Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-221/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Oğuz rayonunun Yemişənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozunda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib sonuncuya mülkiyyətində və ya sərəncamında hər hansı bir ev mövcud olmadığı halda, guya Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 04 otaqlı həyət evini satacağına dair yalan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 2023-ci ilin sentyabr ayının ortalarında ünvan 2 ünvanın yaxınlığında yerləşən meyvətərəvəz köşkündə dəyərini ödənməsi adı ilə 15.000 manatını, 2023-ci ilin sentyabr ayının sonlarında, eyni ünvanda həmin evin sənədlərinin hazırlanması xərclərinin ödənməsi adı ilə 2.000 manatını, 2023-cü ilin dekabr ayının sonlarında isə eyni ünvanda satılan evdə təmir işlərinin aparılması adı ilə iki dəfə, müvafiq olaraq 1500 manat olmaqla cəmi 3000 manatını alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 20.000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya Mühafizə xidmətinə işə qəbul etdirəcəyinə dair yalandan vəd verib inandıraraq, 2023-cü ilin noyabr ayında, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “My Mobile”mağazasının qarşısında, görəcəyi işin müqabilində dəyəri 1.800 manat olan bir ədəd “Samsung S 23” markalı və dəyəri 930 manat olan bir ədəd “Samsung A-54” markalı mobil telefon aparatlarını, 2023-cü ilin dekabr ayında isə ünvan 2 ünvanın qarşısında əlavə olaraq 400 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 3.130 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin əvvəllərindən tanıyır. Səbail rayonu 20-cı sahədə məhlədə yedəsən köşkdə meyvətərəvəz satışı ilə məşğul idi. Ailəsi ilə Vaqifin ailəsi ilə münasibəti yaranmışdır. 2023-cü ilin əvvəllərində arvadı böyrək çatışmazlığından əməliyyat olunmalı idi, Zərərçəkmiş şəxs1 borca pul istəmiş və Vaqifdən ilkin olaraq 7500 manat, sonra hissə-hissə olmaqla ümumilikdə 16000 manat borc götürmüşdür. Heç bir qəbz verməmişdir. 20-ci sahədə yaşayan Zərərçəkmiş şəxs2 ilə Vaqifin köşkündə tanış olmuşdur. Hacıbabanın 28 May metrosu yaxınlığında yerləşən mobil telefonların satışı mağazasında tanışı olmasını bilmişdir. Sonra o, Hacıbabadan adına mağazadan kreditə mobil telefon götürməsini xahiş edərək, mobil telefonun kredit pullarını ödəməsinə söz vermişdir. 2023-cü ilin təxminən noyabr ayında o, Hacıbaba ilə birlikdə mobil telefonun satışı mağazasına gedərək, 1.800 manat dəyərində Samsung S-23" markalı mobil telefonu, əlavə olaraq arvadı Lamiyə üçün 930 manat dəyərində Samsung A-54” markalı mobil telefonu götürmüş, həmin telefonların kredit pulunu 1-ci telefona görə 180 manat, 2-ci telefona görə 94 manatı adını bilmədiyi mağazanın işçisinin hesabına “M-10” vasitəsi ilə ödəmiş, kredit ödənişlərinin qəbzlərini saxlamamışdır. Bundan təxminən 3-4 ay sonra pula ehtiyacı olduğundan hər iki mobil telefonları satmış, kreditin sonrakı aylıq pullarını imkanı olmadığından ödəməmişdir. Bundan sonra o, 2023-cü ilin təxminən dekabr ayında Hacıbabadan borc olaraq 400 manat götürüb tanışı Vaqifə vermişdir. Telefonları işə düzəltmək adı ilə almamışdı. Əməlindən peşman olduğunu, ailəsinin vəziyyətini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığında yerləşən icarəyə götürdüyü köşkdə meyvə-tərəvəzin satışı ilə məşğul olur. Yaşadığı evin qonşuluğunda yaşamış Təqsirləndirilən şəxs və onun arvadı Lamiyəni 2023-cü ilin təxminən may ayından tanımış, həmin şəxslər mütəmadi işlətdiyi meyvə-tərəvəz köşkünə gəlib alver etmişlər, sonralar qonşu kimi münasibətləri və qarşılıqlı bir-birilərinin evlərinə ailəvi get-gəl yaranmışdır. Elgün və Lamiyə qonşuluqda yaşayan bir qadının evini almaq üçün qadına 25000 manata verməsini eşitmişlər. Elgün həmin dövrdə yaranmış münasibətdən istifadə edib onun iş yerinə gəlib 400 manat borc kimi 4-5 günlük istəmiş və dediyi vaxtı qaytarmışdır. Bir dəfə Elgün onun yanında işlədiyi köşkdə olarkən, təxminən 25 min manat pul verib evini almaq istədiyi şəxs yanına gələrək, onun ev almaq üçün verdiyi pulu gətirib qaytararaq, almaq istədiyi evin sənədlərini tam hazırlaya bilmədiyindən, aralarında söz-söhbət olmaması üçün ailəsi evin pulunu qaytarmaq qərarına gəlməsini bildirərək qaytarmış, o, həmin şəxsin verdiyi pulu Elgünün yanında qəbul etmişdir. Bu zaman Elgün onda pul olmasını görmüş və bir neçə gündən sonra Elgün onun yanına gəlib yoldaşının pis xəstə olmasını, Türkiyəyə müalicəyə aparmaq istəməsini, guya tez bir zamanda bankdan kredit götürəcəyini, ya da kredit alınmasa tez bir zamanda evlərindən birini satacağını demiş, təklif etmiş ki, onsuzda ev almaq istəyirsən, Binə qəsəbəsində sovxozda yerləşən 3 otaqlı həyət evini 35 min manata almağa razılaşsın, ilkin olaraq 15.000 manat qabaqcadan versin ki, həmin pula Elgün yoldaşını müalicə etdirsin, həmçinin tez bir zamanda evin sənədlərin hazırlayıb ona versin. Elgün hətta ona evi almaq istəyirsə həmən evə köçüb yaşamasını təklif etmişdir. O, Elgünün təklifini evdə məsləhət edərək arvadı ilə razılığa gəlmişdir. Elgün və Lamiyə onu və ailəsini inandırmışlar ki, əgər evlərini almaq istəməsələr, kredit götürüb yada əmək haqqlarını alıb tez bir zamanda onun verdiyi pulu geri qaytaracaqlar. O, ailəsi ilə kirayə yaşadığı üçün evi almağa Elgünlə razılaşmışdır. 2023-cü ilin sentyabr ayının təxminən ortalarında o, yanında satıcı işləyən Şahid2 yanında 15 min manat pulu sayıb ev almaq üçün Elgünə vermiş, Elgün pulu sayıb götürərək almasına dair heç bir qəbz verməmişdir. Bundan təxminən 5-6 gün sonra yenə Elgün onun işlədiyi köşkə gəlmiş və köşkdə satıcı işləyən Şahid1 yanında, evin sənədlərini satışa hazırlanması üçün verməsini və sənədlərin hazır edənlərə 2000 manat vermək lazım olmasını bildirərək iştəmiş, o, da evinə gedib 2000 manat pul gətirərək Hicranın yanında, 2023-cü ilin sentyabr ayının təxminən axırlarında, axşam saat 23 radələrində, işlətdiyi E.Əzizov küçəsində yerləşən meyvə-tərəvəz köşəndə ikinci dəfə sayıb Elgünə 2.000 manat vermiş, Elgün yenə pulu sayıb götürərək pulun alınmasına dair heç bir qəbz verməmişdir. Həmin pulu ondan aldıqdan təxminən 4-5 gün sonra yenə yanına gəlmiş, aldığı evin son işlərini görüb hazır vəziyyətdə ona təhvil vermək istəməsini, təmir işlərini başa çatdırmaq üçün hissə-hissə olmaqla təxminən 3000 manat pula ehtiyacı olmasını, həmin 3000 manat pulun 1500 manatına bir neçə adda və sayda tikinti materialları alacağını, 1500 nanatı isə ustalara iş pulu verəcəyini deyərək istəmişdir. O, evə görə aldığı pula köşkünə mal almaq üçün istifadə etdiyi üçün Elgün istədiyi pul məbləğini verməyə imkanı olmadığından, o, məcbur olub rayonda yaşayan qohumu Şahid3 3000 manat borc pul istəmiş, sonuncu 2-3 gün sonra 3000 manat pulu 2-3 ay müddətinə qaytarmaq şərti ilə tapıb ona vermiş, o, istədiyi pul məbləğini tapmasını Elgünə demiş, sonuncu 5-6 gündən, yəni 2023-cü ilin dekabr ayının təxminən axırlarında, saat 19 radələrində yenə işlədiyi mağazaya gəlib, alacağı evə tikinti materialı alması adı ilə əvvəlcə ondan 1500 manat, həmin gündən təxminən 4-5 gün sonra yenə dekabr ayının axırlarında saat 19 radələrində, onun işlədiyi köşkə yanına gəlib lazım olan bütün təmir işləri görülüb qurtarmaq üzrə olmasını bildirərək, ustalar öz işlərini görüb qurtarmalarını bildirərək, gördükləri işin pulunu vermək adı ilə 1.500 manatı satıcı Hicranın yanında almış, ustaların pullarını verdikdən sonra ona heç nəyə ehtiyac qalmamasını, nə vaxt istəsə köçüb öz evində yaşaya biləcəyini demişdir. O, axırıncı 1500 manat pulu da sayıb Elgünə verdikdən sonra, ümumilikdə evin alınması üçün Elgünə verdiyi pul məbləği cəmi 20.000 manat olmuşdur. O, axırıncı dəfə də pulu Elgünə verərkən, evə heç bir avadanlıq aparmayacağını, 2-3 ayda işləyib əlavə 5-10 min manat da toplayıb evin 35.000 manat pulundan verib, evə görə borcunu azaldandan sonra ora köçəcəyini bildirmiş, həmçinin o, və arvadı dəfələrlə hər ikisinə inanıb evlərini 35.000 manata almağa razılıq vermələrini bildirmişlər. Elgün və Lamiyə evlərini satmaq adı ilə aldadıb 20.000 manat alandan sonra, hər gün bir bəhanə gətirib ondan və ailəsindən qaçıb gizlənməyə başlamış, gecələrin birində kirayə yaşadıqları evdən naməlum ünvana köçərək qaçmışlar. Elgün Hacıbala adlı şəxsi də işə düzəldəcəyi adı ilə aldadıb 2.800 manat dəyərində 2 ədəd mobil telefon aparatını və 400 manat nağd pulunu ələ keçirmişdir. Elgünün hərəkətləri nəticəsində ona cəmi 20.000 manat ziyan dəyməsini bildirmişdir. Vurulmuş ziyandan 400 manat ödəyib, şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin təxminən oktyabr ayından Səbail rayonu, 20-ci sahə yol dairəsi yaxilığında yerləşən kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 mağazasında dəfələrlə görüb tanımış, Elgünlə söhbət əsnasında işsiz olmasını bildirdikdə, Elgün mühafizə idarəsində işləməsini, yaxın müddət ərzində mühafizə idarəsində rəis vəzifəsinə keçəcəyini bildirərək onu işə düzəldə biləcəyini demişdir. Həmin vaxtlarda Elgün Vaqifə ev satmasını, bunu Vaqifin də təsdiq etdiyi üçün Elgünə inanmış, hətta söhbət zamanı Elgün əminliklə başqa tanış, yaxud qohumları varsa həmin qohumları da işə düzəldə biləcəyini demişdir. O qardaşı Elməddini, yaxın qohumu və dostu X4 görüşdürmüş, sonuncu yaxın günlərdə hər birini işlə təmin edəcəyinə söz vermişdir. O, söhbət əsnasında Elgünə “Qarabağ veteranı” olduğunu bildirdikdə, Elgün ilkin olaraq onu işə düzəldəcəyini bildirmiş və gördüyü işin qarşılığı kimi ona iki ədəd mobil telefon almasını, birini özü üçün digərini müdirinə verməsini demişdir. O, Elgünün təklifi ilə razılaşaraq 2023-cü ilin noyabr ayının təxminən ortalarında “28 may” metrostansiyası yaxınlığında yerləşən “My Mobile”adlı mobil telefon satılan mağazadan iki ədəd, 1.800 manata “Samsung S 23” markalı və 930 manata “Samsung A54” markalı mobil telefon aparatlarını almış, həmin telefonları almaq üçün əmisi Balaşın Bakı şəhəri, Neftçilər metro-stansiyası yaxınlığında kirayədə yaşayan Rufayyənin adına bankdan 3.000 manat kredit götürmüş, mobil telefonların pulunu nağd şəkildə tam ödəmiş, Rufayyənin adına götürdüyü krediti isə ayba-ay özü banka ödəmişdir. Həmin o, aldığı mobil telefon aparatlarını elə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “28 may” metro stansiyası yaxınlığında yerləşən “My Mobile” mağazasında 2023-cü ilin təxminən noyabr ayında mağazada vermişdir. Həmin müddətdən təxminən bir ay keçmiş, Elgün əlavə olaraq ondan 400 manat pul istəmiş, o, da həmin 400 manat pulu Elgünə kirayədə yaşadığı Səbail rayonu E. Əzizov küçəsi ev 34 yaxınlığında, orada yerləşən çayxananın qarşısında 2023cü ilin dekabr ayının təxminən ortalarında təklikdə vermişdir. Elgünə ümumilikdə 3.130 manat pul vermişdir. Ziyan ödənilməyib, şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus meyvə-tərəvəz köşkündə satıcı işləyir. O, Zərərçəkmiş şəxs1 2016-ci ildən tanıyır və elə həmin vaxtdan onun köşkündə satıcılıq edir. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onun işlədiyi köşkün yaxınlığında yerləşən köhnə həyətlərdə kirayədə yaşamışdır. 2023-cü ilin təxminən sentyabr ayında Elgünlə mənzilin alğısatqısına təxminən 30-35 min manat məbləğin hissə-hissə ödəmək ilə razılaşmışlar. 2023cü ilin təxminən sentyabr ayının ortalarında Vaqiflə birlikdə alver etdiyi meyvə-tərəvəz köşkündə olduğu zaman, Vaqif onun yanında Elgünə evin pulundan 15.000 manatını sayıb vermişdir. Həmin ana kimi Vaqif Elgünə evə görə hansı məbləğdə pul verməsini görməməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus meyvə-tərəvəz köşkündə satıcı işləyir. Zərərçəkmiş şəxs1 2016-ci ildən tanıyır və elə həmin vaxtdan onun köşkündə satıcılıq edir. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun işlədiyi köşkdən alver edir. 2023-cü ilin təxminən sentyabr ayında Elgünlə mənzilin alğı-satqısına təxminən 30-35 min manat məbləğinə, hissə-hissə ödəmək ilə razılaşmışlar. 2023-cü ilin təxminən sentyabr ayının ortalarında meyvə-tərəvəz köşkündə olduğu zaman, Elgün gəlib Vaqifə almaq istədiyi evin sənəd işini həll edilməsini 2.000 manata razılaşdığını bildirərək, həmin məbləği istəmiş, Vaqif də yaxınlıqdakı evinə gedib həmin 2.000 manatı gətirib onun yanında sayıb vermişdir. Həmin ana kimi Vaqif Elgünə evə görə hansı məbləğdə pul verməsini görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmyerlisi və uzaq qohumu olmaqla, yaxın münasibətləri var. Vaqif Bakı şəhərində Səbail rayonu, 20-ci sahə ərazisində kirayədə yaşamaqla orada meyvə-tərəvəz köşkündə alver edir. O, hərdən Bakı şəhərinə gedib-gəldikdə, Vaqifə baş çəkib görüşərək əlaqə saxlamışdır. 2023-cü ilin sentyabr ayının axırlarında Vaqif ona zəng edərək, Bakı şəhəri, Səbail rayonu 20-ci sahədə yerləşən ticarət köşkünün yaxınlığında yaşayan Elgün adlı tanışından ev almasını, evin pulunu tam ödəyib qurtarmasını, evin müəyyən tamamlama işlərini görmək üçün 2-3 ay müddətinə 3.000 manat borca pul lazım olmasını bildirərək, ondan həmin məbləği borca istəmişdir. 2003-cü ilin sentayabr ayının təxminən axırlarında Vaqifin işlətdiyi meyvə-tərəvəz köşkünə gəlib 3.000 manatı təklikdə Vaqifə vermiş, sonuncu öz növbəsində onun yanında Elgün adlı şəxsin mobil telefonuna zəng edib istədiyi pulu düzəltməsini bildirərək götürməsi üçün yanına çağırmışdır. Sonra, çıxıb öz işlərinin arxasınca getmişdir. Elgün adlı şəxsin gəlməsini gözləməmiş, sonuncunu görməmişdir. Vaqifin ona pulu qaytaracağına soz verdiyi 3 ay keçdikdə, o, Vaqiflə əlaqə saxladıqda, sonuncu Elgün adlı şəxs tərəfindən aldadıldığını, ev satmaq adı ilə aldadıb 20.000 manat pulunu hissə-hissə alıb yoxa çıxmasını, Elgünü tapa bilməməsini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin təxminən dekabr ayından tanımış, sonuncu ilə qardaşı Hacıbabanın tanışı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yol dairəsi yaxınlığında yerləşən kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuş, Elgün söhbət zamanı mühafizə idarəsində işlədiyini, yaxın müddət ərzində mühafizə idarəsində rəis vəzifəsinə keçəcəyini bildirərək ilkin olaraq qardaşı Hacıbabanı işə düzəldəcəyinə söz vermiş, həmin düzəldəcəyi işin müqabilində qardaşının deməsinə görə 2023-cü ilin noyabr ayının təxminən ortalarında mobil telefonların satışı mağazasından iki ədəd,1.800 manata “Samsung S 23” markalı və 930 manata “Samsung A54” markalı mobil telefon aparatlarını almış, əlavə olaraq Elgün işə düzəldəcəyinə görə Hacıbabadan 400 manat nağd pul almışdır. Elgünlə o, və dostu Elyar Səbail rayonu, 20-ci sahə ərazisində qardaşı Hacıbabanın iştirakı ilə görüşüb söhbət etmiş, söhbət zamanı Elgün təmənnasız onu və Elyarı Bakı şəhərində yerləşən özəl mühafizə xidmətinə birinə mühafizəçi işinə düzəldəcəyini, bunun müqabilində özünə müəyyən hörmət etmələrini demişdir. O, və Elyar da Hacıbabanın öz işi üçün çəktiyi xərci nəzərə alaraq təxminən 3.000 manat məbləğnə xərcləri çıxacağını nəzərdə tutmuşlar. Buna görə Elnarla birlikdə Hacıbabanın işi tam həll olmasını və işə başlamasını gözləmiş ki, sonra o, və Elyar Elgünlə öz işlərini həll etməyə başlasınlar. Elgünün Hacıbabaya söz verdiyi iş həll olunmadı. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v.1). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.92). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X1 ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.100). İş materiallarında olan “ittiham elan edilməsi üçün şübhəli şəxsin tutulması məqsədilə barəsində axtarış elan edilməsi” haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.113). İş materiallarında olan “cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.115). İş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00 radələrində Gəncə şəhərində saxlanılaraq Səbail rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir (c.i.v. 153). İş materiallarında olan “cinayət təqibi üzrə icraatın təzələnməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.154). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.169-170). İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-110/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 mart 2025-ci il tarixdən hesablanmaqla 23 may 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilib (c.i.v.181-182). İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 4(009)-248/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün müddətinə uzasılmışdır (c.i.v.246- 248). Məhkəmənin hazırlıq iclasının xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanmışdır. İş materiallarına əlavə olunmuş səs yazılarının yaddaşına köçürüldüyü 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Salam qardaş, mən səhər tezdən çıxmışam evdən, dünən danışdığımız işdə qardaş onu bir o alınası, yəni, bu tirdə alınası məsələ deyil, adam özünü qoyur onun yerinə, yəni adam beh verib də, ayın 10-na kimi deyib ki gözlə, ayın 10 gedəcəyik sənədləşməyə, yəni yerdə qalan pulu da verəcək, evdə də o qədər iş görüb, tok sistemini iş görüb, ayın 10-na kimi qardaş gözləyək əgər, əgər birdəndi pis varyantını fikirləşək, ayın 10 bu iş alınmasa, bu sənədləşməyə getmərsə yəni, onda bunun verdiyi beh batır da, bir mənalı şəkildə, bu heç, bunun beh i batır, onda qardaş, onda gedəcəyik mən o evi keçirəcəyəm sənin adıva, sən də netər istəyirsən elə satarsan qadanalım. Aamma yəni indi o behini verib bizdə razılaşmışıq, evdə də o qədər iş görüb. Məndə ayın 10-nu gözləyirəm qadanalım’’ və “Deməli qardaş, dünən getdim mən o şeyi yazdım, bu günə, maksimum İnşallah sabaha səs çıxmalıdır. O bank məsələsi, Allahın izni ilə İnşallah. O evədə getdim mən göstərdim, mən evi açığı sayta qiymət yazmamışam, razılaşma yolu yazmışam, belə olarda gəldilər, baxdılar, elədilər, prosto qiyməti ucuz dedilər, çox ucuz dedilər, qısa da onunla razılaşmadım, görək nə olur. Bu gün axşam 9-da, 9-da da biri var, deyir işdən o vaxtı çıxıram, yəni onda gəlib baxacam, onunla görüşüb aparacam görək” məzmunda səsli mesajlar göndərmiş, həmin səsli yazıları köçürülmüş bir ədəd “CD” disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmalı və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər CM-nin 177.2.3, 177.2.4, 185.1-ci maddələri ilə məhkum olunmuşdur. xx.xx.2016-cı ildə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılıb (c.i.v.89-90). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanskiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs vurulmuş ziyandan qismən ödəməsini və əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məqsədəuyğun hesab edir. Cəzaçəkmə müddətinin əvvəli 07 mart 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 330 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan CD-R disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun Kapital Bank hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-221/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-221/2025
22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver