Məhkəmə qərarları › İş №1(009)-216/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-216/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-216/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Muradxanlı (Məmmədova) Aygün Yunis qızının, X9 və onun müdafiəçisi- Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Muradxanlı (Məmmədova) Aygün Yunis qızı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Muradxanlı (Məmmədova) Aygün Yunis qızı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmələri barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon, Qarabağ küçəsində ona və övladlarına məxsus, xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahələrinin razılığı və qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan 2021-ci ilin oktyabr-dekabr aylarında “EAST Residence“ MTK tərəfindən əvvəlcədən planlaşdırılaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qəsdən əmlakları məhv edildi. Söküntü işləri apararkən bir çox qurumlar, eləgə də Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 və digər sakinlərin şikayətlərini cavablandırarkən bildirmişlər ki, həmin ünvanda MTK icazəverici sənədi olmadan söküntü və tikinti-quraşdırma işlərinin apardığı üçün Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar verilmişdir. 2 il davam edən araşdırmaların nəticəsi olaraq 16 avqust 2023-cü ildə MTK-nın sədri Əli Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.3 və 308.2- ci maddələri ilə həbs olunmuşdur. MTK ilə onun arasında davam edən mübahisələr məhkəmə və hüquq-mühafizə orqanlarında davam etdiyi halda, dəfələrlə MTK-nın əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərin mənasız olduğunu görəndə, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında müxtəlif təhqir və böhtan xarakterli müsahibələr və video çarxlar hazırladaraq, hətta bir neçə sakini nəyinsə müqabilində onun əleyhinə danışdırsalarda mənasız olmuşdur. MTKnın vəsatəti əsasında 2023-cü ilin 9 fevral, 31 avqust, 26 sentyabr tarixlərində Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin texniki-tikinti ekspertləri tərəfindən qiymətləndirmə rəyi verilmişdir. Həmin əmlaklar 2005, 2006 və 2014-cü illərdə özəlləşdirilmiş və 2014-də (özəlləşdirib), 2015 və 2016-cı illərdə öz vəsaiti ilə notariat qayda da alğı-satqı yolu ilə almışdır. MTK subyektiv hüquqları olmadığı halda “sənədlərin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət də etmişdilər. Lakin Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il, 2(011)-3935/2023 saylı qətnaməsi ilə iddianı əsassız sayaraq rədd etmişdir. Mülkiyyətçi kimi konstitusion hüquqlarını bidiyinə görə hüquq müstəvisində mübarizə apardığı bir vaxtda “Prime TV“youtube kanalının aparıcısı Müradxanova (Müradxanlı) Aygün 11 dekabr 2023-cü il tarixində özünün də Facebook hesabında etiraf etdiyi kimi onun ünvanına təhqir böhtan xarakterli onlarla verilişlər, video-müsahibələr, videoçarxlar hazırlayaraq bu yolla ona təsir edilməyə başlanılmışdir. Beləliklə “Prime TV “youtube kanalında 20 iyun 2023-cü il tarixdə yayımlanmış, müxbir Müradxanova (Muradxanlı) Aygün aparıcısı olduğu “EAST Residensə mane olan qadını kim himayə edir, Qanun MTK-ları niyə qorumur” verilişində təhqir olunaraq böhtana məruz qaldığı ücün məhkməyə müraciət etdi və onun barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü var. Bu onun digərlərini də təhqir etdiyinə görə 3-cü ittiham hökmüdür. Aygün Müradxanova jurnalist statusundan istifadə edərək əslində başqa işlərlə məşğul olmuşdur. O sanki jurnalist deyil, MTK-nın vəkilidir. Facebook.com səhifəsində xx.xx.2023, xx.xx.2024, xx.xx.2025-ci il tarixdəki (bu siyahını artırmaq da olar) video-müsahibələrinə, videoçarxlarına baxdıqda, eləcədə onun barəsində yazdıqlarını oxuduqda görünür ki, ona nalayiq sözlərlə təhqir etmək, yalan olduğunu bilərəkdən ittiham etmək, böhtanlar yağdırmaq, şərəf ləyaqətini qəsdən alçatmaq göstərişi almışdır, yoxsa nədən bütün verilişlərində mütləq onu təhqir etməklə məşğuldur. 29 avqust 2023-cü ildə “Prime TV” youtube platformasında yayımladığı “Qarabağ küçəsində özbaşınalıq- Məmmədova Rəna, Məmmədova İradə ...’’video müsahibəsində isə həm Müradxanova Aygün, həm də İradə Məmmədova tərəfindən ünvanına “cete onu qoruyur”, “itdə orda yaşamaz”, “söküləndən sonra saxta sənəd alıb”, “sıradan bir iddia deyil, həqiqətən bir cetedən söhbət gedir,” “şərbaz”, “bomoj”, “dələduz”, “60 dəfə yalan danışır, 60 fırıldaq danışır”. “güya övladları var”, “Maşenikdir”, ”mafianın üzvüdür”, ”ağlı olsaydı”, “həyasız” “onu qoruyanlar barəsində səs yazısı var”, və sair ifadələri işlətməklə onu ittiham edir, ona böhtan ataraq təhqir etmişlər. 19 fevral tarixində o qızına və oğluna məxsus əşyaları tələb etmək məqsədi ilə obyektə yaxınlaşarkən hücüma məruz qalmış və arxadan onu tutub sürüyüblər, o da zədə aldığı üçün yağışlı havada təcili yardım gələnə qədər yerdə uzanıqlı qalmışdır. Orada MTK-dan 3 nəfərdən başqa heç kim olmayıb. Onlardan biri onu yerdə uzanıqlı vəziyyətdə fotolarını çəkərək İradə və Aygün tərəfindən internetdə "xxxx" deyə paylaşılır. MTK tərəfindən hər cür iyrənc təsirlərə məruz qalsada ədalətə, dövlətə inanmış və qanun tərəfindən hüquqları bərpa olunmuşdür. İradə bilirdi ki şəkər və hipertoniya xəstəsidir. X6 MTK-a ilə işbirliyinə başlamışdır. Belə ki, kim evi təhvil vermək istəmirdisə İradəni onun üstünə göndərir və sözünə baxmayanı döydürür, şantaj edir və s. Məsələn Qarabağ küçəsi 33-də Gülnaz Dadaşovanı, Qarabağ 41 ünvanda Məryəm Hüseynovanı və .s. Nərimanov, Nəsimi və Binəqədi rayon Polis idarələrində istintaq araşdırılması aparılır. Aygün Muradxanlının eləcə də İradə Məmmədovanın onun ünvanına istif adə etdikləri “Maşşennik”, Dələdüz”, (sözünün mənası Fırıldaqçı, adam aldadan, hiyləgər, aldatma məqsədilə qəsdən həyata keçirilən cinayət hərəkətidir), “cetenin üzvü” . X7 ilə əvvəllər və ya indidə hər hansı münasibəti olmamış və yaxud ortaq tanışı olmamışdır. X8 2006-cı ildən tanımışdır. Hətta o onun 30 oktyabr 2006-cı ildə Nərimanov rayon məhkəməsində onun nümayəndəsi olmuşdur. Məhkəmə qərarında əksini tapdığı kimi 1 otaqlı evində oğlu, 2 qızı, əri, özü yaşayırdı. Həmin verlişdə isə bildirir ki, o o vaxtlar hansısa mafiyanın üzvü kimi axtarışda olmuşdur, 2 uşağı ilə evinə “bomoj” kimi sığınmışdır. Onun 2016-cı ildə qonşudan aldığı obyekti öz adına özəlləşdirmişdir. İradə əslində faktiki istifadəsində olan obyekti ona 40000 (qırx min) manata satmışdır, hətta notariatda təsdiqlənmişdir. Böhtan ataraq bildirir ki , onda onun səs yazısı var ki, deyirəm “cete” Təhmiraz durub dalında, özəlləşdirib. Nə Təhmiraz tanımamış, nə də “cete Təhmiraz”. Səs yazısını da tələb edir. Efirdə səslənən bu ifadələr həm təhqir, həm də böhtandır. Eləcə də ünvanına dediyi “Maşenik”, “ Dələduz”, “cinayətkar”, “Bomj” sözləri. Sözügedən verilişdə YAP-nın, Bələdiyyə sədrinin, Əmlak Komitəsinin, İcra hakimiyyətinin, Bakı Baş Polis İdarəsinin vəzifəli şəxsləri onun dalında durub, biz bir “cetenin üzvləri” yik. “ cinayətkar dəstə formalaşıb” kimi ifadələr işlədilir. Qeyd edilən verlişə youtube kanalında 147 bəyənmə və 2276 baxış olmuşdur. X7 “Prime TV” youtube internet kanalında 29 avqust 2023-cü il tarixdə yayımlanmış aparıcısı olduğu “Qarabağ küçəsində özbaşınalıq- Məmmədova Rəna, Məmmədova İradə ..." adlı verilişdə ( müsahibədə) müsahibi İradə Məmmədova ilə birlikdə çetenin üzvü, dəllal, makler, şəxsiyyətini, vicdanın kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X5 bildirmişdir ki, ona qarşı qeyri etik ifadələr işlətmişdir. 2021-ci ildə kompleks tikilməsi üçün danışıqlar gedirdi və orada uşaqlarına məxsus obyektləri var sökülmə ilə bağlı müraciat olunmuş lakin razılıq olmamışdır, buna baxmayaraq qeyri qanuni şəkildə icazə olmadan MTK-a sökmüşdür. Söküldüyü üçün MTK-nın sədri həbs olunmuş eyni şəkildə cinayət işinə təsisçilərdə cəlb olunmuşdur. Vicdanlı alıcı olduğundan ödəniş əsasında əmlakı almış həmçinin təmirinə 4 min manat xərcləmişdir. Bunlar notarial təsdiq olunmuşdur. MTK-a sənədlərin ləğv olunması üçün Xətai rayon Məhkəməsinə müraciat etmiş lakin əsassıs olduğundan məhkəmə tərəfindən ləğv olunmuşdur. Məhkəmə prosesi gedən zaman Aygün tərəfindən videoya çəkilərək onun barəsində “bomj” və başqa qeyri etik ifadələr işlədərək verlişə verilmişdir. 20 iyun tarixində Aygün Muradxanlı 1-ci verlişə görə məhkəməyə verilmişdir. Ondan başqa şəxslərə qarşı bu hərəkətləri etdiyindən Aygün Muradxanlı barəsində 3 dəfə ittihamedici hökm çıxarılmışdır. Lakin islah olmamışdır. Yenidən 15 avqust tarixində bir verliş açmış şərəf və ləyaqəti alçaltmışdır. Apellyasiya Məhkəməsində vəsatət əsasında ekspert dəvət olunmuşdur və dindirilmişdir. Verliş silindiyindən görsənmədiyini bildirmişdir. Əzizova Vahidə həmin verlişləri videoya çekdiyindən subut etmiş və bəraət hökümü ləğv edilmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Muradxanlı (Məmmədova) Aygün Yunis qızı bildirmişdir ki, siyasi jurnalistdir və kanalda siyasi kanaldır. 2023-cü ildə Naxcıvanda olduğu zaman müraciət olunmuşdur ki, evləri sökülür və 200 nəfər olaraq çöldə qaldıqlarını demişlər. Vicdanlı jurnalist olduğundan düşünmüş və çəkib efirə verməmişdir. Elə bir kanal belə olmamışdır. Ayrı-ayrılıqda hansı sözlər istifadə edildmişdir hər biri qeyd olunmuşdur. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirmişdir ki, uzun müddətdir əlaqələri olmamışdır. Aygün xanımda onlara köməklik göstərmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi- Müdafiəçi2 bildirmişdir ki, hansı hərəkətlə, hansı sözlə təhqir etdiyi görsənməmişdir. MTK-a ilə bağlı olan mübahisələr araşdırılır. İradə xanımın hansı sözü, hansı hərəkəti bu maddələrlə günahlandırdığına dair heç bir göstərici yoxdur. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olubolmaması barədə. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin Həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması məhkəmə baxışının keçirilməsini qeyri-mümkün edir. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Muradxanlı (Məmmədova) Aygün Yunis qızı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Muradxanlı (Məmmədova) Aygün Yunis qızı və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar