Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-204/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 iştirakları ilə, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu gün AR-sı Konstitusiya Məhkəməsinin səlahiyyətli işçisi,-/ANAR CƏFƏROVUN/ şərəf və ləyaqətini ləkələyən və peşə fəaliyyəti ilə bağlı işgüzar nüfuzuna prosessual zərvə endirib, bu gün rəhbəri olduğu "xxxx" MMC-dəki insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və pozulmuş hüquqların bərpasına yönələn xidmətin heçə endirilməsi tələbkarhğında, sabiq vəkillik və bu günki nümayəndəlik fəaliyyətlərinə sifarişli, təşkili vurduğu zərbələr qəbuledilməz olub, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun tələblərinin və konstitusion normaların ciddi və əhəmiyyətli pozulması olmaqla, birmənalı beynəlxalq hüquq normalarının məlum tələblərində təsbit olunan insan vətəndaş hüquq və azadlıqlarının bu məkanda da ANAR CƏFƏROV kimi səlahiyyətli məmurların maraqları əhatəsində növbəti pozulması məqsədinə xidmət olunduğunu bu gün bir daha rəsmi açıqlayıb, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq səlahiyyətli üzvü olan sabiq bir vəkilin.,bu günün "xxxx" MMCnin direktoru olan X5 təşkili, planlı usullarla..,məhz "mədəni" şəkildə, əlbəttə, təşkilatçılıqla..,təhqiredici formada..və böhtan xarakterli həqiqətlə uzlaşmayan faktlarla prosessual təqib edildiyini prosessual bəlli etməklə, həm də, hüquqlarının müdafiəsinə prosessual müstəvidə bu gün qəsdli, qərəzli ona imkan verilməyən övladı,-/CAVİD BƏDİROVUN/ timsalında da bu gün insan və vətəndaş hüquq və azadlıqlarının növbəti çoxsaylı pozulması faktlarını, dövlət adından qəbul etdirilən soxsaylı məlum məhkəmə aktları və məlum rəsmi sənədlərlə əyani göstərib, X6 üzərində bu ədalətsizlikləri daha qabarıq və daha canlı prosessual bəlli etmişdir. Bu mənada sifarişli yol verilən bu ədalətsizliklərin gözləri önündə çoxsaylı ona bəlli etdirilməklə, rəsmi bildirilməsi...,ədalətsizliyin ən yüksək zirvəsini məlum edib, bu gün vəzifədən suiistifadələr..və hakimiyyət həddi aşılmaların yaratmış olduğu məmur- hakim özbaşınalıqları tələbkarlığında daha nələrə..və nələrə prosessual qadir olmadığının prosessual rəsmi açıqlaması..,göründüyü kimi..,məhz X16 məhkəməsində də sifarişli, təşkili yoğrulan bu ədalətsizliklərin mahiyyəti tələbkarlığında insan və vətəndaş hüquq və azadlıqlarının birbaşa səlahiyyətli müdafiəçisi kimi fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının səlahiyyətli üzvü olan sabiq bir vəkilin, /X5/ faktiki proses iştirakçısı olduğu sabiq peşə,-(vəkillik) fəaliyyətinə qanunun yolverilməz hesab etdiyi çoxsaylı sifarişli müdaxilələrlə pozulmuş hüquqlarının prosessual bərpası uğunda apardığı haqlı və ədalətli mübarizəsinə sifarişli yoğrulan "CAVİD KARTİ" üzərində məlum prosessual tələbkarlığın təşkili və planlı gündəmə gətrilməsi nəticəsi olaraq,əlbəttə, məhz ciddi, təsiredici, təzyiqli çoxsaylı dəhşətli maneçiliklərin barəsində prosessual gündəmdə edilməsi tələbkarlığı bu gün sabiq vəkilin, həm də bu günün "xxxx" MMC- nin direktoru olan səlahiyyətli nümayəndənin,-/X5/ birmənalı prosessual susdurulması və prosessual hərəkətsizlik göstərməyə məcbur etdirilməsinə yönələn xidmətlər, göründüyü kimi Konstitusiya Məhkəməsindən dəbu gün prosessual yan keçməyib, dünən Konstitusiya Məhkəməsi hakimlərinin barəsində xx.xx.2005-ci ildə başladıqları vəsifarişli yoğurduqları bu ədalətsizliklərinmabədi ardının bu gün Azətbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətli məmuru,- /"Vətəndaşların qəbulu və şikayətlər şöbəsi"nin müdiri ANAR CƏFƏROV/tərəfindən də sifarişli təkrarlandığını rəsmi sənədlə prosessual açıqlayaraq, məhzşərəf və ləyaqətimin ləkələnməsi, şəxsiyyətimin alçaldılması məqsədinə yönəldilmiş prosessual bu cür planlı, təşkili vəsifarişli çoxsaylı bu cür xidmətlər..,səlahiyyətli peşə, /vəkillik və nümayəndəlik/ fəaliyyətləri ilə bağli işgüzar nüfuzuna prosessual ciddi zərbələrin endirilməsi ilə sifarişli nəticələnib, əlbəttə, məhz bu məkanda da, Anar Cəfərovun sifarişli imzaladığı 22 fevral 2024-cü il tarixli şərəf və ləyaqətini ləkələyən məktubunda özünün sifarişli maraq dünyasını açıqlayaraq, təhqir və böhtanla yoğrulan təşkili, planlı, sifarişlihərəkətləri barəmdəciddi ədalətsizlik oluğunu rəsmi açıqlayıb, (sifarişli bir maneçiliyi də bəllil edib, rəsmi bəyan etməklə) bu məkandan prosessual tələbkarlıqla yoğrulan belə bir açıqlama, əslində bugün Biləsuvar rayon məhkəməsinin sədri vəzifəsini icra edən Rəfael Əliyevin hərəkət (hərəkətsiziklər) girdabında.., məhz sədrlik edib, rəhbərlik etdiyi çoxsaylı işlər üzrə səlahiyyətli peşə,- /vəkillik, nümayəndəlik/ fəaliyyətləri ilə bağlı, bu gün bu məmurun sifarişli maraq dairəsindəhələ də prosessual səngimək bilməyən davamlı olan çoxsaylı bu ədalətsizliklərin müdafiəsi məqsədinə yönələn sifarişlibir xidmətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən də bu gün bir daha xüsusi dəstək aldığını rəsmi sənədlə prosessual açıqlayıb, təhqir və böhtanlarla üz-üzə qaldığım 22 fevral 2024cü il tarixli ədalətsiz bu məktubun mahiyyəti tələbkarlığındaəyani göstərilmişdir....Bəli..,sözün tam mənasında bu gün səlahiyyətli peşə fəaliyyətləri ilə bağlı pozulmuş hüquqlarının prosessual bərpasına Biləsuvar rayon məhkəməsində ona göstərilə və edilə biləcək prosessual ciddi maneçilik edən məlum reallığın önə çəkilməsilə onun əyani görüntüsü bu gün mövcud reallıqlar əhatəsində sifarişli və təşkili yoğrulan "PROSESSUALALƏT" formulunun-,/X6/ çoxsaylı qanunsuz və əsassız təqib etdirilməsi üzərində açıq-aşkar rəsmi bəyan edilib, /etdirilib/ bu gün sifarişli məqsədlərə xidmət edən istintaqçı deyilən bir kəsin,-/Bəxtiyar Quliyevin/ tamamlaya bilmədiyi "Qondarma cinayət işini Rəfael Əliyev kimi ədalətsiz hakimin ciddi qanun pozuntuları ilə sədrlik etdiyi çoxsaylı məhkəmə iclaslarında qanunsuzluqlar girdabında prosessualsifarişli tamamlatdırıb,bu gün hüquqları müdafiəsinə prosessual mənə imkan verilməyən Cavid Bədirov barədə özünün xx.xx.2022-ci il tarixli imzaladığı ədalətsiz və sifarişli bir qərarla sifarişli hörgüsünü təmin etdirməklə, Biləsuvar rayon İcra və Probasya şöbəsinə tərtib etdirdiyi "X15" üzrə 10/on/ sutka qanunsuz inzibati həbs cəzasınınona verdirilib, sifarişli məqsədlərə xidmət etməsi,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə sifarişli yoğrulacaq növbəti "Qondarma cinayət işi"nə 19. 01. 2022-ci il tarixili ədalətsiz bu qərarını "STOYKA" kimi formalaşdırıldığını açıqlayaraq, onun məqsədyönlü və sifarişli yoğurduğu bu ədalətsizliy görünür..,hələ azmış kimi, həm də, X3 "SÜNİ ALİMENT ÖDƏNİŞİ ÖHDƏLİYİ TƏLƏBKARLİGİNDA" zorakı aliment ödənişlərini Cavid Bədirova bu və ya digər formada prosessual təsirlər göstərib, əlbəttə, məhz hakimiyyət^Jıəddi aşılmalar tələbkarlığında da məhkəmə proseslərində prosessual oynadğı çoxsaylı süni məhkəmə tamaşaları səlahiyyətli bu dövlət məmurunun /məhkəmə sədri R. Əliyevin/ prokurorun sifarişli bir vəsatətinə önəm verdiyini prosessual məlum edib, ədalət mühakiməsinin qanunla qorunan maraqları və mənafeyi ziddinə hərəkət edib, C. X. Bədirov barəsində sifarişli axtarış həbs qərarının verilməsi ilə qanunsuz hərəkətlərinin prosessual ört-basdır edilməsi məqsədinə etdiyi çoxsaylı xidməti.., son nəticədə də "Qondarma cinayət işi"nin prosessual tamamlanılması məqsədinə qanunun mümkün hesab etmədiyi və həzm edə bilmədiyi bir xidməti rəsmi sənədlərlə prosessual məlum edərək, nəticədə X2 yoğrulan qanunsuz bu ittiham "sübuta yetrilmişdir," deyə.., zərərçəkmiş şəxs kimi prosessual sifarişli gündəmə gətrilən "Xəyanətkar Gəln" obrazında prosessual ədalətsizlik nümayiş etrdirən X4 nümayəndəsi sayılan və "Xəyanətkar" qohum adlanan Allahverdi Quliyevlə öncədən qurulmuş sifarişli iş birliyi nəticəsi olaraq, bu gün notariat qaydasında "borc aliment pulu" tam ödənilmişdir...,deyə, özünün yoğurduğu və prosessual gündəmə gətirdiyi sifarişli alınmış bir ərizənin təsdiqi tələbkarlığı üzrə bu gün sifarişli məqsədlərə prosessual xidmət edib, hüquqlarının müdafiəsi məqsədinə mənə imkan verilməyən X10 barəsində 16 avqust 2023-cü il tarixli ittiham yönümlü xitam qərarının prosessual gündəmə gətrilməsi təşkilatçılıqla Biləsuvar rayon məhkəməsində özünün və çoxsaylı digər ədalətsiz hakimlərin vəzifədən sui-istifadələrini prosessual ört-basdır edə bilmədiyi kimi..,bu gün dövlətin hüquq məkanında da insan və vətəndaş hüquq və azadlıqlarının prosessual ciddi pozulması məqsədinə xidmət edilməklə,sabiq vəkilin vəbu günün nümayəndəsinin səlahiyyətli peşə fəaliyyətlərinə olunmuş sifarişli müdaxilələrin məlum tələbkarlığı ilə Planetdə görünməyən dəhşətli ədalətsizlikləri nümayiş etdirən..vəsifarişli məqsədlər naminə məmur-hakim özbaşınalıqlarının mabədi ardını əməli hərəkətləri ilə də bir daha prosessual yaradıb, hakimiyyət həddi aşılmaları gündəmə gətirən çoxsaylı qüvvələr birliyinin də bu ədalətsizliklərdə ciddi məsuliyyət daşıdıqlarını ört-basdır etmək məqsədilə imzaladığı ədalətsiz məhkəmə aktlarında yoğrulan ədalətsizliklərin prosessual görüntülərlə özünün neqativ hərəkətləri ilə gizlədilməsinəverdiyi çoxsaylı önəmlərdəki prosessual bu cür tələbkarlıqlar..,göründüyü kimi sifarişli məhkəmə iclasına sədrlik edənsəlahiyyətli bu hakimin /Rəfael Əliyevin/ sifarişli məqsədlərə etdiyi prosessual xidmətini gizlədə bilmədiyi kimi, həm də, ədalətsiz hakim obrazını nümayiş etdirdiyinidə heç də gizlədə bilməmişdir..,ən azı ona görə ki, bu gün Konstitusiya Məhkəməsinə məlumat üçün ünvanladığım iddia ərizəmin bir nüsxəsinin bu məkandan 22 fevral 2024-cü il tarixli sözügedən məktubla Biləsuvar rayon məhkəməsinə göndərilməsində də mənim təhqir və böhtana məruz qoyulmağım heç də istisna edilməmişdir...Bəli, hesab edir ki,bu gün Konstitusiya Məhkəməsi rəhbərliyinin göstərişi əsasında Anar Cəfərov tərəfindən ədalətsizliklərin müdafəsinə ciddi önəm verilib, vəzifədən sui- istifadə və hakimiyyət həddi aşılmaların qanunla bu gün mümkün olmayan bir müdafiəsi məqsədinə 22 fevral 2024-cü il tarixli bu məktubun tələbkarlığında prosessual hüquqi təminat yaradılmaqla, əslində çoxsaylı məmur-hakim özbaşınalıqlarının prosessual müdafiəsitəmin edilərkən sanki səlahiyyətli bu məmurun ona qarşı böhtan və yalan danışmaqla, məhz ədalətsizlikər girdabında da prosessual ədalətsizliklərin sifarişli müdafiə olunaçağı sözügedən bu məktubun tələbkarlığında..,görünür..,göründüyü kimi..,bu gün heç də istisna edilməməsi..,birmənalı səlahiyyətli peşə,-/vəkillik və nümayəndəlik/ fəaliyyətlərinə təşkili olunan sifarişli müdaxilələr üzərində hələ də AR-sı Konstitusiya Məhkəməsində sifarişli məqsədlərə olunan bu cür çoxsaylı xidmətlər tələbkarlığında...,nəinki konstitusion məhkəmə müdafiə hüququnun sifarişli və təşkili pozulması ilə müdafiə hüququnun mahiyyəti tələbkarlığı sifarişli yox etdirilib, 13 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palata iclasının qərardadının əsassız və qanunsuz çıxardılması ilə əsaslı və qanuni edilən şikayətinin Plenum iclasına buraxılmaması tələbkarlığının ciddi qanunsuzluqlarla sifarişli dəstəklənilməsi məqsədinə yönələn sifarişli xidmətin prosessual təkrarlandığını əyani göstərmişdir...,hətta, ali bəşəri dəyərə malik olan şərəf, ləyaqətimin sifarişli tələbkarlıqla prosessual ləkələnməsi...və şəxsiyyətimin sifarişli alçaldılması ilə prosessual müstəvidə peşə fəaliyyətlərimlə bağlı işgüzar nüfuzuma Anar Cəfərovun imzaladığı sifarişli yoğrulan bu məktubun məlum tələbkarlığında prosessual zərbə endirildiyini məlum edib, 13 aprel 2005-ci il tarixli ədalətsiz məhkəmə aktının prosessual davamı olaraq, bu gün Biləsuvar rayon məhkəməsinə ünvanlanmış təhqir, böhtanla müşayət edilən 22 fevral 2024-cü il tarixli bu məktubun tələbkarlığı və məlum tələbləri üzərində ən ali bəşəri bir dəyərə malik oub, bu gün qanunlarla, Əsas Qanunla, beynəlxalq hüquq normaları tələbkarlığında müdafiə edilən şərəf və ləyaqətimin prosessual ləkələnməsi məqsədinə çoxsaylı aşağı və yuxarı instansiya məhkəmə kürsülərində olduğu kimi.., həm də, bu gün bu məkanda, X16 Məhkəməsindədə sifarişli yoğrulub, prosessual gündəmə gətrilən bu cür ədalətsizlikləri "Vətəndaşların qəbulu və şikayətlərşöbəsi"nin müdiri Anar Cəfərovun imzaladığı 22 fevral 2024-cü il tarixli sifarişli bu məktubun tələbkarlılğında rəsmi bəyan edib, əslində AR-sı Konstitusiya Məhkəməsi rəhbərliyinin və məlum tərkibli çoxsaylı səlahiyyətli hakimlərin maraq dairəsinin sifarişli bir müdafiəsinə olunan xidməti səlahiyyətli bu məmurun hərəkət /hərəkətsizliyində/ imzaladığı rəsmi bir məktubla prosessual bəlli edib, əyani göstərmişdir.,desəm.,heç də səhv etmir. Bu, yolverilməzdi. Əlbəttə, bu baxımdan birdaha hesab edir ki, səlahiyyətli vəzifəli bu şəxsin,- AR-sı Konstitusiya Məhkəməsinin "Vətəndaşların qəbulu və şikayətlər şöbəsi"nin müdiri Anar Cəfərovun/ zərərçəkmiş şəxs, /xüsusi ittihamçı/ olaraq, tərəfimdən AR-sı CMnin 147.1-ci və 148-ci maddələri ilə ittiham etmək məqsədmdə olub, ona qarşı bu cür əsaslı və qanuni tələbkarlıq nümayiş etdirməyim, heç də ədalətsiz və haqsız görünə bilməz... Çünki, Biləsuvar rayon məhkəməsinin sədri, sədrlik edn hakim Rəfael Əliyevin, Cavid Bədirov barədə qanuni əsaslarla tamamlanılması mümkün olmayan "Qondarma cinayət işi" nın məhkəmə hüquq müstəvisinə gətizdirib, sifarişli məqsədlərə növbəti etdiyi bu cür xidmət Planetdə görünməyən dəhşətli bir ədalətsizlik olub, tamamlanması mümkün olmayan "Qondarma cinayət işi"nin tamamlanılması məqsədinə sifarişli bir xidməti olmaqla, əslində məhz bu məqsədə etmiş olduğu bu cür xidmət., dəhşətli bir ədalətsizlik olub, məhz sədrlik edən bu hakimin iş üzrə vermiş olduğu ədalətsiz bir nəticə sifarişli mahiyyət kəsb edən çoxsaylı ədalətsiz məhkəmə aktlarının gündəmə gətrilib, sifarişli çıxardılması tələbkarlığında hüquqları rəhbəri olduğum "xxxx" MMC-də səlahiyyətli nümayəndəsi olaraq, tərəfimdən müdafiə edilən X10 barədə.., onun növbəti qanunsuz, əsassız və ədalətsiz mühakimə etdirilərək, qanunsuz məhkumluğunu gündəmə gətrirən 16 avqust 2023-cü il tarixli ittiham yönümlü sifarişli yoğrulan əsassız xitam qərarını gündəmdə etdiyi kimi..., ona münasibətdə.., səlahiyyətli peşə, /vəkillik/ fəaliyytimə münasibətdə...,birmənalı şəkildə sifarişli yoğrulan və ailəsi prosessual darmadağın etdirilib, sifarişli məqsədlərə olunan xidmət tələbkarlığlında bəraətverici əsasları Biləsuvar rayon məhkəməsində ilk gündən prosessual yox etdiyi kimi..,bu gün də Rəfael Əliyev kimi ədalətsiz bir hakimn maraq dünyasında Cavid Bədirovun bəraətverici əsaslarını prosessual alt-üst edib,ədalətsizliyə sifarişli məqsədlərə yönələn prosessual bir xidmətini, imzaladığı növbəti çoxsaylı ədalətsiz məhkəmə aktlarının məlum tələbkarlığında rəsmi bəyan edib, prosessual bəlli etmişdir... Bu gün, 22 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Gənclər meydanı 1-də yerləşən Konstitusiya Məhkəməsində ədalətsizliklərə və cinayət xarakterli hərəkətlərə yer verilib, səlahiyyətli peşə,-/vəkillik, nümayəndəlik/ fəaliyyətləri ilə bağlı sifarişli, təhqiramiz, böhtan xarakterli yazılara prosessual önəm verilməsi, məhz təşkili və planlı işlərin nəticəsi olaraq, bu məkanda Konstitusiya Məhkəməsinin "Vətəndaşların qəbulu və şikayətlər şöbəsi"nin müdiri Anar Cəfərovun 22 fevral 2024-cü il tarxdə 1-7/2-B-18/1-23/2024 saylı imzalamış olduğu bu məktubunun sifarişli gündəmə gətrilməsi ilə nəticələnib, Biləsuvar rayon məhkəməsinə və ona ünvanlanaraq, həmin məktubda mənə böhtan atılmaqla, onu təhqir etməklə yanaşı, həm də, yalan olduğunu da bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən məlumatların bir neçə ünvana göndərilməsi, birmənalı şəkildə vəzifəli bu şəxsin hərəkətlərində və əməlində cinayət tərkibi doğuran faktları məlum edib, onun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə barəsində cinayət işi qaldırılmasını da olduqca vacib edərək, bu gün onun cinayət məsuliyyətinə cəlb edilməsini də qaçılmaz etmişdir...Çünki, göründüyü kimi cavabdeh Biləsuvar rayon məhkəməsi və 3-cü şəxs AR-sı Məhkəmə-Hüquq Şurasına qarşı iddiaçı olaraq tərəfimizdən qaldırılmış məlum iddia ərizəsinin bir nüsxəsinin məlumat üçün Konstitusiya Məhkəməsinə göndərilməsinə və 17/on yeddi/ vərəqədən ibarət olan ərizənin 1/bir/ vərəqli etirazla birlikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində alınaraq, 24 fevral 2024-cü il tarixdə həmin ərizənin alınması barədə bu məkanda müvafiq qeydiyyat aparılıb, poçt xəbərnaməsinində qaytarılmasına baxmayaraq, 17/on yeddi/ vərəqli prosessual bu ərizəsinin və 1/bir/ vərəqli etiraznmın Biləsuvar rayon məhkəməsinə göndərilməsini açıqlayan 22 fevral 2024-cü il tarixli, 107/2-B-18/1-23/2024 saylı bu məktubu imzalayan məmur Anar Cəfərov imzaladığı bu məktubun ona göndərilməsini açıqlayan "Surəti" hissəsində, soyadını "Bədəlova" kimi qeyd etməsi hələ azmış kimi., daha sonra da bu məktubun mətnində təkrar olaraq soyadının "Bədəlova" kimi ifadə edilməsi şərəf və ləyaqətimə edilən ciddi bir hörmətsizliyi gündəmə gətirib, şəxsiyyətinin alçaldılması məqsədinə edilən sifarişli bir xidməti bəlli etmişdir...Hələ bunlar azmış kimi hər iki ünvana göndərmiş olduqları bu məktubu poçt zərfinə qablaşdırıb, ona göndərdikləri zərf üzərində də Anar Cəfərovun imzaladığı bu məktuba əsaslanılaraq, soyadının "Bədəlova" kimi yazdırılması, birmənalı şəkildə bu məkanda, məhz Konstitusiya Məhkəməsindən şərəf və ləyaqətinə ləkə salıınaraq, şəxsiyyətinin alçaldılması məqsədinə edilən sifarişli bir xidmətin mahiyyətini açıqlamaqla, həm də səlahiyyətli peşə, /vəkillik və nümayəndəlik/ fəaliyyətləri ilə bağlı işgüzar nüfuzuna prosessual müstəvidə ciddi zərbə endirildiyini rəsmi sənədlə bəyan edib, prosessual göstərmişdir..,desə, heç də yanılmır...!!! Əlbəttə, belə olan halda, rəsmi imza edilməklə, bu məktubda yazılanlar "Konstitusiya Məhkəməsinin vətəndaşların qəbulu və şikayətlər şöbəsi"nin/ səlahiyyətli müdiri Anar Cəfərov tərəfindən imzalanıb, prosessual göstərilirsə..,bu insan və vətəndaş hüquq və azadlıqlarının daha yuxarı instansiya mərhələsində (X16 məhkəməsi) deyilən bir məkanda əsaslı müdafiəsi keşiyində dayanıb, qanunsuzluqları rədd edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin özünə qarşı ciddi bir hörmətsizliyin gündəmə gətrilməsilə əslində onun Nizamnamə, qanunlar, Əsas Qanun və beynəlxalq hüquq normaları ilə tənzimlənən fəaliyyətinə bağışlanılması mümkün olmayan ciddi bir ədalətsizliyin prosessual rəsmi nümayiş etdirilməsi nəticəsi olaraq.,həm də, bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasın səlahiyyətli sabiq üzvü,-/X7/ qarşısifarişli yönəldilib,pozulmuş hüquqlarının prosessual bərpası uğrunda apardığı haqlı və ədalətli mübarizəsinə bu gün "xxxx" MMCnin səlahiyyətli rəhbəri olan X1 peşə,- /vəkillik və nümayəndəlik/ fəaliyyətlərinin qanunlarla, konstitusion normalarla, nizamnamə və beynəlxalq hüquq normaları tələbkarlığında tənzimlənilən bu peşə fəaliyyətlərinin mahiyyəti əsaslarına prosessual zərbə endirməsilə göstərmiş olduğu sifarişli bu cür planlı bir maneçiliyi hesab etmir ki, Biləsuvar rayon məhkəməsinə qarşı əsaslı iddia tələbkarlığını mahiyyətcə rədd edib, birmənalı şəkildə də qanunsuzluqların, məmur-hakim özbaşınalıqlarının..,vəzifədən sui-istifadə və hakimiyyət həddui aşılmaların prosessual dəstəklənilməsinə edilən sifarişli bir xidmətini rəsmi bəyan edib, qanunların ciddi və əhəmiyyətli pozulması ilə də sabiq vəkil barədə, "xxxx" MMC-nin səlahiyyətli rəhbəri olub, bu gün səlahiyyətli bir nümayəndənin də səlahiyyətli bu peşə fəaliyyətlərinə sifarişli məqsədlər naminə prosessual ədalətsizliklərin onun təhqir və böhtanlara sifarişli məruz qoyulmağı prosessual rəsmi bir sənədlə müdafiə edildiyini bəlli etməmişdir...!!! Bu..,qanunlara qarşı ciddi bir xıyanət olduğundan..,bağışlanılmır...!!! Anar Cəfərov səlahiyyətli dövlət məmuru olaraq, bu gün vəzifədən sui-istifadə edib, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi keşiyində dayanan sabiq bir vəkilin və bu günün "xxxx" MMC-nin səlahiyyətli rəhbəri olub, səlahiyyətli bir nümayəndə olan X5 şərəf və ləyaqətinə hörmətsizlik gətirib, onu ləkələməklə, həm də, peşə fəaliyyətləri ilə bağlı onu^nüfuzdan salan bu cür hərəkətləri ilə AR-sı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikaslı Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Anar Cəfərov barəsində cinayət işi mənim şikayətimlə başlana bilər. 1948-ci il İnsan hüquqları haqqında məlum Bəyannamədə, 1966-cı il "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktda, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-birilə sıxı bağlı olan mənəvi əxlaqi dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Bu gün o öz fəaliyyətini, məhz peşə fəaliyyətləri ilə bağlı olduğuna görə, əlbəttə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, AR-sı ərazisində qüvvədə olan çoxsaylı qanunlara və s. normativ aktlara uyğun olaraq həyata keçirib, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun məlum normalarından başlayaraq, "xxxx" MMC-dəki fəaliyyətimi də bu gün məlum normativ aktlara prosessual əməl etməklə qurub, əslində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə yönəldib, həm də, bu gün sabiq vəkillik fəaliyyəti ilə bağlı olaraq, pozulmuş hər bir hüquq prosessual bərpasınlı tələb etdiyindən bu hüquqların prosessual bərpasına istiqamətləndirməklə, bütövlükdə bu gün insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi məqsıdinə yönəltmişəm... Bu gün barəsində həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, mənim barəmdə əxlaqi prinsiplər, xidmət və ictimai fəaliyyətimlə əlaqədar cəmiyyət arasında mənfi rəy yaradan çoxsaylı məlumatlar çoxsaylı məhkəmələrdə prosessual yayıldığı kimi..,həm də bu gün AR-sı Konstitusiya Məhkəməsindən də Konstitusiya Məhkəməsinin səlahiyyətli işçisi Anar Cəfərovun şərəf və ləyaqətini ləkələyən, onun barəsində əxlaqi prinsiplər, xidmət və ictimai fəaliyyətimlə əlaqədar cəmiyyət arasında mənfi rəy yaradan məlumatlar yayılmışdır. Belə ki, Biləsuvar rayon məhkəməsində ədalət mühakiməsinin maraqlarına çoxsaylı zidd hərəkətlərə yer verilərək, məhz ədalət mühakiməsinin qanunla qorunan mənafeyinin çoxsaylı pozulması tələbkarhğında..,əlbəttə, bu məkanda fəaliyyət göstərən çoxsaylı ədalətsiz hakimləri..,o cümlədən Rəfael Əliyev kimi məhkəmə sədrini ifşa edə biləcək faktların məlum tələbkarlığı üzrə əsaslı və qanuni iddia ərizəmin kserosurətini Biləsuvar rayon məhkəməsinə göndərən "Vətəndaşların qəbulu və şikayətlər şöbəsi"nin müdiri Anar Cəfərov,əslində mənim səlahiyyətli peşə fəaliyyətlərimə sifarişli müdaxilə etməsi ilə şərəf və ləyaqətimin alçaldılması məqsədinə prosessual önəm verib, imzaladığı 22 fevral 2024cü il tarixli təhqir və böhtan mçəzmunlu cavab məktubunda soyadım "Bədirov" olduğu halda, bunu "Bədəlov" kimi iki halda təkrar-təkrar göstərib, hətta, bu məktubu qablaşdırdığı poçt zərfi üzərində də "Bədəlov" kimi yazdırması birmənalı şərəf və ləyaqətimə ləkə salan hərəkətlərini prosessual məlum etməklə, birmənalı şəxsiyyətimin alçaldılması məqsədinə yönələn xidmətini də prosessual bu sənədlə rəsmi bəlli edərək, səlahiyyətli peşə fəaliyyətlərimlə bağlı, işgüzar nüfuzuma prosessual zərbə endirildiyini heç də gizlədə bilməmişdir.... AR-s CM-nin 147.1-ci maddəsindəki məlum tələbkarlıq "Böhtan" xarakterli cinayətin prosessual izahını verməklə qeyd etmişdir ki; "Böhtan, yəni yalan olduğunu biləbilə hər nansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma" cinayətdir. Qanunun bu normasına verilmiş şərhin 1-ci bəndində qeyd edilir ki;"insanların şərəf, ləyaqət və nüfuzu beynəlxalq hüquqda ən ali bəşəri dəyərlərdən hesab olunur. AR-sı Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini qorumaq hüququ vardır.Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur." AR-sı CM-nin 147-ci maddəsinə verilmiş şərhin 1-ci maddəsində şərəf, ləyaqət, nüfuz və böhtan barədə izahlar verilib, müvafiq şərhlər verilməklə, bununla bağlı əsaslı bir tələbkarlıqla müvafiq açıqlamalar verilib, onların qanuda qorunması tələb edilmişdir. Şərəf,-cəmiyyətin bir üzvü olaraq, insanın şəxsiyyətinin sosial və mənəvi keyfiyyətləanışlarından, digər insanlara, kollektivə, dövlətə münasibətindən asılılıqda dəyərləndirilməsidir. Başqa sözlə şərəf-sosial ölçüləri, əxlaqi keyfiyyətləri haqqında qiymətdir. Ləyaqət,-şəxsin özünəməxsus keyfiyyət və dünyagörüşünə, ictimai yerinə özü tərəfindən verilən qiymətdir. Nüfuz,-insanın ictimai mövqeyinə, səlahiyyətlərinə, qabiliyyətinə, əlaqələrinə, qohumlar, dostları və ümumiyyətlə tanıyanlar tərəfindən verilən qiymətdir. Qanuna verilmiş bu şərhdə birmənalı qeyd edilir ki; "Şərəf, ləyaqət və nüfuz qarşılıqlı vəhdət halında şəxsiyyəti səciyyələndirir, onun ayrılmaz atributu kimi çıxış edir və onun ən mühüm mənəvi sərvəti hesab olunur. Onlar şəxsiyyətlə cəmiyyətin münasibətlərini müəyyən etdiyindən, mühüm əhəmiyyətə malikdir və cinayət qanunu ilə qorunur." Bu şərhdə Böhtan barədə daha geniş izah verilərək, qeyd edilmişdir ki; "Böhtan,- insanın şərəf, ləaqət və nüfuzuna üfuzuna edilən qəsddir. Bu qəsdin cinayət hesab edilməsi üçün zəruri əlamətlər böhtan atan şəxsin yaydığı məlumatların yalan olduğunu bilməsi və bu məlumatrları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə və kütləvi informasiya vasitəsində yaymasıdır. AR-sı CM-nin 147-ci maddəsinə verilmiş şərhin 2-ci bəndində birmənalı qeyd edilir ki; "Obyektiv cəhətdən BÖHTAN,-həqiqətə uyğun olmayan məlumatların kütləvi qayda da yayılması ilə bağlı fəal hərəkətlərdə ifadə olunur. Belə uydurmalar şəxsiyyətin ləkələnməsi məqsədi daşıyır..." Qanunun bu normasına verilmiş şərhin 3-cü bəndində qeyd edilmişdir ki; "Subyektiv cəhətdən Böhtan, birbaşa qəsdlə səciyyələnir. Təqsirkarın yaydığı məlumatın yalan olduğunu, bunların müvafiq şəxsi ləkələyəcəyini bilməsi və arzulaması faktı hökmən müəyyən olunmalıdır...." AR-sı CM-nin 148-ci maddəsindəki məlum tələbkarlıq, "Təhqir"in tərifini ifadə edib, göstərmişdir ki; "Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltma"da ifadə olunursa, bu cinayətdir. Qanunun bu normasına verilmiş şərhin 1-ci bəndində göstərilir ki; "Bu cinayətin obyekti başqa şəxsin şərəf və ləyaqətinin qorunmasına təminat verən ictimai münasibətlərdir (CM-nin 147-ci maddəsinin şərhinə bax.)" Bu şərhin 2-ci bəndindəki məlum tələbkarlıq təhqirin obyektiv cəhətini açıqlayaraq qeyd edir ki;"Təhqirin obyektiv cəhəti şəxsin şərəf vəjəyaqətini nəlayiq formada alçaldan hərəkətlərdə ifadə olunur. Nəlayiq forma dedikdə, tarixən bərqərar olmuş davranış qaydalarına, ümumbəşəri əxlaqi tələblərə açıq-aşkar ziddiyyət yaratma başa düşülür... Təhqir şəxsin şərəf və ləyaqətini alçaldan hərəkətlərin edildiyi andan başa çatmış sayılır." Qanuna verilmiş bu şərhələrin məntiqi bu gün mənə bir daha onu deməyə əsas verir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətli işçisi Anar Cəfərov tutduğu bu vəzifəyə ciddi hörmətsizlik ifadə etməsilə hesab etmir ki, prosessual ona verdiyi, həm də, Biləsuvar rayon məhkəməsinə də göndərmiş olduğu bu cür sifarişli cavab məktubunda da barəsində böhtan və şər danışması ilə onu təhqir və böhtanlara məruz qoyması Konstitusiya Məhkəməsi rəhbərliyinin görünməsi mümkün olmayan sifarişli maraqlarını da ifadə etməmişdir...Bu cür sifarişli və təşkili yoğrulan hərəkətlər səlahiyyətli peşə,-/vəkillik/ fəaliyyətimdən başlanaraq, bu gün "xxxx" MMC-dəki səlahiyyətli növbəti peşə,- /nümayəndəlik/ fəaliyyətlərimədək prosessual müstəvidə əyani olaraq çoxsaylı rəsmi sənədlər və dövlət adından çıxarılan çoxsaylı ədalətsiz məhkəmə aktlarının mahiyyəti tələbkarlığında açıqlanıb, Baş Prokurorluqdan tutmuş aşağı prokurorluq işçilərinədək.., Ali Məhkəmə hakimlərindən tutmuş aşağı instansiya hakimlərinədək.., AR-sı Ədliyyə Nazirliyinin səlahiyyətli işçilərindən tutmuş.., Daxili İşlər Nazirliyinin səlahiyyətli işçilərinədək.., məhz dövlət adından danışan çoxsaylı səlahiyyətli məmurlar tərəfindən barəmdə planlı və sifarişli həyatra keçrilərək..., birmənalı şəkildə prosessual müstəvidə, məhz sifarişli formada təhqir və böhtanlara məruz olduğumu prosessual açıqlayıb, prosessual göstərməklə, şərəf və ləyaqətimin ləkələndiyini, şəxsiyyətimin alçaldıldığını, peşə fəaliyyətlərimlə bağlı işgüzar nüfuzumun ciddi bir tələbkarlıqla prosessual aşağı salındığını rəsmi bəyan etdirilməsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə qarşı ciddi bir hörmətsizliyin çoxsaylı prosessual nümayiş etdirilməsi, bu gün birmənalı şərəf və ləyaqətinin ləklənməsi..,şəxsiyyətinin alçaldılması üzərində işgüzar nüfuzunun aşağı salınması tələbkarlığında çoxsaylı prosessual açıqlanıb, aşağı insansiyalarda bu cür yoğrulan ədalətsizliklərin..,hətta, X16 məhkəməsinədək prosessual ayaq tutaraq zorakı yeridilməsi faktını rəsmi bəlli edib, prosessual göstərmişdir.../Bu barədə məhkəmə iclasında faktlarla danışıb, müvafiq vəsatətimi də məhkıməyə tıqdim etməklə, prosessual müstəvidə sifarişli təhqirlərə və böhtanlara məruz olkduöğumu faktlarla göstərəcək..Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixdə qəbul etdiyi "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" bu məlum qərarın 5-ci maddəsində göstərilir: "Məhkəmələrin diqqətinə çatdırılsın ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətlərindəcinayətin əlamətləri olduqda (TƏHQİR, BÖHTAN) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də, yalan məlumatın təkzib edilməsi haqqlında iddia qaldıra bilərlər." Ali Məhkəmə Plenumunun bu məlum qərarının 3-cü maddəsində o da qeyd edilmişdir ki;"məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə ЬахагкэпЗ halı aydınlaşdırmalı və onlara məcmuu halında hüquqi qiymət verməlidir: Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması." Bu qərarda o da qeyd edilir ki; "Məhkəməyə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır." Ali Məhkəmə Plenumunun bu məlum qərarında bir daha izah olunur ki; "Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildiridikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, ko noxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, ərizə və şikayətləräə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır." Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixdə qəbul etdiyi "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" qərarın tələblərindən də o məlum edilir ki; "AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən 147, 148-ci maddələrində göstərilən cinayət təqibi xüsusi ittiham qaydasında yalnız zərərçəkmış şəxsin şikayəti əsasında həyata keçrilir." Hesab edir ki, vəzifədən sui-istifadə edib, bu gün barəmdə böhtan və təhqirlərə yol verən Anar Cəfərov Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət təqibini istisna edən hallar /AR-sı CPM-nin 39/ və xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçrilməsindən imtina edilməsi /AR-sı CPMnin 302/ üzrə əsaslar yoxdur. AR-sı Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarnda BMT- Baş Məclisinin müvafiq sənədinə rəsmi müraciət edilməklə: "Birləşmiş Millətlər Təşilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi "Cinayət və hakimiyyətdən sui- istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında" Bəyannamənin 1-ci maddəsində göstərilir ki; "qurbanlar" termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkarsui-istifadələri qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi yaxud kollektiv şəkildə zərər yetrilən şəxslər başa düşülür." Konstitusiya Məhkəməsi Plenumunun bu məlum qərarında o da qeyd edilir ki; "Mənəvi zərər adətən vətəndaşların şəxsi, qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir.Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (Şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etməık azadlığı, yaşayış yeri seçmə, adhüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqları pozmaqla, fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir." Plenumun bu məlum qərarında birmənal qeyd edilmişdir ki; "Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir." Bu gün dövlətin hüquq məkanında..,aşağı instansiya məhkəmələrindən tutmuş Ali Məhkəmənin kassasiya icraatı mərhələlərinədək çoxsaylı səlahiyyətli hakimlər...,hətta, polis və prokurorluq orqanlarından da bir qrup səlahiyyətli dövlət məmurları tərəfindən adımın, soyadımın, ata adımın dəyişdirilib, şərəf və ləyaqətimin prosessual alçaldılaraq, şəxsiyyətimin sifarişli alçaldılması ilə bu gün səlahiyyətli peşə fəaliyyƏİTərimlə bağlı, işgüzar nüfuzuma prosessual vurulan soxsaylı bu zərbələr...,konstitusion normaların məlum tələbkarlığının ciddi, əhəmiyyətli pozulması olmaqla, birmənalı sifarişli mahiyyət kəsb edib, şərəf vləyaqətimin ləkələnməsinə xidmət etmişdir.../Bu barədə məhkəmədə vəsatət verib, faktlarla danışacam.../ Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin məlum tələbkarlığı "Şərəf və ləyaqətin müdafiəsi hüququ"nu açıqlayaraq, onun geniş şərhini verib, məhz bu hüququn müdafiəsinə ciddi önəm verildiyini bəyan edərək, həm də, həmin bu hüququn pozulmamasını ciddi tələb etməklə, dövlət tərəfindən də qorunduğunu göstərmişdir. AR-sı Konstitusiyasının 46-cı maddəsinin l-hissəsində göztərilir: "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır." Bu Qanunun 46-cı maddəsinin ll-hissəsində göstərilmişdir: "Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz." Əsas Qanunun 46-cı maddəsinin lll-hissəsində göstərilir: "Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olnmadan heç kəsin üzərindətibbi, elmi və başqa təcrübələr aparıla bilməz." AR-sı Konstitusiyasının 26-cı maddəsinin l-hissəsində göstərilir: "Həs kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır." Bu Qanunun 26-cı maddəsinin ll-hissəsində göstərilmişdir:"Dövlət hər kəsin hüquqları və azadlıqlarının müdafiəsinə təminat verir." Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin ll-hissəsində göstərlir: "Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərin, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və işini təhqir etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz." Bu Qanunun 60-cı maddəsinin lhissəsində göstərilmişdir: "Hər kəsin hüquq və azadlıqlarının inzibati qayda da və məhkəmədə müdafiısinə təminat verilir."Əsas Qanunun 60-cı maddəsinin lY-hissəsində göstərilmişdir: "Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qayda da və məhkəməyə şikayət edə bilər." AR-də Konstitusiyanın 63-cü maddəsinin l-hissəsində göstərilir: "Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır.Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qayda da sübuta yetrilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır." Konstitusiyanın 63-cü maddəsində göstərilir:"Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yoil verilmir."Əsas Qanunun 63-cü maddəsinin İY- hissəsində göztərilir: "Ədalət mühakiməsə həyata keçrilərkən qanunu pozmaqla, əldə edilmiş sübutlardan istifadə oluna bilməz. " Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində göstərilir: "Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz." "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü hissəsinin j) bəndinin tələbkarlığına müvafiq olaraq; "Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən tam bərabərlik əsasında öz əleyhinə ifadə verməyə, yaxud özünün müqəssir olduğunu etiraf etməyə məcbur edilməmək" hüququna malikdir. "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü mad. 7ci hissəsində göstərilmişdir: "Heç kəs hər hansı bir ölkənin qanununa və cinayət prosessual hüququna müvafiq olaraq artıq qəti surətdə məhkum olunduğu, yaxud bəraət qazandığı bir cinayət üçün ikinci dəfə mühakimə edilməməli, yaxud cəzalandırılmamalıdır." Məhz bu mənada bir daha hesab edir ki, bu gün hüquqlarının müdafiəsi rəhbəri olduğu "xxxx" MMC-də səlahiyyətli nümayəndəsi olaraq tərəfindən təmsil edilən, lakin, müdafiəsinə prosessual ona imkan verilməyən X8 qarşı "süni aliment öhdəliyi icrası tələbkarlığına" məcbur edilməklə, Biləsuvar rayon məhkəməsində eyni cinayət əməli üzrə çoxsaylı zorakılıqlar girdabında sifarişli mühakimə etdirilənbir şəxsin, /X6/ əleyhimə məqsədli formalaşdırılmaqla, əslində sabiq peşə, /vəkillik/ fəaliyyətimlə bağlı pozulmuş hüquqlarının prosessual bərpası uğrunda apardığı haqlı və ədalətli mübarizəsinə prosessual maneçilik kimi gündəmə gətrilərək, ona qarşı prosessual alət kimi əleyhinə çevrilməklə, məhz "Cavid Kartı"nın sifarişli yoğrulması tələbkarlığı birmənalı prosessual mübarizəni dondurmaq və prosessual mübarizəsinin qarşısından sipər çəkmək məqsədi daşımaqla, məqsədyönlü gündəmə gətrilən sifarişli bir ədalətsizliyin, təşkili və planlı bir məhsulu kimi göründüyündən...,Biləsuvar rayon məhkməsinə qarşı əsaslı və qanuni iddia ərizənin məlumat üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməsini də zəruri və vacibliyini də qaçılmaz etdiyi üçün burada adi göndərilən ərizənin mahiyyəti əksi yox.,mürəkkəb bir vəziyyəti əks etdirən ədalətsizlikləri prosessual məlum edib, bəlli etdiyindən..,bu ərizənin Konstitusiya Məhkəməsi tərəfindən başdansov və səthi cavablandırılaraq, şərəf və ləyaqətimin ləkələnməklə, şəxsiyyətimin alçaldlması və işgüzar nüfuzumun aşağı salınması məqsədinə heç bir halda xidmət edib, 22 fevral 2024cü il tarixli bu məktubun da əsaslı olduğunu açıqlaya bilməz...,ən azı ona görə ki, artıq "Vətəndaşların qəbulu və şikayətlər şöbəsi"nin müdiri A.Cəfərov tərəfindən imzalanaraq, Biləsuvarrayon məhkəməsinə və daha sonra da ona ünvanlanmış bu məktub ona təhqiri, həm də, böhtanı yaşadan ədalətsiz prosessual sənəd kimi qavranılıb, bu cür də başa düşülməlidir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Vətəndaşların qəbulu və şikayətlər şöbəsi"nin müdiri Anar Cəfərov haqqında Azərbaycan Respublikası CM-nin 147-ci mad. l-his. 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair müvafiq qərar qəbul edib, barəsində ittiham hökmü çıxarılmasına prosessual ciddi önəm verilməklə, məhz məhkəmə qaydasında cəzalandırılmasını təmin edilməsini və peşə fəaliyyəi ilə bağlı mənəvi sarsıntıları və mənəvi əzabları ona yaşadaraq, bu gün ona vurmuş olduğu 100.000 AZN məbləğ mənəvi ziyan pulun Anar Cəfərovdan alınaraq, ona ödənilməsini təmin edəcək məhkəmə qərarını çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X11 şikayətini müdafiə edərək, şikayətinin icraata qəbul edilməsini və Anar Cəfərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X9 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299,300,302, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi gün) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-204/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-204/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver