Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-22/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Göyçay rayonu, Müskürlü ə/d, Müskürlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 03:33 radələrində kassir işlədiyi ünvan 1 ünvanda yerləşən “Kayzen” restoranından Zərərçəkmiş şəxs məxsus 1079 manat nağd pulu, üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 210 manat dəyərində bir ədəd “Samsung A21S” markalı mobil telefonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxsn ümumilikdə 1299 manat məbləğində məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2023-cü ilin oktyabr ayında ünvan 1 ünvanda yerləşən “Kayzen” restoranında işləməyə başlayıb. Orada həm ofisiant, həm kassir, həm də obyektin günlük dövriyyəsinə nəzarət edirmiş. Obyektin sahibi Zərərçəkmiş şəxs ilə müqavilə bağlayıb rəsmi işləyirmiş. Həmin obyektin açarları da onda olurmuş, yaşayış yeri olmadığına görə gecələri orda qalırmış. Əvvəldən tanışı Vüqar adlı şəxsə 1300 manat borcu olub. Çox gəlirli işi olmadığına görə onun borcunu ödəyə bilmirmiş. Vüqar isə tez-tez borcunu ödəməyini tələb edirmiş. Artıq son günlərdə Vüqarın tələblərindən təngə gəlmişdi. İşlədiyi obyektdə oğurluq edib onun borcunu ödəmək qərarına gəlib. xx.xx.2024-xü il tarixdə saat 03:33 radələrində obyektin anbarından siğorta və digər ödənişlər üçün yığılan 940 manat nağd pulu, obyektə məxsus “samsung A21S” markalı mobil telefonu və obyektin günlük dövriyyəsini qeyd etdiyi dəftərin arasından isə 139 manat nağd pulu oğurlayıb çıxıb getdim. Həmin mobil telefonu Xırdalan şəhərində tanımadığı şəxsə 60 manat pul müqabilində satıb. Əldə etdiyi pullarla Vüqara olan borcunu ödəyib. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs vurmuş olduğu ümumi maddi ziyan 1299 manat məbləğində olmuşdur. Həmin məbləğ puldan Zərərçəkmiş şəxs heç bir ödəniş etməmişdir. Mobil telefonu satdığı şəxsi tanımır, telefonu ona əldə satıb. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, əvvəllər məhkumluğunun olmadığını, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində bildirmişdir ki, bir neçə aydır ki, ünvan 1 ünvanda yerləşən “Kayzen” restoranı onun mülkiyyətindədir və oranı qohumu Faiq Hüseynova icarə əsasında vermişdir. Faiqin sağlamlığına görə bir müddətdir ki, həmin restoranı özü işlədirmiş. 2023cü ilin təxminən avqust ayından Təqsirləndirilən şəxs həmin restoranda müqavilə əsasında ofisiant kimi işləməyə başlayıb və qalmağa heç bir yeri olmadığına görə icazəsi ilə orada qalırmış. Təxminən oktyabr ayında restoranda həmin vaxtlar İsa adlı müdir işdən çıxdığına görə Bilalı restoranın müdiri vəzifəsinə qoyub. Gündəlik obyektdə olan nağd qazancdan müəyyən və müxtəlif məbləğlərdə pulu Bilala obyektin kommunal xərclərini və siğorta xərclərini həll etməsi üçün verirmiş. Bundan başqa, Bilal obyektin dövriyyəsində olan pulları da özündə saxlayırmış və 2-3 gündən bir obyektə gedib onunla haqq-hesab edirmiş. Bilal bu formada 2-3 ay işləyib. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində obyektə gedib və Bilalın hələ də işə gəlmədiyini görüb. Buna baxmayaraq Bilal hər gün mesaj yazıb obyekti açdığını və işə başladığını bildirirmiş. Gəlmədiyini görüb ondan şübhələnməyə başlayıb. Təxminən 1 gün gözləyib və yenə də Bilaldan xəbər çıxmayıb. Şübhələri artmağa başlayıb. Sabası gün obyektə usta gəlmişdir. Ondan xahiş edib ki, obyektin saxlanc yerinin qapısını açsın. Oraya baxan zaman pulları yığdığı qutuya baxan zaman orada 940 manat pulun olmadığını aşkar edib. Bundan sonra dərhal obyektin müşahidə kameralarına baxan zaman Bilalın xx.xx.2024-cü il tarixdə saat 03:33 radələrində obyektdə oğurluq etməsini görüb. Bundan başqa, Bilal obyektə məxsus onun aldığı 210 manat dəyərində “Samsung A21S” markalı mobil telefonu da oğurlamışdır. Obyektin dövriyyəsinin qeyd olunduğu dəftərə baxan zaman xx.xx.2024-cü il tarixdə 139 manat alver olduğunu görüb və həmin 139 manatın da Bilal tərəfindən oğurlandığını aşkar edib. Bundan sonra DİN-in 102 xidmətinə hadisə barədə məlumat verib. Həmin şəxsin xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu və istifadəsində ***-***-**-** saylı mobil nömrənin olduğunu bilir. Həmin mobil telefon “Samsung A21S” markalı və **********40549 İMEİ kodlu mobil telefon idi. Onu təxminən 2023-cü ilin iyun ayında işlənmiş vəziyyətdə 210 manata almışdır. Mobil telefonun üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə var idi. Bundan başqa, mobil telefonun üzərində qoruyucu kobura və ya qoruyucu üzlük yox idi. Hadisə nəticəsində ona ümumilikdə 1299 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli mülki iddia ərizəsi və ödəniş qəbzindən görünür ki, cinayət əməli nəticəsində ona dəymiş 1299 (min iki yüz doxsan doqquz) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş və ona qarşı şikayətçi deyil. Eyni zamanda vermiş olduğu mülki iddiadan imtina etmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerini əks etdirən videomüşahidə kamerasından götürülmuş görüntülərin olduğu diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin diskdə 01 ədəd fayl olması müəyən edilir. Həmin fayl 02 dəqiqə 59 saniyədən ibarətdir. Görüntüyə baxış zamanı görüntünün ünvan 1 ünvanda yerləşən “Kayzen” restoranının iç hissəsində quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınması, ekranın yuxarı sağ hissəsində 17 yanvar 2024 və 03:33 rəqəmləri qeyd olunması, qara rəngli gödəkçə və ağ rəngli köynək geyinmiş bir nəfər kişi cinsli şəxsin əlində mobil telefon işığı vasitəsilə restoranın qeydiyyat bölməsinin masası üzərində nəsə axtarması, həmin masanın üzərində olan kitabçaların arasından nağd pulları götürüb əynindəki şalvarın sağ yan cibinə qoyması, həmin masadan arxa hissədə yerləşən restoranın anbarı kimi istifadə edilən otaq tərəfə keçməsi, daha sonra isə restorandan çıxıb getməsi müşahidə edilir. İş materiallarında olan “şübhəli şəxs qismində tutulma haqqında” protokolunda görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 03 may 2024-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Bakı şəhəri Səbail RPİ-nin X2 buraxılmışdır. İş materiallarında olan Səbail rayon məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 1(009)-224/2024 saylı qərarından görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o axtarılıb tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu PB tərəfindən tərtib edilmiş 05 dekabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Nərimanov rayonunda saxlanılaraq 39-cu PB-ya gətirilmişdir. İş materiallarında olan Səbail rayon məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 1(009)-224/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və o məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, iş materiallarında olan video görüntünü, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, gənc olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 05 dekabr 2024-cü il tarixdə axtarışda olan şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respunblikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 05 dekabr 2024-cü il tarixdə axtarışda olan şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23-00dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 390 (üç yüz doxsan) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-22/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-22/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver