Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-216/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Tərcüməçi: X1, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi Nazim-hikmət oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Daşkəsən rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 02 aprel 2022-ci il tarixdə saat 20 radələrində barmen köməkçisi işlədiyi, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 14/2 ünvanda yerləşən "xxxx" istirahət mərkəzinin nəzdində olan “ADA” restoranının 1-ci mərtəbəsində yerləşən bar piştaxtasının qarşısında olarkən restoranın meneceri Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs onun restorana məxsus çərəzlərin cibinə qoyması səbəbindən ona irad bildirməsini cüzi səbəb kimi bəhanə edərək, bunu özü üçün qəbuledilməz hal hesab edib, şəxsiyyətini başqalarının fövqündə qoymaqla, əsassız mübahisə yaratdıqdan sonra, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, yəni, birgə yaşayış və davranış qaydalarına, aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, habelə ictimai qaydanın kobud surətdə pozulmasında ifadə olunan hərəkətlərlə, yəni ictimai yerdə, restoranda istirahət edən çoxsaylı digər şəxslərin də narahatlığına səbəb olmaqla və restoranın iş rejimini pozmaqla, həmin yerdə olan şəxslərin gözü qarşısında əlində olan, silah qismində istifadə etdiyi şüşə qabla bir dəfə və əl zərbələri ilə bir neçə dəfə Zərərçəkmiş şəxs zərbə vuraraq silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə sonuncuya üst dodağın sağ yarısının bayır səthinin və sol əlin ovuc səthinin əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, ADA restoranına təxminən 2022-ci mart ayında barmen köməkçisi vəzifəsinə işə düzəlmişdir. Həmin ərəfədə restoranın müdiri Muhammad adlı şəxs, meneceri isə Ocaktan Hüseyn olmuşdur. Restoranın əsas sahəsi 2-ci mərtəbəsində yerləşir. Hadisə baş verməmişdən əvvəl onun digər işçilərlə, eləcə də Ocaktanın özü ilə münasibəti normal olmuşdur. 02 aprel 2022-ci il tarixdə səhər saat 09-da o, həmişəki kimi işə çıxmış və iş fəaliyyətinə başlamışdır. Səhər saatlarından axşam saat 18-dək demək olar ki, müştəri olmamışdır. Həmin ərəfə çimərlik fəsili olmadığından müştəri axını zəif olmuş, restorana yalnız kənardan müştərilər gəlib-getmişdir. Həmin gün saat 20 radələrində restoranın 2-ci mərtəbəsindən ofisiantlardan kimsə bildirmişdir ki, müştəri qızardılmış püstə istəyir. O, bar piştaxtasından açar götürüb həmin açarla piştaxtasının yanında olan qarderobun qapısını açmış və orada selofanın içərisində saxlanılan püstələri şüşə qabına tökmüşdür ki, onları qızardılması üçün mətbəxə aparsın. Püstələri qaba tökəndə onların bir neçəsi yerə dağıldığından o, onları əynindəki şalvarının arxa cibinə qoymuş və mətbəxə yola düşmüşdür. Bu zaman arxadan Ocaktanın səsini eşitmiş, sonuncu ona «xiyar neynirsən» kimi nəlayiq ifadə işlətmişdir. O, çönüb Ocaktandan kimə qarşı bu ifadəni işlətdiyini soruşduqda sonuncu püstələri cibinə qoyduğuna görə bu sözü ona aid etdiyini demişdir. O, Ocaktandan tələb etmişdir ki, onu təhqir etməsin. Lakin, Hüseyn Ocaktan həmin ifadəni ona qarşı bir neçə dəfə təkrar etdiyi üçün o, sonuncuyla sözlə mübahisə etməyə başlamış və bu zaman Ocaktan ona yaxınlaşıb onun yaxasından tutmuşdur. O, ətrafda olan şəxslərin qarşısında özünü alçaldılmış hiss etdiyindən əlindəki şüşə qabı ilə Ocaktanın sifət nahiyəsindən vurmuşdur. Onlar tutaşmışlar və o, bir daha yumruqla Ocaktanı vurandan sonra sonuncu yerə yıxılmışdır. Bu zaman onların yanında olan barmen Fuad və xəzinədə işləyən Rəşad adlı oğlan yaxınlaşıb onları ayırmış və onu restorandan bayıra çıxartmışdılar. Bundan sonra o, bu işdən çıxarılmışdır. Hadisədən sonra o, bilmişdir ki, Ocaktan ondan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, gənc olmasının, zərərçəkmiş şəxslə barışmasının, hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam olaraq ödənilməsinin və bu barədə zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ilin yanvar-fevral ərəfəsində işləmək üçün Azərbaycana gəlmiş və Şıxov qəsəbəsində yerləşən "xxxx" istirahət mərkəzinin nəzdində olan “ADA” restoranına menecer vəzifəsinə təyin olunmuşdur. İstrahət zonasında yerləşən bir sıra restoran şəbəkəsinin ümumi direktoru Türkiyə Respublikasının vətəndaşı Muhammər Gədik olmuşdur. “ADA” restoranında onun iş fəaliyyəti restoranın ümumi işinə nəzarət etmək olmuşdur. Restoranda təxminən 30 nəfər işçi olmuşdur. Restoran 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə restorana giriş, qarderob, bar piştaxtası, mətbəx və xəzinə yerləşir. İkinci mərtəbədə isə restoran olmuşdur. Təqsirləndirilən şəxs ondan bir neçə vaxt sonra restorana barmen köməkçisi işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs işi yalnız bar sahəsi ilə əlaqədar barmenə kömək etmək olmuşdur. Onların arasındakı münaqişə olana qədər münasibətləri xidməti olmuş, aralarında ədavət qərəzlik və ya əksinə dostluq, yoldaşlıq olmamışdır. 02 aprel 2022-ci il tarixdə günorta saatlarından sonra saat 15 radələrində işə gəlmiş və xidməti vəzifələrinə başlamışdır. Həmin ərəfə “orucluq” ayı olmuşdur. Həmin gün saat 20 radələrində təxminən iftar açılmasına bir neçə dəqiqə qalmış o, restoranın 1-ci mərtəbəsinə enib bar piştaxtasının yanında olan, içərisində çərəzlər və sair nemətlər saxlanılan dolaba yaxınlaşan zaman Təbrizin həmin dolabdan çərəz götürüb əlində saxladığı şüşə qaba yığdığını, bir hissəsini isə cibinə qoyduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs «xiyar niyə cibinə qoyursan» deyə söyləmiş və mətbəxə tərəf getmişdir. Bu zaman Təbriz onu arxadan çağırıb sonuncuya qarşı bu sözü işlətdiyinə görə ona iradını bildirmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, bu adi bir sözdür - təhqiqedici ifadə deyil. Elə bunu deyəndən sonra Təbriz əlindəki şüşə qabı ilə ona zərbə vurmaq istəyərkən o, arxaya çəkilmiş və stəkan şüşə qabı dolabın dəmirinə dəyib sınmışdır. Sonra Təbriz üstünə gəlib həmin sınıq qabla onun sifət nahiyəsinə zərbə vurmuş və ətrafda olan işçilərdən kimsə onları ayırmışdılar. Həmin vaxtı birinci mərtəbədə müştəri olmasa da, o, 2-ci mərtəbədən müştərilərin enməsini görüb onların restoranda münaqişənin olmasını başa düşmədikləri üçün kənara çəkilmiş və bu zaman dodağından istilik hiss etmişdir. O, əlini ağız nahiyəsinə çəkib burunundan və dodağından qan axdığını görmüşdür. Sonra ona ilk tibbi yardım göstərmək üçün istirahət mərkəzində işləyən həkimi çağırmışdılar. Həmin həkim ona tibbi yardım göstərəndən sonra onu xəstəxanaya aparmışdılar. Orada dodağına, burununun zədələnmiş dəliyinə tikiş qoymuşdular və onu evə buraxmışdılar. O, 3 gün işə çıxmamış, 3 gündən sonra baş vermiş münaqişəni müdiriyyətin yanında aydınlaşdırmaq üçün işə getmişdir. Təbriz də işə çağırılmış və orada aralarında baş vermiş münaqişə araşdırılmışdır. Bir neçə gün sonra Təbriz işdən çıxarılmışdır. O, da bir müddət sonra öz arzusu əsasında bu restorandan işdən çıxmışdır. Münaqişə olandan 3 gün sonra o, Təbrizin atası ilə telefon əlaqəsi yaratmış və onların ondan üzr istədikləri halda onlarla barışacağını demişdir. Onlardan heç kim ondan üzr istəmədiyi üçün o, 06 aprel 2022-ci il tarixdə polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, hadisə zamanı ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2020-ci ilin sentyabr ayından etibarən Xəzər-1 MMC-yə məxsus “ADA” restoranında barmen işləmişdir. “ADA” restoranı Bakı şəhəri Səbail rayonu, Şıxov qəsəbəsində "xxxx" istirahət mərkəzinin ərazisində dəniz kənarında yerləşir. “Ada" restoranında iş qrafiki həftədə bir gün istirahət olmaqla hər gün saat 12-dən axşam saat 22-dək işə çıxmaqdan ibarət olmuşdur. Restorannı barı birinci mərtəbədə yerləşirmiş, ondan başqa barda şef barmen Famis və barmen köməkçisi Təbriz işləyirmişdilər. Onlar ondan sonra restorana işə qəbul olunmuşdular. Əvvəl restoranın müdiriyyəti Azərbaycan vətəndaşları olmuş, sonra isə 2022-ci ilin mart ayında restoran Türk şirkətinə icarəyə verilmiş və restoranın meneceri Türkiyə Respublikasının vətəndaşı Ocaktan Hüseyn təyin olunmuşdur. Təbriz adlı oğlanı o, orada işlədiyi müddət ərzində tanımış, münasibətləri yaxşı olmuşdur. Ocaktan restorana təyin olunandan sonra bəzi əməkdaşlarla hörmətsiz rəftar edirmiş. Dəfələrlə Ocaktanın cuzi səbəb üzündən xidmət personala qarşı alçaldıcı ifadələri işlətdiyini müşahidə etmişdir. 2022-ci il aprel ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı bir gün axşam saat 20 radələrində restoranın ikinci mərtəbəsindən qızardılmış çərəz sifarişi gəlmişdir. Sifarişi yerinə yetirmək üçün Təbriz barın yanında olan dolaba yaxınlaşıb oradan çərəzlər götürərək əlindəki şüşə qabına yığmış və mətbəxə yola düşəndə Ocaktan Təbrizin arxasında olmuş və həmin vaxtı ətraflarında olan bir neçə müştərinin yanında Təbrizə qarşı nəlayiq ifadə işlətmişdir. Təbriz Ocaktandan ona qarşı bu cür ifadələr işlətməməyi tələb etdikdə isə Ocaktan bu cür də rəftar edəcəyini, danışıq tərzin belə olduğunu demişdir. Bu zəminində onlar sözlə mübahisə edib biri-birini itələmiş və Təbriz əlində saxladığı şüşə qabı ilə Ocaktanın sifətindən zərbə vurmuşdur. O, onlardan qısa məsafədə aralı olsa da, bu hal ani olaraq baş verdiyindən onların biri-birinə qarşı zorakılıq tətbiq etməyi qarşısını ala bilməmiş və artıq Təbriz Ocaktanı vurandan sonra qaçaraq onlara yaxınlışmış və ayırmışdır. Həmin vaxtı xəzinəyə nəzarət edən Rəşad da onlara yaxınlaşmış və Təbrizlə Ocaktanı ayırıb Təbrizi bayıra çıxartmışdır. Sonra Ocaktanın ağız-burun nahiyəsindən qan gəldiyini görmüş və kimsə istirahət mərkəzində fəaliyyət göstərən həkimi çağırmışdır. Sonra Ocaktan restoranın mühafizəsini təmin edən əməkdaşa bu hadisə barədə məlumat vermiş və Ocaktanı xəstəxanaya aparmışdılar. Bu hadisədən sonra Təbrizi işdən çıxartmışdılar, Ocaktan isə bir müddət sonra restoranda fəaliyyətini bitirmiş və restorana yəni müdiriyyət təyin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, təxminən 2 il olar ki, Xəzər-1 MMC-də xəzinədar vəzifəsində işləyir. Şirkətin ofisi Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanında yerləşən "xxxx" istirahət kompleksində yerləşir. Həmin kompleks də şirkətə məxsusdur. Şirkətin əsas fəaliyyəti ictimai iaşə xidmətidir. “Ada” restoranı da həmin kompleksdə yerləşir. O, əvvəl həftədə bir dəfə olmaqla həmin restoranda xəzinədar kimi işə cəlb olunurmuş, digər vaxtlarda isə şirkətə məxsus digər obyektlərdə işləmişdir. Lakin, 2022-ci ilin aprel ayında o, bir gündən bir olmaqla həmin restorana işə cəlb olunmuşdur. Həmin ərəfədə restoranın meneceri Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs təyin olunmuşdur. Eyni zamanda restoranın administratoru və müdiri də Türkiyə Respublikasının vətəndaşları olmuşdular. Təbriz adlı oğlanı o, orada işlədiyi müddət ərzində tanımışdır. Təqsirləndirilən şəxs təxminən bir ay olar ki, həmin restorana barmen köməkçisi işə qəbul edilmişdir. 2022-ci il aprel ayının əvvəllərində, hazırda dəqiq tarixini xatırlamadığı bir gün o, həmin restorana xəzinəyə nəzarət etməyə cəlb olunmuş və səhər saatlarında işə çıxmışdır. Həmin gün axşam saatlarında təxminən 19-20 radələrində artıq hava qaralanandan sonra o, xəzinənin arxasında əyləşən zaman menecer Ocaktanın barmen köməkçisi Təbrizlə barın qarşısında sözlə mübahisə etmələrini görmüşdür. Həmin vaxtı onun qulağında qulaqcıqlar olduğundan o onların hansı səbəbdən mübahisəyə başladıqlarını bilməsə də, sonra qulaqcıq çıxarıb eşitmişdir ki, Təbriz Ocaktana “söyüş söymə danışığıva fikir ver” deyə söyləmişdir. Təbriz bu ifadəni təxminən 2-3 dəfə təkrar etmişdir. Bu zaman Ocaktan Təbrizin yaxasından tutub özünə tərəf çəkmiş və onlar tutaşmışdılar. Təbriz Ocaktanı bir neçə dəfə əli ilə vurmuşdur. Həmin vaxtı Təbrizin əlində şüşə qab olmuşdur. Təbriz, həmin qabla Ocaktanı bir dəfə vurmuşdur. Həmin vaxtı o, artıq onlara yaxınlaşmış və ayırmışdır. Ocaktanın Təbrizə nə deməsini eşitməmişdir, lakin Təbriz çox hisrli olmuşdur. Ocaktanın üz nahiyəsində qan görmüşdür. Həmin vaxtı o, Təbrizi restorandan bayıra çıxartmışdır ki, sakitləşsin. Restoranda işləyən kimsə kompleksdə fəaliyyət göstərən həkimi çağırmış və həkim gəlib Ocaktana ilk tibbi yardım göstərmiş və onu xəstəxayana aparmışdılar. Bundan sonra o, Təbrizi görməmişdir, Ocaktanı isə bir dəfə görmüşdür. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci il noyabr ayından etibarən Şıxov qəsəbəsində yerləşən “Green City" istirahət kompleksində olan “Ada” restoranında ofisiant köməkçisi işləyir. 2021-ci il qış aylarından etibarən restoranın administratoru Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs təyin olunmuşdur. Təqsirləndirilən şəxs təxminən 2022-ci il mart ayından etibarən restoranda barmen köməkçisi işə qəbul olunmuşdur. İş yoldaşı olaraq münasibətləri normal olmuşdur. Ocaktan ilə münasibətləri normal olsa da sonuncu kollektivdə aqressivliyi ilə seçilmişdir. 2022-ci il aprel ayının əvvələri olardı ki, axşam saatlarında o restoranın 2-ci mərtəbəsindən 1-ci mərtəbədə olan bar piştaxtasının yanına enərkən orada Ocaktanla Təbrizin əlbəyaxa olduğunu görmüşdür. Həmin vaxtı barmen işləyən Fuad və xəzinədar işləyən Rəşad onları ayırmışdılar. Sonra mühafizənin işçisi gəlmiş və ara sakitləşmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübə və Tədris Birliyi” X6 Səbail rayon şöbəsinin 13 aprel 2022-ci il tarixli 216 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - üst dodağın sağ yarısının bayır səthinin və sol ovuc səthinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 02 aprel 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə şüşə bokalla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materillarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində 28 iyul 2022-ci il tarixdə saat 11:00-da tutulmuş və 28 iyul 2022-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Xəzər-1” firması tərəfindən Səbail Rayon Polis İdarəsinin ünvanına göndərilmiş məktubdan görünür ki, 02 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-14/2 km. ünvanda olan “Xəzər-1” firmasına aid “ADA” restoranında barmen köməkçisi işləmiş Təqsirləndirilən şəxs ilə Türkiyə vətəndaşı Zərərçəkmiş şəxs Ömər oğlu arasında baş vermiş insidentlə bağlı video görünrülər kameranın yaddaşında saxlanılmadığından həmin görüntüləri təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməsi, yəni 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində hadisəni törətməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, gənc olmasının, zərərçəkmiş şəxslə barışmasını, hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam olaraq ödənilməsini və bu barədə zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın müəyyən hissəsinin şərti olaraq tətbiq edilməsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 01 (bir) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə 01 (bir) gün şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza, sınaq müddəti 2 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirilməmək vəzifələri qoyulsun. Cəzasının əvvəli müvafiq probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi Nazim-hikmət oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə isə 180 (yüz səksən) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-216/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-216/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver