Məhkəmə qərarları › İş №1(009)-203/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-203/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-203/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində Zərərçəkmiş şəxs iş yeri olan ünvan 2 ünvanında yerləşən paltar tikiş evində qapının kilidli olmamasından istifadə edərək qapını yarım şəkildə açıb saxlanc yerinə qanunsuz daxil olub, masanın üzərində olan 01 ədəd 650 manat dəyərində “Honor X9a” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 650 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz 01 ədəd yivli odlu silah hesab edilən «Kalaşnikov» modelli avtomatı həmçinin ona məxsus komplekt hissəsi olan 01 ədəd darağı qanunsuz olaraq əldə edib, 01 ədəd darağı üzərində gəzdirməklə daşımış, «Kalaşnikov» modelli avtomatı isə Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 116 ünvandakı ərazidə dəmir üstlərin altında gizlədərək saxlamış, 30 yanvar 2024-cü il tarixdə saat 17:55-da Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən “Landmark” hotelinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin ünvan 4 ünvanında olan inzibati binasına gətirilib həmin gün saat 19:50-dən etibarən üzərinə şəxsi- axtarış keçirilən zaman onun əynində olan tünd boz rəgli şalvarının sağ yan cibindən zavod üsulu ilə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyah avtomatların komplekt hissəsi, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun iştirakı ilə həmin tarixdə saat 20:40-dan etibarən Bakı şəhəri, Səbail rayonu 20-ci sahə, Yeni Salyan yolu 116 ünvamndakı əraziyə baxış keçirilən zaman həmin ərazidə dəmir üstlərin altında gizlədərək saxladığı Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı hesab olunan, hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamış, ********* N-li, yivli 01 ədəd 7,62 mm-lik «AK-103» modelli Kalaşnikov konstruksiyah avtomat polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək və əməlindən peşman olduğunu bildirərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu PBnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİnin 39-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayoru rütbəsindədir. Səbail RPİ-nin 39-cu PB-nə xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə etimad doğuran, məlum, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, odlu silahın və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar onun rəhbərliyi ilə Səbail RPİ-nin 39-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 17:55 radələrində qrup üzvü ilə birlikdə ünvan 3 ünvanında yerləşən “Landmark” hotelinin yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxsla oxşar olan şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirib. Həmin şəxsə onun qanunsuz olaraq odlu silahın əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirmiş və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına dəvət etmiş və həmin şəxs etiraz etmədən həmin polis bölməsinə gedib. Orada saxlanılan şəxsin xx.xx.1989-cu il tarixdə Şəki rayonunda anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilib. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyah avtomatların komplekt hissəsi hesab edilən 01 ədəd daraq aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin darağın aid olduğu “Kalaşnikov” tipli avtomatın qoyduğu yeri könüllü təqdim edə biləcəyini bildirdi. Bundan sonra əməliyyataxtarış tədbirlərinin davamı kimi Təqsirləndirilən şəxs bildirdiyi Bakı şəhəri, Səbail rayonu 20-ci sahə, ünvan 6 ünvana getdik. Orada həmin tarixdə saat 20:40-dan etibarən yolun kənarına baxış keçirilən zaman həmin ərazidə torpağa basdırmış olan Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı hesab olunan, hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamış, ********* N-li, yivli 01 ədəd 7,62 mm-lik «AK-103» modelli Kalaşnikov konstruksiyah avtomat aşkar edilərək götürüldü. Daha sonra Fuad Abdulovun üzərindən aşkar edilərək götürülmüş bir ədəd «AK- 103» modelli Kalaşnikov konstruksiyalı avtomat və həmin avtomata məxsus 01 ədəd içərisi boş daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndi. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı, bu barədə protokol tərtib edildi, iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza edib. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilən zaman, eləcə də üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu PBnin əməliyyat müvəkkili Şahid2 və həmin polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyniməzmunlu ifadə vermişlər. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 08 noyabr 2023-cü il tarixli “şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan 08 noyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək xx.xx.2023-cü il tarixdə 16:30 radələrində ünvan 2 ünvanında yerləşən paltar tikiş evində “Honor X9a” markalı mobil telefonu gizli olaraq talayıb oğurladığını etiraf etmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 17:55 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, o, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyah avtomatların komplekt hissəsi hesab edilən 01 ədəd daraq aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs sorğu-sual zamanı həmin darağın aid olduğu “Kalaşnikov” tipli avtomatın qoyduğu yeri könüllü təqdim edə biləcəyini bildirdi. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı kimi Təqsirləndirilən şəxs bildirdiyi Bakı şəhəri, Səbail rayonu 20-ci sahə, ünvan 6 ünvana getdik. Orada həmin tarixdə saat 20:40-dan etibarən yolun kənarına baxış keçirilən zaman həmin ərazidə torpağa basdırmış olan Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı hesab olunan, hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamış, ********* N-li, yivli 01 ədəd 7,62 mm-lik «AK-103» modelli Kalaşnikov konstruksiyah avtomat aşkar edilərək götürüldü. Daha sonra Fuad Abdulovun üzərindən aşkar edilərək götürülmüş bir ədəd «AK- 103» modelli Kalaşnikov konstruksiyalı avtomat və həmin avtomata məxsus 01 ədəd içərisi boş daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndi. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı, bu barədə protokol tərtib edildi, iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza edib. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilən zaman, eləcə də üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli “odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatının saxlanıldığı yerə baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayonu, 20-ci Sahə, Yeni Salyan yolu 116 ünvanında, yolun sağ kənarında boşluq hissədə dəmir listin altında gizlətdiyi 01 ədəd qundağı qatlanan, üzərində ********* nömrəsi yazılmış, AK103 “Kalaşnikov” markalı, 7,62 kalibri avtomat silahı təqdim edərək həmin silahı yay aylarında Qaradağ rayonu ərazisində metal tullantıları olan xarabalıqdan tapdığını,hər hansı şəxsdən almadığını, tapan zaman üzərində patron olmadığını,həmin vaxt qorxduğu üçün bir neçə ay müxtəlif yerlərdə gizlətdiyini, daha sonra həmin avtomatın darağı üçün patron tapmaq istədiyini,buna görədə 30 yanvar 2024-cü il tarixində günorta saatlarında tanımadığı şəxşdən patron almaq üçün Səbail rayonu ərazisinə gəldiyini, patron alacağı şəxslə görüşməmişdən əvvəl silahı ayrıca gizlətdiyini, darağı isə alış-veriş zamanı patronları yerləşdirmək və kajibrinin uyğun olub-olmamasını yoxlamaq üçün üzərində daşıdığını bildirdi. Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi 01 ədəd qundağı qatlanan, üzərində ********* nömrəsi yazılmış, AK103 “Kalaşnikov" markalı, 7,62 kalibri avtomat silahı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 49 saylı möhürü ilə möhürlənərək götürüldü.Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 24/240 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ********* №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, AK-103 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli cinayət işin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə protokoldan görünür ki, diskdə bir ədəd videofayl mövcüddur. Görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişdə bir nəfər kişi cinsli şəxsin «üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması görünür. Üzərinə səxsi axtarış və götürmə istintaqı keçirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd üzərində 7,62x39 yazısı olan qara rəngli avtomat larağma bənzər darağı çıxarıb təqdim edir. Şəxsin təqdim etdiyi qeyd olunan sarağa baxış keçirilən zaman darağın 30 ədəd patron tutumlu, qara rəngli və -zərində 7,62x39 yazısı olması aşkar edilir. Sorğu zamanı həmin şəxs qeyd olunan iarağm “Kalaşnikov” tipli avtomat silahına aid olduğunu və həmin avtomatı Bakı səhəri, Səbail rayonu, Yeni ünvan 6 ünvanda gizlətdiyini və onu əqdim edə biləcəyini bildirir. Bundan sonra həmin şəxsin üzərinə fiziki axtarış keçirilir, lakin heç nə aşkar edilmir. Daha sonra həmin şəxsin üzərindən aşkar edilmiş bir ədəd daraq zərfə qoyularaq qablaşdırılır və zərf möhürlənir və stirakçılar tərəfindən imzalanır. Bununla da istintaq hərəkətinin yekunlaşdırıldığı elan edilir və görüntü sona çatır. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə protokoldan görünür ki, diskdə bir ədəd videofayl mövcüddur. Görünür ki, çəkilişlər Bakı şəhəri Səbail rayonu Yeni ünvan 6 ünvanda yerləşən boş ərazidə aparılır. Çəkilişdə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs “Kalaşnikov” tipli avtomatı gizlətidiyi yerə baxış və götürmə ‘istintaq hərəkətinin aparılması görünür. Saxlanılan şəxs qeyd olunan ünvanda yolun sağ kənarında boş ərazidə dəmir listin altından 01 ədəd “Kalaşnikov” tipli avtomatı təqdim edir. Şəxsin təqdim etdiyi qeyd olunan avtomata baxış keçirilən zaman həmin avtomatın qundağı qatlanan, üzərində ********* yazısı, darağı olmayan, AK-103 markalı “kalaşnikov” konstruksiyah avtomat olması müəyyən edilir. Sorğu zamanı həmin şəxs qeyd olunan “Kalaşnikov” tipli avtomatı yay aylarında Qaradağ rayonu ərazisində metal tullantıları olan xarabalıqdan tapdığını bildirir. Daha sonra həmin şəxsin təqdim etdiyi avtomat zərfə qoyularaq qablaşdırıhr və zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bununla da istintaq hərəkətinin yekunlaşdırıldığı elan edilir və görüntü sona çatır. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Səbail RPİ tərəfindən məhsuliyyətə cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli cinayət işin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli cinayət işinin icraatının birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatında olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/985 №-li rəydən görünür ki, 01 ədəd “Honor X9a” markalı, 128 GB yaddaş tutumlu mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 370,00 manat müəyyən olunur. İş materiallarında olan 11 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 15 mart 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokolundan görünür ki, üzləşmə istintaq hərəkəti zamanı Şahid4 öz ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-111/2024 saylı qüvvəyə minmiş hökmündən görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrinə ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun şahidlərin ifadələri, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Sadalanan predmetlərin qanunsuz satılması dedikdə, onların qanunsuz olaraq hər hansı bir üsulla yayılması (satılması, dəyişdirilməsi, borc əvəzinə verilməsi və ya borc olaraq verilməsi və s.), yəni həmin predmetlərin başqasının sahibliyinə keçməsi ilə yanaşı, onların üzərində sərəncam vermək hüququnun da əvvəlki sahibindən digər şəxsə keçməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olduğunu yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 228.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2024cü il tarixli, 1(009)-111/2024 saylı hökmü çıxarılmazdan əvvəl, yəni xx.xx.2024-cü ildə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(009)-111/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(009)-111/2024 saylı cinayət işi üzrə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, hazırki cinayət işi üzrə 06 noyabr 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət təyin olunacaq cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 30 yanvar 2024-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 01 ədəd 7,62 mm kalibrli, ********* №-li Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomat, 01 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 228.1ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(009)-111/2024 saylı hökmü ilə təyin edilmiş 01(bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06(altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanaraq ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(009)-111/2024 saylı cinayət işi üzrə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, hazırki cinayət işi üzrə 06 noyabr 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 30 yanvar 2024-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 01 ədəd 7,62 mm kalibrli, ********* №-li Kalaşnikov konstruksiyalı AK-103 modelli avtomat, 01 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 372 (üç yüz yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı Vəkil bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar