Məhkəmə qərarları › İş №1(009)-210/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-210/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-210/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Masallı rayonu Öncəqala kəndində qeydiyyatda olan və ünvan 10-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə 01 fevral 2025ci il tarixdə saat 14:33 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi 3-cü massiv 20-ci küçə 4 ünvanda yaşayan rəfiqəsi Zərərçəkmiş şəxs yaşadığı ünvana qonaq gələrək həmin ünvanda olan zaman Zərərçəkmiş şəxs məxsus mobil telefonuna “LeoBankdan” SMS-lər gəldiyindən, onun mobil telefonunu alıb telefonda olan kartın şifrələrini dəyişməsini və bloklaşdırarkən, fürsət bilib mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus “5411 2498 0764 0235” seriyalı “LeoBank”a aid “Bir Bank” plastik kartının hesabındakı 300 (üç yüz) manat pulu özünə «LeoBank”a aid “Bir Bank” plastik kartının hesabında məxsus “****** 1324 8586” seriyalı “LeoBank”a aid “Bir Bank” plastik kartının hesabına köçürdükən sonra, həmin tarixdə saat 14:56 radələrində Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanda yerləşən “Araz” marketində quraşdırılmış “Million” “eManat” və “Terminal” aparatından 300 (üç yüz) manat pulu nağdlaşdırmaqla götürmüş, bununla da o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs çoxdan tanıyır. 01 fevral 2025-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı ünvan 3 ünvanda olan zaman, Əzizbəyim ona zəng edərək evdə tək olduğunu və onun yaşadığı ünvan 4 ünvanına gəlməyini bildirmişdir. Bundan sonra o, elə həmin günü Əzizbəyimin yaşadığı ünvan 4 ünvanına gəlmiş, həmin vaxtı Əzizbəyim evdə tək olmuş və o, onunla bir qədər söhbət edib çay içdikdən sonra Əzizbəyim ona öz mobil telefonunu verərək mobil telefonunda olan ona məxsus ”LeoBank”a aid hesab kartından mobil telefonuna SMS-lərin gəldiyini, mobil telefonunda olan əsas kartının şifrəsinin dəyişdirməsini və kodlaşdırmasını bildirmişdir. Bundan sonra o, Əzizbəyimə məxsus mobil telefonunda ona məxsus ‘'LeoBank”a aid kartının şifrələrini dəyişərkən, kartda 420 manat olduğunu görmüş, bu zaman həmin pulları ələ keçirmək məqsədi ilə Əzizbəyimə məlumat vermədən onun xəbəri olmadan “LeoBank"a aid hesab kartından 300 manat pulu onlayın mobil telefon tətbiqi vasitəsini tətbiq edərək özünə məxsus “LeoBank”a aid hesab kartına köçürmüşdür. Bundan sonra o, elə həmin günü yəni 01 fevral 2025-ci il tarixdə saat təxminən 14:30 radələrində Əzizbəyimin yaşadığı ünvanı tərk edərək Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanın yaxınlığında yerləşən marketində quraşdırılmış “Million” “eManat” və “Terminal” aparatının vasitəsilə 300 manat pulu çıxardaraq nağdlaşdırıb götürmüşdür. Bundan sonra elə həmin günü yəni 01 fevral 2025-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhərində yaşayan bacısı Təranənin yaşadığı ünvanına qonaq getmiş və o, bacısına baş vermiş oğurluq hadisəsi barədə heç bir məlumat verməmişdir. Həmin günü saat təxminən 20:30 radələrində Əzizbəyim onun mobil telefonuna zəng edərək onun hesab kartına 1 manat pulu köçürməyini və hesab kartının açılmadığını bildirmişdir. Bu zaman o, öz hesab kartından Əzizbəyimin hesab kartına 1 manat pul köçürmüş, bir qədər sonra Əzizbəyim ona yenidən zəng edərək onun hesab kartından 300 manat pulun çıxarılmasını bildirərək onun tərəfindən çıxarılıb-çıxarılmamasını soruşmuşdur. Bundan sonra o, isə ona cavab olaraq onun hesab kartından 300 manat pulunun çıxarılmasından məlumatı olmadığını bildirmişdir. Elə həmin günü o, saat təxminən 21 radələrində bacısı Təranənin yaşadığı Sumqayıt şəhərində yerləşən ünvanın yaxınlığından yerləşən marketdə quraşdırılmış “Million” “eManat” və “Terminal” aparatının vasitəsilə əvvəllər Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində kirayə yaşadığı ev sahibi Nərminəyə ödəmədiyi kirayə haqqı olan 300 manat pulu onun hesab kartına köçürmüşdür. Bundan sonra 02 fevral 2025-ci il tarixdə o, saat təxminən 22 radələrində bacısı Təranənin yaşadığı Sumqayıt şəhərində olan zaman ona Səbail RPİ-nın 41-ci PB-dən polis əməkdaşları zəng edərək onun polis bölməsinə gəlməyini bildirmişlər. Bundan sonra isə həmin günü qorxub Səbail RPİ-nin 41-ci PB-nə getməmiş, 04 fevral 2025-ci il tarixdə isə o, Əzizbəyimin qardaşı X2 hesab kartına öz hesab kartından 300 manat köçürmüşdür. Bundan sonra 05 fevral 2025-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-nə gedərək orada polis bölməsinə oğluruq etdiyini etiraf edərək izahat vermişdir. Törətmiş olduğu cinayət əməlində peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, onunla düşmənçiliyi yoxdur, daimi bir-birilərinə qarşı normal münasibətdə olumuşlar. Təxminən 01 fevral 2025ci il tarixdə saat təxminən 12 radələrində o, yaşadığı ünvan 8 ünvanında tək olan zamanı ona məxsus “LeoBank”a aid hesab kartından mobil telefonuna SMS-lərin gəldiyindən və həmin SMS-lərin mobil telefonunda şifrələrini kodlaşdıra bilmədiyi üçün Təqsirləndirilən şəxs zəng edərək onun yaşadığı evə dəvət etmişdir. O, Təqsirləndirilən şəxs ilə bir qədər söhbət edib çay içdikdən sonra öz mobil telefonunu ona verərək mobil telefonunda ona məxsus “LeoBank”a aid hesab kartından mobil telefonuna SMS-lərin gəldiyini, mobil telefonunda olan hesab kartının şifrəsinin dəyişdirməsini və kodlaşdırmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs isə ona məxsus mobil telefonunda “LeoBank”a aid “hesab kartının şifrələrini dəyişdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs elə həmin günü yəni 01 fevral 2025-ci il tarixdə saat təxminən 14:30 radələrində onun yaşadığı ünvanı tərk edərək özünün dediyinə görə evinə getmişdir. Bundan sonra elə həmin günü yəni 01 fevral 2025-ci İKarixdə saat 18 radələrində yaşadığı evdə mobil telefonun şifrələrini dəyişdiyindən, lakin “LeoBank”a aid hesab kartının kodlaşdırmasını müəyyən etmişdir. Bu zaman o, “LeoBank”a zəng edərək məlumat aldıqdan sonra ona məlumat vermişlər ki, ona məxsus “LeoBank”a aid hesab kartında olan 420 manat puldan, 300 manat pul çıxarılaraq Təqsirləndirilən şəxs adına olan “LeoBank”a aid hesab kartına köçürüldüyünü və kart isə kodlaşdırılmışdır. Bundan sonra o, artıq başa düşmüşdür ki, Təqsirləndirilən şəxs tərəfindən onun mobil telefonun şifrələrini dəyişdirərkən mobil telefon tədbiqi onlayn vasitə ilə ona məxsus “LeoBank”a aid hesab kartında olan 420 manat puldan, 300 manat pulu öz hesab kartına köçürdüyündən şübhələnərək ona zəng edib bu barədə ondan kartından pulunun çıxarılmasını soruşaraq və hesab kartının açılması üçün onun hesab kartına 1 manat pul köçürməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs isə onun hesab kartından öz hesab kartına heç bir məbləğdə pul köçürmədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs artıq onun tərəfindən ona məxsus “LeoBank”a aid hesab kartında olan 420 manat puldan, özünə məxsus “LeoBank’’a aid hesab kartına 300 manat pulun köçürüldüyü və bu barədə isə artıq çıxarış əldə etdiyini bildirdikdə, Təqsirləndirilən şəxs etiraf edərək pulu oğurladığını və qaytaracağını bildirərək onun barəsində şikayət etməməyini xahiş etmişdir. O, isə ona təcili olaraq onun pulunu qatyarmasını bildirmiş, Təqsirləndirilən şəxs isə ona 300 manat pulu xərcilədiyini bildirmişdir. Bundan sonra o, 02 fevral 2025-ci il tarixdə 17 radələrində Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə və Səbail RPİ-nin 41-ci PB-nə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. 04 fevral 2025-ci il tarixdə isə Təqsirləndirilən şəxs tərəfindən onun qardaşı X2 hesab kartına öz hesab kartından 300 manat köçürmüşdür. Şikayətçi deyil və gələcəkdə də şikayəti olmayacağını bildirmişdir. İş materiallarında olan 30 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.21). İş materiallarında olan hadisə yerinə baxış keçiriməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 8 ünvanda olan zaman X6, 01 fevral 2025-ci il tarixdə saat 14:56 radələrində ünvan 9 ünvanda istifadəsində olan mobil telefon vasitəsi ilə ona məxsus “5411 2498 0764 0235” seriyalı “LeoBank”a aid “Bir Bank” plastik kartının hesabından elektron məlumat daşıyıcılarından istifadə etməklə 300'manat pulu özünə məxsus “****** 1324 8586” seriyalı “LeoBank”a aid “Bir Bank” plastik kartının hesabına köçürməsini əyani olaraq göstərməklə baxış protokol tərtib edilmişdir (c.i.v. 10-11). Həmçinin 01 fevral 2025-ci il tarixdə saat 14:33 radələrində Zərərçəkmiş şəxs adına olan “5411 2498 0764 0235” seriyalı “LeoBank”a aid “Bir Bank” plastik kartının hesabında 300 (üç yüz) manat pulun X3 adına olan «LeoBank”a aid “Bir Bank” plastik kartının hesabında məxsus “****** 1324 8586” seriyalı “LeoBank”a aid “Bir Bank” plastik kartının hesabına köçürülməsi barədə qəbz və X6 tərəfindən Zərərçəkmiş şəxs hesab kartından oğurladığı 300 manat pulun hesab kartından ələ keçirdiyi pulların sonuncuya ödədəcəyi barədə telefon Vathsapp yazışmalarının mətinləri cinayət işi materiallarına əlavə edilmişdir (c.i.v. 30-35). İş materiallarında olan “cinayət işinin icraatının dayandırılması haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, X6 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandrılmışdır (c.i.v.48-49). İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 08 aprel 2025-ci il tarixli məktubundan görünür ki, X6 07 aprel 2024-cü il tarixdə axtarışda olduğu üçün tutulmuşdur (c.i.v.52). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.53). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü maddəsi ilə ittiham elan edilmişdir (c.i.v.71-72). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 08 aprel 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs X3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxs X4 dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.91-93). İş materiallarında olan 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.95-96). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum edilməmişdir (c.i.v. 37). İş materiallarında olan AZ-İİ seriyalı, 536175 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2010-cu ildə Masallı rayonunda doğulmuşdur. Ata qrafasında “X9”, ana qrafasında “X7” qeyd edilmişdir (c.i.v.89). İş materiallarında olan AZ-İİİ seriyalı, 089829 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2013-cü ildə Masallı rayonunda doğulmuşdur. Ata qrafasında “X9”, ana qrafasında “X7” qeyd edilmişdir (c.i.v.90). İş materiallarına əlavə edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, X6 ona dəymiş ziyanı tam ödəyib, ondan şikayətçi deyil, gələcəkdə də şikayətçi olmayacaq. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamağa görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərəçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini və barışmasını, himayəsində azyaşlı övladının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs oğlu 07 aprel 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08 aprel 2025-ci il tarixdə Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs X5 hazırki iş üzrə 07 aprel 2025-ci il tarixdən 08 aprel 2025-ci il tarixədək tutulduğu müddət ümumilikdə 01 (bir) gün, təyin ediləcək azadlığın məhdudulaşdırılması cəzasına 01 (bir) günə 02 (iki) gün hesablanmalıb, təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 385 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdən 08 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-ünvan 10 ünvanını və iş yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 385 (üç yüz səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil Bürosunun «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar