyyatın olubolmamasını yoxlaması üçün onu 8-ci polis bölməsinə dəvət etmiş və polis bölməsində həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs köşkdən oğlurluq etdiyini etiraf etmiş və əlində daşıdığı selofan torbanın içərisindəki siqaretlərin həmin köşkdən oğurladığını söyləmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanmış icraata qəbul edilmişdir. İş materiallarında olan 31 yanvar 2023-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeyd edilmiş tarixdə ünvan 3 ünvanında yerləşən dükana baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 yanvar 2023-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və onun göstərdiyi marşrut əsasında ünvan 3 ünvanında yerləşən «Bizim qəssab» adlı ət dükanın yanına gedilmiş və Təqsirləndirilən şəxs əvvəl ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək törətdiyi hadisənin təfərrüatlarını danışmaqla ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 talanmış pulun miqdarı ilə bağlı istintaqa əvvəl verdiyi ifadəsini mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə" protokoldan görünür ki, 41-ci polis bölməsindən təqdim olunmuş, videogörüntüləri olan kompakt diskə baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan diskin yaddaşında «WhatsApp Video 2023-01-31 at 17.57.14» adlı MP4 formatlı fayl mövcuddur. Həmin fayl açıldıqda görünür ki, faylın həcmi 4577 kilobayt təşkil edir. Fayldə çəkilişlər 01 dəqiqə 53 saniyə müddətindədir. Çəkilişlər qapalı məkanda yerdən təxminən 3 metr hündürlüyündə quraşdırılmış, statik vəziyyətdə olan müşahidə kamerasından aparılmışdır. Kameranın obyektivi məkanın sol divar boyunca olan ağ plastikdən olan şüşəli qapını, ensiz ağ rəngli hündür dolabı, eləcə də sağ divar boyunca olan şüşəli soyuducu kameranı və şüşəli vitrini əhatə edir. Çəkilişlərin aparıldığı vaxt ekranın aşağı sağ hissəsində qeyd edilir. Çəkilişlər 28 yanvar 2023-cü il tarixdə saat 01:18 dəqiqədə 33-cü saniyədə başlayır və 20-ci dəqiqənin 25-ci saniyəsində bitir. 18-ci dəqiqənin 39-cu saniyəsindən başlanaraq vitrinlə soyuducu kamerası arasında oturaq vəziyyətdə olan başında qara kapuşon, əynində isə qırmızı rəngli gödəkçə geyinmiş kişi cinsli şəxsin vitrinin alt iç hissəsində axtarış aparması və sonra da ayağa qalxıb otağın arxa divarda asılmış sellofan torbaların içərisini yoxlaması, bundan sonra vitrinin üzərində olan elektron tərəziyə yaxınlaşıb tərəzini bir qədər qaldırıb altındakı hissəni yoxlaması, yenidən əyilib vitrinin altında axtarış aparması, ayağa qalxıb vitrinin üzərində olan əvvəl üzlüyü qara rəngdə olan qalın dəftəri, sonra isə onun yanındakı üzlüyü olan göy rəngdə olan dəftəri açıb vərəqələrin arasına baxması, bundan sonra otağın sol divar boyunca olan ağ dolaba yaxınlaşıb üst qapısını açaraq oradan dəftər çıxardıb açdığını oradan nominalı və valyutanı aydınlaşdırmaq mümkün olmayan pul əskinazları çıxarıb əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibinə qoyması və giriş qapısını açıb otağı tərk etməsi müşahidə edilir. 20-ci dəqiqənin 25-ci saniyəsində çəkilişlər bitir. Təqsirləndirilən şəxs çəkilişdə olan şəxsin özünün olmasını, həmin çəkilişdə onun ət dükanının içərisində olan dolabdakı dəftərdən pul talamasının əksini tapdığını bildirmişdir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli “sübut növü kimi tanınma barədə” qərardan görünür ki, oğurluq hadisəsinin bir epizodunu əks etdirən görüntülər olan bir ədəd kompakt disk iş üzrə sübut növü kimi tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 02 fevral 2023-cü il tarixdə, saat 11:00-da elan olmuşdur. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “cinayət işlərinin birləşdirilməsi haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi bir icraata birləşdirilmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanmış icraata qəbul edilmişdir. İş materiallarında olan 13 yanvar 2023-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeyd edilmiş tarixdə ünvan 4 ünvanında yerləşən «Kiosk 02» adlı köşkə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli «təqdim etmə haqqında» protokoldan görünür ki, 13 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu 20-ci sahə dairəsi yaxınlığında yerləşən «Kiosk 02» adlı köşkdən oğurluq etməkdə şübhəli qismində polis bölməsinə dəvət edilmiş Təqsirləndirilən şəxs həmin köşkdən oğurlamış olduğu 05 ədəd «Rothmans» markalı, 03 ədəd göy rəngli (nazik) «VVinchester» markalı, 02 ədəd ağ rəngli (qalın) «VVinchester» markalı, 02 ədəd (nazik) «Kent 4» markalı, 02 ədəd (qalın) «Kent» markalı, 04 ədəd (qalın) «Winston» markalı, 01 ədəd (nazik) «Winston» markalı, 01 ədəd «Davidoff» markalı siqaret məmulatlarını və həmin məmulatları yığdığı «Effulgence Roses» sözləri yazılmış qara və digər rəng çalarlarında olan bir ədəd sellofan torbanı təhqiqata təqdim etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 yanvar 2023-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-ci il tarixdə, saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Qərar ona 19 yanvar 2023-cü il tarixdə, saat 14:30-da elan olmuşdur. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə törətdiyi oğurluğun baş vermə mexanizmini göstərməsi təklif olunduqda sonuncunun göstərdiyi marşrut əsasında ünvan 5 ünvanda yerləşən «Kiosk 02» adlı köşkün yanına gedilmiş və Təqsirləndirilən şəxs əvvəl ifadələrində göstərdiyi xüsusatları təsdiq edərək törətdiyi hadisənin təfərrüatlarını danışmaqla ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Ədalət Aslanovun 20 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilmədən rədd edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti sxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 talanmış əmlakın həcmi ilə bağlı istintaqa əvvəl verdiyi ifadələrini mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan 21 yanvar 2023-cü il tarixli əşyaların tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 8-ci polis bölməsindən təqdim olunmuş 1 qutu «X6», 1 qutu «X5», 2 qutu «Winchester Silver», 1 qutu «VVinchester Blue», 1 qutu «X4», 1 qutu «Winston Caster (nazik)», 1 qutu «Winston XStyle Dual», 2 qutu «Winston XStyle», 1 qutu «Winston Caster (qalın)», 1 qutu «Rothmans demi click», 1 qutu «Rothmans demi silver», 1 qutu «Rothmans demi blue», 2 qutu «Kent nano 4», 1 qutu «Kent Silver» və 1 qutu «X8» markalı siqaretləri iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edildikdə sonuncu təqdim edilən əşyaları nəzərdən keçirib həmin siqaretlərin ona məxsus olduğunu, xx.xx.2023-cü il tarixə keçən gecə işlətdiyi köşkdən oğurlandığını və həmin siqaretləri markalanma nişanlarına görə tanıdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:

1. Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur.

2. Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən 1 ay, 16 gün cəzadan azad edilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 02 ay müddətin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 05 oktyabr 2018-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilərək və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 fevral 2023-cü il tarixli, 9/533 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən tütün məmulatlarının 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 64 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli “maddi sübut kimi tanınma və saxlama barədə” qərardan görünür ki, 1 qutu «X6», 1 qutu «X5», 2 qutu «Winchester Silver», 1 qutu «Winchester Blue», 1 qutu «X4», 1 qutu «Winston Caster (nazik)», 1 qutu «Winston XStyle Dual», 2 qutu «Winston XStyle», 1 qutu «Winston Caster (qalın)», 1 qutu «Rothmans demi click», 1 qutu «Rothmans demi silver», 1 qutu «Rothmans demi blue», 2 qutu «Kent nano 4», 1 qutu «Kent Silver» və 1 qutu «X8» markalı siqaretlər maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli qismən özünün məhkəmə və istintaq zaman verdiyi ifadələri, zərəçəkmiş şəxslərin ifadələri, şahidin ifadəsi, ekspertiza rəyi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, özünün istintaq zaman verdiyi ifadəsi, üzləşdirmə protokolu, zərərçəkmiş şəxslərin ifadələri, şahidin ifadəsi, üzləşdirmə protokolları, ekspertiza rəyi, maddi sübutlar, Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyətlərə qarşı heç bir əsaslı fakt, dəlil və arqument gətirə bilməməsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək və 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət, bir günə iki gün hesablanaraq 08 (səkkiz) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(101)- 308/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 1 qutu «X6», 1 qutu «X5», 2 qutu «Winchester Silver», 1 qutu «Winchester Blue», 1 qutu «X4», 1 qutu «Winston Caster (nazik)», 1 qutu «Winston XStyle Dual», 2 qutu «Winston XStyle», 1 qutu «Winston Caster (qalın)», 1 qutu «Rothmans demi click», 1 qutu «Rothmans demi silver», 1 qutu «Rothmans demi blue», 2 qutu «Kent nano 4», 1 qutu «Kent Silver» və 1 qutu «X8» markalı siqaretlər məsul saxlanca zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk və şəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən 02 fevral 2023-cü il tarixədək və 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət, bir günə iki gün hesablanaraq 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 1(101)-308/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk və şəkillər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 1 qutu «X6», 1 qutu «X5», 2 qutu «Winchester Silver», 1 qutu «Winchester Blue», 1 qutu «X4», 1 qutu «Winston Caster (nazik)», 1 qutu «Winston XStyle Dual», 2 qutu «Winston XStyle», 1 qutu «Winston Caster (qalın)», 1 qutu «Rothmans demi click», 1 qutu «Rothmans demi silver», 1 qutu «Rothmans demi blue», 2 qutu «Kent nano 4», 1 qutu «Kent Silver» və 1 qutu «X8» markalı siqaretlər məsul saxlanca zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının istintaq zamanı müdafiə edilməsinə görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar