Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-211/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxxxx 1975-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyat olan, Bakı şəhəri Südçülük savxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə, saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi X2 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan 2011-ci il buraxılışlı, qara rəngli “Toyota Prius” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 105 ünvanında yerləşən “Bon Apetit” mağazasının qarşısından üzü Sahib İbrahimxəlilov küçəsi istiqamətində, hərəkət hissəsinin sol kənarı ilə saatda təxminən 30-40 km sürətlə idarə edən zaman "Yol hərəkəti haqqında" Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tələbləri görməyərək idarə etdiyi avtomobilin ön hissəsi ilə avtomobil yolunu sağdan sola doğru addımlayan xx xxxxxx 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncuya sol incik sümüyünün 1/3nin yerdəyişməyən sınığı, təpə nahiyəsinin əzilmiş, sağ yanağın sıyrılmış yaraları, sol budçanaq oynağının küt travması, təpə və sağ yanağın əzilmiş-cırılmış yaralarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 ay olar ki, 2011-ci il buraxılışlı, qara rəngli “Toyota Prius” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Uber” taksi şirkəti vasitəsilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur və həmin avtomobili idarə edir. X7 həmin avtomobilin sahibi olsa da X4 tərəfindən qeyd olunan avtomobili idarə edə bilməyi üçün 25 dekabr 2022-ci il tarixdə etibarnamə verilmişdir. Həmin etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. O, qeyd olunan avtomobili özünə məxsus AC seriyalı, 901564 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. Onun sürücülük vəsiqəsi qüvvədədir və sürücülük hüququndan məhrum olunmamışdır. 20 fevral 2023-cü il tarixdə, təxminən saat 13 radələrində idarə etdiyi «Toyota Prius» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində sol hərəkət hissəsi ilə saatda təxminən 30-40 km sürətlə hərəkətdə olduğu zaman ani bir vaxtda yolun sağ hissəsindən sol hissəsinə keçən qadın piyadanı görüb həmin piyadanı vurmamaq üçün avtomobilin əyləcini basmışdır. Lakin buna baxmayaraq o, avtomobili saxlaya bilməyib avtomobilin ön hissəsi ilə həmin qadının sol böyründən vurmuşdur. Həmin qadın zərbənin təsirindən asfalt örtüyünün üzərinə yıxılmışdır. Həmin vaxtı o, dərhal idarə etdiyi avtomobili saxlayıb, avtomobildən düşərək piyadaya yaxınlaşmışdır. Həmin vaxtı yaxınlıqda olan TTYS-nın avtomobilinin və TTYS-nın tanımadığı işçisinin olduğunu görmüşdür. O, həmin şəxsin köməkliyi ilə piyadaya köməklik göstərib həmin qadını təcili tibbi yardım avtomobilinə aparmışdır. Həmin avtomobildə həmin qadına, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə X9 aparmışlar. O da həmin təcili tibbi yardım avtomobilinin arxasıyca xəstəxanaya yollanmışdır. O, Nigara öz anket məlumatları, yəni yaşadığı ünvan və əlaqə nömrəsini söylərək səhhətində hər-hansı bir problem yaranarsa dərhal onunla əlaqə saxlamasını xahiş etmişdir. Həmin xəstəxanada həmimlər Zərərçəkmiş şəxs başından əməliyyat etmişlər. Orada həkimlər tərəfindən Zərərçəkmiş şəxs tibbi yardım göstərildikdən sonra sonuncu evə buraxılmışdır. O, Zərərçəkmiş şəxs səhhətini nəzarətdə saxlamaq üçün təxminən 3-4 saat həmin xəstəxanada gözləmişdir. Bundan sonra Səbail RPİ-dən ona zəng gəlmiş və o, Səbail rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə gedərək hadisə ilə bağlı izahat vermişdir. Hadisə ilə bağlı o, özümü günahkar hesab edir. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, Həmin vaxtı o, qeyd olunan avtomobili özünə məxsus AC seriyalı, 901564 nömrəli sürücülük vəsiqəsi və ƏN-Vİ №305842 seriya nömrəli etibarnamə əsasında idarə etmişdir. O, həmin vaxtı heç bir xəsarət almamışdır. Onun idarə etdiyi avtomobilə maddi zərər dəyməmişdir. Piyada Zərərçəkmiş şəxs həmin vaxtı avtomobil yolunu sağdan sola doğru piyada keçmək istəmişdir. Piyada Zərərçəkmiş şəxs avtomobil yolunu keçən zaman tək olmuş və yanında heç kim olmamışdır. O, piyada Zərərçəkmiş şəxs qeyd olunan yol-nəqliyyat hadisəsini törətdikdən sonra tanımış, əvvəllər Zərərçəkmiş şəxs tanımadığı üçün aralarında hər-hansı bir düşmənçilik və ya ədavət olmamışdır. O, piyadanı anidən, yəni təxminən 1 metr məsafədən gördüyü üçün hadisənin qarşısını ala bilməmişdir. Hadisə vaxtı onun idarə etdiyi avtomobildə sərnişin və ya yük olmamışdır. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı o, avtomobildə musiqiyə qulaq asmamış, siqaret çəkməmiş, telefonla danışmamış, hadisədən əvvəl o, spirtli içki qəbul etməmişdir. Belə ki, o, ümumiyyətlə spirtli içki qəbul etmir. O, qeyd olunan piyadanı vurduqdan sonra avtomobili saxlayıb dərhal piyada yaxınlaşıb, həmin vaxtı yaxınlıqda təsadüfən dayanmış vəziyyətdə olan təcili tibbi yardım avtomobilinin yanında olan TTYSnın tanımadığı işçisinin köməkliyi ilə Zərərçəkmiş şəxs köməklik göstərib həmin qadını təcili tibbi yardım avtomobilinə aparmışdır. Orada Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildikdən sonra həmin təcili tibbi yardım avtomobili ilə X9 aparmışlar. O da öz avtomobili ilə həmin təcili tibbi yardım avtomobilinin arxasıyca KTM-ə yollanmışdır. O, öz məlumatları barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. O, KTM-də olarkən polis əməkdaşları ona zəng etmiş və o, dərhal Səbail RPİ-nə gedərək baş vermiş yol-nəqliyyat hadisəsi barədə izahat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 20 fevral 2023-cü il tarixdə, təxminən saat 13 radələrində o, öz işlərinin dalıyca getmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 105 ünvanında yerləşən “Bon Apetit” mağazasının yaxınlığında avtomobil yolunu sağdan sola doğru piyada keçmək istəyən vaxtı yolun sol hissəsindən gələn nəqliyyat vasitələrinin onun yolu keçməyə qadir olacağı uzaqlıqda olmalarını görüb və yolu keçə biləcəyini düşünərək orada avtomobil yolunu sağdan sola doğru piyada keçib, təxminən 2 (iki) metr hərəkət etdikdən sonra ani bir vaxtda Badamdar şossesi ilə S.İbrahimxəlilov küçəsi istiqamətində sonradan bildiyi “Toyota Prius” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə onun sol böyründən vurmuşdur. Zərbənin təsirindən o, asfalt örtüyü üzərinə yıxılmışdır. Həmin vaxtı onu idarə etdiyi avtomobil ilə vuran sürücü, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlayaraq, avtomobildən düşüb ona yaxınlaşmışdır. Hətta həmin vaxtı orada “Caspian” İnternational Hospitalın yaxınlığında təsadüfən təcili tibbi yardım avtomobili dayanmışdır. Onu həmin vaxtı qeyd olunan təcili tibbi yardım avtomobilində ilkin müayinə olunduqdan sonra həmin təcili tibbi yardım avtomobili ilə X9 aparmışlar. Həmin xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışlar. Ona verilmiş suallar ətrafında cavab olaraq göstərmişdir ki, o, qeyd olunan tarixdə və məkanda avtomobil yolunu tək keçmiş, yanında heç kim olmamışdır. Həmin avtomobildə sərnişin olub-olmamasını xatırlamır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkldə ödənildiyi üçün, onun təqsirləndirilənə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, onunla barışmış, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 27 fevral 2023-cü il tarixli 20 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – Sol incik sümüyünün 1/3-nin yerdəyişməyən sınığı, təpə nahiyəsinin əzilmiş, sağ yanağın sıyrılmış yaraları, sol bud-çanaq oynağının küt travması, təpə və sağ yanağın əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 20 fevral 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən, hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 26 aprel 2023-cü il tarixli 8/1148 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: - hərəkət üçün təhlükə yaranan anda Toyota Prius markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən müvafiq olaraq 60,4-68,3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlar əsasında Toyota Prius markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələrini, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına olan AC seriyalı 901564 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti 04 iyul 2025-ci il tarixə kimidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 1997-ci il tarixdə Tərtər Qarnizonu Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 və 245-ci maddənin “D” bəndinə əsasən 10 il müddətinə azadlıqdan məhrumemə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam şəkldə ödənildiyi üçün, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbləri yoxdur, onunla barışmışlar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciə edərək, zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini, bu səbəbdən barəsində olan cinayət işinə bəraətverici əsas olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini, təqsirləndirilən şəxsin də öz növbəsində barəsində olan cinayət işinə bəraətverici əsas olmadan xitam verilməsinə etiraz etmədiyini bildirməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı cinayət təqibinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulnuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43, 321, 346, 347, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Kapital Bank”ın Səbail filialındakı hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Səbail Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-211/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-211/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver