Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-22/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 12 iyun 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/M, 50ci küçə, 1043 sahə ünvanında qeydiyyatda olan və yaşayan. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində, məhkəmənin binasında 17 may 2021-ci il tarixdə, saat 11:00da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, böhtan xarakterli məlumatların yayılmasına görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin madddələrin sanksiyaları daxilində cəzalandırılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Əliyev Elmar (İxtisasca mühasibdir, 13.01.1981-ci il təvəllüdlü, hazırda Bakı şəhəri, Nizami rayonu, R.Teymurov 63, mən 121-də yasayır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Baş mühasibi vəzifəsində çalışır) ilə Heydərli Tural arasında qohumluq əlaqələri və eyni zamanda sahibkarlıq sahəsində əməkdaşlıq əlaqələri olmuşdur. Daha sonra anlaşılmazlıqlar, hüquqi mübahisələrə və eyni zamanda Tural Heydərlinin cinayət xarakterli əməlləri nəticəsində bu əlaqə sonlandırılmış və Heydərli Tural tərəfindən sahibkar kimi Firsttec MMC-yə investisiya qoymuş X9 və onunla birlikdə X5 qeyri-qanuni yollarla müəssisədən kənarlaşdırmışdır. Bundan sonra X1rşı onu nüfuzdan salmaq məqsədilə müxtəlif qarayaxma komnanivası başlatmış, yalan və əsassız məlumatlarlar yaymağa və nəticədə təhqir və böhtanlarla dolu məlumatları müxtəlif KİV-lərdə və sosial platformalarda tirajlamağa başlamışdır. Bununla da, ərizəçinin şərəf və ləyaqətini qəsdən ləkələnmişdir. Eyni zamanda Ərizəçinin özü ilə kifayətlənməyərək onun ailə üzvlərini ləkələmək məqsədini ilə onların çalışdığı müəssisələrə müxtəlif məktublar göndərməklə onları da nüfuzdan salmağa cəhd göstərmişdir çalışmışdır. Heydərli Tural tərəfindən Youtube vasitəsilə “Tural Heyderli’adlı kanalında “Müsahibəmi olduqca paylaşın qoy ölkə başçısı bilsin" və “Dövlətin büdcəsini talıyanlardan biridə budur başlıqlı” , 10 iyul 2020-ci il tarixli 2 video yayınlanmışdır. Qeyd edilən 1-ci videoda X16 Elmarın Bakı Avropa oyunlarının maliyyə direktoru olduğunu və hal-hazırda orda çalışdığını, Əliyev Elmarın mənfəət əldə etmək üçün yaxın qohumunun-xalası oğlunun adına maliyyə saxtakarlığı etməsini bildirmişdir. Əliyev Elmar adı çəkilən yerdə heç bir zaman maliyyə direktoru vəzifəsində çalışmamışdır. Bundan əlavə digər 2 iddia da tamamilə əsassızdır. X16 Elmarın xalası oğlunun adına maliyyə saxtakarlığı etdiyini iddia etmiş, lakin bu iddia da həqiqətə uymayan və məntiqsizdir və eyni zamanda heç bir sübuta söykənmədən ərizəçini ləkələmək məqsədi ilə tirajlanmışdır. Bundan əlavə X13 platformasında 10 iyul 2020-ci il tarixli “Müsahibəmi olduqca paylaşın qoy ölkə başçısı bilsin” başlıqlı videoda Elmar Əliyevin çox ciddi korrupsioner olduğunu, onun külli miqdarda pulu büdcədən mənimsəməsini və bu pullar ilə Almaniyadan çoxsaylı evlər, hostellər aldığı barədə dəqiq məlumatı olduğunu bildirmişdir və həmçinin Koroğlu metrosunun yanında Atletlər kəndindən bir çox əşyaları o cümlədən qurutma maşını, mebellər, soyuducu, paltaryuyan maşın, samovar, udilnetil hətta tualet kağızını belə Sədərək bazarına tır və konteyner ilə satdığını və həmin əşyaları acımasızcasında talayıb, Əliyev Elmara məxsus anbarda saxlayıb və daha sonra satdığını qeyd etmişdir. T.Heydərli tərəfindən irəli sürülən fikirlər nə video müsahibəsində nə də mediada işıqlandırılmış məqalələrdə ortaya heç bir sübut qoymur. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyimiz şəxs internet informasiya vasitələrinə(saytlar) müraciət edərək, Əliyev Elmar haqqında böhtan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkəyən, həmçinin onu nüfuzdan salan məlumatlar yaymış. Əliyev Elmarı ağır cinayət törətməkdə ittiham etmişdir. Belə ki, globall.az, paralel.az, aztoday.az, pia.az, tezadlar.az, heftelik.az, kriminal.az saytlarında da müvafiq məsələ ilə bağlı eyni məzmunlu məlumatlar yayılmışdır. Həmin yazılardan biri “globall.az” saytında 14-01-2020ci il tarixdə ”Əgər bu cür saxta sənəd aşkarlamışdısa, niyə dərhal tədbir görməmişdir?!” başlıqla yayınlanmışdır. Həmin yazıda deyilir: “Onu qeyd edək ki, Gənclər və İdman Nazirliyinin nəzdində Tədbir Əməliyyat Komitəsinin maliyyə direktoru isə X6r. Təəccüblüsü budur ki, X3 neqativ fəaliyyəti barədə məlumatlar təkcə onun EVENTOC-in maliyyə direktoru vəzifəsi ilə bağlı deyil, həm də, bu vəzifədən kənar, yəni iş adamı kimi həyata keçirdiyi fəaliyyətlə də bağlıdır. Belə çıxır ki, Elmar Əliyevin timsalında həm məmur, həm də sahibkarlıq fəaliyyəti bir-birini tamamlayır, əks halda genişmiqyaslı maxinasiyalar reallaşa bilməzdi. Beynəlxalq oyunların keçirilməsi üçün alınmış mal və avadanlıqların, Avropa Oyunları” etiketli geyim mallarının ayrı-ayrı mağazalarda satılması, tədbirin təşkili üçün ayrılmış pul vəsaitlərinin yeni təsis edilmiş MMC-lərə köçürmə yolu ilə nəğdləşdirilməsi, əməkhaqları yüksək məbləğdə rəsmiləsdirilsə də, işçilərə, xüsusilə sürücülərə aşağı həddə əməkhaqqı verilməsi, yaxın qohumlara və dostlara “Azpetrol” yanacaqdoldurma məntəqsinin ödənişsiz yanacaq tədarükünə icazə verən kartların paylanması, külli miqdarda vergi borcunun yaranması və sair korrupsiya əməlləri barədə yayılan məlumatlar doğrudursa, bu halda nazir Azad Rəhimov ya Elmar Əliyevin fəaliyyətinə nəzarət etmir, ya da Azad müəllimlə Elmar Əliyevi dostluq-qardaşlıq münasibətləri birləşdirir və onlar birgə çalışırlar. Elmar Əliyevin çoxşaxəli gəlir mənbələrindən biri də “obnaliçka” adlandırılan pul nəğdləşdirilməsidir. Bu məqsədlə Elmar Əliyev yaxın adamlarının adına çoxsaylı MMC-lər təsis edib. Belə MMC-lər ixtisaslaşmış olmasalar da, tender və katirovkaların qalibi elan edilir, mal-materialların alınması adı altında yüzlərlə elektron qaimələrin tərəfinə çevrilirlər. Bu istiqamətdə Elmar müəllimə kömək edənlərdən biri də atası Ziyafət Əliyevdir. Elmar Əliyev yaxın adamlarının adına təsis etdiyi MMC-ləri atası X4 direktoru vəzifəsində işlədiyi “xxxx” MMC-nin elan etdiyi tenderlər və satınalmalarda qalib elan edərək pul vəsaitlərinin silinməsi ilə məşğul olur”. Yalan olduğunu bilməsinə rəğmən T.Heydərli, Elmar Əliyevin müxtəlif saxtakarlıqlar etdiyini və pul mənimsədiyini vurğulamışdır. Bundan əlavə, Heydərli Tural Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayeva da 28 dekabr 2019-cu il tarixli və Elmar Əliyev korrupsiya əməlləri barədə məlumatlı olduğunu, saxtakarlıqla edərək külli miqdarda pul mənimsədiyini, Bakı Avropa Oyunları ərəfəsində qohumlarına və dostlarına Azpetrol yanacaq doldurma məntəqəsinin ödənişsiz yanacaq tədarükünə icazə verən kartlar paylayaraq mənimsənilməsini, guya ki etibardan sui-istifadə edib qanunsuz yollarla Capital toplaması barədə məlumatlar bildirmişdir. Maraqlı tərəfi odur ki, o, ARDNŞdən X3 barəsində cinayət işinin başlanmasına göstəriş verilməsini xahiş etmişdir (28.12.2019-cu il tarixli məktubun surəti əlavə olunur). Adı çəkilən məktuba cavab olaraq 27 fevral 2020-ci il tarixli məktubda göstərilən məsələlərin araşdırılmasının SOCAR-ın səlahiyyəti çərçivəsindən kənar olduğu qeyd edilmişdir. Bundan əlavə bu məktubda bildirilmişdir ki, X3 atası Ziyafət Əliyevin çalışdığı “xxxx” MMC üzrə SOCAR-ın audit departamentinin sonuncu audit rəyinə əsasən ərizədə qeyd olunan pozuntular öz əksini tapmamışdır. İki məktubdan görünür ki, Heydərli Tural qaralama və böhtan xarakterli məlumatlarla ARDNŞ müraciət etsə də, lakin ARDNŞ-də audit araşdırmaların nəticəsindən göründüyü kimi heç bir saxtakarlıq, pozuntu aşkar olunmuşdur. Digər tərəfdən Heydərli Tural 28 dekabr 2019-cu il tarixli məktubda SOCAR rəhbərliyindən cinayət işinin başlanmasına göstəriş verməyi xahiş etmişdir. Tural Heydərliyə cinayəti işinin başlanması kimin səlahiyyətinə aid olduğu məlumdur lakin Ərizəçinin atasının adının hallandırılması Elmar Əliyevin özü ilə yanaşı atasını da ləkələmək məqsədini güdmüşdür. Sosial Mediada yayımlanmış və kütləvi informasiya vasitələrində dərc olunmuş materiallar aşağıda olduqca çox izləyicilərlə yanaşı şahidlər tərəfindən də oxunmuş və yazıların şahidi olunmuşdur. Həmin şahidlər öz ifadələrini təsdiq edə bilərlər: X12, X10, Şahid1, Şahid2, Şahid3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan-yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Hazırki iş üzrə təhqir və böhtan xarakterli məlumatlar müxtəlif kütləvi informasiya vasitələrində müxtəlif tarixlərdə yayımlanmışdır. Lakin, hazırki ərizəyə əlavə etdikləri çıxarışlardan da göründüyü kimi sonuncu dəfə kütləvi şəkildə yayımlanma 10 iyul 2020ci il tarixli “Müsahibəmi olduqca paylaşın qoy ölkə başçısı bilsin” başlıqlı video olmuşdur. Beləliklə də Ali Məhkəmənin Plenum qərarından da göründüyü kimi Youtube sosial şəbəkəsi xarici dövlətdə qeydiyyata alındığından xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs-X11 tərəfindən X3 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, böhtan xarakterli məlumatların yayılmasına görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin madddələrin sanksiyaları daxilində cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X2 “Müsahibəni olduqca paylaşın qoy ölkə başçısı bilsin.” başlıqlı müsahibəsində Elmar Əliyev barəsində istifadə edilən “Korrupsioner”, “büdcədən külli miqdarda pul mənimsəyən” və “Saxta arayış hazırlama” ifadələrini işlədərək, həmçinin “Youtube” sosial şəbəkəsindən paylaşılan “Dövlətin büdcəsini talayanlardan biri də budur.” başlıqlı video görüntü “kriminal.az” və “poliqon” saytlarında dərc olunmuş “Elmar Əliyev ölkəni necə talayır”, “Təzadlar” saytında dərc olmuş “Gənclər və idman nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsində nə baş verir”, Qlobal” onlayn ictimai-siyasi qəzetində dərc olunmuş “əgər bu cür saxta sənəd aşkarlamışdırsa, niyə dərhal tədbir görməmişdir” başlıqlı məqalələrdə Elmar Əliyevin yaxınlarının adına şirkət açaraq Bakı Avropa Oyunları və Bakı İslam Oyunlarında tenderlər vasitəsi ilə külli miqdarda pul mənimsəyərək Almanya da yatırım etməsi, Atletlər kəndindəki mənzillərdə dövlət hesabına aid bir çox avadanlıqları qanunsuz olaraq satması, tədbirin təşkili üçün ayrılmış pul vəsaitlərinin yeni təsis edilmiş MMC-lərə köçürmə yolu ilə nəğdləşdirilməsi, işlədiyi qurumun adından saxta arayışlar tərtib edilməsi, büdcə vəsaitindən öz şəxsi maraqları üçün istifadə etməsi kimi ifadələri yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. X2 törətdiyi cinayət əməli məhkəmə linqvistik ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X11 tərəfindən X3 şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, böhtan xarakterli məlumatların yayılmasına görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin madddələrin sanksiyaları daxilində cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 özünü təqsirli bilməyərək, cinayəti qəbul etmədiyini, işin bu həddə gəlib çıxdığı üçün peşman olduğunu, ailəli olduğunu, himayəsində ikin az yaşlı uşağının olduğunun nəzərə alınmasını, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin vəkili Müdafiəçi X2 müraciətinin mənfi nəticələr yaratmadığını, mənfi nəticə yaratmayıbsa təhqir, böhtan xarakterli olması ekspert rəyində göstərilmədiyini, X22 arasında pul mübahisələrinin olduğunu, Turalın sehv etməsi barədə ərizə yazdığını, həmçinin Elmara pis təsir edibse yaydığı məlumatları təkzib etdiyini, X2 əməlində əməlində qeyd edilən maddələr üzrə cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, yay ayları Elmarla görüşmüşlər, Elmar “Youtube”da olan video onu görstərmişdir, videodan aydın olurdu ki, təqsirləndirilən şəxs Elmara böhtan atır və onu təhqir edirdi. 20 ildir Elmarı tanıyır, Tural Heydərlinin dediyi yalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “First Step”in açılışında dəvət olunmuşdur. Elmar barəsində Tural Heydərli tərəfindən guya Elmar Əliyev tərəfindən Avropa oyunlarına aid avadanlıqlarını satdığını, onu təhqir etdiyini, böhtan atdığını, ona “korrupsioner” dediyini görmüşdür. Xəbər.az saytın da eyni görüntüləri müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Elmarla 10-15 ildir dostluqları var, iş birlikləri olmuşdur, iyulun ortaları idi. Zakir zəng elədi dedi ki, Elmar barəsində “Youtube”da video çıxıb. X14 Elmar Əliyevi təhqir edir, ona böhtan atır, onu korrupsioner adlandırırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Elmarla 20 ildir dostluqları var, Tural Heydərli ilə Elmarın birgə işlərinin olduğundan məlumatı olmuşdur. Videonu iyul ayının axırı görmüşdür. X14 Elmar Əliyevi təhqir edir, ona böhtan atır, onu korrupsioner adlandırırdı. Deyilənlərin hamısı yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Elmarı 2000-ci ildən tanıyır. Tural Heydərli ilə Elmarın birgə işlərinin olduğundan məlumatı olmuşdur. Videonu avqust ayının axırı görmüşdümr X14 Elmar Əliyevi təhqir edir, ona böhtan atır, onu korrupsioner adlandırırdı. Deyilənlərin hamısı yalandır. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Məhkəmə tərəfindən təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021ci il tarixli, 4/335 saylı rəyindən də görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd fləş-karta əlavə edilən “ Müsahibəni olduqca paylaşın qoy ölkə başçısı bilsin” başlıqlı Tural Heydərlinin müsahibəsində Elmar Əliyev barəsində istifadə edilən “ korrupsioner” , “büdcədən külli miqdarda pul mənimsəyən” və “ saxta arayış hazırlama” ifadələri həqiqəti əks etdirmədiyi təqdirdə X3 şərəf və ləyaqətini alçaldan, iş güzar nüfuzuna xələl yetirən ifadələrdir. Ekspertizaya təqdim edilmiş 01 ədəd fləş-karta əlavə edilən “Müsahibəni olduqca paylaşın qoy ölkə başçısı bilsin.” başlıqlı X2 müsahibəsində həmçinin “Youtube” sosial şəbəkəsində paylaşılan “Dövlətin büdcəsini talayanlardan biri də budur.” Başlıqlı video görüntüsdə “kriminal.az” və “poliqon” saytlarında dərc olunmuş “Elmar Əliyev ölkəni necə talayır”, “Təzadlar” saytında dərc olmuş “Gənclər və idman nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsində nə baş verir”, Qlobal” onlayn ictimai-siyasi qəzetində dərc olunmuş “əgər bu cür saxta sənəd aşkarlamışdırsa, niyə dərhal tədbir görməmişdir” başlıqlı məqalələrdə Elmar Əliyevin yaxınlarının adına şirkət açaraq Bakı Avropa Oyunları və Bakı İslam Oyunlarında tenderlər vasitəsi ilə külli miqdarda pul mənimsəyərək Almanyada yatırım etməsi, Atletlər kəndindəki mənzillərdə dövlət hesabına aid bir çox avadanlıqları qanunsuz olaraq satması, tədbirin təşkili üçün ayrılmış pul vəsaitlərinin yeni təsis edilmiş MMC-lərə köçürmə yolu ilə nəğdləşdirilməsi, işlədiyi qurumun adından saxta arayışlar tərtib edilməsi, büdcə vəsaitindən öz şəxsi maraqları üçün istifadə etməsi kimi fikirlər həqiqəti əks etdirmədiyi təqdirdə X3 şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl yetirən ifadələrdir. Qeyd edilən məlumatların həqiqəti əks etdirib-etdirməməsi ekspert-linqvistin səlahiyyətlərinə aid olmayıb, hüquqi araşdırma tələb edən məslələrdir. Məhkəmə iclasında “CD” disk tədqiq edilmiş və ona cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin video görüntülərdə “Youtube” sosial şəbəkəsində paylaşılan “Dövlətin büdcəsini talayanlardan biri də budur.” Başlıqlı video görüntüdə “kriminal.az” və “poliqon” saytlarında dərc olunmuş “Elmar Əliyev ölkəni necə talayır”, “Təzadlar” saytında dərc olmuş “Gənclər və idman nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsində nə baş verir”, Qlobal” onlayn ictimai-siyasi qəzetində dərc olunmuş “əgər bu cür saxta sənəd aşkarlamışdırsa, niyə dərhal tədbir görməmişdir” başlıqlı məqalələrdə Elmar Əliyevin yaxınlarının adına şirkət açaraq Bakı Avropa Oyunları və Bakı İslam Oyunlarında tenderlər vasitəsi ilə külli miqdarda pul mənimsəyərək Almanyada yatırım etməsi, Atletlər kəndindəki mənzillərdə dövlət hesabına aid bir çox avadanlıqları qanunsuz olaraq satması, tədbirin təşkili üçün ayrılmış pul vəsaitlərinin yeni təsis edilmiş MMC-lərə köçürmə yolu ilə nəğdləşdirilməsi, işlədiyi qurumun adından saxta arayışlar tərtib edilməsi kimi ifadələrin Tural Heydərlinin tərəfindən işlədilməsi öz əksini tapmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının vəkilinin, təqsirləndirilən şəxsin və onun vəkilinin, şahidlərin iş üzrə ifadələrini, ekspertiza rəyini, video diski və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2.-ci maddəsinin əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxs X2 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X7 islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, xüsusi ittiham qaydasında şikayətin, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə araşdırılması zamanı xüsusi ittihamçı X3 təqsirləndirlən şəxs X11 tərəfindən təhqir edilməsi, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, islah işləri cəzasına məhkum edilməli, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X7 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından X11 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 108/2021 saylı, 18 mart 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancının iyirmi faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. İslah işləri cəzasının əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. X2 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)108/2021 saylı, 18 mart 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Hökmün icrası Bakı Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-22/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-22/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver