Məhkəmə qərarları › İş №1(009)-207/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-207/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-207/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Socar” Neft Daşlarında operator işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 27, mənzil 13 ünavnında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 47-ci küçə, ö/t ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 47-ci küçəsi nömrəsiz öztikili evdə, otaqlardan birində şəxsi münasibətlərin kəskinləşməsi və ailə münaqişəsi zəminində keçmiş arvadı, qeyri-rəsmi olaraq birgə yaşadığı Zərərçəkmiş şəxs yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq alt dodağın, sol diz oynağı nahiyəsinin ön səthinin qançırları, eləcə də sol dirsək oynağı nahiyəsində ağrı və hşərəkət məhdudluğu ilə miişaiyət olunan sol bazunun orta və aşağı 1/3-nin arxa-bayır səthinin geniş ölçülü hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 47-ci küçə, öztikili ünvanında keçmiş həyat yoldaşı və oğlu ilə birlikdə yaşayır. 2000-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan 22 yaşlı Hüseyn Məmmədov adlı oğlu var. 2002-ci ildə Zərərçəkmiş şəxs ilə xasiyyətləri uyğun gəlmədiyi üçün rəsmi şəkildə ayrılmışlar. Bundan 1 il 5 ay sonra yenidən Zərərçəkmiş şəxs ilə barışmış və yenə birlikdə yaşamağa başlamışlar. Lakin yenidən nikaha girməmiş və qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. Təxminən 2016-cı ildən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 47-ci küçədə özləri üçün iki mərtəbəli ev tikərək orada yaşamağa başlamışlar. Onun 2000 ABŞ dolları borcu var. xx.xx.2023-cii il tarixdə saat 13.00 radələrində qeyri-rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşadıqları evdə olan zaman o, Zərərçəkmiş şəxs bildirmişdir ki, “gəl evi sataq borcumu ödəyim və istəyirsənsə pulun yarısını sənə verim, ya da ki, istəyirsənsə mənimlə birlikdə yaşa”. Lakin Zahirə buna razı olmamışdır. Keçmiş həyat yoldaşına atasından qalma ev var. Zahirəyə bildirmişdir ki, həmin evi sataraq bu eviu təmir etsinlər. Lakin Zahirə razılaşmamışdır. O da əsəbi olduğu üçün əsəbləşərək Zahirəni sillə və yumruqla döymüşdür. Sonra isə Zahirə mübahisə etdiyinə görə evdən çıxıb getmişdir. O, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 13.00 radələrində birgə yaşadıqları Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 47ci küçə ev ö/t ünvanında, evin otağının içərisində əli ilə şillə və yumruqla vurmuş və Zahirəni itələyib yıxmışdır. Zahirə onun dediklərilə razılaşmadığı üçün o, əsəbləşib Zahirəni döymüşdür. Hazırda məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını bildirərək bəraətverici əsaslar olmadan iş üzrə icraaa xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda qeyrirəsmi həyat yoldaşı X2 və oğlu Hüseyn Məmmədov ilə birlikdə yaşayır. 2000-ci ildə X3 ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan 22 yaşlı Hüseyn Məmmədov adlı oğlu var. 2002-ci il tarixdə Təqsirləndirilən şəxs ilə xasiyyətləri uyğun gəlmədiyi üçün boşanmışlar. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs 1 il 5 aydan sonra onun yanına gələrək peşman olduğunu bildirmiş, o, Cümşüdü bağışlamış və barışmışlar. Həmin vaxtdan yenə birlikdə yaşamışlar. Lakin yenidən nikaha girməmiş və qeyri-rəsmi olaraq birlikdə yaşayırlar. Təxminən 2018-ci ildən Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 47-ci küçədə özləri üçün iki mərtəbəli ev tikərək orada yaşamağa başlamışlar. xx.xx.2023-cii il tarixdə saat 13.00 radələrində onunla birlikdə yaşayan keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxsla yaşadıqları evdə olan zaman Cümşüd ona bildirmişdir ki, “mənim aldığım yeməyə əl vurma”. O, Cümşüdə demişdir ki, “qulluqçuya da yemək verirlər”. Cümşüd isə ona bildirmişdir ki, “get özün pul qazan və özün üçün nə istəyirən al”. Buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onu döyməyə başlamışdır. Bundan sonra o, qardaşına zəng etdikdə Cümşüd evdən çıxıb getmişdir. Bundan sonra o, döyülməyi barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Onunla birlikdə yaşayan keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onu xx.xx.2023-cii il tarixdə saat 13.00 radələrində birgə yaşadıqları ünvan 4 ünvanında, evin otağının içərisində sillə, yumruq və təpiklə döymüşdür. Cümşüd onun bədəninin müxtəlif yerlərinə vuraraq ona xəsarətlər yetirmişdir. O. dodaq nahiyəsindən və bədən nahiyəsindən xəsarətlər almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. 01 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının 01 may 2023-cü il tarixli 199 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər alt dodağın, sol diz oynağı nahiyəsinin ön səthinin qançırları, eləcə də sol dirsək oynağı nahiyəsində ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazunun orta və aşağı 1/3-nin arxa-bayır səthinin geniş ölçülü hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 05 may 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan SOCAR “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin Qaz X4 Xidməti sahəsində 3-cü dərəcəli qazın yığılması üzrə operator vəzifəsində işləyir. İşlədiyi müddətdə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2023-cü il tarixli tələbnaməyə əsasən xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində bəraətverici əsaslar olmadan iş üzrə icraaa xitam verilməsini nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayəti olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayətinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar