Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-211/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Salyan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona məxsus bir ədəd 1.200 (bir min iki yüz) manat dəyərində «Lenovo» markalı noutbuku alacağına dair yalan vəd verib aldadaraq, 07 avqust 2020-ci il tarixdə saat 13:30 radələrində «Zümrüd Residense» tikinti şirkəti tərəfindən ünvan 2 ünvanında inşa olunan yaşayış binasının qarşısında həmin noutbuku başqa şəxsə göstərərək satacağını bildirib aldadaraq ələ keçirib hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 1.200 (bir min iki yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir.Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Samir” adı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3 “Lalafo” adlı internetelektron ticarət hesabında satışı ilə bağlı elanını yerləşdirdiyi özünə məxsus 1.600 (bir min altı yüz) manat dəyəri olan bir ədəd “Samsung” markalı “Galaxy S 20 Plus” modelli, **********24718 imei kodlu mobil telefon aparatını alacağı ilə bağlı yalan vəd verib aldadaraq, faktiki olaraq həmin mobil telefon aparatına görə heç bir pul vermək niyyətində olmadan, 04 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci Sahə qəsəbəsi Badamdar yolu ilə O.Dadaşzadə küçəsinin kəsişməsində yerləşən özbaşına tikili evlərin qarşısında həmin mobil telefonu yaxınlıqda olan tanışına göstərib satacağını bildirməklə ələ keçirərək hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 1.600 (bir min altı yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan RespublikasıCM-in 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının əvvəllərində maddi imkanı aşağı olduğu üçün qərara gəlmişdir ki, "tap.az” saytında yerləşdirilmiş mobil telefon və ya noutbuk satan şəxslərə zəng edib əşyaları almaq adı ilə ələ keçirərək satsın və pul əldə etsin. 06 avqust 2020-ci il tarixdə "tap.az” saytına daxil olmuş və orada 1.200 (bir min iki yüz) manata "Lenovo" markalı noutbukun satılmasını görmüş, istifadəsində olan 070 *** ** ** və 050 *** ** ** nömrələrdən notbuku satan, sonradan adının «Rəşat» olduğunu bildiyi şəxsə zəng edib noutbuku almaq istədiyini bildirmiş, onunla ünvan 2 ünvanda yerləşən "Zümrüd Residence" tikinti şirkətinin inşa etdiyi binanın qarşısında görüş təyin etmişdir. Bir neçə dəqiqədən sonra onlar həmin yerdə görüşmüşlər və «Rəşat» adlı şəxs özü ilə gətirdiyi «Lenovo» markalı noutbuku ona göstərmişdir. O, noutbuka baxdıqdan sonra götürmüş və müdrinə göstərib qayıdacağını, binanın 6-cı mərtəbəsinə qalxacağını bildirmişdir. Sonra o, «Rəşat» adlı şəxslə birlikdə həmin binanın 6-cı mərtəbəsinə qalxmış, onu dəhlizdə saxladıb müdirin yanına keçərək qayıdacağını demişdir. O, əlindəki noutbukla 6-cı mərtəbədə olan digər çıxışdan çıxıb oradan uzaqlaşaraq getmişdir və «Rəşat» adlı şəxs ona zəng etsə də, o, telefon zənglərinə cavab verməmişdir. Həmin gün bir neçə saat sonra «Lenovo» markalı noutbuku metronun «20 Yanvar» stansiyası ətrafında tanımadığı şəxsə 600 (altı yüz) manata satmış, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2020-ci ilin oktyabr ayının axırlarında yenə “tap.az” elektron səhifəsində satış üçün elan edilmiş mobil telefonlara baxarkən, əvvəllər tanımadığı bir nəfər şəxs tərəfindən “Samsung” markalı, “Galaxy S 20 Plus” modelli mobil telefon aparatının 1.600 (bir min altı yüz) manata satılıq elanına yerləşdirdiyini görmüş, həmin vaxtı qərara gəlmişdir ki, telefonun sahibi ilə danışsın, telefonu almaq adı ilə aldadıb ələ keçirsin və satıb pul qazansın. 04 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində “Samir”adlı şəxslə birlikdə o, telefonu satan qadının göndərdiyi adamın avtomobilinə əyləşmiş və xahiş etmişlər ki, onları mobil telefonu almaq istəyən şəxsin evinə, yəni Səbail rayonu Badamdar qəsəbəsində yerləşən dalan kimi çoxsaylı qarışıq küçə ilə getsinlər, orada, dəqiq tanımadığı fərdi həyət evlərindən birində yaşayan şəxsə telefonu verib pulu alacaq və həmin kişinin pulunu verəcəkdir. Həmin kişi razılaşmış və dediyi ara yollarla Badamdar qəsəbəsinin içərisində azdırmış, sonra həmin şəxsdən aldığı mobil telefonla birlikdə avtomobildən düşmüş, evlərin arasında gözdən itmiş və geri qayıtmamışdır. Həmin kişi istifadəsində olan 070 *** ** ** nömrəli mobil telefonuna dəfələrlə zəng edib harada olduğunu soruşanda, onu bir neçə dəfə azdırıb müxtəlif ara yollara çağırmış və sonradan zənglərinə cavab verməmişdir. Əvvəlcədən aralarında olan razılaşmaya əsasən, o, avtomobildən düşəndən sonra kişini yolda azdırdığı vaxt “Samir” adlı şəxs də həmin kişinin avtomobilindən düşüb qaçmışdır. Sonra Samirlə o, metronun “Neftçilər” stansiyası yaxınlığında görüşmüşdür. O, 20 ildən artıq vaxtdır, tanıdığı “Nail” adlı dostuna zəng edib satılıq mobil telefonu olduğunu, telefonu satmaq üçün ona köməklik göstərməsini və metronun “Neftçilər” stansiyasının yaxınlığında olduğunu demişdir. O, Samir ilə birlikdə Naillə görüşmüş, Nail onları öz tanıdığı, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən mobil telefon mağazasına aparmışdır. Orada o, öz şəxsiyyət vəsiqəsini təqdim edib həmin mobil telefonu 600 (altı yüz) manata satmış, həmin pulu Samirlə tam yarıya bölmüşdür. Əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onlarla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında qızı Şahid2 “Samsung” markalı “Galaxy S 20 Plus” modelli, mobil telefonu elektron səhifəsi ilə satış üçün yerləşdirmiş və dəyərini 2.200 (iki min iki yüz) manat məbləğdə qeyd etmişdir. 2020-ci ilin oktyabr ayının axırlarında “Lalafo” elektron səhifəsindən 070 *** ** ** saylı mobil telefon nömrəsinin sahibi Təqsirləndirilən şəxs qızı Tamaraya zəng edərək, qızının satış üçün internetə yerləşdirdiyi mobil telefonu almaq istədiyini demiş, qiyməti aşağı salmasını istədiyinə görə qızı Tamara həmin telefonu 1.600 (bir min altı yüz) manat məbləğdə pula satmağa razılıq vermişdir. Tamara işdə olduğuna görə ondan xahiş etmişdir ki, həmin “Samsung” markalı “Galaxy S 20 Plus” modelli mobil telefon aparatını almaq istəyən şəxslə görüşsün və mobil telefonu həmin adama satsın. 04 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində həmin şəxslə əlaqə saxlayıb özünə məxsus “Cherry QQ” markalı ** KJ *** dövlət nömrə nişanlı avtomobillə həmin şəxsin dediyi ünvana, yəni Səbail rayonu 20-ci Sahə dairəsinə getmiş, həmin vaxtı telefonu almaq istəyən şəxs yanında bir nəfər başqa şəxslə birlikdə onun avtomobilinə əyləşmişlər və xahiş etmişlər ki, onları mobil telefonu almaq istəyən şəxsin evinə, yəni Səbail rayonu Badamdar qəsəbəsində yerləşən dalan kimi çoxsaylı və dolanbaclı küçə ilə getsinlər, orada, dəqiq tanımadığı fərdi həyət evlərindən birində yaşayan şəxsə telefonu verib pul alsınlar. O, məcbur olub razılaşmış, həmin şəxs avtomobildən düşəndən sonra bir anlıq gözdən itmiş və o, həmin şəxsin hansı istiqamətdə getdiyini, hansı evə daxil olduğunu görə bilməmişdir. O, avtomobilinə geri qayıtdıqda, avtomobilində oturmuş ikinci adamın düşüb qaçdığını görmüşdür. Ona görə də, o, dərhal Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona cəmi 1.600 (bir min altı yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs oğlu ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur,. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “tap.az” saytında özünə məxsus dəyəri 1.200 manat olan "Lenovo" markalı noutbuku satması barədə elan yerləşdirmiş, 05 avqust 2020-ci il tarixdə ona 070-271-64- 64 və ***- ***-**-** nömrələrdən zəng edən şəxs noutbuku almaq istədiyini bildirmiş və 07 avqust 2020-ci il tarixdə saat təxminən 13:30 radələrində həmin şəxsin dediyi ünvan 2 ünvanda yerləşən "Zümrüd Residence" tikinti şirkətinin tikdiyi binanın qarşısında görüşmüşlər. O, noutbuku həmin şəxsə göstərmiş, həmin şəxs baxdıqdan sonra, noutbuku müdirinə göstərib qayıdacağını, binanın 6-cı mərtəbəsinə qalxacağını bildirmişdir. Onlar birlikdə 6-cı mərtəbəyə qalxmışlar, həmin şəxs onu dəhlizdə saxlatdıırb müdirin yanına keçib qayıdacağını demişdir. O, orada 15-20 dəqiqə gözləmiş və həmin şəxsin geri qayıtmadığını görərək onun getdiyi tərəfə baxmış, məlum olmuşdur ki, həmin yerdə yarı-tikili otaqlar vardır, heç kimi tapa bilməmişdir. Həmin şəxsə nə qədər zəng etsə də, telefonuna cavab verməmişdir. O, dərhal polisə müraciət etmişdir. Hadisə nəticəsində ona 1200 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs oğlu ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bayram təxminən bir neçə ildir ki, işləmək üçün Bakı şəhərinə gəlmiş, lakin o, oğlunun Bakı şəhərində kiminlə yaşadığı və ümumiyyətlə harada yaşadığını bilməmiş, Bayramın Bakı şəhərində cinayət törətməsi barədə heç bir məlumatı olmamışdır. 21 iyun 2021-ci il tarixdə onun ad günü olduğu üçün həmin gün Bayram Bakı şəhərində onun ad gününə görə yaşadıqları kəndə getmişdir. Həmin gün günorta saatlarında o, işdə olarkən Bayram evdə tək olmuş, həmin vaxtı polis avtomobillərinin evinə tərəf getdiyini görmüş, evə getdikdə, ona məlum olmuşdur ki, Bayram Bakı şəhərinə törətmiş olduğu cinayət əməlinə görə axtarışda olmuş, ona görə də, polis əməkdaşları onların evinə getmişdir ki, Bayramı Bakı şəhərinə aparsınlar. Bundan qorxan Bayram isə evlərinin ikinci mərtəbəsinin pəncərəsindən evin həyətyanı sahəsinə tullanmış və tullandığı zaman ayaqlarını sındırmış, ağrıdan yeriyə bilmədiyindən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşlarından öyrənməmişdən əvvəl o, oğlu Təqsirləndirilən şəxs hər hansı bir cinayət əməlinin törətməsindən məlumatlı olmamışdır. İş materiallarında olan 03 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilərək cinayət işin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 01 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs:
1. Balakən Rayon Məhkəməsinin 24.02.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinərək 05 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29.04.2014-cü il tarixli qərarı ilə hökm ləğv edilərək, cinayət işi 1-ci instansiya məhkəməsinə qaytarılmışdır. Zaqatala Rayon Məhkəməsinin 22.09.15-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 310 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin 14.03.2016-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır.
2. Şəki Rayon Məhkəməsinin 23.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 06 il, 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli qərarı ilə cəzası 05 il 07 aya endirilmişdir. 18.12.2018-ci tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 28 iyun 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 17.122021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş1200 manat məbləğində ziyan tamamilə ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 17.122021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 20.12.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 hesabına cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələr ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB**********35********) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Günel Səmədova