Məhkəmə qərarları › İş №1(009)-22/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-22/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-22/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Çərkəz oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada rəngsaz işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, məhkəmənin 25 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamış, 06 fevral 2022-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında Şahid1 bir bükümdə təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroini 30 (otuz) manat pulun müqabilində satmış, sonuncu 07 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində Səbail RPİ-nin 9-cu Polis Bölməsi və X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda saxlanılıb həmin polis bölməsinə gətirilməklə üzərinə şəxsi axtarış aparılan zaman onun tərəfindən Şahid1 satılmış bir bükümdə təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroin sonucunun əynində olmuş tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən (kakos) istifadə edir. Şahid3 təxminən 02 (iki) il bundan öncə yaşadığı yerdə qonşusu olan dostu Nicata görə tanımış, lakin görməmiş, Şahid1 isə, Şahid3 görə tanımış, sonuncunu iki dəfə Nicatın yanında görmüşdür. 05 fevral 2022-ci il tarixdə saat 22 radələrində Şahid3 yaşadığı ünvanın yaxınlığında görmüş, həmin vaxt Nicat ona dostu Şahid1 narkotik vasitə lazım olduğunu bildirib onda narkotik vasitə olub-olmadığını soruşmuşdur. O, Nicata özündə bir istifadəlik narkotik vasitə olduğunu bildirib Sərvərə verə biləcəyini demişdir. Bundan sonra 06 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində Nicatın Sərvərlə birlikdə Sərvərin idarə etdiyi markası və dövlət qeydiyyat nişanının xatırlamadığı avtomobillə yaşadığı ünvanın yaxınlığına gəlmişdir. O, Nicata, özündə narkotik vasitə olduğunu və ondan Sərvərə verə biləcəyini bildirib, Sərvərin idarə etdiyi avtomobildə narkotik vasitə istifadə edə biləcəklərini soruşmuş, Nicat isə onunla razılaşaraq avtomobildən enmiş, o, Sərvərlə birgə narkotik vasitə heroindən istifadə etmişdir. Onlar istifadə etdikləri narkotik vasitədən az miqdar qalmış və o, həmin narkotik vasitəni Sərvərə vermişdir ki, lazımı olsa istifadə etsin. Onlar avtomobildə olan zaman Vüsal onların içərisində olduqları avtomobilə yaxınlaşmış, o, Vüsala gözləməsini demişdir. Sərvər Vüsalın kim olduğunu və sonuncu ilə nə işi olduğunu soruşmuş, o, Sərvərə, Vüsala 50 manat verəcəyi olduğunu bildirmişdir. Sərvər üstündə 30 manat pul olduğunu və əgər istəsə ona verə biləcəyini bildirmişdir. O, Sərvərlə razılaşıb 30 manatını almışdır. 2022-ci ilin fevral ayının 7sindən 8-nə keçən gecə saat 00:00 radələrində o, yaşadığı evdə olan zaman polis əməkdaşları evinə gedərək, ondan “Neymət” olub-olmadığını soruşanda, o, polis əməkdaşlarına Neymət olduğunu demiş, bu zaman polis əməkdaşları onu saxlayaraq avtomobilə əyləşdirib Səbail RPİsi 9cu Polis Bölməsinə aparmışlar. Polis bölməsində olan zaman polis əməkdaşları ondan Nicat və Sərvər adlı şəxsləri tanıyıb-tanımadığını soruşmuşlar. O, Nicatı tanıdığını bildirmiş, Polis bölməsində Sərvər və Nicatın da saxlanıldığını görmüş, bundan sonra polis əməkdaşları üzərinə axtarış keçirmişlər və əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən iki büküm tapmışdırlar, həmin bükümləri açmışlar və bir bükümün içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu ona bildirmişlər. O da, polis əməkdaşlarına həmin bükümlərin ona aid olduğunu bildirmiş, Polis Bölməsinin inzibati binasında yerləşən otaqların birinə getmiş, polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda, videokamera ilə çəkiliş aparılmaqla hüquq və vəzifələri ona izah edildikdən sonra ona könüllü olaraq üzərindəki əşyaları çıxarıb masanın üstünə qoyması təklif edilmişdir. O, etiraz etmədən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş narkotik vasitə heroini və 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuananı çıxararaq masanın üzərinə qoymuşdur. Sonda üzərindən aşkar olunmuş 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş, içərisində narkotik vasitə heroin olan büküm və və 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyularaq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı, o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. 08 fevral 2022-ci il tarixdə gecə saatlarında polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçirilməsinin zəruri olduğunu bildirib bununla bağlı etirazı olub-olmadığını soruşuşlar. O, etirazı olmadığını bildirib bununla əlaqədar ərizə yazmış daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişdir. Orada avtomobildə olan zaman 03 nəfər polis əməkdaşı ondan öncə yaşadığı mənzilə daxil olmuş və təxminən 15 dəqiqə sonra avtomobildə olan polis əməkdaşına zəng edərək onları içəri dəvət etmişlər. Mənzilində polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə, videokamera ilə çəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı yataq otağında olan çarpayının alt hissəsindən 01 ədəd ağ rəngli sellofan torba aşkar olunmuş, aşkar edilmiş sellofan torba açılan zaman içərisində yaşıl rəngli ot şəkilli kütlə olduğu müəyyən olunmuşdur. Bu zaman təhqiqatçı ondan həmin sellofan torbanın içərisində nə olduğunu və haradan əldə etdiyini soruşmuş, o, polis əməkdaşlarına cavab verərək, həmin sellofan torbadan ümumiyyətlə məlumatı olmadığını və içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Daha sonra həmin yataq otağının içərisində divarın içəri hissəsində quraşdırılmış sobanın yanından biri ağ rəngli, biri göy rəngli, ümumilikdə 02 ədəd sellofan torba aşkar olunmuş, aşkar edilmiş sellofan torbalar açılan zaman içərilərində yaşıl rəngli ot şəkilli kütlələr olduğu müəyyən olunmuşdur. Bundan sonra yenidən polis əməkdaşları həmin torbaları haradan aldığını, içərilərində nə olduğunu ondan soruşmuşlar, o, torbalardan da xəbəri olmadığını, həmin torbaların ona məxsus olmadığını və içərilərində nə olduğunu bilmədiyini demişdir. Sonda aşkar olunmuş 03 (üç) ədəd sellofan torba, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbalar ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyularaq ağzı bağlanılmış və möhürlənmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs son sözündə ona verilmiş ittihamı qəbul etmədiyini, belə ki, narkotik vasitələrin satışı ilə heç zaman məşğul olmadığını, özünün narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, himayəsində xəstə valideyinlərinin olmasını bildirərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihamın həmin maddənin 234.1-ci maddəsinə tövsif edilməsini həmin maddənin aşağı həddində cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuanadan və təxminən bir neçə aydır narkotik vasitə olan heroin istifadə edir. 2022-ci ilin fevral ayının əvvəlləri Quba rayonundan Bakı şəhərinə işləmək üçün gəlmiş, Şahid3 adlı şəxsi Quba rayon sakini olduğuna görə tanımış, Bakı şəhərinə gələndən sonra kirayə yaşamağa ev axtararkən, Yasamal rayonu 2-ci Alatava küçəsində olan evlərə baxmış, həmin vaxtı Nicatın kirayə yaşadığı evə gedib çıxmış və eyni ünvanda boş kirayə yer olduğuna görə birlikdə yaşamağa başlamışlar. 06 fevral 2022-ci il tarixdə saat 21-22 radələrində idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhərində “Kubinka” kimi tanınan yerə Nicatla birlikdə getmiş, orada “Neymət” adlı şəxslə görüşüb avtomaşında əyləşmişlər. Bu zaman Nicatın telefonuna zəng gəlmiş və sonuncu avtomobildən enib bir qədər uzaqlaşmışdır. Həmin vaxt o, Neymətdən üzərində narkotik vasitə heroin olub-olmadığını soruşmuş, sonuncu üzərində heroin olduğunu bildirərək cibindən həmin narkotik vasitəni çıxarmış və birlikdə istifadə etməyi təklif etmişdir. O, razılaşaraq, birlikdə narkotik vasitəni istifadə etmişlər. Bundan sonra Neymət istifadə etdikləri narkotik vasitədən bir hissəsini ona vermişdir ki, saxlasın, nə vaxt lazım olsa, istifadə etsin. O, həmin bükümü götürüb cibinə qoymuşdur. Neymətin telefonuna zəng gəlmiş və kimlə danışdığını bilməmiş, danışıqlarından başa düşmüşdür ki, Neymətin kiməsə borcu var və zəng edən şəxs souncundan 30 manat pul istəyir. Neymət danışığını bitirdikdən sonra demişdir ki, üzərində 30 manat pul var, Neymətə versin, kiməsə borcu vardısa, borcunu ödəsin. Bu zaman Nicat avtomaşına yaxınlaşaraq avtomobildə əyləşmiş, Neymət isə onunla razılaşıb həmin 30 manat pulu almış, onlar Neymələ sağollaşıb yaşadığı evə getmişdir. Şahid1 ifadəsini bir daha dəqiqləşdirərək bildirmişdir ki, Təqsirləndirilən şəxs pul qarşılığında narkotik maddə almamışdır. Sözü gedən 30 manat pulu Təqsirləndirilən şəxs borc kimi vermişdir. Nəyinsə qarşılığında verməmişdir. Neymətin borcu olduğu üçün ona köməklik etmək məqsədilə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri isə təzyiq altında vermiş və ifadəsini oxumamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqında ifədəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahid1 təxminən 20 ildir tanıyır, sonuncu ilə Quba rayonunda eyni məktəbdə oxumuşlar və dostluq münasibətləri olmuşdur. Onun tutulmasından təxminən 15 gün əvvəl əvvəllər tanıdığı Şahid1 ünvan 4 ünvanda boş kirayə yer olduğuna görə onlar birlikdə yaşamağa başlamışlar. O, Bakı şəhərində “Kubinka” kimi tanınan yerdə yaşayan “Neymət” adlı şəxsi də təxminən 2-3 il olar ki, taksi sürdüyü avtomobilə sərnişin kimi əyləşdiyi vaxtdan tanıyır, sonuncu ilə normal münasibətləri olmuşdur, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. “Neymət” adlı şəxsin narkotik vasitə olan və “kakos” adı ilə tanınan heroin istifadə etdiyini bilmişdir. O, tutulmamışdan bir gün əvvəl, yəni 06 fevral 2022-ci il tarixdə axşam saat 21-22 radələrində tanışı “Şahid1” adlı şəxsə narkotik vasitə heroin almaq üçün sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomobillə Nəsimi rayonu ərazisində yerləşən və “Kubinka” kimi tanınan yerə getmişlər, orada “Neymət” adlı şəxslə görüşmüşlər. Orada olan zaman Neymət adlı şəxslə Sərvər avtomobildə əyləşmişlər və bu zaman onun mobil telefonuna zəng gəldiyi üçün avtomobildən enmiş və çöldə telefonla danışmışdır. Təxminən 10 dəqiqə sonra o, avtomobilə qayıtmış, Sərvər Neymətə 30 (otuz) manat məbləğdə pul vermiş, onlar Neymət ilə sağollaşaraq evə qayıtmışlar. Sərvər ona iş tapdığı üçün o, 07 fevral 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında Sərvərlə görüşüb iş barədə söhbət etmiş, həmin gün saat 21 radələrində Sərvər “whatsapp” ani mesajlaşma şəbəkəsində “Şəhidlər Xiyabanı”-nın yaxınlığına gəlməsi, avtomobili oradan götürməsini və işləməyə başlamasını mesajla yazmışdır. Sonra o, təxminən 15 dəqiqə sonra Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Şəhidlər Xiyaba”nın qarşısına getmiş, orada olan zaman o, Sərvəri tapa bilməmiş və bu zaman kənardan ona 04 nəfər tanımadığı şəxsin yaxınlaşdığını görmüşdür. Həmin şəxslər onu saxlayıb ilk olaraq Səbail rayon polis idarəsinə aparmış, Polis idarəsində ondan Şahid1 haqqında soruşmağa başlamışlar və bundan sonra o, saxlanılma səbəbimi bilmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirtmişlər və əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir büküm tapmışlar, həmin bükümü açmışlar və içərisində narkotik vasitə heroin olduğunu bildirmişlər. O, qorxaraq həmin bükümün ona aid olduğunu bildirmiş, sonra onu Səbail RPİnin 9-cu Polis Bölməsinə aparmışlar. O, Polis bölməsində Sərvərin də saxanıldığını görmüş, Polis Bölməsinin inzibati binasında yerləşən otaqların birinə getmiş, polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda, videokamera ilə çəkiliş aparılmaqla hüquq və vəzifələri ona izah edildikdən sonra ona könüllü olaraq üzərində olan əşyaları çıxarıb masanın üstünə qoyması təklif edilmişdir. O, etiraz etmədən əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş narkotik vasitə heroini, əynimdə olan qara rəngli dəri gödəkçəsinin sol yan cibindən özünə məxsus 01 (bir) ədəd “Real Mi” və bir ədəd “Alcatel” markalı mobil telefonları çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümü haradan və kimdən əldə etdiyini barədə suala həmin bükümü Neymət adlı şəxsdən 25 manat pul müqabilində alıb tanışı Sərvərə verəcəyini bildirmişdir. Sonda onun üzərindən aşkar olunmuş 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş, içərisində narkotik vasitə heroin olan büküm ekspertizaya göndərmək məqsədilə ağ zərfə qoyularaq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı, o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Bundan başqa, ona məxsus mobil telefonlar da götürülərək protokola əlavə edilmişdir. O, Polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılan zaman polis əməkdaşlarından qorxduğu üçün ilkin ifadəsində üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu qeyd etmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir büküm narkotik vasitəni polis əməkdaşlarından qorxduğu üçün onun olduğunu bildirmiş, lakin həmin büküm narkotik vasitədən heç bir məlumatı olmamışdır. O, 07 fevral 2022-ci il tarixdə Neymət adlı şəxslə görüşməmiş və sonuncudan narkotik vasitəni almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsinin YYÇİ üzrə baş inspektoru polis mayoru Şahid5 ifadəsində bildirmişdir ki, 07 fevral 2022-ci il tarixdə Şahid1 narkotik vasitələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında həmin gün saat 20:30 radələrində Şahid1 ünvan 6 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-si 9-cu Polis Bölməsinə aparılmış, xidməti otaqların birində Şahid1 üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmış, Şahid1 üzərinə şəxsi axtarış zamanı əynində olmuş tünd göy rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu 01 ədəd sarı rəngli kağız büküm və digər qanunsuz olan əşyalar aşkar olunub götürülmüşdür. Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni dostu “Nicat” vasitəsilə “Neymət” adlı şəxsdən 30 manat məbləğində pula öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu 01 ədəd sarı rəngli kağız büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb DİN-in “Zərflər üçün” 166 saylı möhürü ilə möhrlənmişdir. Bundan sonra iştirakçılarla birlikdə o da, protokola, həmçinin zərfin üzərinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2, digər şahid Səbail RPİ-nin 9-cu Polis Bölməsinin YYÇİ üzrə baş inspektoru polis mayoru Şahid5 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan Səbail Rayon Prokurorluğunun 11 fevral 2022-ci il tarixli ********* saylı göstərişindən görünür ki: - Şahid1 rayon prokurorluğunda qəbulda olarkən fərqli məzmunda ifadə verərək bildirmişdir ki, 06 fevral 2022-ci il tarixdə axşam saat 21-22 radələrində tanışı Şahid3 ilə birlikdə sonuncunun tanışı Nemətlə görüşdüyünü, həmin vaxt Neymətin onun üçün təşkil etdiyi heroinin bir qismini sonuncu ilə birlikdə qəbul etdikdən sonra qalan qismini ona hədiyyə etdiyini, Neymətin digər şəxslə danışarkən həmin şəxsə borclu olduğunu bildiyi üçün borcunu qaytarmaq üçün ona 30 manat verdiyini, daha sonra növbəti gün yəni 07 fevral 2022-ci il tarixdə axşam saat 19-20 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, Nicata onun tərəfindən deyil polis əməkdaşları tərəfindən ondan götürülmüş və ona məxsus telefon vasitəsilə mesaj yazıldığını bildirmiş, istintaq zamanı verdiyi ifadəsini təziq altında verdiyini bildirmişdir. - Bundan başqa Şahid3 rayon prokurorluğunda qəbulda olarkən fərqli məzmunda ifadə verərək bildirmişdir ki, 06 fevral 2022-ci il tarixdə Neymətin Sərvərə narkotik vasitə verməsini təsdiq etsə də, 07 fevral 2022-ci il tarixdə Sərvərin telefonundan onun telefonuna Neymətdə sonuncuda olan pulunun müqabilində yenidən narkotik vasitə götürərək ona gətirilməsini xahiş etməsi məzmununda mesaj gəldiyini, lakin o həmin gün Neymətlə əlaqə saxlaya bilmədiyini, həmin vaxt Neymətlə görüşmədiyini, sonuncudan heç bir narkotik vasitə almadığını, həmin gün saat 21 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, guya həmin vaxt üzərində narkotik vasitə olmasını etiraf etməsi üçün təziqlər edildiyini, həmin narkotiki guya az əvvəl Neymətdən alaraq Sərvər üçün gətirməyi barədə ifadə verməyə məcbur edildiyini, sonradan onun telefonuna yuxarıda qeyd edilən məzmunda yazılan mesajın da polis əməkdaşları tərəfindən yazılmasını başa düşdüyünü bildirmiş, ilkin ifadəsinin polisin təzyiqi altında alındığını qeyd etmişdir. - Bundan başqa Təqsirləndirilən şəxs rayon prokurorluğunda qəbulda olarkən fərqli məzmunda ifadə verərək bildirmişdir ki, 06 fevral 2022-ci il tarixdə Sərvərlə birlikdə narkotik vasitə qəbul etdiyini, daha sonra sonuncunun ona digər şəxslərə olan borcunu qaytarmaq üçün 30 manat verdiyini, 08 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən ümumiyyətlə nə üzərində nə də yaşadığı evdə narkotik vasitələr olmadığını, guya aşkar edilmiş həmin vasitələrin polis əməkdaşları tərəfindən üzərinə və mənzilə qoyulduğunu, ilkin ifadəsində polis əməkdaşlarından qorxduğu üçün etiraf etməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 fevral 2022-ci il tarixli qərarın təsviri hissəsindən görünür ki, prokurorun qəbulunda olarkən üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin ona aid olmadığını, videoçəkiliş aparılmaqla şəxsi axtarışı və mənzilində axtarış zaman Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələrin ona aid olmasını etiraf etmədiyi iş materiallarından görünür. Habelə qəbulda olan digər təqsirlənirilən şəxslər Şahid3 və Şahid1 işdə əks olunan halları təsdiq etməyərək, Neymət Səfərovun göstərdiklərini təsdqi etmiş, iş üzrə verdikləri ifadələri polislərin təsiri altında verdiklərini bildirmişlər. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli izahatdan, şübhəli şəxsin dindirmə protokolundan, üzləşirmə protokollarından və 09 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan və 21 may 2022-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadələrində narkotik istifadəçisi olduğunu, Şahid1 və Şahid3 ilə birlikdə narkotik vasitə qəbul etdiklərini və heç zaman onlara narkotik vasitə satmadığını bildirmişdir. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında qərara əsasən, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilməklə ona yalnız Şahid1 narkotik vasitə satması faktına görə ittiham verilmişdir. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli cinayət işinin materiallarının ayrı icraata cinayət işinin ayrılması haqqında qərara əsasən, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə onun ifadəsində göstərdiyi, şəxsiyyəti istintaqa “Qismət” kimi məlum olan şəxsin müəyyən edilərək istintaqa cəlb olunması məqsədilə istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılması qərara alınmışdır. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 1.578 qram olan narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 1.083 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin yaşadığı mənzildən aşkar edilərək götürülmüş 03 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1940 qram, 1755 qram, 1310 qram olan narkotik vasitə qurudulmuş marixuanna iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-kimyəvi ekspertizanın 08 fevral 2022-ci tarixli, 6/776 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan 3 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,578 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qalıq çəki 1,528 qram, aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-bioloji ekspertizanın 08 fevral 2022-ci tarixli, 7/118 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Vətəndaş Təqsirləndirilən şəxs...” yazı və imzalar olan kağız paketdəki 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 1,083 qram və ağız kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ...” yazısı və imzalar olan 03 (üç) ədəd ploietilen torabalarda ayrı-ayrılıqda təmiz çəkliləri: 1940 qram, 1755 qram, 1310 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 5006, 83 qramdır. Ümumi qalıq çəkisi isə 5005,733 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 08 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə saat 00:30-da radələrində şübhəli şəxs qismində tutulmuşdur. 09 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, o, dərhal həbsdən azad edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridaxnasının 17 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə Səbail RPİ CAŞ-nın əməkdaşları tərəfindən tutularaq təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və ibtidai istintaq zamanı videoçəkiliş aparılmaqla aparılmış şəxsi axtarış və götürülmə istintaq hərəkətinin video və kağız daşıyıcıda əks olunan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri anket məlumatını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını və şəxsi istifadəsi üçün üzrəində gəzdirdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdıraraq, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsasızdır, işin hallarına uyğun gəlmir və onun törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8-ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olmasına dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə və məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrində, ilkin izahatında, üzləşirmələrdə narkotik istifadəçisi olduğunu, Şahid1 və Şahid3 ilə birlikdə narkotik vasitə qəbul etdiklərini və heç zaman onlara narkotik vasitə satmadığını bildirmişdir. Narkotik vasitələrin istifadəsi ilə bağlı əməilndən peşmandır və yüngül cəza təyin olunmasını xahiş edir. Məhkumluq haqqında aryışdan da göründyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs pul qarşılığında narkotik maddə almamışdır. Sözü gedən 30 manat pulu Təqsirləndirilən şəxs borc kimi vermişdir. Nəyinsə qarşılığında verməmişdir. Neymətin borcu olduğu üçün ona köməklik etmək məqsədilə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri isə təzyiq altında vermiş və ifadəsini oxumamışdır. Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 1 (009)-144/2022 saylı hökmündə olan ifadələrdən görünür ki, Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitəni bir neçə gün əvvəl tanışı Neymətdən əldə etmiş, bir yerdə Neymətlə istifadə etdikdən sonra qalan heroini özünə götürmüşdür. Şahid3 Sərvər və Neymət bir yerdə Sərvərin maşınında narkotik vasitə heroin istifadə edərkən, kənarda telefonla danışdığı üçün o, avtomobildə olmamış və Neymətdən heç vaxt narkotik vasitə alımamışdır. Təqsirləndirilən şəxs isə taksi sürücüsü Şahid3 vasitəsilə Şahid1la tanış olmuş, onlar Sərvərlə bir yerdə bir neçə dəfə narkotik vasitə olan heroin istifadə etmişlər. Sonuncu dəfə bir yerdə istifadə etdkdən sonra qalan narkotiki bir bükümdə Sərvərə vermişdir. Eyni zamanda Şahid1 rayon prokurorluğunda qəbulda olarkən tanışı Şahid3 ilə birlikdə sonuncunun tanışı Neymətlə görüşdüyünü, həmin vaxt Nemətin onun üçün təşkil etdiyi heroinin bir qismini sonuncu ilə birlikdə qəbul etdikdən sonra qalan qismini ona hədiyyə etdiyini, Neymətin digər şəxslə danışarkən həmin şəxsə borclu olduğunu bildiyi üçün borcunu qaytarmaq üçün ona 30 manat verdiyini, daha sonra növbəti gün polis əməkdaşları tərəfindən saxlanıldığını, Nicata onun tərəfindən deyil polis əməkdaşları tərəfindən ondan götürülmüş və ona məxsus telefon vasitəsilə mesaj yazıldığını bildirmiş, istintaq zamanı verdiyi ifadəsini təzyiq altında verdiyini bildirmişdir. Şahid3 da rayon prokurorluğunda qəbulda olarkən Neymətin Sərvərə narkotik vasitə verməsini təsdiq etsə də Sərvərin telefonundan onun telefonuna Nemətdə sonuncuda olan pulunun müqabilində yenidən narkotik vasitə götürərək ona gətirilməsini xahiş etməsi məzmununda mesaj gəldiyini, lakin o həmin gün Neymətlə əlaqə saxlaya bilmədiyini, həmin vaxt Neymətlə görüşmədiyini, sonuncudan heç bir narkotik vasitə almadığını, həmin gün saat 21 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, guya həmin vaxt üzərində narkotik vasitə olmasını etiraf etməsi üçün təziqlər edildiyini, həmin narkotiki guya az əvvəl Neymətdən alaraq Sərvər üçün gətirməyi barədə ifadə verməyə məcbur edildiyini, sonradan onun telefonuna yuxarıda qeyd edilən məzmunda yazılan mesajın da polis əməkdaşları tərəfindən yazılmasını başa düşdüyünü bildirmiş, ilkin ifadəsinin polisin təzyiqi altında alındığını qeyd etmişdir. Təqsirləndirilən şəxs da həmçinin rayon prokurorluğunda qəbulda olarkən Sərvərlə birlikdə narkotik vasitə qəbul etdiyini, daha sonra sonuncunun ona digər şəxslərə olan borcunu qaytarmaq üçün 30 manat verdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ümumiyyətlə nə üzərində nə də yaşadığı evdə narkotik vasitələr olmadığını, guya aşkar edilmiş həmin vasitələrin polis əməkdaşları tərəfindən üzərinə və mənzilə qoyulduğunu, ilkin ifadəsində polis əməkdaşlarından qorxduğu üçün etiraf etməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 fevral 2022-ci il tarixli qərarın təsviri hissəsindən də sonuncunun üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin ona aid olmadığını, videoçəkiliş aparılmaqla şəxsi axtarışı və mənzilində axtarış zaman Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələrin ona aid olmasını etiraf etmədiyi iş materiallarından göründüyü, digər təqsirlənirilən şəxslər Şahid3 və Şahid1 işdə əks olunan halları təsdiq etməyərək, Neymət Səfərovun göstərdiklərini təsdiq etmiş, iş üzrə verdikləri ifadələri polislərin təsiri altında verdiklərini bildirdikləri öz əksini tapmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi üçün avadanlığının olması və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar mövcud deyil. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal, polis əməkdaşı olan şahidlərin ifadələri əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Əksinə məhkəmə iclasında Təqsirləndirilən şəxs özü və şahidlər narkotik vasitələrin istifadəçisi olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə bir bükümdə təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroini 30 (otuz) manat pulun müqabilində satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsə əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilə bilməz. Həmin şəxsin əməli yalnız bir bükümdə təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroini Sərvərlə birgə istifadə etməsi və istifadə etdikləri narkotik vasitədən az miqdar qalan narkotik vasitəni Sərvərə verməsi və 07 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində Səbail RPİ-nin 9-cu Polis Bölməsi və X1 əməkdaşları tərəfindən saxlanılaraq xidməti otaqda üzərinə baxış keçirilərkən bir bükümdə təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroin sonucunun əynində olmuş tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPMnin 146-cı maddəsi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əvvəllər məhkum olunmamasını, gənc olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 13 may 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizanın 24 avqust 2022ci il tarixli, 4707 nömrəli ekspert rəyinlə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulayatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinin tələbləri baxımından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 1 (009)-144/2022 saylı hökmü ilə iş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,431 qram narkotik vasitə heroinin məhv olunmasının nəzərə alınmasını, ekspertiza tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini məqəsədəuyğun hesab edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 344-350, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 13 may 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 1 (009)- 144/2022 saylı hökmü ilə iş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,431 qram narkotik vasitə heroinin məhv olunması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, “Access Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar