Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-213/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 87, Xəzər Rayon Polis İdarəsində inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, işgüzarlığı, o cümlədən istehsal fəaliyyəti ilə məşğul olması barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə əvvəllər müştərisi olmuş və bu səbəbdən ona inamı yaranmış Zərərçəkmiş şəxs2 07 (yeddi) ədəd “Avropa qapıları” əmtəə nişanlı qapıları emal etdirib sonuncuya məxsus mənzildə quraşdıracağına vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir hüquqa, o cümlədən, heç bir istehsal fəaliyyəti ilə məşğul olmamaqla emal etmə səlahiyyətinə malik olmadığı, həmçinin verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün Zərərçəkmiş şəxs2 məxsus olan 2500 (iki min beş yüz) manat pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2021-ci ilin iyul ayında ünvan 2 ünvanda yerləşən “Ağsaray” adlı Ticarət Mərkəzinin qarşısında sonuncudan alıb vədinə əməl etmədən aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Zərərçəkmiş şəxs1, övladı X2 X3 Hava Limanında nəzarətçi vəzifəsinə işə düzəldəcəyinə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün vahid qəsdlə əhatə olunan niyyətlə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 xahişi əsasında tanışı Şahid2 tərəfindən 25 iyun 2021-ci il tarixdə saat 20:38-də «Birbank» mobil tətbiqetmə vasitəsilə özünün təqdim etdiyi 416974*******6312 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1000 (bir min) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs1 xahişi əsasında sonuncunun tanışı Şahid2 tərəfindən 27 iyun 2021-ci il tarixdə saat 04:25-də “Birbank” mobil tətbiqetmə vasitəsilə özünün təqdim etdiyi 416974*******6312 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 200 (iki yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs1 xahişi əsasında sonuncunun tanışı Şahid2 tərəfindən 05 iyul 2021-ci il tarixdə saat 15:31-də “Birbank” mobil tətbiqetmə vasitəsilə özünün təqdim etdiyi 416974*******6312 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1500 (bir min beş yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs1 tapşırığı əsasında sonuncunun övladı Şahid1 tərəfindən 20 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Şahdağ” adlı ərzaq mağazasında quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə X1 adına olan 416973******9041 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 650 (altı yüz əlli) manat miqdarında pulun köçürülməsinə nail olub vədinə əməl etmədən aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 3350 (üç min üç yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, işgüzarlığı, o cümlədən istehsal fəaliyyəti ilə məşğul olması barədə “instagram” sosial şəbəkəsində “online_tikinti_mərkəzi” adlı səhifədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar yerləşdirməklə ona inamı yaranmış Zərərçəkmiş şəxs3 05 (beş) ədəd taxta materialdan olan qapı və 2 (iki) ədəd qapı tacını emal etdirib sonuncuya məxsus evdə quraşdıracağına vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir hüquqa, o cümlədən heç bir istehsal fəaliyyəti ilə məşğul olmamaqla emal etmə səlahiyyətinə malik olmadığı, həmçinin verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün vahid qəsdlə əhatə olunan niyyətlə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs3 tərəfindən 29 iyun 2022-ci il tarixdə saat 22:53:59-da Şamaxı şəhəri H.Əliyev prospektində yerləşən “Fayton” adlı ərzaq mağazasında quraşdırılmış “MilliÖn” ödəmə sistemi vasitəsilə X***** H***** R***** adına olan 416973******6740 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 600 (altı yüz) manat pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs3 tərəfindən 04 iyul 2022-ci il tarixdə saat 15:59-da Şamaxı şəhəri M.Hadi küçəsində yerləşən “Oba Market” adlı ərzaq mağazasında quraşdırılmış “eManat” ödəmə sistemi vasitəsilə x***** H***** R***** adına olan 416973******6740 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 400 (dörd yüz) manat pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs3 tərəfindən 05 iyul 2022-ci il tarixdə saat 19:46-da Şamaxı şəhəri M.Hadi küçəsində yerləşən “Oba Shamaxı 5” adlı ərzaq mağazasında quraşdırılmış “eManat” ödəmə sistemi vasitəsilə X***** H***** R***** adına olan 416973******6740 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 200 (iki yüz) manat pulun köçürülməsinə nail olub vədinə əməl etmədən aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, işgüzarlığı, o cümlədən istehsal fəaliyyəti ilə məşğul olması barədə “Lalafo.az” elanlar səhifəsində 070 *** ** ** nömrəsi ilə qeydiyyatdan keçib həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar yerləşdirməklə ona inamı yaranmış Zərərçəkmiş şəxs4 06 (altı) ədəd taxta materialdan olan qapı emal etdirib sonuncuya məxsus mənzildə quraşdıracağına vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir hüquqa, o cümlədən heç bir istehsal fəaliyyəti ilə məşğul olmamaqla emal etmə səlahiyyətinə malik olmadığı, həmçinin verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün vahid qəsdlə əhatə olunan niyyətlə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 4 ünvanda sonuncu tərəfindən 25 sentyabr 2022-ci il tarixdə saat 23:01-də mobil tətbiqetmə vasitəsilə özünün təqdim etdiyi 416973******6740 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 578 (beş yüz yetmiş səkkiz) manat pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 4 ünvanda sonuncu tərəfindən 13 oktyabr 2022-ci il tarixdə saat 20:22-də “Birbank” mobil tətbiqetmə vasitəsilə özünün təqdim etdiyi 416973******6740 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 80 (səksən) manat pulun köçürülməsinə nail olub vədinə əməl etmədən aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs4 qızma ümumilikdə 658 (altı yüz əlli səkkiz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, işgüzarlığı, o cümlədən istehsal fəaliyyəti ilə məşğul olması barədə “instagram” sosial şəbəkəsində “online_tikinti_mərkəzi” adlı səhifədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar yerləşdirməklə əvvəllər müştərisi olmuş və bu səbəbdən ona inamı yaranmış Zərərçəkmiş şəxs5 07 (yeddi) ədəd “Baget” əmtəə nişanlı qapı təşkil edib sonuncuya məxsus mənzildə quraşdıracağına vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir hüquqa, o cümlədən heç bir istehsal fəaliyyəti ilə məşğul olmamaqla emal etmə səlahiyyətinə malik olmadığı, həmçinin verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün vahid qəsdlə əhatə olunan niyyətlə hissəhissə olmaqla Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 5 ünvanda sonuncu tərəfindən 24 mart 2023-cü il tarixdə saat 17:14-də mobil tətbiqetmə vasitəsilə özünün təqdim etdiyi 523915******3889 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 490 (dörd yüz doxsan) manat pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs5 tərəfindən 27 mart 2023-cü il tarixdə saat 14:23:36-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26 A nömrəli ünvanda yerləşən “Dəniz Mall” adlı Ticarət Mərkəzindəki “Bravo Supermarket” adlı mağazada quraşdırılmış “M 10” ödəmə sistemi vasitəsilə X***** H***** R***** adına olan 416973******6740 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 175 (bir yüz yetmiş beş ) manat miqdarında pulun köçürülməsinə nail olub vədinə əməl etmədən aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 665 (altı yüz altmış beş) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 münasibətdə ittiham əsassızdır, digər epizodlar üzrə isə dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, uzun müddət keçməsinə baxmayaraq Vüsal nə işi görmüş, nə də ki, verilən pulu qaytarmamışdır. Bununla bağlı o, polisə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1 ədəd dəmir qapı almış, daha sonra 7 ədəd taxta qapı almaq istədiyini bildirmiş, 10-15% pulu köçür dedi, o da pulu köçürmüş, amma qapılar gəlib çıxmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs anası Vüsalədən onu aeroporta işə düzəltməsi adı ilə müxtəlif vaxtlarda, müxtəlif yerlərdə pul almışdır. O da Həsənin kartına 800 manat pul yükləmiş, Koroğlu metrostansiyasının çıxışında sənədləri ona təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, qapı alveri ilə məşğuldur, Həsən də gəlib ondan qapı alıb üstünə pul qoyaraq satırdı. İş materiallarında olan 10 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə, saat 22:55-də tutulmuşdur. İş materiallarında olan 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 20 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan 11 may 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 02 iyun 2022ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 15 iyul 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 15 iyun 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin maddənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 20 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Əlmusa oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ********* cinayət işi üzrə qüvvəsində saxlanılaraq xx.xx.2023-cü il tarixdə Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 1772.3, 177.2.4, 69.4-cü maddələri ilə 2500 manat cərimə cəzası təyin edilib. Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cərimə cəzası 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilib. xx.xx.2019-cu ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-213/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının məhkəməyə ünvanladığı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verildiyi bildirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yaratmır. Səbail rayon Məhkəməsinin 1(009)-213/2024 saylı, 02 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ilə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə görə İİ, İİİ, İV, V epizodlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İV epizod üzrə cinayət təqibinə xitam verildiyindən İ epizod üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ ki, keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs elan olunmuş hazırkı ittiham üzrə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməlini 2021-ci ilin iyul ayında törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti, yəni iki il artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübutlar-qəbzlər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Məhkəmə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-ın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə İ epizod üzrə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən İ epizod üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cəza təyin edilməməklə ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-213/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-213/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver