Məhkəmə qərarları › İş №1(009)-211/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-211/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-211/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Saatlı rayonu, Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Qara Nuru Ərazi Dairəsi. Qara Nuru kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri ünvan 1 ünvana daşımış, Səbail RPİnin 8-ci Polis bölməsinin və Səbail RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 01 fevral 2024-cü il tarixdə saat 20:50 dəqiqədə Bakı şəhəri ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 22:10-dan etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 5 aya yaxın olar ki, narkotik vasitə qəbul edir. O, həmin narkotik vasitəni adlarını bilmədiyi müxtəlif şəxslərdən alır. 01 fevral 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yerləşən “Hamam” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün narkotik vasitə olan heroini (kokos) almışdır. O, həmin narkotik vasitəni, əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 01 fevral 2024-cü il tarixdə saat 20:45 radələrində Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən yaşadığı ünvanının qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşıb, özlərini Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 8-ci PB-nin əməkdaşları kimi təqdim edərək onu saxlayıb, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə olan zaman xidməti otaqların birində təhqiqatçı onun anket məlumatlarını dəqiqləşdirdikdən sonra ona şübhəli şəxs qismində tutulma qərarını elan etmiş və ona təklif etmişdir ki, hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişdir. Bundan sonra təhqiqatçı onun şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib edərək onu və müdafiəçisi İlqar Musayevi həmin protokolla tanış etmiş, hüquq və vəzifələri barədə bildiriş verərək hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı ona bildirmişdir ki, üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilməsi barədə qərar qəbul etmişdir. Onu həmin qərarla tanış etmiş, hüquq və vəzifələrini izah etmişdir. O, etiraz etməmişdir. Onu polis bölməsinə gətirən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl təhqiqatçı ona təklif etmişdir ki, üzərində paltarında, bədənində, əşyalarında qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş nə varsa, o cümlədən narkotik və psixotrop maddələr varsa təqdim etsin. O, şəxsi axtarış zamanı üzərində narkotik vasitə olan “heroinin” aşkar olunacağını anlamış və düşünmüşdür ki, əgər özü təqdim etsə məsuliyyəti yüngül olar. Buna görə də, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindəki bir ədəd bükümdə “heroin”-nın olduğunu bildirmiş və şəfaf selofana bükülmüş bir bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı bükümü açmış, içərisində tünd qəhvəyi rəngdə olan “heroini” aşkar etmişlər. O, bildirmişdir ki, həmin maddə narkotik vasitə olan Heroindir, həmin gün axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yerləşən “Hamam” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra həmin 01 ədəd şəfaf selofana bükülmüş büküm müvafiq qaydada zərfə qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdir. O, müdafiəçisi və polis əməddaşları zərfi imzalamışlar. Daha sonra üzərində şəxsi axtarış aparılmış və başqa heç nə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, o, vəkili və polis əməkdaşları protokola imza etmişlər. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, təxminən 5(beş) aydır ki, narkotik vasitə olan heroin, yəni “Kakos” qəbul etmişdir. Başqa məqsədi olmamışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış və götürmə zamanı və ya başqa vaxt heç kim ona psixi və ya fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, himayəsində azyaşlı uşağının olmasını, xəstə olduğunu və əvvəllər müalicə aldığını bildirirək barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiqləməklə bildirmişdir ki, Saatlı rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olduğundan 01 fevral 2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş qərar əsasında əməliyyat qrupu təşkil olunmuş və 01 fevral 2024-cü il tarixdə saat təxminən 20 radələrində Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməliyyat müvəkkilli Şahid1 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri ünvan 1 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın yaxınlığında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Timur Kandaurov onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi İlqar Musayevin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 01 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 20-ci yaşayış sahəsində yerləşən hamamın yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı məlumat daxil olduğundan 01 fevral 2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİnin 8-ci Polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş qərar əsasında əməliyyat qrupu təşkil olunmuş və 01 fevral 2024-cü il tarixdə saat təxminən 20 radələrində Səbail RPİ-nin X1 əməliyyat müvəkkilli Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri ünvan 1 ünvanın yaxınlığına yollanmışlar. Həmin vaxt qeyd edilən ünvanın yaxınlığında piyada şəkildə hərəkətdə olan əvvəlcədən əməliyyat məlumatı əsasında şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Bakı şəhəri Səbail RPİ- nin 8-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Timur Kandaurov onu şübhəli şəxs qismində tutduqdan sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi İlqar Musayevin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadə etmək məqsədi ilə 01 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 20-ci yaşayış sahəsində yerləşən hamamın yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini etiraf etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir predmet aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq möhürlənmiş və məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə etməmişlər və bu barədə sonradan keçirilən tədbirlər nəticəsində də hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “məhkəmə-kimyəvi” ekspertizasının 02 fevral 2024-cü il tarixli 3-16-16/2-6/746 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,223 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 02 fevral 2024-cü il tarixli aktdan görünür ki, 02 fevral 2024-cü il saat 10:20-də 0,223 qram qəbul olunub, 0,050 qram nümunə götürüldü və saat 12:35-də 0,173 qram maddə geri qaytarıldı. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “məhkəmə narkoloji” ekspertizasının 05 fevral 2024-cü il tarixli 746 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “məhkəmə kompleks ambulator-psixiatrik” və “məhkəmə-psixoloji ekspertizasının” 05 fevral 2024-cü il tarixli 283 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda emosional davamsız şəxsiyyət pozunsutu aşkar olunur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hadisələri düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyllik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət hadisəsini düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa və özündən uydurma fikirlər söyləməyə meyllilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs idrak proseslərində intellektual imkanlarında normadan kənaraçıxma halları müəyyən edilmədi. Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan hövsələsizlik, emosional reaksiyala meyllilik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi xarakterik xüsusiyyətlə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə, psixi-emosional halına görə törətdiyi əməl dövründə öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntüyə baxış keçirilir və müəyyən olunur ki, 01 fevral 2024-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Səbail RPİ-nin 8ci Polis bölməsinin və X1 əməkdaşlarının, 3 saylı vəkil bürosunun müdafiəçisi İlqar Musayevin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffad rəngli polietilen bükümün içərisindəki kütlənin heroin olmasını və 01 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Səbail rayonu 20-ci sahədə yerləşən hamamın yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz predmet aşkar edilməmişdir Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə, saat 20:50-də şübhəli şəxs qismində tutulmuş, 03 fevral 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərar ona 03 fevral 2024-cü ildə, saat 17:00-da elan olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, onun 22 dekabr 2017-ci il təvəllüdlü X6 adında uşağı vardır. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş tibbi sənədlərdən görünür ki, onda orta dərəcəli emosional-davamsız şəxsiyyət pozuntusu, sol saidin ön, sağ əlin arxa səthlərinin dəri çapıqları aşkar edilmişdir. Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlıdır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş məktuba əsasən Təqsirləndirilən şəxs xəstəxanada stasionar müalicədə olub. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən əldə edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 iyul 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əvvələr törətdiyi az ağır cinayət əməlinə görə məhkum olunduğu cəzasının sonu ilə azad edildiyi 17 iyul 2014-cü tarixdən 02 (iki) il keçdikdən və məhkumluğu üzərindən götürüldükdən sonra 01 fevral 2024-cü il tarixdə cinayət əməlini törətdiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxsdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”-nı əks etdirən videogörüntü, Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, cinayətin açılmasına fəal kömək etməsini, gənc olmasını, himayəsində azyaşlı övladının olmasını, sağlamlıq vəziyyətini, o cümlədən “emosional davamsız şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkdiyini və onda sol saidin ön, sağ əlin arxa səthlərinin dəri çapıqlarının aşkar edildiyini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “məhkəmə narkoloji” ekspertizasının 05 fevral 2024-cü il tarixli 746 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,173 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri Səbail rayonu E.Əzizov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olan yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,173 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 342 (üç yüz qırx iki) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-in Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar