Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-212/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi X2 və müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 Sərxan oğlunun, qanuni nümayəndəsi X3 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 2004-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Arazyağlıvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 6-cı mədən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 2007-ci ildə Astara rayonu, Pənsər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Pənsər ərazi dairəsi, Pənsər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan, barəsində “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri 150 saylı orta məktəbin 10-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3ərdi yaşayış evində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Sərxan oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 iyun 2023-cü il tarixdə saat 12.45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi məhkəməyə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Vəsatəti onunla əsaslandırmışdır ki, həmin cinayət işi 01 avqust 2022-ci tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə yetkinlik yaşına çatmayan tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinə məxsus Dənizkənarı Milli Parkın Bayıl Bulvarı sahəsində yerləşən su hovuzunun su motoru olan traplarının hər biri 725 manat, ümumi dəyəri 1450 manat təşkil edən 02 ədəd 2,10 x 0,70 metr ölçülü paslanmayan metaldan olan qoruyucu qapağını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Dənizkənarı Bulvar İdarəsi kommunnal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinə ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmələri faktı və bununla bağlı toplanmış materiallar olmuşdur. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə yetkinlik yaşına çatmayan tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar İdarəsinin Komunnal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinə məxsus Dənizkənarı Milli Parkın Bayıl Bulvarı sahəsində yerləşən su hovuzunun su motoru olan trapların hər biri 725 manat, ümumi dəyəri 1450 manat təşkil edən 02 ədəd 2,10 x 0,70 metr ölçülü paslanmayan metaldan olan qoruyucu qapağını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinə ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə CM-in 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 ittiham elan edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə CM-in 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 ittiham elan edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə iş üzrə ittiham aktı Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir . Cinayət işi tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədilə yetkinlik yaşına çatmayan tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Bulvar İdarəsinin Komunnal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinə məxsus Dənizkənarı Milli Parkın Bayıl Bulvarı sahəsində yerləşən su hovuzunun su motoru olan trapların hər biri 725 manat, ümumi dəyəri 1450 manat təşkil edən 02 ədəd 2,10 x 0,70 metr ölçülü paslanmayan metaldan olan qoruyucu qapağını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinə ümumilikdə 1450 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin cinayət işinin materiallarında olan Dənizkənarı Bulvar İdarəsinin xx.xx.2022-ci il tarixli ərizəsindən və hadisə yerinə baxış aktından görünür ki, oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Eləcə də, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində baş vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmə hazırlıq iclasında bildirmişdir ki, oğurluq cinayətini xx.xx.2022-ci il tarixdə 22:00 radələrində törətmişdir, xx.xx.2022-ci il tarixdə günorta radələrində anadan olduğu günü qeyd etmək üçün rayona getmişdir. Beləliklə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası CPM-nin 289, 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinin pozulması (cinayətin törədilmə vaxtı) bu Məcəllənin 303.3.6-cı maddəsinin tələblərinə əsasən cinayət işi üzrə ittiham aktının müvafiq olaraq cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır, eləcə də vəkil barəsində qeyd olunan pozuntu ilə bağlı təqdimatla Vəkillər Kollegiyasına müraciət edilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 84, 303 və 307-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora qaytarılması, həmçinin məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında ilkin dinləmələr zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, onların iş saatı səhər 08.00-də başlayır, xx.xx.2022-ci il tarixdə səhər saatlarında əraziyə baxış keçirən zaman mühafizədən onlara məlumat vermişlər ki, oğurluq hadisəsi baş verib. Bundan sonra idarəyə gedərək akt tərtib etmişlər. Bildirmişdir ki, oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində baş vermişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlu ilə birlikdə oğurluq cinayətini xx.xx.2022-ci il tarixdə 22:00 radələrində törətmişdir, xx.xx.2022-ci il tarixdə günorta saatlarında məktəbdən icazə almış və ad gününü qeyd etmək üçün rayona getmişdir. Cinayət işinin yenidən istintaq orqanına qaytarılması məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, ittiham aktında əməlin törədilmə vaxtı düzgün göstərilməmişdir. Bu səbəbdən dövlət ittihamçısının vəsatətin təmin edilməsini, cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs2 göstərmişdir ki, əməli xx.xx.2022-ci il tarixdə 22:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Sərxan oğlu ilə birlikdə törətmişdir. Vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, ittiham aktında əməlin törədilmə vaxtı düzgün göstərilməmişdir. Bu səbəbdən dövlət ittihamçısının vəsatətin təmin edilməsini, cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs3 Sərxan oğlu göstərmişdir ki, cinayəti xx.xx.2022-ci il tarixdə 22:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Cinayət işinin yenidən istintaq orqanına qaytarılmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs3 Sərxan oğlunun müdafiəçisi Müdafiəçi3 bildirmişdir ki, ittiham aktında əməlin törədilmə vaxtı düzgün göstərilməmişdir. Bu səbəbdən dövlət ittihamçısının vəsatətin təmin edilməsini, cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən dövlət ittihamçısının vəsatəti təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Halbuki, ittiham aktında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun oğurluq hadisəsinin xx.xx.2022-ci il tarixdə törətməsi göstərilmişdir. Məhkəmə hazırlıq iclasında həm cinayət işinin materialları ilə, həm də təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatları ilə sübuta yetirilmişdir ki, cinayət hadisəsi məhz xx.xx.2022-ci il tarixdə törədilmişdir. İş materiallarında olan Dənizkənarı Bulvar İdarəsinin xx.xx.2022-ci il tarixli ərizəsindən və xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış aktından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçən gecə “X8” adlanan ərazidə yerləşən su hovuzunun su motoru olan traplarının iki ədəd paslanmayan metaldan olan qoruyucu qapağı ( ümumi dəyəri 1450 manat) oğurlnmış, bir ədəd isə isə oğurluq məqsədi ilə bükülərək yararsız hala salınmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə hazırlıq iclaslarında ilkin dinləmələr zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və təqsirləndirilən şəxslər cinayət əməlinin xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində baş verdiyini bildirmişlər. Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktında Cinayət Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri, ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri və digər mühüm hallar tam əks olunmamışdır. Həmçinin CPM-in 223.4-cü maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın nəticə hissəsində törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərildiyi halda, təsviri-əsaslandırıcı hissədə CPM-in 223.3.2-ci maddəsinə əsasən, həmin maddə üzrə cinayət tərkibinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə vaxtı, ittihamın mahiyyəti tam əks olunmamışdır. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı iş üzrə ittiham aktı müvafiq hissələrdə CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Təsbit olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə ittiham aktında törədilmiş əməlin (oğurluq hadisəsinin) törədilmə vaxtının düzgün qeyd edilməməsi CPMin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Cinayət Prosessual Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntusudur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Qətimkan tədbirinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun barələrində seçilmiş “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, sadalanan xüsusatlara məcmu halında qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun barələrində seçilmiş “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, həmçinin fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X4 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 299, 300.1.5, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sərxan oğlunun barələrində seçilmiş “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X5 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 Sərxan oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-212/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-212/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver