Məhkəmə qərarları › İş №1(009)-22/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-22/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-22/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2anında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,356 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 aprel 2023-cii il tarixdə saat 17:30 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən Səbail rayonu Bayıl qəsəbəsi Aydın Məmmədov kiiçəsi 17 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-yə aparılmiş, həmin tarixdə saat 18:20 radələrindən etibarən üzərinə keçirilən şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,356 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ev 27 mənzil 19-da anası X11 ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Bunu etməyə onu heç kəs təhrik etməmişdir. 19 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Bayıl qəsəbəsi ərazisində olduğu zaman o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Sonra polis əməkdaşları onun şəxsiyyətinin müəyyən edilməsi və üzərində axtarış aparılmasından ötrü onu Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Səbail RPİ-nin 8-ci PB-nə gəlmişdir. Polis bölməsində hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunduqdan sonra, üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı ona üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunmuşdur. Lakin o üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra təziqlərə məruz qaldığını bildirərək ittiham aktında qeyd olunan cinayət əməlini törətməsini qəbul etmişdir. Təqsirləndirilən şəxs son sözündə, əvvəllər narkotik vasitə istifadə etməsini lakin saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, təziqlərə məruz qaldığı üçün sözü gedən cinayət əməlini məcbur qalaraq etiraf etməsini həmçinin gənc olmasını, anasının hal-hazırda xəstikdən əziyyət çəkməsini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən X18 Alayının 4-cü patrul bölüyündə polis nəfəri vəzifəsində işləyir. 19 aprel 2023-cti il ttarixdə saat 17:30 radələrində iş yoldaşı Şahid2lə Səbail RPİ-nin 8-ci PB-nin inzibati ərazisində xidmət aparan zaman, Aydın Məmmədov küçəsi 1 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görərək həmin şəxsə yaxınlaşmışlar. Bu şəxs onları görərək qaçmağa çalışarkən, həmin şəxsi saxlamışlar. Saxladıqları Səbail RPİ-nin 8-ci PB-nə aparmışlar. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bu barədə raport tərtib etmişlər. Raportun icrası polis bölməsinin baş təhqiqaktçısı, polis mayoru Fərid Nəsibova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, şəxsi axtarış və götürmə aparılacı bildirilmiş, üzərində qanunsuz əşya varsa təqdim etməsi sonuncuya təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kiçik ölçülü sarı kağıza bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. X12 bükülüdə nəyin olduğunu soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitə olmasına dair cavab vermişdir. Təhqiqatçı tərəfindən bükülü açılmış, içərisində tünd qəhvəyi rəngli, spesifik iyi olan, heroinə bənzər maddə aşkar edilmiş, həmin bükülü zərfdə qablaşdırılaraq, polis bölməsinin möhürü ilə möhürləndikdən sonra, ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN ƏÇPAnın 4-cü patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 19 aprel 2023-cti il tarixdə Səbail RPİ-nin 8-ci PB-də növbədə olduğu zaman saat 17:30 radələrində X19 Alayının polis nəfərləri tərəfindən polis bölməsinə narkotik vasitələrin daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs gətirilmişdir. Polis nəfərlərinin tərtib etdikləri raportun icrası polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, onun tərəfindən video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, üzərində qanunsuz əşya varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kiçik ölçülü sarı kağıza bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. X12 bükülüdə nəyin olduğunu soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitə olmasına dair cavab vermişdir. Təhqiqatçı tərəfindən bükülü açılmış, içərisində tünd qəhvəyi rəngli, spesifik iyi olan, heroinə bənzər maddə aşkar edilmiş, həmin bükülü zərfdə qablaşdırılaraq, polis bölməsinin möhürü ilə möhürləndikdən sonra, ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov bildirmişdir ki, 19 aprel 2023-cii il tarixdə saat 17:30 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nm 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən Səbail rayonu Bayıl qəsəbəsi Aydın Məmmədov kiiçəsi 17 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-yə gətirilmişdir. Polis bölməsində şübhəli şəxs qismində ona hüquq və vəzifələri izah edilmiş,hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunduqdan sonra, üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı ona üzərində qeyriqanuni əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, artıq ifşa olunduğunu başa düşərək, əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı və öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyi sarı rəngli kağızda olan parkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Bununla bağlı protokol tərtib edilmiş, həmin büküm də qablaşdırılaraq götürülmüşdür. Üzərində aşkar edilmiş narkotik vasitəni 18 aprel 2023-cü il tarixdə tanımadığı şəxsdən 20 manata almışdır. Əldə etdiyi narkotik vasitədən heç kəsə satmamış və hədiyə verməmişdir. Üzərində aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün əldə edib gəzdirdiyini bildirmişdir. Həmin şəxsə qarşı heç bir fiziki və ya psixoloji təziq olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş keçmiş Səbail RPİ-nin Narkotik Bölməsinin rəisi Çinar Nuriyev bildirmişdir ki, 19 aprel 2023-cii il tarixdə saat 17:30 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyindən Səbail rayonu Bayıl qəsəbəsi Aydın Məmmədov kiiçəsi 17 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-yə aparılmiş, həmin tarixdə saat 18:20 radələrindən etibarən təhqiqatçı tərəfindən üzərinə keçirilən şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,356 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin şəxsə qarşı heç bir fiziki və ya psixoloji təziq olmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 aprel 2023-cü il tarixli 6/2334 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,356 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Heroin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 20 aprel 2023-cü il tarixli akta əsasən, qəbul edilmişdir: qəhvəyi məhlul maddə “0,356 qram”, sərf edilmişdir “0,05 qram”, qalıq qalmışdır “0,306 qram”. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan 19 aprel 2023-cii il tarixli “şəxsi axtarış və götürmənin aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçi - 3 saylı vəkil bürosunun vəkili X5 müdafiəsi ilə təmin edildikdən və Səbail RPİ-nin 8-ci PBnin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov tərəfindən Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən, şəxsi axtarış və götürmənin aparılmasına dair qərarla tanış edildikdən sonra, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən sarı rəngli kağız bükülünü təqdim edərək içərisində öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükülü açılarkən içərisində narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli, kristal formalı, spesifik qoxuya malik maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olmasını, bir gün əvvəl Bayıl qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə edib üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qey 1 ri-qanuni əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkr edilmiş 01 ədəd sarı kağız biikümündəki maddə zərfə qoyularaq qablaşdırılmış, Səbail RPİ-nin 8ci PB-nin 52 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş video görüntüyə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, görüntülərdə Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasında həmin bölmənin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov masanın arxasında ayaq üstə dayanmış vəziyyətdə, masaya bitişik qarşı masanın sağ tərəfində 3 saylı Vəkil bürosunun vəkili X7 oturmuş vəziyyətdə, təhqiqatçıdan solda ayaq üstə birici şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, ondan solda Azərbaycan Respublikası DİN ƏÇPA-nın polis nəfəri, polis serjantı Şahid1, ondan solda Azərbaycan Respublikası DİN ƏÇPA-nın 4-cii patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 dayınmışlar. İstintaq hərəkətinin aparılmasında Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili X6 iştirak etməsi elan edilir və təqdim olunur. Video çəkilişin Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən aparıldığı elan edilir və təqdim olunur. Bundan sonra X12 tərəfindən şübhəli şəxsin Azərbaycan respublikası CPM-nin 90-cu vəzifəsində nəzərdə tutulmuş hüquq və vəzifələri səsdləndirilərək elan edilir. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təhqiqatçı tərəfindən təklif edildikdən sonra əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən sarı rəngli kağız bükülünü çıxararaq masanın üzərinə qoyur. Təhqiqatçı bükümü açır, həmin bükülünün içərisində olan tüng qəhvəyi rəngli maddənin nə olduğunu Təqsirləndirilən şəxs soruşur, sonuncu həmin maddənin heroin olduğunu bildirir. Bayıl qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində alıb üzərində saxladığını bildirir. X8 göstərişi ilə polis serjantı Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır. X12 şübhəli şəxs Təqsirləndirilən şəxs ayaqqabılarını və corablarını çıxarmasını, ayaqqabılarını boşalması üçün üzü aşağı tutmasını deyir. Təqsirləndirilən şəxs üzərindən təqdim etdiklərindən başqa hər hansı əşya aşkar edilmir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sarı kağız büküm boş zərfdə qablaşdırılır, Səbail RPİ-nin 8-ci PB-nin 52 nömrəli möhürü ilə möhürlənərək götürülür. X10 şəxsi axtarış və götürmənin aparılması ilə bağlı iştirakçılardan vəsatətlərinin olub-olmamasını soruşur. Müdafiəçi Zakir Kazımov şübhəli şəxsə saxlanılarkən, gətirilərkən hər hansı təzyiqə məruz qalıb-qalmamasını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs “yox” deyə cavab verir. Bununla da şəxsi axtarış və götürmənin başa çatdığını X12 elan edir. Məhkəmə istintaqı zamanı Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatətlərinə əsasən Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 19 dekabr 2023cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş 05597200-23 və ***- ***-**-** mobil telefon nömrələrinin 18 aprel 2023-ci il tarixdən 20 aprel 2023-ci il tarixədək olan dövrü əhatə edən anten dairəsi barədə məlumatlar "xxxx" MMCdən, digər 06 fevral 2024-cü il tarixli anten məlumatların götürülməsinə dair qərara əsasən isə, Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi ƏÇPA-nın 4-cü patrul bölüyünün polis serjantı Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən, Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi ƏÇPA-nın 4-cü patrul bölüyünün polis serjantı Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən və Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Səbail RPİ-nin NMB-nin keçmiş rəisi Çinar Nuriyevin istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 19 aprel 2023-cü il tarixinə həmin mobil nömrələrinin anten dairəsi barədə məlumatlar müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 oktyabr 2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə başlanan ********* saylı cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsini onun özünümüdafiə xarakterli ifadəsi kimi qiymətləndirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təhqiqat orqanına vermiş olduğu ilkin izahatında, həmçinin 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində, 21 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman törətmiş olduğu hazırki cinayət əməlini tam etiraf etmiş və sonda vermiş olduğu ifadələrini öz imzası ilə təqdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı fiziki təziqlərə məruz qalmasını bildirsə də, iş materiallarında onun tərəfindən həmin təziqlərlə bağlı hər hansısa dövlət orqanına və ya müvafiq prokurorluğa məlumat verilməsi aşkar edilmir. Həmçinin məhkəmə tərəfindən onun fiziki təziqlərə məruz qalması ilə bağlı Səbail rayon prokurorluğuna sorğu verilmiş və sorğuya əsasən məhkəmə daxil olmuş 259-c-23 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları Şahid1 və Şahid2, Səbail rayon prokurorluğuna çağırılaraq dindirilmiş və onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təziq edilməməsi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsi Ambulator X1 16 may 2023-cü il tarixli 2952 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,306 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 27, mənzil 19-da olan yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,306 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC -nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar