Məhkəmə qərarları › İş №1(009)-21/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-21/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-21/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağazəki qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, (Səbail RPİ) qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qohumları X4 və X5 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifəsinə işə qəbul etdirəcəyinə dair onun və Zərərçəkmiş şəxs ümumi tanışları olan Şahid3 Firuddin qızı və sonuncunun əri Şahid1 vasitəsilə yalandan vəd verib aldadaraq, Şahid3nm 2020-ci ilin may ayının ortalarında ünvan 3 ünvanından Zərərçəkmiş şəxs arvadı X2 götürmüş olduğu 5000 manat pul vəsaitini Şahid1 elə həmin gün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, Y.Bədəlov küçəsində yerləşən “Aseo Arena" futbol stadionunun yaxınlığında, eyni məqsədlə Zərərçəkmiş şəxs 2020-ci ilin may ayının sonlarında ünvan 4 ünvanda yerləşən dərzi sexində Şahid3 vermiş olduğu 4000 manat pul vəsaitini həmin günü Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, Y.Bədəlov küçəsində yerləşən “Asco Arena” futbol stadionunun yaxınlığında Şahid1 alıb, ümumilikdə N manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 2000-ci ildən tanısa da, Şahid3 Firuddin qızını qiyabi tanımışdır. 2019-cu ilin təxminən avqust ayından 2020-ci ilin təxminən avqust ayına kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda sürücü işləmişdir. Şahid1 də onun iş yeri barədə məlumatlı olmuşdur. 2020-ci ilin may ayında Elçin onunla görüşüb iki nəfər şəxsi Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəyə işə qəbul etdirmək lazım olduğunu bildirdikdə o, da öyrənib məlumat verəcəyini Elçinə demişdir. Bir neçə gün sonra isə o, Elçinə zəng edib işə düzəlmək istəyən şəxsləri hərbi hissəyə işə qəbul etdirməyin mümkün olduğunu demişdir. 2020-ci ilin may ayının əvvəlində Elçin Bakı şəhəri, Sabail rayonu, 20-ci sahə qəsəbəsində yerləşən stadionun yaxınlığında ona 5000 manat pul vermişdir. Bundan bir neçə gün sonra, yəni 2020-ci ilin may ayının ortalarında Elçin eyni məqsədlə ona əlavə olaraq 4000 manat pul vermişdir. Beləliklə, Elçin iki nəfər şəxsin N saylı hərbi hissəyə işə qəbul olunmasından ötrü ona ümumilikdə N manat pul vermişdir. O, Elçindən qeyd olunan məbləğdə pulları aldıqdan sonra vəd verdiyi kimi həmin şəxsləri işə qəbul etdirə bilməmişdir. Həmin vaxtı onun pula ehtiyacı olduğu üçün Elçindən aldığı N manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, Elçin ona verdiyi pulu Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs alıb ona vermişdir. İşə qəbul olunmalı olan şəxslər də Zərərçəkmiş şəxs tanışlarıdır. X13 tərəfindən Elçinə 1000 manat qaytarmışdır. Lakin maddi imkanı aşağı olduğu üçün o, qalan 8.000 manat pulu hazırki vaxta kimi Vasifə qaytara bilməmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, dəymiş ziyanı qismən ödədiyini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid3 Firuddin qızı ilə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsində onunla qonşuluqda yaşadığından təxminən 20 ilə yaxın müddətdir ki, tanıyır və Nailənin Bakı şəhərində yerləşən N saylı hərbi hissədə işləməsini bilmişdir. Nailə mütəmadi olaraq onun yaşadığı mənzilə qonaq gəlib-getmişdir. 2020-ci ilin əvvəllərində Nailə yenə də onun yaşadığı mənzilə qonaq gəlmiş, söhbət əsnasında Nailə işlədiyi N saylı hərbi hissədə vətəndaşların işə qəbulunun başlandığını və hazırda vətəndaşları qəbul etdiklərini, dost-tanışlarından, qohuməqrəbalarından işə qəbul olmaq istəyən şəxs olarsa ona deməyini bildirdikdə işə düzəlmək istəyən şəxs olduğu halda müraciət edəcəyini Nailəyə demişdir. Təxminən iki ay sonra o, Nailəyə zəng edərək iki nəfər şəxsin işə qəbul olunmaq istədiyini bildirmiş və həmin şəxsləri N saylı hərbi hissəyə işə qəbul etdirməyin mümkün olub-olmadığını soruşduqda Nailə həmin vətəndaşları işə qəbul etdirə biləcəyini ona demişdir. Sonra Nailə «Whastapp» vasitəsilə ona yazaraq işə qəbul olunmaq istəyən şəxslərin sənədlərini düzəltdirib verməyi demişdir. O, da həmyerliləri və tanışları X8 və Vüsal Kərimova bildirmişdir ki, Nailə adlı tanışı var, sənədlərini düzəltmələrini və Nailənin vasitəsilə onları işə qəbul etdirəcəyini demişdir. Təxminən 10-20 gün sonra Qərib və Vüsal ona zəng edərək sənədlərinin hazır olduğunu bildirdikdə həmin şəxslərə yaşadığı ünvana gəlib sənədləri ona təqdim etməyi xahiş etmişdir. Həmin gün Qərib və Vüsal onun yaşadığı ünvana gəlib sənədlərini ona təqdim etmişlər. Sonra o, Nailəyə zəng edib qeyd etdiyi iki nələr şəxsin sənədlərinin hazır olduğunu bildirdikdə Nailə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsində görüşməyi ona təklif etmiş, o, da buna görə qeyd olunan ünvana gedib Nailə ilə görüşərək işə qəbul olmaq istəyən Qərib və Vüsal adlı şəxslərin sənədlərini Nailəyə vermiş və Nailə sənədləri işlədiyi hərbi hissədə yoxladıb ona məlumat verəcəyini demişdir. Təxminən 5-6 gün sonra Nailə ona zəng edərək təqdim etdiyi sənədlərin qaydasında olduğunu deyib, həmin şəxslərə pulları hazırlamalarını deməyini bildirmişdir. O, hansı pulu hazırlamalarını Nailədən soruşduqda Nailə hərbi hissənin komandiri ilə danışdığını, pulun N saylı hərbi hissənin ehtiyat fonduna köçürüləcəyini bildirmişdir. Hansı məbləğdə pul köçürmək lazım olduğunu Nailədən soruşduqda Nailə ümumilikdə N manat pul köçürmək lazım olduğunu ona bildirmişdir. Bu barədə Qərib və Vüsala demiş, həmin şəxslər də Nailənin dediyi məbləğə işə qəbul olunmağa razılıq vermişlər. Bu məqsədlə 2020-ci ilin may ayında gününü xatırlamadığı vaxtda Vüsal ona 5000 manat pul vermişdir. O, Nailəyə zəng edib pulun hazır olduğunu bildirmişdir. Həmin gün Nailə onun yaşadığı ünvan 3 ünvanına gəlmiş və o, həmin mənzildə Nailəyə 5000 manat pulu vermişdir. Bir neçə gün sonra Qərib eyni məqsədlə ona 4000 manat pul vermişdir. Həmin gün o, Nailə ilə əlaqə saxlayıb Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsində yerləşən dərzi sexində Nailəyə qalan 4000 manat pulu vermişdir. Beləliklə 2020-ci ilin may ayında iki dəfə olmaqla o, Nailəyə ümumilikdə N manat pul vermişdir. Nailə pulu ondan aldıqdan sonra 1 ay gözləməli olacağını demişdir. Bir ay keçdikdən sonra o, Nailəyə zəng edib işin nə yerdə olduğunu soruşmuş, Nailə hazırda pandemiya olduğunu, bir-iki ay da gözləməli olacağını bildirmişdir. Nailə həmçinin ondan aldığı N manat pulu hərbi hissənin komandiri ilə birlikdə hərbi hissənin ehtiyat fonduna köçürdüyünü, yaxın günlərdə hər iki şəxsin işə qəbul olacağını demişdir. Nailənin dediyinə əsasən o, iki ay da gözləmişdir. İki ay sonra o, vətəndaşların işinin nə vaxt düzələcəyini soruşmaq üçün Nailəyə zəng etdikdə Nailənin mobil telefonunu Elçin adlı şəxs götürmüşdür. Elçin özünü hərbiçi və Nailənin əri kimi ona təqdim etmiş, bu məsələ ilə bağlı Nailəni narahat etməməyini bildirmişdir. Nailənin iki nəfər şəxsi hərbi hissəyə işə qəbul etdirmək məqsədilə ondan ümumilikdə N manat pul aldığını Elçinə bildirdikdə Elçin də onun Nailəyə verdiyi N manat pulu Nailədən götürüb Azərbaycan Respublikası Hərbi Prokurorluğunda işləyən Təqsirləndirilən şəxs verdiyini demişdir. Sənanın hansı vəzifədə işləməsini Elçindən soruşduqda Elçinin Sənanın Azərbaycan Respublikası Hərbi Prokurorluğunda müavin vəzifəsində işlədiyini bildirmişdir. 20 avqust 2020-ci il tarixdə o, faizə pul götürərək Qəribin 4000 manat pulunu Qəribə, 16 sentyabr 2020-ci il tarixdə isə Vüsalın 5000 manat pulunu özünə qaytarmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək dövlət işçisi olduğunu, Hərbi Prokurorluqda müavin vəzifəsində işlədiyini bildirmişdir. Nailənin ondan aldığı materialları seyfə qoyduğunu, bundan başqa da onda materilların olduğunu, lakin pandemiyaya görə iş görə bilmədiyini Sənan ona bildirmişdir. Şahid3 Firuddin qızının iki nəfər şəxsi hərbi hissəyə işə qəbul etdirəcəyini vəd verib ondan N manat pul alıb vədinə əməl etməyərək dələduzluq etməsinə, Şahid1 özünü yalandan hərbiçi kimi təqdim etməsinə görə və Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Hərbi Prokurorluğunda müavin kimi təqdim edərək onu aldatdıqlarına görə həmin şəxslər barəsində qanuni tədbir görməyini xahiş etmişdir. Qeyd olunanlara əsasən mülki iddianın təmin edilməsini, 8000 manat maddi zərər və 100 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı göstərmişdir ki, dəymiş zərərin 1000 manatı qaytarılmış, 8000 manatının qaytarılmadığını və buna görə də təqsirləndirilən şəxsə ağır cəzanın verilməsini, mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2004-cü ildən Bakı şəhərinə köçmüşdür. Həmin vaxtdan ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Şahid3 onun qeyrirəsmi arvadıdır. Təqsirləndirilən şəxsı tanıyır. Dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs yoldaşı Şahid3 görə hadisə baş verdikdən sonra tanımışdır. Vasifi Şahid3 görə tanımışdır. Şahid3 Vasifin bacısı Qənirə ilə ailəvi yaxınlıq münasibətləri olmuşdur. 2020-ci ilin may ayının sonunda Vasif Nailəyə zəng edərək iki nəfər tanışının hərbidə müddətdən artıq hərbi xidmət edən kimi işə düzəlməsinə köməklik etməsini Nailədən xahiş etmişdir. Nailə də maraqlanıb məlumat verəcəyini Vasifə demişdir. Nailənin deməsinə görə bir həftə keçdikdən sonra evdə olduğu zaman Nailə Vasifə zəng edib hərbi prokurorluqda işləyən sürücü Təqsirləndirilən şəxs vasitəsilə iki nəfər şəxsi işə qəbul etdirməyin mümkün olduğunu, Sənan həmin şəxsləri işə qəbul etdirməyi öz boynuna götürdüyü barədə Vasifə demişdir. İki gündən sonra Vasif Nailəyə zəng edib, evdə olmadığını, ev ilə danışdığını və evinə gedib pulu evdən götürməyi Nailəyə bildirmişdir. Həmin gün şənbə günü olduğundan Nailə evdə olmuş və Vasifin kirayədə yaşadığı ünvana gedib Vasifin arvadından 5000 manat pul götürüb evə gətirərək ona vermişdir. O, Sənana zəng etdikdə Sənan 20-ci sahə qəsəbəsinə gəlib, stadionun yaxınlığında pulu ondan götürəcəyini demişdir. O, da Nailənin 2005-ci il təvəllüdlü oğlu Murad ilə birlikdə qeyd olunan ünvana getmişdir. O, orada Sənana 5000 manat pul vermişdir. Sənan pulu aldıqdan sonra vəzifəli şəxsin vasitəsilə danışıb işi həll edəcəyini bildirmişdir. O, da arxayın olub Sənanla sağollaşıb, ayrılıb evə getmişdir. Təxminən 2-3 gün sonra Vasif Nailəyə zəng edib, evdə olmadığını, ev ilə danışdığını və evinə gedib pulu evdən götürməyi Nailəyə bildirmişdir. Həmin gün Nailə Vasifin kirayədə yaşadığı ünvana gedib Vasifin arvadından 4000 manat pul götürüb evə gətirərək ona vermişdir. Həmin gün, təxminən 2-3 saatdan sonra Sənan gəlmişdir. O, Nailədən işə düzələcək ikinci şəxsin sənədlərini və 4000 manat pulu da yaşadığı evin yaxınlığında olan stadionun yanında Sənana vermişdir. Təxminən 3-4 ay keçdikdən sonra o, işin alınmadığını görmüş, Sənana zəng vurarkən Sənan vəziyyəti ilə əlaqədar pulu bir hissəsini xərcləyədiyini, narahat olmamasını pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu N manat puldan 1000 manat pulu Sənanın anası Məlyekə Əliyeva qaytarmışdır. Sənan qalan 8000 manat pulu hazırki vaxta kimi ona qaytarmamışdır. Buna görə də Nailə və ya o, Vasifin qalan 8000 manat pulunu verə bilməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 1990-cı ildən Bakı şəhərinə köçmüş və Bakı şəhəri, Səbail rayonu. 20-ci Sahə qəsəbəsi, Yaşar Bədəlov küçəsi, ev 32A ünvanında 2005-ci il təvəllüdlü oğlu X6 və onunla qeyri-rəsmi ər-arvad münasibətində olan Şahid1 ilə birlikdə yaşayır. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində saxlanc müdiri vəzifəsində mülki işçi kimi işləyir. Zərərçəkmiş şəxs bacısı Qənirəyə görə tanımışdır. 2020-ci ilin may ayının sonunda Vasif ona zəng edərək iki nəfər tanışını hərbi hissədə işə düzlətməyə köməklik edilməsini ondan xahiş etmiş və maraqlanıb cavab deyəcəyini Vasifə bildirmişdir. Təxminən bir həftə sonra yaşadığı evdə Elçinin yanında Vasifə zəng edib demişdir ki, «iş düzəlir, Hərbi Prokurorluqda sürücü var. Təqsirləndirilən şəxsdur. Sənan vasitəsilə həmin iki nəfər şəxsi işə düzəldəcəyik. Sənan Elçinin dostudur, Gəncə şəhərində bir yerdə hərbi xidmətdə olmuşlar. Sənandan işi düzəltməyi xahiş etmişik. Sənan öz boynuna götürmüşdür”. Həmin vaxt Vasif dənizdə işdə olduğundan pulun yaşadığı evdə olduğunu, özü ailə üzvlərinə tapşıracağını və gedib götürməyi ona bildirmişdir. Təxminən iki gündən sonra Vasif zəng edib evlə danışdığını və gedib pulu götürməyi demişdir. Həmin gün şənbə günü olduğundan o işdə olmamışdır. 2020-ci ilin may ayının sonunda o, Vasifin yaşadığı ünvana gedib Vasifin arvadı Fatma adlı qadından 8000 manatı və işə qəbul olunacaq iki nəfər şəxsin sənədlərini alıb evə qayıdaraq pulu əri Elçinə vermişdir. Elçin də Təqsirləndirilən şəxs zəng edib iş barədə danışmış, Sənan Səbail rayonu, 20-ci Sahə qəsəbəsinə gəlib stadionun yanından pulu götürəcəyini bildirmişdir. Həmin gün, təxminən yarım saatdan sonra Elçin onun oğlu Murad ilə birlikdə Sənan ilə görüşmək üçün evdən çıxmış və təxminən yarım saatdan sonra evə qayıtmışlar. Həmin vaxt Elçin 8000 manat pulu avtomobilin yanında Sənana verdiyini bildirmişdir. Bunu oğlu Murad da ona bildirərək Elçinin Sənana qeyd olunan pulları verdiyini təsdiq etmişdir. Təxminən 3-4 gün sonra o, işdən evə qayıdan zaman Elçin Sənana zəng edib, işə düzələcək şəxsin birinin yaşının çox olması səbəbindən əlavə 1000 manat pul lazım olmasını bildirmişdir. Həmin vaxt o Vasifə zəng edib əlavə 1000 manat pul lazım olduğunu dedikdə Vasif ona özünə xeyir qalmadığını bildirmiş, belə olan halda pulu özünə qaytarmağı təklif etmişdir. Bundan sonra Vasif demişdir ki, «deyərik 1000 manat pulu düzəldib verərlər». Təxminən 2-3 gün sonra Vasif ona zəng edib Səbail rayonu, 20ci sahə qəsəbəsində onu gözlədiyini bildirmişdir. O, da tanışı Şahid2 işlədiyi Səbail rayonu, 20ci sahə qəsəbəsində yerləşən dərzi sexinə getmiş və Vasif də oraya gəlmişdir. Həmin vaxt Vasif ilə o, dərzi sexindən çölə çıxmışdır. Dərzi sexindən çöldə Vasif ikilikdə ona 1000 manat pul vermişdir. O, pulu Vasifdən götürüb Vasiflə sağollaşıb yaşadığı evə getmiş və yaşadığı evdə pulu Elçinə vermişdir. Elçin onun yanında Sənana zəng etmiş və Sənan Elçinə özünün gəlib pulu götürəcəyini demişdir. Həmin gün təxminən 2-3 saatdan sonra Sənan yaşadığı evin yaxınlığına gəlmişdir. Bu dəfə Elçin özü tək gedib Sənanla görüşərək 1000 manat pulu Sənana vermişdir. Sənan pandemiya vaxtı olduğunu, yığım olacağını və işi həll edəcəyini bildirmişdir. Təxminən 3-4 ay keçdikdən sonra işin alınmadığını görmüşdür. Həmin ərəfədə Vasif də ondan pulu tələb etmiş və buna görə də o, Elçinə Sənandan pulu geri almasını bildirdikdə Sənan da işin 1-2 günə alınacağını Elçinə demişdir. O, işin alınmadığını görüb Elçinlə birlikdə Sənanın X13nın yanma getmiş, bu barədə Sənanın anası Məleykəyə dedikdə Məleykə Əliyeva bildirmişdir ki, «ola bilsin Sənan pulu xərclədiyini görə qaytara bilmir». X3ra demişdir ki, Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində torpaq sahələri var, satdığa qoyublar, satılandan sonra pulu qaytara bilər. Bundan sonra Elçin və Vasif dəfələrlə Sənanın anası Məleykənin yanına getmişlər və Məleykə də oğlu Sənanın evdən didərgin düşüb qaçdığını onlara demişdir. 2020-ci ilin avqust ayında Sənanın anası X12 1000 manat pul qaytarmış, Elçin də Nəsimi rayonunda yerləşən «28 Mall» ticarət mərkəzinin qarışısında oğlu Muradın yanında həmin pulu Vasifə qaytarmışdır. Lakin qalan 8000 manat pulu Sənan hazırki vaxta kimi Elçinə, ona və ya Vasifə qaytarmamışdır. Bakı şəhəri Səbail rayon prokurorluğunun 01 iyul 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs məxsus N manat pul vəsaitinin ələ keçirilməsi faktı əsasında toplanmış material Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın aparlıması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. 30 avqust 2021-ci il tarixli qərarla ittihamın elan edilməsi üçün Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. Eyni tarixli qərarla cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasan dayandırılmışdır. 06 sentyabr 2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da saxlanılaraq Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmişdir. 06 sentyabr 2021-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş istintaq davam etdirilmişdir. 06 sentyabr 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. 08 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 08 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. 08 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 10 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs elan edilmiş ittihamın və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 iyul 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2022 saylı 20 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətikan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş 10 may 2022-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 07 may 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var – 04.10.2008-ci il təvəllüdlü X9 və 07.11.2014-cü il təvəllüdlü X10 Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş 8000 manat məbləğində zərərin və ödənilmiş 100 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qərarqəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək, həmçinin 06 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək, 19 (on doqquz ) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) ay 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsində 8000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırılması zamanı Zərərçəkmiş şəxs ümumilikdə N manat məbləğində ziyan vurulduğunu, vurulmuş ziyanın 1000 manatının Zərərçəkmiş şəxs ödənildiyi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir və Təqsirləndirilən şəxs 8000 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə həmçinin mülki iddiaçı tərəfindən məhkəməyə müraciət üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun mülki cavabdehdən tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 8000 manat, dövlət rüsumuna görə ödənilmiş 100 manat, cəmi 8100 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək, 06 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək, yəni 19 (on doqquz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) ay 08 (səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 22 (iyirmi iki) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərə görə 8000 (səkkiz min) manat və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat (bir yüz manat) məbləğində dövlət rüsumu, cəmi 8100 (səkkiz min yüz) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağazəki qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar