Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-21/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Şuşa şəhəri, V.Cəfərov küçəsi, 30 saylı evin, 16 saylı mənzilində qeydiyyatda olan, ünvan 13də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 saylı masssivin, 20 saylı küçəsində yerləşən 4 (dörd) mərtəbəli fərdi yaşayış evinin 2 (iki) mərtəbəsində qanuna müvafiq qaydada təmizlik işləri aparan zaman Zərərçəkmiş şəxs məxsus yataq otağında olan rəfdən bir ədəd 2280 manat dəyərində 750 əyarlı qızıla uyğun 19 qram çəkili üzükü oğurlayaraq Zərərçəkmiş şəxs 2280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 fevral 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 saylı masssivin, 20 saylı küçəsində yerləşən 4 (dörd) mərtəbəli fərdi yaşayış evinin 2 (iki) mərtəbəsində qanuna müvafiq qaydada təmizlik işləri aparan zaman Zərərçəkmiş şəxs məxsus yataq otağında olan rəfdən bir ədəd 1200 manat dəyərində 585 əyarlı qızıla uyğun 12 qram çəkili qolbaq və bir ədəd 3000 manat dəyərində 750 əyarlı qızıla uyğun 25 qram çəkili sırğa cütünü oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 saylı masssivin, 20 saylı küçəsində yerləşən 4 (dörd) mərtəbəli fərdi yaşayış evinin 2 (iki) mərtəbəsində qanuna müvafiq qaydada təmizlik işləri aparan zaman Zərərçəkmiş şəxs məxsus yataq otağında olan rəfdən bir ədəd 1000 manat dəyərində 585 əyarlı qızıla uyğun 10 qram çəkili sırğa cütünü oğurlayaraq Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ev təmiziliyi, xəstə və azyaşlı uşaqlara dayə olaraq müxtəlif evlərdə fəaliyyət göstərir. 2022-ci ilin avqust ayından Zərərçəkmiş şəxs dəvəti ilə onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi yaşayış evində Vüsalə xanımın anası X1 xidmət etmək üçün işə başlamışdı.Ev sahibləri işlədiyindən çox zaman yaşadıqları evdə olmadıqlarından və X3 “Parkinson” və “Demensiya” xəstəsi olduğundan ona diqqət və qayğı göstərmişdi. İlk 4 ay yəni, 2022-ci ilin avqust ayından, 2022-ci ilin dekabr ayınadək şənbə və bazar günləri istisna olmaqla dayə olduğu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evdə müvəqqəti qalmaqla yaşamışdır.Həmin ilin dekabr ayından 2023-cü ilin mart ayınadək həftədə 1 (bir) dəfə olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs anası Rübabə İsmayılovaya qulluq etmiş və yemək bişirmişdi.Zərərçəkmiş şəxs ilə arasında olan razılaşmasına əsasən evdə təmizlik işləri aparmış və onun anasına qulluq etmişdir.Həmin evdə qaldığı müddət ərzində aylıq Zərərçəkmiş şəxs tərəfindən 1000 (min) manat, daha sonra isə gündəlik 25 (iyirmi beş) manat məvacib almışdı. Onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evin yataq otağından qızıl-zinət əşyalarının oğlurlamağı barədə verilən məlumata əsasən real olaraq bildirmişdir ki, o, hər gün həmin evdə təmizlik işləri aparmışdı. Bunun üçün evdə olan şkaflara paltarları qatlayıb yığmış və mebellərin tozunu almışdı. Nəhayət 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evdə olan zaman Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən 4 (dörd) mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşən, yəni Zərərçəkmiş şəxs məxsus yataq otağında təmizlik işləri aparan zaman rəfin siyirməsini açmışdı.Siyirmədə qızıl-zinət əşyalarının olduğunu görmüşdü.Həmin qızıl zinət əşyaları demək olar ki, sırğa açıq vəziyyətdə, digər zinət əşyaları isə qutulara yığılmış formada olmuşdu.Bildirmişdir ki, maddi vəziyyətləri pis olduğundan, özündən asılı olmayaraq tamahı ona güc gəlmiş və rəfdə olan qutunun içərisindən 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan üzüyü oğurlayaraq sağ cibinə qoymuşdu. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Lokomotiv düşərgəsində olan fərdi yaşayış evinə gəlmişdi. Çox götür qoydan sonra əri Şahid2 yalandan bildirmişdir ki, 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan üzüyü maaş əvəzi olaraq Zərərçəkmiş şəxs ona verməsini bildirmişdi.Daha sonra oğurladığı qızılı əri Şahid2 ilə birlikdə 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsində 600 (altı yüz) manata satmışdı. Həmin 600 manat pulu o, öz borcuna vermişdi. Daha sonra o, 06 fevral 2023-cü il tarixdə saat 17 radələrində xeyli miqdarda borcu olduğundan təkrar olaraq Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən evinin 2-ci mərtəbəsində yerləşən yataq otağında olan rəfin siyirməsindən 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü və 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbaqı oğurlamışdı. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Lokomotiv düşərgəsində olan fərdi evinə gəlmişdi. Çox götür qoydan sonra əri Şahid2 bir daha yalandan bildirmişdir ki, 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü və 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbaqı maaş əvəzi olaraq Zərərçəkmiş şəxs ona verib. Nəhayət oğurladığı qızılı 07 fevral 2023-cü il tarixdə əri Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsində 510 (beş yüz on) manata 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü və 470 manat pula 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbaqı satmışdı.Ümumilikdə 980 manat pulu öz borcuna vermişdi. Bundan sonra o, 11 mart 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən evin 2-ci mərtəbəsindəki yataq otağına daxil olmuşdu. Həmin otaq Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs yataq otağı olmuşdu. Beləliklə də o, yataq otağında daxil olduqdan sonra otaqda olan rəfin üzərində qutu görmüşdü. Qutunu açdıqda içərisində çoxlu sayda qızıl-zinət əşyalarının olduğunu görmüş, həmin qutunun içərisindən 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü oğurlayaraq götürmüşdü. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Lokomotiv düşərgəsində olan yaşadığı fərdi evin gəlmişdi.Çox götür qoydan sonra əri Şahid2 bu barədə heç bir söz deməmişdi. Son olaraq oğurladığı bir cüt qızılı tək olaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsində 420 (dörd yüz iyirmi) manat pula satmış və əldə etdiyi pulu şəxsi tələbatları üçün xərcləmişdi.Ümumilikdə oğurladığı əşyaları sataraq əldə etdiyi 2000 (iki) manat pul ilə borcunu ödəmişdi.Bu hadisələrdən sonra özünü mənəvi cəhətdən narahat hiss etdiyindən Vüsalə Məxcidovaya məxsus mənzildə işləməkdən kənarlaşmışdı. 22 aprel 2023-cü il tarixdə ev sahibi Zərərçəkmiş şəxs ona telefon zəngi edərək qızıllarının oğurlandığını və onun bu hadisədən xəbərinin olub-olmadığını soruşmüşdu. O, isə Zərərçəkmiş şəxs qızıl zinət əşyalarının oğurlanması barədə heç bir məlumatımın olmadığını bildirmişdi. Nəhayət Zərərçəkmiş şəxs 41-ci polis bölməsinə ərizə ilə müraciət etdikdən sonra o, etdiyi oğurluq cinayət əməlini səmimi olaraq etiraf etmiş və etdiyi oğurluq cinayət əməlindən peşman olmasını göstərmişdi. Bununla yanaşı olaraq bildirmişdir ki, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən evdən qızıl-zinət əşyalarının oğurlamağı barədə əri Şahid2 qabaqcadan heç bir məlumatı olmamışdır. O, əri Şahid2 yalandan aldadaraq guya ki, həmin qızıl zinət əşyalarını maaş əvəzi olaraq ayrı-ayrı aylarda Zərərçəkmiş şəxs tərəfindən verilmsəini bildirmişdi. Həmçinin bildirmişdir ki, onun oğurluq etməyi barədə əri Şahid2 məlumatı olsaydı onun ailədə şəxsi problemlərinin yaranacağını qeyd etmişdi. Bu səbəbdən əri Şahid2 yalan danışmaqla aldatmışdı. Daha sonra əri Şahid2 onun oğurluq etdiyini bildikdən sonra aralarında münaqiəşlər yaranmışdı. O, isə Şahid2 oğurluq etməyini deyə bilməyəcəyini, ona görə ki, şəxsi pul borclarının olduğunu və məcbur qaldığından belə bir oğulruq əməlinə yol verdiyini demişdi. Əlavə olaraq bir ədəd 585 əyarlı qızıla uyğun sırğa cütünü, bir ədəd 585 əyarlı qızıla uyğun qolbağı, bir ədəd 750 əyarlı qızıla uyğun üzüyü və bir ədəd 750 əyarlı qızıla uyğun sırğa cütünü hissə-hissə olmaqla yəni təkrarlıqla oğurlayaraq satmasını bildirmişdi. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı qismən ödədiyini və ziyanının qalan hissəsini müəyyən vaxt ərzində hissə-hissə ödəməyə hazır olduğunu, himayəsində dörd övladının olmasını, həmçinin bir övladının azyaşlı olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi istintaq gedişində toplanmış və cinayət işində olan şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, ifadələrin yerində yoxlanılması protokolları, üzləşdirmə protokolu, hadisə yerinə baxış protokolu, foto şəkillər, 1 (bir) ədəd alqı-satqı qəbzi, habelə başqa sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən fərdi tikilidə qeydiyyatdadır. Həmin ünvanda əri X7, qızı Şahid1 və oğlu X8 ilə blikdə yaşayır.Qeyd etmişdir ki, anası X3 "Parkinson” və “Demensiya” xəstəliyindən əziyyət çəkdiyindən və xüsusi diqqət və qayğı göstərilməsi üçün 2022-ci ilin avqust ayında sosial şəbəkə vasitəsi ilə əldə etdiyi və işə düzəltmə xidmətini vasitəsi ilə tanış olduğu şəxsiyyəti ona sonradan bəlli olan Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən fərdi özəl evinə dəvət etmişdi.ilk vaxtlar Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından, 2022-ci ilin dekabr ayınadək, yəni həftənin şənbə və bazar günləri istisna olmaqla onlarda qalaraq anası X1 baxmışdı.Bu minvallada Təqsirləndirilən şəxs hər ay tərəfindən 1000 (bir min) manat maaş vermidi.Daha sonra 2022-ci ilin dekabr ayından, xx.xx.2023-cü il tarixədək həftədə bir gün olmaqla daha doğrusu şənbə günləri səhər saat 11-dən axşam saat 18 radələrinədək anası X1 baxmaq və ev işləri görmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən fərdi özəl evinə gəlmişdi.Bunun müqabilində Təqsirləndirilən şəxs günlük olaraq 25 (iyirmi beş) manat pul vermişdir. xx.xx.2023-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs heç bir səbəb və əsas olmadan onlara gəlməmişdi.Təqsirləndirilən şəxs onlara gəlməməsi onda şübhə yaratmışdı.Bu hadisədən 1 (bir) aydan yuxarı, yəni xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yəni 4 (dörd) mərtəbəli yaşayış evinin 2 (iki) mərtəbəsində yerləşən yataq otağında olan rəfin siyirməsindən bəzi qızıl zinət əşyalarını istifadə etmək məqsədi ilə baxdıqda özünə məxsus olan bir ədəd 1000 manat dəyərində 585 əyarlı qızıla uyğun 10 qram çəkili sırğa cütü, bir ədəd 1200 manat dəyərində 585 əyarlı qızıla uyğun 12 qram çəkili qolbaq, bir ədəd 2280 manat dəyərində 750 əyarlı qızıla uyğun 19 qram çəkili üzük, bir ədəd 3000 manat dəyərində 750 əyarlı qızıla uyğun 25 qram çəkili sırğa cütünün yerində olmadığını və oğurlandığını aşkar etmidşi.Həmin əşyaların evdə təmizlik işlərini aparan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını güman etmişdi.Çünki Təqsirləndirilən şəxs savayı onun evində heç kim olmamışdı.Bundan sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng vurduqda evdən ona məxsus və istifadəsində olan müxtəlif çeşidli qızıl-zinət əşyalarının oğurlanmasını bildirdikdə telefonda, Təqsirləndirilən şəxs özünü itirmiş və dili kəkələməklə həyəcanlanmışdı.Bu zaman o, Təqsirləndirilən şəxs ona məxsus qızılları oğurladığım müəyyən etmişdi.Daha sonra Təqsirləndirilən şəxs ondan vaxt istəmişdir ki, onun barəsində polisə şikayət etməməyi və 3 gün ərzində ona məxsus qızıl-zinət əşyalarının pulunu tam şəkildə gətirib verəcəyini bildirmişdi.Bu minvallada onun Təqsirləndirilən şəxs yazığı gəlmiş və onun barəsində ilk olaraq polisə şikayət etməmişdir.Beləliklə də xx.xx.2023- cü il tarixdə o, istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək oğurladığı qızıl zinət əşyalarının pulunu tələb etmişdi.Lakin Təqsirləndirilən şəxs bu gün sabaha salaraq onun pulunu verəcəyini qeyd etmişdi.Buna baxmayaraq o, Təqsirləndirilən şəxs inanmamış və istifadəsində olan mobil nömrə ilə „ Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və həmin tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən fərdi özəl tikilidə qeydiyyatdadır. Həmin ünvanda atası X7, o, qardaşı X8 və anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Bildirmişdir ki, nənəsi X3 "Parkinson” və “Demensiya” xəstəliyindən əziyyət çəkdiyindən və xüsusi diqqət və qayğı göstərilməsi üçün 2022-ci ilin avqust ayında sosial şəbəkə vasitəsi ilə anası Zərərçəkmiş şəxs əldə etdiyi və işə düzəltmə xidmətini vasitəsi ilə tanış olduğu şəxsiyyəti sonradan onlara bəlli olan Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3 cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən fərdi özəl evlərinə dəvət etmişdilər. İlk vaxtlar Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından, 2022-ci ilin dekabr ayınadək, yəni həftənin şənbə və bazar günləri istisna olmaqla onlarda qalaraq nənəsi X1 baxmışdı. Bu minvallada Təqsirləndirilən şəxs hər ay anası Zərərçəkmiş şəxs tərəfindən 1000 (bir min) manat maaş verilmişdi. Daha sonra 2022-ci ilin dekabr ayından, 19 mart 2023-cü il tarixədək həftədə bir gün olmaqla daha doğrusu şənbə günləri səhər saat 11-dən axşam saat 18 radələrinədək nənəsi X1 baxmaq və ev işləri görmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən fərdi özəl evlərinə gəlib-getmişdi.Bunun müqabilində anası Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs günlük olaraq 25 (iyirmi beş) manat pul vermişdi. 19 mart 2023-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs heç bir səbəb və əsas olmadan onlara gəlməmişdi. Təqsirləndirilən şəxs onlara gəlməməsi anası Zərərçəkmiş şəxs şübhə yaratmışdı. Bu hadisədən təxminən 1 (bir) aydan yuxarı, yəni 22 aprel 2023-cü il tarixdə ünvan 7 ünvanında yəni 4 (dörd) mərtəbəli yaşayış evlərinin 2 (iki) mərtəbəsində yerləşən evin yataq otağında olan anası Zərərçəkmiş şəxs məxsus rəfin siyirməsindən bəzi qızıl zinət əşyalarım istifadə etmək məqsədi ilə baxdıqda özünə məxsus bir ədəd 1000 manat dəyərində 585 əyarlı qızıla uyğun 10 qram çəkili sırğa cütü, bir ədəd 1200 manat dəyərində 585 əyarlı qızıla uyğun 12 qram çəkili qolbaq, bir ədəd 2280 manat dəyərində 750 əyarlı qızıla uyğun 19 qram çəkili üzük, bir ədəd 3000 manat dəyərində 750 əyarlı qızıla uyğun 25 qram çəkili sırğa cütünün yerində olmadığını və oğurlandığını aşkar etmişdi. Həmin əşyaların evdə təmizlik işlərini aparan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını anası Zərərçəkmiş şəxs güman etmişdi. Çünki Təqsirləndirilən şəxs savayı evlərində heç kim olmamışdı. Bundan sonra anası Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsnm istifadəsində olan mobil telefona zəng vurduqda evdən anasına məxsus və istifadəsində olan müxtəlif çeşidli qızıl-zinət əşyalarının oğurlanmasını bildirdikdə telefonda, Təqsirləndirilən şəxs özünü itirmiş və dili kəkələməklə həyəcanlanmışdı. Bu zaman anası Vüsalə xanım Təqsirləndirilən şəxs tərəfindən ona məxsus qızıl zinət əşyalarını oğurlandığını müəyyən etmişdi. Daha sonra Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs vaxt istəmişdir ki, onun barəsində polisə şikayət etməsin və 3 gün ərzində qızıl-zinət əşyalarının pulunu tam şəkildə gətirib verəcəyini bildirmişdi. Bu minvallada anası Vüsalə xanım Təqsirləndirilən şəxs yazığı gəlmiş və onun barəsində ilk olaraq polisə şikayət etməmişdi. Beləliklə də 22 aprel 2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək oğurladığı qızıl zinət əşyalarının pulunu tələb etmişdi. Lakin Təqsirləndirilən şəxs bu gün sabaha salaraq anası Zərərçəkmiş şəxs pulunu verəcəyini bildirmişdi. Buna baxmayaraq anası Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs inanmamış və istifadəsində olan mobil telefon nömrəsi ilə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və həmin tarixdə Səbail Rayon Polis idarəsinin 41-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki o, 1999-cu il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Lokomativ düşərgəsində fərdi yaşayış evində yaşayır və Şuşa şəhəri, V.Cəfərov küçəsi 30 saylı evin, 16 saylı mənzilində qeydiyyatdadır. Arvadı Təqsirləndirilən şəxs ev təmiziliyi, xəstə və azyaşlı uşaqlara dayə olaraq müxtəlif evlərdə fəaliyyət göstərir. Arvadı Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayından Zərərçəkmiş şəxs dəvəti ilə onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evində Vüsalə xanımın anası X1 xidmət etmək üçün işə başlamışdı. Ev sahibləri işlədiyindən çox zaman yaşadıqları evdə olmadıqlarından və X3 “Parkinson” və “Demensiya” xəstəsi olduğundan ona arvadı Təqsirləndirilən şəxs diqqət və qayğı göstərmişdi. İlk 4 ay yəni, 2022-ci ilin avqust ayından, 2022-ci ilin dekabr ayınadək şənbə və bazar günləri istisna olmaqla dayə olduğu arvadı Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evdə müvəqqəti qalmaqla yaşamışdı. Həmin ilin dekabr ayından 2023-cü ilin mart ayınadək isə həftədə 1 (bir) dəfə olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evdə Zərərçəkmiş şəxs anası Rübabə İsmayılovaya qulluq etmiş və yemək bişirmişdi. Zərərçəkmiş şəxs ilə arvadı Təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasən evdə təmizlik işləri aparmış və onun anasına qulluq etmişdi. Həmin evdə qaldığı müddət ərzində aylıq Zərərçəkmiş şəxs tərəfindən 1000 (min) manat, daha sonra isə gündəlik 25 (iyirmi beş) manat məvacib almışdı. Arvadı Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evin yataq otağından qızıl-zinət əşyalarının oğlurlamağı barədə ona sonradan verdiyi məlumata əsasən arvadı Təqsirləndirilən şəxs hər gün həmin evdə təmizlik işləri aparmışdı. Bunun üçün şkaflara paltarları qatlayıb qoymuş və mebellərin tozunu almışdı. Nəhayət arvadı Təqsirləndirilən şəxs 15 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evdə olan zaman Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən 4 (dörd) mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində yerləşən, yəni Zərərçəkmiş şəxs məxsus yataq otağında təmizlik işləri aparan zaman rəfin siyirməsini açmışdı. Siyirmədə qızıl-zinət əşyalarının olduğunu görmüşdü. Həmin qızıl zinət əşyaları demək olar ki, sırğa açıq vəziyyətdə, digər zinət əşyaları isə qutulara yığılmış formada olmuşdu. Bildirmişdir ki, maddi vəziyyətləri pis olduğundan arvadı Təqsirləndirilən şəxs rəfdə olan qutunun içərisindən 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan üzüyü çıxararaq götürüb oğurlamaqla sağ cibinə qoymuşdu. Daha sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Lokomotiv düşərgəsində olan fərdi evlərinə gəlmişdi. Çox götür qoydan sonra arvadı Təqsirləndirilən şəxs ona yalandan bildirmişdir ki, 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan üzüyü maaş əvəzi olaraq Zərərçəkmiş şəxs ona verib.Daha sonra arvadı Təqsirləndirilən şəxs oğurladığı qızılı onun ilə birlikdə 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsində 600 (altı yüz) manata satmışdı. Həmin 600 manat pulu arvadı Təqsirləndirilən şəxs öz borcuna vermişdi. Arvadı Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə saat 17 radələrində xeyli miqdarda borcları olduğundan təkrar olaraq Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3- cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən evinin 2-ci mərtəbəsində yerləşən yataq otağında olan rəfin siyirməsindən 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü və 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbaqı oğurlayaraq götürmüşdü. Bundan sonra yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Lokomotiv düşərgəsində olan fərdi evinə gəlmişdi. Çox götür qoydan sonra arvadı Təqsirləndirilən şəxs ona bir daha yalandan bildirmişdir ki, 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü və 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbaqı maaş əvəzi olaraq Zərərçəkmiş şəxs tərəfindən ona verilib. Arvadı Təqsirləndirilən şəxs oğurladığı qızılı 07 fevral 2023-cü il tarixdə onun ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsində 510 (beş yüz on) manata 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü və 470 manat pula 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbağı satmışdı. Ümumilikdə 980 manat pulu arvadı Təqsirləndirilən şəxs öz borcuna vermişdi. Bundan sonra arvadı Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən evin 2-ci mərtəbəsindəki yataq otağına daxil olmuşdu. Həmin otaq Zərərçəkmiş şəxs qızı Zərərçəkmiş şəxs yataq otağı olmuşdu. Beləliklə də arvadı Təqsirləndirilən şəxs yataq otağına daxil olduqdan sonra otaqda olan rəfin üzərində qutu görmüşdü. Qutunu arvadı Təqsirləndirilən şəxs açdıqda içərisində çoxlu sayda qızıl-zinət əşyalarının olduğunu görmüş, həmin qutunun içərisindən 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü oğurlayaraq götürmüşdü. Daha sonra arvadı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Lokomotiv düşərgəsində olan yaşadığı fərdi evə gəlmişdi. Çox götür qoydan sonra ona bu barədə heç bir söz deməmişdi. Arvadı Təqsirləndirilən şəxs oğurladığı bir cüt qızılı tək olaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsində 420 (dörd yüz iyirmi) manat pula satmış və əldə etdiyi pulu şəxsi tələbatları üçün xərcləmişdi. Ümumilikdə arvadı Təqsirləndirilən şəxs oğurladığı əşyaları sataraq əldə etdiyi 2000 (iki) manat pul ilə öz borcunu ödəmişdi. Bu hadisələrdən sonra arvadı Təqsirləndirilən şəxs özünü mənəvi cəhətdən narahat hiss etdiyindən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masssivi, 20-ci küçə ünvanında yerləşən fərdi evdə işləməkdən imtina etmişdi. Nəhayət 22 aprel 2023-cü il tarixdə ev sahibi Zərərçəkmiş şəxs arvadı Təqsirləndirilən şəxs zəng vuraraq qızıllarının oğurlandığım bildirmiş, lakin arvadı bundan xəbərinin olmadığım bildirmişdi. Bütün bunlara baxmayaraq arvadı Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmiş və etdiyi oğurluq cinayət əməlindən peşman olmasını bildirmişdi. Bununla yanaşı olaraq bildirmişdir ki, arvadı Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçə ünvanında yerləşən evdən qızıl-zinət əşyalarının oğurlamağı barədə onun əvvəlcədən məlumatı olmamışdı. Arvadı Təqsirləndirilən şəxs onu yalandan aldadaraq guya ki, həmin qızıl zinət əşyalarını maaş əvəzi olaraq ona Zərərçəkmiş şəxs tərəfindən verilməsini bildirmişdi. Əgər arvadı Təqsirləndirilən şəxs ilk dəfə oğurluq etdiyi barədə ona əvvəlcədən məlumat versəydi, o, həmin qızılın qaytarılmasını Zərərçəkmiş şəxs təmin edəcəyini və onun bu kimi oğurluq əməllərindən çəkindirəcəyini qeyd etmişdi. Lakin arvadı Təqsirləndirilən şəxs ona yalan danışmaqla onu aldatmışdı. Daha sonra arvadı Təqsirləndirilən şəxs oğurluq etdiyini bildikdən sonra onunla arasında möhkəm narazılıq yaranmışdı. Avadı Təqsirləndirilən şəxs ona oğurluq etməyinin və ondan gizlətməsinin səbəbini şəxsi borclarının olması olmuşdu.Əlavə olaraq bildirmişdir ki, bir ədəd 585 əyarlı qızıla uyğun sırğa cütünü, bir ədəd 585 əyarlı qızıla uyğun qolbağı, bir ədəd 750 əyarlı qızıla uyğun üzüyü və bir ədəd 750 əyarlı qızıla uyğun sırğa cütünü hissəhissə olmaqla yəni təkrarlıqla oğurlayaraq arvadı Təqsirləndirilən şəxs tərəfindən satılmaqla dəymiş maddi ziyanı tez bir zamanda ödəyəcəyini göstərmişdi Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş, məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, 8 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsində zərgər olaraq fəaliyyət göstərir. Mahiyyəti üzrə bildirmişdir ki, 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsində olan zaman bir nəfər kişi cinsli şəxs ona yaxınlaşaraq maddi ehtiyacı olduğundan 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan qadın üzüyünü satmaq istədiyini bildirmişdi. O, həmin zaman 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan qadın üzüyə baxdıqdan sonra müəyyən etmişdir ki, qızıl ağ qızıldır və əyyarı 750 olan İtaliya qızılıdır.Bundan sonra yadında qalmayan qiymətə həmin şəxs ilə razılaşaraq qadın qızıl üzüyünü qəbul etmişdi.Lakin qəbul etdiyi 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan qadın üzüyünü “Qızıl və Brilliyantların alqı-satqı” kitabında qeydiyyatdan keçirməmişdi. Sonradan şəxsiyyəti ona məlum olan Şahid2 alqısatqı qəbzi təqdim etmədən qəbul etmişdi. O, Şahid2 inandığından düşünməmişdir ki, aldığı 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan qadın üzüyü oğurluq ola bilər. Lakin aldığı 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan qadın üzüyün hansı məbləğə əridərək satmağı yadında qalmamışdır.Nəhayət bu hadisədən müəyyən müddət keçdikdən sonra, yəni 07 fevral 2023-cü il tarixdə Şahid2 onun işlədiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında olan Laçın Ticarət Mərkəzində qızılların alış-satış məntəqəsinə gələrək maddi ehtiyacının çox pis vəziyyətdə olduğunu əsas gətirməklə 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü və 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbaqı satmaq istədiyini bildirmişdi. O, Şahid2 ona təqdim etdiyi qızıl zinət əşyalarını qiymətləndirib 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü 510 manata və 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbaqı 470 manat pula qəbul etmiş və ümumilikdə 980 manat pul vermişdi. Bundan sonra bu barədə “Qızıl və Brilliyantların alqı-satqı” kitabında qəbz tərtib etmişdi.1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan qadın üzüyünü, 1 (bir) cüt 585 əyarlı qızıla uyğun sırğa cütünü və 1 (bir) ədəd 585 əyarlı qızıla uyğun qolbağın oğurluq olmasını və ya Şahid2 və ya arvadı Təqsirləndirilən şəxs əvvəlcədən ona məlumat verməmiş, həmin qızıl zinət əşyalarının özlərinə məxsus olduğunu və maddi ehtiyacdan satdıqlarını bildirmişdir. Həmçinin o, Şahid2 1 (bir) ədəd 750 əyyarlıq ağ qızıldan olan qadın üzüyünü alaraq “Qızıl və Brilliyantların alqı-satqı” kitabında qəbz tərtib etməməsinin səbəbini işlərinin həmin günü çıx olduğundan səhlənkarlıq edərək bu barədə qeydiyyatını aparmadığını göstərmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 08 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanan qızıl zinət əşyalarının pulundan 1300 manatı Zərərçəkmiş şəxs təqdim edilməsi üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə təqdim etdiyini, Zərərçəkmiş şəxs isə qeyd olunan məbləği qəbul etdiyni və bununla əlaqədar qəbz imzaladığını bildirmişdi. Azərbaycan Respublikası Daxili İşllər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 7480 manat puldan 1300 manatı Səbail RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul etmiş və qalıq qalan 6180 manat pul isə ona qaytarılmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbs bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 09 iyul 2023-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail Rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, qalan hissəsini ödəməyə cəhd göstərməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində dörd uşağının olmasını, himayəsində az yaşlı uşağın olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxsnun 07 iyul 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçının) nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə maddi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət əməli nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs vurulmuş 7480 (yeddi min dörd yüz səksən) manat məbləğində maddi ziyanın və ödənilmiş 85 (səksən beş) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Bundan sonra zərərçəkmiş şəxs (mülki iddiaçının) nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iddia tələbinin həcminin azadlıdılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumi ziyan məbləği ilə bağlı tələblərindən 1300 (min üç yüz) manat məbləğinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, mülki iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı onun tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyanın vurulması ilə əlaqədar ittiham ilə əlaqədar verilmişdir. Həmçinin təqdim olunmuş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 85 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən vurulan ziyan məbləğinin 6180 manatının və 85 manat dövlət rüsumunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxsnun 07 iyul 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək ünvan 13 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin olunsun. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 6180 (altı min yüz səksən) manat maddi ziyan və 85 (səksən beş) manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən pul tutulub, “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-21/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-21/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver