Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-220/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində Suraxanı rayon məhkəməsinin 1(010)-223/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanında yerləşən «X3» kosmetika mağazasına müştəri qismində daxil olaraq həmin mağazada işləyən vətəndaş Zərərçəkmiş şəxs başının qarışmasından istifadə edərək sonuncuya məxsus, mağazada piştaxtanın üzərinə qoyulmuş içərisində 05 (beş) manat dəyəri olan ***-***-**-** saylı mobil nömrə ilə birlikdə 1000 (bir min) manat dəyərində «İphone 11 PRO Max» markalı mobil telefonu gizli yolla talamaqla Zərərçəkmiş şəxs 1005 (bir min beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam tərəfi Axundov parkının yaxınlığında parfumeriya mağazanın qarşısından keçən zaman mağazada vitrinin üzərində telefon oduğunu görmüş, mağazaya daxil olaraq satıcı qızın başını qataraq telefonu oğurlamış və ordan uzaqlaşmışdır. Daha sonra qış parkına tərəf getmiş yolda yerə uzanmış sərxoş bir oğlan görmüş ona yaxınlaşaraq telefon olduğunu bildirmiş, oğlan ona telefonu sata biləcəyini demiş, həmin şəxslə beşmərtəbə tərəfə getmiş, bir köşkə yaxınlaşarkən oğlan ondan telefonu götürüb gözləməyi tapşırmış, bir müddətdən sonra qayıdıb ona 60 manat pul vermişdir. Əməlindən səmimi peşman olduğunu, anasının xəstə olmasını nəzərə alıb ona kömək göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yerləşən “ORX” parfumeriya mağazasının sahibəsidir və həmin mağazanı işlədir. xx.xx.2022-ci il tarixdə axşam saat 20:00 radələrində mağaza artıq bağlanan zaman mağazaya Təqsirləndirilən şəxs daxil olmuş və malların qiymətlərini soruşmuş, müxtəlif ətirlərlə maraqlanıb onun başını qataraq piştaxtanın üzərində qalan telefonunu gizli oğurlayaraq mağazadan çıxıb getmişdir. Telefonun dəyəri 3000 (üç min) manat olmuşdur, lakin ona 1000 (min) manat qiymət qoydular, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, ondan şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı iş materiallarında olan video-diskə keçirilmiş baxışdan görünür ki, «X3» kosmetika mağazasına müştəri qismində daxil olan əynində qara zolaqlı qısaqol köynək və boz rəngli şalvar olan kişi cinsinə mənsub olan şəxs mağazada məhsullara baxır və bu zaman mağazada olan xanım ona məhsul seçməkdə köməklik göstərir. Görüntünün 00:42 saniyəsində həmin şəxsin rəfin üzərində olan mobil telefonu götürməsi və şalvarının arxa cibinə qoyaraq mağazadan çıxıb uzaqlaşması müşahidə olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs video-görüntülərdə olan şəxsin o, olduğunu etiraf etdi. İş materialların əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5569 saylı rəyindən görünür ki, 01 ədəd yaşıl rəngli, yaddaş ölçüsü 256 GB olan «İphone 11 Pro Max» markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1000,00 (bir min) manat, üzərində olan ***-***-**-** saylı mobil nömrə isə 4 (dörd) manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 13 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində Suraxanı rayon məhkəməsinin icraatında olan 1(010)- 223/2022 saylı cinayət işi üzrə axtarış elan olunduğundan ********* nömrəli cinayət işinin icraatı xx.xx.2022-ci il tarixdə AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, Suraxanı rayon məhkəməsinin 1(010)- 223/2022 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi hazırki iş üzrə nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X1 İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin xx.xx.1999-cü il tarixli hökmü ilə 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 3.4 maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi ½ qədər azaldılıb, 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 3.4 maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi ½ qədər azaldılıb. Bakı Hərbi Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CMnin 177.1 və 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 180.1-ci maddəsi ilə 01(bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəmənin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə 01(bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2 (iki) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə 01 (bir) ay 19 (on doqquz) gün cəzadan vaxtından əvvəl şərti azad edilmidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarına əlavə edilmiş digər sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar aşkar olunmadı. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı cəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki məhkumluğunun ödənilməsi müddəti vaxtından əvvəl cəzanı çəkməkdən azad edildiyi xx.xx.2021-ci il tarixdən hesablanmalı və 2 (iki) il müddət keçmədiyi üçün məhkumluğu ödənilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələblərinə əsasən ittiham orqanı Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs böyük ictiami təhlükə törətməyən cinayət törətməkdə ittiham olunur. Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinin tələblərinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə residiv nəzərə alınmır. Ona görə də Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi residiv nəzərə alına bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllərdə bu növ cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlirki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respuğlikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə, az ağır, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyyə minənədək həbs qətimkan tədbiri seçilməli və onun Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs olunması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu andan yəni, 19 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfəindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanınnın, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut yoxdur İş üzrə mülki iddia yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli hökm elan edildiyi gündən 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, onun Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli həbs qətimkan təbiri qərarına əsasən hazırda həbsdə olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə –əmtəəşunaslıq ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində (büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-220/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-220/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver