Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-213/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 oktyabr 2022-ci il tarixdə saat 10.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 0,459 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib özündə saxlayaraq daşımış, 19 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 31 ünvanında yerləşən “X6”ın qarşısında olarkən Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan və gümüşü rəngli kağıza bükülmüş və içərisində 0,459 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə -heroin olan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik maddə qəbul etməyinə görə məhkum olunmuşdur. Qəbul etdiyi narkotik vasitəni tanımadığı və şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən pulunu verib almış və bu cür əmələ görə əvvəllər məhkum olunmuşdur. 19 iyul 2022-ci il tarixdə narkotik vasitə heroini Yasamal rayonunda tanımadığı şəxsdən 15 manata almışdır. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Aldığı heroin üzərində olan zaman, yəni 19 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “X4”ın qarşısında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və özünü şübhəli apardığı üçün üzərində narkotik vasitə olubolmadığını soruşduqda o onlara üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail Rayon Polis 41-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan Cavanşir adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri qanunsuz əldə edib saxlaması, daşıması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə 19 iyul 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs “X4”ın qarşısında olması öyrənildikdən sonra həmin ünvana getmişlər və saat 20:30 radələrində hospitalın qarşısında narkotik təsirindən özünü şübhəli aparan Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmiş və ondan kimliyini soruşduqda o Təqsirləndirilən şəxs olduğunu bildirmişdir, ondan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olub-olmaması, üzərində narkotik vasitə olub-olmamasını soruşduqda o bildirdi ki, narkotik vasitə qəbul edir və üzərində də narkotik vasitə var. Onlar Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış və götürmə aparılması üçün 41-ci Polis Bölməsinə dəvət etmişlər, o onlarla gəlməyə razılıq verəndən sonra onu 41-ci PB-nin inzibati binasına gətirmişlər. Təhqiqatçı tərəfindən müdafiəçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulması barədə protokol tərtib edilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofanda olan gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur, təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Cinayət işində olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı özünü və iştirakçıları təqdim edir və şəxsi axtarışı aparılacaq Təqsirləndirilən şəxs hüquq vəvəzifələri ona izah edilir, sonra şəxsi axtarış və götürmə barədə qərarla şübhəli şəxs Təqsirləndirilən şəxs tanış edir, sonra şəxsi axtarışa başlanması elan olunmaqla təhqiqatçı elan edir ki, istintaq hərəkətinin gedişatının videoçəkilişi aparılır, iştirakçılar videoçəkilişə etiraz etmirlər. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edir ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində narkotik vasitə heroin olduğunu bildirir və təhqiqatçının təklifi ilə həmin cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxarır və təhqiqatçının təklifi ilə həmin bükümü açır, sonra gümüşü rəngli kağız bükümü açır və təhqiqatçıya verir, təhqiqatçı gümüşü kağız bükümü açır, içərisində qəhvəyi rəngdə kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümdəki narkotik vasitə heroindir, onu 19 iyul 2022-ci il tarixdə öz istifadəsi üçün Yasamal rayonunun ərazisindən tanımadığı şəxsdən almışdır. Bundan sonra həmin kütlə kağız zərfə qoyulur və möhürlənir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 20 iyul 2022ci il tarixli, 6/3914 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №239 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxsin təqdim etdiyi maddi sübut... Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,459 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. Herioinin təmiz çəkisi 0,459 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq-409 qr. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65,00 (altmış beş) manatdır. 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 19 iyul 2022-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 21 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 21 iyul 2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 21 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 08 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,459 qram narkotik vasitə heroin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınmış DVD disk cinayət işi materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,409 qram çəkidə narkotik vasitə- heroin olan bir ədəd zərf saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 4000 №-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs: -Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 6 ay azaldılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarı ilə 03 ay 13 gün vaxtında əvvəl cəzadan şərti azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya haqqında qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azadılıb. xx.xx.2013-cü il tarixdə cəza müddəti başa çatmış, şöbənin qeydiyyatından çıxarılmışdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 317- 2.1-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 66.3 və 67.1-ci maddəsi ilə 04 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, CM-nin 317-2.1-ci maddəsi hökmən xaric edilmiş və 234.1-ci maddə ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Nizami Rayon Məhkəməsinin 7(007)-629/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli hökmü ilə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 may 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 03 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 07 (yeddi) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs cəzası xx.xx.2020-ci il tarixdə bitdiyi üçün Səbail rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs bir azyaşlı uşağı vardır – xx.xx.2021-ci il tarixdə anadan olmuş X3. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs əvvəllər eyni əməllərə görə dəfələrlə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (gün) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4000№-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,409 qram (ilkin təmiz çəkisi 0,459 qram) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə” isitntaq hərəkətlərinin nəticələrini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,409 qram (ilkin təmiz çəkisi 0,459 qram) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə” isitntaq hərəkətlərinin nəticələrini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-213/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-213/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver