Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-212/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 3 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 dekabr 2022-ci il tarixdə saat 11:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25 mart 2022-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus üzərində 5(beş) manatlıq mobil nömrə və 5(beş) manatlıq qoruyucu olan 350,00 (üç yüz əlli) manat dəyərindəki “Samsung A51” markalı mobil telefonu, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobilin sürətlər qutusunun yanından götürüb qaçaraq həmin mobil telefonu açıq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 360(üç yüz altmış) manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir işlə məşğul olmadığından maddi vəziyyəti aşağı üçün 25 mart 2022-ci il tarixdə səhər saat 09 radələrində Səməd Vurğun parkı ətrafında gəzişən zaman asan yolla pul qazanmaq barədə düşünmüşdür. Bu zaman ağlına hər hansı taksiyə əyləşib sürücüyə məxsus olan mobil telefon və ya pulu oğurlamaq fikri gəlmişdir. Bu niyyətlə parkın ətrafında dayanmış taksilərdən olan boz rəngli "Mercedes Vito” markalı mikroavtobusa yaxınlaşmışdır. Sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi taksi sürücüsü ilə görüşüb özünə taksi lazım olduğunu əvvəlcə İçərişəhərə gedib bir neçə nəfər şəxsi götürüb sonradan Yeni Yasamala gedəcəklərini deyib, 15 manat pul verəcəyini sürücüyə demiş, sürücü də onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, avtomobilin qabaq sağ oturacağında əyləşmiş və onlar İçərişəhər istiqamətində yola düşmüşdürlər. Yolda olan zaman sürücü Zərərçəkmiş şəxs özünə məxsus olan "Samsung A51" markalı qara rəngli mobil telefonunu sürətlər qutusunun olduğu yerə qoymuşdur. O da həmin mobil telefonu görüb əlverişli şərait yaranan kimi oğurlamaq qərarına gəlmişdir. Onlar İçərişəhər Dövlət Qoruğundakı, İ.Əfəndiyev küçəsinə çatdıqa o Eldara avtomobili dayandırmasını deyib avtomobildən enərək sürücüyə avtomobili park etməyə kömək etmiş, sonra isa sürücüdən danışmaq üçün mobil telefonunu istəmişdir. O, telefonu Eldardan alıb baqajda yer hazırlamasını yüklərin gələcəyini demiş və sürücünün inanması üçün anasının istifadə etmədiyi mobil nömrəsinə yığıb telefonu qulağına tutaraq telefonla danışırmış kimi edib Eldardan bır neçə metr uzaqlaşmışdır. Sürücünün şübhələndiyini və baqajla məşğul olan zaman həm də ona baxmasını görüb inanması üçün bir neçə addım Eldara yaxınlaşmışdır. Bir neçə saniyə sonra sürücünün başının qarışdığını görüb dərhal telefonla birlikdə qaçmağa başlamışdır. Bu anda Eldarın da onun arxasınca qaçdığını görmüşdür. Bu zaman telefonu əynindəki cibinə qoymuşdur. Sürücü Eldarın onun arxasınca qaçaraq ona “qaçma dayan” sözlərini demiş, o isə var gücü ilə qaçaraq uzaqlaşmağa çalışmışdır. O "İçərişəhər"dəki hamamın arxa küçəsinə çatan anda telefon cibindən çıxıb yerə düşmüşdür. O həmin anda axaya çevrilib baxmış və telefonun ekranın ağardığını görmüş, Eldarın ona zəng çalacağını fikirləşərək geri qayıdıb telefonu götürməmiş və qaçaraq oradan uzaqlaşmışdır. Bir müddət sonra onu polis bölməsinə dəvət etmişlər. Orada törətdiyi əməli səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, eləcə də zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxındır ki, özünə məxsus etibarnamə əsasında idarə etdiyi **-LM-*** dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O, adətən Səməd Vurğun parkının yanında dayanıb müştəri gözləyir. 25 mart 2022-ci il tarixdə saat 09 radələrində həmin yerdə dayanıb müştəri gözləyən zaman bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq taksi lazım olduğunu bildirmişdir. O, İbrahimdən hansı ünvana gedəcəyini soruşduqda İbrahim ona İçərişəhərə gedib oradan bir neçə nəfər şəxsi götürüb Yeni Yasamal yaşayış massivinə gedəcəklərini bildirmişdir. O, İbrahimlə ümumilikdə 15 manata razılaşmışdır. Bundan sonra İbrahim avtomobildə qabaq sağ oturacaqda əyləşmiş və onlar birlikdə İçərişəhər Dövlət Qoruğuna getmişlər. O, özünə məxsus "Samsung A 51" markalı qara rəngli mobil telefonu avtomobildə sürətlər qutusunun idarəedicisinin olduğu yerə, yəni sərnişinlə onun arasındakı boş hissəyə qoymuşdur. Qoruğun içərisində bir qədər hərəkət etdikdən sonra İbrahim avtomobili saxlamağını bildirmişdir. O avtomobili saxladıqdan sonra İbrahim aşağı düşərək əlavə yüklərin olacağını söyləyib avtomobilin yük yerini açmağını və arxa oturacaqlarını ona uyğun nizamlamağı tapşırmışdır. O avtomobildən düşərək avtomobilin yük yerini açmış və arxa oturacaqları nizamlamağa başlamışdır. O bu işləri görən zaman İbrahim yenidən avtomobilə qayıdıb qabaq sağ qapını açaraq avtomobildən nə isə götürmüş və 3-4 metr kənara çəkilmişdir. O İbrahimin özünə məxsus hər hansı bir əşyanı unutmasını düşünüb ona fikir verməmişdir. Bütün bu proseslər 1-2 dəqiqə davam etmişdir. O avtomobilin qabaq tərəfinə keçərək mobil telefonunu götürmək istəyən zaman mobil telefonun yerində olmadığını aşkar etmiş və İbrahimə tərəf çevrilib baxan zaman həmin şəxsin telefonla danışa-danışa uzaqlaşmaq istədiyini başa düşmüşdür. O yeriyərək İbrahimə tərəf yaxınlaşmaq istəsə də, İbrahim onun yaxınlaşdığını və mobil telefonunu götürdüyündən xəbərdar olduğunu bilib qaçmağa başlamışdır. O ara küçələrlə İbrahimin arxasınca qaçsa da, onu tuta bilməmiş və gözdən itirmişdir. Bundan sonra DİN 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyan ödənildiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işinə əlavə edilmiş diskdə olan videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə 03 ədəd videofayl mövcuddur. 1-ci videofaylda boz rəngli qış gödəkçəsi və göy rəngli cins şalvar geyinmiş, üzü qara saqqallı, arıq bədən quruluşlu şəxsin boz rəngli “Mercedes Vito” markalı mikroavtobusun ön sağ sərnişin oturacağından endiyi, sonra isə yenidən həmin mikroavtobusa yaxınlaşıb ön sağ sərnişin qapısını açaraq Zərərçəkmiş şəxs məxsus olan “Samsung A51” markalı mobil telefonu götürüb uzaqlaşmaqla danışmağa başladığı müəyyən olunur. 2-ci videofaylda həmin şəxsin Zərərçəkmiş şəxs məxsus olan “Samsung A51” markalı mobil telefon ilə danışaraq Zərərçəkmiş şəxs uzaqlaşdığı və az sonra qaçmağa başladığı və həmin anda Zərərçəkmiş şəxs onun arxasınca qaçdığı müəyyən edilir. 3-cü videofaylda isə həmin şəxsin sol əlində Zərərçəkmiş şəxs məxsus olan “Samsung A51” markalı mobil telefonu tutaraq qaçması müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 9/3056 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən Respublika ərazisində yerləşən mobil alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etməklə, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasə ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 128 GB yaddaş tutumlu “Samsung A51” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə almaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 350,00 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 15 may 2022-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 15 may 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. 15 may 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. 16 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 16 may 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. 16 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 10 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 06 may 2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəxsiyyət vəsiqəsinin surətindən əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. – xx.xx.2017 X3. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Vətən Müharibəsinin iştirakçısı olmasını və himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək, 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-212/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-212/2022
12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver