Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-215/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X3, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi X2 iştirakları ilə, xx xxxx 2007-ci ildə Göygöl rayonu, Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Aşıqlı kəndində qeydiyyatda olan və ünvan 2ndə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 sentyabr 2024-cü il tarixdə saat 14.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən zərərçəkimş şəxsə az ağır zərər vurmuşdur. Belə ki, o, birlikdə oxuduğu Bakı şəhəri Səbail rayonu 51 saylı tam orta məktəbdə Zərərçəkmiş şəxs məktəbdə digər şagirdələrin onunla zarafat etməsinə gülərkən, sonuncunun buna irad bildirməsini özü üçün qəbul edilməz hal hesab edib, heç bir əsaslı səbəb olmadan cəzalandırmaq məqsədilə görüşə dəvət edib, 01 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən elektrik şitinin arxasında boş sahədə Zərərçəkmiş şəxsla görüşərkən məktəbdə ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edib xuliqanlıq niyyəti ilə qəsdən yumruğu ilə Elnur Səttərovun sifət nahiyəsinə zərbə vurub sonuncunun alt çənənin sol tac çıxıntısının yerini dəyişməyən qapalı sınığı və çənə nahiyyəsinin sol yarısında yumuşaq toxumularının əzilməsi ilə nəticələnən zərərçəkmiş şəxs X6 həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvumaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 51 saylı məktəbin 11-ci sinifində oxuyur. Zərərçəkmiş şəxs onun oxuduğu məktəbin 11C sinifində oxuyur. 24 sentyabr 2023-cü il tarixdə 1 -ci və ya 2-ci dərs saatından sonra olan tənəffüsdə Zərərçəkmiş şəxs məktəbin içərisində öz sinif yoldaşları ilə zarafatlaşmış, sonuncuları zarafatlarını eşidib gülməyə başlamışdır. Zərərçəkmiş şəxs onun gülməyi ilə bağlı heç bir münasibət bildirməmişdir. Tənəffüs bitən zaman onlar dərsə getmiş, səhəri günü məktəbə getməmişdir. 3-cü gün məktəbə gedən zaman Elnurla görüşmüş, lakin aralarında hər hansı bir narazılıq baş verməmişdir. Həmin gün və yaxud səhəri gün məktəbdən çıxıb hazırlığa gedən zaman sinif yoldaşı Şahid2 digər sinif yoldaşı ilə birlikdə ona yaxınlaşmış, həmin vaxt Sübhan ona demişdir ki, Elnurla zarafatlaşmışdır, 5-ci gün görüşsünlər, bu məsələni aydınlaşdırsınlar. Sübhana vaxtının olmadığını demiş, Sübhan ona 6-cı gün görüşməyi bildirmiş, o da vaxtının olmadığını demişdir. Sübhan bazar günü saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yerləşən “Gəncə təndiri” yerinin yaxınlığında görüşməyi təklif etmiş, o isə Sübhana demişdir ki, bazar günü gələ bilər . 6-cı gün evdə olmayan zaman Elnur onun mobil telefonuna zəng vurmuş, həmin vaxt anası telefona cavab vermişdir. Evə gələn zaman anası demişdir ki, Elnur adlı bir nəfər oğlan zəng vurub onu axtarır. Həmin gün dostu Ayxana zəng vuraraq bazar günü Elnurla görüşəcəyini, sonuncunun gəlməsini demişdir. 01 oktyabr 2023-cü il tarixdə o, atası ilə birlikdə Bakı şəhəri, “28 May” metrostansiyasının yaxınlığında kitab axtaran zaman Elnurun dostu Hüseyn ona zəng vurmuş, Hüseynin zənglərinə cavab verməmişdir. Saat 14 radələrində atasından ayrılıb Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə “Gəncə təndirinin” yanına getmiş, ora çatanda Elnur tək orada dayanmışdı. Elnura yaxınlaşıb görüşmüş, görüşdükdən sonra Elnur ondan aralaşıb dayanacağa tərəf getmişdir. Təxminən 15 dəqiqədən sonra Sübhan, Yunis, Vüqar və Hüseyn Elnurun yanma gəlmişlər. Həmin vaxt Ayxan, Ramiz və adını bilmədiyi Ayxanın dostu onun yanına gəlmişlər. Hamı toplaşandan sonra Sübhan ona demişdir ki, o, Elnuru sıxışdırmış və sonuncu ilə zarafat etmişdir. Elnurla heç bir zarafat etmədiyini bildirmiş, bu zaman Sübhan hamıya kənara çəkilməyi və Elnurla təkbətək məsələni araşdırmalarını demişdir. Həmin vaxt Elton da hadisə yerinə gəlmişdir. Bu görə də Elnurla birlikdə yaxınlıqda olan elektrik şitinin arxasına keçmiş, həmin vaxt Elnur əynində olan idman paltarını çıxarıb ona tərəf gəlmiş və ona yumruq atmışdır. Elnurun atdığı yumruqdan yayınmış və özünü müdafiə etmək üçün yumruqla sonuncunun sifətinə bir zərbə vurmuş, bu zaman Elton onların arasına girib onları aralamışdır. Sonra Sübhan onlara məsələnin bağlandığını demiş. Elnur əynini geyinib gəldiyi uşaqlarla birlikdə getmişdir. O da oradan uzaqlaşıb hazırlığa getmişdir. Hadisə baş verən zaman orada o, Sübhan, Vüqar, Elton, Yunis, Vüqar, Ayxan və Ramiz olmuşlar. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Zərbəsi möhkəm olmamışdır. Tibbi sənədlərlə də Elnur Sətdərovun çənəsində sınığın olmadığı görünür. Qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu 51 saylı tam orta məktəbin 11-ci sinfində oxuyur. Təqsirləndirilən şəxs onunla yeni məktəbdə paralel sinifdə oxuyur. Təqsirləndirilən şəxs onun sonuncu ilə bir sinifdə oxuyan Sübhanla dostluq etdiyinə görə həmişə onunla xoşagəlməz zarafatlar etmiş, sözlə ona sataşmış, o da həmişə Səbrana öz iradını bildirmişdir. Lakin Səbran iradlarına əhəmiyyət verməmişdir. 01 oktyabr 2023-cü il tarixdə saat 15.00 radələrində evdə oturub alman dili oxumaqla məşğul olmuş, anası Elnarə Şükürova isə digər otaqda olarkən evlərinin qapısı döyülmüşdür. Lakin anası ilə o, qapını açmamışlar. Bundan bir neçə dəqiqə sonra onun mobil nömrəsinə “whatsapp” sosial şəbəkəsi üzərindən Təqsirləndirilən şəxs zəng edərək bildirmişdir ki, evlərinin yaxınlığında yerləşən “Gəncə təndiri”nin yanına gəlsin və gəlməyənə ağır söyüşlər söymüşdür. O, evdən çıxaraq təkcə həmin yerə getmiş, “Gəncə” adlı təndirin yanına getdikdə görmüşdür ki, Səbran oradadır, yanında isə özü ilə gətirdiyi 4-5 nəfər tanımadığı, bir nəfər isə adını bildiyi Səbranla bir sinifdə oxuyan Ayxan adlı oğlan var. Həmin yerə çatdıqdan sonra Səbran ona yaxınlaşaraq yenə də onunla nalayiq və təhqiramiz zarafatlar etməyə ona sataşmağa başlamışdır. Həmin vaxt o, Səbrandan nə üçün 5 nəfər uşaqla birlikdə gəldiyin soruşmuş, sonuncu cavab olaraq “mənə belə xoşdur” sözünü demişdir. Sonuncuların çox olduğunu görüb dostu Sübhana zəng vurub olduğu yerə çağırmışdır. Təxminən 10 dəqiqədən sonra Sübhan sinif yoldaşı Yunislə birlikdə onların yanına gəlmiş, Sübhan gəldikdən sonra isə Hüseyn adlı dostları zəng vurub onların yanma gəlməsini bildirmişdir. Bir müddət keçdikdən sonra isə Hüseyn tanışı Vüqarla birlikdə həmin yerə gəlmişdir. Həmin vaxt saat təxminən 16.00 radələri olanda Səbrana onu çağırmasının səbəbini deməsini və sonuncuya öz iradını bildirdikdə, Səbran həmin məktəbli uşaqların yanında əl ataraq onun əynində olan qara rəngli üstündə ağ rəngli yazılar olan qolu qısa köynəyini dartıb cırmışdır. Yenə də öz iradını bildirmiş, buna baxmayaraq Səbran yenə də onunla sözlə mübahisə etməyə, onun və ailə üzvlərinin ünvanına nəlayiq söyüşlər söyməyə başlamışdır. Qəflətən əlləri ilə onun boyun nahiyəsindən yapışmış, daha sonra sağ əli ilə onun sol çənəsini altından güclü yumruq zərbəsi ilə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, Səbran da gəldiyi məktəbli uşaqlarla birlikdə çıxıb getmişlər. Bundan sonra Hüseyn və Sübhan adlı məktəbli dostları onu yerdən qaldıraraq yaşadığı evə aparmışlar. Evdə olanda anası Elnarə təcili tibbi yardıma zəng edərək həkim çağırmış, həkim briqadası onu Respublika Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparmışdır. Səbranın yumruqla vurması nəticəsində çənəsinin sümüyü sınmışdır. Həkimlər əvvəlcə çənəsini əməliyyat etmək lazım olduğunu, daha sonra əməliyyatın şərt olmadığını, müalicə etdirməli olduğunu bildirmişlər. Hadisədən sonra 1 aya yaxın normal yemək yeyə bilməmiş, danışa bilməmiş, habelə çənəsini aça bilməmişdir. Təqsirləndirilən şəxs və ailəsi heç bir xəstəxana və müalicə xərcinə köməklik göstərməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində ədalətli cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 51 saylı məktəbin 11-ci sinifində oxuyur. Təqsirləndirilən şəxs onun sinif yoldaşı, Zərərçəkmiş şəxs onun dostudur. 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində hazırlıqdan çıxıb evə gedəndə Elnur zəng vurub demişdir ki, “Dünya” marektin yanına gəlsin, Səbran 5 nəfər uşaqla gəlir. O da sinif yoldaşı Yunislə birlikdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə “Dünya” marketir yanına getmişdir. Həmin vaxt Elnur marketin yanında yox idi. Biraz ətrafa baxmış və Elnurun Səbranla “Gəncə təndirinin” yanında dayandıqlarını görmüşdür. Yunislə birlikdə sonuncuların yanına yaxınlaşmış, həmin vaxt orada Elnur, Səbran və əlavə olaraq 4 nəfər uşaqlar dayanmışdır. Təxminən 15 dəqiqədən sonra Vüqar və Hüseyn də həmin yerə gəlmişlər. Bir müddətdən sonra Elton da onların yanına yaxınlaşmışdır. Onlar sonunculara yaxınlaşan zaman Səbranla Elnur bir-birləri ilə söhbət etmişlər. Səbran və Elnur onların yanından aralaşıb yaxınlıqda olan elektrik şitinin arxa tərəfin keçmiş, orada söhbət edən zaman Səbran yumruqla Elnurun sifətinə bir zərbə vurmuşdur. Bu zaman orada olanlar hamısı sonunculara tərəf gedərək onları aralamışlar. Səbrana getməsini bildirmiş, sonuncu onların yanından aralaşıb getmişdir. Elnuru 15-20 metrə qədər yola salıb evə getməsini bildirmiş, özü isə evə qayıtmışdır. Hadisə baş verən zaman orada o, Elnur, Səbran, Elton, Yunis, Vüqar, Ayxan və başqa uşaqlar olmuş, hadisə təxminən 10 saniyə davam etmiş, Səbran Elnura yumruqla bir zərbə vurmuş və bununla da hadisə başa çatmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməmiş, hadisə zamanı heç kim bir-biri ilə dalaşmamışdır. Məktəbdə Səbran Elnura demişdir ki, «Sən məktəbdə xoruzsan, səni təklikdə tutsam bir təhər edəcəm», bu da hadisənin baş verməsinə səbəb olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 51 saylı məktəbin 11-ci sinifində oxuyur. Təqsirləndirilən şəxs onun dostudur, paralel siniflərdə oxuyurlar. Zərərçəkmiş şəxs da onunla eyni məktəbdə paralel sinifdə oxuyur. 01 oktyabr 2023-cü il tarixdə saat təxminən radələrində yaşadığı evin həyətində olan zaman Səbran ona zəng vurub Bakı şəhəri, Səbail rayon 20-ci sahə adlanan ərazidə “Dünya” marketin yanına gəlməyini bildirmişdir. Buna görə də qonşuları Ramiz və Elmirlə birlikdə “Dünya” marketin yanına getmiş, Səbranın dediyi yerə çatan zaman sonuncu tək olmuşdur. Görüşdükdən sonra onu nə üçün çağırdığını soruşmuş, Səbran demişdir ki, Elnurla söhbəti var, sonuncu ilə görüşüb söhbət edəcəkdir. Təxminən 10 dəqiqədən sonra Elnur həmin yerə gəlmiş, gəldikdən bir müddət sonra Sübhanla Yunis də ora gəlmişlər. Bir neçə dəqiqə sonra isə Vüqarla Hüseyn də həmin yerə gəlmişdir. Hamı hadisə yerinə toplaşdıqdan sonra Səbran Elnur bir-birləri ilə söhbət etmiş, Səbran və Elnur təkbətək söhbət etmək istədiklərini bildirib onların yanından aralaşıb yaxınlıqda olan elektrik şitinin arxa tərəfinə keçmişlər. Sonuncular söhbət edən zaman Səbran Elnurun yaxasından tutub qəflətən yumruqla sifətinə bir zərbə vurmuşdur. Bu zaman orada olanlar hamısı sonunculara tərəf getmiş və onları aralamışlar. Bundan sonra hamı öz yaşadığı evə getmişdir. Hadisə baş verən zaman orada o, Elnur, Səbran, Yunis, Vüqar, Elton, Sübhan, Hüseyn, Ramiz və Elmir olmuşlar. Baş vermiş hadisə təxminən 1 dəqiqə davam etmiş, Səbran Elnura yumruqla bir zərbə vurmuş, Elnur ayaq üstə ləngər vurmuş, lakin yıxılmamışdır. Bundan sonra da hadisə başa çatmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs Səbran Bayramıya xəsarət yetirməmişdir. Həmin hadisə zamanı heç kim bir-biri ilə dalaşmamışdır. Baş vermiş hadisənin səbəbi isə məktəbdə Səbranla Elnurun aralarında olan söyüş olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş məhkəmənin xx.xx.2024-cü tarixli iclasında məhkəmə-tibb eksperti X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin qərarı əsasında xx.xx.2023-cü il tarixdə Məhkəmə Tibbi Ekspertizasında müayinədən keçirilmişdir. Müayinə zamanı müəyyən olunmuşdur ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt çəninin sol tac çıxıntısının yerini dəyişməyən qapalı sınığı və çənə nahiyəsinin sol yarısında yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixində, kənar şəxs tərəfindən çənə nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs şikayətləri ağzını aça bilməməsi, üzündə ağrılar və alt çənədə sınıq şübhəsi olmuşdur. Xəstənin dediyinə görə tanıdığı şəxs tərəfindən zərbə almışdır. Bundan sonra kompüter tomoqrafiya (KT) müayinəsi məsləhət görülmüş, bu zaman alt çənədə yerini dəyişməmiş və çənə sümüyünün tamlığı pozulmayan sınıq xətti müşahidə olunmuşdur. Nəzərə alınmalıdır ki, xəstə 13 gün sonra müayinə edilmişdir və şikayətləri davam edirdi. Çənədə sınıq olduğuna əmindir. Yemək yeyə bilməsi və ya danışa bilməsi sınığının olmaması demək deyil. Tibbi sənədlərdən də görünür ki, Zərərçəkmiş şəxs yerini dəyişməyən və çənə sümüyünün tamlığını və funskiyasını pozmayan qapalı sınıq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli 575 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş .Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt çəninin sol tac çıxıntısının yerini dəyişməyən qapalı sınığı və çənə nahiyəsinin sol yarısında yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixində, kənar şəxs tərəfindən çənə nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 491 №-li rəyindən görünür ki, X9 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamət yönəlməsi). X5 əqli inkişafı normaya uyğundur. X9 əqli inkişafı və fərdi-psixi xüsusiyyətlərinə görə etdiyi və ona qarşı edilən hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. 04 noyabr 2023-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 06 noyabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 06 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə X8 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. 16 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması nəzərə alınaraq onun atası X7 qanuni nümayəndəsi qismində tanınmışdır. 20 noyabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. 20 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 20 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 20 noyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 05 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 05 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinə gələrək özünü təqdim etmiş və bildirmişdir ki, barəsində axtarış elan edilməsi barədə məlumatı olmamışdır. 22 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 22 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. 22 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 mart 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş Respublika Klinik Xəstəxanasında keçirilən Maksillofasial nahiyəsinin KT müayinəsinin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs sümüklərin tamlığı pozulmamışdır. Nazal septumun sağa deviasiyası nəzərə çarpır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin və ekspertin ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan yumruq zərbəsi vurmuş və bununla da qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni, Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün yumruq vurması iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:30-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:30-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-215/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-215/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver