Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-210/2022 09.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxxxxx 1964-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 56 ünvanda, «Real market»in qarşısında, yolun kənarında Zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində, yəni sifariş verdiyi lülə kababın 6 manat pulunu ödəməkdən imtina etməsi səbəbindən münaqişə edərək, sol əli ilə sifətinin sağ tərəfindən, sağ əlindəki mətbəx bıçağının iti kənarı ilə sifətinin sol tərəfindən vuraraq Zərərçəkmiş şəxs sol yanaq nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanda ailəsilə birlikdə kirayəşin yaşayır. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 56 ünvanda, «Real market»in yaxınlığında kababxana icarəyə götürüb işlədir. Hadisədən 2 gün əvvəl Oleq kababxanaya gəlmiş, içəri daxil olub lülə kabab sifariş vermişdir. O, kababı hazırlayıb manqala qoyduqdan sonra, Oleq kababxanadan çıxıb getmişdir. O, Oleqə dəfələrlə zəng etsə də, telefona cavab verməmiş, hətta kababın hazır olmasını bildirmək üçün evinə də getmişdir. Lakin evdə heç kəsin olmadığını bilib geri qayıtmışdır. 11 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Oleqin «Real market»in qarşısında, yolun kənarında maşınını saxlayıb, maşında oturduğunu görüb ona yaxınlaşmış və Oleqdən sifariş verdiyi kababın 6 manat pulunu istəmişdir. Oleq cavab vermişdir ki, kababı yeməyib, pulunu verməyəcək. O, maşınının qapısını açıb Oleqə bildirmişdir ki, onun haqqını heç kəs kəsməyib, Oleq də kəsə bilməz, pulunu ödəsin. Oleq isə bir daha təkrar etmişdir ki, heç nə yeməyib, bu səbəbdən pul verməyəcək. Bununla bağlı aralarında mübahisə yaranmışdır. O, əli ilə Oleqin sifətindən vurmuş, sağ əlindəki mətbəx bıçağı ilə isə Oleqin sifətinə xəsarət yetirmişdir. Sifətindən qan gəldiyi üçün Oleq əvvəl maşınına oturmuş, sonra isə düşüb evinə getmişdir. Sonradan Oleqin onun barəsində şikayət etdiyini öyrənmişdir. Münaqişə 11 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində ünvan 4 ünvanda, «Real market»in qarşısında, yolun kənarında baş vermişdir. O, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 5 ünvanında ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs «kababçı Dadaş» kimi uzun müddətdir ki, tanıyır. Adının Ağakərim olmasını sonradan bilmişdir, hamı «Dadaş» deyə çağırır. Təqsirləndirilən şəxs «Real market»in yaxınlığında kababçı işləyir. O, özünə məxsus «Mersedes» markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təxminən hadisədən iki gün əvvəl yaxınlıqdan keçərkən Təqsirləndirilən şəxs kabab sifariş vermişdir. Lakin sonradan elə alınmışdır ki, sifariş verdiyi kababı yemək üçün gələ bilməmişdir. Buna baxmayaraq, 11 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 56 ünvanda, «Real market»in qarşısında dayanıb, avtomobilində oturduğu vaxt, Təqsirləndirilən şəxs yaxınlaşıb ondan sifariş verdiyi kababın 6 manat pulunu istəmişdir. O, cavab vermişdir ki, sifariş verdiyi kababı yeməmişdir, nə üçün 6 manat pul ödəməlidir və əlavə etmişdir ki, 6 manatı verməyəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs yumruqla və əlində olan bıçaqla isə sifətindən vurmuşdur. Bıçaq onun sifətinin sol tərəfini kəsmiş və üzündən qan axmağa başlamışdır. O, evə gedib özü sifətinin qanını dayandırmış və baş verənlər barədə DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Daha sonra ərizə ilə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət etmişdir. Münaqişə 11 avqust 2022-ci il tarixdə saat 11:00 radələrində ünvan 4 ünvanda, «Real market»in qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Cinayət təqibinə xitam verilməsini xahiş etdi. 12 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibbi ekspertizasının 11 avqust 2022-ci il tarixli 573 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol yanaq nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən bir qədər əvvəl, xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bıçağın tiyəsinin kəsərinin əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 24 avqust 2022-ci il tarixli 3/1146 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, bəraətverici əsaslar olmadan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin özünün və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasının tədqiqatının xərci 64 (altmış dörd) manat cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə aparılmış 24 avqust 2022-ci il tarixli 3/1146 saylı məhkəmə-ballistik ekspertizası tədqiqatının xərci 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-210/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-210/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver