Məhkəmə qərarları › İş №1(009)-210/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-210/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-210/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 11 fevral 1992-ci ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Xəzər rayonu, Qala qəsəbəsi ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü “Qala” qəbiristanlığın nəzarətçisi kimi təqdim edib ona qarşı yaranmış etibardan sui-istifadə edərək “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” tərəfindən mühafizə edilən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Qala” DTEQ-nun ərazisində yerləşən qəbiristanlıqda öncədən qəbir yerini 1050 manata satacağını yalan vəd verib inandıraraq 20 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Qala” qəbiristanlıqında Zərərçəkmiş şəxsla görüşüb milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 510 manat təşkil edən 300 ABŞ dollar nağd pulu, 1 həftə sonra təkrar həmin yerdə Zərərçəkmiş şəxsla görüşüb 500 manat pulu, 2 gündən sonra təkrar həmin yerdə sonuncu ilə görüşüb pulun qalan 40 manat hissəsini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməyərək aldatmaqla Zərərçəkmiş şəxs 1050 (bir min əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibardan sui-istifadə edərək 630 manat müqabilində “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” tərəfindən mühafizə edilən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Qala” DTEQ-nun ərazisində yerləşən qəbiristanlıqda qəbir yerləri üçün sənəd alacağını yalan vəd verib inandıraraq, 03 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şərab evi”-nin yaxınlığında yerləşən ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs Şahid məxsus "xxxx" ASC tərəfindən verilmiş **********249322 nömrəli kart hesabına köçürülmüş 630 manat pulu alıb ələ keçirərək, vədinə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 630 (altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs 8 il olar ki, tanıyır. Belə ki, o, “Qala qəbirstanlığında” usta işləyirmiş, İsmayıl da “Qala qəbirstanlığında” yerləşən qohumlarının qəbirlərini ziyarətə gəlib gedirmiş və qohumlarının qəbirlərini onlara təmizlətdirirmiş. Təxminən 6-7 ay əvvəl 2022-ci ilin may ayı olarmış ki, İsmayıl qəbirstanlığa gələn zaman ona qəbir yeri almaq istədiyini bildirmişdir. O, da qəbirstanlıqda olan 81 kv2 metr ərasizi olan torpaq sahəsinin göstərib, həmin torpaq sahəsinə 450 manat pul xərc çəkdiyini və həmin pulu ona verdiyi halda ona verə biləcəyini demişdir. İsmayıl da ona həmin torpaq sahəsində əlavə tikinti işləri aparmaq istədiyini, həmin torpaq sahəsinə 40 ədəd ağac əkdirmək istədiyinin və 2 nəfər üçün qəbir qazılmasını, qrabel tökülməsini bildirmişdir. O, İsmayılın dediklərini hesablayıb əlavə olaraq 1230 manat pul verəcəyini bildirmişdir. İsmayıl da razılaşmışdır. İsmayıl həmin vaxt ona beh olaraq 100 ABŞ dolları pul vermişdir. Bundan sonra İsmayıl həftədə bir dəfə, Qala qəsəbəsinə gəlib onunla görüşüb ona pul verirmiş. İsmayıl hər dəfə yerə baxan zaman ondan nə işlər gördüyünü soruşurmuş. O, da İsmayıla deyirmiş ki, “Bakı şəhər qoruğu” icazə veriləcək sonra qəbir qazılacaqdır. İsmayıl da onun dediklərinə inanıb getmişdir. Bir müddət keçdikdən sonra o, İsmayılla əlaqə saxlamış və işlərin tamamlanması üçün qalan 630 manat pulu verməsini bildirmişdir. O, İsmayıla istifadə etdiyi Qala qəsəbə sakini Şahid məxsus "xxxx" tərəfində bank kartını və Əlvan Əliyev adlı tanışının MKTİ işçisinə məxsus “Paşa Bank” tərəfindən verilmişbank kartlarını göndərmişdir. İsmayıl da 630 manat pulu Şahid adına olan bank kartına pulu köçürmüşdür. Elməddin də həmin 630 manat pulu çıxardıb ona vermişdir. Həmin pulları o, materiala daş, qum sement alıb torpaq sahəsinə tökmüşdür. Lakin müddət keçdikdən sonra o, həmin yerdə işləri görməmişdir. İsmayıl ondan pullarını istədikdə o, ona pulu qaytaracağını deyirmiş. Lakin İsmayıldan aldığı pulu qaytara bilməmişdir. “Qala qəbirstanlığında” İsmayıla satacağı torpaq sahəsinə “Bakı şəhər, qorux idarəsi” nəzarət edir və qəbirstanlıqda torpaqların sənədlərini onlar verirmişlər. O, Zərərçəkmiş şəxs pulu alan zaman həmin pulun müqabilində “Qala qəbirstanlığında” qəbir yeri üçün torpaq sahəsi verməyəcəyini bilirmiş lakin pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs həmin pulu almışdır. O, ilk olaraq “Qala qəbirstanlığında” qəbir yeri üçün Zərərçəkmiş şəxs 1050 manat pul alıb ehtiyaclarına xərcləmişdir. Bir müddət keçdikdən sonra təkrar pula ehtiyacı olduğundan o, İsmayıldan pul almaq qərarına gəlmiş və ikinci dəfə ona torpağa sənəd almaq lazım olduğunun deyib 630 manat pul istəmişdir. İsmayıl da razılaşıb həmin 630 manat pulu onun ona göndərdiyi Şahid kartına göndərmişdir. O, təqsirləndirilən və şahid qismində verdiyi ifadələrində göstərməsinə səbəb Elməddini çağrılmamasın deyə o, kartdan pulu özü çıxırartdığını demişdir. Həmin pulun hamısını o, götürmüş, Elməddinə heçnə verməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın iyirmi beş faizinin dövlət büdcəsinə ödənildiyini və barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayında özü və ailə üzvləri üçün qəbir yeri almaq istəyirmiş. Onun əsli Qala qəsəbəsindən olduğundan Bakı şəhəri, Qala qəsəbəsində yerləşən “Qala qəbirstanlığında” qəbir yeri kimi 0,01 ha torpaq sahəsi almaq üçün qəbirstanlığa getmişdir. Həmin vaxt orada nəzarətçi kimi özünü təqdim edən Vüsal adlı şəxslə söhbət etmişdir. Sonradan Vüsalın Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Elvüsalla danışan zaman o, ona qəbirtsnalıqda 2 daşla hasara alınmış yeri göstərdi və bildirmişdir ki, həmin yer 10 nəfər şəxs üçün nəzərdə tutulmuş 10x9 metr qəbir yerləridir. Elvüsal həmin torpaq sahəsinin ona məxsus olduğunu və satdığını bildirmişdir. Elvüsal həmin torpaq sahəsində ağaclar əkəcəyini, əlavə olaraq torpaq sahəsini hasarını 2 daş qaldırcağını bildirib ümumilikdə ondan 1050 manat alacağını bildirmişdir. O, da etiraz etməmişdir. 20 may 2022-ci il tarixdə o, Elvüsalla Qala qəbirstanlığında görüşüb ilk olraq 300 ABŞ dolları azərbaycan məzənnəsi ilə 510 manat pul vermişdir. Elvüsal ondan 300 ABŞ dollarını alıdqdan sonra işə başlayacağını bildirmişdir. 1 həftə keçdikdən sonra o, təkrar Elvüsalla “Qala qəbirstanlığında” görüşmüş və ona əlavə olaraq 1 ədəd 500 manatlıq əskinazdan ibarət 500 manat pul vermişdir. Elvüsal da ondan pulu götürüb ayın sonuna qədər işləri görüb qurtaracağını bildirmişdir. O, da onunla razılaşmışdır. Bir neçə gündən sonra o, təkrar Elvüslla “Qala qəbirstanlığında” görüşüb ona qalıq qalmış 40 manat pul da vermişdir. Elvüsal ondan pulu aldıqdan sonra bir neçə günə işi həl edəcəyini bildirdmişdir. O, da etiraz etməmişdir. Bir neçə gün keçdidkdən sonra yəni 03 iyun 2022-ci il tarixdə Elvüsal monunla telefonla əlaqə saxlamış və bildirmişdir ki həmin torpaq sahəsinə sənəd almaq üçün 2 nəfər üçün qəbir yerləri qazılmalıdır, daha sonra qoruğun işçiləri gəlib həmin qəbir yerlərinə baxdıqdan sonra dövlət rüsumalrı ödənilməlidr və bundan sonra qoruğ tərəfindən həmin torpaq sahəsinə sənəd veriləcəkdir. Elvüsal qoruğa ödəniləcək rüsumun hər bir qəbir yeri üçün 315 manat olmaqla ümumilikdə 630 manat olduğunun bildirmişdir. O, ilk olaraq etriaz etmiş və Elviisala bildirmişdir ki, o, həmin torpağı ondan alan zaman 1050 manata razılaşmışdır o, ona sənəd üçün rüsum ödəsi ilə bağlı heçnə deməmişdir. Elvüsal ona torpaq sahəsində işi görəcəyini bildirib rüsumu onun ona vatçapla göndərdiyi “Pasha bank” tərəfindən Əlvan Əliyevin adına verilmiş kart hesab nömrəsinə ödəməsini bildirmişdir. O, da Elvüsalın dediyi ilə razılaşmış lakin həmin kart hesab nömrəsinə pulu göndərə bilməmiş və bu barədə Elvüsala demişdir. Bundan sonra Elvüsal təkrar vatçap vasitəsi ilə ona "xxxx" tərəfindən verilmiş bir kart hesab nömərsi göndərdi və pulu həmin kart hesabına ödəməsini bildirmişdir. 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Landmark” şirkətin yerləşdiyi binanın arxa tərəfində Xəqani küçəsində yerləşən “Şərab evi” mağazasının yaxınlığında yerləşən ödəmə terminalı vasitəsi ilə Elvüsalın ona vatçapla göndərdiyi "xxxx" tərəfindən Şahid adma verilmiş bir kart hesab nömərsinə 630 manat pul göndərmişdir. O, Elvüsala pulu göndərdikdən bir neçə gün sonra əlaqə saxlayıb işi qurtarıb qurtarmadığını soruşmuşdur. Elvüsal da ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bir müddət keçdikdən sonra o, Elvüsalın ona satdığı torpaq sahəsinə baxmaq ümün “Qala qəbirstanlına" getmiş və görmşdür ki, Elvüsal həmin torpaq sahəsində heç bir iş görməmişdir. Sonradan orada şəxslərdən maraqlanmış və ona bildirmişlər ki, Elvüsal “Qala qəbirstanlığın”da heç kimdir, o, heç kimə torpaq sahəsi verə bilməz, ümumiyətlə qəbir üçün torpaq sahəsi satılmır, ətraf kənd sakinləri üçün qəbir yerləri pulsuzdur. Həmin vaxt o, başa düşmüşdür ki, Elvüsal onu aldadıbdır. O, Elvüsalla əlaqə saxlayıb pulunu geri qaytarmasını bildirmiş o, da onun pulunu qaytarayacağını bildirmişdir. Lakin Elvüsal ondan aldığı 1680 manat pul geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında “Qala qəbirstanlığında” qəbir üçün torpaq sahəsi almaq məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Qala qəbirstanlığında” hissəhissə olmaqla ümumilikdə 1050 manat vermişdir. 03 iyun 2022-ci il tarixdə isə “Qala qəbirstanlığında” yerləşən torpaq sahəsini sənədləşdirmək üçün Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən “Şərab evi”-nin yaxınlığında yerləşən ödəmə terminalı vasitəsi ilə Elvüsalın onu vatsapla göndərdiyi "xxxx" tərəfindən Şahid adına verilmiş bir kart hesab nömərsinə 630 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs 1680 manat pul verməsindən özündən başqa heç kimin məlumatı olmamışdır. Elvüsal ondan aldığı 630 manat pulu kiməsə verəcəyi barədə heçnə deməmişdir. O, ona demişdir ki, güya qoruğdan gəlib torpaq sahəsinə baxacaqlar, daha sonra isə heç kimin gəlib baxmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərilmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Şors küçəsi döngə 2, ev 4-də qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Elvüsal Hüseyinli ilə dostluq münasibətləri vardır. X6 qəsəbəsində “Qala qəbirstanlığında” təmizlik işləri gördüyünü bilirmiş. O, ondan bir neçə dəfə xahiş etmişdir ki, onun “Qala qəbirsyanlığında” gördüyü işlərə görə ona pul verməlidirlər, onun kart yoxdur, o, ona öz kartını versin ona pul göndərsinlər. O. da etiraz etməmişdir. Vüsalın dediyinə görə onun kartına göndərilən pulu kartdan çıxarıb ona vermişdir. Sonuncu dəfə 2022-ci ilin iyun ayında Vüsal Hüseyinli ona bildirmişdir ki, ona pul göndərməlidirlər və o, onun kartını pul göndərən şəxsə vermişdir. 03 iyun 2022-ci il tarixdə ona məxsus Kapital Bank tərəfindən verilmiş **********249322 nömrəli hesab kartına 630 manat pul göndərilmişdir. O, da həmin pulu kartdan çıxardıb Elvüsalla görüşüb ona vermişdir. Onun kartına göndərilən 630 manat pulun hamısını Elvüsala vermişdir. 630 manat pulu onun kartına kimin göndərməsi ilə bağlı heç bir məlumatım olmamışdır. Zərərçəkmiş şəxs Qala qəsəbəsində yerləşən “Qala qəbirstanlığında” qəbir yeri alması barədə məlumatı olmamışdır. O, İsmayıl adlı şəxsi tanımamış və onun Qala qəsəbəsində “Qala qəbirstanlığında” qəbir yeri almaq istəməsindən heç bir məlumatı olmamışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 iyul 2022-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qəbir üçün torpaq almaq istədiyi yer Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “Qala qəbirstnalığıdır. Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 25 aprel 2023-cii il tarixli 7-2/04/13/148 nömrəli məktubundan görünür ki, Qala qəsəbəsində yerləşən qəbirstanlıq iki hissədən olmaqla qədimi və yeni qəbirstanlıqlara bölünür. Hazırda yeni qəbirstanlıq adlanan ərazidə Qala qəsəbəsinin sakinləri və müəyyən səbəblərdən başqa ərazilərdə yaşayan əslən Qaladan olan rəhmətə getmiş şəxslərin dəfn olunması nəzərdə tutulmuşdur. Qəbiristanlıq ərazisinə nəzarəti “İçərişəhər” DTMQİ-nin Qala qoruğundakı əməkdaşları tərəfindən aparılır. Cənazənin dəfn olunması üçün mərhumun qohumları tərəfindən hüquq müəyyənedici sənədlər (mərhumun ölümü haqqında arayış və şəxsiyyət vəsiqəsi) təqdim olunduqdan sonra, hər-hansı bir rüsum ödənilmədən dəfn olunmasına icazə verilir. Diskə baxış keçirilməsi haqqında 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş 416973** **** 9322 nömrəli kartın olduğu hesaba xx.xx.2022-ci il tarixdə köçürülən 630.00 manat vəsaitin müxaricinə dair mövcud görüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə tərəfimdən baxış keçirilərkən fotəşəklidə olan şəxsin Zərərçəkmiş şəxs 630 manat pulu göndərməsi üçün göndərdiyi Kapital Bank” ASC tərəfindən təqdim edilmiş 4169 7385 5224 9322 nömrəli kartın sahibi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan Şahid olduğu müəyyən olunmuşdur. Xəzər Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılnması cəzasına məhkum olunmuşdur. Səbail Rayon Polis İdarəsinin 18 yanvar 2023-cü il tarixli məktubundan və qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-210/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, “həbs” qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırmışdır. Səbail Rayon Məhkəməsinin 1(009)-210/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanası 14 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, X3 01 sentybar 2023cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir və bu səbəbdən iş üzrə icraat təzələnmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, X2 cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanan ərizə və ona əlavə olunmuş 11 oktyabr 2023-cü il tarixli 19968 saylı qəbzdən görünür ki, ona elan olunmuş ittihamın məbləğinin 25 (iyirmi beş) faizi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə eyni zamanda bildirir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Belə olan Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Oqtay qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar