Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-215/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində (şəhəri) doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvəllər məhkum olunmamış, “Sədərək” Ticarət Mərkəzində satıcı işləyən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 2 saylı evdə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o, 08 fevral 2025-ci il tarixdə saat 20:30 radələrində qonşusu və onunla birgə ticarət mərkəzində işləyən Zərərçəkmiş şəxs soyuqlaması səbəbindən “banka qoyulması” barədə sonuncunun xahişi əsasında kirayədə yaşadığı ünvan 2 ünvanındakı mənzildə Zərərçəkmiş şəxs yataq otağındakı çarpayıda üzü üstə uzadaraq bel nahiyəsinə banka qoymaq istəyərkən sol əlində saxladığı içərisində yarıya qədər tezalışan xüsusiyyətə malik etil spirti olan bankanın əlindən sürüşərək onun bel nahiyəsinə düşə biləcəyi ehtimalını nəzərə almadan öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərib, əlindəki bankanı diqqətsiz saxladığından sürüşərək içindəki etil spirtin bel və kürək nahiyələrinə tökülməsi və eyni anda sağ əlində tutduğu yanılı vəziyyətdə olan, üzərinə pambıq sarılmış çəngəlin də Zərərçəkmiş şəxs bel və kürəyinə, habelə spirtlə isladılmış döşəyə düşməsi ilə həmin nahiyələrdə və döşəkdə baş vermiş yanğın səbəbilə Zərərçəkmiş şəxs yüksək hərarətalovun təsiri nəticəsində həyat üçün təhlükəli olan ümumi bədən səthinin 35-40%-ni əhatə edən İİ-İİİa-İİİb dərəcəli termiki kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq, həmin xəsarətlər səbəbindən 24 fevral 2025-ci il tarixdə saat 17:05-də müalicə olunduğu ‘'X12” X15 yanıq şöbəsində ölmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, eyni həyətdə qalırdı. Ona ev tapmışdı. Ona hər zaman maddi dəstək olurdu. Sədaqət xanım dedi ki, banka qoya bilərsən o də axşam tərəfi işdən çıxanda getdi onlara banka qoymağa. Banka qoyduğu zaman o uzanmışdı, əlində spirtli banka və çəngəl var idi. Tərpənəndə əlindən sürüşdü düşdü. O da qışqırmağa başladı. Heç kim səsini eşitmədi. Getdi su dalınca bilmədi ki onu tez söndürmək lazımdı. Gələndə o özü-özünü söndürmüşdü. Qoymadı təcili tibbi yardımı yığsın dedi səni apararlar sənin körpə uşağın var. Qaldığı evin yiyəsi də gəldi. İynə dərmana kömək edirdi. 2 gün vəziyyəti pis idi işə getməyib ona baxdı. Səhəri gün görüntülü danışdı və dedi gəl sənə həkim çağırım, nə olacaq olsun. Qoymadı. Sonra təcili tibbi yardım çağırıb apardılar. Həmən vaxt qış ayları idi. Ayaqlarının damarı tutulmuşdu. Xəstə olduğundan tez-tez xəstəxanaya gedə bilmirdi. Yığmağa qorxurdu deyirdilər vəziyyəti ağırdı. Xəstəxanaya gedəndə o şişmişdi. Həmin günü vəfat etdi. Mən istəməmişəm belə olsun. O vicdan əzabıdır ömrümün axırına kimi o məndə qalacaq. O mənə bacı kimi idi. Əməlimdən çox peşmanam. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, hazırda və gələcəkdə Təqsirləndirilən şəxs şikayəti olmayacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Sədaqət xanım bir gün dedi ki qadın kirayə axtarır. Bizdədə ev var idi verdim. Sədaqət və Elnarənin tanışlığı Sədərəkdə olub, birlikdə işləyiblər. Rəhmətlik Sədaqət mənə zəng etdi ki, gəl üstümü yandırmışam. Məndə ona köpük vurub ilkin yardım göstərdim. Ona dedim ki, gəl Təcili Yardımı çağıraq, mənimlə razılaşmadı. Dedi ki, demişəm bacıma və əmim qızına onlar gəlməlidir. Elə vəziyyətdə təxmini 1-2 gün qalmışdı. Dedim gəl bizə gedək razılaşmadı. Telefonla danışarkən bizə deyirdi pis deyiləm. Sonra birdən dedilər ki, vəziyyəti pisləşib rəhmətə gedib. Mən hələ belə hadisə eşitməmişəm banka qoymaqdan kimsə yanıb rəhmətə getsin. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, Elnarə xanımı tanıyır Sədaqət xanımı tanımır. O qadınla heç vaxt görüşməyib. Elnarə işdə ağlayaraq dedi ki belə hadisə olub biz onda bilmişik. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Elnarə ilə iş yoldaşıdır. Təxminən 4 gündən sonra gördü ki Elnarə ağlayır və soruşdu nə məsələdir. Dedi ki, banka qoyanda beli yanıb. Bildiyim qədər Elnarə və o qadının dostluq münasibətləri var idi. Qadın qonşu dükanda işləyirdi və bunları Elnarənin danışığından bilirdi. Hadisədən nə bilirsə Elnarənin ağzından eşidib. Elnarə yiyəsiz adamdır. Anasının dəfninə belə biz kömək etdik. Onun heç kimi yoxdur. Ayaqları xəstədir sürünərək işə gəlir. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild c.i.v. 1-2). Cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, baxış (hadisə yeri) Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi dalan 2 ünvanında yerləşən 19q saylı fərdi yaşayış evidir. Bəhs olunan yaşayış yerinin qonaq otağına baxış keçirilən zaman divanın qarşısında olan masanın üzərində mavi rəngli silikon formanın içərisində 08 ədəd tibbi banka və 01 ədəd çəngəl aşkar olundu. Çəngəlin sap hissəsində yanıq izinə bənzər zədə vardır. İş üçün kəsb edə biləcək digər əşya və ya sənəd aşkar etmək məqsədilə evin yataq otağına baxış keçirmək zəruri hesab edildi. Sahəsi 15 kv.m təşkil edən yataq otağının şimal hissəsində bir ədəd şkaf və bənövşəyi rəngli fitnes topu vardır. Qeyd olunan otağın mərkəzində səliqəsiz vəziyyətdə olan çarpayının qarşısındakı döşəmənin (xalça) üzərində 01 ədəd uzunluğu 930 mm təşkil edən qadın fleece şalvarı aşkarlandı. Şalvarın ön tərəfində yanıq izlərinə oxşar zədələr mövcuddur. Çarpayıda olan bənövşəyi rəngli döşəyin üzərində də sözügedən zədələr aşkar olunduğundan döşək üzü götürülmək məqsədilə çıxarıldı. Yataq otağındakı çarpayının sağ tərəfində yerləşən qara rəngli üç yaruslu tumbada içərisində naməlum maddə və üzərində “Paşalar 100 ml ETİL SPİRTİ 70% SPREY” yazısı olan 01 ədəd sprey aşkar olundu. Baxış zamanı evin digər otaqlarında və sanitar qovşağında iş üçün əhəmiyyət kəsb edə biləcək başqa əşya və ya sənəd tapılmadı. Yuxanda sadalan əşyalar Səbail rayon prokurorluğunun “Zərflər üçün” möhürü ilə müvafiq zərf və bağlamalara qablaşdırılaraq hadisə yerindən götürüldü (İ cild c.i.v. 49-50). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 25 fevral 2025-ci il tarixli 15 saylı rəyindən görünür ki, mərhumə Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - ümumi bədən səthinin 35-40%-ni əhatə edən İİ-İİİa-İİİb dərəcəli termiki yanığı, ağır dərəcəli yanıq toksemiyası ilə müşayiət olunmuş yanıq xəstəliyi yüksək hərarət-alov təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 fevral 2025-ci il tarixdə yaşadığı evdə qonşusu tərəfindən kürək nahiyəsinə tibbi banka qoyularkən içərisində maye (spirt) olan qabın əlindən sürüşməsi və içərisindəki mayenin (spiıtin) gövdə və sağ yuxarı ətrafa dağılması, sonrakı etapda üzərinə pambıq dolanmış yanılı vəziyyətdə olan qaşığın gövdə üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Mərhumə Zərərçəkmiş şəxs ölümünə səbəb bədən səthinin 35-40%-nin ll-llla-lllb dərəcəli termiki alov yanığı nəticəsində inkişaf etmiş yanıq xəstəliyi fonunda ağır dərəcəli yanıq toksemiyası olmuşdur. Meyitin daxili müayinəsi zamanı aşkar edilmiş eksudativ plevrit, eləcə də tibbi sənəddə göstərilmiş, həmçinin anamnestik məlumatlarda qeyd olunmuş keçirilmiş vərəm xəstəliyi, hipertoniya xəstəliyi və şəkərli diabet kimi patoloji hallar (xəstəliklər) prosesə ağırlaşdırıcı təsir göstərərək ölümün baş verməsini sürətləndirmişdir. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, Zərərçəkmiş şəxs 24 fevral 2025-ci il tarixdə saat 17:05-də “X12” PHŞ-in yanıq şöbəsində ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. Mərhumə Zərərçəkmiş şəxs bədəni üzərində yüksək hərarətin təsiri əlamətləri fonunda digər hər hansı bir xəsarət və ya xəsarət izləri müəyyən edilmədi (İ cild c.i.v.163-170). İş materiallarında olan “Meyitə morqda baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin ön səthinin sağ yarısı, sağ süd vəzi, sağ yan səthi, arxa səthinin sağ yarısı bütünlüklə, sol yarısının aşağı hissəsi, qarının ön və sağ-yan səthi, bel nahiyəsi bütünlüklə, sağ bazunun Ön, iç və bayır səthi, sağ dirsək çuxuru nahiyəsi yüksək hərarətin təsirinə məruz qalmış, qeyd oluııan nahiyələrdə dəri epidermisi yanaraq itmiş, dəri və yumşaq toxumalarda bəzi yerlərdə solğun ağ-boz, əksər nahiyələrdə tünd qəhvəyimtil-qonur rəngdə qartmaqla örtülü kəskin sərhədlərə malik, bərkvarİ konsistensiyah yanıq yaraları müəyyən edilir, kənarları nahamar, girintiliçıxıntılidir. Qartmaqları qopmuş yerlərində dəri solğun, bulanıq qırmızmıtıl-bənövşəyi rəngdədir, qismən sərtləşmişdir. Meyitin xarici müayinəsində yüksək hərarətin təsiri əlamətləri fonunda gözlə görünən digər xəsarət və ya xəsarət izləri müəyyən edilmədi (İ cild c.i.v.20-21). İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 04 aprel 2025-ci il tarixli, 3/289 nömrəli rəyindən görünür ki, təqdim olunmuş bir ədəd döşək üzünün və bir ədəd şalvarın səthində rəyin tədqiqi hissəsində yerləşmə sahələri, sayı və ölçüləri göstərilməklə təsvir edilmiş zədələr vardır. Həmin zədələr termiki təsir nəticəsində yaranmağa xarakterik yanma zədələridir. Təqdim edilmiş bir ədəd döşək üzünün və bir ədəd şalvarın səthində olan yanma zədələrinin yaranma mexanizmini (istiqamətini) kriminalistik tədqiqat aparmaqla müəyyən etmək mümkün deyil. Təqdim edilmiş bir ədəd çəngəlin sap hissəsinin səthində olan izlər termiki təsir nəticəsində yaranmağa xarakterik izlərdir (İİ cild c.i.v.11-14), (tədqiqatın dəyəri 60 manat). İş materiallarında olan məhkəmə-fiziki kimyvi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 6/995 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Paşalar 100 ml ETİL SPİRTİ “70% SPR.EY” yazısı olan 01 ədəd spreyin içərisindəki mayenin tərkibinə tezalışan xüsusiyyətə malik etil spirti və qalıq su müəyyən edildi. Tədqiqata təqdim edilən 08 ədəd tibbi bankanın daxilində və səthlərində hər hansı maddə (tezalışan və s.) izləri müəyyən edilmədi. Ümumiyyətlə spirt və araq məhsulları uçucu xassəyə malik olduğundan hər hansı tutumda və ya əşya daşıyıcılarında iz qoymur (İİ cild c.i.v.15-18), (tədqiqatın dəyəri 110 manat). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 fevral 2025-ci il tarixli, 85 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixli (hadisədən 20 gün sonra) məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi (İ.cild c.i.v.91-94). İş materiallarında olan 27 mart 2025-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (İ cild c.i.v.198-199). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild c.i.v. 72-73). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild c.i.v.89-90). İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, “Könüllü təqdim edilən yazışmalara baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokola dair CD disk, hadisə yerinə baxış zamanı götürülmüş evin qonaq otağında yerləşən divanın qarşısındakı masanın üzərində mavi rəngli silikon formanın içərisində olan 08 ədəd tibbi banka və 01 ədəd çəngəl, yataq otağındakı çarpayının üstündə olan bənövşəyi rəngli Paisley naxışlı 01 ədəd döşək üzü, döşəmədəki xalçanın üzərində və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd mavi rəngli qadın üçün Fleece şalvarı, habelə haqqında bəhs edilən otaqdakı çarpayının sağ tərəfində yerləşən qara rəngli üç yaruslu tumbada içərisində tezalışan xüsusiyyətə malik etil spirti və üzərində “Paşalar 100 ml ETİL SPİRTİ 70% SPREY” yazısı olan 01 ədəd sprey maddi sübut kimi tanınmışdır. Maddi sübutlar - “Könüllü təqdim edilən yazışmalara baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokola dair CD disk cinayət işi materiallarına əlavə olunmaqla, hadisə yerinə baxış zamanı götürülmüş evin qonaq otağında yerləşən divanın qarşısındakı masanın üzərində mavi rəngli silikon formanın içərisində olan 08 ədəd tibbi banka və 01 ədəd çəngəl, yataq otağındakı çarpayının üstündə olan bənövşəyi rəngli Paisley naxışlı 01 ədəd döşək üzü, döşəmədəki xalçanın üzərində və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd mavi rəngli qadın üçün Fleece şalvarı, habelə bəhs edilən otaqdakı çarpayının sağ tərəfində yerləşən qara rəngli üç yaruslu tumbada içərisində tezalışan xüsusiyyətə malik etil spirti və üzərində “Paşalar 100 ml ETİL SPİRTİ 70% SPREY” yazısı olan 01 ədəd sprey Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır (İİ cild c.i.v.19-20). İş materiallarında olan 08 aprel 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (c.i.v.22). İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb. Ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də şikayəti və tələbo olmayacaq. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-484/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs ilə cavabdeh X8 arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 3768 nömrəli akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi iddiaçı Təqsirləndirilən şəxs yanında qalması və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X4 xx.xx.2023-cü il tarixdən caşlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Təqsirləndirilən şəxs ödənilməsi qət edilmişdir (İİ cild 26- 28). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 1 №li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 06 mart 025-ci il tarixli, 5-21 -1/2- 105/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.2017-ci il təvəllüdlü X5 ibarətdir. Həmin arayışa qoşma olaraq əlavə edilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 ünvanında qeydiyyatda olduğuna baxmayaraq hazırda bu ünvanda yaşamır və yaşadığı müddət ərzində heç bir davranış pozuntusuna yol verməmiş, barəsində nümayəndəliyə şikayət daxil oİmamışdır (İ cild c.i.v.155-156). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini – ünvan 5 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 330 manat pul ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olaraq 170 (bir yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mavi rəngli silikon formanın içərisində olan 08 ədəd tibbi banka və 01 ədəd çəngəl, bənövşəyi rəngli Paisley naxışlı 01 ədəd döşək üzü, 01 ədəd mavi rəngli qadın üçün Fleece şalvarı, etil spirti və üzərində “Paşalar 100 ml ETİL SPİRTİ 70% SPREY” yazısı olan 01 ədəd sprey məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xərci - 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************), məhkəmə-fiziki-kimyəvi ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mavi rəngli silikon formanın içərisində olan 08 ədəd tibbi banka və 01 ədəd çəngəl, bənövşəyi rəngli Paisley naxışlı 01 ədəd döşək üzü, 01 ədəd mavi rəngli qadın üçün Fleece şalvarı, etil spirti və üzərində “Paşalar 100 ml ETİL SPİRTİ 70% SPREY” yazısı olan 01 ədəd sprey məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-215/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-215/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver