Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-21/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi2, Tərcüməçi: X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx xxxxxx 2021-ci il tarixdə saat 11:30-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, ünvan 4, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri, xx xxxxxx 1980-ci ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, məhkumluğu ödənmiş, evli, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, döngə 2,ev 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri, xx xxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 saylı inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, subay, Bakı şəhəri Sabunçu rayonu, Aydınbəyov küçəsi ev 3 mənzil 17-də qeydiyyatda olmaqla yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs3 və qeyri rəsmi ərarvad münasibətində olduğu Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 19:35 dəqiqədə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, Bakı X29nın “Perron Gallery” Ticarət Mərkəzindəki 115 nömrəli mağazaya müştəri kimi daxil olaraq, orada satış masanın üzərində mobil telefonun qoyulmasını gördükdən sonra, əvvəlcədən aralarında olan razılığa əsasən o, mağazada müştərilərə xidmət edən satıcı Zərərçəkmiş şəxs3 qarşısında gəzərək diqqətini yayındırmış və ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs4 satış masası arxasında əyləşmiş satıcı Şahid2 suallar verərək diqqətini cəlb etmiş, Təqsirləndirilən şəxs3 isə satıcılar və müştərilərin diqqətlərinin yayılmasından suiistifadə edib, satış masasının üzərində qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 4 manat dəyərindəki ***-***-**-** saylı sim kart nömrə ilə istifadə edilən, bir ədəd 900 manat dəyərində olan “İphone X” markalı mobil telefonu gizli olaraq götürüb mağazanı tərk edərək özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 904 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs3 və qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə, saat 21:45 dəqiqədə, ünvan 2 ünvanda yerləşən “Forset” mağazasına, müştəri kimi daxil olaraq, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ailə olmaları görünüşü yaradıb mağazada tək olan satıcı Şahid4 salondakı asılqandan asılmış paltarlarla bağlı suallar verib başını qataraq diqqətini yayındırmış, bu zaman mağazaya o, daxil olub satıcının kənarda və məşğul olmasından istifadə edib, mağazanın salonundakı satış masasının üzərində qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 5 manat dəyərindəki ***-***-**-** saylı sim kart nömrə ilə istifadə edilən bir ədəd 2.500 manat dəyərində olan “X31 256 GB” markalı mobil telefonu gizli olaraq götürüb mağazanı tərk edərək özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2.505 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək xx xxxx 2020-ci il tarixdə, təxminən saat 15 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evin darvazasının qapısını açmaqla həyətinə, oradan isə açıq vəziyyətdə olan qapıdan mətbəxə, evə və saxlanc yeri kimi istifadə olunan yardımçı tikiliyə qanunsuz olaraq daxil olub evdən bir ədəd qiyməti 400 manat olan qara rəngli “LG” markalı, LB552V model televizoru, bir ədəd qiyməti 300 manat olan Çində istehsal edilmiş “Yamaha” markalı, PSR-E403 model elektronik klaviaturanı, mətbəxdən bir ədəd qiyməti 40 manat olan “Euromerss” markalı 5,5 litr su tutumu olan elektrik çaydanı (termopotu), bir ədəd qiyməti 45 manat olan üzərində “Seven 7star Germany” yazıları olan 6,8 litr su tutumu olan elektrik çaydanı (termopotu), yardımçı tikilidən isə bir ədəd qiyməti 30 manat olan qara rəngli qutuda “Stanley” markalı 8 hissədən ibarət vintaçan dəstini, bir ədəd qiyməti 35 manat olan qırmızı rəngli “Black Decker” markalı, 3000/min xüsusiyyətli lobziki, bir ədəd qiyməti 45 manat olan “BWS-905R” Germany yazıları olan laqondanı, bir ədəd qiyməti 60 manat olan “Shimge” markalı.QDX 1,5-12-0,25 model su nasosunu, bir ədəd qiyməti 3 manat olan çəkici, bir ədəd qiyməti 10 manat olan baltanı,hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 9 manat olan 3 ədəd kəlbətini, bir ədəd qiyməti 4 manat olan dəmirkəsən qayçını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 981 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgəsinin əlmakını gizli olaraq talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə, saat 12 radələrində, ünvan 4 “A” ünvanında yerləşən saxlanc yeri hesab edilən hüquqi xidmət ofisinin otağına, açıq vəziyyətdə olan arxa qapısından qanunsuz daxil olaraq,orada masanın üzərində qoyulmuş ofis sahibi Zərərçəkmiş şəxs4 məxsus 160 manat dəyərindəki bir ədəd Çində istehsal edilmiş, işlənmiş “Lenovo” markalı, G570 model, intel Pentium inside, AMD Radeon xüsusiyyətli noutbuku və qidalandırıcı elementini-özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, bir ədəd siqaretin qırmızı rəngli kağızının bükümdə təmiz çəkisi 0,177 qram olan maddə, kustar üsulla alınmış narkotik vasitə heroini əynindəki göy rəngli şalvarın sağ yan cibində, bir ədəd 1 ml-lik şprisin içərisində 0,2 ml həcmindəki qəhvəyi rəngli maye məhlulu və həmin məhlulda olan təmiz çəkisi 0,007 qram heroini əynindəki qara rəngli gödəkçənin sağ yan cibində, ümumi təmiz çəkisi 0,184 qram heroini daşıyaraq üzərində saxlamış, xx xxxxx 2020-ci il tarixdə, gecə saat 01:30 radələrində Bakı şəhəri, Səbail RPİ-nin 39-nin əməkdaşlarının Bakı şəhəri, Səbail RPİ-nin İstintaq şöbəsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması məqsədilə barəsində olan axtarış elan edilməsi haqqında qərarına əsasən keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu,Sülh küçəsində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Səbail RPİ-nin 39-cu Polis bölməsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibində həmin bir ədəd siqaretin qırmızı rəngli kağızının bükümdə təmiz çəkisi 0,177 qram olan maddə, kustar üsulla alınmış narkotik vasitə heroini, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində bir ədəd 1 ml-lik şprisin içərisində 0,2 ml həcmindəki qəhvəyi rəngli maye məhlulu və həmin məhlulda olan təmiz çəkisi 0,007 qram heroini, ümumi təmiz çəkisi 0,184 qram olan maddə, kustar üsulla alınmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə, saat 19:35 dəqiqədə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, Bakı X29nın “Perron Gallery” Ticarət Mərkəzindəki 115 nömrəli mağazaya müştəri kimi daxil olaraq, orada satış masanın üzərində mobil telefonun qoyulmasını gördükdən sonra, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 mağazada müştərilərə xidmət edən satıcı Zərərçəkmiş şəxs3 qarşısında gəzərək diqqətini yayındırmış və ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs4 satış masası arxasında əyləşmiş satıcı Şahid2 suallar verərək diqqətini cəlb etmiş, Təqsirləndirilən şəxs3 isə satıcılar və müştərilərin diqqətlərinin yayılmasından sui-istifadə edib, satış masasının üzərində qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 4 manat dəyərindəki ***-***-**-** saylı sim kart nömrə ilə istifadə edilən, bir ədəd 900 manat dəyərində olan “İphone X” markalı mobil telefonu gizli olaraq götürüb mağazanı tərk edərək özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 904 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə,saat 21:45 dəqiqədə, ünvan 12“A” ünvanda yerləşən “Forset” mağazasına, müştəri kimi daxil olaraq, Təqsirləndirilən şəxs4 və o, ailə olmaları görünüşü yaradıb mağazada tək olan satıcı Şahid4 salondakı asılqandan asılmış paltarlarla bağlı suallar verib başını qataraq diqqətini yayındırmış, bu zaman mağazaya Təqsirləndirilən şəxs1 daxil olub satıcının kənarda və məşğul olmasından istifadə edib, mağazanın salonundakı satış masasının üzərində qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 5 manat dəyərindəki ***-***-**-** saylı sim kart nömrə ilə istifadə edilən bir ədəd 2.500 manat dəyərində olan “X31 256 GB” markalı mobil telefonu gizli olaraq götürüb mağazanı tərk edərək özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2.504 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs3 və qeyri rəsmi ərarvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 19:35 dəqiqədə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, Bakı X29nın “Perron Gallery” Ticarət Mərkəzindəki 115 nömrəli mağazaya müştəri kimi daxil olaraq, orada satış masanın üzərində mobil telefonun qoyulmasını gördükdən sonra, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 mağazada müştərilərə xidmət edən satıcı Zərərçəkmiş şəxs3 qarşısında gəzərək diqqətini yayındırmış və ətrafa nəzarət etmiş, o, satış masası arxasında əyləşmiş satıcı Şahid2 suallar verərək diqqətini cəlb etmiş, Təqsirləndirilən şəxs3 isə satıcılar və müştərilərin diqqətlərinin yayılmasından suiistifadə edib, satış masasının üzərində qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 4 manat dəyərindəki ***-***-**-** saylı sim kart nömrə ilə istifadə edilən, bir ədəd 900 manat dəyərində olan “İphone X” markalı mobil telefonu gizli olaraq götürüb mağazanı tərk edərək özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla,zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 904 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs4 təkrarən tanışı Təqsirləndirilən şəxs3 və qeyrirəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə, saat 21:45 dəqiqədə, ünvan 12“A” ünvanda yerləşən “Forset” mağazasına, müştəri kimi daxil olaraq, o və Təqsirləndirilən şəxs3 ailə olmaları görünüşü yaradıb mağazada tək olan satıcı Şahid4 salondakı asılqandan asılmış paltarlarla bağlı suallar verib başını qataraq diqqətini yayındırmış, bu zaman mağazaya Təqsirləndirilən şəxs1 daxil olub satıcının kənarda və məşğul olmasından istifadə edib, mağazanın salonundakı satış masasının üzərində qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 5 manat dəyərindəki ***-***-**-** saylı sim kart nömrə ilə istifadə edilən bir ədəd 2.500 manat dəyərində olan “X31 256 GB” markalı mobil telefonu gizli olaraq götürüb mağazanı tərk edərək özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2.504 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evin darvazasının qapısını açmaqla həyətinə, oradan isə açıq vəziyyətdə olan qapıdan mətbəxə, evə və saxlanc yeri kimi istifadə olunan yardımçı tikiliyə qanunsuz olaraq daxil olub evdən bir ədəd qiyməti 400 manat olan qara rəngli “LG” markalı, LB552V model televizoru, bir ədəd qiyməti 300 manat olan Çində istehsal edilmiş “Yamaha” markalı, PSRE403 model elektronik klaviaturanı, mətbəxdən bir ədəd qiyməti 40 manat olan “Euromerss” markalı 5,5 litr su tutumu olan elektrik çaydanı (termopotu), bir ədəd qiyməti 45 manat olan üzərində Seven 7 star Germany yazıları olan 6,8 litr su tutumu olan elektrik çaydanı (termopotu), yardımçı tikilidən isə bir ədəd qiyməti 30 manat olan qara rəngli qutuda “Stanley” markalı 8 hissədən ibarət vintaçan dəstini, bir ədəd qiyməti 35 manat olan qırmızı rəngli “Black Decker” markalı. 3000/min xüsusiyyətli lobziki, bir ədəd qiyməti 45 manat olan “BWS-905R” Germany yazıları olan laqondanı, bir ədəd qiyməti 60 manat olan “Shimge” markalı, QDX 1,5-12-0,25 model su nasosunu, bir ədəd qiyməti 3 manat olan çəkici,bir ədəd qiyməti 10 manat olan baltanı,hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 9 manat olan 3 ədəd kəlbətini,bir ədəd qiyməti 4 manat olan dəmirkəsən qayçını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 981 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə,saat 18 radələrində, o, birgə yaşadığı qadın Oksana və azyaşlı 2012-ci il təvəllüdlü oğulları Daniil ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən parkta olarkən, tanışları Anarla görüşmüş və söhbət edərək birlikdə Bakı şəhərinin mərkəzi hissəsinə gedib gəzməyi, eyni zamanda imkan düşdükdə mağazalardan bahalı mobil telefon oğurlayıb sataraq pul əldə etmələrini razılaşmışdılar. Birlikdə Bakı şəhəri, “28 may” metro stansiyasının yaxınlığındakı X29 ərazisindəki “Perron Gallery” ticarət mərkəzinə gəlib, orada yerləşən sahibi tanımadıqları mağazanın birinə alıcı kimi ayrı-ayrılıqda daxil olmuş, müştəri çox olmasından istifadə edib Oksana satıcı qızın başını qatmış, o, salonda gəzərək satıcının fikirini yayındırmış, Anar isə satış masasına yaxınlaşıb masa üzərində olan bir ədəd “İphone”markalı mobil telefonu gizlincə götürüb mağazanı tərk etmiş, bir neçə dəqiqədən arxasınca o, sonra isə Oksana azyaşlı oğlu Daniil ilə mağazadan çıxıb uzaqlaşaraq, kənarda Anarla görüşmüş və sonuncu oğurladığı bir ədəd mobil telefonu göstərmiş, sonra isə mobil telefon Anarda qalmışdır. Bundan sonra o, Anar, Oksana və Daniil birlikdə gəzərək Səbail rayonu ərazisinə “Sahil” metrosunun yaxınlığına gəlmiş, bu zaman saat 21 radələri olmuş, “Sahil” metrosu ətrafında mağazaları gəzərkən, yenə evəlcədən oğurluq etməyi razılaşdıqları kimi ünvanını və adını xatırlamadığı, həmçinin sahibini tanımadığı qadın paltarı mağazasına ayrı-ayrılıqda müştəriki daxil olmuş, mağazada Oksana salonda sərgilənən paltarlara baxıb satıcıya suallar verməklə başını qatmış, Anar isə Oksananın yanında dayanmış, bu zaman o, mağazaya daxil olub istifadə etdiyi mobil telefonu qulağına tutub telefonla danışan şəxs kimi görüntü yaradaraq salonu gəzmiş, bu zaman mağazanın solonun orta hissəsində yerləşən satış masasının üzərində bir ədəd “İphone” markalı bahalı mobil telefon aparatını görmüş, o, masaya yaxınlaşıb göz ucu mağazada tək olan satıcı qadına fikir vermiş, satıcının arxası ona tərəf dayanmasını və başı qarışıq olmasından istifadə edib, gizlincə mobil telefonu masa üzərindən götürüb cibinə qoyaraq, mağazanı yenə telefonla danışma görüntüsünü yaradaraq tərk etmiş, bir neçə dəqiqdən arxasınca mağazadan Anar, Oksana və azyaşlı Daniil çıxıb gəlmişlər. Mağazadan uzaqlaşdıqdan sonra, birlikdə görüşdükdə o, oğurladığı mobil telefonu Anar və Oksanaya göstərmiş, sonra isə mobil telefon onda qalmışdır. O, Anar və Oksana mağazalardan ümumilikdə iki ədəd mobil telefon oğurlayarkən yanlarında olan azyaşlı Daniil, oğurluq etmələrini dərk etməmiş və bilməmişdir. Sonra o, oğurladığı mobil telefonu açmaq istədikdə telefonun şifrəsi olmasını görüb telefonu bağlı saxlamışdır. Səhəri günü xx xxxxxx 2019-cu il tarixdə günün günorta saatlarında o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan tanışı Elşənin yanına getmiş, o, Elşənlə bir gün əvvəl mağazadan oğurladığı bir ədəd işlənmiş “İphone” markalı mobil telefonu göstərib, arvadına məxsus olmasını, uşaq əlində oynadarkən koda salmasını, həmin mobil telefonu koddan çıxarıb pula ehtiyacı olduğundan satmaq istədiyini, eyni zamanda onun Elşənə olan 40 manat borcunu da telefonu satdıqdan sonra əldə etdiyi puldan ödəyəcəyini bildirərək, tanış mobil telefon ustası varsa, həmin telefonu koddan çıxartmasını və ya satmasını xahiş etmişdir. Elşən tanış mobil telefon ustası olmasını bildirərək, mobil telefonu götürüb getmiş və müəyyən vaxtdan Elşən geri qayıdaraq, bir neçə günə usta telefonu koddan çıxarıb zəng edib xəbər edəcəyini, mobil telefonun koddan çıxarma xərci isə 60 manat təşkil etməsini bildirmişdir. Bir neçə gündən Elşən onunla əlaqə saxladıqda, o, ustaya verilmiş mobil telefonun oğurluq olmasını, kodu açmaq istəyən usta bilməsini, polis gəlib telefonu ustadan götürərək onu axtarmasını öyrənmişdir. Bu səbəbdən o, həmin gündən evinə getməyərək gizlənmişdir. Bundan sonra, o, 2020-ci mart ayının ortalarında tanış olduğu Ruslan adlı şəxsə Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan bir nəfər tanışının evindən oğurluq etməyi təklif etmiş, sonuncu da razılaşmışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində o, Ruslanla birlikdə Buzovna qəsəbəsinə tanışı İqor adlı şəxsin evinə gelmiş İqorın evdə olub-olmamasını yoxlamaq məqsədi ilə həyətin darvazasını döymüş, bayıra çıxan olmadıqda İqorın evdə olmamasını başa düşüb, hasardan keçib darvazanı açaraq həyətə daxil olmuşlar. Sonra o, evə, Ruslan isə həyətdəki tikiliyə kilidi açıq qapılardan daxil olmuş, o, evdən götürdüyü bir ədəd sintezatoru və iki ədəd elektrik somavarı gətirib həyət darvazasının yanına qoymuş, həmin vaxt Ruslan tikilidən bir ədəd vintaçan dəstini, bir ədəd lobziki, bir ədəd laqondanı, bir ədəd su nasosunu, bir ədəd balta və bir ədəd çəkici götürüb tikilidə olan kisələrə yığaraq darvazanın yanına gətirmişdir. Sonra o, Ruslanın tikilidən gətirdiyi vintaçanı götürüb, evin otağında divarda quraşdırılmış plazma televizoru vintaçanla Ruslanın köməyi ilə açıb götürərək evdən çıxartmışlar. Bundan sonra o, Ruslanla oğurladıqları əşyaları götürüb oğurluq etdikləri həyətdən təxminən 100 metr aralı daşıyıb ara yolda gizlətmiş, Ruslan əşyaların yanında qalmış, o, isə həmin əşyaları yığıb aparmaları üçün taksi gətirməyə getmişdir. O, qəsəbə yolun kənarında sürücüsünü tanımadığı taksiyə minib Ruslanın yanına gələrkən, evinindən oğurluq etdikləri İqor onu yaşadığı evin yaxınlığında taksidə əyləşməsini görüb idarə etdiyi avtomobil ilə taksinin qarşısını kəsmiş, bu zaman o İqorın evindən oğurluq etməsini bildiyini başa düşüb taksidən düşüb qaçaraq oradan uzaqlaşmışdır. Təxminən 15-20 gün sonra, o, Ruslanın etdikləri oğurluq üstündə tutulmasını eşitmişdir. Bundan başqa, 2020-ci ilin aprel ayının sonlarında xərcləməyə pulu olmadığından, o, oğurluq etmək fikrinə düşüb, yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsinin qonşuluğunda yerləşən, əmisi Üzeyirin hüquqi xidmət göstərdiyi ofisdən oğurluq etmək qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində, Bakı şəhəri, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi ərazisində olarkən təsadüfən əvvəllər tanıdığı Denisi görmüş, sonuncuya birlikdə yaxınlıqda yerləşən evinə gedib qayıtmasını bildirmiş, evinin yanına çatdıqda o, Denisə gözləməsini deyib evinə getmişdir. O, yaşadığı evə bitişik əmisi Zərərçəkmiş şəxs4 işlətdiyi ofisin arxa hissəsindəki qapıdan ofisə daxil olmuş və masanın üzərində olan bir ədəd işlənmiş “Lenovo” markalı noutbuk kompyuteri gizli olaraq götürüb bayıra çıxıb tanışı Denisin yanına gəlmiş, sonuncuya əlində gətirdiyi noutbukun özünə məxsus olmasını bildirərək, pula ehtiyacı olduğundan 50 manata satmaq istədiyini bildirmiş, Denis isə həmin noutbuku Neftçilər metrosunun yaxınlığında əvvəllər yaşadığı məhəllədə yaşayan uşaqlara sata biləcəyini demişdir. Sonra o, Denislə birlikdə sonuncunun əvvəllər yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən məhəlləyə gəlmiş, o, kənarda gözləmiş Denis isə noutbuk kompyuterini aparıb onun razılığı ilə Atəş adlı şəxsə 30 manata sataraq gətirib pulu ona vermiş, həmin pulu da o, özü üçün xərcləmiş, noutbuku Denisin vasitəsi ilə satarkən oğurluq olmasını bildirməmiş, həmçinin ofisdən bir ədəd noutbukdan başqa heç bir əmlak oğurlamamışdır. Bundan sonra, xx xxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində, o, tək Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində avtobus dayanacaqlarının birində olduğu zaman tanımadığı bir nəfər 30-35 yaşında oğlanla söhbət edərkən, həmin şəxsdə narkotik vasitə heroin olmasını bilmiş, həmin şəxsdən 25 manata bir büküm heroin xahiş edib almışdır. Sonra həmin heroini aptekdən aldığı bir qramlıq şiprisə doldurmuş ki, münasib yer tapdıda venasına vursun. O, həmin heroin mayesi olan bir ədəd sprisi və aldığı heroinin qalıq qalmış bükümü cibində saxlayaraq, özü tək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi ilə piyada gedərkən, xx xxxxx 2020-ci il tarixdə gecə saat 01:30 radələrində ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşıb vəsiqələrini təqdim edərək polis əməkdaşıları olduqlarını və onun axtarışda olduğunu bildirib Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmişlər. PB-də gəldikdə polis əməkdaşları ona hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edib təqdim etməklə,video çəkilişlə üstünə baxış keçirərkən, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd heroinin mayesi olan sprisi və əynindəki göy rəngli şalvarın sağ yan cibindəki bir büküm narkotik vasitə heroini aşkar etmişlər. Polis əməkdaşları sorğular zamanı spristəki mayə və bükümdəki maddə narkotik vasitə olan heroin olmasını,özünə məxsus olmasını və özü qəbul etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin bir ədəd sprisi və bir ədəd heroin olan bükümü qablaşdırıb möhürləyərək götürmüşlər. Sonra aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyünü o, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, o, əvvəllər yəni 2010-cu ilin iyun ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə Xətai rayon məhkəməsinin hökmü ilə bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub cəzanı çəkib qurtarmış, azdlığa çıxdıqdan sonra heç bir cinayət əməli törətməmiş, hərdən tanımadığı şəxslərdən əldə etdiyi kakos adlanan narkotik vasitələri çəkərək qəbul edir. Təqsirləndirilən şəxs1 ilə 2019-cu ilin dekabr ayının əvvəllərindən sonuncu ilə məhkumluq həyatı yaşamış qohumu Şahid1 vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonun Bakıxanov qəsəbəsində tanış olmuş, o, Aslanla birlikdə hərdən kakos adlanan narkotik vasitəni çəkərək qəbul etmişdir. Aslan tanışı Oksana adlı qadınla və Daniil adlı azyaşlı uşaqları ilə birlikdə Sabunçu rayonu Sabunçu qəsəbəsində yaşayır. xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində, o, tanışı Aslanla və Oksana ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində parkta görüş, Aslan gilin yanında azyaşlı uşaqları Daniilda olmuş, birlikdə Bakı şəhərinin mərkəzi hissəsinə həm gəzmək, həm də imkan düşdükdə mağazalardan bahalı mobil telefon oğurlayıb sataraq pul əldə etməyə razılaşmış və birlikdə Bakı şəhəri, “28 may” metro stansiyasının yaxınlığındakı X29 ərazisindəki “Perron Gallery" ticarət mərkəzinə gəlmişlər. Razılığa əsasən mağazaları gəzərkən, iki nəfər mağazanın satıcısının başını qatmalı imkanı olan üçüncü şəxs isə yəni kimin imkanı olsa mobil telefonu gizlincə götürüb mağazanı tərk etməli idi. Orada yerləşən alt paltarları satılan mağazada müştəri çox olmasından istifadə edən Oksana satıcı qıza suallar verərək, Aslan isə salonda gəzərək başını qatmış, o, isə masa üzərində olan bir ədəd “İphone” markalı mobil telefonu gizlincə götürüb mağazanı tərk etmişdir. O, mağazadan uzaqlaşıb kənarda gözləmiş, sonra Oksana ilə Aslan və azyaşlı Daniil yanına gəlmiş, o, Aslana və Oksanaya oğurladığı bir ədəd mobil telefonu göstərmişdir. Sonra birlikdə gəzərək “Sahil” metrostansiyası yaxınlığına gəlib, saat təxminən 21 radələrində, adını xatırlamadığı qadın paltarları mağazasına birlikdə əvvəlcə o, Oksana və azyaşlı Daniil daxil olmuş, mağazada Oksana salonda sərgilənən paltarlara baxıb mağazada tək olan satıcı qadına suallar verərək başını qatmış,bu zaman mağazaya Aslan qulağında mobil telefon tutub telefonla danışan şəxs kimi görüntü yaradaraq salona daxil olub salonda gəzmiş, o, Oksana ilə satıcının yanında dayanıb başını qatarkən Aslan salonda olan masaya yaxınlaşıb gizlincə masa üzərində olan mobil telefonu götürüb mağazanı tərk etmiş, Aslan getdikdən bir necə dəqiqə sonra o, Oksana və Daniil mağazanı tərk etmişlər. Sonra birlikdə metronun qarşısında Aslanla görüşmüş, sonuncu mağazadan oğurladığı bir ədəd “İphone” markalı mobil telefon aparatını göstərmiş, birlikdə Sabunçu qəsəbəsinə qayıtdıqda, o, öz evinə, Aslan gil isə öz evlərinə getmişlər. Aslanın oğurladığı mobil telefon özündə qalmış, o, isə oğurladığı mobil telefonu səhəri günü aparıb tanışı Orxana həm 100 manat borca görə, həm də əvəzində ondan bir çet yəni bir çəkiçlik kakos alıb tək çəkərək qəbul etmişdir. Aslan oğurladığı mobil telefonu isə hansısa mobil telefon mağazasına kodunu açması üçün verməsini, həmin mağazadan da mobil telefonu polis əməkdaşları müəyyən edib götürdüklərini eşitmişdir. O, oğurladığı mobil telefonu Orxana borc əvəzi və narkotik vasitəyə görə verərkən oğurluq olmasını bildirməmişdir. Təqsirləndirilən şəxs3 son sözündə əməlindən səmimi peşman olmasının, iki az yaşlı uşağının olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, 2020-ci mart ayının ortalarında tanış olduğu Aslan adlı şəxs ona Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan bir nəfər tanışının evindən oğurluq etməyi təklif etmiş, o, da razılaşmışdır. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində o, Aslanla birlikdə Buzovna qəsəbəsinə sonuncunun tanıdığı İqor adlı şəxsi evinin qarşısına gelmiş qon evdə olub-olmamasını yoxlamaq məqsədi ilə həyətin darvazasını döymüş, bayıra çıxan olmadıqda İqorın evdə olmamasını başa düşdükdə, Aslan hasardan keçib darvazanı açaraq birlikdə həyətə daxil olmuşlar. Sonra Aslan evə, o, isə həyətdəki tikiliyə kilidi açıq qapılardan daxil olmuş, o, tikilidən bir ədəd vintaçan dəstini, bir ədəd lobziki, bir ədəd laqondanı, bir ədəd su nasosunu, bir ədəd balta və bir ədəd çəkici götürüb tikilidə olan kisələrə yığaraq, Aslan isə evdən bir ədəd sintezatoru və iki ədəd elektrik somavarı götürüb həyət darvazasının yanına gətirmişlər. Sonra Aslan onun tikilidən gətirdiyi vintaçanı götürüb, onunla birlikdə evin otağında gədərək divarda quraşdırılmış plazma televizoru vintaçanla açıb götürərək evdən çıxartmışlar. Bundan sonra o, Aslanla birlikdə oğurladıqları əşyaları götürüb oğurluq etdikləri həyətdən təxminən 100 metr aralı daşıyıb ara yolda gizlətmiş, o, əşyaların yanında qalmış, Aslan isə həmin əşyaları yığıb aparmaları üçün taksi gətirməyə getmişdir. Təxminən 15 dəqiqədən Aslanın gəlmədiyi görüb arxasınca getmək üçün yola çıxdığı zaman Aslanın uzaqda hasarda dayanıb ona əli ilə işarə edib özü tərəfə çağırmasını görmüş, o, Aslana tərəf gedərknə yanında avtomobil dayanmış və avtomobildən düşən tanımadığı şəxs onu tutub saxlayaraq sorğular apararkən, o, oğurluq etdiyini etiraf edərək,oğurladığı əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, o, birinci ərindən olan böyük qızı İlona, hazırda qeyri rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 olan iki az yaşlı oğulları Danil və Tamerlan ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs3 2020-ci ilin təxminən əvvəllərindən Aslanın vasitəsi ilə tanımış, normal münasibəti olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, o, Aslan və Anar birlikdə görüşərkən, narkotik vasitə olan “kokos” adlandırılan heroindən istifadə etmək istəmiş, bunu almağa pulu olmadığından əvvəlcədən razılaşmışlar ki, birlikdə mağazaya daxil olub satıcının diqqətini yayındırmaqla oğurluq edib pul əldə etsinlər. O, Aslan və Anar yanında olan azyaşlı oğlu Daniil ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə saat 19:20 radələrində Bakı şəhəri,“28 may” metrosu yaxınlığındakı X29 ərazisində yerləşən “Perron Gallery” Ticarət Mərkəzində gəlib gəzərkən, orada yerləşən mağazaların birinə o, azyaşlı Daniil, Anar və Aslanla daxil olmuş, razılığa əsasən o, mağazada masa arxasında əyləşmiş satıcıya suallar verərək diqqətini cəlb etməyə başlamış, Aslan isə güya telefonla danışırmış kimi görünüş yaratmış, bu zaman Anar masanın üzərində qoyulmuş bir ədəd "İphone” markalı mobil telefonu gizlincə götürüb cibinə qoyaraq mağazanı tərk etmiş, bir neçə dəqidən Aslan və o, azyaşlı uşağı ilə birlikdə mağazanı tərk etmişdir. Bundan sonra o, yanında azyaşlı oğlu Daniil, Aslan və Anar birlikdə gəzərək Bakı şəhəri “Sahil” metrosunun yanına gəlmiş, bu zaman saat 21:30 radələri olmuş, metro ətrafında yerləşən ünvanını bilmədiyi qadın paltarları mağazasına əvvəlcə o, azyaşlı Daiil, arxasınca Anar daxil olub, mağazada tək olan adını bilmədiyi satıcı qadınına asılqandan asılmış paltarla bağlı suallar verərək başını qatmış, sonra mağazaya daxil olan Aslan mobil telefonla danışma görünüşünü yaradaraq mağazanın salonunu gəzərək satıcının başının qarışdığını görüb, salonundakı satış masasının üzərində olan mobil telefonu gizlincə götürüb mağazanı tərk etmişdir. Aslan getdikdən sonra mağazanı o, Daniil və Anar təkt etmiş, mağazadan uzaqlaşdıqdan sonra Aslanla görüşdükdə, sonuncu bir ədəd “İphone” markalı mobil telefonu oğurladığını göstərmişdir. Sonra o, Daniil, Aslan evinə dönmüş, Anar isə onlardan ayrılıb evinə getmiş, Anar və Aslanın hər birinin ayrılıqda oğurladıqları mobil telefonlar özlərində qalmışdır. Səhəri günü Aslan oğurladığı mobil telefonu satmaq və ya kodunu açdırması üçün tanışı Elşənə vermiş, sonuncu həmin telefonu ustaya verdikdə polis telefonu aşkar edib götürmüşdür. Aslan telefonu Elşənə verərkən oğurluq olmasını bildirməmiş, özünə məxsus olmasını və uşaq koda salmasını bildirmiş, Elşən isə telefonu öz sənədi ilə mobil telefonu ustaya verərkən oğurluq olmasını bilməmişdir. Bundan başqa o, Aslan və Anar ilə birlikdə əlbir olub ayrı-ayrı mağazalardan cəmi iki ədəd mobil telefon oğurlamış, həmin oğurluq zamanı yanlarında azyaşlı oğlu Daniil olsa da, Daniil oğurluq etmələrini dərk etməmiş və ya bilməmişdir. O, qeyri rəsmi əri Aslan və tanışı Anarla birlikdə etmiş olduğu oğurluq cinayətinə görə səmimi peşmandır. Təqsirləndirilən şəxs4 son sözündə əməlindən səmimi peşman olmasının, himayəsində üç azyaşlı övladlarının olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayəti törətməkdə təqsirləri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanda açdığı ofisdə hüquqi xidmət göstərir. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində işlətdiyi ofisə gəlib daxil olduqda, ofisdəki iş otağında masa üzərində qoyulmuş bir ədəd işlənmiş 500 manat dəyərində olan “Lenovo” markalı noutbuk kompyuterin yerində olmamasını, oğurlanmasını aşkar edib DİN-in “102”xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir.İstintaq zamanı məhkəməəmtəəşünaslıq ekspertizasının bir ədəd “Lenovo” markalı kompyuterə təyin etdiyi 160 manat dəyəri ilə razıdır. Həmin oğurluqla bağlı aparılan araşdırma o, işlətdiyi ofisə bitişik, özünə məxsus “Tanar” adlı kafedən xx xxxxx 2020-ci il tarixdə, naməlum şəxs tərəfindən 780 manat dəyərində bir ədəd samovarın və 200 manat dəyərində müxtəlif ərzaq mallarının oğurlanmasını aşkar etməsini göstərmişdir. İstintaq zamanı oğurlanmış bir ədəd “Lenovo” markalı noutbuk kompyuteri qaytarılmışdır. Zərərçəkmiş şəxs4 hüquqi varisi X9 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini və onlara qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən göstərmişdir ki, o, arvadı Şahid4 ilə birlikdə ünvan 8 “A” ünvanda yerləşən “Forset” adlanan qadın geyimi mağazasını işlədir, mağazanı hər gün səhər saat 11 radələrində açıb axşam saat 22 radələrində bağlayır. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22 radələrində o, mağazaya gəlib Nurayla birlikdə mağazanı bağlayıb getmək istəyərkən, mağazanın resepşn masanın üzərində qoyulmuş özünə məxsus lakin Nuray tərəfindən ***-***-**-** saylı sim nömrə ilə istifadə edilən, təzə vəziyyətdə olan “X31”markalı mobil telefonu yerində olmadığını görüb axtarmış tapmadıqda, mağazanın salonunda quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxdıqda, həmin günü saat 21:47 dəqiqədə mağazada Nuray tək olarkən müştəri qismində gəlmiş, yanlarında azyaşlı uşaqları olan ər-arvada xidmət edib geyim paltarlarını göstərən zaman mağazaya müştəri kimi bir nəfər naməlum oğlan daxil olub salonu gəzərək mallara baxması görüntüsü yaratmış, həmin şəxs Nurayın başı digər müştərilərə qarışmasından istifadə edib resepşn masası üzərində qoyulmuş bir ədəd “X31” markalı mobil telefonu gizlincə oğurlayıb mağazanı tərk etməsini görmüşdür. Sonra o, oğurluq barədə DİN “102” xidmətinə məlumat verməklə, səhəri günü yəni xx xxxxxx 2019-cu il tarixdə Səbail RPİ-nin 39-cu PB-nə gedib oğurluq barədə şikayət ərizəsi vermiş, polisə mobil telefonun oğurlanmasını əks edən video görüntü yazılmış bir ədəd video diski təqdim etmişdir. Oğurlanmış bir ədəd “X31” markalı **********21838 və **********28930 İMEİ kodlu mobil telefon təzə və tam işlək vəziyyətdə olmasını, dəyəri 2.500 manat, üstündə istifadə edilən ***-***-**-** saylı nömrənin dəyəri 5 manat olmaqla, oğurluq nəticəsində ona cəmi 2.505 manat maddi ziyan dəyməsini, mağazadan başqa heç bir əmlak oğurlanmamışdır. Sonra o, oğurlanmış “X31” markalı mobil telefonu istifadəsində olan “İphone”markalı mobil telefonun ayklod praqramı vasitəsi ilə axtarışa qoymuş, xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində, həmin proqramla oğurlanmış mobil telefonun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olmasına dair məlumat əldə edib naviqator vasitəsi ilə mobil telefon olduğu yerə, yəni ünvan 9 ünvanında yerləşən “Azercell Next” mobil telefon mağazasına gəlmiş, mağazaya daxil olaraq orada mobil telefon ustası kimi fəaliyyət göstərən, sonradan Şahid3 olmasını bildiyi şəxsə son bir-iki gündə mağazaya satılması və ya digər məqsədlə “X31” markalı mobil telefonun verilib-verilməsini soruşmuş, Əfqan “X31” markalı mobil telefonu ona göstərərək Şahid1 adına olan şəxsiyyət vəsiqəsi ilə telefonun kodu açılması üçün həmin şəxs tərəfindən gətirilməsini bildirmiş, o, Əfqanın göstərdiyi mobil telefonu götürüb “090778” saylı kodu daxil edərək telefonu açmış və həmin mobil telefon aparatının bir gün əvvəl mağazasından oğurlanmasını bildirmişdir. Sonra o, mobil telefonun aşkar etməsi barədə 39-cu PB-nin əməkdaşlarına məlumat vermiş, təhqiqatçı həmin ünvana gələrək mobil telefonu aşkar edilməsi barədə protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək oğurlanmış əmlak qaytarıldığından təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, ona vurulmuş ziyanının tam ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən göstərmişdir ki, o, ,2017-ci ilin avqust ayından Bakı şəhəri X18 ərazisindəki “Perron Gallery” Ticarət Mərkə-zində yerləşən 115 saylı mağazada satıcı işləyir. xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində işlədiyi mağazada işdə olarkən, qiyməti 50 manat olan ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi qiyməti 1150 manat olan “İphone X” markalı **********22907İMEİ kodlu mobil telefonu kassanın yanında, Aysel adlı satıcının yanında masanın üzərində qoyaraq mağazada olan müştərilərə xidmət göstərmiş, təxminən 20 dəqiqədən masa üzərinə qoyduğu mobil telefonu götürüb zəng etmək istədikdə yerində tapmamış, mağazanın salonunda quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxdıqda, həmin günü saat 19:35 dəqiqədə, mağazaya müştəri kimi tanımadığı iki nəfər kişinin və yanında azyaşlı uşağı olan bir nəfər qadının daxil olmasını, həmin şəxslərdən bir nəfər qadının Ayselin başını qatmasını, bir nəfər kişinin isə onun fikirini yayındırmasını, digər qırmızı rəngli gödəkçə geyinmiş kişinin isə masa üzərində qoyulmuş mobil telefonu gizlincə götürüb mağazanı tərk etməsini görmüşdür. Sonra o, polisə gedib oğurluq barədə şikayət ərizəsi verərək, oğurluq hadisəsinin video görüntüləri əks olunan diski təqdim etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, vurulmuş ziyanının tam ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsindən göstərmişdir ki, o, ünvan 10 ünvanda yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində, yaşadığı evə gəldikdə, naməlum şəxs və ya şəxslərin evin kilidi açıq qalmış qapısından evə, mətbəxə və həyətdəki tikiliyə daxil olmaqla, evdən bir ədəd qiyməti 800 manat olan “LG” markalı televizorun, bir ədəd qiyməti 500 manat olan “Yamaha” markalı sintezatorun, mətbəxdən hər birinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində iki ədəd “Euromerss” markalı elektrik samovarın, yardımçı tikilidən isə bir ədəd qiyməti 30 manat olan vintaçan dəstinin, bir ədəd qiyməti 150 manat olan lobzikin, bir ədəd qiyməti 50 manat olan laqondanın, bir ədəd qiyməti 60 manat olan su nasosunun, ümumilikdə qiyməti 30 manat olan bir ədəd balta və çəkicin oğurlamasını aşkar etmiş, dərhal küçəyə çıxıb oğurluq edən şəxsi və ya şəxsləri axtarmağa başlamış, bu zaman küçədə üzərində taksi nişanı olan “Mercedes-Benz” markalı avtomobil görmüş, həmin taksinin içərisində əyləşən bir nəfər sərnişin şəxsin ona çox şübhəli baxdığından, idarə etdiyi avtomobili taksinin arxasınca sürmüş, müəyyən məsafə getdikdən sonra, həmin sərnişin taksidən düşüb qaçdıqda o, da arxasınca gedib küçədə özünü Ruslan kimi təqdim edən şəxsi yaxalamış, sonuncu tanışı ilə birlikdə onun evindən oğurluq etməsini etiraf edərək, oğurladığı əşyaları təqdim etmişdir. O, da polisə oğurluq barədə şikayət ərizəsi vermişdir. Zərərçəkmiş şəxs X16 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, oğurlanmış əmlak tam şəkildə ona qaytarıldığını və təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, əri Zərərçəkmiş şəxs4 ilə birlikdə ünvan 4, mənzil 1-də yaşayır, fərdi əməklə məşğul olur, yaşadığı evin həyətində yerləşən iyaşə obyekti olan “Tanar” adlanan kafeni əri Üzeyirlə birlikdə işlədir. Eyni zamanda, Üzeyir kafeyə bitişik tikilkmiş ofisdə vətəndaşlara hüquqi yardım göstərir. xx xxxxx 2020-ciu il tarixdə səhər üstü o, kafeyə gəldikdə kafenin mətbəxində qoyulmuş 780 manat dəyərində bir ədəd 50 litirlik samovarın və elə mətbəxdə yerləşən soyuducuda olan təxminən 200 manat dəyərində ərzaq məhsullarının oğurlanmasını aşkar etmiş, bu barədə əri Üzeyirə demiş və birlikdə qərara gəlib oğurluq barədə polisə şikayət verməmişlər. Bundan sonra xx xxxxx 2020-ci il tarixdə günün günorta saatlarında Üzeyir işlədiyi ofisə gəldikdə.ofis otağından bir ədəd noutbut kompyuterin oğurlanmasını aşkar edib, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş,sonra da,Üzeyir həm kompyuterin oğurlanması, həm də əvvəlki yəni xx xxxxx 2020-ci il tarixdə kafedən bir ədəd samovar və ərzaq məhsulların oğurlanması barədə polisə ərizə yazmışdır. Eyni zamanda Üzeyir kompyuterin oğurlamasında qonşuluqda yaşayan qardaşı oğlu Təqsirləndirilən şəxs1 şübhələnməsini göstərmiş, araşdırma zamanı kompyuteri ele Aslanın oğurlaması təsdiq olunmuş, kafedən samovar və ərzaq məhsulların oğurlamasında onun və Üzəyirin şübhə etdikləri hər hansı bir şəxs yoxdur. Hər iki oğurluq üzrə zərərçəkmiş kimi əri Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs kimi tanınmasına etiraz etməmiş, oğurlanmış əmlak birgə əmlaklarıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi,53 ünvanda yerləşən “Azercell Next” telekom mağazasında, mobil telefonların təmiri ustası kimi işləyir. xx xxxxxx 2019-ci il tarixdə saat 15 radələrində, o, işlədiyi “Azercell Next” mağazasında iş yerində olarkən, bir nəfər tanımadığı şəxs gəlib özü ilə gətirdiyi bir ədəd qara rəngli, üzərində sim kartı olmayan “İphone X max” markalı mobil telefonu təqdim edərək, həmin telefonun ailəsinə məxsus olmasını və azyaşlı uşağı tərəfindən təsadüfən koda salmasını bildirib, həmin mobil telefonun kodunu açmasını xahiş etmişdir. O, həmin şəxsə əlində iş çox olduğundan, telefonu “Neftçilər” metrosu ətrafında yerləşən mobil telefon mağazalarına aparıb oradakı ustalala verməklə daha tez müddətə telefonun kodunu açdıra biləcəyini demiş, həmin şəxs onun dediyi mağazaların yerini tanımadığından, ondan kodu açmasını və iki gün ərzində gəlib mobil telefonu götürəcəyini demişdir. O, da razılaşaraq bu xidmətin təxminən 60 manat xərci olmasını deyərək şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs ona adına olan yəni Şahid1 şəxsiyyət vəsiqəsini təqdim etmiş, o, vəsiqəsinin ksero-surətini çıxardıb, üzərinə həmin şəxsin diktəsi ilə ***-***-**-** saylı əlaqə nömrəsini yazmış, sonra həmin nömrənin işlək olub-olmamasını yoxlamaq üçün o, öz nömrəsindən Elşənin nömrəsinə zəng edib işlək olmasını əmin olmuşdur.Sonra Elşən çıxıb getmiş və bir neçə dəqiqədənsonra geri qayıdaraq, ona özünün ev təmiri ustası olmasını,təmir işi görməsi üçün tikinti materialları almasından ötrü təxmi¬nən 110 manat lazım olmasını, ona imkanı varsa həmin pulu verməsini, borc aldığı pulu və mobil telefonun xidmət pulunu ona verdiyi mobil telefonun arxasınca gələrkən qaytaracağına söz vermişdir. O, Elşənin verdiyi mobil telefonun bahalı olmasını, sonuncunun şəxsiyyət vəsiqəsini və əlaqə nömrəni düz verməsini görüb inanaraq, Elşənin istədiyi 110 manatı vermiş və sonuncu pulu götürüb çıxıb getmişdir. Elşən getdikdən təxminən bir saat sonra mağazaya bir nəfər Natiq adlı şəxs gəlmiş və ondan mağazaya “İphone X max” markalı mobil telefonun təmirə verməsini soruşmuş, o, Elşənin kodun açılması üçün verdiyi mobil telefonu göstərmiş, Natiq isə mobil telefonu götürüb kodunu yığaraq açmış və özünə məxsus olmasını, bir gün əvvəl mağazasından oğurlanmasını bildirmişdir. O, da Natiqə həmin mobil telefonu gətirən Elşənin şəxsiyyət vəsiqəsinin surətini göstərmişdir. Sonra Natiqin çağırışı ilə mağazaya polis əməkdaşları gəlmiş, protokol tərtib edilərək Elşənin ona verdiyi mobil telefon götürülmüş, o, da Səbail RPİ-nin 39-cu PB-nə gedib hadisə ilə əlaqədar izahatını vermişdir. Mağazaya Elşənin tək gəlmiş, təqdim etdiyi mobil telefonun özünə məxsus olmasını, həmin hadisədən sonra Elşəni bir daha görməmiş, əvvəllər də Elşənlə heç bir tanışlığı olmamış, yalnız 5-6 ay əvvəl Elşənin ona işlənmiş köhnə “Nokia” markalı mobil telefonu təmir üçün gətirmiş, həmin mobil telefonun enerji toplayan hissəsini təmir edib qaytarmış, Elşənin ona heç vaxt mobil telefon satmamış və ya başqa mobil telefon təmirə gətirməməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o,b irinci dəfə hərbi xidmətdə olarkən, ikinci dəfə isə 2015-ci ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1 maddələri ilə 3 İİ 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2018-ci ilin aprel ayında Suraxanı rayon məhkəməsinin hökmü ilə həbsdən azad olunduqdan sonra heç bir cinayət əməli törətməmişdir. xx xxxxxx 2019-ci il tarixdə saat 14 radələrində o, evində olarkən, evinə qonaq kimi 2015-ci ildə 16 saylı CÇM də birlikdə cəza çəkmiş Aslan Matlubi, adını bilmədiyi arvadı və azyaşlı uşağı ilə gəlmiş, sonuncu ona bir ədəd işlənmiş “İphone” markalı mobil telefonunu göstərərək, arvadına məxsus olmasını, uşağı oynadarkən koda salmasını, həm pula ehtiyacı olduğundan, həm də ona borcu olduğundan həmin telefonun kodunu açıb satmaq istədiyini, satdığı puldan ona olan 40 manat borcu ödəmək istədiyini, tanış mobil telefon ustası olub-olmamasını ondan soruşmuş, o, da mobil telefona baxıb təzə yaxşı vəziyyətdə olmasını görüb, Aslana yaxınlıqda mobil telefon satılan mağazada tanış usta olmasını deyərək, mobil telefonu Aslandan götürüb həmin mağazaya Əfqan adlı ustaya aparmış, Aslan isə arvadı və uşağı ilə evində qalmışdır. O, “İphone” markalı mobil telefonu Əfqana göstərib, ailəsinə məxsus olmasını və azyaşlı uşaq tərəfindən təsadüfən koda salmasını bildirərək, həmin mobil telefonun kodunu açmasını xahiş etmiş, Əfqan əlində işi çox olmasını telefonu “Neftçilər” metrosunun ətrafında yerləşən mobil telefon mağazalarına aparmasını,orada usta çox olduğundan telefonun kodunu daha tez açdıra biləcəyini demiş, o, isə orada heç kəsi tanımadığından telefonun kodunu Əfqana açmasını və iki gün ərzində gəlib mobil telefonu ondan götürəcəyini demiş, Əfqan da razılaşaraq telefon kodunun açılmasının təxminən 60 manat xərci olmasını demiş, o, da razılaşmışdır. Sonra Əfqan ondan şəxsiyyət vəsiqəsi istəyərək götürüb ksero-surətini çıxartmış, həmin ksero-surətin üzərinə onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini yazaraq nömrənin düz olmasını ona zəng edib yoxlamışdır. Sonra o, Əfqandan 110 manat borc kimi istəyərək, telefonu götürməyə gələrkən qaytaracağına söz vermiş, həmin 110 manatdan, 40 manatını özünə götürmüş, pulun qalan hissəsini Aslana verərək, telefonu satarkən telefon ustasına ödəməli olduğunu demişdir. Sonra bir neçə gün keçdikdə Əfqan ona zəng edib, kodu açmaq üçün verdiyi mobil telefonun oğurluq olmasını, həmin telefonun arxasınca sahibi və polis gəlib ondan götürməsini bildirmişdir. Sonra o, Aslana zəng edərək ona oğurluq telefon verməsini demiş, sonuncu telefonun oğurluq olmasını etiraf etməyib istifadə etdiyi mobil telefonu söndürmüş, həmin vaxtdan o, bir daha Aslanı görməmiş, sonuncu mobil telefonu haradan əldə etməsini ona deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, iş yoldaşı əməliyyat müvəkkili Şahid7la birlikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs1 müəyyən edilməsi üçün tərəflərindən keçirmiş əməliyyat tədbiri nəticəsində, sonuncunu xx xxxxx 2020-ci il tarixdə, gecə saat 00:30 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, Sülh küçəsində müəyyən edilib saxlanılmış və Səbail RPİ-nin 39-cu PB-nə inzibati binasına gətirilmiş, PB-də, o, əməliyyat müvəkkili Şahid7 axtarışda olan A Mətlubinin üzərində narkotik tərkibli maddənin gəzdirməsində şübhə etdiyindən, bu haqda yəni üzərində şəxsi axtarış keçirilməklə müvafiq sənədləşdirmə aparılması üçün PB-nin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış apararaq müvafiq qərar qəbul edilməsi PB-nin təhqiqatçısı polis kapitanı Şahid8 tapşırılmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət edilməklə təqdim edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edilmişdir. Sonra təhqiqatçı Şahid8 tərəfindən video çəkiliş aparılmaqla onun, əməliyyat müvəkkili Şahid7, müdafiəçi Səyyarə Əliyevanın iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 özünü təqdim etməsi təklif edilmiş, sonuncu özünü xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, ünvan 4, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 olmasını bildirmiş, təhqiqatçı tərəfindən şübhəli şəxsə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlamazdan əvvəl, üstündə qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd içərisinə yarımçıq şəkildə maye doldurulmuş 1 ml-lıq sprisi və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qırmızı rəngli kağızının bir ədəd bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və üstündə başqa heç bir əşya olmadığını bildirmiş,əlavə axtarış aparılarkən Təqsirləndirilən şəxs1 üzərində başqa heç bir əşya aşkar edilməmişdir. Sonra təhqiqatçı B. Məmmədli tərərəfindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd siqaretin qırmızı rəngli kağız büküm açıldıqda, həmin bükümün içərisində açıq qəhvəyi rəngli, toz şəklində olan narkotik vasitəyə oxşar kütlə olması aşkar edilmiş, bir ədəd şprisdəki mayə və bükümdəki kütlə barədə Təqsirləndirilən şəxs1 sorğular aparılarkən, sonuncu bir ədəd bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını, sprisdəki mayə isə həmin heroin kütləsindən ineksiya yolu ilə damarına vuraraq istifadə etmək üçün hazırladığı mayə olmasını, həmin narkotik vasitəni özü istifadə etmək üçün tutulmaqdan bir neçə saat öncə, yəni xx xxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən avtobus dayanacağında olarkən tanımadığı bir nəfər şəxsdən cəmi 25 manata aldığı bildirmişdir. Sonra təhqiqatçı Şahid8 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd 1 ml-lıq şpris və bir ədəd büküm zərfə qoyub möhürlənmiş, həmin zərfin üzərinə şübhəli şəxs özü, vəkili və digər iştirakçılar imza etmiş, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra, düzgünlüyünü Təqsirləndirilən şəxs1, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra faktla bağlı toplanmış material aidiyyəti üzrə istintaqa göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 39-cu PBnin əməkdaşı Şahid7 ifadəsində şahid polis əməkdaşı Şahid10 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə, gecə saat 01 radələrində, Bakı şəhəri,Səbail RPİ-nin 39-cu PBdə,növbətçi təhqiqatçı kimi xidmətdə olarkən, 39-cu PB-nin əməkdaşları, əməliyyat müvəkkilləri Şahid10 və Şahid7 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsində ilə axtarışda olan Təqsirləndirilən şəxs1, axtarış qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, Sülh küçəsində müəyyən edilib saxlanıraq 39-cu PB-nə inzibati binasına gətirilmiş, əməliyyat müvəkkilləri Şahid10 və Şahid7 saxladıqları Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə olmasını etimal etdikləri üçün üzərində şəxsi axtarış aparılmaqla müvafiq sənədləşdirməsi üçün PB-nin rəhbəliyinə raportla məruzə etdikdə, 39cu PB-nin rəisi tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış apararaq müvafiq qərar qəbul edilməsi ona həvalə edildiyindən,tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət edilib təqdim edilmiş, sonuncu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edilmişdir. Sonra video çəkiliş aparılaraq əməliyyat müvəkkilləri Şahid10 və Şahid7, müdafiəçisi Səyyarə Əliyevanın iştirakları ilə o, şübhəli şəxs Təqsirləndirilən şəxs1 özünü təqdim etməsi təklif edilmiş-sonuncu özünü xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən,əvvəllər məhkum olunmuş,evli,orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi,ev 113,mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılmasına başlamazdan əvvəl üstündə qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş,bu zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd içərisinə yarımçıq şəkildə maye doldurulmuş 1 ml-lıq sprisi və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qırmızı rəngli kağızının bir ədəd bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmiş, əlavə baxış zamanı da başqa əşya aşkar edilməmişdir. Sonra onun tərərəfindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd siqaretin qırmızı rəngli kağız büküm açıldıqda,həmin bükümün içərisində açıq qəhvəyi rəngli, toz şəklində olan narkotik vasitəyə oxşar kütlə olması aşkar edilmiş, o, Təqsirləndirilən şəxs1 bir ədəd şprisdəki mayə və bükümdəki kütlə barədə sorğular apararkən, sonuncu bir ədəd bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını, sprisdəki mayə isə həmin heroin kütləsindən ineksiya yolu ilə damarına vuraraq istifadə etmək üçün hazırladığı mayə olmasını, həmin narkotik vasitəni özü istifadə etmək üçün tutulmaqdan bir neçə saat öncə,yəni xx xxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən avtobus dayanacağında olarkən tanımadığı bir nəfər şəxsdən cəmi 25 manata aldığını bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd 1 ml-lıq şpris və bir ədəd büküm zərfə qoyub möhürləmiş,həmin zərfin üzərinə şübhəli şəxs özü,vəkili və digər iştirakçılar imza etmişdir. Sonra onun tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra, düzgünlüyünü Təqsirləndirilən şəxs1, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır.B undan sonra onun tərəfindən götürülmüş maddələr üzrə müvafiq məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, bir ədəd şprisdəki mayenin narkotik tərkibli və bir ədəd bükümdəki maddənin narkotik vasitə heroin olmasına dair müvafiq rəy alındıqdan sonra, narkotik tərkibli maddənin saxlaması və gəzdirilməsi faktına görə tərəfindən toplanmış material aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Denis adlı şəxsi uşaqlıqdan birgə yaşadıqları Bakı şəhəri,Nizami rayonu,Çobanzadə küçəsindəki məhəllədən tanımış, sonralar Denisgil həmin məhəllədən köçələrdə, sonuncu ara-sıra məhəlləyə gəlibgetmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 21 radələrində o, yaşadığı binanın tinində dayandığı zaman Denis yanına gəlmiş və bir ədəd işlənmiş “Lenovo” markalı noutbuk kompyuterini ona göstərib 50 manata satmaq istədiyi bildirmiş, o, kompyuterə baxıb 30 manat verə biləcəyini demiş, Denis əvvəlcə həmin qiymətə razılaşmayıb çıxıb getsə də, təxminən 15-20 deqiqədən dönüb gələrək, noutbuk kompyuteri ona 30 manata satnmışdır. Denis noutbuku satarkən qohumu tərəfindən özünə verilməsini, özünə də pul lazım olduğundan satmasını, heç bir problemi olmadığını və oğurluq olmamasını bildirmiş,bir neçə gündən Suraxanı RPİ-nin 32-ci PB-dən ona zəng edilib aldığı noutbuk kompyuteri ilə birlikdə polisə dəvət olunduğu zaman, PB-də o, Denisdən aldığı kompyuterin oğurluq olmasını bilib polisə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, təxminən bir ay olar ki, tanıııyır, normal münasibəti olmuş, ara-sıra görüşüb birlikdə gəzərək söhbət etmişlər. xx xxxxx 2020-ci il tarixdə günün günorta saatlarında,Bakı şəhəri,Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi ərazisində o, Aslanla birlikdə olub gəzərkən, Aslan ona yaxınlıqda yaşamasını və evində işi olmasını bildirərək gedib dəymələrini təklif etmiş, birlikdə Aslanın yaşadığı ünvana gəlmiş,o, evin yaxınlığında gözləmiş, Aslan isə evə gedib təxminən 15-20 dəqiqədən əlində “Lenovo” markalı işlənmiş noutbuk kompyuteri ilə gəlmiş, o, maraqlandıqda Aslan özünə məxsus olmasını və pula ehtiyacı olduğundan 50 manata satmaq istədiyini ona bildirmişdir. O, Aslanla birlikdə Qaraçuxur qəsəbəsində avtobusa minib Neftçilər yol dairəsi yaxınlığına gəlib düşmüşlər. Sonra kompyuteri satmaq üçün o, əvvəllər yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki məhəlləyə gəlmiş, Aslan kənarda gözləmiş o, isə məhəlləyə gedib orada uşaqlıqdan “Şoşu” ləqəbi ilə tanıdığı Atəşi görmüş, həmin şəxsə noutbuk komyuterini göstərək 50 manata satmasını bildirmiş, sonuncu kompyuterə baxıb cəmi 30 manat verə biləcəyini demiş, o, razılaşmayıb Aslanın yanına dönmüş və Atəşin təklif etdiyi qiyməti Aslana bildirdikdə, sonuncu həmin qiymətlə razılaşmışdır. Sonra o, yenidən Atəşin yanına dönüb noutbuk kompyuterini verərək 30 manatı almış və aldığı pulu da gətirib Aslana vermiş, əldə olunmuş puldan Aslan ona verməmişdir. Aslan noutbuk kompyuterini satmaq üçün ona verərək oğurluq olmasını deməmiş, eyni zamanda nə o, nə də tanışı Atəş həmin komyuterin oğurluq olmasını bilməmişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs2la birlikdə ünvan 12 “A” ünvanda yerləşən “Forset” adlanan qadın geyim mağazasını işlədir, mağazanı hər gün səhər saat 11 radələrində açıb axşam saat 22 radələrində bağlayır. xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22 radələrində o, əri Natiq ilə birlikdə mağazanı bağlamağa hazırlaşarkən, resepşn masanın üzərində qoyduğu Natiq tərəfindən ona işlətmək üçün alınmış ***-***-**-** saylı sim nömrə ilə istifadə etdiyi “X31” markalı mobil telefonu yerində aşkar etməmiş, mobil telefonu mağazada tapa bilmədikdə, Natiq mağazanın salonunda quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxdıqda, həmin günü saat 21:47 dəqiqədə mağazada o, tək olarkən və həmin vaxt mağazaya müştəri qismində gəlmiş, yanlarında azyaşlı uşaqları olan ər-arvada xidmət edib geyim paltarlarını göstərərkən, mağazaya bir nəfər naməlum oğlan müştəri kimi daxil olub gəzərək, salonda olan mallara baxması görüntüşü yaratmış və onun başı digər müştərilərə qarışmasından istifadə edib resepşn masası üzərində qoyulmuş bir ədəd “X31” markalı mobil telefonu gizlincə oğurlayıb mağazanı tərk etməsini görmüş və oğurluq barədə DİN “102” xidmətinə məlumat vermişdir. Sonra da Natiq Səbail RPİ-nin 39-cu PB-nə gedib oğurluq barədə şikayət ərizəsi vermişdir. xx xxxxxx 2019-cu il tarixdə, Natiq istifadə etdiyi mobil telefonun ayklod proqramı vasitəsi ilə oğurlanmış mobil telefonu yerini müəyyən edib taparaq polisə xəbər vermişdir. Oğurlanmış “X31” markalı mobil telefon onun tərəfindən işlədilsədə, həmin telefonu əri Zərərçəkmiş şəxs2 almış, ərinə məxsusdur, mobil telefon qiymətini də Natiq bildiyindən ərinin zərəçəkmiş şəxs kimi tanınmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri X18 ərazisindəki “Perron Gallery” Ticarət Mərkəzində yerləşən 115 saylı mağazada satıcı işləyir. xx xxxxxx 2019-cu il tarixdə,saat 19 radələrində işlədiyi mağazada kassa masasının arxasında oturub pul sayarkən, digər satıcı Oksana mağazaya daxil olan ara-sıra müştərilərə xidmət göstərərkən, ***-***-**-** saylı nömrə ilə istifadə etdiyi “İphone X” markalı mobil telefonu onun oturduğu masanın üzərində qoymuşdur. Müəyyən vaxtdan Oksana gəlib masa üzərinə qoyduğu mobil telefonu götürüb zəng etmək istədikdə yerində tapmamış, mağazanın salonunda quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxdıqda, həmin günü saat 19:35 dəqiqədə, mağazaya müştəri kimi tanımadığı iki nəfər kişinin və yanında azyaşlı uşağı olan bir nəfər qadınnın daxil olmalarını, həmin şəxslərdən bir nəfər qadının onun başını qatmasını,bir nəfər kişinin isə Oksananın fikirini yayındırmasını, digər qırmızı rəngli gödəkçə geyinmiş kişinin isə masa üzərində qoyulmuş mobil telefonu gizlincə götürüb mağazanı tərk etməsini görmüşdür. Sonra Oksana oğurluq barədə şikayət verməsi üçün polisə getmiş,o ğurluğa dair video görüntülər olan diski polisə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 yaşadığı Balaxanı qəsəbəsindən tanıyır. xx xxxxxx 2019-cu il tarixdə Anar ona zəng edib razılaşaraq Sabunçu qəsəbəsi ərazisində görüşmüş, Anar “İphone 6” markalı mobil telefonu olduğunu və satmaq istədiyini ona deyərək bir ədəd işlənmiş ağ rəngli mobil telefonu göstərmişdir. Anar mobil telefonun ekranı sınıq olduğundan kodunu aça bilmədiyini, mobil telefonu ona olan 130 manat borc əvəzi götürməsini və üstündə əlavə 70-80 manat pul verməsini istəmişdir. O, mobil telefonu götürərək Anara üstündə olan 40 manatı vermişdir. Sonra o, həmin mobil telefonu borclu olduğu 220 manata görə Ruslan Mirzəyevə vermiş, sonuncu telefonu qəbul edib bir gündən sonra kodunu aça bilmədiyi üçün ona qaytarmış, o, mobil telefonun kodunu aça bilmədiyini Anara demiş, sonuncu tanışı Aslanın xalası oğlu Toğrulun proqramis olmasını, sonuncuya mobil telefonu kodu açması üçün vermiş və mobil telefon Toğrulda qalmışdılr. Mobil telefonu Anardan götürərkən oğurluq olmasını bilmədiyini və mobil telefonun əvəzində Anara narkotik vasitə verməməsini bildirmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “CD” diskə baxış protokoldan görünür ki, baxışda iştirak etmiş Şahid1 ünvan 13 ünvanda yerləşən “Forset” mağazasının salonunda quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilmiş xx xxxxxx 2019-cu il tarixdə,həmin mağazada baş oğurluq hadisəsinin video görüntülərinə baxaraq, video görüntüdə əks olunmuş mağazanın salonunda olan qadın və azyaşlı uşağı tanımasını,həmin şəxslərin tanışı Təqsirləndirilən şəxs1 adını bilmədiyi qeyri rəsmi arvadı və uşağı olmasını, qadın və uşağın yanında dayanmış kişinin isə əmisi oğlu Təqsirləndirilən şəxs3 olmasını, həmin görüntüdə mağazaya sonuncu daxil olub, satıcının başı qarışıq olmasından istifadə edib gizlincə satış masası üzərindən bir ədəd mobil telefonu götürüb mağazanı tərk edən şəxsin isə tanışı Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 birlikdə qabaqcadan oğurluq etməyə razılaşaraq, xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Lermontov küçəsi, ev 6, 1 saylı mənzilin həyətinə daxil olduqları yeri, həyətdə yerləşən kilidi açıq qapısıbndan daxil olduğu tikilini və tikilidən bir ədəd vintaçan dəstini, bir ədəd lobziki, bir ədəd laqondanı,bir ədəd su nasosunu, bir ədəd balta və bir ədəd çəkici götürüyü yeri, eyni zamanda Təqsirləndirilən şəxs1 ilə birlikdə evin otağından divarda quraşdırılmış plazma televizoru vintaçanla açıb götürdükləri və sonra da həmin əşyaları daşıyaraq ara küçədə yığdıqları yerləri əyani göstərmişdir. İfadənin yerində yoxlanması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan oğurluq etməyə razılaşaraq,xx xxxx 2020-ci il tarixdə,saat 15 radələrində.Bakı şəhəri, Xəzər rayonu,Buzovna qəsəbəsi,Lermontov küçəsi,ev 6, 1 saylı mənzilin həyətinə daxil olduqları yeri, həyətdə yerləşən kilidi açıq qapısından daxil olduğu evi və evin otaqlarından bir ədəd sintezatoru və iki ədəd elektrik somavarı götürüyü yeri,eyni zamanda Təqsirləndirilən şəxs2 ilə birlikdə evin otağından divarda quraşdırılmış plazma televizoru vintaçanla açıb götürdükləri və sonra da həmin əşyaları daşıyaraq ara küçədə yığdıqları yerləri əyani göstərmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli 9/1127 nömrəli rəydən görünür ki,ekspertiza tədqiqatına təqdim edilən Çində istehsal edilmiş 1ədəd “Lenovo” markalı, G570 model, intel Pentium inside.AMD Radeon xüsusiyyətli notbukun və qidalandırıcı elementinin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 160,00 manat müəyyən olunur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 93 nömrəli rəyindən görünür ki, faktiki ortada olmayan, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş, 1 ədəd “İphone X” markalı, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 900,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 540 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “X31 356 GB”markalı,mobil telefonun köhnəlməsi nəzərə alınmaqla hazırki vəziyyətdə xx xxxxxx 2019-cu il tarixə orta bazar qiyməti təxminən 1500,00 manat, 1 ədəd 4,00 manat dəyərində ***-***-**-** sim nömrə kartı ilə birlikdə ümumi qiyməti 1504,00 manat müəyyən edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/598 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 götürülmüş” yazısı olan zərfdəki, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,177qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfdə olan bir ədəd 1 ml-lik şprisin içərisində 0,2ml həcmində- ki qəhvəyi rəngli maye heroin məhluludur və həmin məhluluda heroinin təmiz çəkisi 0,007qr. Vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinin qmumi təmiz çəkisi 0,184qr. təşkil edir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunaraq, elan olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli 9/1124 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmuş malların hazırki vəziyyətdə 2020-ci ilin mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 981,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində üç az yaşlı - xx xxxxxx 2016-cı il təvəllüdlü X10, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X11 və xx xxxxxx 2012-ci il təvəllüdlü X15 adlı uşağları var. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ittiham olunduğu əməl üzrə özlərini təqsirli bilmiş və müdafiəsi ilə əlaqədar dəlil gətirməmişlər. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materialında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 326.1, 326.2-ci maddələri ilə təqsirləndirilərək 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 177.2.4-cü maddəsi xaric edilmiş cəza dəyişməmişdir. xx xxxxxx 2018-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərindən ilk epizodu xx xxxxxx 2019cu il tarixdə, sonucunu isə xx xxxxx 2020-ci il tarixdə törətmişdir, belə olan halda, onun əməlində cinayətlərin residivinin olması müəyyən edilir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəza təyin olunarkən ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cinayətin residivini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, dəymiş ziyanının tamamilə ödənilməsinn, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsini tətbiq edərək, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 2008 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicəni ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi müəyyən olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 təqsirləndiyi ilk epizod xx xxxxxx 2019-cu ildə baş vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs3 cəzasını çəkib qurtarmışdır və məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs3 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, himayəsində iki az yaşlı uşağın olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmasını da əsaslı hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1699 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, inoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 2034 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmasını, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsini əsaslı hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkum edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 xx xxxx 2020-ci il tarixdən, xx xxxx 2020-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs4 ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, cinayətin açılmasında fəal kömək etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, usaqların on dörd yaşına çatmamasını və onu təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi uşaqları xx xxxxxx 2016-cı il təvəllüdlü X10, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X11 və xx xxxxxx 2012-ci il təvəllüdlü X15 on dörd yaşına çatanadək təxirə salınmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 2094 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicəni ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “X31 256 GB” markalı mobil Zərərçəkmiş şəxs2, bir ədəd qara rəngli “LG” markalı, LB552V model televizor, bir ədəd Çində istehsal edilmiş “Yamaha” markalı, PSR-E403 model elektronik klaviatura, bir ədəd “Euromerss” markalı 5,5 litr su tutumu olan elektrik çaydan (termopotu), bir ədəd üzərində Seven star Germany yazıları olan 6,8 litr su tutumu olan elektrik çaydan (termopotu), bir ədəd qara rəngli qutuda “Stanley” markalı 8 hissədən ibarət vintaçan dəsti,bir ədəd qırmızı rəngli “Black Decker” markalı, 3000/min xüsusiyyətli lobzik. bir ədəd “BWS-905R” Germany yazıları olan laqonda, bir ədəd “Shimge”markalı, QDX 1,5-12-0,25 model su nasosu, bir ədəd çəkic, bir ədəd baltanı, 3 ədəd kəlbətin, bir ədəd dəmirkəsən qayçı Zərərçəkmiş şəxs1, bir ədəd işlənmiş “Lenovo” markal noutbuk kompyuteri və qidalandırıcı elementi ilə birlikdə saxlanması üçün Zərərçəkmiş şəxs4 Mütəllim oğluna saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı, Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd siqaretin qırmızı rəngli kağızın bükümdə təmiz çəkisi 0,177qram olan maddə,kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd 1 ml-lik şprisin içərisində 0,2ml həcmdəki qəhvəyi rəngli maye məhlulu, həmin məhlulda olan təmiz çəkisi 0,007 qram heroin, ümumi təmiz çəkisi 0,184 qram heroin, kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 0,127 qram çəkidə narkotik vasitə olan heroin və ədəd 1 ml-lik şpris zərf məhv edilməli, 03 ədəd “DVD” formatlı CD disklər cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 xx xxxx 2020-ci il tarixdən, xx xxxx 2020-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 uşağı xx xxxxxx 2016-cı il təvəllüdlü X10, xx xxxxxx 2012-ci il təvəllüdlü X15 və xx xxxxxxxx 2008-ci il təvəllüdlü X11 on dörd yaşına çatanadək cəzanın çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına bu hissədə nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 üzərinə onun davranışına nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübutlar kimi tanınmış bir ədəd işlənmiş “X31 256 GB” markalı mobil Zərərçəkmiş şəxs2, bir ədəd qara rəngli “LG” markalı, LB552V model televizor, bir ədəd Çində istehsal edilmiş “Yamaha” markalı, PSR-E403 model elektronik klaviatura, bir ədəd “Euromerss” markalı 5,5 litr su tutumu olan elektrik çaydan (termopotu), bir ədəd üzərində Seven star Germany yazıları olan 6,8 litr su tutumu olan elektrik çaydan (termopotu), bir ədəd qara rəngli qutuda “Stanley” markalı 8 hissədən ibarət vintaçan dəsti,bir ədəd qırmızı rəngli “Black Decker” markalı, 3000/min xüsusiyyətli lobzik. bir ədəd “BWS-905R” Germany yazıları olan laqonda, bir ədəd “Shimge”markalı, QDX 1,5-12-0,25 model su nasosu, bir ədəd çəkic, bir ədəd baltanı, 3 ədəd kəlbətin, bir ədəd dəmirkəsən qayçı Zərərçəkmiş şəxs1, bir ədəd işlənmiş “Lenovo” markal noutbuk kompyuteri və qidalandırıcı elementi ilə birlikdə saxlanması üçün Zərərçəkmiş şəxs4 Mütəllim oğluna saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd siqaretin qırmızı rəngli kağızın bükümdə təmiz çəkisi 0,177qram olan maddə,kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd 1 ml-lik şprisin içərisində 0,2ml həcmdəki qəhvəyi rəngli maye məhlulu, həmin məhlulda olan təmiz çəkisi 0,007 qram heroin, ümumi təmiz çəkisi 0,184 qram heroin, kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 0,127 qram çəkidə narkotik vasitə olan heroin və ədəd 1 ml-lik şpris zərf məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd “DVD” formatlı CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 91 (doxsan bir) manat, Təqsirləndirilən şəxs3 91 (doxsan bir) manat, Təqsirləndirilən şəxs2 91 (doxsan bir) manat və Təqsirləndirilən şəxs4 91 (doxsan bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkilləri X6 tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə dövlət büdcəsindən 570 (beş yüz yetmiş) manat, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 624 (altı yüz iyirmi dörd) manat, Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 624 (altı yüz iyirmi dörd) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 624 (altı yüz iyirmi dörd) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 624 (altı yüz iyirmi dörd) manat, pul tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri X20 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat, X8 tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutulub, 14 saylı vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, 8 saylı vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-21/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-21/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver