Məhkəmə qərarları › İş №1(009)-216/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-216/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-216/2021 07.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İsrafil oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Servis+” təmizlik şirkətində solbentr işləyən, himayəsində bir azyalşı övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 22 yanvar 2021-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən “Cyber Arena” internet klubununda, həmin klubu icarə müqaviləsi əsasında işlədən Zərərçəkmiş şəxs, klubda istifadə olunan kompyuterlər üçün X2 5 ədəd “Zatos” firmasına məxsus olan “1080Tİ” markalı videokart sifariş edib 21 gün ərzində gətirəcəyini yalandan vəd edib aldadaraq, sonuncudan həmin günün məzənnəsi ilə 3 400 manat təşkil edən 2 000 ABŞ dolları alıb ələ keçirərək Zərərçəkmiş şəxs 3400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da, ünvan 5vanında kirayədə yaşayır. 6 ilə yaxındır ki, kompüter salonu işlədir. 5 ildən artıq müddətdir Vaqif adlı şəxsin kompüter salonu işlətdiyini bilirmiş, amma şəxsən tanışlıqları olmamışdır. 2021 -ci ilin yanvar ayında Zərərçəkmiş şəxs ona zəng vurub tanışlıq vermiş, 5 ədəd videokart lazım olduğunu bildirərək, onda olub-olmadığını soruşmuşdur. O, Vaqif İsrafılova istədiyi video kartları təşkil edə biləcəyini demişdir. Bu barədə danışmağımız üçün Zərərçəkmiş şəxs onu Səbail rayonu Z.Əliyeva küçəsində yerləşən kompüter salonuna dəvət etmişdir. 22 yanvar 2021-ci il tarixdə o, Vaqifin işlədiyi ünvan 3 ünvanında yerləşən “Cyber Arena” internet kluba getmiş, salonda olan zaman Vaqif ona bildirmişdir ki, işlətdiyi kompyterlər üçün 5 ədəd “Zatos” firmasına məxsus olan “1080Tİ” markalı videokart lazımdır. O, həmin karları 5 ədədini 4 000 manata verəcəyi barədə Vaqiflə danışaraq razılaşmışlar. Zərərçəkmiş şəxs həmin gün, yəni 22 yanvar 2021-ci il tarixdə saat 21 radələrində ona beh olaraq, işlətdiyi “Cyber Arena” internet klubda 2 000 (iki min) ABŞ dollarını adını bilmədiyi bir nəfər işçisinin yanında vermiş və razılaşmamlarına əsasən 21 gün müddətində o, video karları Vaqifə çatdırmalı olmuşdur. O, Vaqif İsrafılovdan aldığı 2 000 ABŞ dollarını öz ailə problemlərilə bağlı xərcləmiş, ona görə də video kartları gətizdirə bilməmiş, Vaqifin verdiyi 2 000 ABŞ dollarını da qaytara bilməmişdir. “Zatos” firmasına məxsus olan “1080Tİ” markalı videokartlarm satışı alışı-satışı ilə əvvəllər məşğul olmuşdur. Vaqif İsrafılovdan 2 000 ABŞ dollarını video kartları alamaq məqsədi ilə almış, elə olmuşdur ki, ailəsinin müalicəsinə xərcləmişdir. Həmin pulu anasının müalicəsi üçün xərcləmiş, bundan əlavə özünün qazancından pullar xərcləmiş, lakin anası 02 may 2021-ci il tarixdə vəfat etmişdir. Kartları gətircəymiş, elə olmuşdur ki, anası xəstə olduğu üçün verilən məbləği xərcləmiş, sonradan Vaqif İsrafılova kartları gətirəcəyini deyirmiş, halbuki artıq Vaqifin ona verdiyi 2 000 (iki min) ABŞ dollarını xərcləyibmiş. Həqiqətən də, razılaşma zamanı Zərərçəkmiş şəxs ona 2000 ABŞ dollarını verdikdən sonra, “Zatos” firmasına məxsus olan “1080Tİ” markalı 5 ədəd videokartları gətirib təhvil verdiyi vaxt Vaqifə 200 ABŞ dollarını keçəcməyini xahiş etmişdir. Onlar həmin video kartların 1 ədədini 850 ABŞ dollarına razılaşmışlar. Zərərçəkmiş şəxs ona 5 ədəd video kart üçün 4050 ABŞ dolları verməli olmuşdur. O, söz vermişdir ki, mah təhvil verərkən Vaqifdən 2050 ABŞ dolları deyil, 1850 ABŞ dolları alacaqdır. Əvvəllər video kart gətrib satdığı şəxslər olub, lakin həmin şəxslərin anket məlumatları və əlaqə nömrələrini xatırlamır. Vaqif İsrafılovdan aldığı 2000 ABŞ dollarını ailə problemlərinə, anasının müalicəsinə xərclədiyini bildirmişdir. O, xəstəxanalara ödəniş etməmiş, amma anasnın müalicəsi üçün dərmanlar almış və pulu bunun üçün xərcləmişdir. Etiraf edir ki, o, Zərərçəkmiş şəxs aldatmışdır. Faktiki olaraq malı gətirilməsi üçün sifariş etmədiyi halda, Vaqifə malın yolda olduğunu yalandan bildirmişdir. X8 verməyə digər mah olmamışdır, bu səbəbdən də Vaqifin həmin təklifini, yəni sifariş olunan mal gələnə kimi əvəzində istifadə edilməsi üçün başqa mal verməsi təklifini icra edə bilməmişdir. X3 aldığı 2000 ABŞ dolları müqabilində Vaqifin xeyrinə heç bir iş görmədiyini etiraf edir. Vaqif İsrafılovdan 21 yanvar 2021-ci il tarixdə 2000 ABŞ dollarını alarkən niyyətinin sonuncunu aldatmaq olması barədə suala cavab verməkdə çətinlik çəksə də, amma pulu alıb Vaqif İsrafılovun xeyrinə heç bir iş görmədiyini bir daha etiraf edir. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ərizə təqdim edərək barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İsrafil oğlu ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. 20 ildir kompüter oyunları zalını işlədir, 7 ildir ki, ünvan 7 ünvanında yerləşən “Cyuber Arena” kompüter oyunları zalını işlədir. Pondemiya ilə əlaqədar olaraq 2021-ci ilin yanvar ayında klubda olan kompüterlərin videokartlarmı satmış, eyni zamanda məqsədim yeni videokartlar alıb, pondemiya qurtarandan sonra işə başlaya bilməsi olmuşdur. Yeni kompyuter videokartları almaq üçün şəhərdə bir neçə mağazaya baxmış, lakin istədiyi videokartları tapa bilməmişdir. Uzun müddətdir tanıdığı, kompüter zalı işlədən Məsuda bu barədə demişdir. Məsud cavabında ona demişdir ki, tanıdığı Təqsirləndirilən şəxs var, bu şəxs ABŞ-dan videokartlar gətirir, sonuncunun nömrəsini ona bildirmiş və özünün danışmağını məsləhət görmüşdür. Nömrəni aldıqdan sonra Təqsirləndirilən şəxs zəng vurmuş, telefonu açan Fərid ona adı ilə müraciət edərək səmimi danışmışdır. O, Fəridə işlədiyi kluba gəlməyi təklif etmişdir. 22.01.2021-ci il tarixdə saat 20 radələrində Fərid onun işlədiyi ünvan 7 ünvanında yerləşən “Cyuber Arena” kompüter oyunları zalına gəlmişdir. Söhbət əsnasında Fərid demişdir ki, kompüter işlədən bir neçə şəxslə yaratdıqları qrupun üzvüdür və həmin qrupda olduğu üçün onu şifahi tanıyır. Fərid həmçinin demişdir ki, ABŞda tanış adamı var, həmin şəxsə verilən sifarişlər əsasında mah ABŞ-dan göndərirlər. O, videokartla bağlı Fəridlə danışmış və 5 ədəd “Zotac 2080” firmasına məxsus olan videokartı 4050 (dörd min əlli) ABŞ dollarına gətirəcəyi barədə razılaşmışlar. O, Fəridə ilkin olaraq pul vermək istəmirmiş və demişdir ki, «malı gətir pulunu verim». Fərid demişdir ki, razılaşdıqları məbləğin 50 faizini verməlidir ki, o mah gətirə bilsin. O, ünvan 7 ünvanında yerləşən “Cyuber Arena” kompüter oyunları zalında, həmin zalda operator kimi işləyən Orxanın yanında Fəridə 2000 (iki min) ABŞ dolları vermişdir. Danışıqlarına əsasən 07.02.2021-ci il tarixdə Fərid sifariş etdiyi malları gətirməli olmuşdur. Bir neçə gün sonra Fərid ona zəng vuraraq demişdir ki, “sənə şad xəbərim var sifariş etdiyim mallar gəlir yəqin ki, 05.02.2021-ci il tarixdə mah sənə verəcəyəm”. Bundan sonra bir neçə dəfə danışmışlar, hər dəfədə Fərid deyirmiş ki, mal gəlib gömrükdədi, sonra deyirmiş ki, gömrükdə problem çıxdı və sair bəhanələr gətirərək mah vermirmiş. O, Fəridə təklif etmişdir ki, əvəzində ona başqa mal versin, istifadə etsin, sifariş etdiyi mallar gələndə qaytarsın özünə. Bu təklifin cavabında da Fərid hər dəfə bir bəhanə gətirirmiş. Gah deyirmiş qarajdadı, gah deyirmiş qarajı işlədən Sanqaçaldadı, sonra ona demişdir ki, «mən sənin pulunu qaytaracam». O, Fəridə polisə şikayət edəcəyini bildirdikdə, Fərid şikayət etməməsi üçün ona yalvarmış, pulunu qaytaracağına söz verirmiş, bu barədə Fərilə votsap yazışmaları qalır. Fərid ondan möhlət istəmiş və verdiyi vaxtda da pulu gətirmədiyi üçün, Fəridin dürüst bir insan olmadığını öyrənmiş və Fəridin onu aldatdığına özündə əminlik yaranmış və bu barədə polisə müraciət etmişdir. Fəridlə votsap danışıqlarının bir neçəsinin surətini çıxararaq təhqiqat materialına əlavə edilməsi üçün vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs İsrafil oğlu təqsirləndirilən şəxslə barışdığını ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 ildir kompyuter oyunları zalında Zərərçəkmiş şəxsla birlikdə işləyir. 7 ildir ki, ünvan 7 ünvanında yerləşən “Cyuber Arena” kompüter oyunları zalında birlikdə işlyirlər. Vaqif podemiya ilə əlaqədar 2021-ci ilin yanvar ayında klubda olan kompyuterlərin video kartlarını satmış, yeni video kartlar alıb pondemiya qurtardıqdan sonra işə başlamağı qərara almışdır. Vaqif yeni video kartların alınması barədə Təqsirləndirilən şəxs ilə danışmışdır.Fərid həmin video kartları X2 gətirəcəyini bildirmişdir. 22 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Vaqiflə birlikdə ünvan 7 ünvanında yerləşən “Cyuber Arena” kompüter oyunları zalında olduğu vaxt Fərid oraya gəlmişdir. Fərid burada söhbət zamanı bildirmişdir ki, X4 tanış adam var, verilən sifariş əsasında mah oradan göndərir. Fərid 5 ədəd “Zotac 2080” firmasına məxsus olan videokartı 4050 (dörd min əlli) ABŞ dollarına gətirdəcəyini bildirərək Vaqiflə razılaşmışdır. Vaqif əvvəlcə mallar gəldikdən sonra pulunu verəcəyini bildirmiş, Fərid isə malın pulunun 50 faizini qabaqcadan istəmişdir. Əks təqdirdə Fərid sifariş verə bilməyəcəyini demişdir. Vaqif razılaşmış və bu görüş zamanı 2000 ABŞ dollarını “Cyuber Arena” kompüter oyunları zalında sayaraq, onun yanında Fəridə vermişdir. Fərid pulu aldıqdan sonra çölə çıxarkən, o da marketə getməli olmuş, bu səbəbdən Fəridin arxasınca klubdan çıxmışdır. Çıxarkən görmüşdür ki, Fərid hədsiz dərəcədə sevinərək tələsik gedir. O, bir qədər şübhələnmişdir. Marketdən qaydan zaman Vaqifə «işinix xeyirli olsun, amma mən Fəriddən şübhələndim, o, dürüst adama oxşamır» deyə bildirmişdir. Vaqif «yox, elə şey olmaz, biz bir qrupdayıq, ikimizin də tanıdığımız ortaq insanlar var» deyə cavab vermişdir. Sonradan Fərid yaxın müddətdə malları gətirəcəyi barədə Vaqiflə danışıb, sonra müxtəlif bəhanələr gətirərək malı gətirməmiş, pulu qaytarmamışdır. Ona görə də Vaqif bu barədə polisə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Təqsirləndirilən şəxs tanıyır. Fərid “İçərişəhər” metrostansiyası ilə üz-üzə “Favorit” adında internet klub işlədirmiş. O, bir neçə dəfə həmin internet kluba oyunlar oynamaq üçün getmişdir. Fəridi həmin vaxtdan tanıyır. Sonradan özünə internet klub açmışdır. Bunu Fərid bilirmiş. Fərid də internet klub işlətdiyi üçün münasibətləri yaranmışdır. 2019-cu ilin sonlarında Fəridlə görüşmüşdür. Fərid ona internet kartları gətirdiyini bildirmiş və elə bir ehtiyacı olarsa ona köməklik edə biləcəyini demişdir. Vaqif İsrafolovu o, çox uzun illərdir qiyabi olaraq tanıyırmış, şəxsi tanışlıqları son iki ildə yaranmışdır. 2021 -ci ilin yanvar ayının əvvəllərində, tarix dəqiq yadında deyil, Vaqif ona kompüter üçün videokart lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs ona belə bir təklif etdiyini Vaqifə demiş, onu da əlavə etmişdir ki, pul verəndə ehtiyatlı olsun. Vaqif ondan Fəridin nömrəsini istəmiş, o, Fəridin nömrəsini tapıb Vaqifə vermişdir. Sonradan öyrənmişdir ki, Vaqif Fəridlə telefon əlaqəsi saxlayıb, işlətdiyi internet kluiba çağırıb, videokartlar gətirməsi üçün Fəridə 2000 ABŞ dolları pul verib, Fərid Vaqmfi aldadıb pulu qaytarmayıb. O, bu barədə Təqsirləndirilən şəxs zəng vurmuş, nə üçün Vaqifin pulunu qaytarmadığını Fəridə bildirmiş, Fərid and içmişdir ki, həmin videokartlar gəlib, mallar gömrükdədir. Sonradan məlum olmuşdur ki, Fərid ona da yalan deyirmiş. Fərid ona videokart satmayıb, başqasına satdığını da bilmir, yəni Fəriddən video kart almış bir şəxsi tanımır, sadəcə Fərid ona belə bir təklif edibmiş ki, videokart təşkil edə bilir. Məhkəməyədək icaat dövründə zərərçəkmiş şəxs X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ilkin ifadələrini üzləşdirmədə dindirmə zamanı bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində dəqiqləşdirmişdir ki, razılaşma zamanı o, Vaqif İsrafılovdan 2000 ABŞ dolları aldıqdan sonra vəd etdiyi mah - “Zatos” firmasına məxsus olan “1080Tİ” markalı 5 ədəd videokartları gətirib təhvil verdiyi vaxt ona 200 ABŞ dollarını keçəcəyini, ondan 2050 ABŞ dolları deyil, 1850 ABŞ dolları alacağına söz vermişdir. Üzləşdirmədə dindirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində dəqiqləşdirmişdir ki, əvvəllər buk imi video kartları gətirərək başqa müştərilərə satmışdır, lakin həmin müştərilərin anket məlumatlarını bilmir. Vaqif İsrafılovla aralarında votsap yazışmaları olmuşdur, təqdim edilən protokollaşdırılmış votsap yazışmaları onunla Vaqif İsrafılov arasında olan votsap yazışmalarıdır. O, Şahid2 uzun müddətdir ki, tanıyır. Məsuda video kart satmamışdır, video kart gətirə biləcəyi barədə təklif vermişdir. Vaqiflə aralarında olan məsƏlə ilə bağlı Məsudla söhbət edərkən yalandan video kartların gömrükdə olmasını demiş, əslində kartlar gətirilməmişdir. Məhkəmə istintaqında məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs X5 tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə aralarında olan “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış mesajlaşmaların əks olunduğu sənədlərə baxış keçirilmiş və aşağıdakı məzmunda yazışmalar aşkar edilmişdir. Bu tələsik deyil 17:01; Nə vaxt edə bilərsən? 1701; Yaxşı 17:10; 22.01-ci il tarixdə 2000$ verdi. 20:15; ümumi 4050 20616; Qaldı 1850$ 20:16; 07.02-ci il tarixdə Bakıda olmalıdır 20:16; Mənim sənin üçün əla təklifim var 21:30; 23 yanvar 2021 -ci il- Fərid, yatmamısan qardaş? 01-40; Salam, yardaş, yox, elə indi evə gəlmişəm 01:41; 19 aprel 2021-ci il - Salam Vaqif. Vaqif, bir qəldər də döz, son dəfə vaxt ver. Qəpiyinə qədər sənin pulunu gətirəcəm. Mən çox şey istəmirəm. Bir az da döz. 09:36; Vaqif, sən cavab vermədin? 12:14; Səsyazma 12:15; Senden axırıncı defe vaxt ver mənə deldim verəcəm pulunu 12:16; Azca da döz 12:16; Yəni o mənadaki səndən axırıncı dəfə vaxt istədim, pislik istənilən an. Mən səndən daha vaxt istəməyəcəm 12:19; Vaxt yoxdur 12:19; Mən bilirəm, mən səndən 1 ay yox, 15 gün yox, xahiş edirəm, aym sonuna qədər 10 gün istəyirəm, mən sənin pulunu qəpiyinə qədər verəcəm və bundan sonra mən səni narahat edib, vaxt istəməyəcəm, bu müddət ərzində bütün borcuvu verəcəm 12:23. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 oktyabr 2020-ci il tarixli X6 adlı övladı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat, pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun X10 filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar