Məhkəmə qərarları › İş №1(009)-214/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-214/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-214/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala şəhəri, Heydər Əliyev prospekti,ev 7,mənzil 60-da qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu,Əliəşrəf Əlizadə küçəsi, ev 36-də kirayədə yaşayan,barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 iyul 2023-cü il tarixdə saat 11.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə saat 00:40 radələrində idarə etdiyi mexaniki nəqliyyat vasitəsi hesab edilməyən, mühərriyin həcmi 50m3 olan “Tufan M-50” markalı iki təkərli moped ilə Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi ilə üzü Əhməd Cavad küçəsi istiqamətində hərəkətdə olarkən,“Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini,yəni sürücü hərəkəti istiqamətində yolayrıcı qarşısında 2.5 “Dayanmadan keçmək qadağandır”yol nişanının olmasını nəzərə alaraq,idarə etdiyi “Tufan M-50” markalı mopedi yolayrıcına daxil olmadan dayandırmalı,kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı,yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli,bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunduğunu vəziyyətdə yolayrıcına daxil olaraq hərəkətinə davam etməli olduğu halda bunlara riayət etməmiş,hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq yol hərəkətinin digər iştirakçısı kimi idarə etdiyi “Tufan M- 50” markalı mopedlə 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının qarşısında dayanmadan yolayrcına daxil olaraq mopedin qabaq hissəsi ilə Əhməd Cavad küçəsi ilə üzü “Axundov bağı” istiqamətində hərəkətdə olan sürücü Şahid2 idarə etdiyi “Toyota-Prius” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfi ilə toqquşmuş,nəticədə“Tufan M-50” markalı mopedin yedəyində əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sol dirsək oynağının 90° bucaq altında əlverişli funksional vəziyyətdə ankilozu (hərəkətsizliyi) və sol əlin funksiya pozulması (deformasiyası,əzələ qüvvəsinin azalması,tutma qabiliyyətinin pozulması) ilə müşayiət olunan sol mil-bilək oynağının və əl darağının travması ilə nəticələnən sol mil sinirinin posttravmatik nevriti;sol bud sümüyünün və sol said sümüklərinin yerini dəyişmiş qapalı sınıqları;sağ bud və sağ baldır nahiyələrinin qançırları,eləcə də,hər iki dirsək oynağı nahiyəsinin və sol saidin sıyrıqları ilə müşayiət olunan, həmin xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən çox hissəsinin (40%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən,Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə aldığı və özünə məxsus 50m3 “Tufan M- 50” markalı iki təkərli motosikletlə Bakı şəhəri ərazisində kuryer xidməti ilə məşğul olur. İdarə etdiyi mootosiklet 50m3-luq olduğundan, həmin motosikletə dövlət qeydiyyat nişanı və idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. 26 iyun 2022-ci il tarixdə, gecə saat 01 radələrində, Bakı şəhəri,Səbail rayonu,N.Rəfibəyli küçəsindən o, idarə etdiyi motosikletin yedəyinə tanışı Zərərçəkmiş şəxs götürmüş, həmin vaxt motosikletində cəmi bir ədəd baş üçün qoruyucu dəbilqə olduğundan o, həmin dəbilqəni yedəyə minən Zərərçəkmiş şəxs başına geyindirmiş o, özü isə dəbilqəsiz motosikleti idarə edərək orta sürətlə saatda 30-40 km sürətlə hərəkətdə olub Azərbaycan Respubliksı Baş Prokurorluğun inzibati binasının qarşısından, M.Muxtarov küçəsi ilə hərəkətdə olub qarşıdakı Ə.Cavad küçəsinin kəsişməsindən keçərkən, soldan gələn nəqliyyat vasitəyə fikir vermədiyindən, soldan Ə.Cavad küçəsi ilə hərəkət edən markasına fikir vermədiyi minik avtomobilinin sağ tərəfindən, motosikletin qabaq hissəsi ilə hərəkətdə olduğu sürətlə yol kəsişməsinin tam ortasında toqquşmuş, zərbədən o və yedəkdə olan tanışı Zərərçəkmiş şəxs yerə atılmışlar. Sonra isə o, başından aldığı zərbədən heçnə xatırlamır.Törətdiyi əmələ görə səmimi peşman olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ilə dəfələrlə barışmağa cəhd etmiş, lakin Günay onunla barışmaq üçün daha çox miqdarda pul tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsindən o, evinə getmək üçün tanışı Məhəmmədin idarə etdiyi iki təkərli motosikletin yedəyinə minmiş, həmin vaxt motosikletində cəmi bir ədəd baş üçün qoruyucu dəbilqə olduğundan, həmin dəbilqəni Məhəmməd onun başına geyindirmiş, özü isə dəbilqəsiz motosikleti idarə etmişdir. Məhəmməd idarə etdiyi motosikleti orta sürətlə hərəkət etdirib Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binasının qarşısından M.Muxtarov küçəsi ilə hərəkətdə olub qarşıdakı Ə.Cavad küçəsinin kəsişməsindən keçərkən soldan gələn nəqliyyat vasitəsi ilə toqquşmuş, zərbədən o və Məhəmməd yerə atılmış, Məhəmmədin başında dəbilqə olmadığından ağır xəsarət almış, o, özü isə qolundan və qıçından xəsarət almış, hadisə zamanı o, motosikletdə arxada oturduğundan və başında dəbilqə olduğundan yol qəzası hansı şəraitdə baş verməsini görməmişdir. Mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə gecə saat 00:40 radələrində o, etibarnamə ilə idarə etdiyi “Toyota-Prius” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səbail rayonu,Ə.Cavad küçəsi ilə bir tərəfli yolla “Axundov bağı” istiqamətində saatda 30-40 km sürətlə hərəkətdə olub, həmin küçə ilə kəsişən bir tərəfli M.Muxtarov küçəsinə çatdıqda,həmin küçə ilə qarşısından sürətlə tək sürücü olan bir ədəd iki təkərli motosiklet keçib getdiyini görüb o, idarə etdiyi avtomobilin sürətini saatda 20 km həddinə kimi azaldın yol kəsişməsini kəçərkən sağ tərəfdən M.Muxtarov küçəsindən saatda təxminən 60- 70 km sürətlə başqa iki təkərli motosikletin gəldiyini görüb,idarə etdiyi avtomobili sol tərəfə M.Muxtarov küçəsinə yönəldərək tormoz əyləcini basmışdır. Bu zaman motosiklet qabaq hissəsi ilə zərbə ilə idarə etdiyi avtomobilin qabaq sağ qapı hissəsinə dəyib toqquşmuş, zərbədən motosikletin başında dəbilqəsi olmayan süürücüsü, tanımadığı cavan oğlan və yedəyində başında dəbilqəsi olan tanımadığı qız asfalt örtüyün üzərinə atılmışlar. O, dərhal avtomobilindən düşüb həmin şəxslərə yaxınlaşmış, həmin şəxslərin huşu özlərində olsa da,ağır xəsarətlər almalarını görüb təcili yardıma zəng edib çağırmışdır. Hadisə vaxtı idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmaqla sürəti saatda 20km olmuş, hadisə zamanı hərəkət hissə yol kənarındakı fənərlər və idarə etdiyi avtomobilin qabaq yaxın işıqları ilə işıqlanmış, hadisə zamanı hərəkətdə olan nəqliyyat vasitələri və yol kənarında hadisənin şahidləri olmamış, hadisə günü heç bir spirtli içki qəbul etməmiş, hadisə anında tormoz əyləcindən istifadə etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri,Səbail rayonu,N.Rəfibəyli küçəsində yerləşən rəfiqəsi Zərərçəkmiş şəxs icarəyə götürdüyü kafedən o,Zərərçəkmiş şəxs və tanışı Təqsirləndirilən şəxs ilə birlikdə evlərinə getmək üçün çıxmışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi mühərrikin həcmi 50m3 olan “Tufan M-50”markalı iki təkərli motosikletin yedəyinə minmiş, Məhəmməd özünə aid baş üçün qoruyucu dəbilqəni Günaya vermişdir. Məhəmməd isə motosikleti dəbilqəsin idarə etmiş, o, özünə məxsus mühərrikin həcmi 50m3 olan “Tufan M-50” markalı iki təkərli motosikleti Məhəmmədin motosikletinin arxası ilə idarə etmişdir. Məhəmməd idarə etdiyi motosikletlə M.Muxtarov küçəsi ilə saatda 30-40 km sürətlə hərəkətdə olarkən qarşıdakı Ə.Cavad küçəsinin kəsişməsini “dayanmadan keçmək qadağandır” yol nişanının tələblərini pozaraq hərəkətdə olduğu sürətlə hərəkətini davam etdirərkən, sol tərəfdən Ə.Cavad küçəsi ilə hərəkət edən minik avtomobilin sağ tərəfi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Sonra minik avtomobilin sürücüsü təcili yardım çağırmış və onunla birlikdə xəsarət almış şəxsləri xəstəxanaya yola salmışlar.Hadisə günü Təqsirləndirilən şəxs heç bir spirtli içki qəbul etməmişdir. Məhkəmə-tibbi ekspertizasınının 30 iyun 2022-ci il tarixli, 444a saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol said sümüklərinin qapalı yerdəyişmiş sınığı və sol mil sinirinin post travmatik nevriti, sağ bud və sağ baldır nahiyələrinin qançırları, hər iki dirsək oynağı nahiyəsinin və sol saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi Zərərçəkmiş şəxs müalicəsi başa çatdıqdan və ya hadisə baş verən gündən (xx.xx.2022-ci il tarixindən) 120 gün keçdikdən sonra təkrar müayinəsi keçirilməklə əlavə olaraq təyin ediləcəkdir. Əlavə məhkəmə-tibbi ekspertizasınının 16 noyabr 2022-ci il tarixli, 06/444a saylı rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol dirsək oynağının 90° bucaq altında əlverişli funksional vəziyyətdə ankilozu (hərəkətsizliyi) və sol əlin funksiya pozulması(deformasiyası,əzələ qüvvəsinin azalması,tutma qabiliyyətinin pozulması)ilə müşayiət olunan sol mil-bilək oynağının və əl darağının travması ilə nəticələnən sol mil sinirinin posttravmatik nevriti;sol bud sümüyünün və sol said sümüklərinin yerini dəyişmiş qapalı sınıqları; sağ bud və sağ baldır nahiyələrinin qançırları,eləcə də,hər iki dirsək oynağı nahiyəsinin və sol saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi,o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində mopedin sərnişini qismində əmələ gələ bilərdilər.Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (40%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 8/3422 saylı məhkəmə yolnəqliyyat hadisələri ekspertizası rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tufan M-50” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 «Dayanmadan keçmək qadağandır» üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. 15 oktyabr 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 09 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 10 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsinə tövsif edilmişdir. 10 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 10 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 01 mart 2023-cü il tarixdə mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 9000(doqquz min) manat zərərçəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclərin, fiziki sağlamlığının bərpasına görə 5000 (beş min) manat vəsaitin, 5 aylıq əmək qabiliyyətini itirməsi səbəbindən aylıq 1500 (min beş yüz) manat olmaqla 7500 (yeddi min beş yüz) manat vəsaitin, “Bank of Baku”ya 15867 (on beş min səkkiz yüz altmış yeddi) manat kredit borcunun və mənəvi ziyana görə 2000 (iki min) manat vəsaitin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, mülki iddia icraata qəbul edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən dövlət ittihamçısının vəsatəti təmin edilərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin baxılmasına xitam verilmiş və Təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 10 may 2023-cü il tarixli qərarla Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. 10 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsinə tövsif edilmişdir. 10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, şahid ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 267.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci bəndinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsini, zərərçəkmiş şəxslə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 267.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzaya məhkum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasında 9000 (doqquz min) manat zərərçəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclərin, fiziki sağlamlığının bərpasına görə 5000 (beş min) manat , 5 aylıq əmək qabiliyyətini itirməsi səbəbindən aylıq 1500 (min beş yüz) manat olmaqla 7500 (yeddi min beş yüz) manat, “Bank of Baku”ya 15867 (on beş min səkkiz yüz altmış yeddi) manat kredit borcunun və mənəvi ziyana görə 2000 (iki min) manat, cəmi 39.367 manat məbləğində ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırılması zamanı zərərçəkmiş şəxsə qeyd edilən məbləğdə ziyan vurulmadığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs müalicə xərclərinə görə 3000 manat, fiziki sağlamlığın bərpasına görə 2000 manat, mənəvi ziyana görə 500 manat və ödənilmiş dövlət rüsumuna görə 27 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-1--ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin olunsun. Mülki cavabdeh Təqsirləndirilən şəxs müalicə xərclərinə görə 3000 (üç min) manat, fiziki sağlamlığın bərpasına görə 2000 (iki min) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 27 (iyirmi yeddi) manat olmaqla ümumilikdə 5527 (beş min beş yüz iyirmi yeddi) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar