Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-219/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 02 dekabr 2021-ci il tarixdə saat 11:00-da xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin 1 saylı döngəsində yerləşən 9 saylı evdə qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən 22 saylı evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1391.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq səhətində yaranmış əsaslı şübhələrlə bağlı 21 mart 2021-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Referans” kliniki-laboratoriyada verdiyi analiz cavabı “pozitiv” olması barədə, 21 mart 2021-ci il tarixdə, saat 15:28 dəqiqədə “sms” vasitəsi ilə “Referans CLC” portalından məlumat alması, yəni hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığınının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidomoloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2020-ci il tarixli, 73-1 saylı Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”-nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəlikləri zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”-nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar olmamasına, 21 mart 2021-ci il tarixdən 03 aprel 2021-ci il tarixədək, yəni 14 gün ərzində karantin müddəti təyin edilməsinə baxmayaraq, ona təyin edilmiş məhdudiyyətlərə riayət etməyib 27 mart 2021-ci il tarixdə, saat 16 radələrində, kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsində yerləşən 14 saylı evi tərk edərək, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən 130 saylı evin qarşısına getməklə, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və xüsusi karantin rejimini pozub bədənində, paltarında və sair formada yeni növ koronavirus (COVİD-19) infeksiyasını bir yerdən başqa yerə daşımaqla digər şəxslərin yoluxmalarına real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" məhdud məsuliyyətli cəmiyyətində sürücü işləyir və həmin cəmiyyətin Vüqar Əliyevi ona təhkim olunmuş xidməti avtomobillə müxtəlif ünvanlara aparır. 19 mart 2021-ci il tarixdə Vüqar Əliyev yeni növ koronovirus infeksiyasına yoluxmuş və o, Vüqar Əliyevlə daim ünsiyyətdə olduğuna görə onun da yeni növ koronovirusa yoluxmasına şübhələr yaranmışdır. Bununla əlaqədar o, 21 mart 2021-ci il tarixdə, saat 11 radələrində yeni növ koronovirusa yoluxubyoluxmadığını dəqiqləşdirmək üçün Bakı şəhəri ərazisində yerləşən “Referans” klinikilaboratoriyasında analiz vermişdir. Həmin gün saat 16 radələrində ona məxsus 055 588 32 36 GPS nömrəsinə gəlmiş “sms”-də onun “COVİD 19” infeksiyası ilə əlaqədar verdiyi analizin nəticəsinin pozitiv olduğu, yəni aktiv yeni növ koronovirus xəstəsi olduğu göstərilmişdir. O, onunla birlikdə yaşayan azyaşlı övladını və 60 yaşlı atasını yeni növ koronovirus infeksiyasına yoluxdurmamaq üçün Bakı şəhəri, Yasamal rayonu, Eldar Ağayev küçəsində yerləşən 14 saylı evi gündəlik 20 manat ödəniş etməklə kirayə tutmuş, bundan sonra həmin ünvanda yaşamağa başlamışdır. 27 mart 2021-ci il tarixdə, günorta saatlarında o, ailə üzvləri üçün darıxdığına görə 2 ədəd tibbi maska taxaraq, taksi avtomobilinə əyləşib, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində ailə üzvlərinin yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin gün saat 16 radələrində o, taksi avtomobilindən düşüb, Gülbala Əliyev küçəsi ilə piyada hərəkət etməyə başlamışdır. Bu zaman ona məlum olmayan səbəbdən bir nəfər sifətdən tanıdığı şəxslə mübahisə etmişdir. Bundan sonrasını ilə o, xatırlamamışdır. Yalnız ona verilən məlumat əsasında o, adının Namiq Nəzərov olduğunu sonradan bildiyi bir nəfər şəxsin sifət nahiyəsindən 2 dəfə əllə zərbə vurduğunu bilmişdir. Lakin o, yeni növ koronovirus infeksiyasının təsiri ilə özünü pis hiss etdiyinə, mütəmadi yaddaş itirilməsinə məruz qaldığına görə hadisənin hansı şəraitdə, hansı səbəbdən baş verdiyini xatırlamamışdır. O, Namiq Nəzərovdan üzr istəmiş və əməlindən peşmançılıq çəkdiyini ifadə etmişdir. Keçirilmiş yoxlama zamanı onun yeni növ koronovirus xəstəsi olduğu və karantin rejim qaydalarını pozduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs son sözündə karatın qaydalarını pozub evini tərk etdiyinə görə əməlindən səmimi peşman olmasının, gənc olmasının, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, oğlu Təqsirləndirilən şəxs, arvadı Günel və azyaşlı 2018-ci il təvəllüdlü nəvəsi Validə ilə birlikdə Səbail rayonu, A.İsmayılov küçəsi ev 22-də yaşayır. 21 mart 2021-ci il il tarixdə oğlu Orxan özünü naxoş hiss etdiyi üçün koronavirus xəstəliyinə görə analiz vermiş və həmin günü testin nəticəsi pozitiv çıxdığından, həmin xəstəliyin ona və ailəsinə yolxmasının qarşısını almaq üçün Bakı şəhəri,Yasamal rayonu ərazisində Tbilisi prospektində eyni xəstəliyə tutulmuş və karantin dövründə ailəsindən kənar tək kirayə tutduğu evdə yaşayan tanışı ilə birlikdə yaşayaraq müalicə olunmuşdur. O, həmin mənzilin yerləşdiyi ünvanı dəqiq bilməmişdir. Orxanın aldığı müalicənin təyinatlarını həm qeydiyyatda olduğu ünvan üzrə poliklinikadan ərazi sahə həkimdən, həm də iş yerindən təcili yardım həkimlərindən öyrənib Orxana mobil telefon vasitəsi ilə bildirilmişdir. 27 mart 2021-ci il tarixdə, saat 16 radələrində o, evdə olduğu zaman, Səbail RPİ-nin 8-ci PB-dən zəng edib oraya dəvət edərək, oğlu Orxanın Səbail rayonu, Bayıl qəsəbəsində bir nəfər şəxsi döydüyünə görə, həmin Şahid2 adlı şəxsin şikayəti əsasında oğlu polisə gətirildiyi bildirilmişdir. O, polisə gəlib Orxandan nə baş verməsini soruşduqda, sonuncu baş vermiş hadisə haqda heç nə xatırlamadığını demişdir. O, Orxanın koronavirus xəstəsi olduğundan başqa ünvanda karantin rejimində müalicə aldığı üçün evdə qalmadığını, bir neçə gün ərzində Orxanın Bayıl qəsəbəsinə gəlmədiyini, hazırda da gəlməsindən onun xəbəri olmadığını, gəlməsinin səbəbini o, Orxandan soruşsada sonuncu izah edə bilməmişdir. O ilk dəfə Orxanın bu halda görmüş, oğlunun əvvəllər hər hansı bir psixi xəstəliyi olmamış, Orxanın karanovirus xəstəliyinin təsirindən həmin vəziyyətə düşməsini,sonra o, Orxanı evinə aparıb özünütəcrid karantin şəraitdə müalicəsini davam etdirib tam sağalmasını,Orxanın barəsində şikayət etmiş Namiq Nəzərovla barışmasını və sonuncunun Orxana qarşı heç bir şikayəti və tələbi olmamasını bildirmişdir. Məhkəməyədək icraat zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, o, 27 mart 2021-ci il tarixdə saat 16 radələrində, “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı Şahid3 baş çəkmək üçün ünvan 2 ünvanına getmişdir. O, avtomobilini evin qarşısında küçədə saxlayıb, Şahid3 yaşadığı evdə olarkən, küçədən səs-küy gəlməsini eşitmişdir. Həmin səsə qulaq asdıqda türk dilində ucadan nalayiq ifadələr işlədildiyini eşitmişdir. O, nə baş verdiyini öyrənmək üçün bayıra çıxdıqda, küçədə bir nəfər sifətdən tanıdığı, lakin adını bilmədiyi orta yaşlı oğlanın onun avtomobilinin arxa hissəsində dayanıb, arxa kapota yumruqla zərbələr vuraraq özü-özünə ucadan türk dilində nalayiq ifadələr işlətdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb nəyə görə ona məxsus avtomobilin kapotunu yumruqlamasını soruşaraq, nalayiq ifadələr işlətdiyinə görə iradını bildirmişdir. Həmin şəxs gözləmədiyi halda əli ilə onun sifət nahiyəsinə iki dəfə sillə vurmuş, sonra isə əlini cibinə atdıqda, o, həmin şəxsin hər hansı bir aləti çıxarıb onu vuraraq xəsarət yetirməsindən qorxub qaçaraq, tanışı Mehmanın həyətinə girib qapını arxadan bağlamışdır. Həmin şəxs arxası ilə gəlib dayanmadan bağladığı darvazanı təpikləmiş, söyüş söyməyi davam edərək, darvazanı açmasını və bayıra çıxmasını tələb etmişdir. Bu zaman o, DİN “102” xidmətinə zəng edib şikayət edərək polis çağırmış, müəyyən vaxtdan polis əməkdaşları gəlib həmin şəxsi polisə aparmışlar. Sonra o, tanışı Mehman ilə birlikdə 8-ci PB-nə gedib, orada adının Orxan olmasını bildiyi şəxsin hərəkətləri barədə şikayət ərizəsi vermişdir. Orxan ondan üzür istədiyinə, onun heç bir bədən xəsarəti olmadığına və avtomobilinə heç bir maddi ziyan dəymədiyinə görə Orxanı bağışlamışdır. Məhkəməyədək icraat zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 digər Şahid2 məhkəmə iclasında verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında cinayət işinin materiallarında olan 21 mart 2021-ci il tarixdə, saat 15:28-də “Referans CLC” tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş “SMS” bildirişdə göstərilmişdir ki, hörmətli, Orxan Şahid1, Sizin 21.03.2021-də SARS-CoV2 (COVİD-19) PCR ilə bağlı verdiyiniz analiz nəticəniz: Pozitiv. 03 aprel 2021-ci il tarixdə its.gov.az tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş “SMS” bildirişdən görünür “Hörmətli, Orxan Şahid1, Sizin 03.04.2021-də SARS-CoV2 (COVİD-19) PCR ilə bağlı verdiyiniz analiz nəticəniz: Negativ”. Məhkəmə-tibbi ekspertizanın 16 aprel 2021 -ci il tarixli,437/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, 22 mart 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müyinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir.“Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 may 2021-ci il tarixli, 968 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 dekabr 2018-ci il təvəllüdlü X2 adlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 306 (üç yüz altı) manat pul tutulub, 3 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-219/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-219/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver