Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-206/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1962-ci ildə Neftçala şəhəri, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,807 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 08 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində Səbail Rayon Polis İdarəsinin 41 -ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4ləşən 41-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 15:30-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı sellofan kəsiyindən olan bir ədəd bükümün içərisində təmiz çəkisi 0,807 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, eləcə də digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 08 fevral 2023-cü il tarixdə səhər saatlarında o, heroinə olan növbəti tələbatını ödəmək üçün el arasında “kubinka” adlanan əraziyə getmiş və orada üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində 0,5 qrama yaxın heroin almış və həmin heroini əynindəki göy rəngli cins şalvarının cibinə qoyub yaşadığı əraziyə qayıtmışdır ki, evində istehlak etsin. Həmin gün saat 14 radələrində o evinin yanına yaxınlaşarkən yaşadığı evin qarşısında yanına iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərinin polis əməkdaşları olduğunu deyib şəxsiyyətini öyrənmişdilər. O, adını və soyadını bildirəndən sonra həmin şəxslər onun narkotik vasitələrinin qanunsuz saxlamağında onu şübhəli bildiklərini izah edib bildirmişdilər ki, o onlarla 41-ci polis bölməsinə getməlidir. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə gəlmiş və orada onu otaqların birində əyləşdirmişdilər. Sonra ona vəkil təqdim olunmuşdur. Vəkidin iştirakı ilə o, sənədlər imzalamış və sonra da ona izah edilmişdir ki, üzərinə baxış keçiriləcək. Videoçəkilişə başlanılmış və ona təklif olunmuşdur ki, üzərində olanları təqdim etsin. O, əynindəki şalvarının sağ yan cibində saxladığı, “kubinka” deyilən yerdə bir neçə saat öncə aldığım bir selofan bükümün içində heroini polis əməkdaşlara təqdim etmişdir. Həmin bükümdə olan maddəylə bağlı ona verilən sualları cavablandırdıqdan sonra həmin büküm boş zərfə qoyulmuşdur. Həmin zərf onun və digər orada olan şəxslər tərəfindən imzalanmış və çəkilişlər dayandırdıqdan sonra protokol tərtib edilmişdir. Baxışda iştirak edən şəxslər bu protokolu imzalamışdılar. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, hepotit və astma xəstəsi olmasını və yaşının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 08 fevral 2023-cü il tarixdə 41-ci polis bölməsinin əməliyyat aparatına məlumat daxil olmuşdur ki, İntiqam adlı Badamdar qəsəbəsinin sakini narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olur. Daxil olmuş məlumatı və məlumatı vermiş mənbənin etibarlığı barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədəmüvafiq hesab edilmiş və əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilməklə yanaşı əməliyyat qrupu yaradılmışdır. saat 14 radələrində İntiqam adlı şəxsin Badamdar qəsəbəsində C.Novruzov küçəsində olması barədə məlumat alaraq həmin ünvana yollanmışdılar. Adıçəkilən küçəyə yaxınlaşdıqda məlumatda qeyd olunan İntiqam adlı şəxsə zahirən oxşar şəxsin olduğunu görüb həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək sonuncunun şəxsiyyətini öyrənmişdilər. Həmin şəxs adının İntiqam olduğunu təsdiq etmişdir. Bu səbəbdən də onlar İntiqamın narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyini izah edib onlarla 41 -ci polis bölməsinə getməli olduğunu bildirmişdilər. Onlar həmin şəxsi 41-ci polis bölməsinin inzibati binasına gətirəndən sonra sonuncunun şəxsiyyəti Təqsirləndirilən şəxs kimi müəyyən edilmişdir. Keçirtdikləri tədbir barədə bölmənin rəhbərliyinə məruzə edildikdən sonra gətirdikləri şəxsin üzərində narkotik vasitələrinin və ya psixotrop maddələrinin ola biləcəyi güman etdikləri üçün qərara alınmışdır ki, sonuncunun şəxsi axtarışı keçirilsin. Prosesual hərəkətlərin aparılması növbətçi təhqiqatçısına tapşırılmışdır. Təhqiqatçı saxlanılan şəxslə müvafiq sənədləşmə aparıb sonuncunun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edəndən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa keçirilməyə başlanılmışdır. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf selofandan olan kiçik bükümü və gediş kartı çıxartmışdır. Sonra Təqsirləndirilən şəxs həmin şalvarın digər ciblərindən şəxsiyyət vəsiqəsini və cib dəsmalını çıxartıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümü açıldıqda içərisində qəhvəyi rəngli toz halında maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu, heroindən 8-9 ildir istifadə etdiyini, həmin maddəni tanımadığı şəxsdən “kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əlavə heç bir şey aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd büküm zərfə qablaşdırılmış, zərf möhürlənmiş, hamı zərfi və sonra da prossesual hərəkətlə bağlı tərtib olunmuş protokolu imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Səbail RPİ-nin 41-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1, Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 08 fevral 2023-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, həmin tarixdə ünvan 3 ünvanın qarşısında saxlanılaraq 41-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cilbindən bir ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik maddəyə oxşar kütləni və bir ədəd metro kartını, şalvarının sol yan cibindən bir ədəd cib dəsmalını, gödəkçəsinin sol cibindən isə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin maddələr götürülərək zərfdə qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni özü istifadə etmək üçün adını bilmədiyiyi şəxsdən 10 manata aldığını və üzərində saxladığını bildirmişdir Məhkəmə iclasında şəxsi axtarış keçirilməsini əks etdirən video diskə baxış keçirilmiş və baxışdan görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişlər polis leytenantı rütbəsini daşıyan polis zabitin özünü Səbail RPİ-nin 41-ci polis bölməsinin təhqiqaçısı Samir Seyid kimi təqdim etməsindən başlanır. Təhqiqatçı 41-ci polis bölməsinin inzibati binasında 104 saylı xidməti otaqda şübhəli şəxs X5 onun hüquqlarını müdafiə edən vəkil X2, Səbail rayon polis idarəsinin 41-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis baş leytenantı Şahid1 iştirakları ilə narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən İntiqam Acidinin şəxsi axtarışı istintaq hərəkətini apardığını elan edir. Bundan sonra təhqiqatçı cinayət prosessual qanunvericiliyində şübhəli şəxsin hüquq və vəzifələrinə aid müddəaları sadalayır. Demoqrafik məlumatların bildirməsi təklif olunduqda otaqda sol tərəfdə əynində qara rəngli dəri qış gödəkçəsi, tünd göy rəngli poluver və mavi rəngli cins şalvarı geyinmiş, 55-60 yaşında kişi cinsli şəxs özünü X4 təqdim edərək anket məlumatlarını söyləyir. Üzərində qanunsuz dövriyyəsi qadağan olunmuş əşyaların olduğu halda onları təqdim etmək təklifinə uyğun olaraq sonuncu əynincəki şalvarın sağ yan cibindən bir ədəd «Bakı kart» ictimai nəqliyyatdan istifadə kartı və şəffaf sellofan kəsiyndən olan kiçik bükümü, daha sonra şalvarın sol yan cibindən köhnə nəsil şəxsiyyət vəsiqəsi və şalvarın arxa sol cibindən dama-dama naxışlı cib dəsmalı çıxarıb təqdim edir. Təhqiqatçı təqdim olunmuş predmetlərə baxış keçirən zaman təqdim olnmuş bükümü açdıqda içərisində tozvari şəkilində qəhvəyi rəngli maddə kütləsi aşkar edilir. Həmin maddənin nə olmasına və harada əldə olunmasına dair suallar cavab olaraq İntiqam Acidi bu maddənin heroin olduğunu və onu «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manata aldığını söyləyir. Vəkil Mehman Əliyevin həmin maddəni nə məqsədlə alması barədə suala cavab olaraq İntiqam Acidi ağrıların kəsməsi üçün heroini şəxsi istifadəsi üçün aldığını söyləyir. İntiqam Acidi üzərində başqa əşyaların olmamasını söyləyəndən sonra onun fiziki olaraq şəxsi axtarışı keçirilir, əlavə hər hansı əşya aşkar edilmir. Əlavə verilən suallara cavab olaraq İntiqam Acidi 8-9 ildir narkotik vasitələrindən istifadə etdiyini bildirir. Təhqiqatçı aşkar olunmuş maddəni boş zərfə qablaşdırdıqdan sonra prosessual hərəkətində iştirak edən şəxslər tərəfindən zərf imzalanır və möhürlənir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı əlavə vəsatət və etirazlar daxil olmadığından təhqiqatçı Samir Seyid istintaq hərəkətin və çəkilişin sona çatmasını elan edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli 6/790 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün NQ239” möhür əksi, “ ...şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,807 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 09 fevral 2023-cü il tarixli aktdan görünür ki, 0,807 qram heroin qəbul olunmuş, 0.05 qram nümunə götürülmüş və 0.757 qram geri qaytarılmışdır. Maddi sübut kimi tanınma və saxlama haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.807 qram təşkil edən narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.757 qram narkotik vasitə heroin saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verimişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş məhumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: -Yasamal Rayon Məhkəməsinin 01 iyul 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 aprel 2007-ci ildə cəzanın sonu ilə azad edilmişdir. -Yasamal Rayon Məhkəməsinin 09 fevral 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il amnistiya qərarının 2.5 bəndində əsasən 01 il 03 ay 25 gün cəzadan azad edilmişdir. -Nizami Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 sentyabr 2018ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 fevral 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, səhhəti ilə bağlı müxtəlif xəstəliklərdən əziyyət çəkməsini və yaşını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək, 02 (iki) gün, şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 01 mart 2023-cü il tarixli, 1179 N-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalıq qalan 0.757 qram narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra 0.757 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 156 (yüz əlli altı) manat pul tutulub, Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-206/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-206/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver