Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-221/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, V. Məmmədov küçəsi, ev 7, mənzil 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə, saat 23:50 radələrində yaşadığı ünvan 2 ünvanında yataq otağında, ailə münaqişəsi zəminində arvadı X3 yumruq və təpik zərbələri ilə vuraraq ona burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol gözaltı nahiyyənin və sol budun aşağı 1/3nin bayır səthinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2011-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladı olmuşdur. O, spirıli içki qəbul etdiyinə görə, həmçinin maddi vəziyyətləri aşağı səviyyədə olduğundan arvadı Samirə ilə tez-tez mübahisələri və münaqişələri olur. Sonuncu dəfə, yəni 20 avqust 2021-ci il tarixdə saat 23:50 radələrində evdə olarkən Samirə ilə mübahisəsi düşmüş və Samirəni əl və ayağı ilə vurmuşdur. Həmin vaxt Samirə yerə yıxılmışdır. Hadisəyə səbəb onun sərxoş olması və Samirənin ona bildirdiyi irada görə əsəbləşməsi olmuşdur. O, yumruqla Samirənin burnundan vuraraq sonuncuya xəsarət yetirmişdir. O, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı zərərçəkmiş şəxs X4 göstərmişdir ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Əri Təqsirləndirilən şəxs spirtli içki aludəçisidir. 20 avqust 2021-ci il tarixdə saat 23:50 radələrində Mahir sərxoş vəziyyətdə evə gələrək onunla mübahisə yaratmış və təpik zərbələri vurmuşdur. O, zərbələrin təsirindən yerə yıxılmışdır. Münaqişə 20 avqust 2021-ci il tarixdə, saat 23:50 radələrində, yaşadıqları ünvan 3 ünvanda yataq otağında baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Cinayət təqibinə xitam verilməsini xahiş etdi. 22 avqust 2021-ci il tarixli qərardan görünür ki, X2 şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük içtimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının 23 avqust 2021-ci il tarixli 545 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü X2 almış olduğu xəsarətlər- burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, sol gözaltı nahiyyənin və sol budun aşağı 1/3-nin bayır səthinin qançırları bərk əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 20.08.2021-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlalığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddirlər. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, Samirə Fərzəliyeva ilə barışdığını, bəraətverici əsaslar olmadan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin özünün və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-221/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-221/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver