Məhkəmə qərarları › İş №1(009)-21/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-21/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-21/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1990-cı ildə Zərdab rayonu, Alıbəyli kəndində doğulmuş, ailəli, ali təhsilli, müstəqil mühasibatlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksi, ev 24, mənzil 14 ünvanında faktiki yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tanışı X3 03 may 2021-ci il tarixdə elektron qaydada Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 08 fevral 2021-ci il tarixli 1.0.3 №-li versiyasının şərtlərini qəbul etməsi barədə Razılaşma” müqaviləsi bağladığını və bundan sonra 09 avqust 2021-ci il tarixdə vəfat etdiyini bildiyindən sonuncunun vəfat etdiyi üçün hər hansı əmlakı üzərində sərəncam vermək qabiliyyətinin olmadığını əminliklə dərk edərək tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə istintaqa məlum olmayan şəraitdə əvvəlcədən əldə etdiyi Zamiq Zülfüqarovun adına olan “Asan İmza” mobil telefon nömrəsi ilə 03 noyabr 2021-ci il tarixdə vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhərində istintaqa dəqiq məlum olmayan yerdə istifadəsində olan mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin internet saytına daxil olub qanunsuz olaraq kredit almaq hüququnu əldə etmək məqsədilə həqiqətəuyğun olmayan məlumatlar əsasında yəni, mərhum Zamiq Zülfüqarovun adından saxta olaraq kredit almaq hüququ verən rəsmi sənəd hesab olunan elektron ərizəni istifadə etmək məqsədilə qanunsuz hazırlamış, qeyd edilən ərizə ilə həmin banka onlayn qaydada kredit götürməklə bağlı müraciət edərək bilə-bilə həmin saxta sənəddən istifadə etmiş və eyni tarixdə Bakı şəhəri ərazisində istintaqa dəqiq məlum olmayan yerdə olarkən həmin mobil telefonundan istifadə etməklə kredit məbləğini sonradan tam ödəmək niyyəti olmadan mərhum Zamiq Zülfüqarovun adına Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən “Landmark” şöbəsində açılmış hesabına ümumilikdə 25.872 manat pulun köçürülməsini təmin edərək həmin hesab üzərində sonuncuya məxsus əvvəlcədən əldə etdiyi “Asan İmza” mobil nömrəsi və banka məxsus 5472 2496 3433 2119 nömrəli plastik kart vasitəsilə sərəncam vermək qabiliyyəti yaratmaqla aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib həmin bank hesabından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla pul vəsaitlərini “etopaz” onlayn qanuni mərc saytında mövcud olan özünə məxsus hesabına köçürməklə və müxtəlif formalarda şəxsi məsrəflərinə sərf etməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə 25.872 manat yəni, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamın üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiqləyərək bildirmişdir ki, əvvəlki müddətdə vergi sahəsində, kassa-nəzarət sistemində müxtəlif işlərdə, o cümlədən müstəqil mühasib kimi işləmişdir. Təxminən 7-8 il əvvəl Zərdab rayonunda olduğu vaxt taksi sürücüsü işləyən X6 ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Zamiqin Zərdab şəhərində yerləşən bazarda özünə məxsus ərzaq, meyvə-tərəvəz mağazası olmuşdur. O, mühasibatlıq işləri gördüyünə görə Zamiq ondan işlərində köməklik etməyini xahiş etmiş, o da Zamiqə kömək edərək aylıq gəlirlərini və xərclərini, o cümlədən vergi borclarını hesablamışdır. Sonrakı müddətdə isə Zamiqlə münasibətləri daha da yaxınlaşdığı üçün şərikli şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışlar. Ortaq şəkildə siqaret, içki və bu kimi ərzaq mallarını topdan şəkildə alaraq pərakəndə şəkildə mağazalara satışını həyata keçirmişlər. Həmin fəaliyyətlərini öz şəxsi vəsaitləri hesabına qurmuşlar. Sahibkarlıq fəaliyyətləri və VÖEN Zamiqin adına rəsmiləşdirilmiş, lakin vaxt keçdikcə şəxsi vəsaitləri kifayət etməmişdir. Bu sahə üzrə firmalara ödəmələri yalnız Zərərçəkmiş şəxsa məxsus “tacir kartı” ilə həyata keçirmək mümkün olduğundan Zamiq 03 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxsa onlayn qaydada müraciət edərək bütün növ bank xidmətlərinin göstərilməsinə dair çərçivə sazişini imzalamışdır. Həmin müqavilədə Zamiq əlaqə nömrəsi kimi onun mobil nömrəsini qeyd etmişdir. Həmin müddətdə sahibkarlıq fəaliyyətləri ilə bağlı bütün hərəkətləri o icra etdiyi üçün Zamiq ona bütün əmlakının idarə olunması ilə bağlı etibarnamə vermişdir. Bir neçə gündən sonra Zamiqin Zərərçəkmiş şəxsa etdiyi müraciət əsasında bank kartı ayrılmış, o, Zərərçəkmiş şəxsın Səbail rayonu ərazisində yerləşən “Land Mark” şöbəsinə gedərək etibarnaməni təqdim edib Zamiqə məxsus kartı götürmüşdür. Bundan başqa, Zamiq özünə məxsus “ASAN imza” mobil nömrəsini də ona vermişdir. Çünki birgə biznesləri ilə bağlı bütün ödənişləri o, Zamiqə məxsus “ASAN imza” və Zərərçəkmiş şəxs kartından istifadə etməklə ödəmişdir. Bank kartını əldə etdikdən sonra mütəmadi olaraq həmin karta şəxsi vəsaitlərini köçürmüş, daha sonra Zamiqə məxsus “ASAN imza” vasitəsilə o, ödənişləri təsdiq edib ayrı-ayrı firmalara ödənişləri həyata keçirmişdir. 2021-ci ilin avqust ayınadək olan müddət ərzində bu formada fəaliyyətlərini davam etdirmişlər. Həmçinin bu müddət ərzində kreditlə bağlı 2 yaxud 3 dəfə Zərərçəkmiş şəxsa həmin kart üzrə kreditlə bağlı müraciət etmişlər. 2021-ci ilin iyul ayında Zamiqdə xərçəng xəstəliyi aşkar edildiyi üçün müalicələrə başlamış, lakin davam edən müalicələrə baxmayaraq 09 avqust 2021-ci il tarixdə Zamiq vəfat etmişdir. Həmin gün Zərdab rayonunda yaşayan ortaq tanışları ona zəng edərək Zamiqin vəfat etdiyini bildirmişlər. Lakin həmin vaxtlarda koronavirus infeksiyası ilə bağlı karantin rejimi olduğundan o, Zərdab rayonuna Zamiqin yas mərasiminə gedə bilməmiş, yalnız Zamiqin 40 mərasiminə gedərək iştirak etmişdir. Zamiqin vəfat etməsinə baxmayaraq onların biznes fəaliyyəti ilə bağlı firma və vergi borcları qaldığından o, Zamiqin vəfatından sonra da sonuncuya məxsus bank kartı və “ASAN imza” ilə ödənişləri davam etdirmişdir. Həmçinin o, ödənişləri etməkdə çətinlik çəkdiyi üçün 2 yaxud 3 dəfə Zamiqin adından Zərərçəkmiş şəxsa müraciət edərək kreditlə bağlı müraciət etmişdir. Sonuncu dəfə 03 noyabr 2021-ci il tarixdə Bakı şəhərində xatırlamadığı ünvanda kirayə yaşadığı mənzildə olduğu vaxt özünə məxsus həmin vaxt istifadə etdiyi “Redmi” markalı mobil telefonu vasitəsilə yenə də Zərərçəkmiş şəxsın internet saytına daxil olaraq onlayn qaydada kreditlə bağlı Zərərçəkmiş şəxsa ərizə ilə müraciət edərək həmin ərizəni Zamiqə məxsus “ASAN imza” vasitəsilə təsdiqləmişdir. Növbəti gün isə özünə məxsus mobil telefonunda quraşdırdığı Zərərçəkmiş şəxs tətbiqi vasitəsilə hesaba daxil olduğu vaxt bank tərəfindən 1 illik müddətə 25.872 manat məbləğində kredit vəsaitinin təklif olunduğunu görmüşdür. O da Zamiqə məxsus “ASAN imza” PİN 2 vasitəsilə həmin məbləği təsdiqləmiş, gün ərzində həmin məbləğ Zamiqə məxsus hesaba köçmüşdür. Bundan sonra gündəlik olaraq həmin kartdan müxtəlif firmalara ödənişləri icra etmişdir. Həmçinin bəzi firmalara ödənişləri nağd şəkildə etməli olduğu üçün pulu nağdlaşdırmaq məqsədilə həmin kartdan özünə məxsus “Etopaz” hesabına pullar köçürmüşdür. “Etopaz” onlayn mərc portalında isə həmin məbləğlərdən az bir hissəsi ilə mərc oyunları oynamışdır ki, həmin məbləği çıxara bilsin. Daha sonra həmin məbləği “Etopaz” hesabından özünə məxsus “Leo Bank” və “Kapital Bank” kartlarına köçürmüşdür. Bundan sonra həmin kartlardan pulları nağdlaşdırıb borclarını ödəmişdir. Paralel olaraq Zamiqin adına götürdüyü kredit hesabına ödənişlər də etmişdir. Təxminən 1 il sonra o, ödənişlərdə gecikmə yaratdığı və krediti tam şəkildə ödəmədiyi üçün bank əməkdaşları Zamiqin ilkin müqavilədə qeyd etdiyi onun mobil nömrəsinə zəng etmişlər. Bank əməkdaşları kreditin gecikdirildiyini və tam şəkildə ödənilməli olduğunu dedikdə o, sadəcə kreditin ödəniləcəyini demişdir. Lakin maddi imkanı olmadığından sadəcə az məbləğlərdə ödəniş etmişdir. Bu şəkildə təxminən 4-5 dəfə bank əməkdaşları onunla əlaqə saxlamışlar və o, hər dəfə kreditin ödəniləcəyini demişdir. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayında o, Zamiqə məxsus kredit hesabına 2.000 manat ödəniş etmişdir. Lakin sonrakı müddətdə maddi imkanı olmadığından ödənişləri icra edə bilməmişdir. Cinayət işinin başlanıldığı vaxta qədər ümumilikdə 5.000 manatdan artıq məbləğdə, istintaq müddətdində isə 8.000 manat məbləğində Zamiqin kredit hesabına ödəniş etmişdir. Bu müddət ərzində özünün də şəxsi biznesi olmuş, lakin vaxt keçdikcə ziyan etmişdir. Buna görə də çoxsaylı şəxslərə borcu yaranmışdır, bu səbəbdən Zamiqin adına götürdüyü kredit hesabına ödənişləri edə bilməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, son sözündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəs ilə elan olunmuş ittiham üzrə vurulumuş ziyandan 15.000 (on beş min) manat ödədiyini, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, barəsində olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş (mülki iddiaçı) hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, müxtəlif vaxtlarda bağladığı müqavilələr əsasında Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi qismində ayrı-ayrı dövlət təşkilatlarında çıxış edir. Zərərçəkmiş şəxs ASC-nin fəaliyyətinə uyğun olaraq vətandaşlar bankın internet saytına daxil olaraq onlayn formada “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli, 1.0.3 №-li versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşmanı elektron imza vasitəsilə imzalayır. Sonrakı müddətdə bank tərəfindən həmin vətəndaşın ödəmə qabiliyyəti, gəlirləri, iş yeri, başqa banklarda olan hesabları və digər bu kimi məlumatları yoxlanılır. Daha sonra isə həmin vətəndaş istənilən vaxt bankın hər hansı filialına müraciət etmədən onlayn formada bankın internet saytına daxil olaraq kredit götürülməsi, depozit açılması yaxud digər bank xidmətləri ilə bağlı banka elektron ərizə ilə müraciət ünvanlayırlar. Həmin ərizəyə uyğun olaraq vətəndaşın hesabına kredit məbləği köçürülür. 03 may 2021-ci il tarixində Zərərçəkmiş şəxs ASC ilə vətəndaş X6 arasında “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2021-ci il tarixli 1.0.3. №-li versiyanın şərtlərinin qəbul etməsi barədə” Razılaşma imzalanmışdır. X8 həmin razılaşmanı şəxsən banka müraciət etmədən özünə məxsus “ASAN İmza” vasitəsilə imzalamış və şərtləri qəbul etmişdir. Razılaşmaya uyğun olaraq Zamiq Zülfüqarovun adına Zərərçəkmiş şəxs ASC-də hesab açılmışdır. Həmin Razılaşmadan irəli gələn şərtlərə əsasən aidiyyəti xidmətlərinin (bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi və s.) müştəriyə təqdim olunması üçün müvafiq ərizə forması müştərinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulmalı, imzalanaraq Banka təqdim olunmalıdır. Qarşılıqlı razılaşmaya əsasən, müvafiq qanunvericilik tələblərinə uyğun olaraq elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Dolayısı ilə müştəri tərəfindən elektron qaydada imzalanan ərizələr də bank tərəfindən qəbul edilməkdədir. Yuxarıda sadalanan qarşılıqlı razılaşdırılmış şərtlərdən irəli gələrək 03 noyabr 2021-ci il tarixində X6 adından banka daxil olmuş, elektron qaydada imzalı ərizəyə əsasən sonuncuya 03 noyabr 2022-ci il tarixinədək ödənilməsi şərti ilə 25.872.00 (iyirmi beş min səkkiz yüz yetmiş iki) Azərbaycan manatı məbləğində kredit verilmişdir. Həmin məbləğ Zərərçəkmiş şəxs ASCdə X3 adma açılmış bank hesabına köçürülmüşdür. Sonrakı müddətdə qeyd edilən kredit üzrə müvafiq vaxtlarda müəyyən məbləğlərdə ödənişlər həyata keçirilsə də, sonradan ödənişlər tamamilə dayandırılmışdır. Bu səbəbdən də bank tərəfindən 20 iyun 2023-cü il tarixində notariusun icra qeydi icraatı qaydasında borcun tutulması məqsədilə ərizə ilə aidiyyəti üzrə müraciət edilmişdir. Lakin ərizəyə cavab olaraq elektron qaydada notariat qurumu tərəfindən banka ünvanlanmış “İcra qeydinin aparılmasından imtina barədə məlumata” əsasən X3 09 avqust 2021-ci tarixində, yəni kreditin verilməsi ilə bağlı ərizə ilə müraciət tarixindən əvvəl vəfat etdiyi müəyyən olunmuşdur. Belə olan halda, kreditlə bağlı ərizənin elektron qaydada kim tərəfindən imzalanması və banka ünvanlanmasının, eləcə də pul vəsaitinin kim tərəfindən əldə edilməsinin dəqiqləşdirilməsi məqsədi ilə sonuncunun razılaşma bağlanan zaman təqdim etdiyi ***-***-**-** saylı telefon nömrəsinə dəfələrlə zənglər edilmişdir. Şəxsən özü 2023cü il sentyabr ayının sonlarında və oktyabr ayının əvvəllərində həmin mobil nömrəyə zəng edib əlaqə saxladığı vaxt həmin şəxs özünü Zamiq Zülfüqarovun maliyyə işlərini görən şəxs kimi təqdim edərək müəyyən çətinliklər olduğunu, kredit borcunu qısa müddətdə ödəyəcəklərini bildirmişdir. Lakin sonrakı müddətdə kredit ödənişləri yenə də edilmədiyi üçün o, həmin mobil nömrəyə zəng edərək əlaqə saxlamışdır. Həmin şəxs yenə də müəyyən problemlərinin yarandığını və borcu ödəyəcəklərini bildirmişdir. Lakin danışıq zamanı telefon zəngini cavablandıran şəxs heç bir halda Zamiq Zülfüqarovun vəfat etməsi barədə məlumat verməmişdir. Sonrakı müddətdə artıq həmin şəxsin bankı aldadaraq dələduzluq etdiyini düşünərək 11 oktyabr 2023-cü il tarixdə bu barədə Daxili İşlər Nazirliyinə ərizə ünvanlamışdır. Sonuncu dəfə 13 oktyabr 2023-cü il tarixdə ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək həmin şəxsə vəfat etmiş şəxsə məxsus elektron imzadan istifadə etməklə banka müraciət edib kredit götürərək dələduzluq etdiyini və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirmişdir. Həmin şəxs isə yenə də qısa müddətdə krediti ödəyəcəyini demişdir. Göründüyü kimi, X3 09 avqust 2021-ci il tarixində vəfat etməsinə baxmayaraq, müəyyən şəxs və ya şəxslər qanunsuz olaraq vəfat etmiş şəxsə məxsus elektron imzadan istifadə etməklə 03 noyabr 2021-ci il tarixində rəsmi sənədlə banka müraciət etmiş, aldatma yolu ilə 25.872.00 (iyirmi beş min səkkiz yüz yetmiş iki) manat vəsaiti ələ keçirərək banka xeyli miqdarda ziyan vurmuşdur. Eyni zamanda zərərçəkmiş (mülki iddiaçı) hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia və ona əlavələrdən görünür ki, Zərərçəkmiş şəxs ASC-nin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 320.1 və 320.2 maddəsi ilə təqsirləndirilməsinə dair 1(009)-223/2024 saylı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını, təqsirləndirilən şəxsin cinayət əməlləri nəticəsində vurulmuş birbaşa 25.872 (iyirmi beş min səkkiz yüz yetmiş iki) manat maddi ziyan və 5821 (beş min səkkiz yüz iyirmi bir) manat itirilmiş gəlir olmaqla, cəmi 31 693 (otuz bir min altı yüz doxsan üç) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsinə dair qərar qəbul olunmasını xahiş edilmişdir. Bundan sonra zərərçəkmiş (mülki iddiaçı) hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sisteminə müraciət edərək, təqsirləndirilən şəxsin əməlləri öz təsdiqini tapdığından bu əməllər nəticəsində vurulmuş ziyan Zərərçəkmiş şəxs ASC-yə ödənilməsini, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq hüquqi qiymət verilməsini xahiş edilmişdir. AZ-İİ № 161486 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 09 avqust 2021-ci il tarixdə “Prostat vəzinin bədxassəli yantörəməsi” səbəbindən vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il və 2022-ci il təvəllüdlü övladları vardır. Zərərçəkmiş şəxs ASC-yə ünvanlanmış 03 noyabr 2021-ci il tarixli “Maliyyələşdirmə üçün ərizə (Kredit Kart Əməliyyatı üzrə)” onlayn ərizənin surətindən görünür ki, həmin ərizə 03 noyabr 2021-ci il tarixdə saat 13:24-də mərhum X5 məxsus “ASAN imza” vasitəsilə imzalanıb təsdiqlənmiş və müraciət əsasında Zamiq Zülfüqarova 25.872 manat məbləğində kredit verilmişdir. Zərərçəkmiş şəxs ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, mərhum X5 adına Zərərçəkmiş şəxs ASC-də açılmış 5472 **** **** 2119 saylı kart hesabından “etopaz” onlayn qanuni mərc saytına 04 noyabr 2021-ci il tarixdə saat 11:31də 25 manat, saat 20:09-da 3.000 manat, saat 23:34-də 3.000 manat, 05 noyabr 2021-ci il tarixdə saat 04:27-də 6.000 manat, 06 noyabr 2021-ci il tarixdə saat 19:34-də 2.000 manat, 07 noyabr 2021-ci il tarixdə saat 13:02-də 1.000 manat, 08 noyabr 2021-ci il tarixdə saat 10:49-da 1.0 manat, 10 noyabr 2021-ci il tarixdə saat 15:45-də 1.000 manat, 12 noyabr 2021-ci il tarixdə saat 00:17-də 1.000 manat, 21 noyabr 2021-ci il tarixdə saat 00:54-də 20 manat və 25 noyabr 2021-ci il tarixdə saat 23:37-də 25 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20 dekabr 2023-cü il tarixli, 304-BLE-23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “etopaz” sistemində olan 10370012 saylı hesaba 5*** **** **** 2119 saylı kart hesabından 04 noyabr 2021-ci il tarixdə saat 11:31-də 25 manat, saat 20:09-da 3.000 manat, saat 23:34-də 3.000 manat, 05 noyabr 2021-ci il tarixdə saat 04:27-də 6.000 manat, 06 noyabr 2021-ci il tarixdə saat 19:34-də 2.000 manat, 07 noyabr 2021-ci il tarixdə saat 13:02-də 1.000 manat, 08 noyabr 2021-ci il tarixdə saat 10:49-da 1.000 manat, 10 noyabr 2021-ci il tarixdə saat 15:45-də manat, 12 noyabr 2021 -ci il tarixdə saat 00:17-də 1.000 manat, 21 noyabr 2021 -ci il tarixdə saat 00:54-də 20 manat və 25 noyabr 2021-ci il tarixdə saat 23:37-də 25 manat pul vəsaiti mədaxil edilmişdir. Bundan başqa, həmin “etopaz” hesabından 5213 **** **** 6125 saylı kart hesabına 05 noyabr 2021-ci il tarixdə saat 05:26-da 3.000 manat, saat 01:53-də 4.000 manat, 06 noyabr 2021-ci il tarixdə saat 19:26-da 1.000 manat, 08 noyabr 2021-ci il tarixdə saat 12:19-da 600 manat, 4098 **** **** 3572 saylı kart hesabına 02 yanvar 2022ci il tarixdə saat 01:09-da 200 manat və 26 yanvar 2022-ci il tarixdə saat 20:17-də 128 manat pul vəsaiti köçürülmüşdür. Həmçinin məktubdan görünür ki, qeyd olunan “etopaz” hesabı Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, “Elektron ünvan ” elektron poçt ünvanı və “+**********87” saylı mobil nömrə vasitəsilə açılmışdır. 25 noyabr 2023-cü il tarixli “mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefona baxış keçirilərkən “Qalereya” bölməsində mərhum X5 məxsus vergi uçotu haqqında şəhadətnamənin ön və arxa tərəflərinin fotoşəkilləri, üzərində “ZULFUGAROV ZAMİQ” yazısı və 5472 2496 3433 2119 rəqəmləri qeyd olunmuş Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik kartın fotoşəkli, həmçinin mobil telefonda quraşdırılmış “PAŞA Biznes” tətbiqi vasitəsilə Zamiq Zülfüqarova məxsus bank kartında olan məbləğə dair ayrı-ayrı tarixlərdə çəkilmiş ekran fotoşəkilləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı mərhum X5 məxsus “ASAN imza” mobil nömrəsini könüllü olaraq təqdim etmiş və həmin mobil nömrə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarından görünür ki, X1 adından Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə onlayn şəkildə ünvanlanmış və Təqsirləndirilən şəxs tərəfindən Zamiq Zülfüqarovun adına olan “ASAN imza” vasitəsilə təsdiqlənmiş “Maliyyələşdirmə üçün ərizə (Kredit Kart Əməliyyatı üzrə) və X1 adına olan “ASAN imza” mobil nömrəsinin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı mobil telefon Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinin maddi sübutları saxlama otağında saxlanılmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından ödəyən X4 tərəfindən Pasha Bank ASC-nin hesabına 6000 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından ödəyən Ayxan Ağasəfli tərəfindən Pasha Bank ASC-nin hesabına 2000 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Pasha Bank ASC-nin hesabına 2000 manat ödəniş edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən, Təqsirləndirilən şəxs tərəfindən 5000 manat "xxxx" ASC-nin hesabına ödəniş edilmişdir. “Şübhəli şəxs qismində tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib tutulmuşdur. 29 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-737/2023 saylı qərarı ilə, həbs etmənin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-99/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 02 (iki) ay olmaqla, 05 (beş) ayadək, yəni 27 aprel 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 01 (bir) ay olmaqla, 06 (altı) ayadək, yəni 27 may 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsi toplanmış mötəbər sübutlarla təkzib edildiyindən onun bu mövqeyinə tənqidi yanaşaraq onun özünümüdafiə xarakterli ifadəsi kimi qiymətləndirilmişdir. Belə ki, istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılarkən ona istinad olunan cinayət əməlini törətdiyini, özünü təqsirli bildiyini göstərmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama, bilə-bilə həmin saxta sənəddən istifadə etmə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməllərini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, təqsirləndirilən şəxsə məxsus mobil telefon cihazının yaddaşına baxış keçirilməsi protokolu, maddi sübutlar, eləcə də, iş üzrə toplanmış digər mötəbər dəlillərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndinə əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Eyni zamanda həmin qərarın 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsinin ifadələrini, iş materiallarına əlavə edilmiş maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən vurduğu 25.872 manat maddi ziyandan, iş materiallarında olan ödəniş qəbzlərinə əsasən 10.000 manat və zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən isə 5000 manat, ümumilikdə 15.000 manat zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC-nin hesabına ödəniş edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, vurduğu ziyandan qismən, yəni 15.000 manat ödəniş edilməsini, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə az ağır cinayət əməlini törətməsini və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsini və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdən 09 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı və 09 fevral 2024-cü il tarixdən 16 yanvar 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, mərhum Zamiq Zülfüqarovun adından saxta olaraq kredit almaq hüququ verən rəsmi sənəd hesab olunan elektron ərizəni istifadə etmək məqsədilə qanunsuz hazırlamış, qeyd edilən ərizə ilə həmin banka onlayn qaydada kredit götürməklə bağlı müraciət edərək bilə-bilə həmin saxta sənəddən istifadə etməsi ilə bağlı cinayət əməlini törətdiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 21/2025 saylı, 16 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur. Bundan başqa zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə istintaqı zamanı mülki iddia ərizəsi təqdim edərək təqsirləndirilən şəxsin cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs ASC-yə vurulmuş birbaşa 25.872 (iyirmi beş min səkkiz yüz yetmiş iki) manat ziyan və 5821 (beş min səkkiz yüz iyirmi bir) manat itirilmiş gəlir olmaqla, cəmi 31.693 (otuz bir min altı yüz doxsan üç) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Həmin qərarın 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Odur ki, məhkəmə, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASCnin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin cinayət əməlləri nəticəsində vurulmuş birbaşa 25.872 (iyirmi beş min səkkiz yüz yetmiş iki) manat ziyan və 5821 (beş min səkkiz yüz iyirmi bir) manat itirilmiş gəlir olmaqla, cəmi 31.693 (otuz bir min altı yüz doxsan üç) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsinə dair mülki iddiasını qismən, yəni Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan olunmuş ittiham çərçivəsində (25.872 manat) təmin edilməsini və Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan ümumilikdə 15000 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ASC-yə ödənildiyini nəzərə alaraq, cinayət nəticəsində dəymiş zərərin 10872 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi hissəsində təmin edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmasını, X1 adına olan “ASAN imza” mobil nömrəsi cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdən 09 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı və 09 fevral 2024-cü il tarixdən 16 yanvar 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 4 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödəniməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 10872 (on min səkkiz yüz yetmiş iki) manat maddi ziyan tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. X1 adına olan “ASAN imza” mobil nömrəsi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar