Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-217/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olan, AR vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzərəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni təmiz çəkisi 0,161 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, 10 iyul 2021-ci il tarixdə saat 09:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində xidmətdə olan Səbail RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılıb Səbail RPİ-nin 9-cu PB-nə gətirilmiş, polis bolməsində üzərinə baxış keçirilən zaman şalvarının cibindən şəffaf selofanın içərisində 03 (üç) ədəd qızılı kağıza bükülmüş, təmiz çəkisi 0,161 qram tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 6-7 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir, 10.07.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu Torqovu deyilən ərazidə Mc Donaldsın yanında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Səbail RPİ-nin 9-cu PB-nə gətirilmişdir. 9-cu PBdə vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilmiş və cibbindən narkotik vasitə olan 3 (üç) büküm heroin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, həmin narkotik vasitəni Nəsimi rayonu ərazisində Kubinka deyilən yerdə tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, ağır xəstə olduğunu, ayağında ciddi problem olduğunu, cəliklə hərəkət etdiyini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, 2015-ci ildən polis orqanlarında xidmət edir. 10.07.2021-ci il tarixdə xidmət otağında olan zaman Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Mikayılov Eltay şübhəli şəxsin üzərinə baxış keçirilməsində iştirak etmək üçün onu xidməti otağına dəvət etmiş, onun, 9-cu PB-nin əməliyyat müvəkili X7, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən 03 (üç) ədəd narkotik vasitə olan «heroin»ə bənzər bükümlər aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Pərviz oğlu ifadəsində göstərdi ki, 2010-cu ildən polis orqanlarında xidmət edir. 10.07.2021-ci il tarixdə xidmət otağında olan zaman Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Eltay Mikayılov şübhəli şəxsin üzərinə baxış keçirilməsində iştirak etmək üçün onu xidməti otağına dəvət etmiş, onun, 9cu PB-nin əməliyyat müvəkili X3, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən 03 (üç) ədəd narkotik vasitə olan «heroin»ə bənzər bükümlər aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2018-ci ildən polis orqanlarında xidmət edir. 10.07.2021-ci il tarixdə saat 09:20 radələrində xidməti ərazidə olan zaman Y.Məmmədəliyev küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb birlikdə xidmət apardığı Şahid5 və Şahid4 ilə birlikdə həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, daha sonra həmin şəxsin şəxsiyyətini dəqiqləşdimək istəmiş, lakin həmin şəxs hay-küy salaraq tabe olmaq istəməmiş və onlar Təqsirləndirilən şəxs 9-cu polis bölməsinə gətirmişlər. Təhqiqatçı tərəfindən şəxsin üstünə baxış keçirilərkən cibindən narkotik vasitə çıxdığını eşitmişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, 2021-ci ildən tutduğu vəzifədə xidmət edir. 10.07.2021-ci il tarixdə saat 09:20 radələrində xidməti ərazidə olan zaman Y.Məmmədəliyev küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb birlikdə xidmət apardığı Şahid5 və Şahid3 ilə birlikdə həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, daha sonra həmin şəxsin şəxsiyyətini dəqiqləşdimək istəmiş, lakin həmin şəxs hay-küy salaraq tabe olmaq istəməmiş və onlar Təqsirləndirilən şəxs 9-cu polis bölməsinə gətirmişlər. Təhqiqatçı tərəfindən şəxsin üstünə baxış keçirilərkən cibindən narkotik vasitə çıxdığını eşitmişlər. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-yi MEM-in 10.07.2021-ci il tarixli 6/2763 saylı məhkəmə ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Təqsirləndirilən şəxs üzərindən götürülmüş yazısı olan zərfdəki 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,161 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunnu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Narkoloyi mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 iyul 2021-ci il tarixli 2572 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan « şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, 10 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi Səbail RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 9-cu PB-yə gətirilmiş və hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman tünd rəngli göy idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofanın icərisində 3 ədəd qızılı kağıza bükülmüş, tünd qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə olan «heroin» ə bənzər bükümlər, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən isə 02 (iki) ədəd bir manatlıq kağız pul əskinası aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı “İphone XS” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmşdır. Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 10.07.2021-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı X6 tərəfindən 9-cu PB-nin əməliyyat müvəkkili Şahid2, 9-cu PB-nin sahə inspektoru Şahid1, müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Videogörüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd rəngli göy idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofanın icərisində 3 ədəd qızılı kağıza bükülmüş, tünd qəhvəyi rəngli narkotik vasitə olan «heroin» ə bənzər bükümləri və şalvarın sol yan cibindən isə 02 (iki) ədəd bir manatlıq kağız pul əskinasını təqdim edir, aşkar olunmuş narkotik vasitə cinayyət təqibi orqanı tərəfindən 1 (bir) ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Vidio diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Narkotik vasitələr ona məxsusdur, lakin narkotik vasitə 3(üç) büküm yox 2 (iki) büküm olmuşdur, polis əməkdaşları tərəfindən 2 (iki) büküm 3 (üç) büküm edilmişdir, eyni zamanda narkotik vasitələri 30 (otuz) manata almasına dair vidioçəkiliş zamanı dedikləri doğru deyildir, həmin narkotik vasitələri məhkəmə baxışı zamanı bildirdiyi kimi 15 (on beş) manata almışdır. Polis əməkdaşlarının 2(iki) büküm narkotik vasitəni 3 (üç) büküm etməsinin və narkotik vasitəni 15 (on beş) manata aldığı halda 30 (otuz) manat yazmalarının səbəbini bilmir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 12 iyul 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 16 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. Məhkəmə vidiodiskə baxış keçirən zaman Nicat Mirzəyin üzərindən 3 (üç) büküm deyil 2(iki) büküm narkotik vasitə çıxması və üzərində rəsmi qaydada axtarış və götürmə aparılmazdan əvvəl artıq polis əməkdaşlarının onun üzərinə baxış keçirib narkotik vasitəni aşkar etmələri və yenidən cibinə qoyub sonradan müdafiəçi və digər şəxslərin iştirakları ilə axtarış və götürmə aparmalarına dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı həm də məhkəmə baxışı zamanı verdiyi ilkin ifadəsində həqiqətən polis əməkdaşları və vəkilinin iştirakı ilə üzərinə baxış keçirildiyini və üzərindən 3 (üç) büküm narkotik vasitə heroin çıxdığını təsdiq etmiş, narkotik vasitənin ona məxsus olduğunu, “Kubinka” deyilən ərazidən aldığını bildirmişdir. İbtidai istintaq zamanı üzərinə baxış keçirilən zaman vəkilinin iştirak etməsinə baxmayaraq nə həmin vaxtı nə də sonralar üzərində 3 (üç) büküm deyil 2 (iki) büküm narkotik vasitə olması barədə nə vəkilinə, nə də ki, müvafiq dövlət orqanlarına bildirməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi bu ifadələrini öz məsuliyyətini yüngünləşdirmək üçün verdiyi ifadələr kimi qiymətləndirir və qubul etmir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni 30 (otuz) manata deyil 15 (on beş) manata almasına dair ifadələri ilə bağlı qeyd edir ki, şəxsi istehlak miqdarından artıq narkotik vasitənin 15 (on beş) manata alınması təqsirləndirilən şəxsi cinayət məsuliyyəindən azad etmir, lakin məhkəmə Təqsirləndirilən şəxs bu hissədə ifadəsinin səmimi olduğuna inanır və həmin ifadələrini qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını qanunla nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun xəstə olmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİnin MSY-dən həbsdən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 10 iyul 2021-cu il tarixindən 12 iyul 2021-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,161 qram heroindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,101 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzəinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət - Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixindən 12 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə qalmanın 1(bir) gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərini və Abşeron rayonunu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 210020165 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,101 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, H/hesabı AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-217/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-217/2021
24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver