Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-221/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, qanunsuz saxlanc yerinə və yaşayış sahəsinə daxil olmaqla özgə əmlakını gizli olaraq talayıb oğurlanmış və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə ,06 mart 2023-cü il tarixdə saat 06:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvana gələrək evin qarşısında dəmirdən quraşdırılmış və qapısı asma qıfılla bağlanmış, içərisində müxtəlif əşyalar olan saxlanc yerinin qapısını özü ilə gətirdiyi kəlbətindən istifadə edib açaraq qanunsuz daxil olub oradan sonuncuya məxsus 1 ədəd işlənmiş vəziyyətdə 25 manat dəyərində göy rəngli laqonda. 1 ədəd işlənmiş vəziyyətdə 15 manat dəyərində yaşıl rəngli direl, 1 ədəd işlənmiş vəziyyətdə 15 manat dəyərində plastik borular üçün ütü, 01 ədəd işlənmiş vəziyyətdə 100 manat dəyərində qara rəngli direl və 2 ədəd hər biri 50 manat dəyərində istifadə edilmiş su mühərrikini gizli yolla talayıb Zərərçəkmiş şəxs3 cəmi 255 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğzə əmlakını gizli olaraq talama məqsədi ilə 12 mart 2023- cü il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanda heç kim olmadığını görüb oğurluq etmək məqsədi ilə qanunsuz olaraq həyət qapısının yanında bağlı vəziyyətdə olan saxlanc yerinin qapısını özü ilə gətirdiyi kəlbətindən istifadə edib açaraq oradan 1 ədəd işlənmiş vəziyyətdə 15 manat dəyərində göy rəngli laqonda, 1 ədəd işlənmiş vəziyyətdə 15 manat dəyərindən Almaniya istehsallı, “AEG” modelli, “SBE 600” markalı göy rəngli direl, 1 ədəd işlənmiş vəziyyətdə 100 manat dəyərində qara rəng direl və 1 ədəd işlənmiş vəziyyətdə 200 mnat dəyərində “Friz” aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs1 cəmi 330 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğzə əmlakını gizli olaraq talama məqsədi ilə 15 mart 2023- cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda heç kim olmadığını görüb qanunsuz olaraq evin həyət qapısının üstündən aşaraq həyətə, oradan mənzilə daxil olmaqla oradan 1 ədəd işlənmiş vəziyyətdə, üzərində “Samsung AA59- 00741 A” yazısı olan simsiz idarəedici cihazla birlikdə 200 manat dəyərində, Rusiya istehsallı “Samsung” markalı, “UE32J4000AK” modelli, 32 düyümlü televizor, 2 ədəd işlənmiş vəziyyətdə hər biri 30 manat olan saç qurudan aparatlar, mənzildəki paltar şkafından 01 ədəd qırmızımtıl rəngli, işstifadə edilmiş parça istehsallı 85 manat dəyərində gödəkçə, 01 ədəd istifadə edilmiş parça istehsallı 50 manat dəyərində qısaqol gödəkçə. 01 ədəd qara rəngli istifadə edilmiş 65 manat dəyərində parça istehsallı gödəkçəni və özü ilə gətirdiyi kəlbətindən istifadə edərək mənzilin içərisində quraşdırılmış vəziyyətdə olan 1 ədəd işlənmiş vəzi) \ əldə 700 manat dəyərində olan “Samsung” markalı kondisionerin əlavan metaldan hazırlanmış hissəsini çıxardıb gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 1160 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 mart 2023-cü il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu dalan 4, 50 ünvanın qarşısında olan zaman 8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün həmin PB-nin inzibati binasına dəvət edilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən təmiz çəkisi 0,299 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilib götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, Səbail rayonunda bir neçə ünvanda oğurluq etdiyini, lakin CM 234.1 maddəsi ilə özünü təqsirli bilmədiyini və bu səbəbdən ona elan edilmiş ittiham üzrə qismən təqsirli olduğunu bildirərək məhkəmədə ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 01 ədəd “Bosh” markalı laqonda, 2 ədəd elektrik drel, 01 ədəd frez aparatını və digər təmir-tikinti üçün lazım olan instrumentləri yaşadığı evin yanında qıfıllanmış yerdə saxlamışdır. 12 mart 2023-cü ildə səhər saatlarında həmin əşyaların oğurlanmışdır. Bununla bağlı 102 çağrı mərkəzinə zəng edib xəbər vermişdir. Hadisə nəticəsində ona cəmi 330 manat ziyan dəymişdir. Şikayətçidir, ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 15 mart 2023-cü ildə saat 12 radələrində ailəsi ilə birlikdə evə gələndə evdəki əşyaların dağınıq vəziyyətdə olmasını görüb oğurluq olmasını bilmişdi. Həmin zaman 102 çağrı mərkəzinə zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdi. Bundan sonra evdən “Samsung” markalı televizor, 2 ədəd istifadə etdikləri saç fenlərinin, 3 ədəd gödəkçənin, bundan əlavə evdə quraşdırılmış “Samsung” markalı kondisionerin evdə olan metal hissəsələrin oğurlanmasını aşkar etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona cəmi 1160 manat dəyərində maddi ziyan dəymişdir. Televizor ona qaytarıldığı üçün qalan ziyan məbləği 960 manatdır. Şikayətçidir, ziyanı tələb edir. Zərərçəkmiş şəxs3 Səmiran oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını, ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci Polis bölməsinin CAŞ üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və gəzdirilməsi ilə bağlı məlumat daxil olmuşdur. O, və iş yoldaşı Şahid4 tərəfindən keçirilmiş əməliyyat zamanı Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında saxlanılaraq 8-ci Polis bölməsinə dəvət edilmişdir. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş əşya varsa onun təqdim edilməsi təklif edilmiş bundan sonra Ramzan Qaziyev əynində olan idman şalvarının cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxsn həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında 20-ci sahə ərazisində “Anar" adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. 01 ədəd büküm zərfə qablaşdırılaraq 52 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol yazılmış,iştirakçılar zərfin üzərində imza etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci Polis bölməsinin CAŞ üzrə əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 22 mart 2023-cü il tarixli cinayət işinin başlanılaraq icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə, saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 21 mart 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qara kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyur. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni 21 mart 2023-cü ildə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə anket məlumatlarını bilmədiyi “Anar” adlı şəxsdən özü qəbul etməsi üçün 10 manat pula aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 52 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 mart 2023-cü il tarixli 6/1700 nömrəli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindəngötürülmüş...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0.299 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd gümüşü rəngli falqa kəsiyinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 80 (səksən) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 22 mart 2023-cü il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ 8-ci PB-si tərəfindən 0.299 qram olan qəhvəyi rəngli maddə, 01 ədəd üzərində izlər olan gümüşü rəngli falqa kəsiyi qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 0.249 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 18 mart 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 7 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 12 mart 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu Ö.F.Nemanzadə küçəsi 68 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 21 mart 2023-cü il tarixli əşyanın götürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq yaşadığı evdə saxlanılmış əşyalar və onun tərəfindən satılmış 1 ədəd Samsung markalı televizor götürülmüşdür. İş materiallarında olan 15 mart 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, ünvan 8 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 mart 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 mart 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 23 mart 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 oğurlanmış əşyalarının tanınması üçün təqdim etmə zamanı 1 ədəd Samsung markalı televizoru tanıyaraq onun özünə məxsus olmasını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 mart 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Səmiran oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 23 mart 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Səmran oğluna oğurlanmış əşyalarının tanınması üçün təqdim etmə zamanı 1 ədəd laqonda, 1 ədəd direli və 1 ədəd metal boruların quraşdılmasında istifadə edilən ütünü tanıyaraq onların özünə məxsus olmasını bildirmişdir. İş materiallarında olan 23 mart 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X4 oğurlanmış əşyalarının tanınması üçün təqdim etmə zamanı 1 ədəd laqonda və 2 ədəd dreli tanıyaraq onların özünə məxsus olmasını bildirmişdir. İş materiallarında olan 23 mart 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan 23 mart 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri yerində yoxlanılmış və ifadəsinin yerində yoxlanılması zaman törətdiyi cinayət əməllərini əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 23 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş, həbsetmənin əvvəli 21 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 01 ədəd videofayl vardır. Video-diskdə olan videofayl açılaraq baxılan zaman müəyyən olundu ki, Səbail RPİ- nin 8-ci PB-nin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş X2 iştirakı ilə təhqiqatçı Nicat Qasımov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək pallarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qara kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyur. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni 21 mart 2023-cü ildə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə anket məlumatlarını bilmədiyi “Anar” adlı şəxsdən özü qəbul etməsi üçün 10 manat pula aldığım bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin «ZƏRFLƏR ÜÇÜN» 52 saylı möhürü ilə möhürlənir. Sonra bu barədə protokol tərtib edilir və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2023-cü il tarixli 9/2412 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş 07 adda malların istifadə olunması 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 300 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir. Tədqiqatın dəyəri 80 (səksən) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2256 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 20 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il, 05 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR MM-in xx.xx.2023-cü il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza vaxtı başa çatmışdır. İş materiallarında olan 02 may 2023-cü il tarixli “Maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0.299 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0.249 qram vasitə saxlanması üçün Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 02 may 2023-cü il tarixli “Maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, 1 ədəd Rusiya istehsalı Samsung markalı televizor, 01 ədəd elektriklə işləyən metal boruların yapışdırılmasında istifadə olunan ütü, 01 ədəd elektriklə işləyən yaşıl rəngli direl, 01 ədəd elektriklə işləyən qara rəngli direl, 01 ədəd elektriklə işləyən Almaniya istehsalı tünd göy rəngli drel, 01 ədəd elektriklə işləyən qara rəngli direlvə “Craft” modelli 880W olan göy rəngli laqonda maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə təhvil verilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs2 1 ədəd Samsung markalı televizoru, X6 1 ədəd laqonda və 2 ədəd direli işlək vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 124/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il, 6 ay müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İş materiallarında olan 05 may 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə 1 ədəd Rusiya istehsalı Samsung markalı televizor, 01 ədəd elektriklə işləyən metal boruların yapışdırılmasında istifadə olunan ütü, 01 ədəd elektriklə işləyən yaşıl rəngli direl, 01 ədəd elektriklə işləyən qara rəngli direl, 01 ədəd elektriklə işləyən Almaniya istehsalı tünd göy rəngli direl, 01 ədəd elektriklə işləyən qara rəngli direlvə “Craft” modelli 880W olan göy rəngli laqondanın maddi sübut kimi tanınaraq saxlanması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan 05 may 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs vurulmuş 960 (doqquz yüz altmış) manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələlər üzrə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, özünün istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi sübutların məcmusu ilə təkzib olunur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərin qismən ödənilməsi cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsində törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 21 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs2 maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 960 (doqquz yüz altmış) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan – Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0.249 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarında olan maddi sübut kimi tanınmış maddi sübut olan 1 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə 1 ədəd Rusiya istehsalı Samsung markalı televizor, 01 ədəd elektriklə işləyən metal boruların yapışdırılmasında istifadə olunan ütü, 01 ədəd elektriklə işləyən yaşıl rəngli direl, 01 ədəd elektriklə işləyən qara rəngli direl, 01 ədəd elektriklə işləyən Almaniya istehsalı tünd göy rəngli direl, 01 ədəd elektriklə işləyən qara rəngli direlvə “Craft” modelli 880W olan göy rəngli laqondanın maddi sübut kimi tanınaraq saxlanması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42,344-349, 350-353, 356, 358,383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il, 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 21 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 960 (doqquz yüz altmış) manat məbləğində maddi ziyan və mülki iddia ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə maddi sübut olan – Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 0.249 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 312 (üç yüz on iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB**********35********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-221/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-221/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver