Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-214/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İş № 1(009)-214/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, halhazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, guya ki, tanışının sahibkarlıq fəaliyyətini genişləndirməsi məqsədilə sərmayəyə ehtiyac olması və sərmayə qoyulduğu halda qazanc götürəcəkləri barədə həqiqətə uyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Zərərçəkmiş şəxs vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı, o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər hansı bir tanışı olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün 2023-cü ilin avqust ayının sonlarında istintaqla müəyyən edilməsi mümkün olmayan tarixində ünvan 2 ünvanda yerləşən “Xəzər” adlı marketin qarşısında Zərərçəkmiş şəxs 5000 (beş min) manat miqdarında pulu alıb ələ keçirdikdən sonra cinayətkar niyyətinə davam edərək, həmin məqsəd üçün vahid qəsdlə əhatə olunan niyyətlə Zərərçəkmiş şəxs tərəfindən 12 sentyabr 2023-cü il tarixdə saat 13:02:47-də ünvan 2 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. N***** A***** C***** oğlu adına olan 416974******7225 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 900 (doqquz yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs tərəfindən 14 sentyabr 2023-cü il tarixdə saat 15:21-də ünvan 5 ünvanda yerləşən “Universal” adlı marketdə quraşdırılmış “mpay” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. N***** A***** C***** oğlu adına 0lan 416974******7225 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 800 (səkkiz yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən 15 sentyabr 2023-cü il tarixdə saat 20:26:32-də ünvan 2 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. N***** A***** C***** oğlu adma olan 416974******7225 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1500 (bir min beş yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək, yenidən vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin sentyabr ayının ortalarında istintaqla müəyyən edilməsi mümkün olmayan tarixdə ünvan 6 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs 4000 (dörd min) manat miqdarında pulu alıb ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək, yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən 20 sentyabr 2023-cü il tarixdə saat 13:53:59-da ünvan 2 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. R***** Y***** M***** oğlu adına olan 416974******7131 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1500 (bir min beş yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək, yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən 21 sentyabr 2023-cü il tarixdə saat 13:52:57də ünvan 7 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. N***** A***** C***** oğlu adma olan 416974******7225 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1000 (bir min) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək, yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən 23 sentyabr 2023-cü il tarixdə saat 22:34:55-də ünvan 2 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. Təqsirləndirilən şəxs Mühdənis oğlu adına olan son rəqəmləri 65960506 olan "xxxx" ASC tərəfindən verilmiş pul kartına 900 (doqquz yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək, yenidən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən 26 sentyabr 2023-cü il tarixdə saat 19:09-da ünvan 8 ünvanda yerləşən “Rahat” adlı marketdə quraşdırılmış “mpay” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. Q***** R***** Q***** oğlu adma 0lan 416973******9485 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1500 (bir min beş yüz) manat miqdarında pulun köçürülməsinə nail olub vədinə əməl etmədən aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 17100 (on yeddi min bir yüz) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 3-4 ildir ki, Zərərçəkmiş şəxs tanıyır. 3-4 il əvvəl ondan avtomobil aldığı zaman tanışlığı yaranmışdır. Sonradan Samir onun Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində onunla eyni ərazidə yaşadığını bilib, həmçinin “Binə Ticarət” bazarında uşaqlar üçün atraksion satışı ilə məşğul olduğunu görüb, yanıma gəlib getmiş və münasibətləri daha da yaxşılaşmışdır. Samir ona əvvəllər bir neçə dəfə faiz ilə pul vermiş, o, da onun əsas məbləğini və faizini qaytarmışdır. 2023-cü ilin avqust ayında onun bazarda işləyən dostu Aqil ona zəng edib, ona 2400 manat pul lazım olduğunu telefonda ona söyləmişdir. Həmin vaxt o, Bakı şəhəri, Səbail rayonu, Bayıl Parkı adlanan ərazidə Zərərçəkmiş şəxslə oturub çay içirmiş. Bu zaman Aqil ilə danışığından xəbər tutan Samir əlində pulu olduğunu Aqilə verəcəyi halda əlavə nə qədər məbləğdə pul qazanacağını ondan soruşmuşdur. O, Aqilə zəng edib, bu barədə Aqilə dedikdə Aqil həmin pulun üstündə 500 manat əlavə faiz ödəyə biləcəyini ona bildirmişdir. Samir buna etiraz etməyib, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən marketlərin birindən Aqilin kartına həmin 2400 manat pulu köçürmüşdür. Aqil bundan 10 gün sonra Zərərçəkmiş şəxs pulunu 2900 manat olmaqla geri qaytarmışdır. Daha sonra onun özünə 2023-cü ilin sentyabr ayında uşaq atraksionları almaq ilə bağlı pul lazım olduğundan Samirdən faiz olaraq borca 1500 manat pul istəmişdir. Həmin vaxt öz kartının vergi borcu yarandığına görə Samirdən, pulu Aqilin kartına atmasını xahiş etmişdir. Bunundan əlavə də 2023-cü ilin avqust və sentyabr aylarında Zərərçəkmiş şəxs öz işlərilə bağlı yenidən faiz borcu olaraq ümümilikdə 11500 manat pul götürmüşdür. Həmin pullardan atraksiona olan borclarına və yeni atraksionlarm alışına xərcləmişdir. Lakin, köhnə borcu ödədikdən sonra yeni nisyə atraksionu Türkiyədən ala bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs aldığı borc 11500 manat pulu ona qaytara bilməmişdir. Bunun üzərində olan faizi də Samir hesablayıb, ondan ümumilikdə 17000 manat pul tələb edir. O, Samirə Masallıda olan torpağını satıb, onun pulunu qaytaracağını desə də Samir onunla razılaşmayıb, barəsində polisə şikayət etmişdir. Onu da qeyd etmişdir ki, 2023-ci ilin avqust və sentyabr aylarında həmin pulları hissə-hissə o, Samirdən əlbə-əl və kart vasitəsi ilə Səbail rayonu, Bayıl qəsəbəsində almışdır. Aqilin Samirdən aldığı 11500 manat pul ilə əlaqəsi yoxdur. O, sadəcə Samirə həmin pulları Aqilin kartına göndərməsini bildirmişdir. Hazırda onun Zərərçəkmiş şəxs borc olaraq aldığı 11500 manat borcu vardır. Qalan məbləği Samir faiz kimi hesablayıb, 17000 manat ondan tələb etmişdir. Həmin pulu yəni, 11500 manat pulu hissə-hissə hər ay Samirə ödəməyə hazırdır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, Samirin maşınını satmasından, Samirdə 12000 manat və əlavə 5000-6000 manat pulunun olmasından xəbəri olmamışdır. O, Samirdə inam yaratmaq üçün Aqilin adından istifadə edib, 11500 manat pulu faiz olaraq ondan almamışdır. Lakin, həmin pulu öz işinə yəni, xarici ölkədən uşaq oyun atraksionu gətizdirmək üçün xərcləmişdir. Samirə həmin pulun özünə lazım olmasını ona görə deməmişdir ki, onun özünün iş görməyindən məlumatının olmamasını istəmişdir. O, ondan 17000 manat deyil, 11500 manat pul almışdır. Sonradan onun işlərində geriləmə olduğundan Samirin pulunu qaytara bilməmişdir. O, Samirə bir neçə dəfə 1500 manat qaytarıb, qalan pulu hissə-hissə qaytarmağı təklif etsə də Samir bununla razılaşmamışdır. Buna görə də ona heç bir məbləğ pul qaytarmamışdır. Hazırda da eyni təklif üzərində qalmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən təqsirli bildiyini, əməlindən səmimi peşiman olmasını, vurulmuş ziyanı qismən yəni, 6100 manat ödədiyini, azadlıqda olacağı təqdirdə qalan ziyanı da ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla yanaşı, ucuz qiymətə olan avtomobillərin alqı-satqısı ilə məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs 4 ildir ki, tanıyır. O, Yunusun həmkəndlisinə avtomaşın satan zaman tanışlığı yaranmışdır. Təxminən bir il bundan əvvəl isə Yunusun tanışı, ticarətlə məşğul olan Aqil adlı şəxslə də münasibəti yaranmışdır. 2023-cü ilin avqusta ayında o, Yunus ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bayıl parkında olan zaman Yunusun onun avtomaşınımı satmağından məlumatı olduğundan və əlində pul olduğunu bildiyindən, Yunus ona özünündə tanıdığı Aqil adlı dostunun bizneslə məşğul olduğunu, Aqilə 3-cü dükanın açılması üçün 2400 manat pul lazım olduğunu, həmin pulu bir ay ərzində qaytaracağını, üstündə əlavə qazanc verəcəyini bildirmişdir. O, da Yunus ilə razılaşaraq 5 avqust 2023-cü il tarixdə Yunislə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bayıl bağında görüşərək ona nağd şəkildə 2400 manat pulu təklikdə vermişdir. Bir müddət keçdikdən sonra yəni 1 ay ərzində Yunus ona verdiyi pula görə əlavə 500 manat olmaqla 2900 manat pul qaytarmışdır. 2023-cü ilin avqust ayının sonlarında Yunus ona tanışı Aqilin yeni mağaza açdığını bildirib, onun da avtomaşınını satdığı üçün əlində pul olduğunu və həmin pulu Aqilə verib dövr etdirib ona yaxşı qazanc verəcəyini söyləyərək, Yunus ondan 5000 manat pul istəmişdir. O, Yunus ilə razılaşdıqdan sonra Yunusa 5000 manat pulu həmin gün Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Xəzər” market qarşısında təklikdə vermişdir. Yunus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən Xəzər marketə getmiş və marketdə olan Milliön vasitəsi ilə guya həmin pulu Aqilə məxsus kart hesabına göndərdiyini bildirsədə ona heç bir qəbz göstərməmişdir. Həmçinin həmin vaxt o, maşında Yunusu gözləsədə onun pulu Aqilə göndərməsinin şahidi olmamışdır. Aralarında inam və etibar olduğundan qəbzidə ondan istəməmişdir. Yunus pulu alıb ələ keçirdikdən sonra yenidən həmin məqsəd üçün ondan Aqilin kart hesabına dediyi məbləğdə pulları atmağını bildirmişdir. O da Yunusa inanıb, 12 sentyabr 2023-cü il tarixdə saat 13:02:47-də ünvan 9 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. N***** A***** C***** oğlu adına olan 416974******7225 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 900 (doqquz yüz) manat miqdarında, eyni məqsədlə Yunusun dediyi üçün 14 sentyabr 2023-cü il tarixdə saat 15:21-də ünvan 11 ünvanda yerləşən “Universal” adlı marketdə quraşdırılmış “mpay” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. N***** A***** C***** oğlu adına olan 416974******7225 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 800 (səkkiz yüz) manat miqdarında, bundan əlavə yenidən Yunusun dediyi üçün eyni məqsədlə 15 sentyabr 2023-cü il tarixdə saat 20:26:32-də ünvan 9 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. N***** A***** C***** oğlu adına olan 416974******7225 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1500 (bir min beş yüz) manat miqdarında pulları köçürtdürmüşdür. Həmçinin 2023-cü ilin sentyabr ayının ortalarnda ünvan 12 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısında Yunus eyni məqsədlə ondan 4000 (dörd min) manat miqdarında pulu Aqilə çatdırmaq məqsədi ilə almışdır. Bundan sonra Yunus Aqilin işlərinin yaxşı olduğunu deyib, onda inam yaradaraq 20 sentyabr 2023-cü il tarixdə saat 13:53:59da ünvan 9 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə Aqilin işçisi kimi söylədiyi “A.S.A. R***** Y***** M***** oğlu adına olan 416974******7131 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1500 (bir min beş yüz) manat miqdarında, bundan əlavə yenidən Yunusun dediyi üçün eyni məqsədlə 21 sentyabr 2023-cü il tarixdə saat 13:52:57-də ünvan 9 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. N***** A***** C***** oğlu adma olan 416974******7225 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1000 (bir min) manat miqdarında, həmçinin yenidən Yunusun dediyi üçün eyni məqsədlə 23 sentyabr 2023-cü il tarixdə saat 22:34:55-də ünvan 9 ünvanda yerləşən “Xəzər” adlı marketdə quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsilə “A.S.A. Təqsirləndirilən şəxs Mühdənis oğlu adma olan son rəqəmləri 65960506 olan "xxxx" ASC tərəfindən verilmiş pul kartına 900 (doqquz yüz) manat miqdarında, daha sonra yenidən Yunusun dediyi üçün eyni məqsədlə 26 sentyabr 2023-cü il tarixdə saat 19:09-da ünvan 13 ünvanda yerləşən “Rahat” adlı marketdə quraşdırılmış “mpay” elektron ödəmə sistemi vasitəsilə Aqilin işçisi kimi bildirdiyi “A.S.A. Q***** R***** Q***** oğlu adına olan 416973******9485 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1500 (bir min beş yüz) manat miqdarında pulu köçürtdürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Yunus dostu Aqilin adından istifadə etməklə vədinə əməl etmədən onu aldadaraq ümumilikdə 17100 (on yeddi min bir yüz) manat pulumu ələ keçirtmişdir. Həmin pulların hamısını o, Yunusa Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində vermişdir. Əvəzində Yunus hər ay ona guya Aqilin 1500-2000 manat gəlir verəcəyini bildirərək, onda inam yaratmışdır. Həmin pulların göndərilməsinə dair qəbz və çekləri vardır. Bunlarıda hazırda istintaqa təqdim edə bilər. Lakin, sonradan ona bəlli oldu ki, Yunus ona atdığı pulları Aqilin adından istifadə edərək, özünə götürmüş, o Aqilə göndərdiyi pulları dərhal öz kartına yüklətmiş, həmin pulları uduş oyunlarda qazandığını və öz kartının uduşla bağlı oyunda blokda olduğunu Aqilə bildirib, özünə köçürtmüşdür. Aqil özü də sonradan onunla görüşən zaman Yunus vasitəsi ilə ondan 17100 manat pul istəmədiyini, Yunusun onun adından istifadə edərək ona söylədiklərinin doğru olmadığını və həmin pulların Yunusa çatdığını bildirmişdir. Həmin pulları Yunis ona Aqilin yeni mağaza açdığını bildirib, onun da maşın satdığı üçün əlində pul olduğunu və həmin pulu Aqilin biznesinin genişlənməsi üçün verib dövr etdirib ona yaxşı qazanc verəcəyini söylərək, ondan 2023-cü ilin avqust ayının sonlarından başlayaraq sentyabr ayı ərzində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində 5000 və 4000 manatını ondan nəğd şəkildə təklikdə, qalan məbləğləri isə E manat, Milliön aparatı və kart hesablarına köçürtməklə əldə ümumilikdə 17100 manat pulumu ələ keçirmişdir. Onu da qeyd edir ki, o, yuvarlaq şəkildə olması üçün ilkin ərizə və izahatımda Yunus tərəfindən ələ kçeirilmiş məbləğin 17000 manat olduğunu göstərmiş, həmin görüntü və qəbzləri, çekləri də istintaqa təqdim edə bilər. Onun tələbi pulumun tam şəkildə qaytarılmasından və ya Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarətdir. o, hesablamada yalnışa yol verərək ilkin ərizə və izahatında yuvarlaşdıraraq 17.000 (on yeddi min) manat miqdarında qeyd etmişdir. Sonradan özü də qəbzləri uyğunlaşdığıb əlbəəl verdiklərilə tənzimlədikdə Təqsirləndirilən şəxs 17.100 (on yeddi min bir yüz) manat miqdarında pul verməyini dəqiqləşdirmişdir. O, dələduzluq yolu ilə ona məxsus olan 17.100 (on yeddi min bir yüz) manat miqdarında pulu ələ keçirmişdir. Daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 2023-cü ilin avqust ayının sonlarından sentyabr ayının sonlarmadək olan müddət ərzində ümumilikdə cəmi 17.100 (on yeddi min bir yüz) manat miqdarında pul vermişdir. İlk dəfə 2023-cü ilin avqust ayının sonlarında “Xəzər” adlı marketin qarşısında 5000 (beş min) manat miqdarında pul nağd olaraq Təqsirləndirilən şəxs vermişdir. Növbəti pulları isə müxtəlif vaxtlarda ilkin ifadəsində qeyd etdiyi formada kart hesabına ödəmə yolu ilə vermişdir. Bir dəfə isə yenidən 2023-cü ilin sentyabr ayının ortalarında yaşadığı məhəllədə 4000 (dörd min) manat miqdarında pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs son sözündə, təqsirləndirilən şəxsə qarşı hazırda şikayətçi olduğunu, ona dəymiş ziyandan 6100 manat ödənildiyini, qalıq qalan məbləğin təqsirləndirilən şəxs tərəfindən ödənilməsi üçün onun barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini, eyni zamanda dəymiş maddi zərərdən ödənilməmiş 11000 manat və dövlət rüsumu 407 manatın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsinə dair mülki iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hərdən Yunusla birlikdə onun işlədiyi yerə yəni, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinə gəlib getmişlər. O, 2023-cü ilin avqust ayında dostu Yunusa zəng edib, ona 1500 manat pul lazım olduğunu, 2-gün ərzində qaytaracağını bildirmişdir. Həmin gün axşam Yunus pulu tapıb, ona borc olaraq 1500 manat vermişdir. Yunus pulu kimdən götürdüyünü ona bildirməmişdir. O, da öz növbəsində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Qaya” restoranın yaxınlığında Yunusdan pulu götürmüşdür. Bundan iki gün sonra həmin 1500 manat pulu Yunusa geri qaytarmışdır. Həmin pula görə heç bir əlavə ödəniş etməmişdir. 2023-cü ilin sentyabr ayında Yunus ona zəng edib, öz bank debet kartının vergi borcu ilə əlaqədar bloklu olduğunu deyib, onun kartına kiminsə tərəfindən pul göndəriləcəyini, həmin pulu onun başqa kart hesabına atmağını xahiş etmişdir. O, da Yunusun sinif yoldaşı və dostu olduğuna görə ona etiraz etməmişdir. Bundan sonra onun kart hesabına 2023-cü ilin sentyabr ayında hissə-hissə pullar göndərilmiş, pulları dərhal Yunusun ona göndərdiyi karta atmışdır. Yunus ona pulu göndərən kartdan limiti keçdiyini dediyi üçün onun kartından istifadə etmişdir. Həmin pulların ümumi məbləği xatırladığına görə 8500 manat təşkil etmişdir. Bununla bağlı onun qəbzləri vardır. Onları təqdim edə bilər. Onu da qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs şəxsən özü faizə və ya borc olaraq pul almamışdır. Yalnız bir dəfə Yunusdan 1500 manat pul lazım olduğunu deyib, istəmişdir. Onun da həmin pulu kimdən tapmasından xəbərim olmamış, iki gün sonra həmin pulu Yunusa geri qaytarmışdır. Onun adından istifadə edərək, Yunusun Zərərçəkmiş şəxs pul götürməsindən xəbəri olmamışdır. Sonradan bilmişdir ki, onun kartına göndərilmiş pulları Yunus özü Zərərçəkmiş şəxs 11500 manat pulu kimi faiz olaraq götürmüş, Samirə pul qaytarmadığı üçün Yunusun deməsinə görə məbləğ böyüyüb, 17000 manat olmuşdur. Bu məsələni Yunus ona özü sonradan demişdir. Onun bu məsələdən xəbəri olmamışdır. Ona həmin pullardan heç bir marağı olmamış və məbləğ çatmamışdır. Həmin pulların alınıb verilməsi Yunus ilə Samir arasında olmuşdur. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Yunus ona zəng edib, öz bank debet kartının vergi borcu ilə əlaqədar bloklu olduğunu deyib, onun kartına kiminsə tərəfindən pul göndəriləcəyini, həmin pulu onun başqa kart hesabına atmağını xahiş etmişdir. O, da Yunusun sinif yoldaşı və dostu olduğuna görə ona etiraz etməmişdir. Bundan sonra onun kart hesabıma 2023-cü ilin sentyabr ayında hissə-hissə pullar göndərilmiş, pulları dərhal Yunusun ona göndərdiyi başqa karta atmışdır. İş materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs Cavaşir oğlu istintaqa verdiyi ifadəsini təsdiq edərək 2023-cü ilin sentyabr ayı ərzində hissə-hissə olmaqla Təqsirləndirilən şəxs tanışları Şahid sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və qazanc əldə etməsi məqsədi ilə ümumilikdə 17000 (on yeddi min) manat miqdarında pul verdiyini göstərmiş, Təqsirləndirilən şəxs isə ifadələrini təsdiq edərək qeyd edilən tarixdə və ünvanda Zərərçəkmiş şəxs öz işləri ilə əlaqədar ümumilikdə 11500 (on bir min beş yüz) manat miqdarında borc pul almasını, Zərərçəkmiş şəxs isə həmin borcun üzərinə faiz də gələrək ondan 17000 (on yeddi min) manat pul istəməsini göstərmişdir. Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilməklə cinayət işinin istintaq materiallarına əlavə edilmiş 900 (doqquz yüz) manat miqdarında pulun “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə dair 23 sentyabr 2023-cü il tarixli ********** əməliyyat nömrəli qəbz, 1000 (bir min) manat miqdarında pulun “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə dair ********** əməliyyat nömrəli 21 sentyabr 2023-cü il tarixli qəbz, 1500 (bir min beş yüz) manat miqdarında pulun “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə dair ********** əməliyyat nömrəli 20 sentyabr 2023-cü il tarixli qəbz, 1500 (bir min beş yüz) manat miqdarında pulun “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə dair **********8 əməliyyat nömrəli 15 sentyabr 2023-cü il tarixli qəbz, 800 (səkkiz yüz) manat miqdarında pulun “mpay” aparatı vasitəsilə köçürülməsinə dair 14 sentyabr 2023-cü il tarixli qəbz, 900 (doqquz yüz) manat miqdarında pulun “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə dair ********** əməliyyat nömrəli 12 sentyabr 2023-cü il tarixli qəbz və 1500 (bir min beş yüz) manat miqdarında pulun “mpay” aparatı vasitəsilə köçürülməsinə dair ********** əməliyyat nömrəli nömrəli 26 sentyabr 2023-cü il tarixli qəbz, həmçinin, üzərində “Verbatim” yazısı həkk olunmuş bir ədəd DVD-R formadlı disk özündə cinayət əməlinin əlamətlərini ehtiva etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə”, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 mart 2024cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri Səbail RPİ-nin X2 buraxılmışdır. Səbail Rayon Məhkəməsinin 1(009)-214/2023 saylı, 27 iyun 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 15 iyul 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, özünü qismən təqsirli bilməsini, vurulmuş ziyanı qismən ödəməsini və qalan hissəni isə ödəməkdən boyun qaçırmadığını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək tutulduğu və 08 iyul 2024-cü il tarixdən 04 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunacaq cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanı qismən ödəməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən gənc olmasını, ilk dəfə az ağır cinayət törətməsini və ödənilməmiş ziyanı ödəməkdən yayınmamasını onun cəzasını yüngülləşdirlən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ona dəymiş maddi ziyana görə 15000 (on beş min) manat, 9000 (doqquz min manat) mənəvi ziyana görə pul tutularaq ödənilməsini, eyni zamanda ödənilmiş dövlət rüsumunun yəni, 407 (dörd yüz yeddi) manatın Təqsirləndirilən şəxs aid edilərək tutulmasını və ona ödənilməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək 29 iyul 2024cü il tarixdə vermiş olduğu mülki iddiasına əsasən ona dəymiş maddi ziyana görə 15000 (on beş min) manat məbləğin azaldılaraq 11000 (on bir manat) manat və dövlət rüsumunun yəni, 407 (dörd yüz yeddi) manatın olmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyanın vurulması ittihamı ilə əlaqədar verildiyindən və maddi ziyan həcmində olduğundan zərərçəkmiş Zərərçəkmiş şəxsnın Təqsirləndirilən şəxs qarşı onun tərəfindən vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin olunmalıdır. Ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 165 manat dövlət rüsumu ödənilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 6102 ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Göstərilənlərə əsasən məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxsnın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiasının qismən təmin olunmasını, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 11000 (on bir min) manat maddi ziyanın və 165 (yüz altmış beş) manat dövlət rüsumunun, cəmi 11165 (on bir min yüz altmış beş) manatın tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdən 20 mart 2024-cü il tarixədək tutulduğu, 08 iyul 2024-cü il tarixdən 04 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 04 () gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisini tərk etməmək, Bakı şəhəri, Səbail Rayonu, Əlibəyov qardaşları küçəsi, ev 75, mənzil 27də olan yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı olan dəymiş zərərin ödənilməsinə dair mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 11000 (on bir min) manat maddi və 165 (yüz altmış beş) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq “Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-214/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-214/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver