Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-220/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Akşin qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli,fərid əməklə məşğul olan, əvəllər məhkum olunmayan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 (bır) ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üstündə saxlamaqla daşımış, 01 aprel 2025-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat -axtarış tədbiri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Səbail Rayon Polis idarəsinin 8-cı Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibatı binasına gətirilmiş və orada həmin tarixdə saat 16:50-dən etibarən onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, təxminən 2024-cu ıl tarixdən narkotik vasitə qəbul edir, narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri Yasamal rayonu Alatava adlanan ərazidə adım bilmədiyi bir nəfər şəxslə tanış olmuşa və həmin şəxs ona narkotik vasitə olan heroin lazım olanda bura gəlib ondan almasını bildirmişdir. O, da narkotik vasitə lazım olanda Bakı şəhəri Yasamal rayonu Alatava adlanan əraziyə gedərək həmin şəxsi tapıb ondan almışdır. Narkotik vasitə aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 01 aprel 2025-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Yasamal rayonu Alatava adlanan əraziyə gedib həmin şəxsi tapdım və ona 10 manat verib, ona narkotik vasitə olan bir büküm herion gətirməsini istəmişdir. Təxminən 10-15 dəqiqə sonra həmin şəxs ona 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini təqdim edərək vermişdir. Bundan sonra o, əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, münasib yer tapıb bir qədərindən öz şəxsi istifadəsi üçün qəbul edər. Bundan sonra o, elə həmin günü yəni 01 aprel 2025-ci il tarixdə saat təxminən 15:30 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman, 2 nəfər mulki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərək, Səbail RPİ-nin 8-ci PB-nə dəvət etdilər, oda heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişlər. Bundan sonra polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi mənə bildirilmişdir. Bundan sonra polis bölməsinin inzibati binasında otaqların birində üzərinə şəxsi axtarış keçirilməsi üçün ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığım başa düşüb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoyduğu 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini təqdim etmiş və narkotik vasitə olan heroin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini haradan aldığını soruşduqda, o, həmin narkotik vasitə olan heroini öz istifadəsi üçün 01 aprel 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu Alatava adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pula aldığım bildirmişdir. Həmin vaxt üzərindən başqa heç bır şey aşkar olunmamışdır.Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılaraq onun, müdafiəçisinin və iştirakçıların iştirakı ilə həmin 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini zərfə qoyularaq möhürlənərək o, öz imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşı Şahid1 Vidadi oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayorudur. Baş vermiş hadisə ilə bağlı göstərmişdir ki, 01 aprel 2025-ci il tarixdə xidmət etdiyi Bakı şəhəri Səbail RPİ-nnin 8-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin qəbul etməsi və üzərində daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal onun tərəfindən raport əsasında onun vasitəsitəsilə Səbail RPİ-nin 8-ci PB-nin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir.Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilərək onun rəhbərliyi altında, bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2la birlikdə, 01 aprel 2025-ci il tarixdə saat 14 30 radələrindən, həmin tarixdə saat 15:30 radələrinədək əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışdar. Bundan sonra həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə xx xxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra Nail Nəsıbovu saxlayarkən özümüzü təqdim edərək onun narkotik vasitələrin qəbul etməsi və üzərində qanunsuz daşıması barədə məlumatlarının olduğunu bildirərək onu Səbail RPİ-nnin 8-ci PB-nə getməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə oradan Səbail RPİnin 8-ci PB-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Səbail RPİ-nnin 8-ci PB-nə gətirilməsi barədə dərhal raport əsasında bölmənin rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi bölmənin baş təhqiqatçısı polis mayoru Ramil Lətıfliyə həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı Ramil Lətiflıdə öz növbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ona müdafiəçi seçmək hüququ izah edilərək vəkillərinin siyahılarını onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən baş təhqiqatçı Təqsirləndirilən şəxs vəkil Müdafiəçi1 polis bölməyə dəvət etmişdir. Bundan sonra baş təhqiqatçı Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra video yazan texniki vasitə olan mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. Nail Nəsıbov həmin təklifi qəbul edərək özü əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü könüllü çıxardıb təqdim edərək, həmin bir ədəd bükümdə narkotik vasitə olan heoin olmasını bildirmişdir. Həmin narkotik vasitə olan heroini 01 aprel 2025-ci il tarixdə səhər saatlarında Yasamal rayonu Alaiava adlanan ərazidə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 10 manata alıb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuş və 01 aprel 2025-cı il tarixdə saat 15:30-də ünvan 5 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 8-cı PB-nin inzibatı binasına gətirilmişdir. Bundan sonra 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş heroinə oxşar narkotik vasitə aşkar edilmişdir. Bundan sonra baş təhqiqatçı Ramil Lətifli tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunubgötürülməsi ilə bağlı baş təhqiqatçı Təqsirləndirilən şəxs tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satması müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən və ondan əvvəl də narkotik vasitə satması ilə məşqul olması müəyyən edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi müəyyən etmək istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-cı PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadə verərək Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 Vidadi oğlunun ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının təyin olunması haqqında 01 aprel 2025-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/1222 nömrəli 01 aprel 2025-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİNZərfəlri üçün №52”dairəvi möhür əksi olan," Təqsirləndirilən şəxs ğlunun üzərindən...’’sözləri,soyadı və olan imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında 03 aprel 2025-ci il tarixli qərardan görünür ki, tədqiqatdan sonra 0,385 qıam narkotik vasitə heroinin qalığı məhkəmə baxışınadək saxlanılması üçün Səbail RPİ-nın Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat mərhələsində aparılmış axtarış və götürmə aparılmasını əks etdirən videogörüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi Müdafiəçi1, Səbail RPİ-nin 8-cı PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və həmin bölmənin əməliyyat məvəkkili polis leytenantı Şahid2 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan boz rəngli şalvarının sağ yan cindən bir ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş bükümü tund qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddəni könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bir ədəd şəffaf rəngli selofan kəsiyinə bükülmüş bükümün içərisində narkotik vasitə-heroin olduğunu və həmin narkotik vasitəni 01 aprel 2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayon ərazisində tanımadığı şəxsdən 10 manat pula aldığını bildirmişdir. 01 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 03 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə tərəfimdən barəsində polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə psixotrop maddə olan metamfetamin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, video görüntünü və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”-nın əks olunduğu videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 şəxsi Ambulator X1 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, gənc olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdən 03 aprel 2025ci il tarixdə tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının təyin olunması haqqında 03 aprel 2025-ci il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator Məcburı- X4 2135 nömrəli 16 aprel 2025-cı ıl tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 65,0 (altmış beş ) manat manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan – 0,385 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun 01 aprel 2025-ci il tarixdən 03 aprel 2025-ci il tarixinə kimi tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanında olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,385 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Akşin qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 583 (beş yüz səksən üç) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-220/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-220/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver