Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-211/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun madafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Şamaxı rayonunun Şərədil kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, "xxxx" MMC mühafizə xidmətində mühafizəçi işləmiş, məhkum olunmamış, Şamaxı rayonu, Şərədil kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massivdə yerləşən ö/t yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2 və 156.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2 və 156.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs on iki yaşma çatmış lakin, on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmiş, habelə şəxsi həyatın sirri olan məlumatları, belə məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamış, başqasına vermiş və yaymışdır. Belə ki, o, 2024-cü ilin sentyabr ayının ortalarında cinsi ehtirasını təmin etmək məqsədilə həmin ilin iyun ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu, on iki yaşına çatmış lakin, on dörd yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən “Joker” oyun klubunun salonunda, 2024-cü ilin oktyabr ayının ortalarında günorta saatlarında yenidən qeyd olunan ünvanda, 2024-cü ilin oktyabr ayının sonlarında günorta saatlarında yenə də həmin ünvanda, 2024-cü ilin noyabr ayının əvvəllərində isə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi 1 ınında yerləşən 13 saylı mənzildə görüşərək qarışılıqlı razılıq əsasında öz cinsiyyət orqanını sonuncunun ağız boşluğuna və arxa keçəcəyinə daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olub Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmiş, habelə sonuncu görüş zamanı Zərərçəkmiş şəxs qarşı olan hərəkətlərini sonuncunun istəyinə zidd olaraq özünə məxsus “Samsung” markalı mobil telefon vasitəsilə video qeydə alıb, 14 noyabr 2024-cü il tarixdə “whatsapp” proqramı ilə tanışı Şahid1 göndərərək şəxsi həyatın sirri olan məlumatları qanunsuz toplamış, belə məlumatları əks etdirən video çəkiliş materiallarını başqasına vermiş və yaymışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı yazılı vəsatət verərək bildirdi ki, CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Odur ki, Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri kobud pozulduğundan cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntuya yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış (xx.xx.2011, 14 yaşına çatmamış) Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlərinin törədilməsini üzərində olan mobil telefon cihazı vasitəsilə video çəkiliş aparmaqla həmin iki ədəd videogörüntünü 14 noyabr 2024-cü il tarixdə tanışı Şahid1 göndərməklə müvafiq materialları yaymışdır. Həmin əməlinə görə Təqsirləndirilən şəxs CM-in 156.1-ci maddəsi ilə (Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) ittiham elan edilmişdir. Lakin Azərbaycan Respublikası CM-in 171-1.1.-ci (Uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsinə əsasən uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama – beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 171-1.2.5.-ci maddəsinə əsasən həmin əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin «Qeyd» hissəsinə əsasən CM-in 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür. CPM-in 7.0.33-1.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs (uşaq)- 18 yaşına çatmayan şəxsdir. CPM-in 7.0.33-2.-ci maddəsinə əsasən cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-1.1, 149.3.3, 150.2-1.1, 150.3.3, 152, 153, 171, 171-1-ci və 171-2-ci maddələrində göstərilən cinayətlərdən zərərçəkmiş və cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış şəxsdir. 04 mart 2025-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iki videogörüntüyə baxış keçirildiyi zaman aşağıdakılar müəyyən edilmişdir: -1:11 saniyə müddətində olan videodan görünür ki, zərəçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs çılpaq halda dizləri üstə çarpayıda oturmuş vəziyyətdə onu mobil telefon vasitəsi ilə video qeydə alan səsindən Təqsirləndirilən şəxs olduğu anlaşılan şəxsə video çəkiliş etməməsini israrla deyir, lakin sonuncu onun təkidlərinə məhəl qoymadan sol əli ilə tutmuş olduğu gərginləşmiş vəziyyətdə cinsiyyət orqanının Zərərçəkmiş şəxs ağzına salmasını məcbur edir və çəkdiyi videonu heç kimə göstərməyəcəyini bildirir, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinsiyyət orqanını öz ağzına salır, Təqsirləndirilən şəxs isə bu faəliyyətdən zövq aldığını səsi ilə hiss etdirərək video çəkilişi aparır; -0:24 saniyə müddətində olan videodan görünür ki, Təqsirləndirilən şəxs çılpaq halda çarpayıya üzü üstə uzandırmış olduğu zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arxa keçəcəyinə öz cinsiyyət orqanını salır və bu barədə də Zərərçəkmiş şəxs sual verərək cinsiyyət orqanının arxa dəliyinə daxil olub-olmadığını dəqiqləşdir həmçinin bütün bunları mobil telefon vasitəsi ilə video qeydə alır. Eləcə də qeyd edilən protokolla Təqsirləndirilən şəxs özünün +994-70-879-40-69 saylı nömrə ilə qeydə alınmış “Watsapp” sosial mesencer proqramı vasitəsi ilə Şahid1 məxsus +994-77-223-50-51 saylı nömrə ilə qeydə alınmış “Watsapp” sosial mesencer proqramına 14 noyabr 2024-cü il tarixdə saat 18:09-da 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı etdiyi seksual xarakterli hərəkətləri əks etdirən iki videogörüntüləri göndərməklə yayması öz təsdiqini tapmışdır. Bütün bunlara baxmayaraq iş üzrə məhkəmə-sənətşünaslıq ekspertizası təyin edilməmiş, qeyd edilən videogörüntülər ekspert tədqiqatına təqdim edilməklə pornoqrafik xarakterli olması, görüntülərdə pornoqrafik səhnələrin müəyyən edilməsi aydınlaşdırılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs elan olunmuş xx.xx.2025-ci tarixli ittihamnan görünür ki, o, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin oktyabr ayının ortalarında və 2024-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən “Joker” oyun klubunun salonunda, daha sonra isə 2024cü ilin noyabr ayının əvvəllərində saat 17 radələrində ünvan 1 ünvanında qarışılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız boşluğuna və arxa keçəcəyinə daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olub ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bakı şəhəri Səbail rayon prokurorluğunun böyük müstəntiqi, Araz Əkbərovun qəbul etdiyi “sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qarışılıqlı razılıq əsasında 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı 3 dəfə seksual xarakterli digər hərəkətlər etməsi vahid niyyətlə əhatə olunduğundan və Təqsirləndirilən şəxs əməlində CM-in 152.4.1-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə ittiham verilməsin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 07 yanvar 2021-ci il tarixli qərarına görə cinayət hüquq nəzəriyyəsində müvafiq əməlin ictimai təhlükəlilik dərəcəsindən və xarakterindən asılı olaraq cinayət tərkibləri 2 qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlər qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir. CM-in 152-ci maddəsinin dispozisyasından göründüyü kimi, həmin maddədə nəzərdə tutulmuş əməl formal tərkibli cinayət olmaqla, təqsirkarın 16 yaşına (14 yaşına) çatmayan şəxslə cinsi əlaqəyə girdiyi və ya onun barəsində seksual hərəkətlər etdiyi andan başa çatmış hesab edilir. Təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə dedikdə əvvəllər Azərbaycan Respublikası CM-nin 152-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq təqsirkarın yenidən cinsi əlaqədə olması və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətməsi hallarında mövcud olur. Əməl o halda təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə kimi tövsif edilir ki, əvvəlki cinsi əlaqədə olmaya və ya seksual xarakterli digər hərəkətləri etməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin və ya buna görə şəxs məhkum olunmasın. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs eyni gündə deyil, fərqli-fərqli tarixlərdə (2024cü ilin oktyabr ayının ortaları, 2024-cü ilin oktyabr ayının sonları və 2024-cü ilin noyabr ayının əvvəlləri) verilmiş ittihama münasibətdə ümumilikdə üç dəfə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Törədilmiş əməllər ictimai təhlükəli olmaqla hər bir əməldə cinayət tərkibinin bütün əlamətləri mövcud olduğundan müstəqil cinayət əməli kimi nəzərdə tutulmuşdur. Bundan əlavə hazırki cinayət işində zərərçəkmiş şəxslə seksual xarakterli digər hərəkətlərin törədildiyi şəraitin təqsirkarın vahid qəsdi (niyyəti) ilə əhatə olunmasını təsdiq edən kifayət qədər dəlillər toplanmamış, Təqsirləndirilən şəxs fərqli-fərqli tarixlərdə törətdiyi hər bir müstəqil cinayət əməlini vahid əməl kimi qiymət verməklə ətraflı araşdırmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətin törədilməsi anınadək yetkinlik yaşına çatmamış şəxs (14 yaşına çatmayan şəxs) barəsində müvafiq materialları yayması və 14 yaşına çatmayan şəxs barəsində təkrarən 3 epizod üzrə seksual xarakterli digər hərəkətlər etməsi ilə əlaqədar onun əməlində CM-in yuxarıda qeyd olunan digər maddələrinin tərkib əlamətlərinin olub-olmamasının, yəni işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamış, həmin xüsusatlara hüquqi qiymət verilməmiş, nəticədə cinayətin əlamətləri ilə bağlı zəruri halların göstərilməsi təmin edilməyərək ittihamın mahiyyəti dəqiqləşdirilməmişdir. Halbuki, CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 8.0.3-cü maddəsinə görə cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsi olduğu halda məhkəməyədək icraat zamanı yuxarıda qeyd edilən xüsusatlar tam və ətraflı araşdırılmadan cinayət işi üzrə ittiham aktı tərtib edilərək, iş məhkəməyə göndərilmişdir. İstintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsinin üsulu (təqsirkarın istifadə etdiyi yanaşma qaydaları və metodlarının məcmusu) qeyri-müəyyən olaraq qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 dekabr 1994-cü tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin konkret olaraq nədə ittiham olunduğu təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında konkret göstərilməlidir. Habelə CPM-in 289.4-cü maddəsinə əsasən isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Qanun normasının mənasına görə, bu məlumatlarla işin ilkin sübutlarla müəyyən edilmiş faktiki halları arasında uyğunluq olmalıdır. CPM-in 223.1-ci maddəsində bildirilir ki, "Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur". Yəni, bu qərarın məzmunu sübutların cəmi ilə müəyyən edilmiş faktiki hallar barədə məlumatlardan ibarət olmalıdır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Bundan əlavə, Təqsirləndirilən şəxs CM-in 152.2 və 156.1-ci maddələri ilə ittiham elan edilmişdir ki, həmin cinayətlər üzrə təqsirin forması yalnız qəsdən törədilmədə ifadə olunur. Buna baxmayaraq ittiham aktının nəticə hissəsində ittihamın təsviri əks etdirilərkən CPM-in 223.3.2-ci maddəsinin tələbləri pozularaq təqsirin forması göstərilməmişdir. Cinayətin obyektiv və subyektiv cəhətinin əlamətləri cinayət işi üzrə ibtidai araşdırma zamanı qəbul edilən şəxsin "təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında" qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən orada "cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; (..) " göstərilir. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda təqsirin formasının əks olunmaması CPM-in 223-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi verilmiş ittiham ilkin sübutlarla müəyyən edilmiş işin faktiki halları ilə uyğunluq təşkil etməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının müvafiq olaraq CPM-nin 289-cu maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunan hallar bariz şəkildə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması hesab edilir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Odur ki, qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. CPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən ittiham aktının Cinayət Prosessual Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntusunu məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntuya yol vermiş Bakı şəhər Səbail Rayon Prokurorluğunun böyük müstəntiqi X1 barəsində xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-211/2025 saylı, 19 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2 və 156.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay, yəni 07 avqust 2025-ci il tarixədək uzadılmalı, həmçinin fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Prokurorluğunun böyük müstəntiqi X1 barəsində xüsusi qərar çıxarımalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300.1.5, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2 və 156.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay, yəni 07 avqust 2025-ci il tarixədək uzadılsın. Bakı şəhər Səbail Rayon Prokurorluğunun böyük müstəntiqi X2 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-211/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-211/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver