Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-205/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Tovuz rayonu, Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,052 qram və 4,441 qram olmaqla, ümumilkdə təmiz çəkisi 8,493 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 10 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3ən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 23:00-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 02 ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,052 qram və 4,441 qram olmaqla, ümumilkdə təmiz çəkisi 8,493 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, avtomobili ilə hərəkətdə olan zaman, qəfildən saxlanılmış, özlərini sonradan təqdim edən iki nəfər onun avtomobilinə əyləşərək onlarla birlikdə getməyini tələb etmişlər. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, gec saatlarda üzərinə baxış keçirilmişdir. İdarənin koridorunda onun cibinə iri ölçüdə iki ədəd büküm qoyulmuş, lakin onun ciddi etirazlarından sonra, bu əvvəlkinə nisbətdə kiçik ölçülüyə çevrilmişdir. Halbuki üzərində saxlanılarkən heç bir narkotik vasitə olmamışdır. Daha sonra, üzərinə baxış keçirilərək, əvvəlcədən qurulmuş ssenari əsasında cibindən iki ədəd kiçik büküm çıxarılmışdır. Video diskə diqqətli baxılsa üzündə olan gərginlik və qorxu hissi görünür. Ona qabaqcadan nəyi necə etməyini təzyiqlə tələb etmişdilər. Ümumiyyətlə, ibtidai istintaq dövründə qeyd edilən narkotik vasitənin ekspertiza rəyi də şübhə doğurmaqdadır. Belə ki, video çəkilişdə görüntülənən bükümlərdə olan maddələr çox kiçik və iş materiallarında göstərilən kütlə ilə üst-üstə düşmür. İstintaq zamanı əməlini etiraf etməyi isə onun ciddi mənəvi-psixoloji təzyiq altında olmağı ilə səciyyələnir. Məhkəmə istintaqı zamanı o, və müdafiəçisi tərəfindən verilən “Komission ekspertizanın aparılması və müdafiəçinin bu ekspertizada iştirakının təmin edilməsinə dair vəsatətləri təmin olunsa da, çox dəhşətli haldır ki, icra qurumu olan Məhkəmə Ekspertiza Mərkəzi məhkəmənin qərarını yarımçıq və qərəzli icra etmişdir. İş materialları Mərkəzə getdiyi gündən dəfələrlə müdafiəçisi tərəfindən ekspertizanın nə zaman və hansı ekspert tərəfindən aparılacağını maraqlansa da, hər dəfə onlara müəyyən bəhanələr gətirdilər. Sonda, çox kobud sənədləşmələr aparılaraq müdafiəçisinin iştirakı təmin edilmədən təkrar ibtidai istintaqda verilmiş rəyin eynisi verildi. Məhkəməyədək icraat mərhələsində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Ara-bir qəbul edir. İstifadə etdiyi narkotik vasitəni Abşeron rayonu, Goradil kəndində yaşayan “Vüqar” adlı şəxsdən əldə edir. Sonuncu dəfə 10 fevral 2023-cü il tarixdə axşam saat 20 radələrində Abşeron rayonu, Goradil kəndində yaşayan “Vüqar” adlı şəxsdən şəxsi istifadəsi üçün 25 manat qarşılığında iki büküm narkotik vasitə “nəşə” alıb. Həmin “nəşə”ni əynindəki şalvarın sağ yan cibinə qoyub. Bundan sonra Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən hamama dostları ilə görüşmək üçün gedib. Həmin tarixdə saat 21 radələrində Xətai rayonu, N.Tusi küçəsi 7 saylı ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görüb. Həmin şəxslər yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini ona göstəriblər. Onların polis əməkdaşları olduqlarını başa düşüb. Onlar onu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət ediblər və o, etiraz etməyərək onlarla birlikdə qeyd olunan idarəyə gedib. İdarədə xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanıb. Bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd kağız bükümü çıxaran zaman bükümlərin böyük olduğunu görüb onların özünə aid olmadığını bildirib. Bu zaman videoçəkilişin dayandırılmasını tələb edib. Bundan sonra o, polis əməkdaşlarına bildirib ki, həmin bükümlər özünə aid deyil və onlardan xahiş edib ki, əvvəldən üzərində olan bükümləri düzgün formada təqdim etsinlər. Bundan sonra polis əməkdaşları yenidən videoçəkiliş vasitəsilə üzərinə yenidən axtarış və baxış keçirilməyə başlanılıb. Bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq o, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyub. Bundan sonra üzərinə fiziki axtarış keçirilib və əynindəki həmin şalvarın sağ yan cibindən bir ədəd üzərində 050-776-36- 86 saylı mobil nömrə olan “İphone” markalı mobil telefon, özümə məxsus şəxsiyyət vəsiqəsi və 66 manat nağd pul aşkar olunaraq götürülüb. Mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülüb və pul isə özünə geri qaytarılıb. Aşkar olunmuş bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilib. Daha sonra üzərindən aşkar edilmiş 02 büküm narkotik vasitə marixuanaya bənzər kütlə müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb. Daha sonra iştirakçılarla birlikdə o da həmin zərflərin üzərinə imza edib. İfadəsində bildirdiyi kimi, həmin narkotik vasitəni 10 fevral 2023-cü il tarixdə axşam saat 20 radələrində Abşeron rayonu, Goradil kəndində yaşayan “Vüqar” adlı şəxsdən şəxsi istifadəsi üçün 25 manat qarşılığında əldə edib. Məqsədi həmin narkotik vasitəni özü istifadə edəcəkmiş. Həmin şəxsin anket məlumatları barədə heç nə bilmir. Ailə üzvlərinin bu barədə heç bir məlumatı yoxdur. Onu saxlayan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir Təqsirləndirilən şəxs son sözündə ziyalı bir ailənin övladı olmasını, ali təhsilli olmasını, daimi iş yerinin və yaşayış yerinin olmasını, hər zaman müsbət xarakterizə olunmasını, 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə bir-başa iştirak etməsini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsindədir. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq öz şəxsi istifadəsi üçün narkotik vasitəni əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, narkotik vasitələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar onun rəhbərliyi ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılıb. Bundan sonra 10 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində qrup üzvü ilə birlikdə ünvan 2 ünvanının yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirib. Həmin şəxsə onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirmiş və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmiş və həmin şəxs etiraz etmədən onlarla birlikdə həmin İdarəyə gedib. Həmin İdarədə saxlanılan şəxsin xx.xx.1994-cü ildə Tovuz rayonunda anadan olmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilib. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin, tərcüməçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 02 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb polis əməkdaşlarına təqdim edib. Bundan sonra sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “İphone” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 66 manat nağd pul aşkar edilərək götürülüb. Bundan sonra aşkar edilən həmin kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənib. Təqsirləndirilən şəxs aşkar edilmiş “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi sonuncuya izah verildikdən sonra iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülüb və 66 manat nağd pul isə özünə geri qaytarılıb. Bununla da şəxsi axtarış və götürmə başa çatıb və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmayıb, bu barədə protokol tərtib edilib, iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza edib. Təqsirləndirilən şəxs qeyd olunan xüsusatları özünü müdafiə etməsi üçün dəlil kimi gətirir. Onun üzərinə yalnız bir dəfə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və həmin zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilən zaman, həmçinin İdarədə olan zaman və üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin eksperti Sevda Əhmədova ifadəsində bildirmişdir ki, 11 iyul 2023-cü il tarixli 3-16-16/2-7/919 saylı “komisyon məhkəmə-bioloji” ekspert rəyini digər ekspert əməkdaşı Tamella Hüseynova ilə birlikdə vermişdir. Həmçinin rəyin məzmununa uyğun olaraq bildirmişdir ki, - tədqiqata təqdim olunmuş MEM-nə məxsus 01 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə üzərində “Vət.Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan kağız paketdəki üzəri yapışqan lentlə bağlanmış 02 (iki) ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -4,002 qram, -4,391 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi -8,393 qramdır. Təqdim olunmuş həmin marixuanalar tərkiblərinə görə eynidir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin eksperti Tamella Hüseynova, digər əlavə şahid Sevda Əhmədovanın dediklərini bildirərək bir daha onun dediklərini təsdiqləmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış video görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, üzərinə şəxsi axtarış və götürmə istintaqı keçirilən şəxs əynindəki tünd göv rəngli cins şalvarın sol van cibindən 02 ədəd kağız bükümü çıxarıb təqdim edir. Bundan sonra şəxsin üzərinə fiziki axtarış keçirilir və bu vaxt şəxsin əvnindəki həmin şalvarın sağ van cibindən 01 ədəd üzərində 050-776- 36-86 savlı mobil nömrə olan “İphone” markalı mobil telefon, şəxsin özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 66 manat nağd pul aşkar olunaraq götürülür. Şəxsin təqdim etdivi bükümlər açıldıqda onların içərisində açıq yasil rəngli, spesifik qoxuva malik olan narkotik vasitə marixuanava bənzər kütlələrin olması müəvvən edilir. Şəxsin üzərindən aşkar edilmiş iki ədəd büküm zərfə qovularaq qablaşdırılır və zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Həmin şəxs narkotik vasitə qurudulmuş marixuananın istifadəçisi olduğunu, aşkar edilmiş bükümləri 10 fevral 2023-cü il tarixdə Abşeron ravonu, Goradil kəndində “Vüqar” adlı şəxsdən aldığını və üzərində daşıdığını, həmin bükümlərdən başqa heç bir verdə narkotik vasitə saxlamadığını, “Vüqar” adlı şəxsin anket məlumatları barədə heç bir məlumatı olmadığını, həmin bükümlərin özünə məxsus olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmədivini və saxlanılmamışdan əvvəl üzərinə baxış və axtarış keçirilmədiyini bildirir. Bununla da istintaq hərəkətinin yekunlaşdırıldığı elan edilir və görüntü sona çatır. Səbail Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarına əsasən müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş 3-16-16/2-7/919 saylı 23 iyun 2023-cü il tarixli Komisyon məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş MEM-ə məxsus 01 (bir) ədəd qəhvəyi rəngli kağız paketdə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” yazıları və imzalar olan kağız paketdəki üzəri yapışqan lentlə bağlanmış 02 (iki) ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 4,002 qram; 4,391 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ümumi çəkisi 8,293 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 23 iyun 2023-cü il tarixli aktdan görünür ki, marixuanaya oxşar 02 ədəd qəhvəyi rəngli kağız bükümlərdə 4.002 qram və 4.391 qram ümumi çəkisi 8.393 qram qram qurudulmuş marixuana xx.xx.2023-cü il tarixdə saat 15:00-da qəbul olunmuş, 0,1 qram nümunə üçün götürülmüş və 8.293 qram 11 iyul 2023-cü il tarixdə saat 17:20-də geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-7/919 saylı 23 iyun 2023-cü il tarixli Komisyon məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 72.0 (yetmiş iki) manat təşkil etmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş 05 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarına əsasən Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 8,393 qram narkotik vasitə marixuana xx.xx.2023-cü ildə 47/2-18491 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş və iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 11 fevral 2023-cü il tarixli, 7/209 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 02(iki) ədəd açıq qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 4,052 qram; 4,441 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-8,493 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 7/209 saylı 11 fevral 2023cü il tarixli Komisyon məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 78.0 (yetmiş səkkiz) manat təşkil etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 11 fevral 2023-cü il tarixli aktdan görünür ki, 4.052 qram və 4.441 qram ümumi çəkisi 8.493 qram qram qurudulmuş marixuana qəbul olunmuş, 0,1 qram nümunə götürülmüş və 8.393 qram geri qaytarılmışdır. Maddi sübut kimi tanıma haqqında 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs - iki ədəd bükümdə ümumilikdə təmiz çəkisi 8,493 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 8,393 qram marixuana isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 1135 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 fevral 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 006 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 168 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Lələ-İlahi” strateji yüksəkliyinin işğaldan azad olunması uğrunda 01 aprel 2016-cı il tarixdən 05 aprel 2016-cı il tarixədək gedən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər qismində, heyət nəfəri vəzifəsində iştirak edib, yaralanmayıb. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi iş materiallarında olan 10 fevral 2023-cü il tarixli şübhəli şəxsin izahatı və 12 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu, məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəməyədək icraat mərhələsində və məhkəmə isntaqı zamanı keçirilmiş məhkəməbioloji ekspertizası rəyləri, rəy vermiş ekspertlərin şahid ifadələri, təqsirləndirilən şəxsin üzərinə müdafiəçisinin iştirakı və video görüntü aparılmaqla keçirilmiş şəxsi axtarış və götürməyə dair videogörüntü və həmin istintaq hərəkətinin protokolu ilə tam təkzib olunur. Qeyd olunan dəlillər Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq ümumilkdə təmiz çəkisi 8,493 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması əməlini tərətməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətin törədilməsini, “Lələ-İlahi” strateji yüksəkliyinin işğaldan azad olunması uğrunda 01 aprel 2016-cı il tarixdən 05 aprel 2016-cı il tarixədək gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək, 02 (iki) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan 8,293 qram narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək, 02 (iki) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonu ərazisini tərk etməmək, Bakı şəhəri, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra 8,293 qram narkotik vasitə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-205/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-205/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver