Məhkəmə qərarları › İş №1(009)-22/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-22/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-22/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ağdam Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(013)-03/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-243/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə endirilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq üzərində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs, Bakı şəhəri Nərimanov rayonu ərazisində, guya yaxın qohumuna 1990-cı illərdə məcburi köçkün kimi Bakı şəhərinə gələn vaxtlar verilmiş və hazırda evlə təmin edildiklərindən boşaltdıqları mənzili adına sənədləşdirəcəyi adı ilə aldadaraq etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 04 fevral 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi-6 ünvanında sürücüsü kimi təqdim etdiyi Şahid2 vasitəçiliyi ilə 6700 manat, adına sənədləşdirəcəyi evin həyətində olan qarajı da ona verəcəyi vədi ilə aldadıb 07 fevral 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon dairəsi yaxınlığında sürücüsü kimi təqdim etdiyi Şahid2 vasitəçiliyi ilə 2200 manat, verdiyi 6700 manat pula mənzilin sənədləşdirilməsinin mümkün olmadığı adı ilə aldadıb 14 fevral 2019-cu il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Anar» şadlıq sarayının yaxınlığında sürücüsü kimi təqdim etdiyi Şahid2 vasitəçiliyi ilə 2000 manat, evi sənədləşdirmək üçün lazım olduğunu bildirib aldadaraq 19 fevral 2019-cu il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi-20 ünvanında yerləşən «Pasaj» restoranında şəxsən özünə verməklə 650 manat pulunu alıb ələ keçirmiş və verdiyi vədlə bağlı heç bir iş görməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs 11550 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxsi tanımamış və belə adlı şəxslə heç bir əlaqəsi olmamışdır. Şahid1 ilə uzun müddətdir ki, tanışdır, yoldaşlıq münasibətləri olmuşdur, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. 11550 manat pulu polis polkovniki Şahid1 Daxili İşlər Nazirliyinin inzibati binasının arxasında «Pasaj» bazarının yaxınlığında borc olaraq almışdır. Həmin pulu Mehmandan alan vaxtı barəsində Bərdə Rayon Məhkəməsinin icraatında cinayət işi olmasını Mehmana deməmişdir. Həmin pulu Mehmandan borc alanda üç ay müddətində aldığı pulu geri qaytaracağına söz vermiş, lakin pulu alandan 20 gün sonra Mehman istifadəsində olan 050,***-***-**-** mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib Daxili İşlər Nazirliyinin arxasına, həmişə görüşdükləri yerə çağırmışdır. Onunla söhbət edən zaman bir ədəd komputerdə çap edilmiş kağızı göstərərək barəsində Məhkəmənin icraatında cinayət işi olmasında xəbəri olduğunu bildirib ona borc olaraq verdiyi pulu israrla tələb edib, əgər verməzsə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin polis əməkdaşları ilə onu götüzdürəcəyini demişdir. Həmin vaxtı həftənin cümə günü olmuşdur və həftənin birinci gününə kimi pulunu qaytarması üçün ona vaxt vermişdir. Bundan sonra o həbs olunmuşdur. Mehman isə polis polkovniki olduğu üçün adı hallanmasın deyə qohumu Mirməhəmməd adlı şəxsi ortaya sifarişli şəkildə salmışdır. Onun Zərərçəkmiş şəxslə heç bir «WhatsApp» danışığı olmamışdır, onu tanımır, bunların hamısı Şahid1 oyunudur. Şahid1 aldığı 11550 manat pulun 2000 manatını qardaşı qaytarmışdır, hazırda Şahid1 9550 manat borcludur. Təqsirləndirilən şəxs özünü ona görə təqsirli bilməmişdir ki, o aldığı pulu borc kimi almışdır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayının sonlarında «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olan çayxanaların birində tanışları Ruslan və Sahib adlı şəxslərlə oturub çay içərkən öz təşəbbüsü əsasında bir nəfər şəxs onlara yaxınlaşıb oturduqları masanın arxasında olan boş yerdə oturub özünü Zamin kimi təqdim etmişdir. Özünü Zamin kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olduğu sonradan bilmişdir. Təqsirləndirilən şəxs bir qədər onunla söhbət etdikdən sonra tanışları Ruslan və Sahib durub oradan çıxıb getmişlər. İlkin tanışlıq zamanı Təqsirləndirilən şəxs özünü ona prokurorluq işçisi kimi təqdim etmişdir və bir qədər onunla söhbət etdikdən sonra o öz mobil nömrəsini Zamiqə əlaqə saxlamaq üçün vermişdir. Bundan sonra o və Zamiq həmin çayxanadan çıxıb ayrılmışlar. Bu hadisədən bir neçə gün keçdikdən sonra, yəni 03 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurub bildirmiş ki, «onun qaçqın düşmüş yaxın qohumları Nərimanov rayonu ərazisində yerləşən beşmərtəbəli binalarda qalırlar və hal- hazırda dövlət onları mənzil ilə təmin etdiklərinə görə qohumları yaşamış iki ədəd mənzil ona qalacaqdır, əgər istəyirsə həmin mənzillərdən birini onun adına sənədləşdirsin». O Zamiqin təklifinin uğurlu təklif olduğu üçün razılaşmış, sənədləşmə işinin həyata keçirilməsi üçün ondan nə aslı olduğunu soruşmuş, Zamiq bunun üçün cəmi 6700 manat məbləğində pul lazım olacağını demişdir. O, bu məsələdə heç bir problem olmadığını nəzərə alıb Zamiqə demiş ki, qısa bir zaman ərzində həmin pulu ona təqdim edəcək. 04 fevral 2019-cu il tarixdə “Ata Bank”a müraciət edərək 6700 manat kredit almış və həmin tarixdə Zamiqlə telefon əlaqəsi saxlamış və Zamiq sürücüsünü «Qızıl Tac» şadlıq evinin qarşısına göndərəcəyini bildirmişdir. 04 fevral 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən «Qızıl Tac» şadlıq evinin qarşısında Zamiqin göndərdiyi və özünün sürücüsü kimi təqdim etdiyi Tural adlı şəxslə görüşüb kreditlə götürdüyü 6700 manat pulu sürücü Turala vermişdir. 6700 manat pulu Zamiqə çatdırmaq üçün sürücü Turala verdikdə özünə məxsus şəxsiyyət vəsiqəsini də Turala vermişdir. Bundan sonra Zamiqlə telefon əlaqəsi yaradıb danışarkən Zamiq bildirmişdir ki, 6700 manat pulu və şəxsiyyət vəsiqəsini sürücü Tural ona çatdırıb. Təqsirləndirilən şəxs 2-3 gün ərzində bu məsələnin öz müsbət həllini tapacağını bildirib. Zamiqlə aralarında olan danışıq zamanı sonuncu əlavə xərclərin çıxa bilməsi ehtimalını da vurğulamışdır. Bu hadisədən 1-2 gün keçdikdən sonra, Zamiq ona yenidən zəng edərək bildirmiş ki, ona verəcəyi mənzilin həyətində qaraj var, əgər mümkündürsə, 2200 manat pul versin ki, həmin qarajı da adına sənədləşdirsin. O, bu məsələdə də heç bir problem görmədiyinə görə 2019-cu ilin fevral ayının əvvəli özünə məxsus olan 2200 manat pulu 4-cü mikrorayon dairəsindən «Memar Əcəmi» metrostansiyasının yanında Tural adlı sürücü ilə görüşüb ona təqdim etmişdir. Bundan sonra Zamiqlə telefon əlaqəsi yaradıb pulun ona çatmasını soruşmuş, Zamiq ona bildirmiş ki, 2200 manat pulu ona Tural çatdırmışdır. Növbəti dəfə Zamiq ona zəng edərək demişdir ki, mənzili verdiyi 6700 manat pulla sənədləşdirmək mümkün deyil, əlavə olaraq 2000 manat pul vermək lazımdır. O da, işin alınması üçün, Zamiqin təklifinə razılıq verərək yenidən 4-cü mikrorayon dairəsindən «Memar Əcəmi» metrostansiyasının yanında 2000 manat pulu Zamiqin göndərdiyi sürücü Turala təqdim etmişdir. Bundan sonra yenidən Zamiqlə telefon əlaqəsi yaradıb pulun ona çatdırılmasını soruşmuş, Zamiq bildirmişdir ki, 2000 manat pulu Tural ona çatdırıb. Bu hadisədən bir qədər sonra Zamiq ondan sənədləşdirmə işini həyata keçirtmək məqsədi ilə aldığı şəxsiyyət vəsiqəsini özünə qaytarmışdır. Sonuncu dəfə isə Zamiq əlavə olaraq mənzil sənədləşməsi üçün 650 manat pul lazım olduğunu demişdir. O da onunla razılaşmış və 2020-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi-20 ünvanında yerləşən «Pasaj» ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxsla görüşüb 650 manat pulu Zamiqə vermişdir. Zamiqin bu hərəkətləri onda şübhə doğurduğuna görə Turala zəng edərək pulu ona verdiyini və pulu da yekunda ondan alacağını deyərək, səbəb kimi də Zamiqin prokurorluq orqanlarında çalışmadığını göstərmişdir. Tural isə cavab olaraq Zamiqin heç bir vəzifədə çalışmadığını bir daha təsdiq edərək adi bir insan olduğunu bildirmişdir. Bunları bildikdən sonra o Zamiqə zəng edərək pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs isə hər gün bir bahanə gətirib bu prosesi uzadıb onun etibarından istifadə edib aldadaraq aldığı pulu geri qaytarmamışdır. Nəticədə o Zamiqin barəsində polisə müraciət etmək qərarına gəlmişdir, bu günə kimi Təqsirləndirilən şəxs ona 2000 manat pul qaytarmışdır. O Təqsirləndirilən şəxs sonradan adını bildiyi Şahid2 vasitəsi ilə ümumilikdə 10 900 manat pul vermişdir, həmin 10 900 manatı Bakı şəhəri Nəsimi rayonu ərazisində, qalan 650 manat pulu isə Bakı şəhəri Səbail rayonu ərazisində şəxsən Təqsirləndirilən şəxs özü vermişdir. 2020-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi-20 ünvanında yerləşən «Pasaj» ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxsla görüşüb 650 manat pulu ona vermişdir. Şahid1 onun bacanağıdır və o Daxili İşlər Nazirliyinin əməkdaşıdır. 2019-cu ilin fevral ayı ərzində müxtəlif ünvanlarda bir neçə dəfə Təqsirləndirilən şəxs göndərdiyi Şahid2 adlı sürücünün vaitəsi ilə ümumilikdə 10900 manat Zamiqə göndərmişdir. Axrıncı dəfə isə Zamiqin özünə 650 manat pulu verib heç bir işin aparılmadığı müəyyən edib aldandığını başa düşdükdən sonra 2019-cu ilin mart ayının axırında bacanağı Şahid1 müraciət edib kömək istədikdə Mehman bir neçə dəfə Zamiqlə telefonla danışaraq ondan aldığı pulu geri qaytarılmasını istəmişdir. Zamiq də 2019-cu ilin mart ayının axırlarında Şahid1la bir neçə dəfə telefon vasitəsi ilə danışdıqdan sonra onu tanımışdır. Şahid2 bu işdə hər-hansı bir maddi marağı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Şahid2 fərdi qaydada sərnişin daşımaqla məşqul olur və Turalı onunla görüşməyə daimi olaraq Təqsirləndirilən şəxs göndərirmiş. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə aldadıb ondan aldığı 11550 manat puldan Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində qaytardığı 2000 manatdan başqa ona pul qaytarmamışdır və hazırda Zamiqin ona 9550 manat borcu qalmışdır. Zamiqə verilən 11550 manat pulun hamısını özü Zamiqə vermişdir, bacanağı Mehman Zamiqə pul verməmişdir, 650 manatı da Mehman olmadan Pasaj bazırının yaxınlığında Zamiqə vermişdir. Zamiqin işi gecikdirdiyinə görə Mehmandan xahiş etmişdir ki, onun kimliyi ilə maraqlansın, o da maraqlananda Zamiqin hazırda məhkum olduğunu öyrənmişdir. Mehmanın onun Zamiqə verdiyi pula heç bir aidiyyəti yoxdur. Zamiq onun adına sənədləşdirəcəyi iki otaqlı mənzilin yataqxanada olduğunu, Nərimanov rayonu ərazisində yerləşdiyini deyirmiş, o Zamiqdən ondan niyə mənzilin ucuz olduğunu soruşduqda Zamiq bildirmiş ki, həmin mənzil erməni evi olub, o vaxtı ermənilər gedəndən sonra onun qohumları gəlib həmin mənzili tutublar, indi məcburi köçkün qohumlarına dövlət ev verib və onlar mənzili boşaldıb gediblər, evlər sahibsiz qalıb, Evlər idarəsində qohumu var, iki mənzildir, birini özünə götürmüşdür, birini də ona verə bilər. Təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmədən təqsirləndirilən şəxsə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyində işləyir. Zərərçəkmiş şəxs onun bacanağıdır. Təxminən 2019-cu ilin fevral ayında görüşəndə Mirməhəmməd ona bildirmişdir ki, təsadüfən bir nəfərlə tanış olmuşdur, həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu və Baş Prokurorluqda mühüm vəzifədə işlədiyini demişdir. Mirməhəmməd Zamiqin 1990-cı illərdə məcburi köçkün kimi Bakı şəhərinə gələn yaxın qohumlarına verilmiş evi sənədləşdirərək ona verəcəyinə söz verdiyini və bununla bağlı hissəhissə ona təxminən 12000 manat pul verməli olduğunu demişdir. O da Mirməhəmmədə demiş ki, Zamiq adlı şəxsin telefon nömrəsini versin ki, onunla əlaqə saxlayaraq məsələni dəqiqləşdirsin. Bundan sonra o Zərərçəkmiş şəxs ona verdiyi mobil nömrəyə zəng edib özünü təqdim etmiş və onunla Mirməhəmmədin adına sənədləşdirəcəyi ev barədə söhbət etmişdir. Zamiqlə həmin evlə bağlı zənglər etmiş, Zamiqdə ona zənglər etmişdir və axırda o Zamiqə inandığına görə Mirməhəmmədə demiş ki, etibar edirsə aparıb pulunu versin. Bundan sonra Mirməhəmməd dediyinə görə Təqsirləndirilən şəxs həmin ev məsələsinə görə hissə-hissə 11550 manat pul vermişdir. Bundan bir neçə vaxt sonra ona məlum olmuşdur ki, Zamiqin barəsində Bərdə Rayon Məhkəməsində cinayət işinə baxılır. Bunu bildikdən sonra yenə də, dəfələrlə ona zənglər etmişdir, onu nə üçün aldatdığını soruşub, barəsində şikayət olunmasın deyə Zərərçəkmiş şəxs pulunu qaytarmasını demişdir. Bundan başqa onun Təqsirləndirilən şəxsla heç bir başqa münasibətləri olmamışdır.Bacanağı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verməmişdən bir gün əvvəl pulu hansı məqsədlə verməsi barədə onunla məsləhət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həqiqətə uyğun deyil, həmin ev üçün pulun verilməsi barədə söhbət onunla Zərərçəkmiş şəxs aralarında aparılmış, sonuncu həmin pulu bankdan kredit alaraq Təqsirləndirilən şəxs vermişdir. Onun isə Təqsirləndirilən şəxsla əvvəllər heç bir münasibəti olmamışdır. O Təqsirləndirilən şəxs və ya başqa bir şəxsə heç vaxt borc pul verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs yalan ifadə verirdiyini, onu əvvəllər tanımadığını və heç bir yoldaşlıq münasibətləri olmadığını bildirmişdir. İlk dəfə onu «Pasaj» restoranında Mirməhəmməd onları görüşdürərkən görmüşdür. 11550 manat pulu ona Mirməhəmməd verib və danışıqları da onunla Mirməhəmməd aparmışdır, Zamiq onu şantaj edərək adını hallandırır ki, Mirməhəmməd şikayətindən əl çəksin və o qorxub Mirməhəmməddən xahiş etsin ki, şikayətini geri götürsün. Uzun müddətdir ki, polis orqanlarında xidmət edir və Bakı şəhərindən mənzillərin alınması qaydalarını yaxşı bilir, Zamiqin dediyi formada mənzil alınmasının mümkün olmadığını da bilir, belə olan halda ona pul verə bilməz. Mirməhəmməd bu məqsədlə “AtaBank”-dan öz adına götürdüyü 6700 manat məbləğində kredit sənədlərini də istintaqa təqdim etmişdir ki, bu da pulun Mirməhəmməd tərəfindən verildiyinə sübutdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarnamə əsasında «Mercedes-Bens» markalı, AZ **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisə olan ərəfələrdə taksi sürücüsü kimi işləmişdir. Təqsirləndirilən şəxs ilə sərnişin kimi tanış olmuşdur. Belə ki, “Memar Əcəmi” stansiyasının yaxınlığında Hüseynbala Əliyev küçəsində taksi kimi dayanırdı. Sonradan adını bildiyi Zamiq adlı şəxs ona yaxınlaşaraq Dərnəgül yolunda olan stadionların birinə gedəcəyini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs oğlu da yanında olmuşdur. Ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs ona gözləməsini bildirmiş, daha sonra isə onları “Memar Əcəmi”-yə gətirmişdir. Zamiq onun mobil telefon nömrəsini götürdüyünə görə lazım olanda ona zəng edib sifariş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üçün evinə bazarlıq etmiş, uşaqlarını məktəbə aparmış və taksi sürücüsü kimi digər xidmətlər göstərmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs onun xidmətindən bir neçə dəfə istifadə etmişdir. Zamiqin ona istifadəsində olan mobil nömrəsinə zəng edib deməsi ilə sonradan adını bildiyi Zərərçəkmiş şəxs pul alaraq gətirib Zamiqə vermişdir. Zəng edərkən Təqsirləndirilən şəxs ünvan verərək orada ağ “Prado” markalı avtomobilin gözlədiyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən «Qızıl Tac» şadlıq sarayının yaxınlığına gedib orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə görüşüb sonuncudan pul alaraq Zamiqin «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olan kirayə yaşadığı evə vermişdir. Bu hadisədən bir neçə gün keçdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında yenidən Zərərçəkmiş şəxsla görüşüb sonuncudan pulu alaraq Təqsirləndirilən şəxs çatdırmışdır. Sonunucu dəfə «Memar Əcəmi» metrostansiyası istiqamətində gedən yolda pulu Zərərçəkmiş şəxs götürərək Təqsirləndirilən şəxs çatdırmışdır. Həmin pulun nə ilə bağlı və ya hansı işlə bağlı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən verilməsini o bilməmiş və bu barədə, pulun məbləği barədə maraqlanmamışdır. O Təqsirləndirilən şəxs tapşırıqlarını yerinə yetirdiyi üçün sonuncu ona hər dəfə bir fərdi qaydada sərnişin daşımaqla məşqul olan sürücünün xidmətindən istifadə etdiyinə görə, yəni avtomobilini sürdüyü məsafənin pulunu hesablayıb ödəniş etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sənədlər aparmışdır, lakin həmin sənədlər zərfin içində oduğundan hansı sənədlərin və ya şəxsiyyət vəsiqəsi olduğunu xatırlamır. Şahid1 Zərərçəkmiş şəxs daha öncə tanımışdır. Belə ki, Zamiqi Binəqədidə hamam aparmış və həmi zaman Mehman və oğlanları orada olmuşlar, ilk dəfə məhz Mehmanı orada tanımışdır. Şahid1 tanıdıqdan neçə gün sonra pulu götürməsini xatırlamır. Həmçinin bir dəfə Daxili İşlər Nazirliyinə getmiş, polis baş leytenantı olan bir şəxs ona paket vermiş və onu da Zamiqə çatdırmışdır. Bir dəfə də Daxili İşlər Nazirliyinə Zamiqi aparmış, 15-20 dəqiqə gözləyərək yenidən Zamiqi geri gətirmişdir. X8 Məmmədov ilə görüşməsini görməmişdir. 09 noyabr 2020-ci il tarixdə faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 14 noyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 200020300 nömrəli cinayət işi üzrə 01 yanvar 2021-ci il tarixli qərarla şübhəli şəxs Təqsirləndirilən şəxs ittiham elan etmək üçün barəsində axtarış elan edilmiş və eyni tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 11 mart 2021-ci il tarixli, 067-4469- 1221 nömrəli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏN-nin 17 saylı Cəzaçəkmə müəssəsində cəza çəkməsi barədə məktubuna əsasında 19 iyun 2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. 19 iyun 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinə münasibətdə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmışdır. Fakt üzrə ilkin araşdırma aparılarkən zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsinə əlavə edərək göndərdiyi, Təqsirləndirilən şəxs ilə aralarında «WhatsApp» yazışmaları köçürülmüş bir ədəd diskdə olan danışıqlar dinlənilmiş və bu barədə tərtib edilmiş protokoldan görünür ki, diskin yaddaşında 05 audio səs yazısı vardır : «WhatsApp Audio 2020-06-27 at 19:25:40 (1), «WhatsApp Audio 2020-06-27 at 19:25:40», «WhatsApp Audio 2020-06-27 at 19:25:41 (1)», «WhatsApp Audio 2020-06-27 at 19:25:41 (2)», «WhatsApp Audio 2020-06-27 at 19:25:41». «WhatsApp Audio 2020-06-27 at 19:25:40 (1) səs yazısı 31 saniyədən, «WhatsApp Audio 2020-06-27 at 19:25:40» səs yazısı 1 dəqiqə 33 saniyədən, «WhatsApp Audio 2020-06-27 at 19:25:41 (1)» səs yazısı 24 saniyədən, «WhatsApp Audio 2020-06-27 at 19:25:41 (2)» səs yazısı 5 saniyədən, «WhatsApp Audio 2020-06-27 at 19:25:41» səs yazısı 7 saniyədən ibarət olmaqla iki nəfər şəxs arasında pul mübahisəsi ilə bağlı dialoqdan ibarətdir. Audio səs yazıları iki nəfər kişi cinsindən olan şəxs arasında olmaqla bir nəfər digər tərəfə «seyid» deyə müraciət edərək pambıq əkini ilə bağlı subsidiyaları gözlədiklərini, subsidiyalar ləngidiyi üçün narahat olduqlarını deyir, and-aman edərək 24 saat müddətinə səbrli olmasını, həmin vaxt ərzində aparıb pulu əlbəəl verəcəyini, özü gədəlik etdiyini, lakin qarşı tərəfin ona kişilik etməsini, övladlarının canına and verərək bir müsəlman kimi ona 24 saat vaxt verməsini xahiş etməklə bankdan pul çıxaracağını, bayram günü olduğu üçün bankın işçilərinin yerində olmadığını, pulu bankdan kartla çıxaracaqlarını bildirmiş, qarşı tərəfdə «əgər elədirsə gözləyəcəyini, lakin bayram günü olduğu üçün heç yerin işləmədiyini deyərək pulun necə köçəcəyini soruşur. İş üzrə Səbail Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərarı əsasında zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 01 fevral 2019-cu il tarixdən 30 mart 2019-cu il tarixədək olan dövrdə aparılmış əməliyyatların "xxxx" MMC-dən götürülərək köçürüldüyü diskə baxış protokolundan görünür ki, 01 ədəd «CD» diskində 04 ədəd «99450551- 73-73 mobil nömrəsinin mətn sənədləri, «abunəçilər», «antenna məlumatları» səhifələr vardır: İlk ***-***-**-** mobil nömrəsinin izahlı qaimə hesabatında 01.02.2019-cu il, saat 09:19:06-da ***-***- **-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə zəng edilməsindən başlayaraq 30 mart 2019-cu il, saat 21:25:55-dək olan zənglər göstərilmişdir. Siyahıda müxtəlif mobil nömrələrlə ***- ***-**-** mobil nömrəsinin əlaqələri öz əksini tapmışdır. Həmin siyahıda 04.02.2019-cu il tarixdə, saat 14:16:49-da, 19.02.2019-cu il tarixdə, saat 09:32:19-da, 13:02:03-də, 13:04:50də; 20.02.2019-cu il tarixdə, saat 20:09:21-də; 24.03.2019-cu il tarixdə, saat 13:22:57-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zənglər olunmuş; 19.02.2019cu il tarixdə, saat 12:42:55-də isə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs zəng etməsi qeyd edilmişdir. Bundan əlavə siyahıda Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 16.03.2019-cu il, saat 13:55:18-də danışıq olması göstərilmişdir; -İkinci səhifədə olan SMS yazışmalarında Təqsirləndirilən şəxsla zərərçəkmiş Zərərçəkmiş şəxs aralarında yazışmalar qeyd edilməmişdir; -Üçüncü «abunəçilər» səhifəsində Təqsirləndirilən şəxs adı, soyadı qeyd edilməmişdir, lakin ***-***-**-** mobil nömrəsinin istifadəçisi Şahid2 ünvan 5 ünvanı doğum tarixi, pasport nömrəsi qeyd edilmişdir; -Dördüncü «antenn məlumatları» səhifəsində Təqsirləndirilən şəxs istifadəsində olan 70- 200-86-86 mobil nömrəsi tərəfindən aranan zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan 50- 551-73-73 mobil nömrəsinin antenn dairəsi X6 qəsəbəsi Sahib Hüseynov küçəsi, Təqsirləndirilən şəxs arayarkən arayanın 9-cu m/r Sahib Hüseynov küçəsi və Masazır qəsəbəsi antenn dairələri göstərilmişdir, həmçinin Şahid2 ifstifadəsində olan ***-***-**-** nömrəsi ilə də aranan eyni antenn nömrələri qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 01 fevral 2019-cu il tarixdən 30 mart 2019-cu il tarixədək olan dövrdə aparılmış əməliyyatların "xxxx" MMC-dən götürülərək köçürüldüyü diskə baxış protokolundan görünür ki, diskdə «SMS Tarixçəsi **********1***-*******86», «SMS Tarixçəsi **********1736 702008686», «Zənglərin detallaşması **********5704», «X2 202108» səhifələri vardır.. -İlk «SMS Tarixçəsi **********1***-*******86» səhifəsində 01.02.2019, 15:47:08-dən 19.03.2019, 00:58:03-dək olan müddətdə 5 dəfə Təqsirləndirilən şəxs istifadəsində olan 70-200- 86-86 mobil nömrəsindən 50-331-53-11 mobil nömrəsinə cinayət işinə aidiyyəti olmayan mesajlar göndərilməsi qeyd edilmişdir; -ikinci «SMS Tarixçəsi **********1736 702008686» səhifəsində 08.02.2019-cu il, 18:06:03dən 22.03.2019-cu il, 15:59:46-dək olan müddətdə ayrı-ayrı nömrələrdən, «VhatsApp» proqramından Təqsirləndirilən şəxs istifadəsində olan 70-200-86-86 mobil nömrəsinə edilən yazışmalar qeyd edilmişdir, həmin yazışmalar istintaq üçün maraq kəsb etmir; -üçüncü «Zənglərin detallaşması **********5704» səhifəsində 01.02.2019-cu il, 00:58:58dən başlayaraq 29.03.2019-cu il, 23:31:46-dək Təqsirləndirilən şəxs istifadəsində olan 70-200- 86-86 mobil nömrəsinə ayrı-ayrı mobil nömrələrdən edilən zənglərin detalları qeyd edilmişdir. Siyahıda 04.02.2019-cu il 14:16:49-da, 19.02.2019-cu il, 09:32:19-da, 19.02.2019-cu il, 13:02:03də, 19.02.2019-cu il, 13:04:50də, 20.02.2019-cu il, 20:09:21-də, 20.02.2019-cu il, 20:09:21-də, 16.03.2019-cu il, 10:48:18-də, 24.03.2019-cu il, 13:22:57-də Təqsirləndirilən şəxs istifadəsində olan 70-200-86-86 mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zənglər edilməsi qeyd edilmişdir. Bundan əlavə 03.02.2019-cu il 11:46:01-də, 04.02.2019-cu il 11:41:47-də, 04.02.2019-cu il 14:18:34-də, 07.02.2019-cu il 11:21:14-də, 08.02.2019-cu il 11:05:56-da, 09.02.2019-cu il 14:10:43-də, həmin gün 14:25:30-da, 12.02.2019-cu il 10:28:14-də, 12.02.2019-cu il 10:30:44-də, həmin gün 12:27:24-də, 14.02.2019-cu il 15:57:51-də, 15.02.2019-cu il 16:31:52-də, 17.02.2019cu il 14:22:30-da Təqsirləndirilən şəxs istifadəsində olan 70-200-86-86 mobil nömrəsindən Şahid1 istifadəsində olan 70-230-96-72 mobil nömrəsinə; 17.02.2019-cu il 21:51:12-də, həmin gün 22:20:47-də, 19.02.2019-cu il 13:13:56-da, 22.02.2019-cu il 10:40:07-də, 23.02.2019-cu il 15:12:17-də, 23.02.2019-cu il 15:53:05-də, 24.02.2019-cu il 13:19:46-dv, həmin gün 21:30:18-də, 26.02.2019-cu il 13:02:41-də, 28.02.2019cu il 09:26:03-də, həmin gün 21:22:57-də, 01.03.2019-cu il 11:46:41-də, 02.03.2019-cu il 12:26:45-də, həmin gün 15:40:59-da, 03.03.2019-cu il 12:08:42-də, 04.03.2019-cu il 10:49:55-də, 05.03.2019-cu il 13:17:28-də, həmin gün 14:19:36-da, həmin gün 21:15:21-də, 07.03.2019-cu il 11:13:28-də, 07.03.2019-cu il 13:39:39-da, 13.03.2019-cu il 10:07:25-də, 14.03.2019-cu il 13:43:14-də, həmin gün 19:22:58-də, 16.03.2019-cu il 10:49:48-də, həmin gün 11:54:31-də, həmin gün 12:50:34-də Təqsirləndirilən şəxs istifadəsində olan 70-200-86-86 mobil nömrəsindən Şahid1 istifadəsində olan 50-230-96-72 mobil nömrəsinə; 07.03.2019-cu il 12:10:19-da, həmin gün 18:31:37-də, 13.03.2019-cu il 11:03:10da Şahid1 istifadəsində olan 50-230-06-72 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 70- 200-86-86 mobil nömrəsinə zənglər edilməsi qeyd edilmişdir; Bundan əlavə 01.02.2019-cu il, saat 13:25:50-də, 16:06:20-də, 16:14:46-da, 02.02.2019-cu il, saat 13:46:34-də, 03.02.2019-cu il, saat 12:52:17-də, 24.02.2019-cu il, saat 14:52:09-da, 15:23:47-də Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 70-200-86-86 mobil nömrəsi aralarında danışıqlar olması qeyd edilmişdir. Digər nömrələrin cinayət işi üzrə sübut əhəmiyyəti yoxdur; -dördüncü «X2 202108» səhifəsində təqsirləndirilən şəxs Z.T.Məmmədovla telefon əlaqəsi saxlamış abunəçilərin telefon nömrələri, ad, soyad və ata adları, ünvanları yazılan siyahı göstərilir, həmin siyahıda zərərçəkmiş Zərərçəkmiş şəxs adı yoxdur, lakin ***-***-**-** mobil nömrənin istifadəçisi Bakı şəhəri Azərbaycan prospekti-7 ünvanında yaşayan Şahid1 anket məlumatları göstərilmişdir, digər nömrələr ayrı-ayrı şəxslərin adınadır. İş üzrə Təqsirləndirilən şəxs fakt üzrə Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinə verdiyi izahatlarında barəsində Bərdə Rayon Məhkəməsində araşdırılan cinayət işinin istintaq müddəti uzadıldığından həmin cinayət işi üzrə zərərçəkmişlərin maddi ziyanlarını ödəmək məqsədi ilə ona pul lazım olduğundan tanışı və polisdə işləyən Mehman müəllimdən 11500 manat pul borca pul istəməsini, əvəzində Bakı şəhərində yerləşən və yaxın qohumlarına məxsus 2 otaqlı mənzili adına sənədləşdirəcəyini dediyini, Mehmanın onunla razılaşmasını, lakin sənədləşməni qohumu Mirməhəmmədin adına sənədləşdirməsini xahiş etməsini, onun da sənədləşdirmə üçün pulun verməsini xahiş etməsi, 04.02.2019-cu ildə Mehmanın ona zəng edərək 6700 manat pulun qohumu Mirməhəmməddə olmasını, gedib pulu ondan götürməsini deməsi ilə Mirməhəmmədlə telefon əlaqəsi saxladıqdan sonra yaşadığı binada yaşayan Turalı pulu Mirməhəmməddən götürməsi üçün göndərməsi və Tural 6700 manat pulu Mirməhəmməddən götürüb Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi-15 ünvanında gətirib ona verməsi, bir neçə gün keçdikdən sonra Mehmanla danışıb DİN-nin yaxınlığında ondan 4850 manat pul götürməsi və həmin pulları ilk işinə görə zərərçəkmişlərə ödəməsi, Mirməhəmmədlə bir dəfə görüşməsi, bütün danışıqları Mehman müəllimlə danışıb razılaşmaları barədə; Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə verdiyi izahatında Zərərçəkmiş şəxs pul almaması, onunla hər hansı iş görmək barədə danışmamaları, 11550 manat pulu borc olaraq Şahid1la danışıb razılaşmaları, ilk 6 700 manat pulu Şahid1 göndərdiyi Zərərçəkmiş şəxs «Qızıl tac» şadlıq evinin yanında aldığını, qalan 4850 manat pulu isə DİN-nin yaxınlığında Mehmandan alması barədə bildirsə də, lakin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə adına olan izahatda göstərilənlərin yalan olması, izahatın ilkin səhifəsindən tutmuş 3-cü vərəqəsində olan imzaların ona məxsus olmaması, yalnız izahatın sonuncu vərəqəsində olan imzanın ona məxsus olmasını bildirmişdir. Ona görə də qeyd edilən həmin 3 izahatların əsilləri və 16 iyul 2021-ci il tarixli qərarım əsasında Təqsirləndirilən şəxs protokol tərtib edilməklə sərbəst xətt və imza nümunələri götürülmüş məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 05 avqust 2021-ci il tarixli, 4/1027 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adından Nəsimi Nəsimi Rayon Polis İdarəsinə verilmiş olan 23 aprel 2019-cu il tarixli izahatın 1-ci vərəqindəki «oxudum» yazısı və imzalar, 2-ci vərəqin sonunda «İzahatı oxudum düzdür, imzamla təsdiq edirəm Təqsirləndirilən şəxs» yazıları və «Təqsirləndirilən şəxs» yazıları qarşısındakı imza, Təqsirləndirilən şəxs adından Binəqədi rayon Polis idarəsinin təhqiqat şöbəsinə verilmiş olan izahatın 1-ci vərəqindəki imzalar, 2-ci vərəqin sonundakı imza, 3-cü vərəqində «İzahatımı oxudum, əlavəm yoxdur. Düzgünlüyünü imzamla təsdiq edirəm Təqsirləndirilən şəxs» yazıları və «Təqsirləndirilən şəxs» yazıları qarşısındakı imza, Təqsirləndirilən şəxs adından Binəqədi rayon Polis idarəsinin rəisinə verilmiş olan izahatın 1-ci vərəqindəki imzalar, 2-3-cü vərəqlərinin sonunadək imzalar, 4-cü vərəqində «İzahata əlavəm yoxdur düzgünlüyünü imzamla təsdiq edirəm imza: Təqsirləndirilən şəxs» yazıları və «Təqsirləndirilən şəxs» yazıları önündəki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 112 (bir yüz on iki) manatdır. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 04.02.2019-cu il tarixdə “AtaBank”-dan 18-185691-1 hesab nömrəli məxaric qəbzinə əsasən 6700 manat pulun kredit yolu ilə götürülmüşdür. 21 sentyabr 2021-ci il tarixli qərarla zərərçəkmiş şəxs M.M. Cəfərovun təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsla apardığı “Whatsapp” danışıqları köçürülmüş və 2019-cu ilin fevral ayının 01-dən həmin ilin mart ayının 30-na qədər olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi və zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə apardıqları əməliyyatların siyahısı köçürülmüş 02 ədəd disk ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzə əsasən Təqsirləndirilən şəxs ondan aldığı 11550 manat puldan 2000 manatının ona ödənilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: İsmayıllı Rayon Məhkəməsinin 10.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş 12.05.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 09 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 28.01.2020-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Bərdə Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində 01 il 10 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli 10 dekabr 2019-cu il tarixdən hesablanmışdır. Ağdam Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 1(021)-22/2019 saylı, 22 may 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 09 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası saxlanılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-10/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 1(021)-22/2019 saylı, 22 may 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli faktiki tutulduğu 10 dekabr 2019-cu ildən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 1(013)-03/2021 saylı, 09.03.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə təyin olunmuş 01 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 ay 02 gün müddətə cəzası qeyd edilən hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-243/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 1(013)- 03/2021 saylı hökmü dəyişdirilmişdir. Hökmdən Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivinin müəyyən edilməsinə və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəalar çıxarılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 ilə endirilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən 28.01.2020-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş 01 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qeyd edilən qərarla təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs pul almamasına dair, pulun Şahid1 borc kimi aldığına dair ifadəsində qeyd etdiyi xüsusatlar, məhkəmə, iş materiallarında mövcud obyektiv sübutların məcmusu ilə təkzib edildiyi səbəbindən həqiqətə uyğun olmadığı qənaətinə gəlir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul etsə də, həmin dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərəri qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 1(013)-03/2021 saylı, 09.03.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə təyin olunmuş 01 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 ay 02 gün müddətə cəzası qeyd edilən hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2019cu il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-243/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 1(013)-03/2021 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivinin müəyyən edilməsinə və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəalar çıxarılmış, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı ) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) ilə endirilmiş və Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 28 yanvar 2020-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası qeyd edilən qərarla təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 02 (iki) il 06 (altı ) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Ağdam Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(013)-03/2021 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 2019-cu ildə törədilmişdir. Belə olan halda Gəncə Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 1(104)- 243/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 1(104)-243/2021 saylı qərarına əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-10/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarına əsasən 10 dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qətimkan tədbiri məsələsini müzakirə edərək, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 1(104)-243/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış telefon danışıqları və “Whatsapp” danışıqları köçürülmüş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərcləri ümumilikdə 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-243/2021 saylı, 05 noyabr 2021ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-10/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qərarına əsasən 10 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-243/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış telefon danışıqları və “Whatsapp” danışıqları köçürülmüş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar