Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-212/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçı 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Sabirabad rayonu,Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Şıxsalahlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri,Suraxanı rayonu, Əmircan qəsəbəsi T.Bağırov küçəsi ev 85-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, sosisal şəbəkə üzərindən tanış olduğu X4 mühasib vəzifəsində işlədiyi ünvan 1 ünvanında yerləşən «Avropa Azərbaycan Məktəbi»-nin rəhbərliyinin həvaləsinə əsasən,həmin məktəbi sosial şəbəkələrdə təbliğ etmək məqsədi ilə məktəbin adına “mavi tikli” «İnstaqram» səhifəsi açacağına dair Zərərçəkmiş şəxs yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə,sonuncunun adına olan "xxxx" və "xxxx" ASC tərəfindən verilmiş plastik bank kartları hesablarından,yaşadığı Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi,A.Abbaszadə küçəsi,ev 17,mənzil 106 ünvanında Təqsirləndirilən şəxslinin adına "xxxx" ASC tərəfindən verilmiş “LeoBank” plastik bank kartının hesabına 03 may 2022-ci il tarixdə,saat 18:36 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 50 manatı eyni üsulla 04 may 2022-ci il tarixdə, saat 01:34 dəqiqədə,“Unibank" ASC aid plastik bank kartından köçürülmüş 10 manatı eyni üsulla 06 may 2022-ci il tarixdə,saat 16:55 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 40 manatını eyni üsulla 07 may 2022-ci il tarixdə,saat 01:50 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 80 manatını eyni üsulla 09 may 2022-ci il tarixdə,saat 12:51 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 15manatını;eyni üsulla 07 iyun 2022-ci il tarixdə,saat 22:15 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 70 manatını eyni üsulla 16 iyun 2022-ci il tarixdə, saat 14:27 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 15 manatını eyni üsulla 18 iyun 2022-ci il tarixdə,saat 18:38 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 80 manatını eyni üsulla 19 iyun 2022-ci il tarixdə,saat 14:17 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 28 manatını və həmin günü saat 22:47 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 24 manatını eyni üsulla 21 iyun 2022-ci il tarixdə,saat 17:44 dəqiqədə, "xxxx"ASC aid plastik bank kartından köçürülmüş 55 manatını eyni üsulla 23 iyun 2022-ci il tarixdə,saat 22:19 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 11 manatını eyni üsulla 01 avqust 2022-ci il tarixdə,saat 19:22 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 25 manatını eyni üsulla 22 avqust 2022-ci il tarixdə,saat 19:31 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 43 manatını, eyni üsulla 28 avqust 2022-ci il tarixdə,saat 10:33 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 20 manatını eyni üsulla 30 avqust 2022-ci il tarixdə,saat 16:52 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 20 manatını eyni üsulla 05 sentyabr 2022-ci il tarixdə,saat 23:17 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 35 manatını;eyni üsulla 06 sentyabr 2022-ci il tarixdə,saat 02:03 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 15 manatını;eyni üsulla 09 sentyabr 2022-ci il tarixdə, saat 16:22 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 80 manatını eyni üsulla 27 sentyabr 2022-ci il tarixdə,saat 15:21 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 145 manatını eyni üsulla 29 sentyabr 2022-ci il tarixdə,saat 12:09 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 150 manatını eyni üsulla 30 sentyabr 2022-ci il tarixdə,saat 18:13 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürül¬müş 130 manatını eyni üsulla 01 oktyabr 2022-ci il tarixdə,saat 14:00 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 60 manatını və həmin günü saat 15:30 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 40 manatını eyni üsulla 03 oktyabr 2022-ci il tarixdə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 50 manatını ünvan 3 ünvanında yərləşən “Araz”Supermarket mağazasında quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə köçürülmüş 150 manatını, yenə də Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında onun adına "xxxx" ASC tərəfindən verilmiş “LeoBank”plastik bank kartının hesabına 04 oktyabr 2022- ci il tarixdə,saat 19:38 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 32 manatı; eyni üsulla 05 oktyabr 2022-ci il tarixdə, saat 14:22 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 44 manatını eyni üsulla 06 oktyabr 2022-ci il tarixdə, saat 17:42 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 80 manatını eyni üsulla 12 oktyabr 2022-ci il tarixdə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 50 manatını eyni üsulla 15 oktyabr 2022-ci il tarixdə,saat 14:31 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 100 manatını,həmin günü saat 14:33 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 15 manatını həmin günü saat 18:20 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 30 manatını və həmin günü saat 22:42 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartın¬dan köçürülmüş 50 manatını eyni üsulla 17 oktyabr 2022-ci il tarixdə,saat 17:48 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 70 manatını; həmin günü "xxxx" ASC aid plastik bank kartından köçürülmüş ayrı-ayrılıqda 320 və 200 manatını; eyni üsulla 20 oktyabr 2022-ci il tarixdə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 50 manatını; eyni üsulla 22 oktyabr 2022-ci il tarixdə, saat 02:04 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 170 manatını, həmin günü saat 13:00 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 100 manatını həmin günü saat 13:02 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 10 manatını və həmin günü saat 20:45 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 100 manatını eyni üsulla 23 oktyabr 2022-ci il tarixdə, saat 21:08 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürül-müş 48 manatını eyni üsulla 24 oktyabr 2022-ci il tarixdə,saat 17:04 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 30 manatını eyni üsulla 24 oktyabr 2022-ci il tarixdə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 52 manatını eyni üsulla 31 oktyabr 2022-ci il tarixdə,saat 18:50 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 30 manatını eyni üsulla 01 noyabr 2022-ci il tarixdə, saat 18:06 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 30 manatını; eyni üsulla 01 noyabr 2022-ci il tarixdə,saat 22:57 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 40 manatını eyni üsulla 02 noyabr 2022-ci il tarixdə, saat 15:04 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 90 manatını eyni üsulla 03 noyabr 2022-ci il tarixdə,saat 15:31 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 160 manatını eyni üsulla 04 noyabr 2022-ci il tarixdə, saat 01:59 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 30 manatını və həmin günü saat 19:21 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 130 manatını eyni üsulla 05 noyabr 2022-ci il tarixdə,saat 12:50 dəqiqədə, “Unibank’ASC aid plastik bank kartından köçürülmüş 50 manatını,həmin günü saat 15:18 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 80 manatını və həmin günü saat 17:50 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 80 manatını eyni üsulla 06 noyabr 2022-ci il tarixdə,saat 15:36 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 100 manatını həmin günü saat 16:21 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 100 manatını və saat 20:32 dəqiqədə,"xxxx"ASC aid plastik bank kartından köçürülmüş 30 manatını eyni üsulla 07 noyabr 2022-ci il tarixdə,saat 13:08 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 300 manatın eyni üsulla 08 noyabr 2022-ci il tarixdə,saat 19:32 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 150 manatını eyni üsulla 09 noyabr 2022-ci il tarixdə, saat 15:28 dəqiqədə, "Unibank” ASC aid plastik bank kartından köçürülmüş 300 manatını; həmin günü saat 15:40 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 15 manatını və saat 18:41 dəqiqə¬də."xxxx"ASC aid plastik bank kartından köçürülmüş 50 manatını; eyni üsulla 11 noyabr 2022- ci il tarixdə,saat 16:16 dəqiqədə."xxxx" ASC aid plastik bank kartından köçürülmüş 220 manatını və həmin günü saat 18:59 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 40 manatını eyni üsulla 12 noyabr 2022-ci il tarixdə, saat 17:09 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 70 manatını həmin günü saat 18:02 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 80 manatını həmin günü saat 18:24 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 20 manatını və saat 23:57 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş165 manatını eyni üsulla 13 noyabr 2022-ci il tarixdə,saat 11:58 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 170 manatını; eyni üsulla 14 noyabr 2022-ci il tarixdə,saat 03:48 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 30 manatını eyni üsulla 15 noyabr 2022-ci il tarixdə,saat 16:52 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 40 manatını; həmin günü saat 17:23 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 80 manatını və saat 21:10 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 48 manatını eyni üsulla 15 noyabr 2022-ci il tarixdə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş ayrı-ayrılıqda 170 və 170 manatını; eyni üsulla 16 noyabr 2022-ci il tarixdə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 140 manatını eyni üsulla 18 noyabr 2022-ci il tarixdə, saat 19:53 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 430 manatını və həmin günü saat 19:57 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 20 manatını eyni üsulla 19 noyabr 2022-ci il tarixdə,saat 11:44 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 390 manatını, eyni üsulla 20 noyabr 2022-ci il tarixdə,saat 15:06 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 120 manatını və həmin günü saat 22:48 dəqiqədə,"xxxx" ASC aid plastik bank kartından köçürülmüş 170 manatını eyni üsulla 25 noyabr 2022-ci il tarixdə, saat 01:08 dəqiqədə, "xxxx" ASC aid plastik bank kartından köçürülmüş 11 manatını ələ keçirib verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 7.341 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ildə “İnstagram” sosial şəbəkəsidə X7 ilə tanış olmuş, tanışlığa səbəb Zərərçəkmiş şəxs üçün sosial şəbəkədə açılmış “İnstagram” hesabında izləyici sayının artırılması üçün onun təklifini bəyənərək müraciət etməsi olmuşdur. 20000 izləyici artımı və şəkillərdə bəyənmə sayını artımı üçün Zərərçəkmiş şəxs onun adına olan “Leobank” kartına 100 manat köçürmüşdür. O, da öz növbəsində “İnstagram” hesabının izləyici artımı və şəkillərdə bəyənmə sayını artımı icra etmişdir. Bundan təxminən bir ay keçdikdən sonra, o, Zərərçəkmiş şəxs “İnstagram” hesabının rəsmi hesab kimi təsdiqlənməsi yəni “mavi tik” deyilən logonun əlavə edilməsi üçün müraciət etmiş o, da bunu təşkil etməsi barədə Zərərçəkmiş şəxs vəd vermişdir. Bu məqsədilə Zərərçəkmiş şəxs onun adına olan “Leobank” kartına hissə-hissə 8000 manata yaxın pul köçürmüşdür. Lakin o, Zərərçəkmiş şəxs vəd etdiyi “İnstaqram” səhifəsində “mavi tikli” logonu təşkil edə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki,o, 2022-ci ildə Səbail rayonu Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən «Avropa Azərbaycan Məktəbi»-də mühasib vəzifəsində işləmiş, işlədiyi dövr ərzində məktəbi sosial şəbəkədə təbliq etmək üçün “İnstagram” səhifəsini yaratmışdır. Bununla bağlı o, “İnstagram”-da tanış olduğu X6 ilə danışıqlar aparmışdır. Təqsirləndirilən şəxsli rəsmi instagram hesabın təsdiqlənməsi və “İnstaqram” səhifəsinə “mavi tikli” loqonun əlavə edilməsi ilə bağlı ona vəd vermişdir. Bu işin görülməsi ilə bağlı o, Təqsirləndirilən şəxslinin adına olan bank kartına hissə-hissə olaraq 2022-ci ilin noyabr ayına qədər ümumilikdə təxminən 7341 manat pul göndərmişdir. Lakin «İnstagram» hesabı rəsmi hesab olaraq təsdiqlənməmiş və hesaba“mavi tikli” loqosu verilməmişdir. X6 vədə əməl etmədiyindən o, polisə şikayət ərizəsi vermişdir. Ona ümumlikdə7341 manat ziyan dəymişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan 19 dekabr 2022-ci il zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli “axtarış elan edilməsi haqqında” qərarından görünür ki, X6 tutulmaqla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, təqsirləndirilən şəxs X6 11 fevral 2023-cü il tarix saat 12:30da saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilmiş və ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli AR DİN Səbail RPİ-nin 13 fevral 2023-cü il tarixli 47/2-4001 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxs X611 fevral 2023-cü il tarix saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, X6 barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və X1 Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs X6 barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli “axtarış elan edilməsi haqqında” qərarından görünür ki, X6 tutulmaqla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X6 barəsindətarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, təqsirləndirilən şəxs X6 18 aprel 2023-cü il tarix saat 15:30-da saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, X6 barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və X1 Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində seçilmiş “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan 23 aprel 2023-cü il tarixli istintaqa könüllü gəlmə protokoldan görünür ki, X6 istintaqa könüllü gəlmişdir. İş materiallarında olan 23 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə yeni məzmunda nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. İş materiallarında olan 23 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixli qəbz sürəti, "xxxx" ASC-dən götürülmüş bank məlumatların çıxarış siyahısı və "xxxx" ASC-yə aid bank məlumatların çıxarışları əks etdirən iki ədə CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-212/2024 saylı qərarından görünür ki, X6 barəsində axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 4884/2024 nömrəli məktubundan görünür ki, X6 23 iyul 2024-cü il tarixdə saxlanaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X6 ilə barışmış və dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli 26382 №-li qəbzdən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizini təşkil edən 1836 manat pul vəsaiti X6 tərəfindən Dövlət Büdcəsinə (X5) ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X6 ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaiti X6 tərəfindən dövlət büdcəsinə ödənildiyini müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X6 cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-212/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-212/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver