Məhkəmə qərarları › İş №1(009)-218/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-218/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-218/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhərində 21 dekabr 2021-ci il tarixdə saat 09:30-da xx xxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi məhəllə 1055-də qeydiyyatda olamaqla ünvan 4-də yaşayan, barəsində Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 27.06.2021-ci il tarixdə saat 03:00 radələrində tanışı Şahid2 yaşadığı ünvan 1 ünvanında sonuncunun istifadəsində olan, lakin Zərərçəkmiş şəxs məxsus “Macbook Air 13” markalı notbuku gizli talayıb Zərərçəkmiş şəxs 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 iyun 2021-ci il tarixdə qonşusu Şahid2 onu ünvan 2 ünvanına qonaq çağırmış, həmin gün Əzizlə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Bir müddət söhbət etdikdən sonra 27.06.2021 -ci il tarixdə saat təxmini 03:00 radələrində Əziz ona gec olduğu üçün evində yatmağı təklif etmiş və Təqsirləndirilən şəxs təklifi qəbul etmişdir. Daha sonra o, Əzizin yastığının altında notbuku olduğunu görmüş və borcu olduğu üçün onu götürüb satmaq qərarına gəlmişdir. Şahid2 yatdıqdan sonra o, Əzizin yastığının altında olan notbuku götürmüş və daha sonra oranı tərk eləmişdir. O, kompüteri Nəsimi rayonu ərazisində “28 may” adlanan yerdə tanımadığı mağazaya girib 300 manata satmışdır. Təqsirləndirilən şəxs son sözündə hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışmasının, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 onun qardaşıdır. Sonuncu onun ata evi olan ünvan 3 ünvanında birinci mərtəbədə yaşayır. Ev hal-hazırda onun adınadır. Qardaşı ondan 2015-ci il istehsalı “Macbook Air 13 “ markalı kompyuteri öz istifadəsi üçün istəmiş 27 iyun 2021-ci il tarixdə o, kompyuteri ona istifadə etməyi üçün vermişdir. Daha sonra sabahsı gün qardaşı ona zəng vuraraq notbukun oğurlanması barədə məlumat vermişdir. Bundan başqa qardaşı notbuku götürməsi barədə Təqsirləndirilən şəxs şübhələndiyini və həmin notbukun qiymətinin halhazırda 1500 manat olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs oğlu məhkəməyə yazılı ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanının ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, bacısı Zərərçəkmiş şəxs məxsus olan “Macbook Air 13” markalı kompyuteri kinoya baxmaq üçün götürmüş, daha sonra 27 iyul 2021-ci il tarixdə axşam saatlarında o, yemək yemiş, biraz spirtli içki qəbul etmiş və kinoya baxmaq qərarına gəlmişdir. Hava isti olduğu üçün qapını açıq vəziyyətdə saxlamışdır. Biraz keçdikdən sonra qonşusu Təqsirləndirilən şəxs görmüş onu yanma dəvət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs yaxınlıqdakı otelə adam yerləşdirmək istədiyini bildirmiş və bunun üçün ondan kömək istəmiş, lakin o, kömək edə bilməyəcəyini demişdir. Onlar biraz söhbət etmiş, daha sonra o söhbət zamanı notbuku yastığın altına qoyub yuxuya getmişdir. Daha sonra o, yuxudan oyandıqdan sonra notbuku yastığın altında olmadımı görmüş və bu barədə bacısına məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrosunun yaxınlığında telefon mağazasında kompyuter ustası işləyir. 28 iyun 2021 -ci il tarixdə işdə olarkən, tanımadığı lakin sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs mağazaya yaxınlaşıb özünün şəxsiyyət vəsiqəsini təqdim edərək “Macbook Air 13 “markalı kompyuteri satmaq istədiyini bildirmişdir. Daha sonra o, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb Təqsirləndirilən şəxs “notbukun özünə məxsus olduğu və öz istəyi ilə satmaq istəməsi barədə yazı yazdırmışdır. Daha sonra 300 manata kompüteri ondan almışdır. Bundan başqa o kompüterin oğurluq olduğu barədə heç bir məlumatının olmamasını bildirmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, tünd göy rəngli köynək geyinmiş Təqsirləndirilən şəxs əlində göy rəngli paketdən notbuku çıxarıb satıcıya verməsi müşahidə olunur. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, “Macbook Air 13 “markalı notbuk digər 03 ədəd notbukla birlikdə Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs özünə məxsus notbuku tanımışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq eskpertizası təyin olunmuş, ekspertizanın 23.08.2021-ci il tarixli 9/5515 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1 ədəd 2015-ci il istehsalı “Macbook Air 13 “markalı notbukun 2021 -ci ilin iyun ayına olan orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti 900,00 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon Xalq məhkəməsinin 27 sentyabr 1988ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsi ilə barəsində 02 il azadlığdan məhrum etmə cəzası təyin olunmuş, 27 sentyabr 1990-cı il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Səbai rayon Xalq məhkəməsinin 11 sentyabr 1993cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 147-ci maddə 3-cü hissə ilə barəsində 02 il azadlığdan məhrum etmə cəzası təyin olunmuş, Nizami Rayon Xalq Məhkəməsinin 22 iyul 1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsinə əsasən 01 il 01 ay 19 gün şərti azad edilmişdir. Səbai rayon Xalq məhkəməsinin 12 aprel 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 145-ci maddə hissə 2, 6 bənd, 147 maddə 2-ci hissə ilə barəsində 10 il azadlığdan məhrum etmə əmlakı müsadirə olunmaqla cəzası təyin olunmuş, Bakı şəhər Məhkəməsinin 10.03.2000-ci il tarixli qərarı ilə cəzası 08 ilə endirilmişdir. Səbail rayon məhkəməsinin 15 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1, 93.1.4-cü maddələri ilə barəsində 02 il azadlığdan məhrum etmə cəzası təyin olunmuş, 28 iyul 2011-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Yasamal rayon məhkəməsinin 01 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1 -ci maddəsi ilə barəsində 02 il 04 ay azadlığdan məhrum etmə cəzası təyin olunmuş və Azərbaycan Respublikasının Milli Məclisin 20 may 2016-ci il tarixli amnistya qərarına əsasən 30 iyun 2016-ci il tarixdə cəzadan azad edilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaratmır. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2021ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında qərardan görünür ki, 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunmuş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində 22 iyul 2021-ci il tarixli qərara əsasən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ziyanın ödənilməsini göstərməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 12 noyabr 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək, 01 (bir) ay 09 (doqquz) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, yəni 02 (iki) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus Macbook markalı notbukun sahibinə qaytarılmasının nəzərə alınmasını, bir ədəd CD diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 12 noyabr 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək, 01 (bir) ay 09 (doqquz) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, yəni 02 (iki) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, ünvan 4 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. iş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus Macbook markalı notbukun sahibinə qaytarılması nəzərə alınsın, bir ədəd CD diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 276 (iki yüz yetmiş altı) manat pul tutulub, “Kapital Bank” 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar